Press "Enter" to skip to content

Azərbaycan müəllimi qəzeti No 16

ÀÇßÐÁÀÉÚÀÍ ÌÖßËËÈÌÈ 27 àïðåë 2012-úè èë ¹16(8482) Ãÿçåò 1934-úö èëäÿí ÷ûõûð Å-ìàèë: ìóàëëèì@åäó. ýîâ. àç www. ìóàëëèì. åäó. àç ÒßÙÑÈË ÌÈËËßÒÈÍ ÝßËßÚßÉÈÄÈÐ! Ùåéäÿð ßËÈÉÅ Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí îðãàíû Áó èë ìàéûí 13-äÿí 18-äÿê ÀÁØ-ûí Ïåíñèëâàíèéà øòàòûíûí Ïèòòñáóðã øÿùÿðèíäÿ “Ûíòåë” Áåéíÿëõàëã Åëì âÿ Ìöùÿíäèñëèê Ñÿðýèñè êå÷èðèëÿúÿê. Ñÿðýèäÿ Àçÿðáàéúàíûí ôåâðàëûí 2324-äÿ Áàêû øÿùÿðèíäÿ êå÷èðèëìèø “Ñàáàùûí àëèìëÿðè” ðåñïóáëèêà ìöñàáèãÿñèíèí ãàëèáëÿðèíäÿí èáàðÿò íöìàéÿíäÿ ùåéÿòè èøòèðàê åäÿúÿê. Íöìàéÿíäÿ ùåéÿòèìèçèí òÿðêèáèíÿ “Ñàáàùûí àëèìëÿðè” ðåñïóáëèêà ìöñàáèãÿñèíèí Åëìè Åêñïåðòèçà Êîìèòÿñèíèí ñÿäðè Ðþâøÿí Õÿëèëîâ, òÿøêèëàò êîìèòÿñèíèí öçâö Úàâàíøèð Ìÿììÿäîâ, àêàäåìèê Çÿðèôÿ ßëèéåâà àäûíà ëèñåéèí äèðåêòîðó Ìÿùÿááÿò Âÿëèéåâà âÿ Ñóìãàéûò øÿùÿðèíäÿí îëàí àêòèâ èøòèðàê÷û-øàýèðä ìöøàùèäÿ÷è Åë÷èí Ùÿñÿíëè äÿ äàõèëäèð. Õàòûðëàäàã êè, Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè, Ýÿíúëÿð âÿ Èäìàí Íàçèðëèéè âÿ “Ìÿäÿä” òÿøêèëàòûíûí áèðýÿ ÿìÿêäàøëûüû è Спрятать

Azərbaycan müəllimi qəzeti 15 mart 2018

Zeynab Kazımova

Bütün müəllim uşaqları kimi, mən də evimizdə qab-qacaq, bər-bəzəkdən daha çox kitab, jurnal, dərgi, kataloq, qəzet gördüm. Hərfləri tanıyandan “yuxarıkı ev” dediyimiz evimizin ikinci mərtəbəsindəki aynabəndin baş tərəfində qoyulmuş nəhəng kitab şkafının bizim evdə ən dəyərli, ən qiymətli guşə olduğunu kiçik yaşlarımdan anladım, ailəmiz üçün ən vacib və böyük dəyərin məhz həmin o şkafda olduğunu hələ uşaqkən sezdim.

Artıq məktəb illəri dövründə günümün çox hissəsi həmin şkafın önündə keçdi. Saatlarla o şkafın qapısı önündə oturub əlimə keçən kitab, qəzet, jurnalları oxuyurdum. Həyatımda qazandığım ən böyük uğurlarımın bir hissəsini də məhz o mütaliələrə də borcluyam desəm, bəlkə də, yanılmaram! Həmin şkafdakılar həm də anama 8 mart günü və digər bayramlarda şagirdləri tərəfindən verilən açıqca və kitablarla dolu idi.

Bir də o şkafdakı xüsusi bir “göz”də anamın qəzet və jurnalları vardı: “Azərbaycan”, “Qobustan”, “Ədəbiyyat”, Elm və həyat”, “Ulduz”, “Gənclik” və s. jurnallar, gündəlik dövri nəşrlər, nələr. nələr.

O qəzetlərin içərisində bir qəzet və bir jurnal bu günədək mənim üçün o qədər doğma, o qədər əzizidir, o qədər müqəddəsdir ki, sözlə ifadə etməkdə belə çətinlik çəkirəm. Bunlar “Azərbaycan müəllmi” qəzeti və “Azərbaycan qadını” jurnalı idi.

Poçtalyon Məmməd kişi də qışın qarında, yayın istisində, digər qəzetlərlə birgə, məhz bu iki mətbu nəşri xüsusi təqdim edirdi: “Fəridə müəllimənin qəzeti də (və yaxud jurnalı da) gəlib” – deyirdi.

Hər iki mətbu nəşr mənə Anam qədər doğmadır. “Azərbaycan qadını” jurnalını bəlkə də yüz dəfə vərəqləyirdim, hər yazını 5 dəfə oxuyurdum, ordakı imzalara heyranlıqla baxır, yadımda saxlamağa çalışırdım.

“Azərbaycan müəllmi” qəzetindəki yazıları birnəfəsə oxuyub bitirirdim, bəzən hansısa elmi-pedaqoji mövzuda yazını da axiradək oxuyurdum.

2006-cı ildən təhsil sahəsində çalışdığımdan, mənə Anamın yadigarı olan “Azərbaycan müəllimi” qəzeti daha da döğma və yaxın oldu. Bu qəzeti hər dəfə əlimə alıb vərəqləyəndə yenə Məmməd kişinin səsi gəlir qulağıma, gözümün önündən kino lenti kimi bir səhnə keçir. Bu kiçik epizodda yaşlı poçtalyon əlındəki qəzet və jurnal bükümünü uclarına kəpənəkli bant bağlanmış qoşa hörüklü, arıq, qaragöz bir qıza tərəf uzadaraq məhz belə deyir: “Fəridə müəllimənin qəzeti də gəlib”.

85 yaşın mübarək, “Azərbaycan müəllimi”!

“Azərbaycan müəllimi” qəzeti No 16

ÀÇßÐÁÀÉÚÀÍ ÌÖßËËÈÌÈ 27 àïðåë 2012-úè èë ¹16(8482) Ãÿçåò 1934-úö èëäÿí ÷ûõûð Å-ìàèë: ìóàëëèì@åäó. ýîâ. àç www. ìóàëëèì. åäó. àç ÒßÙÑÈË ÌÈËËßÒÈÍ ÝßËßÚßÉÈÄÈÐ! Ùåéäÿð ßËÈÉÅ Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí îðãàíû Áó èë ìàéûí 13-äÿí 18-äÿê. Показать больше

ÀÇßÐÁÀÉÚÀÍ ÌÖßËËÈÌÈ 27 àïðåë 2012-úè èë ¹16(8482) Ãÿçåò 1934-úö èëäÿí ÷ûõûð Å-ìàèë: ìóàëëèì@åäó. ýîâ. àç www. ìóàëëèì. åäó. àç ÒßÙÑÈË ÌÈËËßÒÈÍ ÝßËßÚßÉÈÄÈÐ! Ùåéäÿð ßËÈÉÅ Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí îðãàíû Áó èë ìàéûí 13-äÿí 18-äÿê ÀÁØ-ûí Ïåíñèëâàíèéà øòàòûíûí Ïèòòñáóðã øÿùÿðèíäÿ “Ûíòåë” Áåéíÿëõàëã Åëì âÿ Ìöùÿíäèñëèê Ñÿðýèñè êå÷èðèëÿúÿê. Ñÿðýèäÿ Àçÿðáàéúàíûí ôåâðàëûí 2324-äÿ Áàêû øÿùÿðèíäÿ êå÷èðèëìèø “Ñàáàùûí àëèìëÿðè” ðåñïóáëèêà ìöñàáèãÿñèíèí ãàëèáëÿðèíäÿí èáàðÿò íöìàéÿíäÿ ùåéÿòè èøòèðàê åäÿúÿê. Íöìàéÿíäÿ ùåéÿòèìèçèí òÿðêèáèíÿ “Ñàáàùûí àëèìëÿðè” ðåñïóáëèêà ìöñàáèãÿñèíèí Åëìè Åêñïåðòèçà Êîìèòÿñèíèí ñÿäðè Ðþâøÿí Õÿëèëîâ, òÿøêèëàò êîìèòÿñèíèí öçâö Úàâàíøèð Ìÿììÿäîâ, àêàäåìèê Çÿðèôÿ ßëèéåâà àäûíà ëèñåéèí äèðåêòîðó Ìÿùÿááÿò Âÿëèéåâà âÿ Ñóìãàéûò øÿùÿðèíäÿí îëàí àêòèâ èøòèðàê÷û-øàýèðä ìöøàùèäÿ÷è Åë÷èí Ùÿñÿíëè äÿ äàõèëäèð. Õàòûðëàäàã êè, Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè, Ýÿíúëÿð âÿ Èäìàí Íàçèðëèéè âÿ “Ìÿäÿä” òÿøêèëàòûíûí áèðýÿ ÿìÿêäàøëûüû è Спрятать

  • Похожие публикации
  • Поделиться
  • Код вставки
  • Добавить в избранное
  • Комментарии

Azərbaycan müəllimi qəzeti 15 mart 2018

A.S.Makarenko və Azərbaycan

Böyük pedaqoq , unudulmaz yazıçı, özünün novatorluğu ilə bəşəri nüfuz qazanmış A.S.Makarenkonun (1888-1939) anadan olmasının 125 ili tamam olur . Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin bir sıra idarə və elmi-pedaqoji müəssisələrində, elmi-tədqiqat institutları və universitetlərində bu unudulmaz pedaqoqun anadan olmasının 125 illik yubileyi qeyd edilir . Moskva şəhərində xüsusi elmi-pedaqoji konfranslar və digər tədbirlər həyata keçirilir . Respublikamızda da bununla bağlı bir sıra tədbirlər keçirilir . Tarixə yeni insan tərbiyəsi nəzəriyyəçisi kimi əbədi daxil olan Anton Semyonoviç 1888-ci il mart ayının 13-də Ukraynanın indiki Sumı vilayətinin Belopolye şəhərində fəhlə ailəsində anadan olmuşdur . 1917-ci ildə Poltava Müəllimlər İnstitutunu bitirmişdir .

A.S.Makarenkonun pedaqoji fəaliyyəti keçən əsrin 20-30-cu illərində o dövrün məlum hadisələri – inqilab , vətəndaş müharibəsi nəticəsində valideynlərini itirmiş , sahibsiz , evsiz-eşiksiz qaldıqlarından qanun pozan uşaqların tərbiyəsi, onların yenidən həyata qaytarılması sahəsindəki gərgin əməyi ilə bağlı olmuşdur . A.S.Makarenkonun ən böyük xidməti sərgərdan həyat tərzi keçirən yeniyetmələrin kütləvi surətdə yenidən tərbiyələndirilməsini praktik olaraq həyata keçirməsi olmuşdur . Onun fəaliyyəti başlıca olaraq iki uşaq tərbiyə müəssisəsi ilə bağlı olmuşdur . Bunlardan biri Poltava yaxınlığındakı uşaq əmək koloniyası, digəri isə Xarkov yaxınlığındakı əmək kommunası idi . Bu müəssisələrə rəhbərlik etdiyi zamanlar o , həmin dövr üçün xarakterik olan “Kollektivdə kollektiv vasitəsilə tərbiyə nəzəriyyəsi”ni işləyib hazırlamış və bununla da tarixə novator pedaqoq kimi daxil olmuşdur . Bununla belə o , kommunarların təlim və tərbiyəsini istehsalat əməyi ilə birləşdirmək haqqında ideyasını praktiki olaraq həyata keçirmiş , ailə tərbiyəsinə aid elmi-pedaqoji cəhətdən əsaslandırılmış yeni nəzəriyyənin prinsip , üsul və vasitələrinin fəal təbliğatçısı olmuşdur .

A.S.Makarenko tarixə həm də tanınmış yazıçı kimi daxil olmuşdur . Onun bədii yaradıcılığı ədəbi və elmi-pedaqoji istedadın vəhdətinin gözəl timsalıdır. Onun bədii əsərləri, ilk növbədə, ” Pedaqoji poema “, “30-cu ilin marşı”, “Qüllələr üzərində bayraqlar “, həmçinin “Valideynlər üçün kitab ” adlı publisistik məqalələri yeni insan tərbiyəsi nəzəriyyəsinin yaranmasına və inkişafına xidmət etmişdir . Bu əsərlər uzun illər müəllim və tərbiyəçilərin, ümumiyyətlə xalq maarifi işçilərinin stolüstü kitablarından olmuşdur . Zəmanəmizdə də bu əsərlər öz aktuallığını və dəyərini qoruyub saxlayır.

A.S.Makarenkonun pedaqoji irsi zəngindir. Onun əsərlərində pedaqoji görüşlərinin müəyyən bir sistemi öz əksini tapmış, elmi pedaqogikanın, xüsusilə də tərbiyə nəzəriyyəsinin bir sıra vacib problemlərinin metodologiyası şərh olunmuşdur . Onun görüşlərində pedaqogikanın aşagıdakı problemləri, ilk növbədə, tərbiyənin məqsəd və vəzifələri, əxlaq tərbiyəsi, uşaq və gənclərin tərbiyəsində kollektivin rolu , ictimai və şəxsi mənafe, əmək və intizam tərbiyəsi, təlimin istehsalatla əlaqəsi v ə s . məsələlər dövrün tələbi baxımından hərtərəfli işlənməklə yanaşı “sabahkı günün pedaqogikasının” yaradılmasına xidmət etmişdir .

A.S.Makarenkonun böyük xidmətlərindən biri tərbiyə məsələlərini işləməsi və bununla da pedaqoji ictimaiyyətin diqqətini tərbiyə problemlərinə yönəltməsi olmuşdur . O, tərbiyənin bir çox məsələlərini istər nəzəri və istərsə də əməli olaraq daha dərindən işləməklə elmi pedaqogikanın tərbiyə nəzəriyyəsinin inkişafında, onun metodoloji məsələlərinin zənginləşməsində böyük xidmət g östərmişdir.

Tərbiyənin məqsədini pedaqoji işin ana xətti hesab edən Makarenko mühazirələrindən birində deyirdi : ” Bizim vətəndaş necə olmalıdır? Bunu biz bilirik . Biz yeni adamın nə demək olduğunu , onun hansı sifətlərlə fərqlənməli olduğunu yaxşı bilməliyik. Biz yaxşı bilməliyik ki , onun səciyyəsi, əqidə sistemi , təhsili, iş qabiliyyəti, əmək qabiliyyəti necə olmalıdır, bizim yeni . adamımız nə ilə fərqlənməli, nə ilə fəxr etməlidir”. Biz , ümumiyyətlə, insan deyil , “vətəndaşı tərbiyə etməliyik” – deyən Makarenko tərbiyənin üsul və vasitələrini bu böyük məqsədə tabe edirdi .

Keçən əsrin ortalarından başlayaraq A.S.Makarenkonun əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə edilmişdir . SSRİ-də və xarici ölkələrdə Makarenkonun pedaqoji irsinə aid külli miqdarda kitab və məqalələr çap olunmuşdur . Onun nəzəri müddəaları, elmi-pedaqoji və metodiki göstərişləri orta ümumtəhsil və texniki peşə məktəblərində, ailə tərbiyəsində və məktəbdənkənar tərbiyə müəssisələrində yaradıcı surətdə tətbiq olunmuş uşaq və gənclərin ictimai həyata hazırlanmasına yaxından kömək etmişdir .

A.S.Makarenkonun zəngin pedaqoji irsi Azərbaycan müəllimləri və elmi-pedaqoji ictimaiyyəti üçün də yaxın və əzizdir. Anton Semyonoviç və onun pedaqoji görüşləri, hər şeydən əvvəl, bizim üçün həm də ona görə yaxın və doğmadır ki , o , öz həyatının bir neçə gününü Azərbaycanda, respublikamızın paytaxtı Bakı şəhərində keçirmişdir .

A.S.Makarenkonun Bakıya gəlməsi nə ilə əlaqədar olmuşdur ? Qeyd etmək yerinə düşər ki , A.S.Makarenko Bakıya gəlməzdən əvvəl Bakı fəhlələri ilə tanış idi . Bu tanışlıq hələ 1930-cu ilin yanvar ayında kommunada başlanmışdı. Belə ki , 1929-cu ildə Bakı Şəhər Soveti ilə Xarkov Şəhər Soveti yarışırdı. Bu münasibətlə də Bakı fəhlələrinin nümayəndələri Xarkov şəhərinə getmişdilər. Bakı fəhlələrinin ���� nümayəndələri Xarkov şəhərində olarkən A.S.Makarenkonun işlədiyi F.E.Dzerjinski adına kommunada olmuşdular . Bu vaxt F.E.Dzerjinski adına kommuna , nəinki təkcə Sovetlər İttifaqında, habelə xarici ölkələrdə də şöhrət qazanmışdı.

Kommunada aparılan işlər Bakı fəhlələri nümayəndə heyətinin xoşuna gəlmiş və onlara yaxşı təsir bağışlamışdı. Bakılılar kommunanın “Təsərrüfat kitabı”na aşağıdakı sözləri yazmışdılar: ” Burada kommunarlardan əslində, nəinki təkcə istehsalatçılar, həm də öz həyatlarının gözəl təşkilatçıları hazırlanır. Bizə bu təcrübəni öyrənmək və Bakı uşaq evlərində bundan istifadə etmək lazımdır. Binanın, sinfin və yataq otaqlarının təmizliyi ən yaxşı təəssürat oyadır”.

A.S.Makarenko və onun kommunarları Bakıda olarkən neftçilərlə, fəhlələrlə və şəhər əhalisi ilə bir sıra görüşlər keçirmişlər. Bu görüşlərdən biri də Bakının ən qədim neft mədənlərindən olan Bibiheybətdə olmuşdur .

Bakının neft mədənləri kommunarlarda xüsusi maraq oyatmışdı. Kommunarlar dəstə-dəstə mədənə dağılmış və Makarenkonun sözlərilə desək, yarım saat müddətində bütün xəndəklərə, künc-bucaqlara baxmış, neftçıxarmanın bütün təfsilatını soruşub öyrənmi şlər.

Görüşün sonunda kommunarlardan biri – A.N.Şved çıxış edərək demişdir : “Bibiheybət fəhlələri! Biz özümüzü xoşbəxt hesab edirik ki , sizin bayrağı, sizin çox böyük qələbənizi alqışlamaq bizə nəsib oldu . Biz sizə heyran olmuşuq , biz sizdən nümunə götürəcəyik, biz qalib gəlməyi sizdən öyrənəcəyik!”.

Bakılılarla kommunarların növbəti görüşü şəhər mədəniyyət və istirahət parkında olmuşdur . Makarenkonun yazdığına görə, həmin görüşə 2000-dən artıq adam toplaşmışdı. Bu görüş də çox təntənəli keçmiş və yaxşı təəssürat buraxmışdır.

A.S.Makarenko bakılılarla olmuş bu görüşü “yaxın adamların özlərinin ümumi proletar � mahiyyəti ilə yaxın adamların həqiqi yığıncağı” adlandırmışdır.

Bakılılarla olan bu görüşü Makarenko “ən yaxşı saatlar ” hesab etmiş və kommunarların bu yürüşünü özünün “30-cu illərin marşı” adlı əsərində təsvir etmişdir .

Makarenko � öz kommunarları ilə üç gün (23-25 iyul ) Bakıda qaldıqdan sonra Tbilisiyə yola düşmüşdür .

A.S.Makarenko özündən sonra böyük bir irs qoyub getmişdir . Onun ölümündən sonra , xüsusilə 1939-1941-ci illərdə Makarenkonun həyatı və fəaliyyəti sistematik olaraq böyük diqqətlə öyrənilməyə başlanılmışdır.

Makarenkonun pedaqoji irsinin öyrənilməsi RSFSR-in əməkdar müəllimi M.Kropaçayevanın ” Pravda ” qəzetində dərc edilmiş “İstifadəsiz irs ” (” Pravda “, 17 mart 1940-cı il ) adlı məqaləsi ilə başlanmış, bundan sonra ” Uçitelskaya qazeta”nın səhifələrində açılmış mübahisənin gedişi zamanı da genişlənib d ərinləşmişdir. M.Kropaçayevanın məqaləsində Makarenkonun təcrübəsinin məktəblərə şamil edilməsindən bəhs edilir . ” Pravda ” qəzeti az sonra “Ailə və məktəb” adlı baş məqaləsində A.S.Makarenkonun pedaqoji irsinin böyük əhəmiyyətini xatırladaraq, uşaqları kiçik yaşlardan etibarən kollektivçilik ruhunda tərbiyə etməyin zəruriliyini qeyd etmişdir . Orada deyilirdi : “Mütəşəkkil və möhkəm kollektiv – sovet tərbiyə sisteminin əsasının əsasıdır. Yazıçı-pedaqoq Makarenkonun maraqlı pedaqoji təcrübəsini xatırlamağa dəyər” (” Pravda “, 29 mart 1940-cı il ). M.Kropaçayevanın “İstifadəsiz irs ” adlı məqaləsinə cavab olaraq A.S.Makarenkonun yetişdirmələrindən biri olan S.Kalabalinin ” Öz müəlliminin ardınca” adlı məqaləsi (” Pravda “, 16 aprel 1940-cı il ) dərc edildi . Bu məqalələr ictimaiyyətin diqqətini A.S.Makarenkonun pedaqoji irsindən istifadə olunmasına cəlb etmişdi .

1940-cı ildə ” Uçitelskaya qazeta ” da müzakirə təriqi ilə Leninqrad Dövlət Universitetinin dosenti N.A.Lyalinin ” A.S.Makarenkonun pedaqoji irsi haqqında” adlı böyük məqaləsi dərc edilmişdir � (” Uçitelskaya qazeta “, 7-9 iyun 1940-cı il ). Bununla əlaqədar olaraq redaksiya mübahisə açmışdır.

O vaxtlar ” Pravda ” və ” Uçitelskaya qazeta”nın səhifələrində dərc edilən məqalələr Azərbaycanda da əks-səda doğurdu . “Müəllim qəzeti” Azərbaycan oxucularını A.S.Makarenkonun irsi ilə tanış etmək məqsədilə N.A.Liyalinin yuxarıda adını çəkdiyimiz məqaləsini də tərcümə edərək özünün 21 avqust və 6 sentyabr 1940-cı il sayında çap etmişdir .

Bütün bunlar onunla nəticələndi ki , o vaxtkı Azərbaycan ETMİ-nin ( bu institut indi Azərbaycan Təhsil Problemləri İnstitutu adlanır) professoru B.B.Komarovskinin ” A.S.Makarenkonun pedaqoji fəaliyyəti” adlı məqaləsi (“Müəllim” qəzeti, 3 avqust 1940-cı il ) nəşr edildi . Azərbaycan oxucularını böyük sovet pedaqoqu və yazıçısının həyat və fəaliyyəti ilə tanış edən bu məqalənin ardınca “Müəllim” qəzeti professor M.Muradxanovun ” Makarenkonun pedaqoji sistemində uşağa inam ” adlı böyük məqaləsini çap etmişdir (7 dekabr , 1940-cı il ).

Beləliklə, 1940-cı ildə Azərbaycan oxucuları ilk dəfə olaraq böyük sovet pedaqoqunun pedaqoji irsi ilə tanış olmuşlar .

Azərbaycan müəllimlərini və ümumiyyətlə maarif işçilərini Makarenkonun irsi ilə daha dərindən tanış etmək işində Azərbaycan SSR Maarif Nazirliyinin orqanı olan “Müəllimə kömək” adlı elmi-pedaqoji və metodik jurnalının böyük rolu olmuşdur . “Müəllimə kömək” jurnalı A.S.Makarenkonun pedaqoji irsinə həsr edilmiş bir sıra məqalələr, o cümlədən professor B.B.Komarovskinin ” A.S.Makarenkonun pedaqoji sistemində əmək tərbiyəsi”, M.Muradxanovun ” A.S.Makarenkonun pedaqoji sistemində uşaq kollektivi “, dosent Əmir Tağıyevin ” A.S.Makarenko və fiziki t ərbiyə” (1946-cı il , �11-12) adlı məqalələrini dərc etməklə Makarenkonun pedaqoji irsini yaymaq işində mühüm rol oynamışdır.

Göstərilən məqalələrin müəllifləri Makarenkonun koloniyada və kommunadakı fəaliyyəti ilə oxucuları tanış etmiş , uşaq kollektivi , uşaqların əmək və fiziki tərbiyəsinə aid onun fikirlərini nəzərdən keçirmiş və ondan istifadə etməyin bəzi yollarını göstərməyə çalışm ışlar.

Respublikamızın oxucularını Makarenkonun əsər və məqalələri ilə tanış etmək təşəbbüsü də “Müəllimə kömək” jurnalına aiddir . 1940-cı ildə “Valideynlər üçün mühazirələr” seriyasından Makarenkonun ” İntizam “, ” Oyun “, ” Pedaqoji təcrübənin bəzi nəticələri” adlı mühazirələri t ərcümə edilərək jurnalda nəşr olunmuşdur .

Azərbaycanda A.S.Makarenkonun pedaqoji irsinin öyrənilməsi və ondan istifadə edilməsi işində dövri pedaqoji mətbuatla bərabər, müəllim və maarif işçiləri üçün təşkil olunmuş mühazirələrin də böyük əhəmiyyəti olduğunu qeyd etmək lazımdır.

1940-cı ildə Azərbaycan SSR Xalq Maarifi Komissarlığı kollegiyasının xüsusi iclası çağırılaraq məktəblərdə və uşaq müəssisələrində Makarenkonun pedaqoji irsindən istifadə etmək məsələsi geniş müzakirə edilmişdir .

Azərbaycan SSR XMK-nın kollegiyası Makarenkonun pedaqoji irsini öyrənərək respublika müəllimlərinə izah etməyi, bundan yaradıcı şəkildə istifadə olunması yollarını göstərmişdir. Azərbaycan SSR XMK kollegiyasının qərarı əsasında Makarenkonun irsini təbliğ etmək işində respublikamızın pedaqoji institutlarının pedaqogika kafedraları da fəallıq göstərmişlər.

A.S.Makarenkonun pedaqoji irsini respublika müəllimləri arasında təbliğ edənlərdən biri o vaxt N.K.Krupskaya adına Kirovabad Dövlət Müəllimlər İnstitutunun pedaqogika müəllimi Qasım Qafarzadə olmuşdur . 1941-ci ilə aid bir sənəddə göstərilir ki , Qasım Qafarzadə həmin ildə Azərbaycan ın 31 rayonunda müəllimlər və valideynlər qarşısında çıxış edərək ” A.S.Makarenkonun pedaqoji irsi “, ” Şüurlu intizam tərbiyəsi”, “Ata-ananın nüfuzu ” və s . kimi pedaqoji mövzularda 116 mühazirə oxumuşdur .

Yeri gəlmişkən onu da qeyd edim ki , hələ sovetlər birliyi dövründə 1951-ci ildən, respublika siyasi və elmi bilikləri yayan cəmiyyətin üzvü , 70-80-ci illərdə bu “Cəmiyyət”in pedaqogika bölməsinin sədr müavini və sədri olan bu sətirlərin müəllifi də bu böyük insanın pedaqoji ideyalarının carçısı olmuş , respublikanın Qazax rayonundan tutmuş Lerik rayonuna qədər, Gədəbəydən tutmuş Qusar rayonuna qədər kənd və şəhərlərin müəllim və valideynləri qarşısında, həmçinin ADPU-nun dosenti Miri Həsənov ilə bərabər Qərbi Azərbaycanın Vedibasar , Zəngibasar, Krasnoselo və Basarkeçər bölgələrində silsilə mühazirələr oxumuş , mətbuatda məqalələrlə çıxış etmişdir .

Onu da qeyd etmək lazımdır ki , həmin dövrdə respublikamızın pedaqoji mətbuatı ilə yanaşı, ” Kommunist ” və “Gənc işçi ” qəzetlərinin səhifələrində də Makarenkonun pedaqoji irsinə dair materiallar dərc edilmişdir .

Lakin Böyük Vətən müharibəsinin başlanması görkəmli pedaqoq və yazıçının irsinin öyrənilməsi sahəsindəki təqdirəlayiq işləri müvəqqəti olaraq dayandırdı. Bu dövrdə respublikamızda A.S.Makarenkonun irsinə aid yalnız bir məqalə dərc edilmişdir (“M üə llimə kömək” jurnalı, 1944, �2-3). Böyük Vətən müharibəsi qurtardıqdan sonra Azərbaycan pedaqoqları və yazıçıları Makarenkonun ədəbi və pedaqoji irsini öyrənmək, yaymaq və ondan istifadə etmək sahəsində başlanmış işi davam etdirmişlər.

Azərbaycanda A.S.Makarenkonun irsi iki yol ilə – onun özünün ədəbi və pedaqoji əsərlərinin tərcümə olunaraq çap edilməsi və A.S.Makarenko haqqında məqalə və əsərlər yazılması yolu ilə oxuculara çatdırılmışdır.

1946-cı ildən başlayaraq A.S.Makarenkonun ədəbi və pedaqoji irsi üzərində aparılan elmi-tədqiqat işləri ilə yanaşı, respublika ziyalılarını, o cümlədən xalq maarifi işçilərini onun irsi ilə silahlandırmaq və özlərinin pedaqoji işlərində ondan istifadə etməyə çağırmaq işində “Azərbaycan müəllimi” qəzetində və “Azərbaycan məktəbi” jurnalında bu haqda bir sıra məqalələr dərc edilmişdir . “Azərbaycan müəllimi” qəzetində ” A.S.Makarenkonun pedaqoji irsindən” başlığı altında verilmiş ” İntizam , rejim ( qayda ), cəza və həvəsləndirmə” adlı məqalə ilə əlaqədar olaraq redaksiyanın qeydində deyilirdi : “Qəzetimizin bu nömrəsindən etibarən böyük sovet pedaqoqu Anton Semyonoviç Makarenkonun öz qiymətli pedaqoji təcrübələri əsasında yazdığı nəzəri məqalələrini dərc etməyə başlayırıq. A.S.Makarenko həqiqi vətəndaşlar yetişdirməklə öz nəzəriyyəsini təcrübədə sınaqdan keçirmişdir . “.

Makarenkonun işlədiyi koloniyanın (kommunanın) şəraitini, tərbiyənin internatda aparıldığını və tərbiyə edilən uşaqların müəyyən xüsusiyyətlərə malik olduqlarını nəzərə alaraq redaksiya onun bütün təcrübələrini bir ehkam kimi mexaniki surətdə kütləvi şəraitdə həyata keçirməkdən müəllimləri saqındırırdı. Makarenko özü “işləmiş olduğum 7 il ərzində koloniyada bir-birinə tamamilə oxşayan iki təsadüf olmamışdır”, – deməklə göstərirdi ki , aparılmış təcrübəni eynən tətbiq etmək olmaz . Makarenkonun təcrübələrini eynən kütləvi məktəblərdə həyata keçirməyə təşəbbüs edən pedaqoqların işi müvəffəqiyyətsiz olmuşdur . Odur ki , Makarenkonun təcrübə və nəzəriyyəsini ətraflı surətdə öyrənmək, onun ruhunu qavramaq və ən başlıcası Makarenkonun qiymətli təcrübələrinə yaradıcılıqla yanaşmaq lazımdır. Xüsusilə onun məktəbdə bolşevik qaydası yaratmaq və tərbiyə işində ona əsaslanmaq, şagird ictimai əfkarını ayrı-ayrı intizamsız hərəkətlər əleyhinə yönəltmək, ənənələr yaratmaq və s . haqqında fikir və təkliflərini müəllimlərimiz yaxşı öyrənməlidirlər (“Azərbaycan m üə llimi” 1946-cı il , 16 may ).

“Azərbaycan müəllimi” qəzeti başladığı bu təşəbbüsü qəzetin sonrakı nömrələrində də davam etdirmişdir . Əgər 40-cı illərdə Azərbaycan oxucuları A.S.Makarenkonun əsərləri ilə yalnız qəzet və jurnal səhifələrində dərc olunmuş kiçik parçalarla tanış olurdularsa , sonralar onun irihəcmli əsərlərini ana dilində oxumuşlar . A.S.Makarenkonun ədəbi və pedaqoji irsinə artan tələbatın və verilən yüksək qiymətin nəticəsi olaraq bir-birinin ardınca onun bir sıra mühüm əsərləri, o cümlədən “Tərbiyə işləri haqqında” (məqalələr məcmuəsi) kitabçası (Bak ı, Azərnəşr, 1948) və 1950-ci ildə “Müəllim kitabxanası” adı altında ” Seçilmiş pedaqoji əsərləri”, M.Arifin tərcümə etdiyi ” Pedaqoji poema ” � (Bakı, Uşaqgəncnəşr, 1952) və 1954-cü ildə ” Kommunist tərbiyəsi haqqında” irihəcmli kitabları ana dilində nəşr edilərək oxuculara çatdırılmışdır.

Məlum olduğu kimi , A.S.Makarenko pedaqogika tarixinə novator pedaqoq kimi daxil olmuşdur . O, özünün novatorluğu ilə sovet pedaqogika elmini zənginləşdirmiş və onu daha da inkişaf etdirmişdir . Professor Ə. Y.Seyidovun ” A.S.Makarenko novator pedaqoqdur ” (“Azərbaycan məktəbi” jurnalı, 1949, �2) adlı məqaləsi məhz � bu məsələyə həsr edilmişdir . Professor Ə. Y.Seyidov bir sıra başqa məqalələrində, məruzə və çıxışlarında da A.S.Makarenkonun novatorluğunu böyük ehtirasla təbliğ edən ilk Azərbaycan pedaqoqlarındandır.

A.S.Makarenkonun yubileyi münasibəti ilə yazılmış bir sıra qəzet və jurnal məqalələri nəzərə alınmazsa bu sahədə geniş tədqiqat işi aparmaq və A.S.Makarenkonun pedaqoji irsini respublikamızda təbliğ etmək işi birinci növbədə professor M.Muradxanova aiddir .

A.S.Makarenkonun pedaqoji irsinə həsr edilmiş onlarca əsər və məqalələr müəllifi olan professor M.Muradxanov bu böyük pedaqoqun irsinə məhəbbətlə yanaşmış, onu böyük həvəslə tədqiq etmişdir .

M.Muradxanovun bu sahədəki mühüm xidmətlərindən biri budur ki , o hər şeydən əvvəl, Azərbaycan pedaqoji � mətbuatı vasitəsilə Makarenkonun pedaqoji irsini yaymışdır. “Azərbaycan məktəbi” jurnalında M.Muradxanovun ” A.S.Makarenkonun pedaqoji irsində perspektiv xətlər sistemi və ondan istifadə etmək yolları” (1953, �2), ” A.S.Makarenko intizam tərbiyəsi rejiminin rolu haqqında” (1954, �4), ” A.S.Makarenkonun tərbiyə müəssisələrində əmək tərbiyəsi” (1958, �3), ” A.S.Makarenko u şaq oyunları haqqında” (1962, �6) və s . kimi irihəcmli məqalələri dərc edilmişdir ki , burada müəllif unudulmaz pedaqoqun pedaqoji irsini dərundən təhlil və şərh etmişdir .

Professor M.Muradxanov A.S.Makarenkonun pedaqoji irsinə aid bir sıra irihəcmli kitablar da həsr etmişdir . ” A.S.Makarenkonun pedaqoji irsi və məktəbdə ondan istifadə etmək yolları” (Bakı, 1954), ” A.S.Makarenko uşaqların ailə tərbiyəsi haqqında” (Bakı, 1955), ” A.S.Makarenko əmək tərbiyəsi haqqında” (əlyazması şəklindədir), ” A.S.Makarenkonun pedaqoji irsi ” (Bakı, 1965) və s . adlı əsərləri M.Muradxanovun uzun ill ərdən bəri apardığı tədqiqat işinin nəticəsidir ki , oxucular bu əsərlərdən Makarenkonun çoxsahəli pedaqoji irsini hərtərəfli öyrənə bilirlər. Məhz bütün bunların nəticəsidir ki , Mərdan müəllimin müasirləri olan bizlər hələ onun sağlığında ikən onu “Azərbaycanın Makarenkosu ” adlandırmışdıq.

Respublikamızda A.S.Makarenkonun yubiley tarixləri də unudulmamışdır. Bu sətirlərin müəllifi də A.S.Makarenkonun 80, 100 illiyi ilə bağlı “Azərbaycan məktəbi” jurnalının səhifələrində yubiley xarakterli məqalələr çap etdirmişdir (1968, �3 və 1988, �3).

Azərbaycanda Makarenkonun psixoloji irsi də öyrənilmişdir. Respublikanın görkəmli psixoloqlarından dosent M.Məhərrəmov Makarenkonun psixoloji baxışları üzərində xeyli tədqiqat aparmış, xüsusilə onun iradə tərbiyəsi haqqındakı fikirlərini geniş öyrənmişdir. Beləliklə, Azərbaycanda Makarenkoşünasların bütöv bir nəsli yetişmişdir . �

A.S.Makarenkonun öz təravətini � saxlayan zəngin və qiymətli pedaqoji irsi Azərbaycan məktəb və pedaqogikasının tükənməz mənbələrindən biri olmuş və olaraq qalır.

Bakının Xəzər rayonundakı internat məktəbinə A.S.Makarenkonun adının verilməsi respublika pedaqoji ictimaiyyətinin unudulmaz pedaqoq və yazıçıya dərin hörmət və məhəbbətinin bariz ifadəsidir. Dost və qardaş Ukrayna xalqının unudulmaz oğlu A.S.Makarenkonun pedaqoji irsinin dərin mənası, böyük məziyyəti və həyatiliyi orasındadır ki , o , artıq təcrübədə sınaqdan çıxmış və milyonların hörmətini qazanmışdır. Pedaqoqların bir neçə nəslinin əməyi, sovet məktəbi və pedaqogika elmi sahəsində qazanılmış qiymətli nə varsa , zamanın sınağından çıxmış nə varsa hamısı qayğı ilə qorunmalı və ondan istifadə edilməlidir. �

Hüseyn ƏHMƏDOV,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

ümumi pedaqogika kafedrasının müdiri ,

akademik

Azərbaycan müəllimi.- 2013.- 15 mart.- S.7.

Похожие статьи

  • Azərbaycan qəzeti

    Azərbaycan qəzeti 11 Mart 17:31 Azərbaycan qəzeti Rusiyanın dərinliklərinə zərbələr endirməliyik – General Ağalıda ilk dəfə buraxılış imtahanı…

  • Azərbaycan müəllimi qəzeti

    Azərbaycan müəllimi 11 Mart 2023 12:33 Facebook Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в…

  • Azərbaycan respublikasının əmək məcəlləsi 2018

    İlham Əliyevdən YENİ VACİB QƏRAR MƏŞĞULLUQ SAHƏSİNDƏ SOSİAL TƏMİNATLAR VERGİLƏR 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının…

  • Azərbaycan respublikası dövlət neft şirkəti socar 2018

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR Nəzarətin olmadığı şəffaflıq və məhdud hesabatlılıq Category : SOCAR SOCAR; SOCAR; SOCAR (empresa…

  • Azərbaycan respublikası dövlət neft şirkəti 2018

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – Şirkətin İdarə Heyətinin üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir,…

Comments are closed, but trackbacks and pingbacks are open.