Press "Enter" to skip to content

Son xəbərlər 0

şeirində «Ədirnə tarixinin lirik–romantik üslubda bədii obrazını yaratmışdı»

Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası

işin təməli “Əkinçi” qəzeti ilə başlamışdır desək, yəqin ki, yanılmarıq (1, 49-55).

Ады чякилян савашларын Азярбайъан мятбуатында ишыгландырылмасы инди-

йядяк бир проблем кими айрыъа тядгигат кими эютцрцлцб юйрянилмямишдир. Бу

мягалядя биз Балкан дювлятляри иля Тцркийя арасында мцнасибятлярин эярэин-

ляшмяси, ikinci Balkan savaşı və Türkiyədə daxili durumla bağlı məsələlərin

Азярбайъан мятбуатында ишыгландырылмасы məsələlərini təhlil etməyə çalışmışıq.

Türklərin Balkanlardan, daha doğrusu, Avropadan atılmaları 1699-cu il

Karlovça müqaviləsi ilə başlamışdı. Birinci Balkan savaşı sonunda bu iş, de-

mək olar ki, başa çatdı. Ancaq buradakı Osmanlı mirasını bölüşdürmək məsə-

ləsində nə kiçik Balkan dövlətləri, nə də böyük dövlətlər razılığa gələ bilmirdi-

lər (21, 144). Onların hər biri daha çox pay qoparmaq istəyirdi. Mübahisə

Makedoniya və Albaniya üzərində gedirdi.

Serbiya, Albaniya üzərindən Adriatik dənizinə çıxırdı. Avstriya isə bunu

əsla istəmirdi. Buna görə də, bu bölgədə gözü olan İtaliya ilə razılığa gəlməyə

məcbur oldu və hər iki dövlət Serbiyanın Adriatik dənizinə çıxmasına mane

oldu və Albaniya Avstriya ilə İtaliyanın nüfuz dairəsinə alındı. Adriatik dəni-

zinə çıxa bilməyən Serbiya bunun əvəzində Makedoniyanın bir hissəsini tələb

Savaşda Bolqarıstan Trakyanı (Frakiyanı) ələ keçirərək xeyli genişlən-

mişdi. Beləliklə, 1878-ci il Ayastefanos (Yeşilkoy) müqaviləsində nəzərdə tu-

tulan «Böyük Bolqarıstan» gerçəkləşmiş olurdu. Bu isə digər Balkan dövlətlə-

rini çox narazı saldı. Serbiya və Qaradağ Makedoniyadan daha çox pay almağı

özünün haqqı hesab edirdi. Rumıniya savaşda iştirak etməsə də, Dobrucanı

almaq niyyətində idi. Belə ki, Rumıniya bitərəfliyinin əvəzində Dobrucanın

ona verilməsini irəli sürürdü (1, 79-80). Bolqarıstanın Frakiyanı (Trakyanı) ələ

keçirib Egey dənizinə çıxmasını Yunanıstan böyük bir həyəcan ilə qarşılamış-

dı. Beləliklə, bu narazılıqlar Balkanlarda yeni bir böhranın yaranmasına səbəb

oldu. Balkan dövlətləri arasında yaranmış ixtilafı qısaca olaraq belə xülasə

etmək olar: Birinci, Balkan savaşında Bolqarıstan xeyli genişlənmiş və böyük

qənimət əldə etmişdi. Bu isə digər Balkan dövlətlərinin narazılığına səbəb ol-

du. Almaniya-Avstriya bloku Rusiyanın Balkanlarda möhkəmlənməsini istə-

mir və buna görə də Balkan ittifaqının dağılmasına çalışırdı. Digər böyük döv-

lətlər – İngiltərə, Fransa və İtaliya da Rusiyanın Balkanda zəifləməsində və

Balkan birliyinin ortadan qaldırılmasında maraqlı idilər. Birinci Balkan sava-

şından xeyli qənimətlə çıxmış Bolqarıstan daha təcavüzkar davranaraq «Bö-

yük Bolqarıstan» xülyasını gerçəkləşdirmək istəyirdi.

Beləliklə, öz tamahkar iddialarından irəli gələrək Balkan dövlətləri yeni

bir müharibə hazırlığına girişdilər. «İqbal» qəzeti 19 may 1913-cü il tarixli sa-

yında bu hazırlığı belə şərh edirdi (5). Bolqarıstan çarı Ferdinand gah Vyana-

dan, gah da Peterburqdan kömək istəyir. «Rusiya Bolqarıstana məsləhət görür-

dü ki, Serbiya ilə aralarında olan kəskin məsələləri sülh yolu ilə həll etsin. Bu-

na cavab olaraq Bolqarıstan Yunanıstan və Serbiyaya qarşı müharibə etməyə

ciddiyyətlə çalışır… Əhalidən buynuzlu heyvanlar, qoyun və s. alınır. Hərbi

xidmətə 1914-cü ildə çağırılmalı olan şəxslər bayraq altına çağırılır…Serbiya

ilə həmsərhəd olan şəhərlərdə həyəcan davam edir. Zabitlər və məmurlar ailə-

ləri ilə birlikdə Sofiyaya yola düşürlər» (6).

«İqbal» qəzetinin 21 may 1913-cü il sayında «Müttəfiqlər arasında Keşov

və Paşiçin səyi» başlıqlı bir yazı dərc olunmuşdur. Londondan əldə edilmiş

məlumata əsasən bu yazıda bildirilir ki, Bolqarıstan baş naziri ilə Serbiya baş

naziri Paşiç Balkan İttifaqının pozulmaması üçün çox səy göstərirlər (7-№364).

Bununla belə onların səyi bir nəticə verə bilmir, çünki hər iki ölkədəki ictimai

fikir qızışaraq bir-birinə qarşı kəskin düşmənçilik münasibətində idi. Bol-

qarıstanda da, Serbiyada da müharibə arzusu gündən-günə artmaqda davam

edirdi. Buna görə də, Balkan İttifaqının davam etməsi mümkün deyildi (7). Bu

səylərdə hər iki hökumət başçısının o qədər də səmimi olmadıqlarını söyləmək

olar. Ona görə ki, Bolqarıstan və Serbiya arasındakı mübahisəli məsələləri silah

yolu ilə həll etmək qərarı hər iki ölkədə möhkəm şəkildə qəbul olunmuşdur.

Beləliklə, Balkan İttifaqının rəsmən dağılması və Balkanlarda yeni mü-

haribənin başlanması an məsələsi oldu. Əvvəlcə Serbiya və Yunanıstan Bol-

qarıstanı Makedoniyadan çıxartmaq məqsədilə öz aralarında ittifaq yaratdılar.

1913-cü il iyunun 1-də Serbiyanın Afinadakı səfiri M.Boşkoviç və Belqrad-

dakı Yunanıstan səfiri İ.Aleksandropulos arasında Səlanikdə gizli ittifaq mü-

qaviləsi imzalandı (18, 367). Qeyd edildiyi kimi, imzalanan bu müqavilə Bol-

qarıstana qarşı yönəldilmişdi. Bu müqaviləyə əsasən Makedoniyada Vardar

çayından qərbdəki ərazilər bölüşdürülərək burada Serbiya–Yunanıstan sərhə-

di, eləcə də Albaniyada hər iki tərəfin nüfuz sahəsi müəyyən ediləcəkdi. Bu

ittifaq müqaviləsi ilə bərabər hərbi konvensiya da imzalandı. Yunanıstan ilə

Serbiya arasında imzalanan bu konvensiya Bolqarıstan hücum edərsə, ona

qarşı birgə hərbi əməliyyat aparmağı nəzərdə tuturdu (18, 368).

Beləliklə, Balkan ittifaqının pozulmasının ilk rəsmi addımı atılmış oldu.

Serb – yunan ittifaq müqaviləsi həm də ikinci Balkan savaşının diplomatik

Serbiya və Yunanıstan arasında ittifaq müqaviləsinin imzalanması Bal-

kan dövlətlərini Türkiyəyə qarşı savaşa təhrik etmiş olan Rusiyanın etirazına

səbəb oldu. Rusiya bu dövlətlər arasında savaşın baş verməməsi üçün çox səy

göstərsə də təşəbbüsündə uğurlu ola bilmədi. Tezliklə Rumıniya da Serbiya–

Yunanıstan ittifaqına qoşuldu. Yuxarıda deyildiyi kimi, Rumıniya birinci Bal-

kan savaşında bitərəfliyinə mükafat olaraq Dobrucaya iddia edir və

Bolqarıstanın Balkanlarda genişlənməsini də istəmirdi.

Öz hərbi üstünlüyünə arxayın olan Bolqarıstan 29 iyun (iyunun 29-dan

30-a keçən gecə) 1913-cü il tarixində qəfildən Serbiya ilə Yunanıstanın Make-

doniyadakı mövqeyinə hücum etdi (18, 369; 20; 19, 79; 8-№379). Bolqarıstan

həm də Serbiya ilə Yunanıstanı savaşa hazırlıqsız yaxalamaq istəyirdi.

Bolqarıstanın qəfil hücumundan sonra Sofiyada olan Serbiya nümayən-

dəsi Bolqarıstan hökumətinə nota verdi. Notada deyilirdi: «Bolqarıstan müha-

ribə elan etmədən Serbiya qoşunlarına hücum etməsi ilə bu iki dövlət arasında

mövcud olan İttifaq müqaviləsini pozmuşdur. Ona görə Serbiya hökuməti bu

gündən etibarən Bolqarıstan ilə siyasi münasibətləri kəsib öz səfirini Sofiya-

dan geri çağırır» (9). Beləliklə, ikinci Balkan müharibəsi başlanmış oldu.

«Kaspi» qəzetinin 22 iyun 1913-cü il tarixli sayında ikinci Balkan sava-

şının başlandığı dövrdə Balkan dövlətlərinin ordusunun miqdarı haqqında mə-

lumat dərc etmişdir (12).

Bu məlumat xarici Avropa qəzetlərinin məlumatları əsasında hazırlan-

mışdı. Burada deyilirdi ki, doqquz diviziyadan ibarət olan Yunan ordusu Səla-

nik dairəsində yerləşib. Nəhayət, bir diviziya da Qaraferidə yerləşirdi. Almani-

ya və Avstriya qəzetlərinə görə Yunanıstan ordusunun canlı qüvvəsi 90-100

min nəfərdən ibarətdi. Ancaq qəzet bu rəqəmin bir qədər az göstərildiyini bil-

dirir. Belə ki, Afinanın rəsmi qəzeti olan «Hetlia» Yunanıstan ordusunun canlı

qüvvəsinin təqribən 200 min nəfərdən ibarət olduğunu yazırdı (12).

Serbiya ordusu isə üç hissəyə bölünmüşdü. Onlardan biri və ən güclüsü

Vardan vadisində mövqe tutmuş və sağ cinahı ilə Gevqəlidə Yunanıstan ordu-

su ilə təmasda idi. Bu ordunun əsas kütləsi Kumanovo–Köprülü xəttində yerlə-

şirdi; qərargahı isə Üsküb şəhərində idi. Ordunun canlı qüvvəsinin miqdarı

təqribən 90 minə bərabərdi. Serb ordusunun 30-50 min nəfərdən ibarət olan

ikinci hissəsi isə Vranya–Kratovo xəttində yerləşirdi. İkinci hissə isə təqribən

50 min nəfərdən ibarət olub, Dunayda Serb–Bolqar sərhəd xəttində yerləşmiş-

di. Beləliklə, Serbiya və Yunanıstan ordusu Dunaydan Orfanoya qədər Bolqa-

rıstanın bütün qərb və cənub–qərb sərhədi boyunca zəncir xətti təşkil etmişdi.

Serbiya və Yunanıstan ordusunun ümumi miqdarı təqribən 275-300 min idi.

Bu iki ordunun sərəncamında isə 628 səhra topu vardı. Qüvvələrin toplaşmaq

vəziyyətindən belə çıxırdı ki, Serbiya Köstendil–Sofiya istiqamətində həlledici

əməliyyat keçirməyi qərara almışdılar. Yunanlar isə bolqarları cənubi–şərqi

Makedoniyadan sıxışdırıb çıxartmağa çalışırdılar (12).

Bolqarıstan ordusunun canlı qüvvə miqdarı 300 mindən çox hesab edilir-

di. Toplarının miqdarı isə 600 qədərdi. Bundan başqa bolqarların əlinə birinci

Balkan savaşında xeyli miqdarda top qəniməti keçmişdi. Bolqar ordusu Dunay-

da Orfancdan Viddinə qədər bütün sərhəd boyunca yerləşdirilmişdi. Bolqarıstan

Serbiya ordusunun əsas qüvvəsinə qarşı 100-120 minlik ordu çıxarmışdı (13).

Bolqarlar əsas qüvvələrini Serbiya ordusuna qarşı çıxarmışdılar. Qara-

dağ diviziyası da serblərin yardımına gəldi. Serblər Bolqarıstanın gözlədiyinin

əksinə olaraq dərhal əks hücuma keçdilər. İyunun 30-dan iyulun 6-a qədər

Breqalnitsa çayı sahilində gedən döyüşlərdə bolqarlar ağır məğlubiyyətə uğra-

dılar (1, 576). Yunanlara qarşı olan cəbhədə də bolqarlar məğlub oldular.

Andan–Niqrit xəttində üç günlük vuruşmada yunanlar bolqarlar üzərində par-

laq qələbə çaldılar (10).

İyulun 10-da Rumıniya da Bolqarıstana qarşı hərbi əməliyyatlara başladı

və ordusunu Sofiya istiqamətində hərəkətə keçirdi (1, 577). Beləliklə, Bolqa-

rıstan ordusu ciddi şəkildə sıxışdırıldı.

Bu zaman iqtidarda olan İttihadçılar Ədirnəni qurtarmaq üçün hərəkətə

keçməyi qərara aldılar. Bunun üçün yaranmış vəziyyət də əlverişli idi. «İq-

bal»ın 2 iyul 1913-cü il tarixli sayındakı «Balkanlarda müharibə» rubrikasında

bildirilirdi ki, Osmanlı qoşunlarına əmr edilmişdir ki, bolqarların işğal etdiklə-

ri yerləri təzədən tutsunlar (11). Osmanlı hökuməti 1913-cü ilin 18 iyulunda

rəsmən Bolqarıstana savaş elan etdi (3, 233). Türkiyə ordusunun hücumuna

davam gətirməyən bolqarlar sürətlə geri çəkildilər. Polkovnik–leytenant Ənvər

Bəyin başçılıq etdiyi avanqard qüvvə iyulun 22-də Ədirnəni geri aldı (14; 19,

79). Ancaq Türkiyə böyük dövlətlərin isə qarışa biləcəyindən ehtiyat edərək

ordunu Məric çayında dayandırdı (16). Türkiyə hökuməti hələ 19 iyun–1 iyul

1913-cü il tarixində böyük dövlətlərə rəsmi şəkildə bildirmişdi ki, Türkiyə

Ədirnəni, Qırxkilsə və Frakiyanı qaytarmaqla kifayətlənəcək və heç bir halda

Məric çayını keçməyəcəkdir (11).

Ədirnənin qurtarılması çox mühüm hadisə idi. Ədirnənin mühasirəsi və

qurtuluşu dövri Azərbaycan mətbuatının daim diqqət mərkəzində olmuşdu. Bu

mövzu nəinki rəsmi xəbərlərdə, eləcə də mətbuat səhifələrində çıxan bədii

əsərlərdə də əksini tapırdı. «Ədirnənin qurtuluşu yüzillərin dastanlarını yara-

danları bir az da küskün olan könülləri» sevindirdi (2, 50). Şair X.X.Sədribəy-

zadə «İqbal»ın 1913-cü ilin yanvar saylarının birində çıxan «Ədirnə» başlıqlı

şeirində «Ədirnə tarixinin lirik–romantik üslubda bədii obrazını yaratmışdı»

(2, 43-44). O, «Ədirnənin bədii obrazıyla türk milli ruhunu, psixologiyasını,

zülmə, haqsızlığa yenilməzliyini lirik–romantik şəkildə ifadə edirdi» (2, 45).

Ə.Müznib «Qazi Ənvər paşa» adlı şeirində də Ədirnəni, onun Türkiyə üçün

böyük əhəmiyyətini tərənnüm edirdi (2, 49-50).

Bolqarıstanın qəti şəkildə iyulun 29-da təslim olmasından sonra sülh

danışıqlarına başlanıldı. Nəticədə Bolqarıstan ilə digər Balkan dövlətləri ara-

sında 10 avqust 1913-cü il tarixli Buxarest sülh müqaviləsi imzalandı (4, 237).

Türkiyə ilə Bolqarıstan arasında danışıqlar daha intensiv xarakter aldı.

Əhməd bəy Ağaoğlunun Türkiyədən «Kaspi» qəzetinə göndərdiyi məktublar-

da bu danışıqlar təfsilatlı və obyektiv şəkildə şərh olunmuşdur. Bu baxımdan

Ə.Ağaoğlunun «Kaspi» qəzetinin 1, 5, 13 sentyabr tarixli saylarında dərc edil-

miş məktubları diqqətə layiqdir (15; 16; 17).

İkinci Balkan savaşından sonra da böyük dövlətlərdən bəzisi Türkiyəyə

təzyiqdən əl çəkmək istəmirdi. Bu vasitələrdən biri maliyyə təzyiqi idi ki, bol-

qarlar da danışıqlarda bundan istifadə etməyə çalışırdı. Fransa hökuməti də ilk

öncə maliyyə təzyiqinə tərəfdar olmaq istəmişdi. Ə.Ağaoğlu bu məsələni ma-

raqlı şərh edərək yazırdı ki, Fransa Balkan savaşının ilk mərhələsində Türkiyə-

nin düşmənlərinə tərəfdar olmuşdu. Belə ki, Fransa o zaman Avropanın cənu-

bunda Balkan İttifaqının timsalında nəhəng bir qüvvənin formalaşacağını və

bu qüvvənin də pangermanist cəbhəyə qarşı onunla müttəfiq olacağını ümid

edirdi. İndi isə bu qüvvədən yalnız bir kölgə qalıb, o dağılaraq külü göyə sov-

rulub. Öz təşəkkül dövrünü belə yaşaya bilməyən bu süni ittifaq ilə müqayisə-

də Türkiyənin həyat qüvvəsi daşıdığı məlum oldu. Bütün bunlar Fransanı Tür-

kiyəyə maliyyə təzyiqi göstərməkdən əl çəkməyə məcbur etdi.

Beləliklə, maliyyə boykotu ideyası uğursuz oldu. Ə.Ağaoğlu yazırdı ki,

bolqarların özləri də bunu əla bilirlər. Ancaq onlar danışıqlarda Ədirnə və Fra-

kiya kimi güzəştlərini Türkiyəyə mümkün qədər baha satmağa çalışırlar (15).

İstanbulda aparılan Türkiyə–Bolqarıstan danışıqları Türkiyə ictimaiyyə-

tinin böyük diqqət mərkəzində idi. Bolqarıstan nümayəndələri (Nocçeviç və

Savvov) öz hökumətinin tapşırığına əsasən danışıqları uzatmağa çalışırdılar.

Onlar Ədirnə ilə Qırxkilsənin Türkiyənin əlində qalmasıyla razılaşdığını

bildirsələr də Məriç çayının hövzəsi məsələsində söz oyununa keçirdilər. Belə

ki, Məriç çayı Türkiyə üçün böyük strateji əhəmiyyət daşıyırdı. Məriç çayı

Türkiyə nüfuzundan kənarda qalarsa, Bolqarıstanın təcavüz təhlükəsi real

olacaqdı. Belə ki, Bolqarıstan Türkiyənin sərhəddinə təcavüz edə bilərdi. Eyni

zamanda Məricin Bolqarıstan hüdudları içərisində olduğu müddətdə Ədirnə və

İstanbulun təhlükəsizliyi də möhkəm olmayacaqdı. Ə.Ağaoğlu yazırdı: «Bu

çaya sahib olmaq həm Bolqarıstan, həm də Türkiyə üçün olduqca əhəmiyyətli

idi. Bu çayın əldən çıxması ilə Bolqarıstanın Egey dənizi ilə əlaqəsi kəsilir və

o qədər qurbanlar hesabına yenicə ələ keçirilmiş Kavala limanı isə Bolqarıstan

üçün hər cür əhəmiyyətini itirir, ancaq digər tərəfdən də Türkiyə bu çay

olmadan özünü təhlükəsizlikdə hiss edə bilməz; bu çay hər iki dövlət arasında

təbii sərhəddir, əgər o Bolqarıstanın əlində olarsa, Ədirnə və Konstantinopolun

(İstanbulun–S.B.) təhlükəsizliyini təmin olunmuş hesab etmək olmaz və

Bolaqrıstan istənilən vaxt yenidən Türkiyəyə soxula bilər. Məhz buna görə də,

Türkiyə ordusu Ədirnə və Qırxkilsəni ələ keçirdiyi vaxt Məric çayının o biri

tərəfindəki Dinietok və Ortayköy kimi mühüm strateji məntəqələri də tutdu.

Bu məntəqələrə yiyələnmədən Ədirnəyə yiyələnmənin mənası olmaz» (17).

Bolqarıstan nümayəndələri danışıqları uzatmaqla vaxt qazanmağa çalışır

və bu yolla böyük dövlətlərin yardımına, bilavasitə müdaxiləsinə ümid edirdi-

lər. Buna görə də Türkiyə ictimaiyyəti danışıqların sürətlənməsində və tez

başa çatmasında maraqlı idi. Türkiyə tərəfindən danışıqlarda iştirak edən nü-

mayəndələrin qətiyyətindən də çox şey asılı idi. Buna görə də, öz qətiyyətləri

və vətənsevərlikləri kimi xüsusiyyətləri ilə tanınmış olan daxili işlər naziri

Tələt Bəy və dövlət şurasının sədri Xalid Bəy ictimaiyyətin tələbi ilə nüma-

yəndələr təyin edildilər (17). Bolqarlara vaxt qazanmaq, vaxtı udmaq imkanı

Burada onu da göstərmək lazımdır ki, Məric çayının o biri tərəfindəki

bölgədə yaşayan müsəlmanlardan və xristian yunanlardan ibarət olan yerli

əhali bolqarların qəddarlığının şahidi olmuşdu. Bu əhali qəti surətdə Bolqarıs-

tanın hakimiyyəti altında olmaq istəmir, Türkiyənin idarəsi altında olmağı qə-

bul edirdi. Nəhayət, intensiv danışıqlar nəticəsində hər iki dövlət arasında sülh

müqaviləsi imzalandı. Osmanlı hökuməti Balkan dövlətləri ilə ayrı-ayrılıqda

sülh müqaviləsini imzaladı.

10 avqust 1913-cü il tarixli Buxarest müqaviləsinə görə Dobruca və

Silistrə (Silistriya–S.B.) Rumıniyaya, Manastır, Üsküp, İştip və Priştine Serbi-

yaya; Səlanik, Serez, Drama və Dədəağac Yunanıstana verildi(4, 233).

Ikinci Balkan savaşında Bolqarıstan ağır məğlubiyyətə uğramışdı. Bu

məğlubiyyətə görə o, Rusiyanı günahlandırdı. Yəni məğlubiyyətin məsuliyyə-

tini Rusiyanın üzərinə qoydu. Gələcəkdə Serbiyadan qisas ala bilmək məqsə-

dilə Avstriya və osmanlı dövlətinə yaxınlaşdı (4, 234).

Bolqarıstan ilə imzalanan 29 sentyabr 1913-cü il tarixli İstanbul mü-

qaviləsinə görə Məric çayı Türk-Bolqar sərhədi kimi müəyyənləşdirildi, Ədir-

nə və Dimətoka Türkiyəyə verildi, Bolqarıstanda qalan türklərin hər cür din,

məzhəb, ibadət hüquq və azadlıqları müqavilə ilə təminata alındı. Osmanlı

dövləti Yunanıstan ilə sülh müqaviləsini 14 noyabr 1913-cü il tarixində

Afinada imzaladı (4, 237). Ancaq Osmanlı hökuməti Anadolunun təbii uzantı-

sı olan Egey adalarını Yunanıstana verməyi qəbul etmədi. Buna görə də Egey

adaları məsələsinin həlli müqavilədə əksini tapmadı. İmzalanan sülh müqavilə-

si Yunanıstanda qalan türklərin hüquq və azadlıqlarının təsdiq və möhkəmlən-

dirilməsinə dair öhdəliklərdən ibarət idi. Adalar ilə bağlı məsələ böyük dövlət-

lərin mühakiməsinə buraxıldı. Böyük dövlətlər isə İmroz, Bozçaada, Kaş və

Meis adalarını çıxmaqla yerdə qalan bütün adaları 16 dekabr 1913-cü il

tarixində, hərbiləşdirməmək şərti ilə Yunanıstana verdilər (3, 274). Serbiya ilə

Osmanlı dövlətinin artıq ortaq sərhəddi yox idi. Osmanlı dövləti ilə Serbiya

arasında 13 mart 1914-cü ildə İstanbulda imzalanan saziş isə tək Serbiyada

qalan türklərin statuslarını əks etdirirdi (3, 275).

Türklər 1354-cü ildə Süleyman Paşanın başçılığı altında Rumeliyə

keçmişdilər. Onlar beş yüz il yarım bu torpaqlarda hökm sürərək yaşamış, bu

torpaqlarda yurd qurmuşdular. Osmanlı dövləti bütün Avropa ilə mübarizə

edirdi. Onun Avropada, Rumelidə qalması isə qüdrətli olması ilə bağlı idi.

Türklər yurd qurduqları bu torpaqlarda Osmanlı dövlətinin gücü hesabına qala

bilərdilər. XVII yüzilin sonunda isə Osmanlı dövlətinin zəifləməyə doğru üz

tutduğu məlum oldu. 1699-cu il Karlofça müqaviləsinin imzalanması ilə

türklər Avropadan geri çəkilməyə başladılar. Türklərin Rumelini–Balkanları

tərk etmələri 1877-1878-ci il Türk–Rus savaşı ilə sürətləndi və Balkan savaşı

ilə başa çatdı. Bütün bunlar isə Avropa böyük dövlətlərinin birlikdə fəaliyyəti

nəticəsində mümkün olmuşdur.

Birinci Balkan savaşında Türkiyə diplomatik–hərbi baxımdan təklənmiş,

başda Rusiya olmaqla böyük dövlətlərin bu və ya digər himayəsinə, yardımına

arxalanan Balkan dövlətləri savaşa hazırlıqsız olan Türkiyəyə var qüvvəsilə

hücum etmişdilər. Balkan dövlətləri birinci savaşda qalib çıxdılar. Ancaq yenə də

Balkanlardakı ziddiyyətlər, mübahisəli məsələlər, ixtilaflar ortadan qaldirilmadı.

Nəticədə ikinci Balkan savaşı baş verdi. Süni Balkan İttifaqını düşmən dövlətlər

əvəz etdi. Bu dəfə Balkan dövlətləri bir-birinə qarşı savaşdı. Burada başlıca

təcavüzkar əvvəlki savaşdan daha çox qənimətlə çıxan Bolqarıstan idi. Türkiyə öz

torpaqlarının bir hissəsini qaytarmaq üçün ikinci Balkan savaşına girdi.

Torpaqlarını qaytarmaq Türkiyənin ədalətli haqqı idi. Buna görə də, keçmiş sovet

tarixşünaslığı kimi bəzi baxışlarda Türkiyənin yeni Balkan savaşına qatılması və

Ədirnəni geri almasının London sülh sazışini pozması kimi xarakterizə olunması

obyektiv mahiyyət daşımır. Adı çəkilən sazişin şərtləri Türkiyəyə məcburi şəkildə

qəbul etdirilmiş olan ədalətsiz təzyiq idi. Vətənin qurtuluşu vətəndaşların, onu

qoruyan dövlətin tam ədalətli haqqıdır.

Большая Советская Энциклопедия, Т.2, Советская Энциклопедия 1970, 632 с.

Елман Мустафа. Шеиримиздя Траблисгярб вя Балкан савашлары. Xəzər Universitetinin

mətbəəsi, Бакы, 2007, 53 s.

Енвер Зийа Карал. Османлы Тарищи, Ъ. 8, Тцрк Тарищ Куруму Йайынлары, Анкара,

Йылмаз Юзтцна. Башланğыъындаn Заманымыза Кадар Тцркийе Тарищи. Ъ. 3, Щайат

Yayınлары, Истанбул: 1965, 279 s.

«Игбал» 19 май 1913, № 362

Игбал» 20 май 1913, № 363

«Игбал» 21 май 1913, № 364

«Игбал», 1 ийул 1913, № 379.

«Игбал» 26 ийун 1913, № 395.

«Игбал» 27 ийун 1913, № 396

«Игбал» 2 ийул 1913, № 400

«Каспи», 22 июня 1913 г., №139

«Каспи», 24 июня 1913 г., № 140

«Каспи», 5 июля 1913 г. № 164

«Каспи»,1 сентября 1913 г., № 196

«Каспи», 5 сентября 1913 г., № 199

«Каспи», 13 сентября 1913 г., № 206

Ключников И.В., Сабанин А.В. Международная политика новейшего времени: В

договорах, нотах и декларациях, ч. 1, От французской революции до империалисти-

ческой войны. ч.1, М.: ЛИТИЗДАТ, 1925, 741 с.

Советская Историческая Энциклопедия, Т.8, М.: Советская Энциклопедия, 1975, 712 с.

Щттп://www.Изафер.cом/савашлар-ве-серефлер/54653-балкан савашлары: щтмл;

Trablusqarp və Balkan savaşları Öngununde Girit Sorunu Kuzey Azerbaycan Basınında.

Bilimsel Eksen Uluslararası Hakemli Sosial Bilimlep dergisi. 4 sayı

ВТОРАЯ БАЛКАНСКАЯ ВОЙНА В ЦЕНТРЕ ВНИМАНИЯ

АЗЕРБАЙДЖАНСКОЙ ПЕЧАТИ

C.Ф.БАХШАЛИЕВ

В статье исследуются вопросы отражающие отношения между Турцией и Бал-

канскими государствами в периодической печати Азербайджана накануне второй Бал-

канской войны и в ходе его. Османское правительство после поражения в ходе первой

Балканской войны старалось исправить свое трудное международное и внутреннее

положение и с этой целью проводило соответствующую политику, чтобы окончательно

не подорвать свой авторитет перед народами Ближнего Востока и мировом масштабе, в

целом. Периодическая печать Азербайджана того времени на своих страницах ежеднев-

но старалась следить за событиями второй Балканской войны. Газеты под разными руб-

риками издавали хронику событий, авторские письма и др. сообщения.

Ключевые слова: Балканы, ситуация, война, империя

THE SECOND BALKAN WAR IN THE SPOTLIGHT OF THE AZERBAIJAN PRESS

S.F.BAKHSHALIYEV

The paper investigates questions reflecting the relations between Turkey and the

Balkan states in the press in Azerbaijan before the second Balkan war and during it. The

Ottoman Empire after its defeat in the Second Balkan War, tried to fix its difficult inter-

national and domestic political situation and pursued appropriate policies in order not to

undermine its credibility before the peoples of the Middle East and globally as a whole. The

bodies of the periodical press in Azerbaijan tried to follow the events of the Balkan war.

Newspapers published chronicles of events, letters and other messages under various

Key words: Balkan, situation, war, empire.

Azərbaycan müəllimlər institutu xəbərlər 4 2014

12 Mart , 2023 10:20

12 Mart , 2023 10:17

12 Mart , 2023 10:16

12 Mart , 2023 09:58

12 Mart , 2023 09:41

12 Mart , 2023 09:33

12 Mart , 2023 09:23

12 Mart , 2023 08:53

12 Mart , 2023 08:45

12 Mart , 2023 08:31

12 Mart , 2023 08:08

12 Mart , 2023 07:40

12 Mart , 2023 07:11

12 Mart , 2023 06:44

12 Mart , 2023 06:15

12 Mart , 2023 05:52

12 Mart , 2023 05:23

12 Mart , 2023 04:50

12 Mart , 2023 04:16

12 Mart , 2023 03:49

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Azərbaycan Müəllimlər İnstitutu ləğv olundu

Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzalayıb.

Milli.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, sərəncamda qeyd edilir:

“Pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin sayını optimallaşdırmaq, mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulsun.

2. Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunsun.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Sərəncamın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi-pedaqoji potensialının gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazadan təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin etsin”.

Milli.Az

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.