Press "Enter" to skip to content

Azrbaycan multikulturalizmi drslik

“Azərbaycan multikulturalizmi” dərsliyi müəllim-tələbə heyətinə təqdim olunacaq Multikulturalizm Mərkəzində “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında ulu öndər Heydər Əliyevin rolu” müzakirə edilib

“Azərbaycan multikulturalizmi” dərsliyi müəllim-tələbə heyətinə təqdim olunacaq

“Azərbaycan multikulturalizmi” dərsliyi müəllim-tələbə heyətinə təqdim olunacaq Multikulturalizm Mərkəzində “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında ulu öndər Heydər Əliyevin rolu” müzakirə edilib

24 Aprel , 2017 20:27

https://static.report.az/photo/8c3409fb-0d3c-4e8a-9bf9-16eb51ba39d4.jpg

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”mövzusunda “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi məsələlərinə həsr olunmuş metodik seminar keçirilib. Mərkəzdən “Report”a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov tədbiri açıb. O bildirib ki, seminarın məqsədi dünyanın müxtəlif ölkələrindəki ali təhsil müəssisələrində və Azərbaycanda olan universitetlərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris keyfiyyətinin daha da artırılması, qarşıda duran vəzifələrin həlli, mövcud problemlərin aradan qaldırılması məqsədi daşıyır. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov “Azərbaycan multikulturalizmi” fənninin hazırda dünyanın 15, ölkəmizin 40 aparıcı universitetində tədris olunduğunu xatırladaraq artıq fənnin tədrisi istiqamətində müsbət təcrübə və nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Etibar Nəcəfov tədris prosesinin elmi-medoki təminatı sahəsindəki problemlərin də artıq həllini tapmaq üzrə olduğunu bildirib. Professor qeyd edib ki, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasindan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı artıq üç dildə-Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb və tədrislə məşğul olan müəllimlərə çatdırılıb, bu seriyadan digər nəşrlər də hazırlanır. “Azərbaycan multikulturalizmi” dərsliyi də bugünlərdə müəllim-tələbə heyətinə təqdim ediləcək.

“Azərbaycan multikulturalizmi”: ali məktəblər üçün dərslik

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyət göstərdiyi 3 il ərzində ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu hədəflərə müvafiq olaraq, çoxsaylı regional və beynəlxalq layihələrə imza atıb. Bu layihələrə hazırda 20 xarici ölkə universitetində, ölkəmizin isə 40 ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, bu fənni mənimsəyərək Azərbaycanın dostuna çevrilən onlarla xarici ölkəni təmsil edən yüzlərlə gəncin platforması olan “Azərbaycanın Gənc Dostları Klubu”, Yay və Qış Multikulturalizm Məktəbləri, Rusiya, Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Bolqarıstanda BBMM-in filiallarının açılması da daxildir.

Mərkəzin Rusiya, Türkiyə, Almaniya, İndoneziya, Portuqaliya, Bolqarıstan, İtaliya, Belarus, Litva, Gürcüstan, Ukrayna, Çexiya və başqa ölkələrin nüfuzlu universitetlərində və ölkəmizdəki ali təhsil ocaqlarında tədris fəaliyyətini elmi ədəbiyyatla təchiz etmək üçün 2016-cı ildə Azərbaycan, rus və ingilis dillərində ilkin olaraq Azərbaycan multikulturalizminin qaynaqları seriyasından “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı nəşr olundu. Tədris edilən “Azərbaycan multikulturalizmi” fənninin dərin elmi və tədris vəsaitləri ilə zəngin bazasını formalaşdırmaq işini davam etdirən BBMM-in növbəti fundamental nəşri bu fənnin ilk dərsliyi oldu. BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu bu dərslik Azərbaycan Dillər Universitetinin Elmi Şurasının tövsiyəsi ilə nəşr olunub. Azərbaycanın brendi olan multikulturalizm modelini akademik şəkildə dünyaya təqdim etmək kimi ali missiyası olan belə bir dərsliyin ilk dəfə nəşri böyük əlamətdar hadisədir.

Belə ki, qırx dörd yerli və əcnəbi müəllifin səkkiz fəsildə hazırladıqları dərslik təkcə Azərbaycan multikulturalizminin ayrı-ayrı istiqamətlərini, dərin tarixi, mədəni, fəlsəfi, sosial qaynaqlarını, ölkəmizin multikultural təhlükəsizlik konsepsiyasını, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin formalaşmasına verdiyi əvəzsiz töhfələrin fərqli aspektlərdən təqdimatını deyil, həm də dünyada mövcud olan mütərəqqi multikulturalizm modellərini müqayisəli əsasda tələbələrə təqdim edir. Dərsliyin elmi redaktoru akademik Kamal Abdullanın qeyd etdiyi kimi bu dərslik “Portuqaliyadan İndoneziyayədək” müxtəlif ölkələrdə tədris olunan Azərbaycan multikulturalizmi fənni üçün əvəzedilməz mənbədir. Bu məqsədlə dərsliyin ən yaxın zamanda Azərbaycan multikulturalizmi öyrənilən ölkələrin dillərinə tərcümə edilməsi hazırda bu konseptual layihənin qarşısında duran əsas məqsədlərdən biridir. Dərsliyin müxtəlif dillərə tərcüməsi “Azərbaycan multikulturalizmi” fənninin arealının genişlənməsini daha da sürətləndirəcək. Öz ilkinliyi, şəkilli tərtibatı, zəngin ədəbiyyat göstəriciləri ilə seçilən “Azərbaycan multikulturalizmi” dərsliyi Azərbaycanın dövlət siyasətinin vacib bir istiqamətinin və ölkəmizin multikultural ab-havasının həm ölkə daxilində, həm də ölkə xaricində təbliği və təşviqi istiqamətində öz töhfələrini verəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.