Press "Enter" to skip to content

Buludxan xəlilov müasir azərbaycan dili sintaksis

Tabe edən tərəfin ifadə vasitəsinə görə söz birləşmələri belə müəyyənləşib: ismi birləşmələr (dəmir qapı, ağlayan uşaq, oxunacaq kitab və s.) və feli birləşmələr (kəndə getmək, hekayəni oxuyan, taxıl əkmək və s.)

Azərbaycan dilinin sintaksisi

Azərbaycan dilində söz birləşmələri birinci növbədə sərbəst və sabit birləşmələr deyə iki yerə bölünür (sərbəst birləşmə-görkəmli yazıçı; sabit birləşmə-əldən düşmək).

Tabe edən tərəfin ifadə vasitəsinə görə söz birləşmələri belə müəyyənləşib: ismi birləşmələr (dəmir qapı, ağlayan uşaq, oxunacaq kitab və s.) və feli birləşmələr (kəndə getmək, hekayəni oxuyan, taxıl əkmək və s.)

Azərbaycan dilində cümlə məqsəd və intonasiyaya görə dörd növə ayrılır: nəqli, sual, əmr və nida cümlələri.

Azərbaycan dilində cümlənin iki baş (mübtəda və xəbər), üç ikinci dərəcəli üzvü (tamamlıq, təyin və zərflik) var.

Azərbaycan dili cümlələrində söz sırası müəyyən qayda-qanuna tabe olur. Belə ki, hər bir cümlə üzvü müəyyən sıra ilə digər üzvün yanında gəlir. Bunu belə qruplaşdırmaq olar:

1) mübtəda – xəbər; 2) təyin – təyin olunan; 3) zərflik – xəbər; 4) zərflik – təyin; 5) tamamlıq – xəbər və s.

Cümlə üzvlərinin iştirakına görə Azərbaycan dilinin sadə cümlələri cüttərkibli, təktərkibli, geniş, müxtəsər, bütöv və yarımçıq deyə altı növə ayrılır.

Azərbaycan dilinin mürəkkəb cümlələri tabesiz və tabeli mürəkkəb cümlələr olmaq üzrə iki yerə bölünür.

Tabesiz mürəkkəb cümlənin tərkib hissələri bir-biri ilə müəyyən məna əlaqələri ilə bağlanır. Bu əlaqələr aşağıdakılardır: zaman, yer, ardıcıllıq, səbəb-nəticə, aydınlaşdırma, ziddiyyət və birləşdirmə əlaqələri.

Tabeli mürəkkəb cümlələrdə iki qütb var: baş və budaq cümlələr. Azərbaycan dilində budaq cümlələrin ondan yuxarı növü vardır: mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, təyin budaq cümləsi, tamamlıq budaq cümləsi, zərflik budaq cümləsi (zaman, yer, tərzi-hərəkət, səbəb-məqsəd, kəmiyyət, şərt, nəticə, qarşılaşdırma) budaq cümlələri.

Buludxan xəlilov müasir azərbaycan dili sintaksis

İmişli rayon Mərkəzi kitabxanası

İmişli rayon MKS

  • Əsas səhifə
  • Sənədlər
  • Ümumi məlumat
    • Elektron məlumat bazası
    • Dünyada baş verən son Mədəniyyət xəbərləri
    • Kitablar haqqında maraqlı məlumatlar olan saytlar
    • Kitabxanalar
    • Elanlar
    • İmişlim
    • Şəhidlərimiz
    • Ən çox oxunanlar
    • Yeni kitablar

    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Azərbaycan dilində. Bakı., 2002. 220 s. Məcəllə Ümumi və Xüsusi hissələrdən ibarətdir. Ümumi hissədə Azərbaycan Respublikasının inzibati xətalar qanunverciliyi

    Azərbaycan dili – Sintaksis Əlivsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov. Müasir Azərbaycan dili. IV hıssə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, 424 səh. Ali məktəblərin filologiya fakültələrinin tələbələri &uuml

    Azərbaycan dili – Morfologiya Muxtar Hüseynzadə. Müasir Azərbaycan dili. III hissə. Morfologiya. Bakı, “Şərq-Qərb”, 2007, 280 səh. Ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbləri üç&

    Azərbaycan dili – Leksika Səlim Cəfərov. Maüsir Azərbaycan dili. II hissə. Leksika. Bakı, “Şərq-Qərb”, 2007, 192 səh. Ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri üçün nəzər

    Azərbaycan dili -Fonetika Əbdüləzəl Dəmirçizadə. Müasir Azərbaycan dili. I hissə. Fonetika, orfoepiya, orfoqrafiya. Bakı, “Şərq-Qərb”, 2007, 256 səh. Ali məktəblərin filoloji fakültələrinin müəllimləri və

Comments are closed, but trackbacks and pingbacks are open.