Press "Enter" to skip to content

XALQ MUSİQİSİ

Get-Tune.cc [ Azərbaycan Musiqisi ]

все песни от: [ Azərbaycan Musiqisi ]

[ Azərbaycan Musiqisi ] 46 Gəl Ay Qonşumun Qızı

[ Azərbaycan Musiqisi ] 43 Bu Qız Nə Qəşəngdir

[ Azərbaycan Musiqisi ] Toy mahnıları – Popuri

[ Azərbaycan Musiqisi ] 70Melodiya (Bizim Cəbiş müəllim, 1969)

[ Azərbaycan Musiqisi ] Toy mahnısı

[ Azərbaycan Musiqisi ] Toy mahnıları – Can cana

[ Azərbaycan Musiqisi ] 40 Toy mahnısı

[ Azərbaycan Musiqisi ] 80 Toy mahnısı

[ Azərbaycan Musiqisi ] Toy mahnıları

[ Azərbaycan musiqisi ] Cənub Təranələri

[ Azərbaycan Musiqisi ] Azərbaycan Təranələri -3

[ Azərbaycan Musiqisi ] 63 Sarı Gəlin

[ Azərbaycan Musiqisi ] 83

[ Azərbaycan Musiqisi ] 74 Bayatılar

[ Azərbaycan Musiqisi ] Azərbaycan qızları

[ Azərbaycan Musiqisi ] 84

[ Azərbaycan Musiqisi ] Azərbaycan Təranələri -2

[ Azərbaycan Musiqisi ] 16 Necə unudum səni

[ Azərbaycan Musiqisi ] 27 İran Təranələri

[ Azərbaycan Musiqisi ] 31 Bakı Rəqsi

[ Azərbaycan Musiqisi ] 56 Telli Oğlan

[ Azərbaycan Musiqisi ] Azərbaycan Təranələri -1

[ Azərbaycan Musiqisi ] 20

[ Azərbaycan musiqisi ] Dalğalar

[ Azərbaycan Musiqisi ] “Basqalı”

[ Azərbaycan Musiqisi ] Elçibəy havası

[ Azərbaycan Musiqisi ] 10 Tərəkəmə

[ Azərbaycan Musiqisi ] 39 Yanıq Kərəm

[ Azərbaycan Musiqisi ] 33 Kənani

[ Azərbaycan Musiqisi ] “Nazilə”

[ Azərbaycan Musiqisi ] Naxçıvan toy havası

Azərbaycan musiqisi Ay telli oğlan

Azərbaycan Musiqisi Vağzalı

[ Azərbaycan Musiqisi ] 36 Yallı

[ Azərbaycan Musiqisi ] Səni yanasan toyuğu çalan

[ Azərbaycan Musiqisi ] 73 Bakı Sabahın Xeyir

[ Azərbaycan Musiqisi ] Qoy gülüm gəlsin, ay nənə

[ Azərbaycan Musiqisi ] 75 Naxçıvan Təranələri

[ Azərbaycan Musiqisi ] 51 Arzu Qızım

[ Azərbaycan musiqisi ] Oyun havası -2

[ Azərbaycan Musiqisi ] “Ləzginka”

[ Azərbaycan Musiqisi ] “Vağzalı”

[ Azərbaycan Musiqisi ] 30 Ləzginka

[ Azərbaycan Musiqisi ] Mənim kimi gözəli

[ Azərbaycan musiqisi ] Oyun havası -3

Azərbaycan Musiqisi Gözəl ifa

[ Azərbaycan Musiqisi ] 79 Azərbaycan Rəqsi

Azərbaycan Musiqisi Mənim kimi gözəli

Azərbaycan Musiqisi Gəncə marşı

Azərbaycan musiqisi Sen evlisen

Муз жанры

Песни

Исполнители

© 2011 – 2023 Get-Tune.cc
get-tune.net@yandex.ru
ООО «АдвМьюзик» заключил лицензионные соглашения с крупнейшими российскими правообладателями на использование музыкальных произведений. Полная информация

0:00 0:00

Get-Tune.cc [ Azərbaycan Musiqisi ]

XALQ MUSİQİSİ

Azərbaycan xalqının mədəniyyət və incəsənəti çoxəsrlik tarixə malikdir. Xalqımızın musiqiyə dərin məhəbbəti və musiqinin xalq həyatında dərin kök salması buna canlı misaldır. Qədim dövrlərdən şifahi ənənəli sənət kimi yaşayan milli musiqimiz öz janr və forma müxtəlifliyi, orijinal ritmi, parlaq ifadə tərzi və milli xüsusiyyətləri ilə fərqlənir. Azərbaycan xalq musiqi sənətinin kökləri çox qədim dövrlərə gedib çıxır. Mərasim rəqsi olan “Yallı”nı eramızdan əvvəl V minilliyə aid etmək olar. Azərbaycanın zəngin musiqi mədəniyyəti haqda qiymətli məlumatlar “Kitabi – Dədə Qorqud” dastanında verilir.

Orta əsr Azərbaycan musiqi mədəniyyətinin bir çox cəhətləri Nizami, Məhsəti, Nəsimi, Füzuli, Vaqif və başqa Azərbaycan klassiklərinin əsərlərində geniş şəkildə öz əksini tapmışdır. Bu musiqi mədəniyyəti haqda orta əsrlərin görkəmli alimlərindən S.Urməvi, Ə.Marağayının, Mirzə bəyin və b. – nın musiqi risalələrində verilmiş zəngin məlumatlar musiqi elminə böyük töhfədir.

Azərbaycan şifahi ənənəli musiqi yaradıcılığı – xalq mahnı və rəqslərinin, aşıq havaları və dastanların, muğam dəstgahları, kiçik həcmli muğamlar, zərbi-muğamlar, təsnif və rənglərin yaradılmasını və ifaçılığını özündə cəmləşdirir. Əmək, epik, məişət, qəhrəmanlıq, lirik, satirik mahnı və rəqslər, aşıq yaradıcılığı, emosional obrazlı məzmunu ilə fərqlənən klassik muğam sənəti xalqın hafizəsində dərin iz buraxmış və öz qiymətini əsrlər boyu saxlamışdır. Hər bir sahənin özünəməxsus janrları, yaradıcılıq tələbləri, ifaçılıq xüsusiyyətləri və eləcə də tətbiqi cəhətləri vardır.

Bu işdə mahir mügənnilər, aşıq və xanəndələr böyük rol oynamışlar. Bunlardan Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Əsəd Rzayev kimi sənətkarların, Səttar, Cəfər, Cabbar Qaryağdıoğlu, Xarratqulu, Hacı Hüsü kimi xanəndələrin, Sadıqcan, Şirin Axundov, Qurban Pirimov və b. tarzənlərin sənətə bağlılığı bu gün də gənc nəslə nümunə, bir məktəbdir. Dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəyli musiqi yaradıcılığının və ifaçılığının əsas inkişaf yollarını göstərərək, “Azərbaycan musiqi həyatına bir nəzər” məqaləsində Azərbaycan musiqisində mövcud janrları musiqi xüsusiyyətlərinə görə iki qrupa: bəhrli və bəhrsiz musiqi qruplarına bölmüşdür. Bəhrsiz qrupa sərbəst vəznə əsaslanan muğamları, bəhrli qrupa isə dəqiq metroritmik əsasa malik musiqi janrlarını – təsnif, rəng, diringi, rəqs və mahnıları aid etmişdir.

Xalq musiqi yaradıcılığının janrları olan mahnı və rəqslər, aşıq havaları, muğamlar, təsnif və rənglər musiqi ifaçılarının ənənəvi repertuarının əsasını təşkil edir. Bu baxımdan, musiqi irsində vokal, instrumental və vokal-instrumental musiqi sahələri ayrıca qeyd olunmalıdır. Azərbaycan xalq musiqisinin böyük bir hissəsini xalq mahnıları təşkil edir. Xalq mahnılarında xalqın yüksək mənəviyyatı – onun ümid və arzuları, əhval– ruhiyyəsi tərənnüm olunur.

Xalq mahnıları rəngarang mövzu və məzmununa, ictimai mötivlərinə görə bir – birindən fərqlənir. Bu baxımdan onları dörd qrupa bölmək olar.

I. Əmək mahnıları xalq mahnı yaradıcılığının ən qədim janrıdır. Xalqın təsərrüfat həyatı və mövsüm mərasimləri ilə bağlı əmək mahnıları çoxdur. Maldarlar arasında ən geniş yayılmışı – sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə geniş yayılmış əmək mahnıları – hollavarlardır. Bu mahnıların mətnini şifahi ədəbiyyatın qədim şeir formalarından olan bayatılar təşkil edir. Belə mahnılardan “Çoban avazı”, “Tutu mənəm”, “Sağım mahnısı”, “Çək, şumla yeri”, “Şum nəğməsi” və b. adını çəkmək olar. Lənkəran, Masallı, Astara, Lerik rayonlarında oxunan əmək – rəqs mahnılarını qadınlar kollektiv halda ifa edirlər. “Həsiri basma, dolan gəl”, “Ha yordu – yordu”, “Ay lolo” və s. buna misaldır.

II. Mərasim mahnıları da milli xalq mahnı yaradıcılığının qədim növlərindən biridir. Bu cür mahnıları “mövsüm” və “ənənəvi” mahnı növlərinə ayırmaq olar.

Mövsüm mahnılarında insanların təbiət qüvvələrinə – yağış, quraqlıq, od, günəşə qalib gəlməyə çalışması öz ifadəsini tapır.

Ailə və məişətlə əlaqədar yaranmış mahnılar isə ənənəvi toy, bayram və matəm mahnılarından ibarətdir. Bu cür mahnılardan “Günəşi cağır” mərasim mahnısının, “Xoş getdin”, “Aparmağa gəlmişik”, “Ay mübarək”, “Yol açın, gəlin gəlir” ənənəvi toy mahnılarının adını çəkə bilərik.

Qədim el bayramı – Novruz bayramı zamanı oxunan mahnılar da ənənəvi mahnılardandır. Bunlar müxtəlif oyunlar və tonqal üstündən tullanma zamanı ifa edilir, səməni ilə bağlı oxunur. Bunlardan “Xıdır İlyas”, “Səməni”, “Kos – Kosa” və b. göstərmək olar.

III. Məişət mahnıları mətninə, məzmununa, bədii formasına, ifadə etdiyi hisslərə görə müxtəlifdir. Məişət mahnıları 4 növə bölünür.

2. Lirik mahnılar

3. Yumorlu mahnılar

4. Satirik mahnılar.

Anaların öz körpələrinə oxuduqları mahnılara ninni, layla və oxşamalar aiddir. Bu mahnıların musiqisi sadə, sözləri aydın və anlaşıqlı olur.

Uşaq mahnılarının çox hissəsi bilavasitə uşaqların özləri tərəfindən ifa olunur. Uşaq mahnıları üçün səciyyəvi olan sağlam gülüş, məzhəkə və zarafat bu mahnıların əsasını təşkil edir. “Qarı və buz”, “Quzum”, “Xoruz”, “Qış”, “Çoban”, “Məstan pişik” və s. bu qəbildən olan mahnılardır.

Xalqın gündəlik həyatını əks etdirən lirik mahnılarda başlıca yeri ailə, saf məhəbbət, ayrılıq, intizar kimi həyati mövzular, nəcib, insani hisslər tutur. Lirik mahnılar ahəngdar, ifadəli melodiyası, öz dəqiq ritmi ilə fərqlənir. Belə nümunələrdən “Çal, oyna”, “Qoy gülüm gəlsin, ay nənə”, “Gül oğlan”, “Qara tellər”, “Qara göz”, “Ay sarı saç”, “Qara xal yar”, “Ləlli” və s. adını çəkmək olar.

Satiralı mahnılar məişət və əxlaqın mənfi cəhətlərini əks etdirən mahnılardır. Bu mahnılarda köhnə adət – ənənələr, mənfi tiplər – fırıldaqçılar, məişət pozğunluqları ifşa olunaraq, gülüş öbyektinə çevrilir.

Bir çox mahnılarda satirik və lirik sevgi motivləri birləşir. Onlarda şikayət ruhu duyulur. “Aman nənə”, “Ay qadası” mahnıları bu qəbildəndir.

IV. Tarixi mahnılar xalqın həyatında baş vermiş hər hansı tarixi hadisəyə və ya ölkənin ictimai – siyasi həyatında böyük rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır. Bu mahnılarda xalqın xarakteri, vətən məhəbbəti, qəsbkarlara qarşı amansızlıq, müstəqillik arzuları əks olunmuşdur. Məsələn, “Atlı Koroğlu”, “Koroğlunun Çənlibeli”, “Koroğlunun təlimi”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Yolu kəsmişlər” mahnılarını göstərmək olar.

Comments are closed, but trackbacks and pingbacks are open.