Azərbaycan-Polşa münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir
Polşa və ya Polşa Respublikası Avropada dövlətdir. Mərkəzi Avropada olub qərbdə Almaniya, cənubda Çex Respublikası və Slovakiya, şərqdə Ukrayna və Belarus, şimalda isə Baltik dənizi, Litva və Rusiya (Kalininqrad vilayəti) ilə həmsərhəddir. Ölkənin həmçinin Danimarka və İsveç ilə dəniz sərhədləri vardır. Polşanın ərazisi 312.683 km²-dir (dünyada ərazisinə görə 69-cu yerdədir). Əhalisi 38.1 milyondan çoxdur, sakinlər əsasən tarixi mərkəz Krakov və paytaxt Varşava kimi böyük şəhərlərdə məskunlaşmışdır.
Polşa Respublikasının Azərbaycandakı səfirliyi
Polşa və ya Polşa Respublikası Avropada dövlətdir. Mərkəzi Avropada olub qərbdə Almaniya, cənubda Çex Respublikası və Slovakiya, şərqdə Ukrayna və Belarus, şimalda isə Baltik dənizi, Litva və Rusiya (Kalininqrad vilayəti) ilə həmsərhəddir. Ölkənin həmçinin Danimarka və İsveç ilə dəniz sərhədləri vardır. Polşanın ərazisi 312.683 km²-dir (dünyada ərazisinə görə 69-cu yerdədir). Əhalisi 38.1 milyondan çoxdur, sakinlər əsasən tarixi mərkəz Krakov və paytaxt Varşava kimi böyük şəhərlərdə məskunlaşmışdır.
İlk polyak dövləti 966-cı ildə yaradılmışdı. Həmin dövlətin sərhədləri təxminən bugünkü Polşa sərhədləri ilə üst-üstə düşür. Polşa 1025-ci ildə krallığa çevrilmiş, 1569-cu ildə isə Böyük Litva hersoqluğu ilə birləşərək Polşa-Litva birliyinin əsasını qoydu. Bu ittifaq yalnız 1795-ci ildə dağılmışdı. 1918-cu ildə müstəqilliyini yenidən qazanan Polşa İkinci dünya müharibəsi dövründə Adolf Hitler Almaniyası tərəfindən işğal olunmuş, müharibə bitdikidən sonra isə kommunist dövlət kimi SSRİ-nin nəzarət etdiyi Şərq Blokuna daxil olmuşdu. 1989-cu ildə kommunist rejimi devrildikdən sonra Polşada “Üçüncü Respublika” quruldu. Bu gün Avropa İttifaqının ən çox əhaliyə malik 6-cı ölkəsi olan Polşa 16 voyevodaliqdan ibarət liberal demokratik dövlətdir. Ölkə Avropa Birliyi, NATO, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatının üzvüdür.
Polşa-Azərbaycan münasibətləri
Polşa 27 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımışdır. Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur.Polşanın Azərbaycandakı səfirliyi 23 avqust 2001-ci ildə fəaliyyətə başlamışdır. 30 avqust 2004-cü ildə Azərbaycanın Polşada səfirliyi açılmışdır. Hazırda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovdur. Polşa Respublikasının Azərbaycandakı səfiri Mixal Labendadır.
2010-cu ildə Milli Məclisdə Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Qrupun sədri millət vəkili Səttar Möhbalıyev. 2012-ci ildə Polşa Parlamentində Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Qrupun sədri Malqojata Sadurskadır.2009-cu ildə Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır.2006-ci ildə Hökumətlərarası birgə Komissiya yaradılmışdır.Azərbaycan Respublikası tərəfindən Komissiyanın həmsədri- sənaye və energetika naziri Natiq Əliyev, Polşa Respublikası tərəfindən həmsədr Baş nazirin müavini,iqtisadiyyat naziri Valdemar Pavlakdır. Komissiyanın indiyədək 4 iclası keçirilmişdir.Azərbaycan Respublikası və Polşa Respublikası arasında 38 sənəd imzalanmışdır.
Azərbaycan-Polşa münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir
Azərbaycan Respublikası Polşa Respublikası ilə əməkdaşlığın genişləndirilməsinə hər zaman böyük əhəmiyyət verir. Bizim münasibətlərimiz tarixi əlaqələrə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, 2022-ci il Azərbaycan-Polşa münasibətləri kontekstində xüsusi bir ildir. “Bu il biz Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Eyni zamanda, ölkələrimiz arasında strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyanatın imzalanmasının 5 ili tamam olur. Bu illər ərzində yüksək səviyyəli çoxsaylı səfərlər, siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə çoxsaylı tədbirlər inkişafda olan münasibətlərimizi nikbin formada səciyyələndirir”, – deyə nazir əlavə edib.
Natiq Əliyev: Azərbaycan-Polşa münasibətlərinin tarixi kökləri var
Bakı. 23 may. REPORT.AZ/ “Azərbaycan-Polşa münasibətləri həmişə dostluq şəraitində inkişaf edən tarixi köklərə söykənib”. “Report” xəbər verir ki, bunu Bakıda Polşanın Konstitusiya gününə həsr olunmuş tədbirdə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. “Mədəniyyətlərimizin çox yaxın olduğunu demək olar”, – deyə o əlavə edib. Nazir polşalıların Azərbaycan memarlığı və neft sənayesinin inkişafına verdikləri töhfələrdən danışıb. “Biz bu gün minnətdarlıq hissi ilə onların adlarını yad edirik”, – deyə Natiq Əliyev qeyd edib. Nazirin sözlərinə görə, Azərbaycan və Polşa bu gün bir sıra sahələrdə birgə fəaliyyət göstərir. “Polşa şirkətləri bir sıra sahələrdə, eləcə də, energetika, sənaye, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq edir”, – deyə o xatırladıb. Natiq Əliyev qeyd edib ki, Polşa baş nazirinin müavini Yanuş Pexoçinskinin rəhbərlik etdiyi 60 iş adamından ibarət nümayəndə heyəti tezliklə Bakıya gələcək. “Səfər zamanı tərəflər daha sıx iqtisadi əməkdaşlıq məsələləri üzərində işləyəcəklər”, – deyə nazir bildirib və ölkələr arasında münasibətlərin hazırki inkişaf səviyyəsindən tam olaraq razılığını ifadə edib.
Похожие статьи
-
Azərbaycan və çin münasibətləri
Azərbaycan və çin münasibətləri İkitərəfli siyasi münasibətlər: İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da…
-
Azərbaycan və rusiya münasibətləri
Səfir Rusiya-Azərbaycan münasibətlərindən danışdı Azərbaycan və Rusiya arasında humanitar və mədəni əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun rolu…
-
Azərbaycan türkiyə münasibətləri
Azərbaycan türkiyə münasibətləri “Türkiyə-Azərbaycan birliyi əbədidir” söyləyən Malik Həsənov dövlətimizin başçısı İlham Əliyevin Şuşada türkiyəli…
-
Azərbaycan və gürcüstan münasibətləri
AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ DOSTLUQ VƏ MEHRİBAN QONŞULUQ MÜNASİBƏTLƏRİ HƏDDİNDƏDİR Xatırladaq ki, təməlqoyma mərasimlərində jurnalistlərə açıqlama…
-
Azərbaycan xarici iqtisadi münasibətlər
Beynəlxalq iqtisadi münasibətlər Son illər isə Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında mühüm artım müşahidə olunmaqdadır. Belə ki, hazırda…
Comments are closed, but trackbacks and pingbacks are open.