Press "Enter" to skip to content

Almaniyada Milli Təhlükəsizlik Şurasının yaradılması uğursuzluqla nəticələnib

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:

Facebook

Страница «Azərbaycan Respublikasının Baş Prokurorluğu» есть на Facebook. Войдите, чтобы связаться с Azərbaycan Respublikasının Baş Prokurorluğu.

Страница «Azərbaycan Respublikasının Baş Prokurorluğu» есть на Facebook. Войдите, чтобы связаться с Azərbaycan Respublikasının Baş Prokurorluğu.

Azərbaycan Respublikasının Baş Prokurorluğu

@prokurorluq

О пользователе Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 133. Azərbaycan Respublikasının Prokurorluğu

I. Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını mədafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

IV. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

V. Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 4. Prokurorluğun fəaliyyət istiqamətləri

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:

cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;
cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;
təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;
məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;
məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir;
məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.
Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.

Maddə 5. Prokurorluğun fəaliyyətinin əsas prinsipləri

Prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

qanunçuluq;
hər kəsin qanun qarşısında hüquq bərabərliyi;
fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi;
obyektivlik, qərəzsizlik və faktlara əsaslanma;
vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabe olması;
siyasi bitərəflik.

Almaniyada Milli Təhlükəsizlik Şurasının yaradılması uğursuzluqla nəticələnib

Almaniyada Milli Təhlükəsizlik Şurasının yaradılması uğursuzluqla nəticələnib Almaniyanın koalisiya hökuməti təşkilatın necə işləyəcəyi və ona kimin rəhbərlik edəcəyi ilə bağlı fikir ayrılıqları səbəbindən Milli Təhlükəsizlik Şurasının yaradılması ilə bağlı razılığa gələ bilməyib.

11 Mart , 2023 20:27

https://static.report.az/photo/32251a1a-2415-369d-8ab3-90c21174a540.jpg

Almaniyanın koalisiya hökuməti təşkilatın necə işləyəcəyi və ona kimin rəhbərlik edəcəyi ilə bağlı fikir ayrılıqları səbəbindən Milli Təhlükəsizlik Şurasının yaradılması ilə bağlı razılığa gələ bilməyib. “Report” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən yazır. Qeyd olunub ki, kansler Olaf Şolts (Sosial Demokrat Partiyası – Red) ilə xarici işlər naziri Annalena Berbok (Yaşıllar Partiyası – Red) arasında aylarla davam edən danışıqlar nəticəsiz qalıb. Buna görə layihənin müvəqqəti olaraq təxirə salınması qərara alınıb. Güman edilirdi ki, yeni qurum kanslerlik ilə müxtəlif nazirliklər arasında mübahisəli məsələlərdə – Çinlə münasibətlər, Malidə hərbi mövcudluq və ya Ukraynaya silah tədarükü ilə bağlı koordinasiyanı təkmilləşdirməli olacaq. Nəşr bildirib ki, nazir səlahiyyətlərinin bir hissəsini artıq ciddi qərarlar qəbul etməklə məşğul olan kanslerin ofisinə vermək istəmir və kanslerin ofisi qurumun Xarici İşlər Nazirliyinə tabe olmasına qarşıdır. Belə ki, nazirlik müstəqil qərar qəbul etmək hüququna malik olacaq. Yaşıllar Partiyası Xarici İşlər Nazirliyinin siyasi rolunun azalacağından ehtiyat edir. Partiya nümayəndələri şuranın növbə ilə idarə olunacağı modeli təklif ediblər.

Xankəndi

AzVision.az xəbər verir ki, jurnalın bu nömrəsi cari ilin yanvar-mart aylarını əhatə edir. Jurnal Azərbaycan Prezidenti İlham Əliyevin “Bütün çətinliklərə, beynəlxalq iqtisadi böhranlara, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedəcək. Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir” sözləri ilə başlanır.

Jurnalın “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “Təhlillər, təkliflər”, “Veteranlar yada salır”, “İctimaiyyətə hesabat”, “Prokurorluğun beynəlxalq əlaqələri”, “Normativ hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar əksini tapıb.

Nəşrin “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası oxucuların diqqətinə çatdırılıb. Eləcə də dövlətimizin başçısının şəhidlərin əziz xatirəsini yad etməsi, Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimində iştirak etməsi barədə yazılar bu bölmədə əksini tapıb.

Bölmədə, həmçinin Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak etməsi barədə yazı, dövlətimizin başçısının 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına, Novruz bayramı münasibətilə xalqımıza təbrikləri, Z.B.Qaralovun “Şöhrət” ordeni ilə təltif edilməsi və Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncamları dərc edilib.

Jurnalın “Rəsmi tədbirlər” bölməsində “Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilmişdir”, “Baş Prokurorluqda 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir”, “Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2015-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir”, “Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzindədir” sərlövhəli yazılar yer alıb.

“Təhlillər, təkliflər” bölməsində əməkdar hüquqşünas Müzəffər Ağazadənin “Cinayət-Prosessual Məcəllədə yeni prosessual şəxs: ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi” sərlövhəli məqaləsi verilib.

“Veteranlar yada salır” bölməsində isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prokurorluğun fəxri işçisi, baş ədliyyə müşaviri Cahangir Nəsirovun “Azərbaycan qadınları Böyük Vətən müharibəsi və quruculuq illərində” sərlövhəli məqaləsi yerləşdirilib.

Ümumilikdə jurnalda Baş Prokurorluqda keçirilən tədbirlər, görüşlər, eləcə də bu qurumun uğurlu beynəlxalq əlaqələri barədə geniş yazılar və digər mövzularda məqalələr toplanıb.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.