Press "Enter" to skip to content

Azərbaycanın UNESCO-nun siyahısına salınmış maddi və mədəni irsi

Qobustan Milli Tarix-Bədii Qoruğu – Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə olunduğu ərazi. 2007-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 kilometr uzaqlıqda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqdakı qayaüstü rəsmlər, əsasən, Mezolit (Orta Daş Dövrü) dövrünə aid edilir.

Azərbaycan xalçasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmasından 10 il ötür

Azərbaycan xalçasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınması tarixindən 10 il ötür. Milli Xalça Muzeyində Azərbaycan mədəniyyəti üçün mühüm əhəmiyyət daşıyan bu tarixi hadisə qeyd olundu.

Şərq xalçaçılıq sənətinin bir qolu olan Azərbaycan xalçaları 2010-cu ilin noyabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyasına daxil edilib ki, bu da Azərbaycan xalça sənətinə beynəlxalq səviyyədə verilən qiymətdir. UNESCO üzrə Milli Komissiyanın Baş katibi Elnur Sultanov söyləyir ki, Azərbaycan xalçalarının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmasında UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsinin təqdimatını keçirdi. Layihə çərçivəsində təbii və rənglənməmiş yundan hazırlanmış beş klassik xalça nümayiş olundu. Şirin Məlikova söyləyir ki, bu layihə iki il müddətinə həyata keçib. «Biz bu illər ərzində Azərbaycanın müxtəlif bölgələrindən yun topladıq. Müxtəlif rəngli yunu və sonra bu yundan sonra bizim muzeydə saxlanılan qədim xalçaların kiçik reprikalarını toxutdurduq. Onu da qeyd etmək lazımdır ki, bu, xalça toxunuşunda qədim metoddur», deyə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib.

Ülviyyə Heydərova, Atababa Vəliyev

OXŞAR XƏBƏRLƏR

YARAT-da “Memarlıq və incəsənət” mövzusunda mühazirə olacaq

Fevralın 9-da YARAT Müasir İncəsənət Mərkəzində “Memarlıq və incəsənət” mövzusunda mühazirə keçiriləcək. ühazirə çərçivəsində memarlıq və incəsənət mövzusunda fikir mübadiləsi apa.

“Yanardağ”, “Atəşgah” və “Yuxarı Baş” qoruqlarını ötən il 350 mindən çox turist ziyarət edib

Ötən ilin “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 110 mindən çox turist ziyarət edib. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun isə 100 minə yaxın ziyarətçisi.

Qız qalasının qarşısındakı körpüdə təmir işləri aparılır

Qız qalasının qarşısında piyadaların hərəkəti üçün nəzərdə tutulan körpüdə təmir işləri aparılır. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Azərbaycanın UNESCO-nun siyahısına salınmış maddi və mədəni irsi

Azərbaycan tarixi abidələri və milli sərvətləri UNESCO tərəfindən layiqli qiymətini alıb. Ökəmizin 10-dan çox maddi və mədəni irs nümunəsi bu beynəlxalq qurumun Ümumdünya İrsi və Qeyri-Maddi Mədəni Mirası Siyahısına daxil edilib.

BAKI, 4 noyabr — Sputnik. Azərbaycanın UNESCO-nun siyahısına salınmış nadir maddi-mədəni irs nümunələrini Sputnik Azərbaycan oxucuların diqqətinə təqdim edir.

© Sputnik / Murad Orudjev

Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər – UNESCO-nun Ümumdünya İrsi Siyahısına 2000-ci ildə daxil edilib. Qoşa Qala Qapısı və ya Şamaxı qapısı – İçərişəhərin qədim hissəsinin əsas girişi hesab olunur. Əvvəllər müdafiə məqsədilə istifadə edilib. Sonradan qapıların bu baxımdan əhəmiyyətini itirdiyini düşünərək şəhərin abadlaşdırılması zamanı divarların ikinci sırası sökülüb. Hazırda Qoşa Qala Qapısından, əsasən, İçərişəhərə giriş və nəqliyyat vasitələrinin daxil olması üçün istifadə edilir.

© Sputnik / Murad Orujov

Qız qalası – Bakının və bütün Abşeron yarımadasının ən möhtəşəm memarlıq abidəsi sayılır. XII əsrə aid edilən bu möhtəşəm tikili İşərişəhərin qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Hündürlüyü 28 metr, diametri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbənin divarın qalınlığı isə 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülüb. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərir. 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.

Şirvanşahlar Sarayı – Şirvanşah hökmdarlarının Bakı şəhərində yerləşən qədim iqamətgahı. Azərbaycan memarlığının incisi hesab olunur. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları da daxildir. Saray kompleksinin tikintisi XIII əsrdən XVI əsrə qədər davam edib. 1964-cü ildə kompleks “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyi elan edilib. Bu unikal memarlıq və mədəniyyət kompleksi 2000-ci ildə Bakı şəhərinin qala divarları ilə əhatə edilmiş tarixi hissəsi –İçərişəhər və Qız qalası ilə birlikdə YUNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. 2001-ci ildə Şirvanşahlar sarayı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.

© Sputnik / Anton Denisov / Mediabanka keçid

Qobustan Milli Tarix-Bədii Qoruğu – Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə olunduğu ərazi. 2007-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 kilometr uzaqlıqda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqdakı qayaüstü rəsmlər, əsasən, Mezolit (Orta Daş Dövrü) dövrünə aid edilir.

© Sputnik / Anton Denisov

© Sputnik / Shahperi Abbasova

Şəki Xan Sarayı – Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. Saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. 30 metr uzunluğa malik olan iki mərtəbəli sarayın sahəsi 300 kvadratmetrdir, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilib. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Bina XVIII əsr saray memarlığının ən gözəl nümunələrindən biri sayılır və 2019-cu ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

Muğam və ya muğamat sənəti – mürəkkəb ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan ifadə edən musiqi janrıdır. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində kamilləşib. Azərbaycanda muğamı adətən, muğam üçlüyünün (tar, kamança, qaval) müşayiəti ilə xanəndə tərəfindən ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental musiqi bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. 2008-ci ildə Azərbaycan muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

© Sputnik / Ilham Mustafa

Azərbaycan aşıq sənəti – şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşib. Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo ifadır. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

Novruz Bayramı – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram. Azərbaycanda milli bayram kimi qeyd olunur. Novruz bayramı Şimal yarımkürəsində astronomik olaraq yaz fəslinin başlandığı, gecə-gündüzün bərabərləşdiyi vaxt (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Qədim dövrlərdən bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayaraq bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Ölkəmizdə bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələr, oyunlar indiyədək qorunub-saxlanıb. Novruz bayramı Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində qeyd olunur. Novruz bayramı 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.

Azərbaycan xalçaçılıq sənəti – Bu sənət növü Azərbaycanda lap qədimlərdən inkişaf etdirilib. Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında həm qədim dövrlər, həm də orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Xovsuz xalçalar toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: – Palaz, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumax. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür: Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəbi. Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.