SOCAR haqqında
SOCAR AQŞ təsis edildi
Azərbaycan respublikası dövlət neft şirkəti socar
Zəngin İrs,
Davamlı İnkişaf
Son xəbərlər
SOCAR AQŞ qabaqcıl texnologiyanı Azərbaycana gətirib
Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti olan SOCAR AQŞ-nin, tarixində ilk dəfə olaraq quruda qazma xidmətlərini icra etmək üçün beynəlxalq istehsalçıya məxsus müasir qazma qurğusunu Azərbaycana gətirdiyini məmnunluqla bildiririk.
SOCAR AQŞ “IADC Drilling Caspian 2023” konfrans və sərgisinin Qızıl Sponsorudur
SOCAR AQŞ Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (International Association of Drilling Contractors – IADC) tərəfindən 7-8 fevral tarixlərində Bakıda keçiriləcək “IADC Drilling Caspian 2023” konfrans və sərgisinin Qızıl Sponsoru olmaqdan məmnunluq duyur.
SOCAR AQŞ-də Zəfər Günü münasibətilə tədbir keçirilib
Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun misilsiz qəhrəmanlığı və xalqımızın birliyi hesabına əldə etdiyimiz tarixi qələbənin il dönümüdür.
Biz kimik
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
Tariximiz
SOCAR AQŞ təsis edildi
“Günəşli 13” və “Günəşli 11” quyularının qazılması üçün ilk müqavilə imzalandı
“Günəşli 13” və “Günəşli 11” platformalarından ilk quyu qazıldı
SOCAR AQŞ İnteqrasiya olunmuş İdarəetmə Sistemləri (IMS) üzrə ISO sertifikatı aldı
Şirkət Beynəlxalq Qazma Podratçıları Assosiasiyasına (IADC) üzv oldu
“Ümid 1” platforması işə salındı və istismara verildi
İlk Baza-Bulla İstehsalat və Təchizat Bazası yaradıldı
SOCAR haqqında
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünyanın ən iri 50 neft şirkətlərindən biridir. Şirkətin 2013-cü ildə EBITDA üzrə gəliri 3,5 milyard ABŞ dolları təşkil edib və xalis gəliri isə 1,2 milyard ABŞ dollardan artıq olub. Şirkətin 31 dekabr 2013-cü il tarixinə Ernst and Young Holding (CIS) B.V şirkəti tərəfindən audit olunmuş və bəyan edilən maliyyə hesabatlarını ilə burada tanış ola bilərsiniz.
Şirkət Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanına əsasən Azərbaycan qanunvericiliyinə müvafiq olaraq yaradılıb və əsas fəaliyyəti Azərbaycandadır. SOCAR-ın əsas fəaliyyətləri neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının, eləcə də qaz və qazın satışından ibarətdir.
SOCAR şirkəti 100 faiz olmaqla, Azərbaycan Respublikası dövlətinə məxsusdur. SOCAR birgə müəssisələrin (Gürcüstan və Türkiyədəki birgə müəssisələr də daxil olmaqla), konsorsiumların, əməliyyat şirkətlərinin yaradılmasında iştirak edir. SOCAR-ın nümayəndəlikləri və törəmə şirkətləri Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, Almaniya, Rusiya, Belçika, ABŞ və Ukraynada və dünyanın digər ölkələrində yerləşir. SOCAR-ın dünyanın müxtəlif yerlərində yerləşən şirkətlərlə geniş əhatəli fəaliyyət sahələri üzrə böyük əməkdaşlıq əlaqələri mövcuddur. BP, Exxon, Statoil, Total, Chevron, Itochu and Lukoyl kimi şirkətlər Xəzər dənizindəki ehtiyatların kəşfiyyatına cəlb olunub. SOCAR şirkəti TransAnadolu Təbii Qaz Boru Kəməri (TANAP) da daxil olmaqla, bir sıra regional və beynəlxalq enerji layihələrində əhəmiyyətli mövqeyə malikdir.
Dünyanın Fitch Ratings və Standard and Poors kimi aparıcı reytinq agentlikləri müvafiq olaraq, SOCAR şirkətinin BBB (investisiya səviyyəli) və BB+ reytinqlərini təsdiq ediblər.
SOCAR-ın missiyası Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Ölkənin qaz ehtiyatları 3-6 (2.55 təsdiqlənmiş və 6 ümumi) trilyon kubmetrdir. Şirkət malik olduğu biznes təcrübəsi və həyata keçirdiyi uğurlu layihələri ilə Azərbaycanın elmi, texniki, iqtisadi və intellektual potensialına öz töhfəsini verməkdədir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti davamlılıq, sosial məsuliyyət və şirkət etikası prinsiplərinin bütün dünyada təşəkkül tapmasına çalışır. Biznes Etikası müddəalarının tam mətni ilə burada tanış ola bilərsiniz.
Any questions?
Please contact us with any question or comments on this site.
SOCAR işçi axtarır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.
Missiyamız
Azərbaycan Respublikasının yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqları təmin etmək, qabaqcıl və ekoloji təmiz texnologiyalardan istifadə edərək Azərbaycanın elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmaq, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimal mənfəət əldə etməkdir.
Məramımız
əməliyyat effektivliyi, sosial və ekoloji məsuliyyəti qabaqcıl təcrübəyə uyğun, dünyanın şaquli inteqrasiya olunmuş iri beynəlxalq neft-qaz şirkətinə çevrilməkdir.
Похожие статьи
-
Azərbaycan respublikası dövlət neft şirkəti socar 2018
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR Nəzarətin olmadığı şəffaflıq və məhdud hesabatlılıq Category : SOCAR SOCAR; SOCAR; SOCAR (empresa…
-
Azərbaycan respublikası dövlət neft şirkəti 2018
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – Şirkətin İdarə Heyətinin üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir,…
-
Azərbaycan respublikası konstitusiyası və hüququn əsasları
Azərbaycan respublikası konstitusiyası və hüququn əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə…
-
Azərbaycan respublikası əmək məcəlləsi
Azərbaycan respublikası əmək məcəlləsi Artıq tükənmişəm, işləyə bilmirəm, – deyənlər MÜTLƏQ OXUSUN Azərbaycan Respublikasının Əmək Məcəlləsi İqtisadi…
-
Azərbaycan deputatları rusiya dövlət dumasında
Azərbaycan deputatları rusiya dövlət dumasında Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq…
Comments are closed, but trackbacks and pingbacks are open.