Azrbaycan respublikası fiziki coğrafiyası lr
Təbii sərvətlərlə (nəm yeraltı, həm də yerüstü) olduqca zəngin bir ölkədir. Əsas faydalı qazıntıları neft, qaz, dəmir filizi, alunit, qızıl, mis, polimetal tikinti materialları və s.-dir.
Azərbaycan coğrafiyası
Azərbaycanda kustar və sənətkarlıq sahələrinin inkişafı haqqında
- Azərbaycan coğrafiyası
- 11 mart 2020, 17:05
Azərbaycanda əl əməyinin tarixi qədim zamanlara köklənir. Əl əməyinin nəticəsində yaranan istehsal xalq mədəniyyətinin ən qədim və çox əhəmiyyətli bir parçasıdır. Əl əməyi istehsalı və ya kustar istehsal Azərbaycanda qurulan və ənənəvi dəyərlərlə əlaqəli olan iqtisadi sistemin tərkib hissəsi olmuşdur. Əl sənətində — kustar sənayedə baş verən proseslər neft, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesinin təməlinin qoyulmasına və bu sahələrin inkişafına təkan vermişdir.
Davamı →
Naxçıvan – təbii bulaqlar muzeyi
- Azərbaycan coğrafiyası
- 12 yanvar 2020, 11:51
5,3 min kvadrat kilometr ərazisi olan Naxçıvan torpağı ölkə ərazisinin cəmi 6,4 faizini təşkil etsə də, iqlim və relyefi, flora və faunası, Yerin təkindəki təbii sərvətləri ilə zəngindir. İqlimi quru və kantinental, relyefi əsasən dağlıq və dağ ətəyi ərazidən ibarət olan bu diyarın flora və faunası ilk baxışda yoxsul və çılpaq görünür. Amma ərazi cəhətdən bir o qədər böyük olmayan bu regionda ali bitkilərin 2963 növünə rast gəlinir ki, onların da 73-ü mədəni floraya daxildir. Heyvanların növ tərkibi və miqdarı isə siniflər üzrə Azərbaycan faunasının 60-80 faizini təşkil edir.
Davamı →
Azərbaycanda günəşli saatların və istiliyin paylanması
- Azərbaycan coğrafiyası
- 29 dekabr 2019, 08:57
Günəşli saatların illik miqdarı günəş radiasiyasının paylanmasından asılıdır. Azərbaycanda günəşli saatların illik miqdarı 1800-2900 saat arasında dəyişir. Bu göstərici Naxçıvan MR-in Arazboyu düzənliklərində maksimuma çatır (2900 saat/il). Kür-Araz ovalığında, Ceyrançöldə, Abşeron yarımadasında günəşli saatların miqdarı ildə 2200-2400 saata bərabərdir. Böyük və Kiçik Qafqaz dağlarının dağətəyi və orta dağlıq ərazilərində buludluluğun artması ilə əlaqədar olaraq günəşli saatların miqdarı xeyli azalır.
Davamı →
Azərbaycan relyefi
- Azərbaycan coğrafiyası
- 12 dekabr 2019, 15:02
Azərbaycanın iri relyef formaları tektonik proseslər nəticəsində əmələ gəlmişdir. Bu formalar yüz və minlərlə kvadrat kilometr əraziləri əhatə edən tektonik zonaları əmələ gətirir.
Tektonik zonalar Yer qabığının üfüqi və şaquli hərəkəti nəticəsində yaranır. Şaquli tektonik hərəkətlər qalxan və ya enən ola bilir. Qalxan hərəkətlər tektonik qalxma zonaları, enən hərəkətlər isə tektonik çökmə zonalarını əmələ gətirir.
Azərbaycanda iqlim
- Azərbaycan coğrafiyası
- 4 dekabr 2019, 22:11
1. Azәrbaycanda günәş radiasiyasının paylanması
Azərbaycanda Günəş radiasiyasının illik miqdarı 120–160 kkal/sm 2 arasında dəyişir. Bu rəqəm Naxçıvanda maksimuma çatır. Şərur-Ordubad düzündə 148–150 kkal/sm 2 , yüksək dağlıq zonada isə artaraq 152–160 kkal/sm 2 təşkil edir. Kür-Araz ovalığında günəş radiasiyasının qiyməti 128–132 kkal/sm 2 -dir. Orta dağlığa doğru, radiasiyanın miqdarı azalır və 120–124 kkal/sm 2 -ə qədər enir.
Bunun səbəbi buludluluqdur. 1500–1600 m hündürlükdən sonra onun miqdarı yenə azdır, Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonasında (3000 m-dən yüksək) 140–150 kkal/ sm 2 təşkil edir.
Azərbaycanın su anbarları və kanalları
- Azərbaycan coğrafiyası
- 4 dekabr 2019, 22:11
1. Respublikada çaylardan müxtəlif məqsədlərlə – suvarma, məişət, sənaye və balıqçılıqda istifadə olunur. Bəzi çayların üzərində SES-lər tikilmişdir. Həmçinin su idman yarışlarının keçirilməsi üçün müəyyən qurğular quraşdırılmışdır.
2. Respublikada su anbarlarının əksəriyyəti suvarma işlərində istifadə olunur. Bu məqsədlə su anbarlarından kanallar çəkilmişdir. Su kanallarının ümumi uzunluğu respublika üzrə 50 min km-ə yaxındır. Suvarılan torpaqların ümumi sahəsi 1,4 milyon hektardan çoxdur.
Xalq istehlakı malları
- Azərbaycan coğrafiyası
- 25 avqust 2013, 18:38
Xalq istehlakı mallarına gündəlik tələbat məhsulları — parça, ayaqqabı, paltar, ev əşyaları və s. daxildir. Bu mallar yüngül sənaye müəssisələrində hazırlanır. Xalq istehlakı malları istehsalı çoxsahəli tərkibi və əmək tutumlu olması ilə fərqlənir. Bu sahədə qadın əməyinin tətbiqi imkanları böyükdür. Azərbaycanda istehlak malları istehsalı üçün bol xammal və işçi qüvvəsi olsa da, bu sahə çox zəif inkişaf edib. Çünki yerli istehsalda müasir texnika və texnologiya çox zəif tətbiq olunmuşdur. Nəticədə Azərbaycan parça, paltar, ayaqqabı və s. malların xeyli hissəsini xaricdən baha qiymətə alır.
Qoruqlar
- Azərbaycan coğrafiyası
- 20 may 2012, 10:19
Bəsitçay Dövlət Təbiət Qoruğu
Yaradıldığı il: 1974
Sahə (hektar):107
Olduğu yer: Zəngilan rayonunun ərazisində, Bəsitçayın dərəsində
Qısa məlumat:Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Milli Parklar
- Azərbaycan coğrafiyası
- 20 may 2012, 10:17
Milli Parklar — xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
İqtisadi-coğrafi mövqe
- Azərbaycan coğrafiyası
- 21 mart 2012, 23:58
Azərbaycan Respublikası – sahəsi 86,6 min km 2 ; əhalisi 8,5 mln. nəfər; paytaxtı Bakı şəhəri.
Hər bir ölkənin iqtisadi-coğrafi mövqeyi (İCM) bir sıra amillərlə təyin edilir:
1) nəqliyyatla bağlı (sıx şəbəkənin olması, Dünya okeanına çıxışın olması);
2) qonşuluq amili (dost və ya rəqib ölkələrlə həmsərhədd olması, sərhədlərin rahat keçilə bilməsi və s.);
3) təbii şərait və təbii ehtiyatlar.
Ardı →
Azrbaycan respublikası fiziki coğrafiyası lr
Azərbaycan Respublikası Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində Avropa və Asiya qitələrinin təmas zonasında yerləşən qədim bir ölkədir.
Respublikanın coğrafi mövqeyi istər təbii şəraiti baxımından, istərsə də geopolitik baxımdan olduqca əlverişlidir.
Azərbaycan Respublikasının ərazisi 38 0 24 ’ və 41 0 54 ’ şimal en dairələri ilə 44 0 46 ’ və 50 0 50 ’ şərq uzunluğu dairələri arasında yerləşir. Paytaxtı Bakı şəhəridir. Tərkibində 1 Muxtar respublika (Naxçıvan MR), 66 rayon, 13 şəhər rayonu, 77 şəhər, 257 qəsəbə, 1719 kənd ərazi dairəsi, 4260 kənd yaşayış məntəqəsi var. Ölkədə 1718 bələdiyyə yaradılmışdır.
1995-ci ildə qəbul edilmiş konstitusiyaya görə Azərbaycan demokratik respublikadır. Ölkənin başçısı olan prezident ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir. Qanunverici hakimiyyəti 5 il müddətinə seçilən 125 deputatdan ibarət birpalatalı Milli Məclis həyata keçirir. İcraedici hakimiyyət prezident tərəfindən təyin edilən, Milli Məclisdə təsdiq edilən Hökümətə məxsusdur, onun başçısı baş nazirdir. Məhkəmə hakimiyyətini Ali Məhkəmə həyata keçirir.
Respublika şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan Respublikası, qərbdə Ermənistan və Türkiyə Respublikası, cənubda İran İR ilə həmsərhəddir. Şərqdən isə Xəzər dənizinin suları ilə sahillər yuyulur. Dəniz vasitəsilə sərhəd olan ölkələr isə RF, Qazaxıstan, Türkmənistan, İİR-dır.
| Həmsərhəd ölkə | Sərhəddin uzunluğu (km) |
| Rusiya | 390 |
| Gürcüstan | 480 |
| Ermənistan | 1007 |
| Türkiyə | 15 |
| İran | 765 |
| Xəzər dənizi | 780 |
Azərbaycan Respublikasının sahəsi 86600 km 2 –dir. Şimaldan cənuba Azərbaycan ərazisinin maksimal eni 390 km-ə, minimal eni 175 km-ə, qərbdən şərqə maksimal uzunluğu 470 km-ə, minimal uzunluğu 300 km-ə bərabərdir.
Ölkə əhalisinin ümumi sayı 9356.5 min (2013-cü il) nəfərdir. Əhalinin 53.1 %-i şəhər əhalisidir. Əhalinin milli tərkibinə görə azərbaycanlılar üstünlük təşkil edir (91,6 %). Ruslar, ləzgilər, talışlar, avarlar, tatarlar, tatlar, udinlər, kürdlər, yəhudilər və s. kimi xalqlar respublika ərazisində yaşayırlar. Ölkə ərazisində əsas yayılmış din İslam dinidir.
Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olmaqla, yüksəklik amplitudu (-28) m-lə (Xəzərsahili) 4466 m (Bazardüzü zirvəsi) arasında dəyişir. Ölkə ərazisində əsas relyef strukturları Böyük və Kiçik Qafqaz dağları, Talış dağları və Kür-Araz ovalığıdır. Şimal-şərqdə yerləşən Böyük Qafqaz silsiləsində Baş Qafqaz (Bazardüzü d. 4466m; Tufan d. 4191m), Yan silsilə (Şahdağ d., 4243m), Qovdağ (Qovdağ d., 2437m) və Nialdağ (Yelligədik d., 2322m) silsilələri ayrılır. Qərbdə yerləşən Kiçik Qafqaz dağlarında Qarabağ (Böyük Kirs d., 2725m), Murovdağ (Gamış d., 3724m), Şahdağ (Şahdağ d., 2901m), Şərqi Göyçə (Keti d., 3399m) və Qarabağ yaylası (Dəlidağ d., 3616m) ayrılır. Naxçıvan MR-da Zəngəzur (Qapıcıq d., 3904m) və Dərələyəz (Kükü d., 3120m) silsilələri yerləşir. Cənubda İran ilə sərhəd boyu Talış dağları yüksəlir (Kömürgöy d., 2493m). Dağlar Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Ölkənin ən böyük ovalığı olan Kür-Araz ölkənin mərkəzi və şərq hissələrini əhatə edir. Ovalıqda Şirvan, Cənub-Şərqi Şirvan, Mil, Muğan, Qarabağ düzləri ayrılır. Şimal şərqdə Xəzər dənizinin sahilləri boyu ensiz zolaq şəklində Samur-Dəvəçi ovalığı, cənub-şərqdə Lənkəran ovalığı yerləşir.
Təbii sərvətlərlə (nəm yeraltı, həm də yerüstü) olduqca zəngin bir ölkədir. Əsas faydalı qazıntıları neft, qaz, dəmir filizi, alunit, qızıl, mis, polimetal tikinti materialları və s.-dir.
Ərazisindən axan ən böyük çaylar Kür, Araz, Qanıx, Qabırrı, Samur, ən böyük gölləri isə Sarısu, Ağgöl, Ağzıbirçala, Mehman, Böyükşor və s.-dir.
Ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. 2012-ci ildə 13,2 mln m 3 qaz və 43,3 min ton neft hasil edilmişdir. Ölkənin ÜDM 2012-ci ildə 68,7 mlrd ABŞ dolları həcmində olmuşdur.
İstinad:
Müseyibov M. “Azərbaycanın Fiziki coğrafiyası”, 1998
“Coğrafiya Ensiklopediyası” II kitab, 2012
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Comments are closed, but trackbacks and pingbacks are open.