Press "Enter" to skip to content

Azərbaycan respublikası konstitusiyası və hüququn əsasları

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Azərbaycan respublikası konstitusiyası və hüququn əsasları

Qulamhüseyn ƏLİBƏYLİ

İnsan hüquqları ideyası öz kökü etibarilə qədimlərə, antik dövrlərə gedib çıxsa da, bu ideyanın müasir fəlsəfi-siyasi əsasları XVII-XVIII əsrlərdə böyük maarifçilik dövründə “təbii hüquq” nəzəriyyəsi kimi formalaşmışdır. Eyni zamanda bu nəzəriyyənin əsas müddəalarının siyasi və hüquqi əhəmiyyət kəsb edən sənədlərdə təsbit olunması prosesi başlanmışdır.

1776-cı ildə qəbul olunmuş Virciniyanın Hüquqlar Bəyannaməsində, elə həmin il qəbul edilmiş ABŞ-nın İstiqlal Bəyannaməsində, Fransanın 1789-cu ildə qəbul edilmiş İnsan və vətəndaş hüquqları Bəyannaməsində bütün insanların təbiət etibarilə bərabər, azad və müstəqil olması, yaşamaq hüququ, mülkiyyət azadlığı, xoşbəxtliyə və təhlükəsizliyə can atmaq və nail olmaq hüququ kimi anadangəlmə hüquqlara malik olması qeyd olunurdu.

Konstitusiya – hüquqi yanaşma baxımından insan hüquqları və azadlıqları haqqında normalar ilk dəfə 1776-cı ildə Virciniya ştatının Konstitusiyasında, daha sonra isə 1791-ci ildə ABŞ Konstitusiyasına “Hüquqlar haqqında Bill” adlı ilk on düzəlişdə təsbit edilmişdir. Bu sənədlər sonralar dünyanın bir çox ölkələrinin siyasi və hüquqi inkişafına əhəmiyyətli təsir göstərmişdir.

İnsan hüquq və azadlıqlarına hörmət edilməsi beynəlxalq hüququn əsas prinsirlərindən biri kimi

İkinci Dünya müharibəsindən sonra insan hüquqları məsələsi beynəlxalq xarakter daşımağa başlayır. 26 iyun 1945-ci ildə imzalanmış Birləşmiş Millətlər Təşkllatının Nizamnaməsində insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi beynəlxalq hüququn əsas prinsirlərindən biri kimi təsbit edilir.

BMT Baş Məclisinin 10 dekabr 1948-ci ildə qəbul etdiyi “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” insan hüquqları sahəsində beynəlxalq standartlar müəyyən edən ilk sənəddir. Lakin Bəyannamə tövsiyyə xarakterli sənəd olduğundan BMT-nin üzvü olan dövlətlər üçün məcburi öhdəliklər müəyyən etmir.1966-cı ilin dekabr ayının 16-da BMT Baş Məclisinin qəbul etdiyi 2 mühüm sənəd – “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” və “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” insan hüquqları sahəsində dövlətlər üçün məcburi öhdəliklər və standartlar müəyyən edir.

Azərbaycan Respublikası 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”yə və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüquq sənədlərinə qoşulduğunu bəyan etmiş, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası 21 iyul 1992-ci ildə “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” və “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”a, 2001-ci ilin dekabr ayının 25-də isə “Əsas hüquqların və azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuşdur.

Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları

Hazırda Azərbaycan Respublikası insan hüquqları və azadlıqlarına dair BMT-nin, ATƏT-in və Avropa Şurasının əksər sənədlərinə qoşulmuşdur. İnsan hüquqları və azadlıqlarına dair həmin sənədlərdə nəzərdə tutulan norma və standartlarin mütləq əksəriyyəti artıq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə implentasiya olunmuşdur.

İnsan hüquqları və azadlıqlarının təsbit olunması, təmin edilməsi və həyata keçirilməsi üçün şərait və hüquqi mexanizm yaradılması ilə əlaqədar məsələlər ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapır.

Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də qəbul edilmiş Konstitusiyası insan hüquqları və azadlıqlarına dair milli qanunvericiliyin formalaşması və inkişafının əsasını təşkil edir. Konstitusiya hər şeydən əvvəl, insan hüquqları və azadlıqlarının əsas prinsiplərini ən yüksək səviyyədə təsbit edir, insan və vətəndaş hüquqları və azadlıqlarının geniş dairəsini nəzərdə tutur və onların müdafiə mexanizmini müəyyən edir.

İnsan hüquq və azadlıqlarının Konstitusiya ilə təsbit olunmuş prinsiplərinə hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı, insan hüquqları və azadlıqlarına dair beynəlxalq hüquq normalarının üstünlüyü, hüquq və azadlıqların təminatlı olması, hüquq və azadlıqların birbaşa qüvvəsi aiddir.

Hüquq və azadlıqların universal xarakteri onların yaranmasının mexanizmini və əsaslarını ifadə edir. Belə ki, Konstitusiyaya uyğun olaraq insan anadangəlmə, yəni doğulduğu vaxtdan etibarən Konstitusiya və qanunlarla elan olunmuş hüquq azadlıqlara malik olur, onların daşıyıcısına çevrilir.

Hüquq və azadlıqların toxunulmazlığı onlara hər cür qanunsuz və özbaşına qəsdin yolverilməzliyini ifadsə edir. Hüquq və azadlıqların pozulmazlığı insan hüquqları və azadlıqlarının aliliyini, oların hər hansı normativ akt və ya vəzifəli şəxs tərəfindən iəğv olunmasının, yaxud özbaşına məhdudlaşdırılmasının yolverilməzliyini müəyyən edir. Ayrılmazlıq hüquq və azadldıqların insan iradəsindən asılı olmayraq mövcud olduğunu, ictimai varlıq kimi insanın təbiətindən irəli gəldiyini, onun zəruri atributu olduğunu ifadə edir.

Hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bütövlükdə onu onu ifadə edir ki, dövlət heç vaxt insanı onun hüquqlarından və azadlıqlarından məhrum edə bilməz.

İnsan hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bir prinsip kimi Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsində təsbit olunur. Həmin maddədə müəyyən edilir ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

Hüquq və azadlıqların toxunulmazılığı, pozulmazlığı və ayrılmazlığı Konstitusiyanın 155-ci maddəsinin belə bir müddəası ilə də təmin olununur ki, Konstitusiyanın insan hüquqları və azadlıqlarını nəzərdə tutan müddəalarının məhdudlaşdırılması haqqında təkliflər Konstitusiya dəyişikliyinin predmeti ola və referenduma çıxarıla bilməz.

İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılması

Lakin qeyd etmək lazımdır ki, insan hüquqları və azadlıqlarının universallığı, toxunulmaz, pozulmaz və ayrılmazlığı hüquq və azadlıqların mütləq, qeyri məhdud xarakter daşıdığını ifadə etmir. Konstitusiyanın 71-ci maddəsi müəyyən edir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

Bu, o deməkdir ki, dövlət müəyyən şərtlər daxilində insan hüquqları və azadlıqlarını məhdudlaşdıra bilər. Lakin belə məhdudlaşdırmalar yalnız Konstitusiya və qanunlar əsasında həyata keçirilə bilər. İnsan hüquqları və azadlıqları həmçinin digər şəxslərin hüquqları və azadlıqları ilə məhdudlaşır. Bu, o deməkdir ki, şəxsin öz hüquqlarını və azadlıqlarını həyata keçirməsi, digər şəxslərin hüquqlarını və azadlıqlarını məhdudlaşdırmamalı və onlara heç bir ziyan vurmamalıdır.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununa əsasən insan hüquqları və azadlıqlarının məhdudlaşdırıla bilməsinin aşağıdakı şərtlərini müəyyən edir:

1) Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər;

2) İnsan hüquqlarını və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir;

3) İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir;

4) İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və həmin Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

Qeyd etmək lazımdır ki, bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilmişdir və həmin Konvensiyaya tamamilə uyğundur.

İnsan hüquq və azadlıqlarının Konstitusiya və qanunlar əsasında, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşdırılması ümumi və daimi xarakter daşıyır, konkret hallardan asılı olmayaraq müəyyənləşdirilir.

Bundan başqa, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edir ki, dovlət və cəmiyyət həyatının ayrı-ayrı konkret vəziyyətlərində insan hüquqları və azadlıqlarnın həyata keçirilməsi müvəqqəti məhdudlaşdıra bilər. “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 4-cü maddəsində nəzərdə tutulur ki, millətin taleyini təhlükədə qoyan və mövcudluğu rəsmi surətdə elan edilən fövqəladə vəziyyət yarandıqda dövlət aşağıdakı şərtlərə riayət etməklə insan hüquqları və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilər:

– hüquq və azadlıqların məhdudlaşdırılması vəziyyətin kəskinliyinin tələb etdiyi həddə olmalıdır;

– belə məhdudlaşdırmalar dövlətin beynəlxalq hüquqa dair digər öhdəliklərinə zidd olmamalıdır;

– məhdudiyyətlər irq, dərinin rəngi, cins, dil, din, yaxud sosial mənşəyə görə ayrı- seçkiliyə (diskriminasiyaya) səbəb olmamalıdır.

Qeyd etmək lazımdır ki, həmin Beynəlxalq Pakta görə bəzi hüquq və azadlıqların məhdudlaşdırılması ümumiyyətlə yolverilməz hesab olunur. Belə ki, yaşamaq hüququ, qəddar, insanlıqdan kənar işgəncələrə, insan ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamaq, köləlikdə və asılı vəziyyətdə saxlanılmamaq, müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməzlik, törədildiyi vaxt cinayət sayılmayan əmələ görə məsuliyyətdən azad olmaq, hüquq subyekti kimi qəbul edilmək hüquqları, fikir, vicdan və din azadlığı heç bir halda, o cümlədən fövqəladə vəziyyət dövründə məhdudlaşdırıla bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin üçüncü hissəsində müəyyən olunur ki, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasınm beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

İnsan hüquq və azadlıqlarının təminatlı olması

İnsan hüquq və azadlıqlarının Konstitusiya ilə təsbit olunmuş prinsiplərindən biri də hüquq və azadlıqların təminatlı olmasıdır. İnsan hüquq və azadlıqların təminatlı olması hər bir insana öz əsas hüquqlarından və azdlıqlarından istifadə üçün imkan yaradılmasını ifadə edir. Başqa sözlə, dövlət insan hüquqları və azadlıqlarının bütün mümkün vasitələrlə real surətdə həyata keçirilməsini təmin etməyə borcludur.

İnsan hüquqları və azdalıqlarının təminatlı olması “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 2-ci maddəsində təsbit olunmuşdur. Həmin maddədə nəzərdə tutulur ki, hər bir dövlət aşağıdakıları öhdəsinə götürür:

a) elan olunmuş hüquq və azadlaqları pozulmuş hər hansı şəxsi, əgər həmin pozuntu rəsmi səviyyədə fəaliyyət göstərən şəxs tərəfindən törədilmiş olsa da, təsirli hüquqi müdafiə vasitələri ilə təmin etmək;

b) belə müdafiəyə ehtiyacı olan hər bir şəxsin hüquqi müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati, yaxud qanunvericilik hakimiyyəti orqanları, yaxud dövlətin hüquq sisteminin nəzərdə tutduğu digər səlahiyyətli orqan tərəfindən bərqərar olmasını təmin etmək və məhkəmə tərəfindən müdafiənin imkanlarını inkişaf etdirmək;

c) nəzərdə tutulduğu hallarda, səlahiyyətli hakimiyyət orqanlarının hüquqi müdafiə vasitələrinin tətbiq olunmasını təmin etmək.

Beynəlxalq Paktın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin birinci hissəsində insan hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədlərindən biri kimi elan edilir. Konstitusiyanın 26-cı maddəsində təsbit olunur ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddənin birinci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

İnsan hüquq və azadlıqlarının təminatlı olması dövlət tərəfindən həmin hüquq və azadlıqların həyata keçirilməsinin və müdafiəsinin səmərəli hüquqi mexanizmlərinin və zəruri qanunvericilik bazasının yaradılmasıını nəzərdə tutur.

Belə hüquqi mexanizm kimi ilk növbədə məhkəmələr çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddənin yeddinci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

Məhkəmələr tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi, onların pozulması ilə əlaqədar mübahisələrin həlli əsasən inzibati məhkəmə icraatı, mülki məhkəmə icraatı, konstitusiya məhkəmə icraatı və cinayət məhkəmə icraatı çərçıvəsində həyata keçirilir.

İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu

İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya ilə nəzərdə tutulmuş digər mühüm vasitəsi insan hüquqları üzrə Müvəkkildir (Ombudsmandır). İnsan hüquqları üzrə müvəkkilin yeganə və əsas funksiyası Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsidir. Azərbaycan Respublikasının istənilən vətəndaşı, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxs dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulduğu güman edilən hüquqlarının və azadlıqlarının bərpası üçün ombudsmana müraciət edə bilər.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya ilə nəzərdə tutulmuş digər mühüm vasitələrindən biri də vətəndaşların müraciətləridir. Konstitusiyanın 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Vətəndaşların dövlət orqanlarına müraciəti müxtəlif məsələlərə, o cümlədən onlara məxsus subyektiv hüquq və azadlıqların həyata keçirilməsinə və pozulmuş hüquqların bərpasına aid ola bilər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılmalı və müraciət edən şəxsə yazılı cavab verilməlidir.

Konstitusiyaya görə Azərbaycan Respublikasında insan hüquqları və azadlıqları birbaşa qüvvədədir (71-ci maddənin altıncı hissəsi). Bu müddəanı belə başa düşmək lazımdır ki, bir tərəfdən məhkəmələr və digər dövlət orqanları, vəzifəli şəxslər insan hüquqları və azadlıqları ilə bağlı hər hansı məsələyə baxarkən Konstitusiyanın normalarını birbaşa tətbiq edə bilərlər; digər tərəfdən isə, insanlar birbaşa Konstitusiya normalarına istinad edərək öz hüquq və azadlıqlarını həyata keçirə və müdafiə edə bilərlər. Başqa sözlə, Konstitusiyada elan olunmuş insan hüquqları və azadlıqlarının həyata keçirilməsi, təmini və müdafiəsi onlara dair müvafiq qanunvericilik aktlarının olub-olmamasından asılı deyildir.

Bütün bunlarla yanaşı, insan hüquqları və azadlıqlarına dair cari qanunvericilik aktlarının rolunu qiymətləndirməmək olmaz. Bu qanunvericilik aktlarında Konstitusiya ilə elan olunan insan hüquqları və azadlıqlarının həyata keçirilməsi və müdafiəsi üçün hüquqi mexanizm müəyyən edilir. Cari qanunvericilik aktları bir tərəfdən Respublika Konstitusiyasının normalarına, digər tərəfdən isə Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun olmalıdır.

1992-ci ilin martın 2-dən BMT-nin, 2001-ci ilin yanvarın 25-dən isə Avropa Şurasının üzvü olmuş Azərbaycan 220-dən artıq beynəlxalq müqavilənin iştirakçısıdır ki, bunların da təxminən yarısı bilavasitə və ya dolayısı ilə insan hüquq və azadlıqları ilə bağlıdır.

Bu gün Azərbaycan Respublikasında insan hüquqları və azadlıqları hüquqi cəhətdən həm Konstitusiya və həm də qanunvericilik aktları səviyyəsində təmin olunur. Konstitusiyanın “Əsas insan hüquqları və azadlıqları” adlanan və 48 maddədən ibarət olan III fəsli insan hüquqları və azadlıqlarının geniş dairəsini nəzərdə tutur. Konstitusiyada təsbit edilən bəzi hüquq və azadlıqlar ümumiyyətlə beynəlxalq hüquq normalarda nəzərdə tutulmamışdır. Başqa sözlə, Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquq normalarında nəzərdə tutulanlardan daha çox insan hüquqları və azadlıqlarına təminat verir.

Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi insan hüquq və azadlıqlarına dair beynəlxalq standartlara əsasən uyğundur və insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün təminatlı qanunvericilik bazası yaradır.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir və bu məqalənin hazırlanması və dərc edilməsi də həmin layihə çərçivəsindədir. Layihənin icrası isə Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İB-nin eksperti Qadir İbrahimli ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Demokratiya və insan hüquqlarının onlayn təşviqi” adlı xidmət çərçivəsində həyata keçirilir.

Strateq.az

Azərbaycan respublikası konstitusiyası və hüququn əsasları

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin Sədri və Sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına şərh verir.

Konstitusiyaya müvafiq olaraq aşağıdakı subyektlər Konstitusiya Məhkəməsinə müraciət edə bilər: Azərbaycan Respublikasının Prezidenti; Azərbaycan Respublikasının Milli Məclisi; Azərbaycan Respublikasının Nazirlər Kabineti; Azərbaycan Respublikasının Ali Məhkəməsi; Azərbaycan Respublikası Prokurorluğu; Naxçıvan Muxtar Respublikasının Ali Məclisi; Məhkəmələr; Vətəndaşlar; İnsan hüquqları üzrə Müvəkkil. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Konstitusiya Məhkəməsi məhkəmə aktlarından verilmiş fərdi şikayətlərə aşağıdakı hallarda baxa bilər: tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə, tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə, normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə. Belə şikayətlər məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində və ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində verilə bilər.

Qüvvədə olan qanunvericilik aktı, icra orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə qərarları insan hüquq və azadlıqlarını pozduqda İnsan Hüquqları üzrə Müvəkkil qanunvericilikdə nəzərdə tutulmuş proseduraya müvafiq olaraq Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiya Məhkəməsi işlərə Palataların və Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz.

Konstitusiya Məhkəməsinin aparatı Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin aparatı haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.

Konstitusiya Məhkəməsinin Aparatında konstitusiya hüququ şöbəsi, insan hüquqları və təşkilat-analitik şöbəsi; cinayət və inzibati hüquq şöbəsi; mülki hüquq şöbəsi; beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi; vətəndaşların qəbulu və şikayətlər şöbəsi; ümumi şöbə; hüquqi təminat və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi şöbəsi; protokol və ictimaiyyətlə əlaqələr şöbəsi, məhkəmə qərarlarının icrasına nəzarət sektoru; məhkəmə iclaslarının təşkili sektoru; Sədr və hakimlərin köməkçiləri və məsləhətçiləri fəaliyyət göstərir. Aparata cari rəhbərliyi Aparat rəhbəri və onun müavini həyata keçirirlər.

Bundan əlavə, Konstitusiya Məhkəməsinin fəaliyyətinin maddi-texniki, maliyyə və təsərrüfat təminatını Konstitusiya Məhkəməsinin İşlər İdarəsi həyata keçirir.

Azərbaycan respublikası konstitusiyası və hüququn əsasları

Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
YAP İcra katibinin müavini

Dünyanın özü kimi qədim olan (yəqin ki, cəmiyyətlə birgə yaranan) insan hüquqları ideyasının fəlsəfi əsaslarının işlənib hazırlanması və bu ideya uğrunda səmərəli mübarizə aparılması son üç əsrin payına düşmüşdür. 18-ci əsrdə Avropa ayrilmaz insan hüquqlarının (yaşamaq hüququ, azad olmaq hüququ) və vətəndaş hüquqlarının (söz və vicdan azadlığı, təhlükəsizlik və mülkiyyət hüququ) meydana çıxmasının şəhaidi olmuşdur. Siyasi hüquqlar (ümumi seçki, gizli səsvermə, respublika quruluşu, xalq özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi, siyasi həyatda və hakimiyyət sistemində iştirak etmək və s. hüquqlar) 19-cu əsrdə əldə edilmişdir. 20-ci əsr bütün bu hüquqlar sırasına sosial hüquqları (sosial təminat hüququ, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi və uşaqların müdafiə hüquqları) əlavə etmiş, insan hüquqları ideyasını və həmin ideyanı həyata keçirmək təcrübəsini bütün dünyaya yaymışdır.

Insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. Insan hüquqları ciddi elmi araşdırmaların predimetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkərin Konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını (Azərbaycançılıq ideologiyası və “Əsrin müqaviləsi”) möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi, silinməz dəsti xəttinin, zəngin həya təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünyn standarlarının tələblərinə tam dolğunluğu ilə cavab verən konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi- referendum yolu ilə qəbul olundu. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev konstitusiyası” adlandırır, eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Bu, xalqın rəhbərinə olan sonsuz və ülvi məhəbbətin ifadəsi, konstitusiyanın hazırlanmasında, müzakirəsində və qəbul edilməsində yorulmaz fəaliyyətinə verdiyi halal qiymətdir. Konstitusiyanın qəbul ediməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmmasında yeri bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı.

Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməsi zəruri olan, habelə cəmiyyət üzvləri tərəfindən etibar edilən və etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır. Konstitusiyanın ən üstün və fərqli cəhətlərindən digəri budur ki, orada ictimai quruluş haqqında konkret müddəa yoxdur, iqtisadi münasibətlərin forma və inkişafını məhdudlaşdıran heç bir sədd müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə insan azadlığı və onun fəaliyyətinin sərbəstliyinə tam təminat verir.

Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetməni prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir. Konstitusiyaya görə respublikamızda hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Hər bir hakimiyyət yalnız xalqın iradəsi əsasında əldə oluna bilər. Hakimiyyətin təşkili prinsipi isə dünyanın demokratiya cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış səlahiyyət bölgülərin həyata keçirilməsi. Beləliklə, hakimiyyət icra, qanunverici və məhkəmə hakimiyyətlərinə bölünərək, yüksək hüquqi inperativlərə və hüququn aliliyinə tabe edilmişdir. Icra, qanunverici və məhkəmə orqanlarının hüquqları konkret və düzgün müəyyənləşdrildiyindən hakimiyyət orqanlarının bir-birini çəkindirə bilməsi də real sürətdə təmin olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.

Hüquq və dövlətin ən mühüm prinsiplərindən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqlarının geniş kompleksini qanunvericilik yolu ilə təsbit etmək, onun reallığına, hüquqi madd, mənəvi və digər üsullarla təminat vermək, hər hansı qəsddən hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu Konstitusiyamızda öz əksini tam dolğunluğu ilə tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı şərh edir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur. Yeni Konstitusiyamız hüquqları və azadlıqları pozulan insanları süründürməçilikdən, ötür-ötür oyunundan xilas edərək, 71-ci maddənin 7-ci bəndində, hüquqi dövlətin təbiətinə uyğun olaraq göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Bu o deməkdir ki, məhkəmədən başqa heç bir orqan həmin hüquqların pozulması ilə əlaqədar mübahisəni həll edə bilməz. Mütərəqqi cəhət odur ki, Azərbaycan Konstitusiyasının hazırlanması zamanı bu sahədə o dövrə qədərki dünya təcrübəsi, insan hüquq və azadlıqlarının keçdiyi inkişaf yolu ümumiləşdirilmiş və ölkəmizin reallıqlarına, ənənələrinə tam uyğunlaşdırılmışdır.

Lakin Azərbaycan Respublikası üçün beynəlxalq və dövlətdaxili hüququn qarşılıqlı əlaqəsinin müəyyən edilməsi üzrə siyasətin müəyyənləşdirilməsi, nəhayət öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə ilk implementasiya formalarının seçilməsi mühüm yer tutur. Beynəlxalq hüquq ədəbiyyatında beynəlxalq hüquq normalarının implementasiyasının müxtəlif formaları fərqləndirilir.

Azərbaycan Respublikası timsalında bü məsələlərin təhlil edilməsi daha maraqlı olardı. Belə ki, AR Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsi AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi kimi müəyyən edir. Göründüyü kimi Azərbaycan Respublikası beynəlxalq hüquq normalarının implementasiyası zamanı inkorporasiya yolunu seçmişdir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsində birbaşa göstərilir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası ilə və referendumu qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Lakin qeyd etmək lazımdır ki, bu zaman məsələ beynəlxalq müqavilənin müddəaları ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları arasında mülkün ziddiyətləri həll etmək rolunu oynayır.

Insan hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Belə ki, 12-ci maddənin 1-ci hissəsində dövlətin ali məqsədi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi göstərilirsə 12-ci maddənin 2-ci hissəsində isə qeyd edilir ki, bu konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Halhazırda müstəqil Azərbaycan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda aparılan hüquqi islahatlar da ölkəmizin regional lider imicinə uyğun şəkildə mühüm tərəqqiyə nail olur. Bütün bu nailiyyətlərin təməlində isə gələcəyə yönələn hüquqi “çərçivə” və ya “layihə” potensialı yüksək olan 1995-ci ilin “Heydər Əliyev Konstitusiyası” dayanır və hələ uzun illər boyu uğurla dayanacaqdır.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.