Press "Enter" to skip to content

Azrbaycan respublikasının dövlt himni haqqında sasnam

l.Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.

Azərbaycan Respublikasının Dövlət himni haqqında əsasnamə

l.Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.

2.Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:

a) dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların vəiclasların açılışı və bağlanışı zamanı;

b) Hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;

v) Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;

q) Dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;

ğ) Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən-müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.

3. Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor, orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər vasitəsilə ifa olunur. Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə bilər. Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.

4. Azərbaycan Respublikasının Dövlət himni “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır. 5. Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.

6. Hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər və milli təhlükəsizlik orqanlarında Azərbaycan Respublikasının dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsmi təzim etməsi hərbi nizamnamələrlə və Azərbaycan Respublikasının müdafiə naziri, daxili işlər naziri və milli təhlükəsizlik naziri tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.

7. Azərbaycan Respublikasının Dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur. Ümumtəhsil məktəblərində, texniki-peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət himninin öyrənilməsinə və ifasına həsr edilir.

8. Respublika və beynəlxalq idman yarışları keçirilərkən Azərbaycan Respublikasının Dövlət himninin ifa olunması qaydası respublika və beynəlxalq idman təşkilatlarının mövcud praktikası nəzərə alınmaqla müəyyən edilir.

9. Respublika idarələri və təşkilatları xarici dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müəyyən etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir.

10. Azərbaycan Respublikasının Dövlət himninin daxili işlər və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir.

11. Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və digər ictimai qurumların rəhbərlərinə həvalə olunur.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ [ redaktə ]

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Azərbaycan Respublikası dövlət rəmzlərinin statusu 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında müəyyənləşdirilmişdir:

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri.

l. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan 103 Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

Maddə 75. Dövlət rəmzlərinə hörmət. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə-bayrağına, gerbinə və himninə hörmət etməlidir.

Həmçinin bax [ redaktə ]

  • Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə
  • Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə

Qlobalinfo

Əsasnamənin 6-cı maddəsində əsasən, hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında Azərbaycan Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi hərbi nizamnamələrlə və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir. Bu maddədəki “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizlik və xarici kəşfiyyat” sözləri ilə əvəz edilir.

Eyni məzmunlu dəyişiklik Əsasnamənin 10-cu maddəsində edilir. Azərbaycan Dövlət himninin daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycanın idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir. Bu maddədə də “Milli təhlükəsizlik” sözü “dövlət təhlükəsizlik və xarici kəşfiyyat” sözü ilə əvəz ediləcək.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Xidməti yaradılıb. (Report)

Oxşar xəbərlər

  • Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
  • MN: “Şərti sərhəddə və Qarabağda yerləşən mövqelərimiz 23 dəfə atəşə tutulub”
  • Prezident – “Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq”
  • X Qlobal Bakı Forumu keçirilir: İlham Əliyev çıxış etdi
  • Zelenski Gürcüstandakı etirazları dəstəklədi
  • Ərdoğan apreldə Putin və Zelenski arasında görüş təşkil etmək istəyir
  • Gürcüstan Prezidenti hakimiyyətə çağırış edib
  • “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür” – Prezident
  • Ruhlan İsmayılovun gizləndiyi evdən nələr tapılıb? (SİYAHI)
  • Bakıda hipermarketdəki silahlı insidentlə bağlı 3 nəfər həbs edilib
  • “Ekoloji cinayətə son” – Xankəndi-Laçın yolunda etiraz aksiyası 88 gündür davam edir
  • Gürcüstan qarışır: Müxalifət genişmiqyaslı etiraz aksiyaları elan etdi
  • Aİ-nin xüsusi nümayəndəsindən Laçın yolu açıqlaması: “Tamamilə legitimdir”
  • Deputat: “Qəbiristanlıqlarda monitorinq aparmışam, 65 yaşdan sonra vəfat edən azdır”
  • Etibar Əliyevin evini Ramiz Mehdiyevin kürəkəni alıbmış – General 3 milyonluq sövdələşmədən danışdı
  • Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
  • Pakistan mediası Ulu Öndərin Azərbaycanın bu ölkə ilə münasibətlərinin inkişafındakı rolundan yazıb
  • Molla rejiminin XİN sözçüsü Nizami Gəncəviyə də dil uzatdı
  • Kuleba artıq 30 ölkənin Rusiya üzrə xüsusi tribunalı dəstəklədiyini açıqlayıb
  • Xankəndi-Laçın yolunda ekoaksiya iştirakçılarının tələbi dəyişməz qalır
  • Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi müəyyənləşdi
  • Müdafiə Nazirliyi: “Yaralanan hərbçilərimizə sülhməramlıların yardım göstərməsi xəbəri yalandır”
  • Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim həyət”in açılışı oldu – FOTO
  • Ramiz Rzayev karyerasını başa vurdu
  • Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
  • “Ermənistan təxribatlardan əl çəkmir” – Nazir
  • İlham Əliyev Toivo Klaarı qəbul etdi
  • UNAIDS-in icraçı direktoru Azərbaycana səfər edəcək
  • Hakim Nurlana Əliyevanın məhkəməyə məcburi gətirilməsini istəyib
  • Prezident İlham Əliyev Antoni Blinkenə təşəkkür edib

XƏBƏR LENTİ

  • 09 Mart 2023:Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
  • 09 Mart 2023:Cəriməyə görə polis tərəfindən saxlanılan şəxs qəfil öldü
  • 09 Mart 2023:Azərbaycanlı gənc İrana gedib yoxa çıxdı (FOTO)
  • 09 Mart 2023:Sumqayıtda 7 gün əvvəl yaranan şirkət 300 minlik tenderi necə udub? – Təfərrüat
  • 09 Mart 2023:“Çin “TikTok” vasitəsilə milyonlarla insanın məlumatlarını ələ keçirə bilər” – ABŞ kəşfiyyatı
  • 09 Mart 2023:“Baxmut tezliklə itirilə bilər” – NATO-dan xəbərdarlıq
  • 09 Mart 2023:MN: “Şərti sərhəddə və Qarabağda yerləşən mövqelərimiz 23 dəfə atəşə tutulub”
  • 09 Mart 2023:Prezident – “Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq”
  • 09 Mart 2023:X Qlobal Bakı Forumu keçirilir: İlham Əliyev çıxış etdi
  • 09 Mart 2023:Zelenski Gürcüstandakı etirazları dəstəklədi
  • 09 Mart 2023:Ərdoğan apreldə Putin və Zelenski arasında görüş təşkil etmək istəyir
  • 09 Mart 2023:Gürcüstan Prezidenti hakimiyyətə çağırış edib
  • 09 Mart 2023:“Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür” – Prezident
  • 09 Mart 2023:Ruhlan İsmayılovun gizləndiyi evdən nələr tapılıb? (SİYAHI)
  • 09 Mart 2023:Gürcüstanda etiraz aksiyasında 133 nəfər saxlanılıb
  • 09 Mart 2023:Bakıda hipermarketdəki silahlı insidentlə bağlı 3 nəfər həbs edilib
  • 09 Mart 2023:“Ekoloji cinayətə son” – Xankəndi-Laçın yolunda etiraz aksiyası 88 gündür davam edir

Comments are closed, but trackbacks and pingbacks are open.