Azrbaycan respublikasının konstitusiyası v hüququn sasları
Tədris fənninin vəzifəsi tələbələrə konkret elm sahəsinin artıq formalaşmış, sabit elmi anlayışları ilə bağlı zəruri mini- mum informasiyanı verməkdir. Tədris fənnində, bir qayda olaraq, mübahisəli məsələlər araşdırılmır. Belə məsələlər yalnız zərurət olduqda tədqiq edilir.
Azərbaycan Respublikasının Konstitusiyası
dövlətin əsas qanunudur.
Konstitysiya latınca “kostitutio” ifadəsindən olub,”quruluş,təsisat,qurmaq” mənasını bildirir. İlk yazılı konstitusiya kimi 1787-ci ildə qəbul edilmiş və bu günə kimi fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını cəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa konstitusiyaları olmuşdur.
Konstitusiya dövlətin ali qanunu kimi bir sıra xüsusiyyətlərə malikdir.
1.Konstitusiya xususi subyekt-xalq tərəfindən qəbul edilir.
2.Dövlət və cəmiyyətin Əsas Qanunu kimi Konstitusiya başqa qanunlardan fərqli olaraq təsis edici,birbaşa xarakter daşıyır.Konstitusiya dövlətin konstitusiya quruluşunu,insan və vətəndaşın başlıca hüquq,azadlıq və vəzifələrini,dövlətin ictimai-iqtisadi əsaslarını,onun milli ərazi qurqluşunu,dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir,hüquq qaydasını və qanunçuluğun əsaslarını müəyyən edir.
Konstitusiya hüquq sisteminin başlanğıcı kimi,hüququn əsas mənbəyidir.O,cari qanunvericilik üçün hüquqi bazadır və onun xarakterini müəyyən edir.Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir.Bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir.
Azrbaycan respublikasının konstitusiyası v hüququn sasları
Bəzən bu terminlər sinonim sözlər kimi qəbul olunsa da, nəzəriyyədə bu ifadələrə münasibət birmənalı deyil. Məsələn, almaniyalı konstitusionalist Konrad Hessenin fikrincə, konstitusiya dövlət quruluşunun müəyyən edilməsi ilə məhdudlaşmayıb, qeyri-dövlət həyat quruluşunun əsaslarını (nikah, mülkiyyət və s.) da əhatə etdiyi üçün «Konstitusiya hüququ» «Dövlət hüququ»ndan daha geniş məfhumdur. Digər tərəfdən «Konstitusiya hüququ» «Dövlət hüququ» ilə müqayisədə məhduddur, çünki «Dövlət hüququ» inzibati hüquq və prosessual hüququ da əhatə edir. Başqa sözlə, konstitusiya normalarının hüdudlarından kənara çıxan, dövlət idarəçiliyinin, inzibati və maliyyə hüququnun bir çox məsələlərinin daxil olduğu dövlət hüququnun obyekt dairəsi daha genişdir.
«Konstitusiya hüququ» və «Dövlət hüququ» terminlərindən hansının işlədilməsi doğrudur?
Bu terminlərdən hansının doğru olması məsələsinə konkret cavab vermək olmur. Həmin terminlərdən hansının seçilməsi məsələsi adətən onların işlədilməsində milli ənənə ilə bağlıdır. Məsələn, Anqlo-saks və Roma hüquq sistemlərində ənənəyə görə «konstitusiya hüququ» terminindən istifadə edildiyi halda, german sistemi üçün «dövlət hüququ» termininin işlədilməsi səciyyəvidir.
Keçmiş SSRİ-də «Dövlət hüququ» terminindən istifadə olunurdu.
Müasir dövrdə «Dövlət hüququ» terminindən istifadə edən ölkələr çox azdır.
Ø Konstitusiya hüququnun predmeti konstitusiya hüquq münasibətləridir.
Ø Bu elm konstitusiya qanunvericiliyinin inkişaf meylləri və çatışmazlıqlarını araşdırır; qanun- vericiliyin təkmilləşdirilməsinə xidmət edən elmi tədqiqatlar, şərhlər, tövsiyyələr işləyib hazırlayır; konstitusion kollizasiyaları və kazusları tədqiq edir; konstitusion mübahisələri və onların həlli qaydalarını təhlil edir.
Ø Bu elmdə dövlət və şəxsiyyət, cəmiyyətin inkişafının hüquqi aspetləri tədqiq olunur, hər birinin optimal inkişafı üçün yeni üsul və vasitələr hazırlanır və tətbiq olunur.
Ø Bu elm təcrübədə tətbiq olunmuş nəzəriyyə və fikirləri tənqidi qiymətləndirərək onların başqa ölkələrdəki müvafiq norma və institutlarla müqayisəli təhlilini aparmaqla hüququn tətbiqi praktikasını təkmilləşdirməyə xidmət edir.
Ø Ümumiləşdirsək, bu elm kitablarda, məqalələrdə, elmi məruzlərdə təhlil olunmuş konstitusiya hüququna dair müxtəlif nəzəriyyələrin, təlimlərin, baxış və görüşlərin məcmuyudur.
Bəzi terminlərin izahı
Ø Konstitusiya – latınca «qurma», «təsis etmə», «bərqərart etmə», «meydana gətirmə» demədir.
Ø Konstitusionalistika – konstitusiya hüququ elmi;
Ø Konstitusionalist – konstitusiya elmi üzrə ixtisaslaşan mütəxəssis, alim.
Konstitusiya hüququ elmində istifadə edilən metodlar:
Analiz – Obyekt şərti olaraq bir-birindən təcrid edilmiş hissələrə ayrılır və onların hər biri ayrılıqda tədqiq edilir. Hissələr arasındakı əlaqələrin səbəbləri araşdırılır. Nümunə: Prezidentlik institutu hissələrə ayrılır: Prezident – Prezident seçkiləri – Prezidentin səlahiyyətləri – Prezidentin digər orqanlarla əlaqəsi və s.
Sintez – Analizin əksidir. Sintez zamanı öyrənilən predmetin, materialın oxşar əlamətləri ümumiləş- dirilir. Məsələn, dövlət orqanı anlayışı hər bir dövlət orqanına ayrı-ayrılıqda xas olan əlamətlərin ümu- miləşdirilməsi əsasında yaranmışdır.
Deduksiya – Bu metod ümumidən xüsusiyə getməyi nəzərdə tutur. Məsələn, bütün hüquq pozuntuları (inzibati xəta, cinayət və s.) müəyyən ümumi əlamətlərə malikdir. Bu metodu tətbiq edərək ümumidən xüsusiyə gedərək belə nəticəyə gəlirik ki, konstitusiya hüquq pozuntusu da hüquq pozuntusunun bir növü olduğundan ümumi hüquq pozun- tusunun strukturu onda da vardır.
İnduksiya – Deduksiyanın əksidir. Bu metod xüsusidən ümumiyə getməyi nəzərdə tutur. Bu zaman müxtəlif növ xüsusi faktların əsasında gəldiyimiz nəticəni həmin növdən olan bütün hadisə və predmetlərə şamil edirik. Məsələn, bir neçə konstitusion hüquq və azadlığın tədqiqindən belə nəticəyə gəlirik ki, bütün hüquq və azadlıqlar əsasdır və ümumidir.
Analogiya – Oxşarlığa əsaslanır. Analogiya zamanı məlum olanın əsasında məlum olmayan barədə müəyyən nəticə əldə olunur. Məsələn, ABŞ-da prezidenti xalq seçir və o, qanunverici orqana hesabat vermir. Buna görə də ABŞ prezidentli respublikadır. Azərbaycanda da prezidenti xalq seçir və o da qanunverici orqana hesabat vermir. Deməli, Azərbaycan da prezidentli respublikadır.
Müqayisə – Bu metod müxtəlif konstitusion reallıqların, normaların oxşar və fərqli cəhət- lərinin müəyyənləşdirilməsinə əsaslanır. Məsələn, Türkiyə Cumhuriyyətinin Nazirlər Kabineti ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinin və döv- lət orqanları sistemindəki yerinin müqayi- səsi bu iki ölkənin yuxarı icra hakimiyyəti orqanları barədə konkret nəticələrə gəlməyə kömək edir.
Tarixi yanaşma – Bu metod baş verən hadisələrin xronoloji ardıcıllığını izləməyə və onların baş vermə səbəbindəki qanunauyğun- luqları aşkara çıxarmağa əsaslanır. Məsələn, bu metodun tətbiqi nəticəsində müəyyənləş- dirilmişdir ki, məhz qeyri-demokratik, totali- tar dövlətlərin konstitusiyaları diktator və ya despot hakimiyyətin ideologiyası əsasında hazırlanıb qəbul edilir.
Konstitusiya hüquq elmi uzun inkişaf yolu keçmişdir. Meydana gəldiyi vaxtlar o, fəlsəfə, sosiologiya, politologiya və digər elmlərlə əlaqədə olmuşdur (indi də əlaqədədir). Onun müstəqil elm sahəsinə çevrilməsi bəzi digər hüquq elmlərindən (məsələn, mülki və cinayət hüququ) sonra baş vermişdir.
Konstitusiya əhəmiyyətli bəzi ideyalar (cəmiyyət və dövlət haqqında) ilkin olaraq qədim dünya mütəfəkkirlərinin (Platon, Aristotel, Siseron və s.) əsərlərində söylənilmişdir.
Konstitusiya hüququnun əsas ideyalarının təşəkkülü Spinoza, Monteskyo, Lokk, Russo, Hrotski və digər maarifçilərin adı ilə bağlıdır.
XIX əsrin sony – XX əsrin əvvəllərində konstitusiya hüququnun inkişafını fransızlar L.Dügi (solidariz konsepsiyası) və M.Oriu (institusionalizm), italiyalılar – V.Orlando (ministerializm), V.Pareto və Q.Moska (elitar nəzəriyyəsi, korporativizm), amerikalılar – C.Brays və S.Lou (demokratikləşmə nəzəriyyələri), almanlar – H.Ellinek (hüquq məktəbi), M.Veber (hakimiyyətin legitimləşməsi) xeyli zənginləşdirmişlər.
Müasir dövrün məşhur konstitusionalistləri bunlardır:
Fransada J.Bürdo, M.Dyuverje, B.Şantebu, D.Lavroff, J.Konak; Böyük Britaniyada D.Makintoş, D.Marşall, P.Bromxed, A.Cenninqs; ABŞ-da L.Trayb, D.Epter, Ş.X.Nax- mod, C.Xantinqton; Kanadada F.Snayder; İtaliyada C.di. Verqotti; Almaniyada G.Xesse, K.Ştayn, K.fon. Boyme, F.İyenzee, P.Kirx-xof, T.Maunts, Türkiyədə Ş.Gözübüyük, K.Gözler və başqaları.
Şərqi Avropa ölkələrində konstitusionalist tədqiqatçılar sırasında Polşada Voyçex Sokoleviç, Yanuş Tşinski, Zdzislav Yaroş, Martu Kruk, Adam Lopatkanın; Macarıstanda Antal Adam, Andraş Bradyov, Martu Dejenin; Çexiyada İrji Qrospiç Karel Svoboda, Karel Klimanın; Yuqoslaviyada Pavle Nikoliç və Ratko Markoviçin adlarını çəkmək olar.
Bu elmin inkişafında müsəlman alimlərinin (Məvərdi, İbn Xaldun və s.) rolu böyük olmuşdur.
Konstitusiya hüquq elmi sahəsində livanlı Zuhdi Yakanın, misirli Məhəmməd Kamal Leylanın, Möhsin Xəlilin, Usman Xəlilin, iraqlı Nimət əs-Səidin əsərləri məlumdur.
Konstitusiya hüquq elmi sahəsində Latın Amerikası ölkələrində aparılmış tədqiqatlar da diqqəti cəlb edir. Buraya Meksika alimi F.Ten Ramiresin, Aregentina alimi C.B.Linares Kintananın, Kolumbiya alimi L.K.Saçikin əsərlərini misal göstərmək olar.
Rusiya konstitusionalistlərinə isə V.Y.Çirkin, V.A.Straşun, İ.P.İlinski, A.X.Maxnenko və başqalarını aid etmək olar.
Hazırda Azərbaycan konstitusionalistləri sırasına M.Ələsgərovu, Z.Əsgərovu, F.Nağıyevi, E.Nəsirovu və başqalarını nümunə göstərə bilərik.
Hüququn mənbəyi dedikdə, hüquq normalarının ifadə formaları başa düşülür. Konstitusiya hüquq elminin mənbələri aşağıdakılardır:
1. Konstitusiya və qanunlar; 2. Beynəlxalq və dövlətdaxili müqavilələr; 3. Parlament reqlament- ləri; 4. Dövlət başçısının və hökumətin aktları (fərman və sərəncamlar); 5. Məhkəmə presedent- ləri (məhkəmələr tərəfindən qəbul edilən oxşar işlər üzrə analoji qərarlar); 6. Konstitusiya adəti; 7. Dini mənbələr; 8. Hüquqi doktrina (hüquqşünas alimlərin əsərləri).
Müasir konstitusiya hüququ elmində əsas istiqamətlər
Radikal istiqamət əsasən marksist alimlərinin işləri, inkişaf etməkdə olan ölkələrin sosialist təmayülünü müdafiə edən inqilabçi demokratların və sol radikalların əsərləri ilə təmsil olunmuşdur. Bu istiqamətə məxsus müəlliflər konsti- tusiya hüququnu sinfi mübarizə mövqeyindən və ya siniflər blokunun diktaturası mövqeyindən nəzərdən keçirirlər. Düzdür, həmin istiqamətin müxtəlif qruplarının anlamında bu siniflər eyni deyildir. Marksist-leninçilərdə bu, fəhlə sinfidir. İnqilabçı demokratlar zəhmətkeşlərlə elə qeyri-zəhmətkeşlərin «məcmu» hakimiyyətini müdafiə edirlər ki, onların fikrincə, həmin qeyri-zəhmətkeşlərlə son nəticədə sosializmə gətirib çıxara biləcək köklü demokratik islahatlar mərhələsində əməkdaşlıq etmək olar. Sol radikallar isə inqilabi dəyişikliklər amilini daha çox ziyalıların müəyyən dəstələrində, bəzən isə sinifsizləşmiş «qabaqcıl mübarizlər» qrupunda görürlər.
Liberal istiqamət tərəfdarları hesab edirlər ki, konstitusiya, eləcə də bütövlükdə konstitusiya hüququ diktatura silahı deyil, əhalinin müxtəlif qruplarını, idarə edənlər və idarə olunanlar arasında sosial əlaqələrin ifadəsi və öz normalarında ümumbəşəri dəyərləri (azadlıq, demokratiya, insan hüquqları, sosial ədalət və s.) əks etdirməli olan sənəddir. Onlar hüquqi, demokratik dövlət qurulmasının, hakimiyyətin bölgü prinsipinin tanınmasının, vəzifəli şəxslərin və dövlət orqanlarının xalq qarşısında hesabat verməsinin, ölkədə çoxpartiyalılığın, münaqişlərin həllində dinç vasitələrin tətbiqinin tərəfdarıdırlar. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər dövlətlərin yeni konstitusiyaları bu istiqamətin tərəfdarlarının fikirləri əsasında hazırlanmışdır.
Müasir konstitusiya hüququ elmində əsas məktəblər
Hüquqi məktəb əvvəlcə müəyyənedici, sonra isə – XX əsrin 20-ci illərinədək əhəmiyyətli nüfuza malik olmuşdur. Onun tərəfdarları başlıca olaraq dövlətin, onun orqanlarının və insan hüquqlarının öyrənilməsi istiqamətini götürmüşlər, özü də məsələyə müstəsna olaraq hüquqi mövqedən yanaşmışdırlar. Onun tərəfdarları dövlətin sosial xarakterini qəbul edirdilər. Hazırda bu məktəb öz əhəmiyyətini itirmişdir. Lakin onun işlənib hazırladığı tədqiqat metodları konstitusiya hüquq elmində geniş istifadə olunur.
Politoloji məktəb XX əsrin ortalarında qəti qələbə qazanmışdır. Onun tərəfdarları konsti- tusiya hüquq normalarını daha çox öyrənməyə deyil (onlar bəzən hətta bu normalara əhəmiy- yət belə vermirlər), bu və ya digər dövlətçilik institutlarının, siyasi institutların real rolunu öyrənməyə çağırırlar. Təsadüfi deyil ki, hazırda bir sıra fransızdilli ölkələrdə tədris predmeti «Konstitusiya hüququ və siyasi institutlar» adlanır.
Teoloji məktəb tərədarlarının baxışlarının rənga- rəngliyi ilə seçilir. Onun sağ qanadının liberalizmlə heç bir ümumi əlaməti yoxdur. O, radikal istiqamətlə qovuşur, lakin onun tərəfdarlarının qərb ideyalarının təsirinə məruz qalmış müəyyən bir hissəsi dini pər- dələrlə ört-basdır edilən liberal fikirlər söyləyirlər.
Liberal məktəb başlıca olaraq müsəlman hüquqşünasların tədqiqatları ilə təmsil olunurlar. Onun tərəfdarlarının əsərləri Məhəmməd peyğmbər və ondan sonra gələn dörd xəlifənin zamanında mövcud olmuş ədalətli idarəçilik ideyaları ilə zəngindir.
Tədris fənninin vəzifəsi tələbələrə konkret elm sahəsinin artıq formalaşmış, sabit elmi anlayışları ilə bağlı zəruri mini- mum informasiyanı verməkdir. Tədris fənnində, bir qayda olaraq, mübahisəli məsələlər araşdırılmır. Belə məsələlər yalnız zərurət olduqda tədqiq edilir.
Konstitusiya hüququ təhsil müəssisələrində hüquq fənləri içərisində fundamental profilli fənlərdən biri kimi tədris olunur. Bu fənnin tədris olunmasında əsas məqsəd tələbələr- də dövlətin hüquqi əsasları, şəxsiyyət, cəmiyyət və dövlətin qarşılıqlı əlaqələri haqqında təsəvvürlərin formalaşdırılmasından ibarətdir. Dövlət quruculuğu və ali hakimiyyətin təşkili ilə birbaşa bağlı olan konstitusiya hüququ tədris fənni kimi tələbələrdə dövlət, demokratiya, insan hüquq və azadlıqları kimi dövlətçiliklə birbaşa bağlı olan müasir elmi təsəvvürləri inkişaf etdirir.
Beləliklə: konstitusiya hüquq elmi ən fundamental elm sahələrindən biridir. Bu elm digər hüquq elmlərinin bazisi hesab olunur. Konstitusiya hüququ digər hüquq elmlərinin əsas prinsiplərini ehtiva edən «nüvə» rolunu oynayır.
Comments are closed, but trackbacks and pingbacks are open.