Press "Enter" to skip to content

AZƏRBAYCAN DÖVLƏTİNİN ƏSASLARI

Qanun qəbul olunduğu kündən qüvvəyə minir.

Azərbaycan respublikasının mustəqilliyinin əsasları

Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-05-1991, Nəşr nömrəsi: 09-10, Maddə nömrəsi: 150)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

Azərbaycan Respublikasının Ali Soveti sərt mərkəzləşdirilmiş planlaşdırma və bölgü sisteminin, istehsal vasitələrindən və əməyin nəticələrinin mənimsənilməsin dən işçinin yadlaşmasının, iqtisadiyyatda iradəvi inzibatçılığın, məhsuldar qüvvələrin regional inkişafı və yerləşdirilməsi siyasətində respublikanın mənafeyinə etinasızlıq göstərilməsinin, regionlararası qeyri-ekvivalent mübadilələrin kök salmasının təbii yekunu kimi Azərbaycan xalqının yaşayış səviyyəsinin aşağı olduğunu, əmək qabiliyyətli xeyli əhalinin işləmədiyini, təbii sərvətlərin tənəzzülə uğradığını qeyd edərək

Azərbaycan xalqının müqəddəratı üçün məsuliyyət daşıdığını başa düşərək və onun rifahı, mənəvi dirçəlişi qayğısına qalaraq suveren dövlət kimi Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin məzmununu, məqsədini və əsas prinsiplərini müəyyən edən bu Konstitusiya Qanununu qəbul edir.

I bölmə . Ümumi müddəalar

Maddə I. İqtisadi müstəqilliyin məzmunu və məqsədi

Azərbaycan Respublikası müstəqil surətdə öz əhalisinin mənafeyinə uyğun kələn, beynəlxalq hüquqla və ümumbəşəri dəyərlərlə uzlaşan iqtisadi və sosial siyasət həyata keçirir.

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi ondan iba rətdir ki, müstəqil surətdə xalq təsərrüfatının strukturu, onun in kişafının üstün istiqamətləri müəyyənləşdirilir, maliyyə-büdcə, pul-kredit, qiymət, investisiya siyasəti, elmi-texniki və xarici iqtisadi siyasət həyata keçirilir, əhali üçün sosial təminatlar yaradılır.

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyindən məqsəd hər bir vətəndaşın layiqli həyat şəraitini, şəxsiyyətin mənəvi tələbatının ödənilməsini və özünüifadəsini təmin etmək, yaradıcı və məhsuldar əməyə ruhlandıran sabit mexanizmlər yaradılması yolu ilə Azərbaycan xalqının milli sərvətini qoruyub saxlamaq və artırmaqdır.

Maddə 2. İqtisadi müstəqilliyin əsas prinsipləri

İqtisadi müstəqillik aşağıdakı əsas prinsiplər üzərində qurulur:

– respublika ərazisinin hüdudları daxilində torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi, hava hövzəsi üzərində Azərbaycan Respublikasının müstəsna mülkiyyəti;

– Xəzər dənizinin Azərbaycan Respublikası Ərazisinə bitişik iqtisadi zonasının ehtiyatlarına beynəlxalq hüquqla təsdiq edilmiş hüdudlarda sahiblik, onlardan istifadə və onlara sərəncam hüququ;

– yaradılmış ümumittifaq sərvətində payı olmaq;

– SSR İttifaqının almaz və valyuta fondlarında, qızıl ehtiyatında öz payına sahiblik, respublikanın xeyrinə bu paydan istifadə və ona sərəncam hüququ;

– bütün mülkiyyət formalarının hüquq bərabərliyi və hüquqi müdafiəsi, sahibkarlıq fəaliyyətinin sərbəstliyi, tələb və təklifin bazar münasibətləri, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi;

– başqa dövlətlərlə iqtisadi ittifaqlara könüllü daxil olmaq və bu ittifaqlardan maneəsiz çıxmaq;

– Azərbaycan Respublikasının ərazisində xarici investisiyaların qorunması.

II bölmə . Mülkiyyət hüququ

Maddə 3. Mülkiyyətçinin səlahiyyəti və mülkiyyətin formaları

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə, ona sərəncam hüquqları vardır.

Mülkiyyət münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq müqavilələr və hökumətlərarası sazişlər ilə müəyyən edilir və tənzimlənir.

Azərbaycan Respublikasında mülkiyyətin aşağıdakı formaları bərabər hüquqlu hesab edilir və qanunla qorunur:

– Azərbaycan Respublikasının dövlət mülkiyyəti;

Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş çərçivədə onun ərazisində İttifaq respublikalarının və başqa dövlətlərin, onların hüquqi şəxslərinin və vətəndaşlarının, beynəlxalq təşkilatların mülkiyyətinin olmasına yol verilir.

Maddə 4. Azərbaycan Respublikasının dövlət mülkiyyəti

Azərbaycan Respublikasının ərazisində dövlət mülkiyyətinin hüquq subyekti suveren dövlət olan Azərbaycan Respublikasının özüdür.

Azərbaycan Respublikasının ərazisində olan bütün xalq təsərrüfatı sahələrinin, energetika şəbəkəsinin (sisteminin) müəssisələri, nəqliyyat və rabitə müəssisələri (nəqliyyatın və rabitənin vahid tam kimi işləməsini təmin edən və İttifaq müqaviləsi subyektlərinin birgə mülkiyyəti olan əsas fondlardan və vasitələrdən başqa), dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarixi abidələr, infrastruktur obyektləri, o cümlədən kurort turizm obyektləri, dövlət vəsaiti hesabına yaradılmış başqa əsas fondlar, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar və suveren dövlət kimi Azərbaycan Respublikasının qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün lazım olan digər əmlak Azərbaycan Respublikasının dövlət mülkiyyətinə daxildir.

Azərbaycan Respublikasının dövlət maliyyə ehtiyatları hesabına başqa dövlətlərin ərazisində yaradılan müəssisələr, yaxud onların hissələri də Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.

Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə respublikanın dövlət mülkiyyətinin bir hissəsi yerli dövlət hakimiyyəti orqanlarının mülkiyyətinə verilə bilər.

Yerli dövlət hakimiyyəti orqanları onların mülkiyyətində olan əmlakın hüquqi rejimini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə müəyyən edirlər.

Yerli dövlət hakimiyyəti orqanlarının mülkiyyətində olan obyektləri onların razılığı olmadan başqasına vermək, əllərindən almaq və yenidən bölüşdürmək qadağandır.

Yerli dövlət hakimiyyəti orqanları torpaq və su ehtiyatlarından, dikər təbii ehtiyatlardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istifadə edir və onlara sərəncam verirlər.

Maddə 5. Kollektiv, xüsusi və qarışıq mülkiyyət

Kollektiv mülkiyyətə hüquqi şəxslər olan kollektiv müəssisələrin, icarə müəssisələrinin, kooperativlərin, səhmdar cəmiyyətlərinin, təsərrüfat ortaqlıqlarının və assosiasiyalarının, həmkarlar ittifaqı təşkilatlarının və digər ictimai təşkilatların, dini təşkilatların, vətəndaşların birliklərinin və ictimai hərəkatlarının mülkiyyəti aiddir.

Kollektiv mülkiyyət əmlakın qanunla müəyyən edilmiş qaydada mülkiyyətə verilməsi, kollektivin vəsaiti, yaxud borc alınmış vəsait ilə əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlir.

Xüsusi mülkiyyət ayrı-ayrı şəxslərin və onların ailələrinin əmlakı şəklində, istehsal vasitələri və bunlara bərabər tutulan sərvətlər, qeyri-istehsal təyinatlı əşyalar və sərvətlər, pul və qiymətli kağızlar şəklində, intellektual əmək məhsulları şəklində təzahür edir; bunlardan muzdlu əmək tətbiq etməklə gəlir götürülməsi üçün də istifadə oluna bilər.

Vətəndaşların, hüquqi şəxslərin və dövlətlərin mülkiyyətində olan əmlakın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda birləşdirilməsinə və bu əsasda qarışıq mülkiyyət formasının yaradılmasına yol verilir. Qarışıq mülkiyyətin növü öz vəsaitlərini birləşdirən sahiblərin statusu ilə müəyyən edilir.

Maddə 6. Azərbaycan Respublikasının hüdudlarından kənarda olan mülkiyyət

Azərbaycan Respublikası dövlətinin, kooperativlərinin, ictimai təşkilatlarının və içtimai hərəkatlarının, habelə vətəndaşlarının başqa dövlətlərdə olan əmlakına sahibliyin, ondan istifadənin və ona sərəncamın şərtləri və qaydası mülkiyyətin olduğu dövlətlərin qanunları, habelə beynəlxalq hüquq normaları və bağlanmış sazişlər ilə müəyyən edilir. Azərbaycan Respublikası bu mülkiyyətin sahiblərinə onu qorumaqda kömək göstərir.

III bölmə. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi

Maddə 7. Azərbaycan Respublikasının xalq təsərrüfatı kompleksi

Azərbaycan Respublikasının xalq təsərrüfatı kompleksi mülkiyyətin formalarından asılı olmayaraq respublikanın ərazisində yerləşən müəssisələrin, birliklərin və təşkilatların məcmusundan ibarətdir.

Müəssisələr, birliklər və təşkilatlar respublika qanunvericiliyi ilə müəyyən edilən təsərrüfat müstəqilliyinə, Azərbaycan Respublikasının və başqa dövlətlərin istənilən hüquqi şəxsləri və vətəndaşları ilə müqavilə münasibətləri yaratmaq, filiallar təsis etmək, payçılıq əsasında birgə müəssisələr açmaq hüququna malikdirlər. İstehsal-təsərrüfat fəaliyyəti sərbəst bazar münasibətlərinə əsaslanır, dövlət sifarişi könüllü xarakter daşıyır və müsabiqə əsasında verilir. Müqavilələrin və sazişlərin subyektləri qəbul etdikləri öhdəlikləri pozduqda, vurulmuş ziyanı ödəmək yolu ilə məsuliyyət daşıyırlar.

Xalq təsərrüfatı kompleksi bazar mühitində, istehlak malları, əhaliyə xidmət, istehsal vasitələri, kapital, iş qüvvəsi, valyuta və qiymətli kağız bazarlarının mövcudluğu şəraitində inkişaf edir. Bazar münasibətlərinin əsasını əmtəə-pul münasibətləri, sərbəst qiymətqoyma və sahibkarlıq əsasında satıcı ilə alıcı arasında razılaşma yolu ilə formalaşan müqavilə və bazar qiymətləri təşkil edir. Sahibkarlar üçün bərabər iqtisadi şərait yaradılır və bərabər hüquqi təminatlar müəyyən edilir.

Dövlət hakimiyyəti və idarəetmə orqanları Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi nəzərdə tutulmuş hallardan başqa, dövlət müəssisələrinin təsərrüfat fəaliyyətinə bilavasitə qarışmırlar.

Xalq təsərrüfatını dövlət idarəetmə orqanlarının strukturunu Azərbaycan Respublikasının Ali Soveti müəyyən edir. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda dövlətlərarası sazişlər əsasında respublikadankənar orqanlara ayrı-ayrı sahələrin müəssisələrini idarə etmək hüququ verilə bilər.

Maddə 8. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas funksiyaları

Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti və idarəetmə orqanları qanunların və iqtisadi xarakterli tədbirlərin köməyi ilə:

istehsal-iqtisadi potensialdan istifadənin ən səmərəli üsullarını müəyyən edir, xalq təsərrüfatının struktur dəyişikliklərinə kömək göstərir, əsas bazar strukturlarını yaradır, intellektual mülkiyyət münasibətlərini tənzimləyir;

milli gəlirlərdən istifadə proporsiyalarını müəyyən edir, iqtisadi və sosial inkişaf, Azərbaycan xalqının mənəvi dirçəlişi proqramlarını hazırlayır və bunların həyata keçirilməsinə kömək göstərir, ayrı-ayrı sahələrin və regionların inkişafı üçün xüsusi fondlar yaradır;

başqa dövlətlərlə münasibətlərdə Azərbaycan Respublikasının mənafeyini qoruyur;

lazım olduqda lisenziyalar vermək və mal gətirilməsi, aparılması hədlərini müəyyən etmək yolu ilə Azərbaycan Respublikasının hüquqi şəxslərinin və vətəndaşlarının digər dövlətlərlə qarşılıqlı münasibətlərini tənzimləyir;

respublika əhalisinin xeyrinə olaraq malların və xidmətlərin qiymətlərini və tariflərini tənzimləyir, inhisarların amirliyinə qarşı tədbirlər görür, Azərbaycan Respublikasının milli, sosial, iqtisadi, ekoloji və mədəni mənafeyinə zidd olan fəaliyyətin qarşısını alır;

respublikanın əmək ehtiyatlarından səmərəli istifadə olunmasını, sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasını təmin edir;

respublika vətəndaşlarının dolanacaq minimumunun təminatlarını, sosial təminat və sığortalama üçün digər zəruri hüquqi təminatları həyata keçirir;

əhalinin, müəssisələrin və təşkilatların təbii fəlakətlərdən, istehsalat qəzalarından və başqa fövqəladə hadisələrdən və vəziyyətlərdən qorunması və bunların nəticələrinin ləğv edilməsi üçün lazımi tədbirlər sistemi yaradır və hazır saxlayırlar.

Maddə 9. Elmi-texniki siyasət, struktur və investisiya siyasəti

Azərbaycan Respublikası istehsalatın texniki-texnoloji cəhətləri əsaslı surətdə yeniləşdirilməsinə, milli mənafelərə və dünya bazarının tələblərinə müvafiq surətdə fəaliyyət göstərən yüksək səmərəli, mobil iqtisadiyyat formalaşmasına kömək edən elmi-texniki siyasət, struktur və investisiya siyasəti yeridir.

Azərbaycan Respublikası fundamental və tətbiqi elmi tədqiqatların üstün istiqamətlərini müəyyən edir, elmi-texniki ideyalar və mühəndis araşdırmaları bazarını təşkil edir, beynəlxalq elmi-texniki əməkdaşlığı həyata keçirir, elmi kadrlar hazırlanmasının səmərəli sistemini yaradır.

Azərbaycan Respublikasının struktur-investisiya siyasəti istehsalı insanın mənafeyinə tabe etməkdən, iqtisadiyyatın sahə və ərazi inkişafında uyğunsuzluqları ləğv etməkdən, məhsul buraxılışının ümumi həcmində son istehlak məhsulunun payını artırmaqdan, elm tutumlu sahələri, ehtiyatlara qənaət edən texnologiyaları, təhlükəsiz və ekoloji cəhətdən zərərsiz istehsalatları üstün inkişaf etdirməkdən ibarətdir.

Azərbaycan Respublikası öz ərazisində investisiya fəaliyyətini tənzimləyir, investisiya bazarı və fond birjaları yaranmasına kömək göstərir.

Maddə 10. Yerli özünüidarə və yerli təsərrüfat

Yerli özünüidarə Azərbaycan Respublikasının qanunları, öz iqtisadi və maliyyə bazası əsasında, əhalinin mənafeyini nəzərə almaqla yerli həyatın bütün məsələlərini vətəndaşların bilavasitə, yaxud seçdikləri dövlət təşkilatları və ictimai təşkilatlar vasitəsilə müstəqil həll etməsi üçün onların ərazi özünütəşkilidir.

Yerli özünüidarə Azərbaycan Respublikasının müvafiq inzibati ərazi vahidlərinin hüdudları daxilində həyata keçirilir.

Yerli özunüidarə sistemində əsas pillə öz ərazisində yerli özünüidarənin bütün digər pillələrinin fəaliyyətini birləşdirən və əlaqələndirən yerli xalq deputatları Sovetləridir.

Yerli təsərrüfat əhalinin tələbatının bilavasitə ödənilməsini təmin edir və müvafiq inzibati ərazi vahidinin mülkiyyəti olan müəssisələrdən, birliklərdən, təşkilatlardan, istehsal və sosial infrastruktur obyektlərindən ibarətdir.

Yerli xalq deputatları Sovetləri yerli təsərrüfat müəssisələrinin, birliklərinin və təşkilatlarının fəaliyyətini əlaqələndirir, sahibkarlığın və kiçik müəssisələrin inkişafına kömək edir. Yerli xalq deputatları Sovetlərinin ərazisində təsərrüfat fəaliyyəti onların icazəsi ilə həyata keçirilir.

Yerli xalq deputatları Sovetləri müstəqil büdcəyə malikdir.

Yerli dövlət hakimiyyəti orqanlarının onların mülkiyyətinə aid olmayan müəssisələr, birliklər və təşkilatlar ilə münasibətləri vergi və müqavilə əsasında qurulur.

Yerli xalq deputatları Sovetlərinin öz səlahiyyəti daxilində qəbul etdikləri qərarlar ərazidə yerləşən bütün müəssisələr, təşkilatlar və idarələr üçün məcburidir.

Maddə 11. Xarici iqtisadi fəaliyyət və respublikalararası münasibətlər

İttifaqın respublikaları ilə və başqa dövlətlərlə iqtisadi əlaqələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət səviyyəsində, hüquqi şəxslər və vətəndaşlar səviyyəsində qarşılıqlı fayda və hüquq bərabərliyi prinsipləri əsasında həyata keçirilir.

Azərbaycan Respublikası xarici iqtisadi fəaliyyətə müstəqil rəhbərlik edir, gömrük sistemi yaradır, sərbəst iqtisadi zonalar, müxtəlif xarici iqtisadi təşkilatlar, firmalar, ticarətxanalar, səhmdar cəmiyyətləri, banklar və başqa təşkilatlar yaratmaq, xaricdə öz ticarət-iqtisadi nümayəndəliklərini acmaq məsələlərini müstəqil həll edir.

Azərbaycan Respublikası valyuta fondu yaradır və ondan istifadə məsələlərini müstəqil həll edir. Valyuta fondunun yaradılması mənbələri respublikanın ərazisində yerləşən bütün müəssisə və təşkilatların xarici iqtisadi fəaliyyətdən, o cümlədən xarici turizmdən, mədəniyyət, idman tədbirlərindən və başqa tədbirlərdən götürdükləri valyutadan tədiyələr, qiymətli kağızlarla və istiqrazlarla əməliyyatlardan götürülən gəlirlərdən tədiyələr, gömrük rüsumlarıdır.

İqtisadi fəaliyyət məsələlərinə dair Azərbaycan Respublikasının beynəlxalq sazişləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə bağlanır və Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilir.

Maddə 12. Dövlət nəzarəti

Azərbaycan Respublikasının ərazisində müəssisələrin, birliklərin, təşkilatların iqtisadi fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək hüququna ancaq Azərbaycan Respublikasının müvafiq orqanları malikdir.

IV. bölmə. Azərbaycan respublikasının maliyyə—büdcə, kredit və pul sistemi

Maddə 13. Maliyyə-büdcə sistemi

Azərbaycan Respublikasının öz maliyyə sistemi vardır. Bu sistemə Azərbaycan Respublikasının büdcəsi, Azərbaycan Respublikasının pensiya fondu, sosial sığorta fondu, dövlət sığortası və şəxsi sığorta, xarici sığorta, xalq təsərrüfatı sahələrinin, həmkarlar ittifaqı təşkilatlarının və başqa ictimai təşkilatların maliyyəsi və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə yaradılan büdcədənkənar fondlar daxildir. Azərbaycan Respublikasının büdcəsi respublika büdcəsinin, Naxçıvan Muxtar Respublikası, DQMV və yerli xalq deputatları Sovetləri büdcələrinin vəsaitindən ibarətdir.

Azərbaycan Respublikasının respublika büdcəsini, muxtar qurumların büdcələrini və yerli büdcələri tərtib etmək, nəzərdən keçirmək, təsdiq və icra etmək qaydası, habelə onların qarşılıqlı münasibətləri büdcə sistemi, vergiqoyma, yerli özünüidarə və yerli təsərrüfat haqqında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

Azərbaycan Respublikasının respublika büdcəsinin, Naxçıvan Muxtar Respublikası və DQMV büdcələrinin, yerli büdcələrin gəlir mənbələri dövlət vergiləri, tədiyələr, daxil olan varidat və subvensiyalardır.

Azərbaycan Respublikası öz ərazisində müstəqil vergi siyasəti yeridir. Vergilərin növləri və dərəcələri, habelə vergiqoyma qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir və bütün hüquqi şəxslər və vətəndaşlar barəsində qüvvədə olur.

Azərbaycan Respublikasının ərazisində müəssisələrdən, birliklərdən və təşkilatlardan, habelə vətəndaşlardan tutulan vergilərin və tədiyələrin bütün növləri tamamilə respublika büdcəsinə və yerli büdcələrə keçirilir.

Azərbaycan Respublikasının respublika büdcəsinin, Naxçıvan Muxtar Respublikası və DQMV büdcələrinin, yerli büdcələrin vəsaiti xalq təsərrüfatının inkişafı və dövlət tərəfindən tənzimlənməsi, ictimai və sosial ehtiyacların ödənilməsi və dövlət idarəetmə funksiyalarının yerinə yetirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Azərbaycan Respublikası başqa dövlətlər və beynəlxalq təşkilatlarla şərikli layihələrin və proqramların məqsədli maliyyələşdirilməsində müqavilə əsasında öz büdcə vəsaiti ilə iştirak edə bilər.

Azərbaycan Respublikası Ali Sovetinin könüllü surətdə İttifaqın ali hakimiyyət orqanına verdiyi səlahiyyətin icrası ilə əlaqədar xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası vəsait ayırır.

İttifaq bu səlahiyyəti yerinə yetirmədikdə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə vəsait ayrılması dayandırılır və əvvəllər ödənilmiş tədiyələr geri tələb edilir.

Maddə 14. Bank sistemi və pul tədavülü

Azərbaycan Respublikası öz ərazisində bank işini və pul tədavülünü müstəqil surətdə təşkil edir.

Bank sistemi Azərbaycan Respublikasının Milli Bankından, Xarici İqtisadi Fəaliyyət Bankından, respublika banklarından və digər səhmdar-kommersiya banklarından, müxtəlif mülkiyyət formalarının başqa kredit idarələrindən ibarətdir. Bank idarələri iqtisadi cəhətdən müstəqildirlər və özlərinin fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar.

Azərbaycan Respublikasının kredit ehtiyatları bankların öz vəsaitindən, respublikanın ərazisində yerləşən müəssisələrin, birliklərin və təşkilatların bank hesablarındakı vəsaitin qalıqlarından, banklararası hesablaşmalardakı vəsaitdən, əhalinin p ul əmanətlərindən, digər pul ehtiyatlarından ibarətdir, Azərbaycan Respublikası öz mənafeyini qorumaq üçün zərurət olduqda öz pul vahidini yaradır.

Azərbaycan Respublikasının Milli Bankı yalnız respublikanın Ali Sovetinə hesabat verir, ali emissiya idarəsidir, kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yeridir, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyir, respublikanın mənafeyini əsas tutaraq SSRİ Dövlət Bankı ilə qarşılıqlı əlaqədə ehtiyat bank funksiyalarını icra edir.

Maddə 15. Qiymətqoyma

Azərbaycan Respublikası öz inkişafı xeyrinə müstəqil surətdə qiymətqoyma siyasəti həyata keçirir.

İttifaqın respublikaları və başqa dövlətlər ilə ticarət başlıca olaraq dünya qiymətləri üzrə həyata keçirilir.

Qiymətləri və tarifləri dövlət tərəfindən tənzimlənməli olan malların və xidmətlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

V bölmə . Azərbaycan Respublikası əhalisinin sosial təminatları

Maddə 16. Sosial təminatların yerinə yetirilməsi sistemi

Azərbaycan Respublikasında yaradılan sosial təminatlar sisteminin əsas prinsipləri aşağıdakılardır:

– peşənin sərbəst seçilməsi əsasında əhalinin məşğulluğu, işsizlikdən müdafiə, müvəqqəti işləməyən vətəndaşların yenidən təlimi və ixtisasını dəyişməsi üçün lazımi şərait yaradılması;

– ixtisaslı tibbi yardımın hamıya müyəssər olması;

– orta, orta ixtisas və əsasən ali təhsilin pulsuz olması;

– minimum istehlak büdcəsinin müəyyən edilməsi və onun əsasında əhalinin itkilərinin tam, yaxud qismən ödənilməsi. kompensasiya ödənişlərinin təyin edilməsi;

– əhalinin gəlirlərinin indeksləşdirilməsi;

– zəhmətkeşlərin sağlam və təhlükəsiz əmək şəraiti hüquqlarının həyata keçirilməsi;

– anaların və uşaqların mühafizəsi, qadınların əmək və məişət şəraitinin kökündən yaxşılaşdırılması sahəsində əməli tədbirlərin həyata keçirilməsi.

Sosial təminatların həyata keçirilməsini dövlət orqanları və idarələri, dövlət, kooperativ müəssisələri və qarışıq müəssisələr, həmkarlar ittifaqları və başqa ictimai təşkilatlar və xüsusi sahiblər təmin edirlər.

Maddə 17. Əməyin ödənilməsi və iş rejimi

Təsərrüfat hesablı müəssisələrdə, birliklərdə və təşkilatlarda əmək haqqının miqdarı hər bir işçinin əmək töhfəsindən asılıdır və təsərrüfat fəaliyyətinin gəliri ilə bağlıdır.

Əmək haqqının maksimum miqdarı məhdudlaşdırılmır, onun dövlət tərəfindən nəzarət edilən aşağı həddi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan dolanacaq minimumunu təmin etməlidir.

İş vaxtı və istirahət rejimi, əmək normaları, ödənişin dərəcələri və qaydası qüvvədə olan qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilir.

Maddə 18. Demoqrafiya proseslərinin idarə edilməsi

Azərbaycan Respublikasında demoqrafiya proseslərinin optimallaşmasını, əhali artımının genişlənməsini və əhalinin cins-yaş tərkibində uyğunsuzluqların aradan qaldırılmasını, qadınların ictimai funksiyalarının analıq funksiyaları ilə ahəngdar uzlaşdırılmasını, ailənin inkişafı və böyüməkdə olan nəslin tərbiyəsi üçün əlverişli şərait yaradılmasını təmin edən iqtisadi və sosial tədbirlər kompleksi hazırlanıb həyata keçirilir.

Maddə 19. Sosial təminat və sosial sığorta sahəsində təminatlar

Azərbaycan Respublikasında vətəndaşların sosial sığortası sistemi fəaliyyət göstərir.

Sosial sığorta əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, əlillik, ailə başçısının itirilməsi, qocalıq və işsizlik ilə əlaqədar olaraq həyata keçirilir.

Azərbaycan Respublikası qocaların, pensiyaçıların, əlilliyi olan şəxslərin, natamam və çoxuşaqlı ailələrin sosial və iqtisadi müdafiəsini təmin edir. Əlillik, qocalıq və ya ailə başçısının itirilməsi ilə əlaqədar pensiyanın miqdarı əlilliyi olan şəxsin, qocanın və ya ailə başçısının əmək töhfəsinə uyğun gəlməli və dolanacaq minimumundan aşağı olmamalıdır. [1]

Maddə 20. Zəhmətkeşlərin mənafeyinin qorunması

Azərbaycan Respublikası bütün sosial təbəqələrin və qrupların mənafe tarazlığını, bütün vətəndaşların ədalətli tələblərini və hüquqlarını qoruyur.

Xüsusi müəssisələrin muzdlu işçiləri ictimai bölmədə çalışan işçilərin malik olduqları bütün sosial təminatlardan istifadə edirlər.

İstehlakçıların mənafeyini qorumaq üçün məhsulun təhlükəsiz liyinə və zərərsizliyinə, malların keyfiyyətinə nəzarət həyata keçi rilir.

Azərbaycan Respublikasında həmkarlar ittifaqları və zəhmət keşlərin başqa birlikləri zəhmətkeşlərin və əmək kollektivlərinin sosial-iqtisadi mənafeyini qorumaq üçün qanunvericiliyə müvafiq surətdə hüquqlara və səlahiyyətə malikdirlər.

Sosial-iqtisadi məsələlərlə əlaqədar əmək münaqişələri olduqda zəhmətkeşlərin sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur.

Maddə 21. Ətraf mühitin mühafizəsi üçün təminatlar

Azərbaycan Respublikası vətəndaşların ekoloji təhlükəsizlik hüququnu təmin edir, təbii komplekslərin qorunub saxlanması, nadir və kökü kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi və artırılması üçün lazımi tədbirlər görür.

Təbiətdən istifadə qaydası respublika qanunvericiliyi ilə müəyyən edilir.

VI bölmə . Azərbaycan Respublikasının iqtisadi qanunvericiliyi

Maddə 22. İqtisadi qanunvericilik

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiya Qanunu və ona müvafiq surətdə hazırlanmalı olan qanunlar və digər normativ aktlar: mülkiyyət, torpaq, vergiqoyma, icarə, müəssisələr, sahibkarlıq, inhisar əleyhinə fəaliyyət, investisiyaların qorunması, müflisləşmə, bank işi, büdcə və pul sistemi, xarici iqtisadi əlaqələr, məşğulluq, sosial təminat haqqında və başqa qanunlar və normativ aktlar əsasında həyata keçirilir.

Maddə 23. Hüquqi məsuliyyət

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin həyata keçirilməsində qanunsuz hərəkətlər, yaxud fəaliyyətsizlik onun dövlət suverenliyinə qəsddir və qanunla cəzalandırılır.

Qanun qəbul olunduğu kündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

Bakı şəhəri, 25 may 1991-ci il.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 20 noyabr 2020-ci il tarixli 195-VIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 8 dekabr 2020-ci il, № 257 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1422 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 20 noyabr 2020-ci il tarixli 195-VIKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 8 dekabr 2020-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1422) ilə 19-cu maddəsinin üçüncü hissəsinin birinci cümləsində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə və ikinci cümləsində “əlilin” sözü “əlilliyi olan şəxsin” sözləri ilə əvəz edilmişdir.

AZƏRBAYCAN DÖVLƏTİNİN ƏSASLARI

Konstitusiya Azərbaycan dövlətini əsas və başlıca subyektlərindən biri kimi tanıyır və qəbul edir. Dövlət konstitusiya münasibətlərində iştirak edən mərkəzi fiqurdur. O cəmiyyətin siyasi sistemində mühüm rol oynayır. Bəs, Azərbasycan dövləti dedikdə nə başa düşülür?
Azərbaycan dəvləti dedikdə, Azərbaycan xalqına məxsus olan hakimiyyəti (xalq hakimiyyətini) həyata keçirən xüsusi siyasi təşkilat başa düşülür.
Azərbaycan xalqı dövlət hakimiyyətini təşkil etsə də , dövlət hakimiyyətinin yeganə mənbəyi kimi tanınsa da, dövlət hakimiyyətini özü həyata keçirmir. Qeyd etdiyimiz kimi, Azərbaycan xalqı dövlət hakimiyyətini həyata keçirmək hüququnu Azərbaycan dövlətinə verir. Dövlət hakimiyyəti də məhz onun vasitəsilə həyata keçirilir.
Birincisi, Azərbsaycan Respublikasında hakimiyyət xalqa məxsusdur. O referendumda (ümumxalq səsverməsində) və seçkilərdə iştirak etməklə dövlət hakimiyyətini təşkil edir.
İkincisi, dövlət haklimiyyətini həyata keçirən əsas orqanlar xalq tərəfindən seçilir. Onlar seçkili orqanlardır. Söhbət Milli Məclisin (parlamentin) və prezidentin seçilməsindən gedir.
Üçüncüsü, Azərbaycan dövləti ona görə demokratik respublika hesab olunur ki, Konstitusiya Azərbaycan Respublikası vətəndaşlarına dövlətin idarə olunmasında iştirak etmək hüquuqu vermuişdir (55-ci maddənin 1-ci bəndi) və bu hüquq bütün vətəndaşların hamısı üçün eynidir (bərabərdir).
Dördüncüsü, Azərbaycan dövləti ona görə demokratik respublika hesab edilir ki, xalqın hüquq və mənafelərinə, habelə dövlət və ictimai həyatın ən vacib məsələlərinə dair müvafiq qərarlar çoxluq tərəfindən qəbul olunur. Bunun nəticəsində xalqın iradəsi ifadə edilir.
Beşincisi, Azərbaycan dövləti ona görə demokratik respublika hesab olunur ki, bu dövlətdə həm bilavasitə demokratiya forması, həm də nümayəndəli demokratiya forması mövcuddur. Bilavasitə demokratiya forması dedikdə, əsasən referendum (ümumxalq səsverməsi) başa düşülür. Nümayəndəli demokratiya forması isə nümayəndəli (seçkili) dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları deməkdir.
Altıncısı, Azərbaycan dövləti ona görə demokratik respublika sayılır ki, dövlət vətəndaşları üçün təkcə ümumdemokratrik hüquq və azadlıqlar elan etmir, həm də həmin hüquq və azadlıqları faktiki (real) olaraq təmin edir.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti üç hakimiyyət sahəsi (qolu) tərəfindən həyata keçirilir və təşkil olunur: qanunvericilik hakimiyyəti tərəfindən; icra hakimiyyəti tərəfindən; məhkəmə hakimiyyəti tərəfindən. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti prezidentə mənsubdur, məhkəmə hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti prezidentə mənsubdur, məhkəmə hakimiyyətini isə Azərbaycan Respöublikasının məhkəmələri həyata keçirir.
Bu dövlət siyasi cəhətdən tam olub, bölünməzdir. O, vahid ərazi, vahid xalq və vahid hakimiyyətlə xarakterizə olunur. Unitar dövlətdə əksər hallarda bir konstitusiya, dövlət hakimiyyətinin bir ali orqanı, bir hökuməti olur.
Federativ dövlət isə müvafiq dövlətin birliyidir. O, mürəkkəb dövlət olub, bir neçə dövləti (dövlət qurumunu) birləşdirir. Məsələn, ABŞ, RF, İsveçrə, Kanada, Hindistan və s. federativ dövlət hesab edilir.
Unitar dövlətin əlamətlərinə uyğun gəldiyinə görə Azərbaycan dövləti unitar dövlətdir. Naxçıvan Muxtar Respublikasına gəldikdə isə bu heç də Azərbaycan dövlətinin unitar dövlət hesab edilməsinə təsir göstərmir.
Respublika özü iki cür olur: parlamentli respublika;prezidentli respublika. Prezidentli respublika formasında icra hakimiyyətinin başçısı (baş nazir) və Nazirlər Kabineti parlament tərəfindən təyin edilir və nəzarət olunur.
Prezidentli respublika formasında prezident eyni zamanda həm dövlətin, həm də icra hakimiyyətinin başçısıdır. Prezident parlamentin razılığı ilə hökumətin başçısını (Nazirlər Kabinetinin sədrini) təyin edir (bəzi dövlətlərdə prezidentin özü həm də hökumətin başçısıdır).
Dövlətin iqtisadi əsasları dedikdə, mülkiyyət, iqdisadiyyatın təşkili, pul vahidi və digər məsələlər başa düşülür. Mülkiyyət dövlətin iqtisadi sistemini (quruluşunu) təşkil edir.
Mülkiyyətin üç növü vardır: dövlət mülkiyyət; bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət. Mülkiyyətin hər hansı növünə üstünlük veürilmir.
Azərbaycan Respublikasında iqtisadiyyat bazar münasibətləri əsasında inkişaf edir.
Bazar iqtisadiyyatının əsas məqsədi xalqın rifahını yüksəltməkdən ibarətdir. O, müxtəlif mülkiyyət növlərinə əsaslanır.
Sahibkarlıq fəaliyyəti bazar iqtisadiyatının əsasını təşkil edir. Azərbaycan dövləti sdahibkarlıq fəaliyyətinə təminat verir.
Pul maliyy-kredit münasibətləri sahəsində mühüm rol oynayır. Manat Azərbsaycan Respublikasının pul vahididir.
Azərbaycan dövləti sosial yönümlü siyasət yeridir.
Dövlətin sosial əsasları dedikdə, ailə, təhsil, səhiyyə, elm, dil və digər məsələlər başa düşülür. Ailə cəmiyyətin əsas özəyidir. Buna görə də o, dövlət tərəfindən xüsusi olaraq himayə olunur. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Analıq, atalıq və uşaqlıq qanunla qorunur.
Təhsil dövlətin sosial əsaslarına aid olan məsələdir. Təhsil müəssisələri həm pulsuz, həm də pullu fəaliyyət göstərə bilər.
İcbari ümumi orta təhsil pulsuzdur. Dövlət bunu təmin edir.
Dil sosial hadisədir. Cəmiyyətin inkişafında onun rolu böyükdür. Azərbaycan dili Azərbaycan respublikasının dövlət dilidir. Azərbaycan dövləti başqa dillərin dıə inkişafını təmin edir.
Silahlı Qüvvələr Azərbaycan dövlətinin hərbi əsası hesab edilir. Ölkəmiizin ərazi bütövlüyünü, suverenliyinin, müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında onun rolu son dərəcə böyükdür.
Silahlı Qüvvələrin əsas məqsədi Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etməkdən ibarətdir. Onun başqa dövlətlərin müstəqilliklərinə qəsd etməsinə yol verilmir. Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanıdır (Konstitusiyanın 9-cu maddəsinin 3-cü hiissəsidi).
Dövlətin ideoloji əsasını plüralizm, mənəvi əsasını isə din, incəsənət və mədəniyyət kimi məsələlər təşkil edir.

Fənn müəllimi: Fəls. doktoru Arıxov C.C.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Published by minfakt

AMİ Zaqatala filialının tarix-coğrafiya fakültəsində oxuyur. minfakt tərəfindən yazılmış bütün yazılara bax

İyun 8, 2012

Cavab qoy Cavabı ləğv et

axtar

kateqoriya

  • AMİ Zaqatala filialı
  • Ana dili
  • Ümumi
  • Bürclər
  • Cebr
  • Coğrafiya
    • Azərbaycan coğrafiyası
    • Coğrafiyanın tədrisi metodikası
    • Landşaftşünaslıq
    • Materiklər coğrafiyası
    • Meteorologiya
    • Okeanların fiziki coğrafiyası
    • Regionların soial-iqtisadi coğrafiyası
    • Toponimika
    • Yerşünaslıq
    • İqtisadi coğrafiya
    • Artistlər
    • Bilirsinizmi .
    • Mahnı sözləri
    • Şəxsiyyətlər
    • Arxeologiya
    • Asiya tarixi
    • Azərbaycan tarixi
    • Konstitusiya
    • Mənbəşünaslıq
    • Qafqaz xalqlarının tarixi
    • Türk xalqlarının tarixi

    Dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılması

    XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır.

    80-ci illərin ikinci yarısında Sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi.

    80-ci illərin ikinci yarısında Kommunist Partiyası növbəti dəfə Sovet imperiyasını mövcud böhranqabağı vəziyyətdən xilas etmək üçün bir sıra cəhdlər göstərdi. Təkpartiyalı siyasi sistem, partiya amirliyi ləğv olunmadan, respublikaların suveren hüquqları özlərinə qaytarılmadan iqtisadiyyatı dirçəltmək qeyri-mümkün idi.

    Moskva mərkəzdənqaçma qüvvəsini zəiflətmək üçün ənənəvi “parçala, hökm sür” siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. Kreml mühüm coğrafi-siyasi ərazi olan Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün uydurma “Dağlıq Qarabağ problemini” qızışdırdı. Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu işdə fəal iştirak etdilər.

    1987-ci ilin oktyabrında Yerevanda “Qarabağ komitəsi” deyilən təşkilatın ilk açıq mitinqi keçirildi. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda “Miasum” (birləşmə) hərəkatı genişlənirdi.

    1988-ci ilin əvvəlindən Xankəndində (Stepankertdə) erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başladı. İki xalq arasında milli ədavətin ilk qurbanları bu dəfə də Ermənistanda öz dədə-baba yurdunda yaşayan Azərbaycan türkləri oldular. Azərbaycanlıların qovulması kampaniyası başlandı. Bunun üçün əvvəlcədən xüsusi silahlı dəstələr hazırlanmışdı, 1986-cı ildə Ermənistanın Qafan və Mehri rayonlarında bu cinayətkar dəstələrin əməllərindən yaxa qurtaran ilk qaçqınlar Azərbaycana pənah gətirmişdilər. Onlar əsasən Sumqayıt şəhərində və onun ətrafındakı məntəqələrdə məskunlaşmışdılar. 1988-ci il fevralın 19-da İrəvanda antitürk mövqeli mitinq keçirildi. “Ermənistanı türklərdən təmizləməli”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır” və s. millətçi şüarlar irəli sürüldü. Erməni vandalları fevralın 21-də Yerevanda qalmış son məscidi də dağıtdılar. Vedibasarda Azərbaycan türklərinə qarşı terror 1988-ci ilin əvvəllərində daha da genişləndirildi. Kəndlər talan olunurdu. Qız-gəlinlər, ağsaqqallar təhqir edilirdi. Heç yerdən köməyi olmayan, döyülmüş, alçaldılmış dörd min nəfərə qədər adam ev-eşiyini atıb böyük çətinliklə, piyada, ayaqyalın-başıaçıq qarlı dağ keçidləri ilə Azərbaycana gəlməyə məcbur oldular. Bu zülm də cəzasız qaldı. DQMV-dəki erməni millətçiləri bundan ruhlanaraq daha fəal zorakılıqlar və siyasi aksiyalar təşkil etdilər. 1988-ci ilin əvvəlindən Xankəndində erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başladı. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna baxılması haqqında müraciət qəbul etdi.

    Moskva münaqişəni daha da qızışdırırdı. Sov.İKP MK Siyasi Bürosunun Bakıya gəlmiş bir üzvü sərhədləri dəyişdirməyin yolverilməzliyindən danışsa da, Yerevana gedən digər üzvü DQMV-dəki separatçılığa haqq qazandırırdı.

    Moskvanın və Azərbaycan rəhbərliyinin respublikanın suveren hüquqlarının tapdalanmasına qəti etiraz etmədiyini görən Azərbaycan xalqı böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz nümayişləri olurdu.

    Azərbaycanın suveren hüquqlarının tapdanmasına, Ermənistanda azərbaycanlıların soyqırımına qarşı kortəbii çıxışlar Sumqayıtda fevralın 20-dən başlanmışdı. Təhrikçi qüvvələr, cinayətkar elementlər vəziyyətdən istifadə edərək hüquq-mühafizə orqanlarının qarışmazlığı və razılığı şəraitində ehtirasları qızışdırırdılar. Fevralın 27-də böyük mitinq oldu. Səhəri gün erməni talanları başlandı. DTK-nın və erməni millətçilərinin törətdiyi bu faciə nəticəsində şəhərdə 32 nəfər, o cümlədən 26 nəfər erməni və 6 nəfər azərbaycanlı öldürülmüş, 200 mənzil qarət olunmuş, onlarla ictimai bina, avtobus, şəxsi maşınlar yandırılmışdı.

    Sumqayıt hadisələrindən sonra Ermənistanda hökumətin və “Qarabağ hərəkatı” liderlərinin mütəşəkkil surətdə təşkil etdiyi qanlı antitürk hərəkatı genişləndi. Bu işdə yaxşı silahlandlırılan erməni qeyri-formal hərbi birləşmələri fəal iştirak etdilər. Martın 10-dan Yerevandan cənubda Mehmandar azərbaycanlı kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat (Vedi) rayonunun azərbaycanlı kəndlərində evlər talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında Yerevan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi. Şirazlı kəndinin sakinləri SSRİ-Türkiyə sərhədinə qaçıb orada sığınacaq tapdılar. İyunun 20-də Ararat rayonunun daha beş Azərbaycan kəndinin 10 minə qədər sakini silahlı erməni quldurlarından yaxa qurtarıb onlara qoşuldu. Erməni faşistləri Quqark rayonunda daha dəhşətli faciələr törətdilər. 1988-ci ilin noyabrın sonu, dekabrın əvvəllərində bu rayonda 70 nəfər azərbaycanlı qətlə yetirilmişdi. Ermənistanda Azərbaycan türklərinin soyqırımı hətta burada dekabrın 7-də baş verən dəhşətli zəlzələdən sonra belə dayanmaq bilmədi.

    Onların son nümayəndələri – Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də bir gün içində rus əsgərlərinin köməyi ilə Ermənistandan qovuldular. Beləliklə, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların tarixi-etnik torpaqlarında soyqırımı və deportasiyası başa çatdı. 1988-1991-ci illərdə Ermənistandakı 185 azərbaycanlı kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərə qədər azərbaycanlı qovuldu. Onlara məxsus 31 min ev, 165 kolxoz və sovxoz əmlakı, çoxlu mal-qara talandı. 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, bədən əzaları kəsildi, gözləri çıxarıldı.

    Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin SSRİ-nin rəhbərliyi, habelə müvəffəqiyyətlə aldadılmış dünya ictimaiyyəti tərəfindən soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağ separatçılarının əl-qolunu daha da açdı. Moskva Azərbaycanın qanuni ərazisini ondan qoparıb Ermənistana birləşdirmək istəyən ermənilərin tələblərini öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq üçün ayağa qalxmağa məcbur olmuş Azərbaycan xalqının tələbləri ilə eyniləşdirmək, nəticədə kompromis axtarmaq kimi riyakar mövqe tuturdu.

    Azərbaycan xalqının səbir kasası getdikcə tükənirdi. Etiraz dalğası gündən-günə böyüyürdü. Xalq hərəkatının kortəbii mərhələsinin ən yüksək dövrü 1988-ci il noyabrın 17-dən başlandı. Nümayişçilər indi “Azadlıq” adlanan meydana Azərbaycan SSR-in oraq-çəkicli bayrağı ilə gəlmişdilər. Meydanda isə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam küçələri qapayan tankların, əsgərlərin arasından keçərək səngimək bilməyən meydana axışırdı. Mitinqçilərin sayı milyona çatırdı. Gecələr meydanda qalanmış tonqalların kənarında minlərlə adam qalırdı. Dekabrın 4-də gecə hərbçilər hücum edib meydanı zorla boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər.

    Meydan xalq hərəkatının birinci – kortəbii mərhələsinin zirvəsi idi. Meydan xalqda özünə inam yaratdı, ona ümummilli mənafe uğrunda birləşmək bacarığı aşıladı. Xalq artıq təşkilatlanmağın, vahid cəbhədə birləşməyin vacibliyini dərk etdi. Xalq başa düşdü ki, Moskvanın təyin etdiyi respublika rəhbərləri onun mənafeyini müdafiə etmir. Xalqın mənafeyini yalnız özünün hakimiyyətə gətirdiyi rəhbər müdafiə edə bilərdi.

    SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycanın hüquqlarını kobud surətdə pozaraq, 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. Ermənipərəst Arkadi Volskinin başçılığı ilə birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi (XİK) təşkil edildi, bütün dövlət və ictimai orqanların səlahiyyətləri dayandırıldı. XİK vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə, onu Azərbaycana bağlayan əlaqələrin tam qırılmasına, azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlanmasına və quldur dəstələrində birləşdirilməsinə şərait yaratdı.

    SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə DQMV-dəki idarə və müəssisələr Azərbaycan SSR-in tabeliyindən çıxarıldı. İyunun 13-dən azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. Sovet Ordusunun köməyi ilə silahlı erməni quldurları iyulda Xankəndindən bütün azərbaycanlıları (14 min nəfər) qovub çıxartdılar.

    Xalq Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu görür və onun yenidən respublika rəhbərliyinə qayıtmasını arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə zonasında və ətraf rayonlarda, Heydər Əliyevin portretləri ilə çıxırdılar.

    1989-cu il iyunun 16-da Bakıda AXC-nin təsis konfransı keçirildi. Konfransda Cəbhənin Proqram və Nizamnaməsi qəbul olundu. Əbülfəz Əliyev AXC-nin sədri oldu. AXC geniş sosial bazaya malik idi, siyasətdə radikal, liberal, həm də barışdırıcı mövqe tutanları birləşdirirdi.

    Sentyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı. Sessiya DQMV XİK-in ləğvi, Azərbaycan SSR Konstitusiyasına respublikanın sərhədlərinin yalnız ümumxalq referendumu yolu ilə dəyişdirilə bilməsini nəzərdə tutan dəyişikliklər edilməsi, suverenlik, vətəndaşlıq və iqtisadi müstəqillik haqqında qanun layihələrinin geniş müzakirəyə verilməsi haqqında qərarlar qəbul etdi.

    Suverenlik haqqında qanun layihəsinin ümumxalq müzakirəsi keçirildi. Qanuna respublikada Azərbaycan SSR qanunlarının ittifaq qanunlarından üstünlüyü və onun SSRİ tərkibindən çıxmaq reqlamenti haqqında mühüm bəndlər daxil edildi. Ali Sovetin sentyabrın 23-də öz işini davam etdirən növbədənkənar sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanunu qəbul etdi. Bu, xalqda qələbə əhval-ruhiyyəsi yaratdı.

    Azərbaycanın demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda XİK-i ləğv etdi. Vilayətin idarə olunması SSRİ Ali Sovetinin xüsusi komissiyasının nəzarəti altında Azərbaycan SSR-in təşkilat komitəsinə tapşırıldı. Lakin yenə də Mərkəz tərəfindən qəti tədbir görülməməsi erməniləri yeni təhrikçi hərəkətlərə şirnikdirirdi. Ermənistan SSR Ali Soveti dekabrın 1-də “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında” qərar qəbul etdi. Xankəndində Ermənistan bayrağı qaldırıldı, təsərrüfat idarələri və müəssisələr Ermənistanın nazirlik və baş idarələrinə tabe edildi. Vəziyyət daha da gərginləşdi. Azərbaycanda Moskvanın siyasətinə qarşı etiraz dalğaları gücləndi. Xalq başa düşdü ki, Moskvanın təyin etdiyi respublika rəhbərləri onun mənafeyini müdafiə etmir. Xalqın mənafeyini yalnız özünün hakimiyyətə gətirdiyi rəhbər müdafiə edə bilər.

    Xalq Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu görür və onun yenidən respublika rəhbərliyinə qayıtmasını arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə zonasında və ətraf rayonlarda, Heydər Əliyevin portretləri ilə çıxırdılar.

    1989-cu il iyunun 16-da Bakıda AXC-nin təsis konfransı keçirildi. Konfransda Cəbhənin Proqram və Nizamnaməsi qəbul olundu. Əbülfəz Əliyev AXC-nin sədri oldu.

    AXC geniş sosial bazaya malik idi, siyasətdə radikal, liberal, həm də barışdırıcı mövqe tutanları birləşdirirdi.

    Sentyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı. Sessiya DQMV XİK-in ləğvi, Azərbaycan SSR Konstitusiyasına respublikanın sərhədlərinin yalnız ümumxalq referendumu yolu ilə dəyişdirilə bilməsini nəzərdə tutan dəyişikliklər edilməsi, suverenlik, vətəndaşlıq və iqtisadi müstəqillik haqqında qanun layihələrinin geniş müzakirəyə verilməsi haqqında qərarlar qəbul etdi.

    Suverenlik haqqında qanun layihəsinin ümumxalq müzakirəsi keçirildi. Qanuna respublikada Azərbaycan SSR qanunlarının ittifaq qanunlarından üstünlüyü və onun SSRİ tərkibindən çıxmaq reqlamenti haqqında mühüm bəndlər daxil edildi. Ali Sovetin sentyabrın 23-də öz işini davam etdirən növbədənkənar sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanunu qəbul etdi. Bu, xalqda qələbə əhval-ruhiyyəsi yaratdı.

    1989-cu il dekabrın 8-dən Cəlilabadda fasiləsiz mitinqlər, tətillər başlandı. İnzibati orqan işçiləri xalqa silah qaldırmadı, onun tərəfinə keçdi. Dekabrın 29-da burada “xalq hökuməti” fəaliyyətə başladı. Müvəqqəti təşkilat komitəsi və Milli müdafiə şurası yaradıldı.

    1989-cu ilin dekabrında Naxçıvan MSSR-də sərhəd boyu 9 minə qədər adam toplanmış, çadırlar qurulmuş, tonqallar yandırılmışdı. Xalq cəbhəsi dekabrın 23-də sərhəd dəstəsinin komandirinə ultimatum göndərib dekabrın 31-dək sərhəddən adamların müəyyən qaydalarla keçməsinə, cənublu qan qardaşları ilə əlaqə saxlanmasına imkan yaratmasını tələb etdi. Lakin razılıq əldə edilmədi.

    İmperiya azadlıq əldə etmək istəyən xalqa divan tutmağa hazırlaşırdı. Sərhədlərin pozulması bəhanəsi də onun planlaşdırdığı qanlı qırğına bəraət qazandıra bilərdi. Buna görə də sərhədçilərə adamlara müqavimət göstərməmək əmri verilmişdi.

    Dekabrın 31-də saat 13-də Araz çayı boyu 137 km Sovet-İran sərhədində həyəcanlar başladı. Sərhəd qurğuları dağıdıldı. Hər iki tərəfdən sərhədə toplaşanlar Arazı keçib görüşdülər. 1990-cı il yanvarın 7-də isə SSRİ-Türkiyə sərhədində həyəcanlar oldu. Yanvarın 18-də Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları dağıdıldı. Əhali cənublu qan qardaşları ilə görüşdü.

    1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti DQMV və ətraf rayonlarda fövqəladə vəziyyət elan etdi.

    Bütün bu hadisələrə müxtəlif vasitələrlə münasib şərait yaradan Moskva öz istəyinə nail olmuşdu. Əhali Azərbaycan Xalq Cəbhəsinin 6-7 yanvar 1990-cı il konfransında yeni seçilən Idarə Heyətində üstünlük təşkil edən liberalların deyil, radikalların arxasınca gedirdi. Yanvarın 12-də radikallar Milli Müdafiə Şurası təşkil etdilər.

    Beləliklə, Bakıda Sumqayıt ssenarisi artıq hazır idi və hər şey bir qığılcıma bənd idi. Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsinə cavab olaraq ermənilərə qarşı hüquqazidd hərəkətlər baş verdi. Ayrı-ayrı dəstələrin azğın əməllərinə nə yerli hüquq mühafizə orqanları, nə də o zaman Bakıda olan SSRİ Daxili işlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi mane olmadı. AXC İdarə Heyəti öz bəyanatında bu cinayətləri qətiyyətlə pislədi, onların səbəblərini göstərdi və qeyd etdi ki, AXC humanizm, demokratiya, insan hüquqlarının müdafiəsi prinsiplərinə əsaslanır.

    İmperiya respublikada hakimiyyət böhranından, bəzi bölgələrdə olduğu kimi, Bakıda da sovet hökumətinin devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən qorxub Bakının ətrafına əlavə qoşun hissələri, ağır texnika gətirməyə başladı. Moskva özü yerli əlaltılarının fəal köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şərait yarada bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanıldı. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da başlayacağının elan olunmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na SSRİ müdafiə naziri Dmitri Yazov şəxsən rəhbərlik edirdi.

    Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Şəhidlər şəhərin ən uca yerində – Dağüstü parkda dəfn edildilər.

    İmperiya, onun yerli əlaltıları istədiklərinə nail oldular. Bakıda fövqəladə vəziyyət, komendant saatı tətbiq edildi. Milli Müdafiə Şurası dağıdıldı, bir çox fəal cəbhəçilər həbs olundu. AXC-nin seçkilərdə demokratik yolla hakimiyyətə gəlməsi kimi real imkan aradan qaldırıldı.

    Moskva gizlincə respublikadan qaçmış Əbdürrəhman Vəzirovun yerinə hakimiyyət uğrunda mübarizədə bütün vasitələrdən istifadə edərək qalib gəlmiş Ayaz Mütəllibovu yanvarın 24-də Azərbaycan KP MK-nın birinci katibi seçdirdi.

    Yanvarın 21-də fərdi təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Qanlı Yanvar hadisələrindən sonra xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevə qarşı repressiya planları hazırladı və həyata keçirməyə çalışdı. Respublika rəhbərləri də hər vəchlə onun Azərbaycana qayıtmasına mane olurdular. Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin iqtidar, ondan hakimiyyət bölgüsü gözləyən sol müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və o, doğma diyarı olan Naxçıvana getməli oldu. Heydər Əliyev iyulun 22-də Naxçıvanın “Azadlıq” meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqdə çıxış etdi. Xalqın nümayəndələri ilə görüşlər keçirdi. Heydər Əliyev xalqı, azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırırdı.

    Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. O, müdrik, uzaqgörən siyasəti ilə xalqın azadlıq mübarizəsini istiqamətləndirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin onun sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi.

    1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. Həmin gün Azərbaycan parlamentində “demblok”un ciddi təkidli etirazına baxmayaraq, kommunistlər birləşib SSRİ-nin saxlanmasına münasibət üzrə ümumittifaq referendumunda Azərbaycanın iştirak etməsi haqqında qərar qəbul etdilər. Demokratik qüvvələr fövqəladə vəziyyət şəraitində bu üzdəniraq “ümumxalq səsverməsini” boykot etdi. Naxçıvan MR əhalisi referendumda iştirak etmədi. Referendum martın 17-də keçirildi. Nəticələr saxtaşdırıldı, guya səsvermədə iştirak edənlərin 95 faizi SSRİ-nin saxlanılması lehinə olmuşdular.

    Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi, 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı.

    1991-ci il avqustun 26- dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.

    Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da saat 13.30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı.

    Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

    Oktyabrın 3-də prezident və demokratik qüvvələrin liderlərinin görüşündə Milli Şura yaradılması haqqında razılıq əldə olundu. Noyabrın 26-da Ali Sovet Milli Şura haqqında qanuna yenidən baxdı və bu şuranın səlahiyyətlərini məhdudlaşdıran bəzi maddələri dəyişdirdi. Paritet əsasda 25 nəfər “demblok” nümayəndələrindən və 25 nəfər başqa deputatlardan ibarət Milli Şura yaradıldı.

    1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığındakı “Viskuli” iqamətgahında Rusiya Federasiyası, Ukrayna və Belarus respublikaları rəhbərləri “Müstəqil Dövlətlər Birliyi” (MDB) yaradılması haqqında müqavilə bağladılar. “Belovejsk sazişi” adlanan bu müqavilədə SSRİ-nin artıq bir beynəlxalq hüquq subyekti kimi mövcudluğuna son qoyulduğu elan edildi.

    Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Səsvermə hüququ olanların 95 faizdən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

    1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Ü.Hacıbəyov, sözləri Ə.Cavad), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli Dövlət gerbini təsdiq etdi.

    Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başlamışdı.

    Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətləri tanıdı. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olundu, bu təşkilatın qəbul və təsdiq etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara qoşuldu.

    Erməni hərbi hissələri Rusiya qoşununun köməyi ilə azərbaycanlılar yaşayan kəndlərə hücumu genişləndirirdi. Onlar 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndlərini ələ keçirdilər. Xocalı və Şuşanın mühasirəsi getdikcə daralırdı. Yeni yaranmağa başlayan Azərbaycan ordusunun hissələri, xüsusi təyinatlı milis və özünümüdafiə dəstələrinin müqavimət tədbirləri nizamsızlıq, əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu.

    1992-ci ilin fevralın 26-na keçən gecə ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Xocalı faciəsi ölkədə siyasi gərginliyi daha da artırdı. Ali Sovetin binası qarşısında çoxminli izdihamlı mitinqə toplaşmış xalqın tələbi ilə parlamentin 1992-ci il martın 5-6-da keçirilən fövqəladə sessiyasında prezident Ayaz Mütəllibov istefa verməyə məcbur oldu.

    İctimai bazası zəif olan, lakin cəbhələrdə vəziyyətə əsaslı təsir etmək imkanına malik silahlı dəstələrə arxalanan qüvvələr çəkişməsinin növbəti qurbanı Şuşa və Laçın oldu.

    Bütün bunlar siyasi vəziyyəti daha da gərginləşdirdi. Tərəfdarları eks-prezidenti mayın 14-də parlament sessiyasında yenidən öz vəzifəsinə qaytardılar. Ayaz Mütəllibov dərhal ölkədə fövqəladə vəziyyət tətbiqi haqqında fərman verdi. Lakin demokratik qüvvələr parlamentin 14 may tarixli qərarını konstitusiyaya zidd hesab etdilər və onu yenidən totalitarizmə qayıdış kimi qiymətləndirdilər. AXC-yə tabe olan hərbi hissələr cəbhə bölgələrindən Bakıya gətirilmişdi. Xalq Cəbhəsi Parlamentə öz qərarını ləğv etmək tələbi ilə ultimatum verdi. Ultimatum müddəti qurtarandan sonra mitinqçilər hərbçilərin köməyi ilə Ali Sovetin binasına doğru yürüş etdilər. Cəbhə tərəfdarları, demək olar ki, müqavimətsiz Parlament binasına daxil oldular. Müxalifət qüvvələri respublika teleradio şirkətini, digər mühüm obyektləri, habelə Prezident aparatı binasını ələ keçirdilər. Parlamentin 18 may sessiyasında Xalq Cəbhəsi liderlərindən biri olan İsa Qəmbər Respublika Ali Sovetinin sədri seçildi. Bu sessiyada parlament səlahiyyətinin Milli Məclisə verilməsi haqqında qərar qəbul edildi.

    1992-ci il iyunun 7-də Azərbaycan Respublikası Prezidentliyinə seçkilər keçirildi. Respublikanın Prezidenti Azərbaycanın Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy oldu. Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi bu təşkilatın daxildən parçalanmasını və zəifləməsini daha da sürətləndirdi. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövründə respublikada siyasi və iqtisadi böhran dərinləşdi. İdarəçilik işinə əsasən təcrübəsiz, siyasi cəhətdən qeyri-yetkin adamlar gətirildi. Dövlətçilik dağılmağa başladı.

    Azərbaycan Respublikasına təzyiq göstərib onu MDB-yə qoşmaq, ordularını yenidən Azərbaycana yeritmək üçün Rusiya artıq açıqca erməni tərəfini dəstəkləməyə başlamışdı. Aprelin 3-də Kəlbəcər düşmən tərəfindən işğal olundu.

    AXC-Müsavat iqtidarı, əvvəlki iqtidar kimi, səriştəsiz xarici siyasəti ilə Azərbaycanın beynəlxalq mövqelərini daha da zəiflətdi. Mövcud iqtidar isə bu geosiyasi məkanda və respublikanın sərvətlərində marağı olan bütün xarici siyasi qüvvələri nəzərə alıb, qarşılıqlı şəkildə neytrallaşdırmaq əvəzinə məsuliyyətsiz bəyanatlar verir, qonşu dövlətlərlə münasibətləri daha da kəskinləşdirirdi.

    Xalq bütün ümidini iqtidarın hər vəchlə hakimiyyətdən uzaqlaşdırmağa çalışdığı Naxçıvan MR Ali Məclisinin sədri, dünyada ağıllı və tədbirli bir siyasətçi kimi tanınmış Heydər Əliyevə bağlamışdı.

    Heydər Əliyev blokada şəraitində olan Naxçıvan MR-i müvəffəqiyyətlə idarə edirdi. Onun rəhbərliyi altında Muxtar Respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı. İqtisadi islahatlar keçirildi, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradıldı. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi. Keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verildi.

    Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan MR-də hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə, hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi.

    Gəncədə 1993-cü il 4 iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Ölkə vətəndaş müharibəsinə sürükləndi. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib onun yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16- da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.

    AXC-Müsavat iqtidarı uzun müddət bu məsləhətlərə məhəl qoymayıb öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyasi manevrlər etdi. Gəncədə danışıqlar aparmaqla hərbi müxalifəti neytrallaşdırdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

    Öz siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, ictimai-siyasi pərakəndəlik vəziyyətinə gətirib çıxarmış AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçdi. İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

    Başlanmış vətəndaş müharibəsini dayandırmaq, müxalif tərəflər arasında anlaşma yaratmaq məqsədilə siyasi idarəçilik bacarığı olmayan, xarici dövlətin xüsusi orqanlarının və revanş almaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real silahlı gücə malik olan Surət Hüseynovu öz nəzarəti altında saxlamaq məqsədilə Heydər Əliyev onu baş nazir vəzifəsinə təyin etdi. Rusiyanın anti-Azərbaycan qüvvələrinə arxalanan polkovnik Əlikram Hümbətov Lənkəranda başçılıq etdiyi hərbi hissələrin köməyi ilə hakimiyyəti devirmişdi. Avqustun 7-də cənub bölgəsində üzdəniraq “Talış Muğan Respublikası” yaradıldığı elan olunmuşdu. “Hökumət” təşkil edilmişdi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, problemin dinc vasitəiərlə həllinə üstünlük verdi. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin siyasi oyunu kimi ifşa etdi. Cənub rayonları əhalisinin etiraz hərəkatı genişlənib avqustun 21-23-də elə miqyas aldı ki, Ə. Hümbətov qaçmalı oldu. Üzdəniraq “respublika” ləğv edildi.

    Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdilər.

    1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi.

    Yenə də torpaqların düşmənə verilməsi ilə ölkədə siyasi böhran yaranacağına, hakimiyyət çevrilişi olacağına ümid edənlərin və hakimiyyəti ələ keçirmək istəyənlərin cinayətkar satqınlığı nəticəsində 1993-cü ilin yayında və payızında Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr vuruldu. İyunun 25-dən 26-a keçən gecə nizami silahlı qüvvələr döyüş meydanından çıxarıldı. İyulun 23-də səhər əsasən yerli özünümüdafiə dəstələrinin gücü ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri süqut etdi.

    Surət Hüseynova, Əlikram Hümbətova, Rəhim Qazıyevə və Xalq Cəbhəsinə sadiq hərbi hissələrin təxribatı nəticəsində avqustun 25-də Cəbrayıl və Füzuli, avqustun 31-də Qubadlı rayonları işğal olundu. Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın 27-də düşmən əlinə keçdi. Respublika ərazisinin artıq 20 faizi düşmən tapdağı atında qalmışdı. Ermənilər “torpağı viran qoymaq” taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi.

    İşğal olunmuş ərazilərdən erməni ordularının dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində öz əksini tapsa da, Ermənistan müxtəlif bəhanələrlə onları yerinə yetirməkdən imtina edirdi.

    Müdafiə Nazirliyinə tabe olmayan, müxtəlif siyasi ambisiyalı, döyüş qabiliyyəti olmayan, nizamsız hərbi hissələri ləğv etmək, güclü nizami ordu yaratmaq, bunun üçün xalqı ayağa qaldırmaq, birləşdirmək lazım idi. Prezident Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət etdi, onu ölkənin qorunması və azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. Bütün xalq prezidentin çağırışına ürəkdən qoşuldu. Könüllülərdən ibarət batalyonlar yaradılıb cəbhəyə göndərildi. Noyabr-dekabr aylarında 16,7 min nəfərlik 40 ehtiyat taboru təşkil edildi. Prezident cəbhə bölgələrində ordunun, əsgərlərin döyüş hazırlığı ilə yaxından tanış olub, konkret tədbirlər müəyyənləşdirdi. Azərbaycanın yeni ordusu yaranırdı. Dövlət Müdafiə Komitəsi təşkil olunmuşdu.

    Azərbaycan ordusu müvəffəqiyyətli əməliyyatlar nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsini, 22 kəndi düşməndən təmizlədi.

    1994-cü ilin fevralında Kəlbəcərdə uğurla başlanan “Murovdağ” əməliyyatı bir qrup zabitin satqınlığı üzündən uğursuzluqla nəticələndi. Rusiya 1994-cü ilin aprelində regionda mövqelərini qoruyub saxlamaq, qoşunlarını atəş xəttində yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə etmə hüquqi əsas yarada bilən və Azərbaycan üçün alçaldıcı olan bir saziş layihəsi təklif etdi. Azərbaycanı artıq Ermənistan tərəfindən bəyənilmiş bu layihə ilə razılaşmağa məcbur etmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə güclü hücuma başladılar. Azərbaycan ordusu bu dəfə də düşmənin hücumunu müvəffəqiyyətlə dəf etdi. Lakin ermənilər Ağdam rayonunun daha 18 kəndini, Ağdərə bölgəsinin kəndlərini işğal edə bildilər. Bərdə üçün ciddi təhlükə yarandı. Azərbaycan ordusu buraya əlavə qüvvələr gətirməklə düşmən hücumunun qarşısını aldı və əks hücuma keçib bir neçə yaşayış məntəqəsini geri qaytardı.

    Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın münaqişəni həll etmək sahəsindəki səylərindən də imtina etmədi. 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Yuxarı Qarabağın erməni və azərbaycanlı icmalarının niyyətini təsdiq edən Bişkek protokolu Azərbaycan Respublikası tərəfindən də imzalandı.

    Azərbaycan Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası, Milli Ordunun güclənməsi nəticəsində düşmən və onun havadarları artıq münaqişənin zorakı vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu.

    Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb işə dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun daha da möhkəmləndirilməsindən başlandı.

    1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması, Surət Hüseynovun, Cavadov qardaşlarının kölgəsi altında, onların başçılıq etdikləri cinayətkar dəstələrin, Xüsusi Təyinatlı Polis Dəstəsi kimi dövlət strukturlarına daxil olan bir qurumun qanunsuz hərəkətləri fonunda əl-qol açan digər cinayətkar qrupların və ünsürlərin ifşa olunması və zərərsizləşdirilməsi respublikada bütövlükdə cinayətkarlıqla mübarizənin yeni vüsətdə güclənməsinə təkan verdi.

    Azərbaycan Respublikasının Prezidenti 1994-cü il avqustun 9-da “Cınayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman imzaladı. Bu fərman ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır. Həmin fərmana əsasən Azərbaycan dövlətinin inkişafına mane olan amillərə qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa şərait yaradan halların aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirilmiş, müvafiq təşkilati və praktiki tədbirlər planlaşdırılmış və uğurla həyata keçirilmişdi.

    Respublikada sabitliyin bərqərar olunması xalqın iqtidara və hüquq- mühafizə orqanlarına inamının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb oldu. Ayrı-ayrı siyasətbazların milli taleyimizlə pərdəarxası oyunlarına, siyasi anarxiya və eksperimentlərinə son qoyuldu.

    İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratdı.

    Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün yaranmasının 25 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.