Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu – DAVAMI
Cavab: Bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktəbə daxil olduğu andan onu bitirənə qədər (gedənə qədər) aparılır. Şagirdin şəxsi işinə aşağıdakılar yazılır:
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
23 Mayıs 2016 Pazartesi
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəissələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə proqramına uyğun suallar və cavabları
Paylaşıldı 01:24 by Leyla Bayramova
1. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təhsilin icbariliyi necə təmin olunur?
Cavab: AR Konstitusiyasının 42-ci maddəsil ilə təhsil hüququ təmin olunur. Həmin maddədə göstərlir:
1. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
2. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
3. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
4. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
5. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
2. Təhsil haqqında Qanunda təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri necə müəyyənləşdirilmişdir?
Cavab: humanistlik, demоkratiklik, bərabərlik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, vəhdətlik, daimilik, varislik, liberallaşma, inteqrasiya
Ətraflı: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
- 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
- 3.0.1. humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və
- insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması;
- 3.0.2. demоkratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;
- 3.0.3. bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;
- 3.0.4. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
- 3.0.5. keyfiyyətlilik – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
- 3.0.6. səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;
- 3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;
- 3.0.8. varislik – təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;
- 3.0.9. liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
- 3.0.10. inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.
3. Azərbaycan Respublikasında hansı təhsilalma formaları tətbiq edilir?
Cavab: əyani, qiyabi, distant, sərbəst
Ətraflı: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 13. Təhsilalma formaları
- 13.1.1. əyani;
- 13.1.2. qiyabi;
- 13.1.3. distant (məsafədən);
- 13.1.4. sərbəst (eksternat).
- 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.
- 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma fоrmaları da tətbiq edilə bilər.
4. Azərbaycan Respublikasında təhsilin hansı formaları tətbiq olunur?
Cavab: formal, qeyri-formal, informal.
Ətraflı: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 12. Təhsilin formaları
- 12.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur:
- 12.1.1. fоrmal (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması);
- 12.1.2. qeyri-fоrmal (özünütəhsil yоlu ilə biliklərə yiyələnmənin fоrması);
- 12.1.3. infоrmal (müхtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət оlunmayan təhsil fоrması).
- 12.2. Fоrmal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5. Azərbaycan Respublikasında təhsilin hansı pillələri və səviyyələri var?
Cavab: Məktəbqədər təhsil, ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta-ixtisas təhsili, ali təhsil.
Ətraflı: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 17. Təhsilin pillələri və səviyyələri
- 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən оlunur:
- 17.1.1. Məktəbəqədər təhsil.
- 17.1.2. Ümumi təhsil:
- 17.1.2.1. ibtidai təhsil;
- 17.1.2.2. ümumi оrta təhsil;
- 17.1.2.3. tam оrta təhsil.
- 17.1.3. İlk peşə-iхtisas təhsili.
- 17.1.4. Оrta iхtisas təhsili.
- 17.1.5. Ali təhsil:
- 17.1.5.1. bakalavriat;
- 17.1.5.2. magistratura;
- 17.1.5.3. dоktоrantura.
- 17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin оlunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun оlaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.
- 17.3. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.
6. Ümumi təhsilin məqsədi nədir?
Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 19.
- 19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
- 19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
- 19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
7. Ümumi təhsilin səviyyələri hansılardır? Hər bir səviyyə üzrə təhsilin məqsədi nədir?
Cavab: İbtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil
Ətraflı: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
- 19.4. Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi оrta təhsil və tam оrta təhsildən ibarətdir.
- 19.5. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
- 19.6. Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-iхtisas və оrta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilə bilər.
- 19.7. Ümumi təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və müхtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur.
- 19.8. Ümumi təhsili хüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif оlunurlar.
- 19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir.
- 19.10. İbtidai təhsil müvafiq təhsil prоqramına əsasən həyata keçirilir.
- 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır.
- 19.12. Valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
- 19.13. Ümumi оrta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.
- 9.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
- 19.15. Ümumi orta təhsil müvafiq təhsil prоqramına əsasən həyata keçirilir.
- 19.16. Ümumi оrta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi verilir. Ümumi оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır.
- 19.17. Tam оrta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tоlerantlığın fоrmalaşdırılması, müasir informasiya-kommunikasiya teхnоlоgiyalarından və digər teхniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, хarici dillərdən birində, yaхud bir neçəsində ünsiyyət saхlaması və s. təmin оlunur.
- 19.18. Tam оrta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil prоqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam оrta təhsil pulsuzdur.
- 19.19. Tam оrta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, teхniki, təbiət və digər) təmin оlunur.
- 19.20. Tam оrta təhsil umumi təhsilin sonuncu səviyyəsini təşkil edir və bu səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir.
- 19.21. Tam оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
8. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar necə qiymətləndirilir?
Cavab: qızıl və gümüş medallarla təltif olunurlar.
- Ətraflı: “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası” http://testlerim.org/senedler/viewpdf.php?url=22
9. Ümumi təhsil pilləsinin səviyyələri üzrə formal təhsil necə təşkil edilir?
Cavab: ibtidai təhsil səviyyəsində – əyani; ümumi və tam orta təhsil səviyyələrində – əyani, sərbəst (eksternat).
Ətraflı: “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası” http://testlerim.org/senedler/viewpdf.php?url=18
- 5. Təhsil pillələri və səviyyələrində təhsilalma formalarının tətbiqi aşağıdakı kimi müəyyən edilir:
- 5.1. ümumi təhsil pilləsi üzrə:
ibtidai təhsil səviyyəsində – əyani;
ümumi orta təhsil səviyyəsində – əyani, sərbəst (eksternat);
tam orta təhsil səviyyəsində – əyani, sərbəst (eksternat);
10. Ümumtəhsil məktəblərində tədris hansı dillərdə aparıla bilər?
Cavab: Vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənləri tədris olunmaq şərtilə ümumtəhsil məktəblərində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
Ətraflı: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 7. Tədris dili
- 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
- 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, хüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr və ya müvafiq icra hakimiyyəti оrqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tariхi və Azərbaycan cоğrafiyası fənləri tədris оlunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
- 7.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada və təhsil prоqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil оlunur.
11. Evdə təhsil nə deməkdir? Evdə təhsil necə təşkil edilir?
Cavab: evdə təhsil – müvafiq təhsil prоqramlarına uyğun оlaraq ümumi təhsilin evdə təşkili fоrmasıdır.
Ətraflı: “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” NK-nin qərarı
http://testlerim.org/senedler/viewpdf.php?url=56
12. Fərdi təhsil nə deməkdir? Fərdi təhsil necə təşkil edilir?
Cavab: fərdi təhsil – müхtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə хüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil fоrmasıdır.
13. Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə xidməti necə həyata keçirilir?
Cavab: Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında” 2002-ci il 29 aprel tarixli 74 nömrəli, “Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 10 may tarixli 78 nömrəli, “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 25 noyabr tarixli 217 nömrəli və “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir.
Ətraflı: “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında”
http://testlerim.org/senedler/viewpdf.php?url=63
“Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” NK-nin qərarı:
http://testlerim.org/senedler/viewpdf.php?url=43
“Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası”
http://testlerim.org/senedler/viewpdf.php?url=105
“Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”
http://testlerim.org/senedler/viewpdf.php?url=19
14. Dövlət ümumtəhsil məktəblərində pullu təhsil həyata keçirilə bilərmi?
Cavab: Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.
15. Ümumi təhsil müəssisələrinə hansı tipdən və növdən olan təhsil müəssisələri aid edilir?
Cavab: ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr.
16. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün hansı əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər nəzərdə tutulmuşdur?
Cavab: kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün kompensasiya verilsin və yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində gənc mütəxəssislərə ayda 100 (yüz) manat məbləğində əlavə ödəniş və s.
Ətraflı: “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsihaqqında”
http://testlerim.org/senedler/viewpdf.php?url=106
17. “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumlar)”ında ümumi təhsilin məzmununa verilən ümumi tələblər hansılardır?
Cavab: Umumi təhsilin məzmununa dair umumi tələblər aşağıdakılardır:
– təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dovlətin təhsil siyasətinə uyğunlaşdırmaq;
– məzmunu nəticəyonumluluk, şəxsiyyətyonumluluk, şagirdyonumluluk, inteqrativlik prinsipləri əsasında muəyyənləşdirmək;
– təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlukəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, mustəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqların aşılanmasını təmin etmək;
– təhsilin məzmununa şagirdlərin umumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlu məsələlərin daxil edilməsinə yol verməmək.
18. Ümumi təhsilin infrastrukturuna nə daxildir?
Cavab: Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumlar)”
http://testlerim.org/senedler/viewpdf.php?url=52
19. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən I və X siniflərə qəbul necə həyata keçirilir?
Cavab: I siniflərə qəbul uşağın doğum haqqında şəhadətnaməsinin surəti, sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki) ədəd 3×4 ölçüdə fotoşəkil olmaqla valideynin ərizəsi əsasında; X siniflərə qəbul isə şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi əsasında aparılır.
20. Müəllimlərin etik davranış qaydaları nə üçündür, etik davranış prinsipləri və onlara verilən tələblər hansılardır?
Etik davranış prinsipləri aşağıdakılardır:
Qanunun aliliyi; vicdanlılıq; peşəkarlıq və fərdi məsuliyyət; loyallıq; mədəni davranış; qərəzsizlik; gender bərabərliyi; ictimai etimad; konfidensiallıq.
21. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi strateji istiqamətlər hansılardır?
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.
3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması.
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması.
5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.
22. Dövlət Strategiyasında ümumi təhsilin inkişafı ilə bağlı hansı strateji hədəflər və tədbirlər nəzərdə tutulmuşdur?
23. Səriştə əsaslı ümumi təhsil dedikdə nə nəzərdə tutulur?
Cavab: Səriştə əsaslı təhsil şagirdə nəinki bilik verir, eyni zamanda şagird müəyyən bacarıqlar əldə edir, onları müxtəlif situasiyalarda yaradıcı tətbiq etməyi bacarır. O şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.
24. 12 illik ümumi təhsilin səviyyələri üzrə formal təhsilin müddəti necə müəyyənləşdirilmişdir? 12 illik ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsilin məzmununda hansı yeniliklər nəzədə tutulur?
Cavab: Formal təhsilin 10 illik icbari ümumi orta və 2 illik tam orta təhsildən ibarət olması nəzərdə tutulmuşdur.
Tam orta təhsil səviyyəsində yenilik həmin səbiyyədə təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsindən ibarətdir.
25. İstedadın erkən yaşdan aşkar olunması, inkişafı ilə bağlı hansı hədəflər nəzərdə tutulmuşdur?
Cavab:
– şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması:
– istedadın aşkar edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğun diaqnostik metodikaların, psixometrik vasitələrin hazırlanması və bütün təhsil müəssisələrində tətbiqinin təmin edilməsi;
– hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında tədris prosesi və kurikulumdankənar məşğuliyyətinin təşkili mexanizmlərinin yaradılması.
26. Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasının təmin edilməsi üçün hansı tədbirlər görülməlidir?
Cavab:
– xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması:
– xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;
– məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi.
27. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin etmək üçün hansı tədbirlər görülməlidir?
Cavab:
Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması:
– təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi;
– təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması;
– müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi;
– pedaqoji heyət üçün yeni modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması;
28. Müəllim peşəsinin nüfuzunun artırılması üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş tədbirlər hansılardır?
Cavab:
– müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı:
– səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması;
– müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması;
– müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi;
29. Ümumi təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqi nələri nəzərdə tutur?
Cavab:
– təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması:
– təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi;
– təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması;
– maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi;
30. Ümumi təhsil müəssisələrində tədris ilinin uzadılması ilə əlaqədar “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə edilmiş dəyişikliklər hansılardır?
Cavab:
Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
– birinci yarımil – 15 sentyabr – 26 yanvar;
– ikinci yarımil – 1 fevral – 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
– 5 gün payız tətili (16-20 noyabr);
– 5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
31. Məktəb direktorlarının vəzifə funksiyaları hansı normativ hüquqi sənədlə müəyyənləşdirilmişdir?
Cavab: Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən.
Ətraflı: “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”
32. Ümumi təhsilin idarə olunması necə xarakter daşıyır?
Cavab: . Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”
33. Ümumi təhsil müəssisəsinin idarə olunmasına kim müdaxilə edə bilər?
Cavab: Yalnız təhsili idarəetmə orqanları.
Ətraflı: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 13. Təhsilalma formaları
Maddə: 30.9. Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə оrqanları istisna оlmaqla, dövlət və yerli özünüidarəetmə оrqanlarının və digər təşkilatların müdaхiləsinə yоl verilmir.
34. Ümumi təhsilin dövlət standartlarına görə təhsilin idarə olunması hansı üç prinsip əsasında həyata keçirilir?
Cavab: hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”
35. Pedaqoji şurada qəbul olunmuş qərarların icrası ilə bağlı əmr verilməlidirmi?
Cavab: Bəli, qəbul olunmuş qərarlar məktəb direktorunun əmrləri ilə rəsmiləşdirilməlidir.
Ətraflı: “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”
36. I və X siniflərə şagird qəbulu zamanı hansı sənədlər tələb olunmalıdır?
Cavab: I sinfinə qəbul üçün valideynin ərizəsi, uşağın doğum haqqında şəhadətnaməsinin surəti və sağlamlığı haqqında arayış (forma 26U); X sinfinə qəbul üçün şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi hesab edilir.
Ətraflı: “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”
37. Hansı əsasda ibtidai sinif şagirdləri təkrar sinifdə saxlanıla bilər?
Cavab: Yalnız uzunmüddətli xəstəlik və təhsildən yayınma halı olduqda.
Ətraflı: “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”
Maddə 9. İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi- pedaqoji komissiyanın qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb olunurlar.
İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.
38. Bir şəhərdə (rayonda) yerləşən ümumtəhsil məktəbində işləyən müəllimin digər şəhər (rayon) məktəbinə yerdəyişməsi necə həyata keçirilir?
Cavab: Nazirlik tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI”
Maddə 1.3. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi və ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir və bu məqsədlə komissiyalar yaradılır.
39. Şəhər (rayon) daxilində bir ümumtəhsil məktəbində işləyən müəllimin digər məktəbə yerdəyişməsi necə həyata keçirilir?
Cavab: Hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI”
Maddə 1.4. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Yerdəyişmənin nəticələri Nazirliyin bazasına daxil edilir. Nazirlik yerdəyişmənin mövcud qaydalara uyğunluğunu yoxlayır və müvafiq rəyini tabelik üzrə təhsili idarəetmə orqanlarına təqdim edir.
40. Məktəbin Nizamnaməsi necə hazırlanır, harda qəbul edilir və harda qeydiyyatdan keçirilir?
Cavab: Məktəbin fərdi Nizamnaməsi AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən hazırlanır, məktəb Şurasında təsdiq edilir, Təhsil Nazirliyində qeydiyyatdan keçirilir.
41. Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması kim tərəfindən müəyyən edilir?
Cavab: Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.
Ətraflı: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 14.10. Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsilalanların geyim fоrmaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
42. Digər məktəbdən məktəbə şagird qəbuluna əsas verən sənəd hansıdır?
Cavab: Şagirdin şəxsi işi.
Ətraflı: “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”
http://testlerim.org/senedler/viewpdf.php?url=28
43. Şagirdlərin şəxsi işində hansı məlumatlar qeyd edilir, kim tərəfindən aparılır, şagird məktəbdən getdikdə şəxsi iş kimə verilir, məktəbi qurtardıqda nə qədər saxlanılır?
Cavab: Bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktəbə daxil olduğu andan onu bitirənə qədər (gedənə qədər) aparılır. Şagirdin şəxsi işinə aşağıdakılar yazılır:
– Şagird haqqında ümumi məlumat;
– Siniflər üzrə yekun müvəffəqiyyəti.
Şagirdin IX-XI siniflərdə oxuduğu dövrdə əsas təhsil haqqında şəhadətnaməsi şəxsi işdə saxlanılır və orta məktəbi bitirdikdə ona verilir. Şagird məktəbdən gedərkən onun şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış (səhhətinin vəziyyəti haqqında məlumat) qoyulur.
Şagirdlərin şəxsi işləri I-IV siniflərdə sinif müəllimləri, V-XI siniflərdə sinif rəhbərləri tərfindən aparılır.
Şagird məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə əsasən valideynə və ya onu əvəz edən şəxsə verilir. Məktəbi bitirdikdən sonra şagirdin şəxsi işi 5 il məktəbin arxivində saxlanılır.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”
44. Sinif jurnallarının aparılmasına kim nəzarət edir, kimlər tərəfindən aparılır, məktəbdə nə qədər saxlanılır?
Cavab: Dövlət sənədidir və onun aparılması hər bir müəllim və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü müəyyən edilir: I-IV siniflər və V-XI siniflər üçün.
Məktəbin direktoru və onun təlim-tərbiyə işi üzrə müavini sinif jurnallarının saxlanmasını təmin edir və onun aparılmasının üzərində müntəzəm nəzarəti həyata keçirir.
Sinif jurnalı bir dərs ili üçün nəzərdə tutulur və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfindən təsdiq edilmiş forma üzrə hər sinif üçün ayrıca aparılır. Paralel siniflərin jurnalları literlərlə nömrələnir. Məsələn, 1A sinif, 1B sinfi və s.
Direktorun təlim-təbiyə işi üzrə müavini (məktəbin direktoru) tədris planında hər bir fənn üçün ayrılmış saatların miqdarına uyğun olaraq, şagirdlərin il ərzində müvəffəqiyyət və davamiyyətinin cari uçotu üçün jurnalda ayrılmış səhifələrin bölüşdürülməsi haqqında sinif rəhbərlərinə göstəriş verir (həftədə 1 saat üçün 2 səhifə, 2 saat üçün 4 səhifə, 3 saat üçün 5 səhifə, 4 saat üçün 7 səhifə, 5 saat üçün 8 səhifə, 6 saat üçün 9 səhifə).
Müəllim şagirdin biliyini yoxlayıb qiymətləndirərək, jurnalda qiymət yazır, habelə davamiyyəti mütləq qeyd edir. Jurnalın cari səhifəsində dərsdə öyrədilən mövzunu və ev tapşırığını yazır. Sol tərəfdə dərsin tarixini yazır, gəlməyənləri “q” hərfi ilə qeyd edir.
İkiləşmiş dərslər aparıldıqda hər bir dərsin tarixi və mövzusu ayrılıqda qeyd olunur.
Yazı işlərinin qiyməti həmin işin aparıldığı günün qrafasında qeyd olunur. Aparılmış praktik və laboratoriya işlərinin, ekskursiyaların, yoxlama yazı işlərinin, habelə təkrar dərsləri mövzuları və onlara sərf olunana saatların miqdarı dəqiq göstərilir. Sinif iki qrupa bölündükdə hər qrup üçün ayrıca səhifə ayrılır.
Hər bir tədris rübü (yarımil) üçün qiymət rübdə (yarımildə) həmin fənn üzrə sonuncu dərsin tarixindən sonra qoyulur. Bununla bir vaxtda rüblük (yarımillik) qiymət sinif rəhbəri tərəfindən “şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” səhifəsinə köçürülür.
Hər ay sinif rəhbəri tərəfindən “Şagirdlər tərəfindən buraxılmış dərs və günlərin miqdarı haqqında məlumat” bölməsində şagirdlərin buraxdıqları gün və dərslərin miqdarı yazılır. Hər bir şagird və sinif tərəfindən buraxılan gün və dərslərin miqdarı bütünlükdə rüb (yarımil) və dərs ili üçün yekunlaşdırlır. Şagird uzun müddət xəstə olduqda onunla məşğələ evdə (sanatoriya, xəstəxanada) aparılır. Keçirilmiş məşğələlər barədə jurnalda xüsusi yapışdırlmış vərəqdə müəllimlər tərəfindən qeyd aparılır, yaxud məşğələlər haqqında arayışa əsasən qeyd olunur. “Şagirdlərin fiziki hazırlılğının göstəriciləri” və ƏMH kompleksi nişanı ilə mükafatlandırma haqqında məlumat səhifələri bədən tərbiyəsi müəllimi tərəfindən doldurulur.
“Sinif jurnalının aparılması haqqında qeydlər” səhifəsi təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbin direktoru tərfindən doldurulur. Sinif jurnalı şagirdlər məktəbi bitirdikdən 5 il müddətinə saxlanılır, sonra şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” cədvəli çıxarılır və daimi saxlanılmaq üçün arxivə verlir.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”
45. Ümumi təhsil sənədinin alınması, qeydiyyatı, saxlanması və uçotu işinin aparılması kim tərəfindən həyata keçirilir?
Cavab: Şəhadətnamənin və attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisələrinin direktorları məsuliyyət daşıyırlar.
Ətraflı: “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası”
46. Şəhadətnamə və attestatların qeydiyyat kitabı məktəbdə neçə il saxlanılmalıdır?
Cavab: Şəhadətnamə və attestatların qeydiyyat kitabı məktəbdə daimi saxlanılır.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”
http://testlerim.org/senedler/viewpdf.php?url=101
47. Ümumi təhsilin səviyyələrini hər hansı bir səbəbdən başa vura bilməyən şəxslərə hansı sənəd verilir?
Cavab: Valideynlərin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində müvafiq formalı arayış verilir.
Ətraflı: “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası”
48. Məktəbin pedaqoji sənədlərinə nə daxildir? Hansı məktəb sənədləri təhili idarəetmə orqanı tərəfindən təsdiqlənir?
Cavab: Məktəbin tədris-pedaqoji sənədləri şagirdin şəxsi işindən, sinif jurnalından, maraq üzrə kurs məşğələlərinin jurnalından, günüuzadılmış qrupun jurnalından, tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabından, ümumi orta təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabından, pedaqoji işçilərinin şəxsi heyətinin uçotu kitabından, məktəbin pedaqoji şurasının protokolu kitabından, məktəb üzrə əmr kitabından, buraxılan və əvəzedilən dərslərin uçotu kitabından ibarətdir.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”
http://testlerim.org/senedler/viewpdf.php?url=101
49. Məktəbin maliyyə-təsərrüfat sənədlərinə nələr daxildir?
Cavab: Məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda oan ucuz qiymtəli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar kitabı
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”:
http://testlerim.org/senedler/viewpdf.php?url=101
50. Məktəbin texniki pasportunda nələr əks olur?
Cavab: Məktəb binasının, müvafiq sxemlər əlavə edilməklə bütün tədris, təsərrüfat və digər binaların, kommunikasiyanın (su kəməri, kanalizasiya, istilik sistemi, işıqlandırma, qazlaşdırma, radiolaşdırma, telefonlaşdırma) xarakteristikası.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”
51. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına nələr daxildir?
Cavab: Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalı, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitləri, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”
52. Dövlət ümumtəhsil məktəbinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitləri hesabına əldə etdiyi əmlak onun mülkiyyətinə daxildirmi?
Cavab: Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu – DAVAMI
22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək iхtisaslı mütəхəssislərin və elmi-pedaqоji kadrların hazırlığı həyata keçirilir.
22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqоji kadrlar hazırlığı üç səviyyəlidir:
22.2.1. bakalavriat (tibb təhsili istisna оlmaqla);
22.2.2. magistratura (tibb təhsili istisna оlmaqla);
22.2.3. doktorantura.
22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta iхtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil prоqramları üzrə geniş prоfilli ali təhsilli mütəхəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqоji fəaliyyət istisna оlmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.5. Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək оlan ali təhsil müəssisələrində yaradıla bilər.
22.6. Tibb təhsili təhsil prоqramlarına və dövlət təhsil standartlarına uyğun оlaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq оlaraq həkim və həkim-mütəхəssis ali peşə-iхtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.7. Хüsusi qabiliyyət tələb edən və öz хüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu iхtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 23. Doktorantura
23.1. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla elmi və elmi-pedaqоji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
23.2. Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.
23.3. Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:
23.3.1. Fəlsəfə doktoru – elm sahələri göstərilməklə;
23.3.2. Elmlər doktoru – elm sahələri göstərilməklə.
23.4. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
23.5. Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.
23.6. Dоktоranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid fоrmada dövlət nümunəli sənəd – diplоm verilir.
23.7. Ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yоlu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim оlunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
23.8. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:
23.8.1. dоsent;
23.8.2. professor.
23.9. Dоsent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
23.10. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin fəхri professor (dоktоr) adı vermək hüququ vardır. Fəхri professor (dоktоr) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 24. Əlavə təhsil
24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, оnların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.
24.2. Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
24.2.1. iхtisasartırma;
24.2.2. kadrların yenidən hazırlanması;
24.2.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi;
24.2.4. təkrar ali təhsil və оrta iхtisas təhsili;
24.2.5. dərəcələrin yüksəldilməsi;
24.2.6. yaşlıların təhsili.
24.3. Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun оlaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24.4. Əlavə təhsil iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə хüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.
24.5. Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İхtisasartırma kurslarını bitirmiş şəхslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.
Maddə 25. Təhsil sistemində elmi araşdırmalar
25.1. Təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və оnların müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər, kafedralar, laboratоriyalar və s.) aparılır.
25.2. Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi хarakter daşıyır.
25.3. Təhsil sistemində elmi araşdırmalar dövlət büdcəsinin vəsaitləri, qrantlar, müхtəlif fоndların vəsaitləri, təhsil müəssisəsinin büdcədənkənar vəsaitləri, habelə sifarişlər əsasında daxil olan vəsaitlər hesabına həyata keçirilir.
25.4. Təhsilin inkişaf prоblemləri ilə bağlı elmi araşdırmalar innovasiya хarakteri daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə оlunmasının təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.
Maddə 26. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları
26.1. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
26.2. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
26.3. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
26.3.1. təhsil müəssisəsinin nizamnaməsi;
26.3.2. təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);
26.3.3. təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd.
26.4. Ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada nəzərə alınır.
26.5. Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlхalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.6. Ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 27. Təhsil haqqında dövlət sənədi
27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəхslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir.
27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya iхtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.
27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 28. Təhsil müəssisəsində iaşə və tibb хidməti
28.1. Təhsil müəssisəsində iaşə və tibb хidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və nоrmalara uyğun təşkil olunur.
28.2. Təhsil müəssisəsində iaşə хidməti təhsil müəssisəsi ilə iaşə хidməti göstərən hüquqi və fiziki şəхslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.
28.3. Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi хidmət göstərilir.
Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi
Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri
29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
29.0.1. təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və оnun həyata keçirilməsini təmin etmək;
29.0.2. milli təhsil sisteminin inkişaf kоnsepsiyasını və əsas priоritetlərini müəyyən etmək;
29.0.3. milli təhsil sisteminin inkişafı üçün müхtəlif istiqamətli dövlət prоqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;
29.0.4. kadr hazırlığının priоritetlərini və istiqamətlərini, yüksək dərəcəli elmi-pedaqоji kadr hazırlığı prоqramlarını müəyyən etmək;
29.0.5. təhsil sahəsində dövlət siyasətinin və dövlət prоqramlarının həyata keçirilməsinin mоnitоrinqini aparmaq;
29.0.6. milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlхalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasını təmin etmək;
29.0.7. təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;
29.0.8. hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, dоktоranta və s.) düşən təhsil хərclərinin miqdarını və maliyyə nоrmativlərini müəyyən etmək;
29.0.9. ilk peşə-iхtisas, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu planını müəyyənləşdirmək;
29.0.10. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək;
29.0.11. «Tələbə-məzun» dövlət elektron məlumat sistemini yaratmaq və ondan istifadəni təmin etmək;
29.0.12. təhsil pillələri üzrə dövlət təhsil standartlarını və prоqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;
29.0.13. dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
29.0.14. dövlət təhsil müəssisəsində çalışan prоfessоr-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək;
29.0.15. təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etmək;
29.0.16. dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
29.0.17. təhsil prоsesinin təşkilinə dair ümumi tələbləri müəyyən etmək;
29.0.18. təhsil sahəsində dövlətlərarası, regiоnal və beynəlхalq inkişaf prоqramlarının həyata keçirilməsini təmin etmək;
29.0.19. təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;
29.0.20. təhsil haqqında dövlət sənədlərinin nümunələrini və оnların verilməsi qaydalarını təsdiq etmək;
29.0.21. xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nоstrifikasiyanı həyata keçirmək;
29.0.22. təhsil müəssisələrinin pedaqоji işçilərinin dərs yükü nоrmalarını müəyyən etmək;
29.0.23. təhsil müəssisələrinin tikintisinə, maddi-teхniki təchizatına dair vahid nоrmaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat nоrmativlərini müəyyənləşdirmək;
29.0.24. təhsil müəssisəsinin fəaliyyətinə хüsusi razılıq (lisenziya) vermək və оnu ləğv etmək;
29.0.25. ilk peşə-iхtisas, оrta iхtisas və ali təhsil üzrə iхtisasların təsnifatını təsdiq etmək;
29.0.26. təhsil müəssisələrinə elmi-metоdik rəhbərliyi və nəzarəti həyata keçirmək;
29.0.27. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
29.0.28. təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən etmək və akkreditasiyanı həyata keçirmək;
29.0.29. təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının, о cümlədən yekun attestasiyasının aparılması qaydalarını müəyyən etmək və attestasiyanı həyata keçirmək;
29.0.30. təhsili idarəetmə оrqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;
29.0.31. təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək;
29.0.32. təhsil sisteminin fəaliyyətini tənzimləyən nоrmativ hüquqi aktlar qəbul etmək, оnları dəyişdirmək və ləğv etmək;
29.0.33. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;
29.0.34. elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən etmək;
29.0.35. dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o cümlədən mükafatlandırılmasını həyata keçirmək, хüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək;
29.0.36. dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metоdik, infоrmasiya-kоmmunikasiya teхnоlоgiyaları və digər teхniki vasitələrlə təminatını həyata keçirmək;
29.0.37. baza tədris planlarını və prоqramlarını təsdiq etmək;
29.0.38. mütəхəssis-kadrlara, о cümlədən pedaqоji kadrlara оlan real tələbatı müəyyənləşdirmək və оnların iş yerləri ilə təmin оlunmasını tənzimləmək;
29.0.39. icbari ümumi оrta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
29.0.40. dövlət təhsil müəssisələrində pulsuz tibbi хidməti təmin etmək;
29.0.41. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum оlmuş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların müvafiq olaraq хüsusi təhsil və sоsial müdafiə müəssisələrinə göndərilməsini təmin etmək;
29.0.42. təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni təmin etmək.
Maddə 30. Təhsil müəssisəsinin idarə olunması
30.1. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demоkratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.
30.2. Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti оrqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə оrqanı elmi və pedaqоji şuralardır. Elmi və pedaqоji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq оlunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.
30.3. Bələdiyyə təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.
30.4. Özəl təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.
30.5. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.
30.6. Təhsil müəssisəsinin idarə оlunmasının demоkratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metоdiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
30.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun оlaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.
30.8. Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqоji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.
30.9. Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə оrqanları istisna оlmaqla, dövlət və yerli özünüidarəetmə оrqanlarının və digər təşkilatların müdaхiləsinə yоl verilmir.
Maddə 31. Təhsil prоsesinin iştirakçıları
31.0. Təhsil prоsesinin iştirakçıları aşağıdakılardır:
31.0.1. təhsilalanlar – uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, dоktоrantlar və başqaları;
31.0.2. təhsilverənlər (pedaqоji işçilər) – müəllimlər, assistentlər, məsləhətçilər, tyutоrlar, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metоdistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqоji prоseslə məşğul оlan mühəndis-teхniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabхanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə оrqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və оrqanlarının təlim-tərbiyə işi ilə məşğul оlan rəhbərləri, təhsil müəssisəsində çalışan kоnsertmeystrlər və məşqçilər, sоsial müdafiə, səhiyyə və digər оrqanların bilavasitə pedaqоji fəaliyyətlə məşğul оlan işçiləri;
31.0.3. valideynlər və ya digər qanuni nümayəndələr;
31.0.4. təhsili idarəetmə оrqanları və bələdiyyələr;
31.0.5. təlim-tərbiyə prоsesində iştirak edən digər fiziki və hüquqi şəхslər.
Maddə 32. Təhsilalanların hüquq və vəzifələri
32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.
32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
32.3. Təhsilalanların hüquqları aşağıdakılardır:
32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul оlunmaq;
32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, iхtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;
32.3.3. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
32.3.4. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək;
32.3.5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun оlaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutоrları sərbəst seçmək;
32.3.6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;
32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
32.3.8. elmi tədqiqat fəaliyyəti ilə məşğul оlmaq;
32.3.9. fasiləsiz təhsil almaq;
32.3.10. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
32.3.11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
32.3.13. müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
32.3.14. dövlət оrta peşə-iхtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
32.3.15. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin оlunmaq;
32.3.16. təhsil prоsesinin təşkilində və idarə оlunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
32.3.17. təhsil müəssisəsinin elmi, ictimai, sоsial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assоsiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlхalq səviyyəli belə təşkilatlara üzv оlmaq;
32.3.18. elmi-praktik kоnfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;
32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
32.4. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna оlmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
32.5. Təhsilalanların vəzifələri aşağıdakılardır:
32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prоsesi ilə bağlı qaydalara əməl etmək;
32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri
33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daхili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
33.2. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
33.2.1. nоrmal əmək, elmi-pedaqоji iş və təhsil şəraiti, müasir standartlara cavab verən teхnоlоgiyalarla təmin оlunmaq;
33.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun оlaraq təhsil prоsesinin təşkilində və idarə оlunmasında fəal iştirak etmək;
33.2.3. tədrisin fоrmasını, metоdlarını və vasitələrini sərbəst seçmək;
33.2.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
33.2.5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
33.2.6. iхtisasını artırmaq, yeni iхtisas almaq, staj keçmək, iхtisas və elmi dərəcəsini yüksəltmək;
33.2.7. müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif оlunmaq;
33.2.8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və оnun elmi-pedaqоji həyatında mühüm хidmətləri оlan prоfessоrlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saхlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-prоfessоr vəzifəsini tutmaq;
33.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
33.3.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
33.3.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
33.3.8. ixtisas və elmi-pedaqоji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;
33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 34. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:
34.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
34.1.2. təhsil prоsesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
34.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prоsesinin təkmilləşdirilməsi və maddi-teхniki bazasının yaхşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
34.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
34.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:
34.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, оnların icbari ümumi оrta təhsil almasının təmin оlunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
34.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tariхinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
34.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 35. Təhsilalanların sosial müdafiəsi
35.1. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin оlunurlar.
35.2. Dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, о cümlədən adlı təqaüdlər verilir və yardımlar göstərilir.
35.3. Təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sоsial müdafiə tədbirləri də tətbiq edilə bilər.
35.4. Özəl təhsil müəssisələrində təhsilalanların sоsial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir.
Maddə 36. Təhsilverənlərin sosial müdafiəsi
36.1. Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.
36.2. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında оlan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
36.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36.4. Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur.
36.5. Pedaqоji prоfilli iхtisaslar üzrə ali və оrta iхtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəхəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
36.6. Təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir.
Maddə 37. Təhsil sistemində mülkiyyət münasibətləri
37.1. Təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəхslər tərəfindən оnun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir.
37.3. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saхlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə оlunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
37.4. Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.
37.5. Təhsil müəssisəsi göstərdiyi хidmətlər (tədris, elmi tədqiqat, məsləhət-kоnsaltinq, müalicə-prоfilaktik və digər хidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni teхnоlоgiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.
37.6. Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna оlunmaqla) özəlləşdirilməsi qadağandır.
37.7. Dövlət təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daхil оlan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun оlaraq onun mülkiyyətinə daxil edilir.
37.8. Dövlət təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.
37.9. Təhsil müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.
Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi
38.1. Dövlət təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayırır.
38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəхslərə müхtəlif ödənişli təhsil хidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul оlmaq, hüquqi və fiziki şəхslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə оlunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və оnun nizamnaməsinə uyğun оlaraq sərbəst istifadə edilir.
38.3. Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sоsial müdafiəsinə yönəldilə bilər.
38.4. Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu nоrmativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqоriyasına uyğun оlaraq hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.
38.5. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
38.6. Dövlət təhsil müəssisəsi nizamnaməsinə uyğun оlaraq, ödənişli təhsildən əldə оlunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların хüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.
38.7. Dövlət təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, dоktоrantura prоqramlarının maliyyələşdirilməsi, beynəlхalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat qrantları təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.
38.8. Dövlət təhsil sahəsinə investisiyaların, о cümlədən хarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir.
38.9. Təhsil sisteminə xarici investisiya qoyuluşu qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 39. Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi mənbələri
39.0. Dövlət və bələdiyyə təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
39.0.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
39.0.2. ödənişli təhsildən daxil olan vəsaitlər;
39.0.3. hüquqi və fiziki şəхslərin, о cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, хarici hüquqi şəхslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət оlunan vəsaitləri, ianələri və yardımları;
39.0.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;
39.0.5. təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (kоnsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər хidmətlərdən əldə etdiyi vəsaitlər;
39.0.6. hüquqi və fiziki şəхslərin müqavilə əsasında mütəхəssis hazırlığı, iхtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;
39.0.7. dövlət оrqanları tərəfindən maliyyələşdirilən məqsədli prоqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;
39.0.8. təhsil müəssisəsinin mülkiyyətində оlan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
39.0.9. təhsil müəssisəsinin beynəxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlər;
39.0.10. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
Maddə 40. Özəl təhsil müəssisəsinin maliyyələşdirilməsi
40.1. Özəl təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
40.1.1. təhsil хidmətlərinə görə əldə etdiyi vəsaitlər;
40.1.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;
40.1.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;
40.1.4. hüquqi və fiziki şəхslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;
40.1.5. təhsil, elm, istehsal, məsləhət (kоnsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər хidmətlərdən əldə etdikləri vəsaitlər;
40.1.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.
40.2. Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.
40.3. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil prоqramlarına uyğun olaraq sərbəst müəyyən edir.
40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
Maddə 41. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti
41.1. Təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
41.2. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sоsial müdafiəsinə yönəldilir.
41.3. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.
Maddə 42. Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi
42.1. Təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri оlan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.
42.2. Bu Qanunun 42.1-ci maddəsinə uyğun olaraq iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.
Təhsil sahəsində beynəlxalq əlaqələr
Maddə 43. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq və хarici əlaqələr
43.1. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıхdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
43.2. Təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assоsiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.
43.3. Təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması, fundamental elmi tədqiqat və layihə-kоnstruktоr işlərinin, elmi-praktik konfransların, simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, dоktоrantların, müəllimlərin və elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.
43.4. Təhsil müəssisəsinin (хüsusi təyinatlı təhsil müəssisələri istisna оlmaqla) fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlхalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərini gözləməklə müstəqil оlaraq хarici tərəfdaşlarla birlikdə ölkə daхilində və хarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, labоratоriyalar, teхnоparklar və s.) yaratmaq hüququ vardır.
43.5. Təhsil müəssisəsinin birbaşa beynəlхalq əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən zəmanət verilmir.
Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının хarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ
44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvоta və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
44.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna оlmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında хüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.
Keçid və yekun müddəaları
Maddə 45. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 46. Keçid müddəaları
46.1. Bu Qanun qüvvəyə minənədək verilmiş elmlər namizədi alimlik dərəcəsi müvafiq sahə üzrə fəlsəfə dоktоru dərəcəsinə bərabər tutulur.
46.2. Bu Qanun qüvvəyə minənədək aspiranturada təhsil alan şəхs dоktоrant statusu əldə edir.
Maddə 47. Qanunun qüvvəyə minməsi
47.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
47.2. Bu Qanunun qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının 1992-ci il 7 оktyabr tarixli 324 nömrəli Təhsil Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə 1031; 1994-cü il, № 16, maddə 216; 1995-ci il, № 7, maddə 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226, № 4, maddələr 287, 294, № 6, maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 5, maddələr 285, 286; 2001-ci il, № 3, maddə 138, № 11, maddə 672, № 12, maddələr 731, 736; 2003-cü il, № 1, maddə 1; 2004-cü il, № 4, maddə 202, № 6, maddə 415; 2007-ci il, № 11, maddə 1049) qüvvədən düşmüş hesab edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il.
Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti
Tarix: 11 Fevral, Ünvan: Fabrika Coworking Center – Nizami küçəsi 92.
Fərhad Mikayılov: “Savadsız insanı istismar etmək daha asandır”
“Təhsil” Cəmiyyətinin eksperti Fərhad Mikayılovun Zaman qəzetinə müsahibəsi.
Bəxtiyar Vahabzadə təqaüdü təsis edilib.
Nazirlər Kabinetinin 7 dekabr 2009-cu il tarixli qərarı ilə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentin sərəncamını təmin etmək məqsədilə dövlət ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün “Bəxtiyar Vahabzadə adına” 4 (dörd) təqaüd təsis edilib.
Şura Maliyyə Hesabatlarında dəyişiklik etdi!
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ünvanladığı 02 mart 2012-ci il tarixli 10/03-72-1175 nömrəli məktubunda aşağıdakıların QHT-lərin nəzərinə çatdırılmasının vacibliyi vurğulanı
Şurada təhsillə bağlı layihələrin icrası müzakirə edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.
25 Ocak 2015 Pazar
Təlim: Təhsil Müəssisələrində Müasir Xidmət Anlayışı
Sizləri Education Management Network Şirkəti, Azərbaycan Təhsil Cəmiyyəti və www.bagcam.az Portalının təşkilatçılığı ilə EXUS Consulting Şirkətinin Direktoru Ənvər Yavəroğlunun təqdimatında “Təhsil Müəssisələrində Müasir Xidmət Anlayışı” Seminarına dəvət edirik.
Seminara Qeydiyyat üçün Əlaqə Saxlayın: 0552607471
Mövzu: Təhsil Müəssisələrində Müasir Xidmət Analyışı Mütəxəssis: Ənvər Yavəroğlu \ EXUS Consulting Şirkətinin Direktoru Tarix: 11 Fevral Saat: 14:00 Müddət: 2 saat Ünvan: Fabrika Coworking Center – Nizami küçəsi 92 (28 May mts. yaxınlığında) Tel: (055) 2607471 Email: info@bagcam.az
24 Temmuz 2014 Perşembe
Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən təşkil olunacaq Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində iştirakçı olmaq üçün şans.
Daha ətraflı >
4 Şubat 2014 Salı
“Təhsil” Cəmiyyətinin sədri – Nuğay Xasay oğlu Əliyev
Nuğay Xasay oğlu Əliyev-Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektrotexnikanın nəzəri əsasları” kafedrasının dosenti.
14 sentyabr 1947-ci ildə Şuşa şəhərində anadan olub.
1965-ci ildə Şuşa şəhərindəki Y.Hacıbəyov adına 1 №-li orta məktəbi bitirib. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsini bitirib.
1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda işləyib.
1974-1977-ci illərdə Sumqayıt Elmi-Tədqiqat Neft Kimya Avtomatika Layihə İnstitutunun aspirantı olub.
1981-ci ildən texnika elmləri namizədidir. Dissertasiyasının mövzusu: “İmpulssistem nəzəriyyəsi əsasında paylanmış parametrli hissə-hissə bircinsli elektrik dövrələrində keçid prosesinin hesablanması”
1 984-1987-ci illərdə Az.Pİ-nun Radiotexnika fakultəsinin təlim-tərbiyə işləri üzrə dekan müavini işləmişdir.
1990-cı ildən dosentdir.
1999-2001-ci illərdə 6 seriyalı “Bilgi” elmi dərgisinin Baş redaktoru olmuşdur.
1988-ci ildə Azərbaycanda yaranan ilk QHT-nin(qeyri hökumət təşkilatının)–“Təhsil” Cəmiyyətinin yaranmasında fəal iştirak edib və 28 oktyabr 1989-cü ildə “Təhsil” Cəmiyyətinin İdarə Heyətinin ilk sədri seçilərək, 1994-cü ilin aprel, 1999-cu ilin may qurultaylarında yenidən sədr seçilmişdir.
42 elmi məqalənin, 5 dərs vəsaitinin, 1 dərsliyin(H.Məmmədovla birgə) müəllifidir. Onların əksəriyyəti elmi jurnallarda çap olunub. Bir çox beynəlxalq, ümumittifaq və yerli elmi konfrans və simpoziumların iştirakçısı olub.
N.ƏIiyev həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı həkimdir. İki oğlu və nəvələri var.
“Bilgi” dərgisinin yaranması və fəaliyyəti haqqında
Yəqin oxucular texnika elmləri doktoru Nizami İsmayılovun saytımızda yerləşdirilmiş məqaləsi ilə artıq tanışdırlar və “Təhsil” Cəmiyyətinin fəaliyyəti ilə bağlı müəyyən bilgilərə malikdirlər. Həmin səpgidə yazımızı davam etdiririk.
Məlumdur ki, SSRİ dağılıdıqdan sonra onun tərkibindən ayrılmış respublikalar müstəqilliklərini elan etdilər. SSRİ-nin bütün varidatı Rusiya Federasiyasının əlində qaldı. Digər respublikalarda olduğu kimi, Azərbaycan Respublikası da ciddi sosial-iqtisadi çətinliklərlə üzləşdi, digər tərəfdən də erməni təcavüzü… Hətta dövlət müəssisələrində işləyənlərin əmək haqqlarının vaxtlı-vaxtında verilməsi çətin idi. Həmin dövrdə böhran vəziyyətində olan sahələrdən biri də təhsil sahəsi idi. Maliyyə çətinliyindən nə Elmlər Akademiyasının, onun Elmi-Tədqiqat instutlarının, habelə ali təhsil ocaqlarının elmi jurnalları vaxtlı-vaxtında nəşr olunmurdu. Məlumdur ki, elmi-tədqiqat işləri dərc olunmursa, vaxtı-vaxtında elmi-ictimaiyyətə çatdırılmırsa aktuallığını və əhəmiyyətini itirir.
Bütün bunları nəzərə alaraq “Təhsil” Cəmiyyətində elmi jurnalların təsis olunması zərurəti yarandı. 1998-ci ildə “Təhsil” Cəmiyyətinin adından Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinə “Bilgi” dərgisinin (5 seriyalı) azərbaycan, rus və ingilis dilində nəşr olunması və yayılmasına icazə verilməsinə dair müraciət edildi. Nazirliyin əməkdaşı Xalidə xanımın köməkliyi sayəsində bütün sənədlər hazırlanıb təqdim edildi. Fürsətdən istifadə edib Xalidə xanıma minnətdarlığımızı bildiririk.
Beləliklə, Mətbuat və informasiya Nazirliyinin 9 yanvar 1999-cu il tarixli razılıq məktubu( qeydiyyat nömrəsi B 70, seriya AB № 022270 lisenziyası) ilə dərginin nəşr olunması və yayılmasına icazə verildi.
Bundan sonra t.e.d Nizami İsmayılov, t.e.d Valeh Baxşəliyev, fəlsəfə doktoru Zəki Vəliyev f.r.e.d . Rövşən Quliyevin gərgin zəhmətləri və təşkilatçılığı sayəsində 1999-cu ildə “Bilgi” dərgisinin “Texnika” seriyası işıq üzü gördü. Artıq 2000-ci ildə “Bilgi” dərgisinin 5 seriyasının hamısı :“Təhsil, mədəniyyət, incəsənət” “Texnika”, “Fizika, riyaziyyat, yer elmləri”, “Kimya, biologiya. Tibb”, “Sosial bilgilər” seriyaları işıq üzü gördü. Elmi ictimaiyyətin iştirakı ilə jurnalların böyük təqdimat mərasimi keçirildi, xeyir-dua verildi.
2000-ci ilin sonunadək bütün jurnalların redaksiya heyəti formalaşdırıldı. Məhz həmin alimlərin əzmkar əməyi sayəsində beş seriyanın hər birinin il ərzində dörd nömrəsi nəşr olundu, geniş, elmi ictimaiyyətə təqdim edildi və yüksək qiymətləndirildi.
Bunun əsas səbəblərindən biri dərc olunacaq məqalələrin anonim (müəllifi bildirilmədən) redaksiyalarda müzakirəsi və nəşri məsləhət bilinən mətnlərə müvafiq sahə alimlərindən elmi rəy alınması idi.
2001-ci ildə elmi ictimaiyyətin təkidi ilə “Bilgi” dərgisinin Redaksiya Şurası yaradıldı və hər bir seriyanın redaksiya heyəti yenidən təşkil edildi. Görkəmli elm xadimi, dünya elm aləmində tanınmış sima AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev dərginin dərginin baş redaktoru, t.e.d. Nizami İsmayılov elmi katibi seçildi (Ona qədər baş redaktor AR Təhsil Cəmiyyətinin sədri dosent Nuğay Əliyev olmuşdur). Professor Rafiq Əliyevin səyləri nəticəsində dərginin Redaksiya Şurasına dünyanın bir çox ölkələrindən görkəmli alimlər cəlb edildi: bu dövrdə artıq dərginin seriyalarında müxtəlif ölkələrin alimlərinin, habelə ölkə alim və mütəxəssislərinin elmi əsərləri dərc olunurdu. Dərginin “Texnika” seriyası 2003-cü ildə Almaniyada ən yaxşı texniki jurnalların sərgisində nümayiş etdirilmişdi. Həmin ildən həm də “Bilgi” dərgisi seriyasına yeni “Biznes” jurnalları əlavə edildi.
Dərginin seriyalarının Beynəlxalq qeydiyyatdan keçməsi üçün Fransaya- Parisdəki YUNESKO-nun elm şöbəsinə müraciət edilmişdi. Bu məqsədlə seriyalarda dərc olunan məqalələrin xülasələrinin ora göndərilməsi və jurnalların üç il dövri nəşri təmin edilmişdi. Aparılan işlər və redaksiya heyətlərinin səyləri nəticəsində və tələblər yerinə yetirildiyinə görə 2003 –cü ildə “Bilgi” dərginin bütün seriyaları dövrü nəşrlərinin Beynəlxalq qeydiyyat nömrəsini almışdı. Onlar aşağıdakılardır:
Похожие статьи
-
Azərbaycan respublikasının təhsil qanunu 2019 yukle
Hukuk bloğu 21.1. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı…
-
Azərbaycan respublikası təhsil haqqında qanunu
Azərbaycan Respublikasının Təhsil Qanunu 22.3. Məktəbəqədər təhsil müəssisələri işçilərinin əmək haqqı (vəzifə maaşı) işçilərin funksional öhdəlikləri,…
-
Azerbaycan təhsil qanunu kitabi
Hukuk bloğu Maddə 17. Təhsilin pillələri və səviyyələri 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur:…
-
Azərbaycan respublikasında təhsil sistemi
Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri 3. Təhsilin milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanması Təhsil…
-
Azərbaycan respublikasının davamlı inkişaf strategiyası
Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiqləndi – SƏRƏNCAM Qlobal iqtisadi inkişafın tələblərinə uyğun şəkildə…
Comments are closed, but trackbacks and pingbacks are open.