Press "Enter" to skip to content

Azərbaycan-Rusiya: geosiyasi tərəfdaşlığın perspektivləri

Birincisi, Azərbaycan müstəqil xarici siyasət yeridir və heç bir xarici dövlətin diqtəsi ilə hərəkət etmir. Rəsmi Bakı ancaq milli maraqlara uyğun addımlar atır və bərabərhüquqlu tərəfdaşlığa üstünlük verir.

Azrbaycan-rusiya laqlrind enerji faktorunun hmiyyti

Geçtiğimiz haftalarda Rusya Devlet Başkanı Putin, yarım günlüğüne Bakü’ye kalabalık bir heyetle gelip bir ziyaret gerçekleştirdi. Ziyaret neticesinde iki ülke devlet başkanları yakınlık gösteren açıklamalarda bulunmakla beraber aynı zamanda başta enerji alanında olmak üzere kritik anlaşmalar imzalamışlardır. Önce 2008 yılında Rusya-Gürcistan savaşının Azerbaycan enerji hatları çıkışı konusunda yaşattığı tedirginlik ve ardında Azerbaycan’ın TANAP projesinin Rusya’nın Güney Akım projesinin karşısında rakip olarak belirmesinin ardından iki devlet arasında son iki ay içerisinde geliyorum denen enerji işbirliği Putin’in ziyareti neticesinde büyük bir ivme kazanmıştır.

13 Ağustos tarihinde yarım günlüğüne Bakü’ye gelen Başkan Putin’in heyetinde Dışişleri Bakanı Lavrov, Savunma Bakanı Shoygu, Enerji Bakanı Novak, Ulaştırma Bakanı Sokolov, Ekonomi Bakanı Ulyukayev ve ayrıca Rosneft Başkanı Sechin ile Lukoil Başkanı Alekperov da yer almıştır. Hazar sorunundan Dağlık Karabağ konusuna kadar pek çok konunun tartışıldığı toplantılar neticesinde enerji alanı dahil beş alanda anlaşmalar imzalanmıştır.[1] İmzalanan anlaşmalar arasında Azerbaycan Devlet şirketi SOCAR ile Rus devlet şirketi Rosneft arasındaki işbirliği anlaşmaları son derece dikkat çekicidir. Fakat bu anlaşmaya değinmeden önce bu enerji işbirliğinin aslında bir pazar paylaşımı sonrası geliştiğini görmek gerekmektedir. Haziran ayının ortasında Yunanistan DEPA ve DESFA doğal gaz şirketlerinin özelleştirilmesinde DEPA için Rus Gazprom ve DESFA için Azeri SOCAR en büyük aday gösterilirken DESFA’nın yönetici şirketi sayılan DEPA’nın özelleştirilmesinden Gazprom’un çekildiği 10 Haziran tarihinde açıklanmıştır.[2] Ardından yaşanan gelişmeler ise sırasıyla TANAP’ın devamı niteliğinde olacak hat için Yunanistan’dan geçecek olan TAP hattının seçilmesi ve önemsiz gibi gözüken ama aslında irdelenmesi gereken 6 Haziran tarihinde Rusya’nın Volgograd şehrinde gerçekleştirilen 4. Rusya-Azerbaycan Forumunda iki ülkenin enerji alanında da işbirliğini içerecek bir takım anlaşmaların imzalanmasıdır. 7 Temmuz tarihinde ise Rosneft Başkanı üst düzey Azeri yetkililerle görülmek üzere Bakü de ziyaretlerde bulunmuştur.[3] TANAP’ın TAP hattını tercih etmesi ile Rusya’nın Güney Akım projesinin önü tamamen açılmış ve Güney Avrupa hattında Rusya ve Azerbaycan arasında pazar paylaşımı gerçekleştirilmiştir. Hemen arkasından ise Rusya ve Azerbaycan arasındaki enerji alanında işbirliği anlaşmaları da Putin’in ziyareti ile gerçekleşmeye başlamıştır.

Ziyaret sırasında Rosneft ve SOCAR petrol naklinin temel şartlarını belirleyen işbirliği anlaşması ile iki şirketin Rusya, Azerbaycan ve üçüncü ülkelerde petrol ve doğal gaz üretimi gerçekleştirmeleri için ortak bir şirket kurulması için gerekli anlaşmayı imzalamışlardır. Üstelik buna ilave olarak Rosneft, Azerbaycan’ın Absheron doğal gaz sahası ile de ilgilendiğini belirtmiştir. Hali hazırda Şah Deniz sahasında düşük bir yüzdesi olan Rus Lukoil hariç Azeri doğal gaz sahalarında Rus şirketleri bulunmamaktadır.[4] Dolayısıyla Rosneft’in yeni stratejisinde doğal gaz sahalarına girme stratejisine uygun olarak Azerbaycan’ın Hazar’da ki kaynakları ile ilgilenmesi son derece önemlidir. Çünkü Rusya’nın Azerbaycan ile geliştireceği doğal gaz ilişkisi aynı zamanda Türkmenistan’dan Azerbaycan’a inşa edilme ihtimali bulunun Trans-Hazar boru hattının gerçekleşmesini de bir o kadar imkansız kılacaktır.

İki ülke arasında imzalanan anlaşmalar sonrası Azerbaycan Devlet Başkanı Aliyev’in anlaşmaların iki ülke enerji işbirliği için yeni bir safha açtığını[5] belirtmesi de son derece dikkat çekicidir. Son üç yıl içerisinde Azerbaycan’ın Rusya’ya olan doğal gaz ihracatı giderek artmış, 2013 yılı içinde 3 milyar metre küp hedeflenmiştir. Bunun yanı sıra Azerbaycan’ın neden Rusya ile petrol taşımacılığı ve terminal anlaşmaları imzaladığını da irdelemekte fayda vardır. Son yıllarda Bakü-Tiflis-Ceyhan hattının da etkisi ile Azerbaycan petrolünün eski hattan Rusya üzerinden ihraç edilmediği sadece Gürcistan üzerinden Baku-Supsa hattının da ilave olarak kullanıldığı bilinmektedir. Fakat Bakü-Tiflis-Ceyhan petrol boru hattı ve Türkiye’ye doğal gaz taşıyan Bakü-Tiflis-Erzurum hattı Azerbaycan’ın adeta can damarlarıdır. Dolayısıyla Türkiye’nin güvenilir taşımacılığı Azerbaycan için hayati derece de önemlidir. Bu bağlamda Türkiye’nin iç siyasi gelişmeleri, güney komşuları ile olan sorunlar ve buna ilave olarak İran’ın daimi uluslararası yaptırımlar sorunu Azerbaycan’ın her zaman Rusya yolunu açık tutmasını gerektirmektedir. Bu da demektir ki Türkiye, Azerbaycan açısından sanıldığı kadar 100% güvenli bir taşımacılık yolu değildir. Rusya ve Azerbaycan arasındaki enerji işbirliğini geliştiren son dönemde pek çok faktör olduğunu gibi Türkiye’nin siyasi manevraları da önemli bir faktör olmuştur.

Sonuç olarak Rusya ve Azerbaycan enerji ilişkileri TANAP ve Güney Akım’ın pazar yollarının kesinleşmesi üzerinde ciddi bir ivme kazanmıştır. Ne Rusya’nın Azerbaycan’dan vazgeçmek ne de Azerbaycan’ın Rusya yolunu terk etmek gibi bir lüksü bulunmamaktadır. Başkan Putin’in son ziyaretinde iki ülkenin imzaladığı anlaşmalar arasında askeri güvenlik anlaşmalarının olması ve Aliyev’in de “Azerbaycan’ın savunma sanayisinin Rusya ile olan işbirliğinin 4 milyar dolara dayanarak giderek büyüdüğünü ifade etmesi, iki ülke arasındaki gelişen ilişkilerin de bir ifadesidir.

Azərbaycan-Rusiya: geosiyasi tərəfdaşlığın perspektivləri

Dünyada intensiv geosiyasi proseslər gedir. Müxtəlif regionlarda qüvvələr nisbəti çevik surətdə dəyişir. O cümlədən yeni perspektivli əməkdaşlıq formatları meydana gəlir.

Day.Az newtimes.az-a istinadən xəbər verir ki, mütəxəssislər son zamanlar həmin kontekstdə tez-tez Azərbaycan-Rusiya geosiyasi oxundan bəhs edirlər. Məsələyə qlobal dünya siyasətinin indiki reallıqları prizmasından yanaşdıqda, doğrudan da, çox əhəmiyyətli və incə məqamlar üzə çıxır. Həm mövcud geosiyasi ziddiyyətləri nəzərə almaq lazım gəlir, həm də əməkdaşlıq üçün açılmış yeni imkanlardan ağılla istifadə etmək ehtiyacı qarşıda durur. Geniş siyasi təfəkkürün işığında Rusiya-Azərbaycan əməkdaşlığının ciddi perspektivləri aydın görünür. Bunun üçün real zəmin formalaşıb. Tarixi ənənə də iki dövlət arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük əsasların olduğunu göstərir. Problemin bu cəhətləri üzərində daha geniş dayanmaq ehtiyacı vardır.

Tarix və yeni geosiyasi şərait: Moskva-Bakı xəttinin dinamikası

Rusiya-Azərbaycan münasibətləri geosiyasi proseslərin daha da mürəkkəbləşməsi fonunda yeni aktuallıq kəsb edir. Təbii ki, Rusiya böyük dövlət kimi həmişə qlobal geosiyasətin ön cəbhəsində olub, dünya siyasətinin gündəmini formalaşdıran ölkələrdən sayılıb. Azərbaycan faktorunun regionun geosiyasi mənzərəsi üçün daha da aktuallaşmasının öz səbəbləri vardır. Həmin səbəblər birmənalı olaraq Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətlə bağlıdır. Ölkə rəhbərliyi həyata keçirdiyi müstəqil və balanslı xarici siyasət kursu ilə sübut etdi ki, Cənubi Qafqazın lider dövlətidir. Regionun təhlükəsizliyinin təminatçısı və təhlükəsizlik sisteminin formalaşmasında başlıca rol oynayır.

Azərbaycan enerji əməkdaşlığı sahəsində çox maraqlı və perspektivli proqramlar həyata keçirən nadir ölkələrdəndir. Bütün dünya artıq bunu etiraf edir. Həmin əməkdaşlıq layihələri bütövlükdə dünyanın enerji təhlükəsizliyində ciddi rol oynayır. Bunlarla yanaşı, Azərbaycan ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı kimi geosiyasi dinamikada xüsusi yer tutan dövlətdir. Həmin kontekstdə Azərbaycan-Türkiyə-Rusiya və Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatlarının perspektivi daha aydın dərk edilir.

Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsində bir mühüm məqamı da vurğulamaq gərəkdir. Biz, Türkiyənin əldə etdiyi nailiyyətləri və terrorla mübarizədəki uğurlarını nəzərdə tuturuq. Ankara dünyada söz sahibi olduqca, ona dost və qardaş olan dövlətlərin geosiyasi dəyəri də artır.

Nəhayət, Rusiya-Türkiyə münasibətlərinin sürətlə inkişaf etməsi Azərbaycana xüsusi geosiyasi səmərəli mühit formalaşdırır. Bakı Rusiya və Türkiyə üçün əhəmiyyətli dövlət kimi regional proseslərdə daha mühüm rol oynamağa başlayıb. Bu baxımdan təsadüfi deyil ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında və inkişafında daha çox fəal olan Rusiya analitikləri, siyasətçiləri və jurnalistləri indi Azərbaycan-Rusiya geosiyasi xəttinin inkişafı üçün geniş fəallıq göstərirlər. Onlar son olaraq Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Cocuq Mərcanlı kəndində beynəlxalq konfransda iştirak ediblər.

Konfrans iyulun 1-də olub və belə adlanıb: “Moskva-Bakı geosiyasi oxu. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir”. Tədbirdə Dövlət Dumasının deputatları, Beynəlxalq Avrasiya Hərəkatının üzvləri, İzbor Klubunun nümayəndələri iştirak ediblər. Bu, “Moskva-Bakı geosiyasi oxu” ictimai platforması çərçivəsində keçirilib. Konfransda tanınmış simalardan Aleksandr Duqin, Aleksey Yezubov, Dmitri Savelyev, İqor Korotçenko və Maksim Şevçenko da iştirak ediblər. Belə görünür ki, Azərbaycanın işğaldan azad edilmiş bir kəndində mötəbər tədbir keçirmək təsadüfi şərtlərə bağlı deyil. Bu, iki dövlət arasında real məzmun kəsb edən əməkdaşlıq proseslərinin növbəti çalarları ilə əlaqəlidir.

Məsələ ondan ibarətdir ki, Kreml Cənubi Qafqazda real olaraq müstəqil dövlətçiliyi uğurla öz təsdiqini tapan ölkənin Azərbaycan olduğunu etiraf etməyə başlayıb. Özü də bu, uzun illərdir ki, Rusiyanın aktiv himayədarlıq etdiyi Ermənistanın səbatsız xarici siyasəti, qeyri-konstruktiv kursu və Moskvanı aldatmağa yönəlmiş siyasi manevrləri fonunda daha aydın görünməkdədir. Həmin tendensiya N.Paşinyanın hakimiyyətə gəlişindən sonra xeyli qabarıq surətdə özünü göstərir. İndi rəsmi İrəvan Rusiya üçün qeyri-müəyyən imici olan adamları yüksək vəzifələrə gətirir.

Cocuq Mərcanlıdakı konfransda Rusiyanı təmsil edən insanlar məsələnin bu tərəfinə ayrıca diqqət yetiriblər. Onlar açıq mesajlar veriblər ki, N.Paşinyan V.Putini qıcıqlandırır və belə şeyləri Kreml bağışlamır. Daha dərində olan isə Ermənistanda indiki hakimiyyətin Amerikanın sifarişi ilə formalaşdığı tezisinə Rusiya siyasi dairələrinin inanmasıdır. Moskva ehtiyat edir ki, bu kimi addımlarla Ermənistan Qərbin geosiyasi təsiri altına düşə bilər. Gürcüstanla yanaşı, Ermənistan da Rusiyaya qarşı duran düşərgəyə keçə bilər. Buna görə də Rusiya Qafqazda Azərbaycana daha çox geosiyasi imkanlar yaratmalıdır.

Daha geniş əməkdaşlıq naminə: qarşılıqlı fayda və ədalətli mövqe

Burada ədalət naminə bir məqamı da vurğulamaq gərəkdir. Əlbəttə, Rusiya böyük dövlətdir və onun siyasəti əsas olaraq bu faktoru nəzərə alıb formalaşdırılır. Bu aspektdə deyə bilərik ki, Kreml Ermənistanı əldən verməz. Yəni Rusiyanın siyasi və analitik dairələrinin Azərbaycan haqqında yüksək pafoslu cümlələr işlətməsi, əlbəttə, başa düşüləndir. Moskvanın indi məhz Gürcüstan və Azərbaycandan bəhs etməsi onun Cənubi Qafqazda yenidən tam hakim olmaq istəyindən xəbər verir.

Bu o deməkdir ki, bir sıra dairələrin Rusiya-Azərbaycan geosiyasi oxunu tam anlamı ilə Ermənistanın sıxışdırılması kimi təqdim etməsinin real əsasları yoxdur. Burada daha çox müəyyən bir siyasi-ideoloji addım özünü göstərir. N.Paşinyan da bu kontekstdə Rusiya-Ermənistan geosiyasi müttəfiqliyinə ciddi maneə ola bilməz. Kreml istədiyi an və istədiyi üsulla onu əvəz edə biləcək. Deməli, hələlik ondan müəyyən ideoloji məqsədlər üçün istifadə etmək niyyəti mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyevə gəldikdə isə, bu, tamamilə başqa mövzudur. Çünki N.Paşinyan bir siyasətçi olaraq İlham Əliyevin yanında bir heçdir, onları müqayisə etmək düzgün deyil. İlham Əliyev böyük diplomatiya və siyasət məktəbi keçmiş, Ulu Öndər kimi böyük siyasətçidən tərbiyə almış, yüksək hazırlıqlı dövlət xadimidir. Bəs Nikol Paşinyan kimdir? Küçədən təzyiqlə məcburən Ermənistana rəhbər gəlmiş bir sərsəri. Bunları çox yüksək səviyyədə və dərindən bilən Vladimir Putin, əlbəttə, N.Paşinyanı İlham Əliyevlə müqayisə etməz. V.Putin həmişə İlham Əliyevə üstünlük verəcək.

Bunlarla yanaşı, Rusiya-Azərbaycan geosiyasi oxunun reallaşa bilməsinə imkan yaradan konkret geosiyasi proseslərin getdikcə daha geniş yer aldığını qətiyyən unutmaq olmaz. Sözün həqiqi mənasında Rusiyanın Cənubi Qafqazda Azərbaycan kimi tərəfdaşa böyük ehtiyacı vardır.

Birincisi, Azərbaycan müstəqil xarici siyasət yeridir və heç bir xarici dövlətin diqtəsi ilə hərəkət etmir. Rəsmi Bakı ancaq milli maraqlara uyğun addımlar atır və bərabərhüquqlu tərəfdaşlığa üstünlük verir.

İkincisi, Azərbaycanda son prezident seçkiləri açıq göstərdi ki, burada tam demokratik şəraitdə, sakitliklə və yüksək siyasi mədəniyyət çərçivəsində iqtidar formalaşır. Bu da hakimiyyətin tam legitim olması deməkdir. Bunun fonunda Ermənistan və Gürcüstandakı istefa dalğaları onların daha az etibarlı tərəfdaş obrazını yaradır.

Üçüncüsü, dünyanın bütün böyük dövlətləri – ABŞ, Böyük Britaniya, Fransa, Çin, Almaniya, Türkiyə, İran və digərləri İlham Əliyevlə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər. Yəni dünyanın hər bir suveren ölkəsi Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Rusiya niyə kənarda qalmalıdır?

Dördüncüsü, Azərbaycanla Rusiyanın əməkdaşlığını sübut edən tarixi ənənə vardır. Bu ənənə niyə qırılmalıdır?

Beşincisi, Rusiyanın daxilində milyonlarla türk-müsəlman xalqlarının yaşaması fonunda Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığının inkişafı çox təbii və zəruri prosesdir.

Altıncısı, qlobal və regional miqyasda baş verən geosiyasi proseslər bir daha təsdiq edir ki, Avrasiyanın geosiyasi taleyi ilk növbədə Rusiya və müstəqil türk dövlətləri arasında olan münasibətlərdən xeyli dərəcədə asılıdır.

Bütün bunlar Azərbaycan-Rusiya geosiyasi oxunun tarixi bir zərurət olaraq meydana gəldiyini və hər iki tərəf üçün sərfəli olduğunu bir daha sübut edir. Sözsüz ki, Azərbaycan tərəfi tam səmimiyyəti ilə bu əlaqələrin daha da inkişaf etməsinə çalışacaq. Rusiyanın isə erməni şantajına uymaması, onların aranı vurmalarına imkan verməməsi gərəkdir. Bəli, Rusiya supergücdür, ancaq həm də ona görə ki, həlledici məqamlarda ədalətli olmağı bacarıb. İndi Kreml növbəti tarixi sınaq qarşısındadır. Əhəmiyyətlidir ki, sınaq meydanlarından biri də Azərbaycandır. Hər iki dövlətin, dost xalqların bu sınaqdan üzüağ çıxmasını arzulardıq!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.