Press "Enter" to skip to content

Azərbaycan ssr-in sənayesi

Şərti işarələrin izahı:
« – » hadisə baş verməmişdir
« . » məlumat əldə edilməmişdir
« 0.0 » rəqəm istifadə olunan vahiddən kiçikdir
« X » müqayisə mümkün deyil

Sənaye

“Azərbaycanın sənayesi” statistika məcmuəsinə son illərdə Azərbaycan Respublikası sənayesini xarakterizə edən əsas statistik məlumatlar daxil edilmişdir. Məcmuədə sənaye sektorunun – “mədənçıxarma sənayesi”, “emal sənayesi”, “elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı” və “su təchizatı, tullantıların təmizlənməsi və emalı” kimi fəaliyyət növləri əhatə olunur. Sənayenin ölkə iqtisadiyyatında yeri, istehsal edilmiş məhsulun həcmi, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilər üzrə statistik məlumatlar verilmişdir. Bundan əlavə, məcmuəyə Azərbaycan sənayesinin bir sıra dünya ölkələrinin sənayesi ilə müqayisə etmək imkanını verən müxtəlif cədvəllərdə daxil edilmişdir.
Məcmuə iqtisadçılar, tələbələr, elmi işçilər və digər istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Şərti işarələrin izahı:
« – » hadisə baş verməmişdir
« . » məlumat əldə edilməmişdir
« 0.0 » rəqəm istifadə olunan vahiddən kiçikdir
« X » müqayisə mümkün deyil

Qeyd:
Bəzi hallarda yekunla toplananların cəmi arasındakı fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur.

Elektron xəritə
Demoqrafik və sosial statistika
İqtisadi statistika
Ətraf mühit və digər sahələr
Statistik məlumatlar sizi qane edirmi?

Bəli
Qismən
Xeyr

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az
Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38
Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.
İstifadə sayğacı

© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

Azərbaycan SSR sənayesi (1970-1980)

XX yüzillikdə Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının ən yüksək mərhələsi 70-ci illərlə 80-ci illərin birinci yarısına düşür.
Sovetlər Birliyi dövründə ittifaq respublikalarının hər birinin iqtisadiyyatı ümumi xüsusiyyətlərlə yanaşı, çox mühüm fərqləndirici cəhətlərə malik idi. 1969-1982-ci illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin iş təcrübəsi əsasında Azərbaycanın iqtisadi həyatında əldə edilən böyük uğurlar ölkəmiz üçün fərqləndirici haldır.
Azərbaycan KP MK-nın 1969-cu və 1970-ci il avqust plenumlarında respublikada iş intizamı, iqtisadiyyatda yaranmış uzun sürən geriliyin, mövcud nöqsanların, qüsurların səbəbləri müzakirə edilmiş, onların aradan qaldırılmasının yolları açıqlanmışdı. Plenumlardan sonra Heydər Əliyevin rəhbərliyi altında respublika iqtisadiyyatının dinamik inkişafını təmin etmək üçün kompleks tədbirlər görülmüşdür. Respublika rəhbəri kimi Heydər Əliyev mərkəzdə olan nüfuzundan istifadə edərək Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfındən Azərbaycan SSR-in iqtisadi, sosial və mədəni həyatında köklü dəyişiklikləri, intensiv inkişafı təmin edən, respublika əhalisinin maddi həyat səviiyyəsinin yüksəlməsinə gətirib çıxaran bir sıra mühüm qərarların qəbuluna nail olmuşdu: 1) 1970-ci il iyulun 23-də «Azərbaycan SSR xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında»; 1970-ci il iyulun 25-də «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da inkişaf etdirmək tədbirləri haqqında»; 3) 1975-ci il iyulun 9-da «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında»; 4) 1976-cı il iyulun 27-də «1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi nəticələri barəsində»; 5) 1979-cu il fevralın 22-də «Azərbaycan SSR-də kənd təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» və s.
70-ci illərin əwəllərindən respublika sənayesinin inkişafında yeni mərhələ başladı. Sənayenin strukturunda əsaslı dəyişikliklər baş verdi. 1970-ci ildə sənaye məhsulu istehsalı 8,6 faiz artdı.
Bu illərdə neft sənayesində uzun illərdən bəri yığılıb qalmış problemlər həll edilmiş, Azərbaycan neft sənayesinin inkişafı yeni mərhələyə daxil olmuşdu. Respublikada neft tariximizin son yüzilində 1 milyard ton neft çıxarılmışdı. Təkcə, 1971-ci ildə 18 milyon tondan çox neft hasil olunmuşdu. Geoloji kəşfıyyat işlərinin genişləndirilməsi nəticəsində üç yeni neft yatağı: Siyəzəndə Zəyli-Zeyvə, Cənubi Kür vadisində Kürsəngi, Muradxanlı yataqları kəşf olunmuşdu. Sov.İKP MK-nın 1971-ci il 5 yanvar tarixli «Neft sənayesində və geoloji kəşfıyyat təşkilatlarında qabaqcıl qazma briqadalarının iş təcrübəsinin yayılması haqqında» qərarına uyğun olaraq, «Azneft»in və «Xəzərdənizneft»in işi təkmilləşdirilmişdir.
70-ci illərdə Azərbaycana yeni texnologiya və «Şelf-2», «Şelf-3», «Şelf-4», «Şelf-5» qazma qurğuları gətirildi. Bu, respublikada yeni neft sahələrinin açılmasına – «İstiqlal» və «Dədə Qorqud» qurğularının işə salınmasına səbəb oldu. Xəzərdə «28 aprel», «Bahar», «Azəri», «Günəşli» və digər zəngin neft və qaz kondensatı yataqları aşkar edildi. Sualtı neft kəməri çəkildi. Dənizdə qazma işləri yeni texnologiya əsasında daha da təkmilləşdirildi. Dənizdə 2800-6500 metr dərinlikdə neft quyuları qazılmağa başlandı.
Azneft və Xəzər Dəniz Neft Birliklərinin, respublika Neft sənayesi Nazirliyinin fəaliyyəti daima diqqət mərkəzində idi. Geoloji kəşfıyyat işlərinin genişləndirilməsinə diqqət daha da artırılmışdı.
Neft hasilatında azalmanın qarşısı xeyli alınmış, yəni 7,2 faizdən 2,3 faizə enmişdi.
Neft sənayesində neft emalı da apancı yer tutur. Bu sahədə mövcud olan qüsurlar və nöqsanlar Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda açıqlanmış və onların aradan qaldırılması ilə bağlı kompleks tədbirlər görülmüşdü. Nəticədə neft emalı müəssisələri inkişaf etdirilmiş, 1976-cı ildə Yeni Bakı Neftayırma, 1982-ci ildə isə Bakı neftayırma zavodunda neftin ilkin emalı üçün ELOU-AVT qurğusundan istifadəyə başlanmışdı. Bu müəssisələrdə 90 adda müxtəlif neft məhsulları – təyyarə, reaktiv qurğu, avtomobil, dizel yanacağı, sürtkü yağları, aşqarlar, bitum, neft-kimya sənayesi üçün xammal istehsal olunurdu.
A – 76, Aİ – 93 markalı benzin istehsalı 12,5 faiz çoxalmış, bütövlükdə neftayırma sənayesində məhsul istehsalı 1,4 dəfə artmışdı.
70-80-ci illərdə respublikanın neft maşınqayırma sənayesi öz inkişafının yeni mərhələsinə daxil olmuş, sahənin strukturunda ciddi dəyişikliklər baş vermiş, əsas sexlər yenidən qurulmuş, yeni istehsal sahələri işə salınmışdı. 1985-ci ildə Dərin dəniz özülləri zavodu, 1983-cü ildə Qroznı-Bakı neft kəməri istifadəyə verilmişdi.
1969-1982-ci illərdə əlvan metallurgiya sənayesində məhsul istehsalı 2,2-2,5 dəfə artmışdı.
70-80-ci illərdə Azərbaycanın iqtisadi xəritəsi, təqribən, 100 sənaye sahəsini əhatə edirdi. Onlardan biri də kimya sənayesi idi.
Müasir sənaye inkişafını kimyasız təsəwür etmək mümkün deyil. Hal-hazırda kənd təsərrüfatında, tikintidə, nəqliyyatda, sənayenin digər sahələrində kimyanın nailiyyətlərindən geniş istifadə olunur. Kimyəvi maddələr bir sıra qiymətli məhsulları, o cümlədən müxtəlif növ yunu, ipəyi, pambığı, mineral gübrələri, boyaq vasitələrini əvəz edir.
Maddi istehsalın inkişafında kimya sənayesinin əhəmiyyətli üstünlükləri vardır.
Kimya sənayesinin inkişafında neft və qaz mühüm xammal mənbəyidir.
70-80-ci illərdə respublikanın neftayırma zavodlarında neftdən dvidstirol, kauçuk, sintetik etil spirti, kaustik soda, yağ aşqarları, xlorid turşusu, kükürd turşusu, yod, kalium- yod, bromlu dəmir və bir sıra digər kimyəvi məhsulların istehsalına mühüm diqqət yetirilmişdir.
Bu illərdə həmçinin kükürd, plastik kütlə, sintetik qatranların, bitki qoruyan kimyəvi vasitələrin istehsalında da böyük irəliləyişlər olmuşdur. Bu sahədə Sumqayıt kimya sənaye müəssisələri birliyinin fəaliyyəti sintetik kauçuk zavodunun işində böyük dönüş yaratmışdır.
70-80-ci illərdə neft-kimya sənayesində əmək məhsuldarlığının yüksəldilməsi sahəsində də xeyli irəliləyişlər baş vermişdir. Həmçinin mineral gübrələr, herbisid, kaustik soda, sulfat turşusu, alüminium-xlorid, sulfanol, butil, kauçuk və s. kimyəvi məhsullar istehsalında bir sıra geriliklər aradan qaldırılmışdır.
70-ci illərdə Sumqayıt Kimya Sənayesi Müəssisələri Birliyində iri komplekslər, Bakı Şin zavodunda yeni avtokamera sexi, VPM-2-200 tipli iki avtomat xətt, Salyan Plastik Kütlələr zavodu və bir sıra digər istehsal obyektləri istifadəyə verilmişdir.
80-ci illərin ortalarından meydana gəlməyə başlayan bir sıra mənfı meyllər, geriləmə prosesləri özünü neft, neft emalı, neft-kimya, kimya sənayesi sahələrində də göstərməyə başladı. İstehsalın səviyyəsi 70-ci illərlə müqayisədə aşağı düşdü.
70-80-ci illərdə respublika sənayesinin ən mühüm sahələrindən biri olan maşınqayırma sənayesinin də inkişafında yeni mərhələ başladı. Respublikada Neft Maşınqayırma Birliyinin nəzdində 20 müəssisə fəaliyyət göstərirdi ki, bunlardan da 15-i iri zavod idi. Bu zavodlarda maşınlar, maşın hissələri, avadanlıqlar, neftçıxarma avadanlıqları, müxtəlif təyinatlı dəzgahlar və s. istehsalı sürətlə inkişaf edirdi. Həmin illərdə Heydər Əliyevin rəhbərliyi altında 60-cı illərdə bu sahədə yaranmış nöqsanlar aradan qaldırıldı, maşınqayırma sənayesinin işini təkmilləşdirmək, modernləşdirmək üçün təsirli tədbirlər görüldü, respublika Maşınqayırma Sənayesi Nazirliyinin qarşısında konkret vəzifələr qoyuldu.
1969-cu ilin avqust plenumunda Maşınqayırma Səna-yesi Nazirliyinin işi ciddi tənqid edildi, burada mövcud olan nöqsanların, geriliyin səbəbləri aşkarlandı və onları aradan qaldırmağın yolları müəyyənləşdirildi.
Nəticədə 70-80-ci illərdə Neft-Mədən Maşınqayırma Müəssisələri Birliyinin maşınqayırma sahəsində işində ciddi dönüş yarandı.
70-80-ci illərdə keçmiş Sovetlər Birliyinin neft maşınqayırma avadanlıqlarına olan tələbatının 70 faizdən çoxunu Azərbaycan neft maşınqayırma müəssisələri ödəyirdi. Bu sahədə L.Şmidt (Səttarxan), P.Montin (Bakı neft-mədən), Kirov (Bakı), Dzercinski (Suraxanı), Keşlə, Y.Qasımov adına və d. maşınqayırma zavodlarının rolu böyük olmuşdur.
Bu illərdə elektrotexnika, cihazqayırma, radiotexnika və digər müasir və yeni sahələrin inkişafı da maşınqayırma zavodlarının yeni texnika ilə təmin olunmasında, genişləndirilməsində, yenidən qurulmasında mühüm rol oynayırdı.
Maşınqayırma sənaye istehsalının özündə elektrotexnika, radiotexnika, cihazqayırma və b. mühüm sənaye sahələrinin xüsusi çəkisi artan sürətlə yüksəlmiş, 1970-ci ildəki 29,1%-dən, 1975-ci ildə 38,2%-a, 1980-ci ildə isə 51,2 faizə çatmışdı.
Respublika Maşınqayırma sənayesinin inkişafında «İttifaqneftmaş» – Ümumittifaq Neft Maşınqayırma Sənayesi Birliyinin rolu böyük olmuşdur. Bu birlik 13 zavoddan, 3 elmitədqiqat konstruktor təşkilatından ibarət idi.
1978-ci il oktyabnn 26-da Azərbaycan KP MK və Nazirlər Sovetində «1978-1980-ci illərdə maşınqayırmanın inkişaf etdirilməsi haqqında» məsələ müzakirə edilmiş və burada qəbul edilmiş müvafıq qərarların yerinə yetirilməsi sahənin inkişafını daha da sürətləndirmişdi.
1971-1980-ci illərdə 4400 yeni növ maşın, cihaz, dəzgah, müxtəlif avadanlıq, o cümlədən bunlardan 400 növü keçmiş SSRİ-də ilk dəfə, istehsal olundu. 1981-1985-ci illərdə respublika maşınqayırma sənayesinin dinamik inkişafı davam etdirilmişdi.
1970-1980-ci illərdə maşınqayırma sənayesi ilə yanaşı, digər sənaye sahələri də sürətlə inkişaf edirdi: 1975-ci ildə istifadəyə verilmiş Bakı məişət kondisionerləri zavodu keçmiş SSRİ-də ən iri zavod idi və ildə 400 min süni iqlim apparatı buraxırdı. Bu illərdə respublikada radio, maşınqayırma, iri elektrotermik soba zavodları, məişət cihazlarını avtomatik idarəetmə qurğuları istehsal edən zavodlar, cihazqayırma zavodunun ikinci növbəsi tikilib istifadəyə verilmişdi.
70-80-ci illərdə yeni yaradılan istehsal sahələrindən biri də əlvan metallurgiya sənayesi olmuşdu. Sumqayıtda alüminium istehsalına başlanmış, Gəncə alüminium zavodunda alüminium oksidi, sulfat turşusu və kalium sulfat alınmaqla alunitlərin kompleks emalı dünyada ilk dəfə olaraq mənimsənilmişdi. SSRİ-də ilk dəfə Bakı alüminium prokatı zavodunda külçəsiz prokat texnologiyası tətbiq edilmişdi. Respublikanın boru-prokat zavodlarının işi yenidən qurulmuş, onun istehsal həcmi xeyli genişlənmişdi.
70-80-ci illərdə Azərbaycanda 18 elektrik stansiyasından ibarət energetika kompleksi yaradılmışdı.
1976-1980-ci illərdə Kür çayı üzərində 380 min kilovat gücündə Azərbaycan DRES-in və 120 min hektar sahəni suvarmaq üçün dəryaça tikilib istifadəyə verilmişdi.
Bu illərdə əlvan metallurgiya sahəsində məhsul istehsalı 2.2 dəfə çoxalmış, sahədaxili əlvan metallar prokatı, xalq istehlakı mallarının istehsalı daha üstün inkişaf etmişdi.
1970-1985-ci illərdə Naxçıvan MSSR-də sənaye istehsalının həcmi 4,5 dəfə, DQMV-də 3 dəfədən çox, Bakıda 2.3 dəfə, Gəncədə (Kirovabad) 3,2 dəfə, Sumqayıtda 2,5 dəfə, Mingəçevirdə 4,1 dəfə, Əli Bayramlıda 1,8 dəfə artmışdı.
80-ci illərin birinci yarısında respublika sənayesi inkişafının ən yüksək səviyyəsinə çatdı. Keçmiş İttifaq üzrə sənaye istehsalının həcmində Azərbaycanın payı 1,5 dəfə, milli gəlirdə 1,6 dəfə artdı.
70-80-ci illərdə (1970-1985-ci illərdə) elektrotexnika sahəsində istehsalın həcmi 72%, kimya və neft kimya sənayesində 205%, maşınqayırma və metal emalı sənayesində 432% artmışdı. Bu illərdə qara və əlvan metallurgiya sənayesi 166%, meşə və ağac emalı sənayesi 186%, tikinti materialları istehsalı 161%), yüngül sənaye 170 faiz artmışdı. 70-80-ci illərdə respublikada sənayenin maddi-texniki bazası möhkəmlənmiş, əsas istehsal fondları 1,4 dəfə artmış, 64 iri müəssisə istifadəyə verilmişdi.
Ümumi gücü iki milyon kilovatt olan Şamxor (Şəmkir) SES, Azərbaycan DRES Zaqafqaziya energetika sisteminə birləşdirilmişdi.

Yüngül və yeyinti sənayesi. Əhalinin ən başlıca problemlərindən biri də onun maddi və sosial həyat şəraitinin təmin edilməsi, gündəlik tələbat mallarına olan ehtiyaclarının ödənilməsidir.
70-80-ci illərdə respublika ərazisində fəaliyyət göstərən 1005 sənaye müəssisəsindən 531-i ağır sənayenin, 38-i energetikanın, 18-i yanacağın, 12-i metallurgiyanın, 164-ü maşınqayırmanın, 25-i kimya və neft kimyasının, 204-ü yüngül sənayenin, qalanları isə yeyinti sənayesinin payına düşürdü.
70-80-ci illərdə həyata keçirilən tədbirlər nəticəsində 60cı illərdə sənayenin bu sahələrində yaranmış çətinliklər və problemlər aradan qaldırıldı. Yüngül və yeyinti sənayesinin inkişafında yeni mərhələ başladı. Yüngül sənayenin inkişafında ipək emalı, pambıqtəmizləmə, pambıq emalı, toxuculuq və digər sahələrin inkişafına diqqət xeyli artırılmışdı.
1976-1980-ci illərdə 38 yeni yüngül sənaye müəssisəsi, o cümlədən Gəncədə (Kirovabad) qənnadı fabriki, ət kombinatı, Bakıda tikiş fabriki, bulka-maya kombinatı, ayaqqabı hissələri fabriki, Sumqayıtda üst trikotaj paltarları fabriki, Xudatda və Lənkəranda konserv zavodları və digər istehsal müəssisələri işə salınmışdı. Bu illərdə respublikanın müxtəlif regionlarında 16 şərab zavodu tikilmişdir və respublikada üzüm emal edən qurğuların gücü üç dəfə artmışdı. Həmçinin yeyinti və yüngül sənaye sahələri texniki cəhətdən yenidən qurulmuş, yeyinti məhsulları sənayesi müəssisələrində müasir texnika və texnologiyanın tətbiqi, istehsal prosesinin avtomatlaşdırılması sahəsində 800-dən çox tədbir həyata keçirilmişdi. Ət və süd istehsalı sahəsində uğurlar daha böyük olmuşdu.
1976-1980-ci illərdə yüngül və yeyinti məhsulları istehsalı 1,4 dəfə, mədəni-məişət və təsərrüfat malları istehsalı 2,7 dəfə yüksəlmişdir. İstehlak mallarının çeşidi genişlənmiş, buraxılan məhsulların 4 mindən çoxu yeni, ilk dəfə buraxılmışdır. Gəncə Xalça Kombinatının işi yeniləşdirilmişdir.
1976-1980-ci illərdə yeyinti sənayesi məhsulları istehsalı 2,6 dəfə artmışdır.
Respublikada ilkin çay emalı fabriklərinin sayı 11-dən 14ə çatmış, iki çay çəkici-bükücü fabriki istifadəyə verilmişdir.
Bu illərdə Azərbaycanda konserv məhsulları istehsalı da böyük sürətlə inkişaf etmişdi. 1980-ci ildə 450 milyon banka konserv buraxılmışdı ki, bu da 1970-ci ildəkinə nisbətən 2,4 dəfə çox idi.
1980-ci ildə Azərbaycanda 76,4 min ton ət, 29,1 min ton kolbasa məmulatları, 219,6 min ton üzlü süd məhsulları, 54,8 min ton bitki yağı, 94,9 min ton qənnadı məmulatı, 164,1 milyon yarım litirlik şüşə qabda mineral sular, 117,8 min ton duz, 18,6 min ton təbii çay istehsal olunmuşdu.
70-80-ci illərdə üzüm emalı və satışı sahəsində də xeyli irəliləyiş olmuşdu.
Bu illərdə Azərbaycanda üzüm satışı 2,1 dəfə çoxalmışdı.
Azərbaycanda şərabçılığın sonrakı inkişafında Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin «Azərbaycan SSR-də kənd təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» 1979-cu ildə qəbul etdiyi qərar mühüm rol oynadı.
1970-80-ci illərdə respublikanın Şamxor (Şəmkir), Xanlar, Lerik, Yardımlı, İsmayıllı, Ağsu, Dəvəçi, Zəngilan və Abşeron rayonlarında şərabçılıq sənayesi istehsalı üzrə aqrar birliklər, Cəlilabad, Tovuz, Şamaxı, Qazax və Füzuli rayonlarında isə aqrar-sənaye komplekslərindən ibarət olan sovxoz-zavodlar yaradıldı.
Nəticədə, 1970-ci ildə respublikada 22,7 milyon dekalitr şərab, 526 min dekalitr konyak istehsal edildiyi halda, 1980-ci ildə şərab istehsalı 70,7 milyon dekalitrə, konyak istehsalı 1,16 milyon dekalitrə çatmışdı. 70-80-ci illərdə Azərbaycanda 2 milyon tonluq müasir tipli ilkin şərab emalı zavodları tikilib istifadəyə verilmişdi. Bakıda fəaliyyət gös-tərən 1 və 2 saylı şərab zavodları yenidən qurulmuş, istehsal edilən şərabların növü isə 40-dan 60-a çatdırılmışdı.
70-80-ci illərdə Azərbaycanda yeyinti və yüngül sənayenin digər sahələri də xeyli inkişaf etmişdi. Lakin 80-ci illərin ikinci yarısında keçmiş SSRİ-də gedən proseslər Azərbaycanda da bu sahənin inkişafına ağır zərbə vurmuşdu.

Müəlliflər: professor İ.X.Zeynalov, dosent X.M.Abbasova

  • Teqlər:
  • sənaye tarixi
  • , Azərbaycan sənayesi

TARİX İNSTİTUTU

1920-ci il aprelin 28-də Şimali Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinə məxsus olan 11 389 597 kv. km ərazi sahəsinin nəinki mübahisəli sayılan 16 598 kv km-i, həm də mübahisəsiz olan 92 298 kv. km ərazisinin bir hissəsi qonşu respublikalara, xüsusilə Ermənistan Respublikasına verilmişdir.

1920-ci il mayında quberniya sistemi ləğv olunmuş, qəza bölgüləri isə saxlanılmışdır.

1920-ci il iyulun 28-də XI Qırmızı ordu hissələri Naxçıvana daxil oldu. Naxçıvan Sovet Sosialist Respublikası elan edildi. Respublikanın ali orqanı – İnqilab Komitəsi yaradıldı. Naxçıvan SSR Şərur, Naxçıvan, Ordubad qəzalarını əhatə edirdi.

1920-ci il dekabrın 2-də RSFSR və Sovet Ermənistanı arasında imzalanan hərbi-siyasi sazişin III maddəsində Rusiya Sovet höküməti İrəvan quberniyasının Zəngəzur qəzasını Ermənistan SSR ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır. Zəngəzur 1921-ci ilin iyununadək erməni-daşnak silahlı qüvvələrinin hakimiyyətində qalırdı. 1921-ci ilin iyununda Əlahiddə Qafqaz ordusu hissələrinin Zəngəzuru daşnak qüvvələrindən təmizlənməsi ilə Zəngəzurun qərb və yuxarı hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi başa çatdırıldı. 1921-ci ilin iyunun 20-də Ermənistan SSR XKS tərəfindən təsdiq olunmuş 8 qəzaya 9-cu Zəngəzur qəzası əlavə olundu.

Beləliklə, Azərbaycan SSR-in göstərilən əraziləri onunla razılaşdırılmadan Sovet Rusiyası tərəfindən Ermənistan SSR-ə verildi.

Azərbaycan SSR XTK-nin 25 oktyabr tarixli arayışına görə keçmiş Zəngəzur qəzasından 405 000 desyatin (4 424,6 kv. km), Qazax qəzasından 379 984 desyatin (4 151,3 kv. km) ərazi Ermənistan SSR-ə verilmişdir.

1921-1922-ci illərdə Azərbaycan SSR-in inzibati bölgüsünə 15 qəza, Naxçıvan SSR-ə isə 3 qəza daxil idi.

Похожие статьи

  • Azərbaycan toxuculuq sənayesi

    Azərbaycan toxuculuq sənayesi Azərbaycanın iri sənayeçisi H.Z.Tağıyev neft sənayesindən əldə etdiyi kapitalın bir hissəsini balıqçılıq, gəmiçilik və…

  • Azərbaycan iqtisadiyyati

    Azərbaycan iqtisadiyyatı 2010-cu ildə ölkədə qaz hasilatı 26,3 milyard kub metr səviyyəsinə çatıb ki, bunun 7,1 milyardı (27,4 faizi) Azərbaycan…

  • Azərbaycan tarixi 7 cilddə 1-ci cild

    AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…

  • Azərbaycan respublikasının müasir inkişaf strategiyası

    TƏHSİLİN İNKİŞAF STRATEGİYASI: nailiyyətlər və əsas hədəflər – Nazir yazdı Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası…

  • Azərbaycan kənd təsərrüfatının tarixi

    Azərbaycan kənd təsərrüfatının tarixi XX əsrin əvvəllərində aqrar sahədə də bir çox irəliləyişlər baş vermişdi. Müharibə ərəfəsində 1,3 milyon desyatinə…

Comments are closed, but trackbacks and pingbacks are open.