Azərbaycan tarixi fənnindən test imtahanı sualları. Variant A
XIX əsrdə Şimali Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti
Azərbaycan tarixi- İmtahan sualları
Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı.
Azərbaycan ərazisində ibtidai-icma quruluşu.
Azərbaycan ərazisində qədim insan məskənləri.
Azərbaycan ərazisində daş dövrü.
Azərbaycan tunc dövründə.
Tayfa ittifaqları və ilkin dövlət qurumları.
Ən qədim dövlət qurumları (Aratta , Kuti, Lulubbi) .
Manna dövlətinin yaranması. Onun ictimai-siyasi quruluşu.
Manna dövlətinin təsərrüfat həyatı.
Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibində.
Azərbaycan Əhəməni sülaləsinin hakimiyyəti dövründə.Atropatena dövləti.
Atropatena dövləti və onun nin tarixi yeri.
Albaniya dövləti.(e.ə IV-b.e III əsrləri)
Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi və onun xüsusiyyətləri
Azərbaycanın Sasanilər tərəfindən işğalı.
Azərbaycan xalqının və dilinin təşəkkülü. Etnik proseslərdə yeni mərhələ.
Albaniya (e.ə. IV- b.e III əsrləri).
Albaniyada Sasani hakimiyyətinə qarşı mübarizə.
Mehranilər sülaləsinin yüksəlişi. Cavanşir hərbi-siyasi rəhbər kimi.
Alban feodal dövlətinin təsərrüfat həyatı.
Xilafətin Azərbaycanı işğal etməsi.
Azərbaycanda İslam dinin yayılması
VII-IX əsrlərdə Azərbaycanın təsərrüfat həyatı.
VIəsrin sonu- VII əsrin əvvəllərində Bizans-İran münasibətləri və Albaniya
Xilafətin inzibati, torpaq, köçürmə və vergi siyasəti.
Xürrəmilər hərəkatı. İctimai-siyasi kökləri, xarakteri və səbəbləri
Babəkin başçılığı altında azadlıq müharibəsi.
Xürrəmilər hərəkatının məğlub olmasının səbəbləri və tarixi əhəmiyyəti.
IX-XII əsrlər Azərbaycan feodal dövlətləri və onların tarixi yeri.
Şirvanşahlar dövləti. (IX-XI əsrlər)
Sacilər və Salarilər dövləti.
Rəvvadilər və Şəddadilər dövləti.
Azərbaycan və Böyük Səlcuq imperiyası.
Azərbaycan Atabəylər dövləti
IX-XII əsrlərdə Azərbaycanın təsərrüfat həyatı.
IX-XII əsrlərdə Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti
XIII əsrin əvvələrində Azərbaycanda ictimai-siyasi vəziyyət.
Monqolların ilk hərbi yürüşləri.
Xarəzm şahların Azərbaycanda möhkəmlənmək cəhdləri.
Monqolların Azərbaycana ikinci yürüşü və nəticəsi.
Qazan xanın islahatları və onların sosial-iqtisadi nəticələri.
Azərbaycanda Çobanilərin və Cəlairələrin hökmranlığı.
XIII-XIV əsrlərdə Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti.
Şirvanşah I İbrahimin daxili və xarici siyasəti.
Əmir Teymurun Azərbaycana işğalçılıq yürüşləri
Azərbaycan Teymurun hakimiyyəti dövründə
XIV əsrin sonu – XV əsrin əvvələrində Azərbaycanda ictimai- siyasi vəziyyəti. Hüru-
Ağqoyunlu dövlətinin xarici siyasəti.
XV əsrdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı.
Səfəvilərin Ərdəbil hakimliyi. Qızılbaşlar hərəkatı.
Səfəvilər sülaləsinin başçılığı altında vahid Azərbaycan dövlətinin yaradılması. I Şah
Azərbaycan Səfəvilər dövlətinin dövlət quruluşu, inzibati – idarə sistemi
Çaldıran döyüşü. I Şah İsmayılın Gürcüstan yürüşləri.
Azərbaycan Səfəvilər dövləti I Şah Təhmasibin dövründə.
Səfəvi-Osmanlı müharibələri- Amasya müqaviləsi (XVI əsrin 30-50-ci illəri)
Səfəvi-Osmanlı müharibələri (XVI əsrin sonu-XVII əsrin əvvəllərində)
I Şah Abbasın islahatları.
Azərbaycan Səfəvilər dövlətində feodal torpaq sahibliyi formaları
Səfəvilər dövlətindəTorpaq və vergi münasibətləri (XVI-XVII əsrlər)
XVI-XVII əsrlərdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyəti
I Pyotrun Xəzərsahili vilayətlərə işğalçılıq yürüşləri
XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanda xalq azadlıq
Azərbaycan Nadir şah Əfşarın hakimiyyəti dövründə
Nadir şah Əfşaraın idarə üsuluna qarşı üsyan və çıxışlar.
Azərbaycanın xanlıqlara bölünməsi.
Cənubi Azərbaycan xanlıqlar
Qubalı Fətəli xanın Azərbaycan torpaqlarını birləşdirmək siyasəti
XIX əsrin əvvəllərində Azərbaycanın daxili vəziyyəti və şimal torpaqlarının Rusiya
tərəfindən işğalının başlanması
Qarabağ, Şəki və Şirvan xanlıqlarının Rusiya tərəfindən işğalı
Azərbaycan torpaqları uğrunda I Rusiya-İran müharibəsi. Gülüstan müqaviləsi
Türkmənçay müqaviləsi. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının nəticələri
Çarizmin Azərbaycanda müstəmləkə siyasəti. Quba üsyanı.
Şimali Azərbaycana ermənilərin kütləvi surətdə köçürülməsi və erməni vilayətinin
XIX əsrin 30-cu illərində rus müstəmləkə rejiminə qarşı üsyanlar (Car-Balakən və
XIX əsrin 30-cu illə-də müstəmləkə rejiminə qarşı üsyanlar (Quba və Şəki üsyanları)
XIX əsrin 40-cı illərində Azərbaycanda inzibati-idarə islahatları (1847-ci il “Kəndli
XIX əsrdə Şimali Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti
XIX əsrin 60-70-ci illərində Şimali Azərbaycanda keçirilən burjua islahatları
1870-ci il 14 may aqrar (kəndli) islahatı
Şimali Azərbaycanda kapitalist münasibətlərinin təşəkkülü və Milli burjuaziyanın
H.Z.Tağıyevin xeyriyyəçilik fəaliyyəti.
XIX əsrdə Şimali Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti
Cənubi Azərbaycan XIX əsrdə və XX əsrin əvvəllərində
1905-1907-ci illərdə Azərbaycanda ictimai-siyasi şərait.
1905-1907-ci illərdə Zaqafqaziyada milli münasibətlərin kəskinləşməsi. Erməni-
Azərbaycan, erməni-gürcü münaqişələri.
Ə.B.Hüseyinzadə, Ə.B.Ağaoğlu, M.Ə.Rəsulzadə, N.Nərimanov, Ü.Hacıbəyov və b.
kimi demokratik fikrin görkəmli nümayəndəkərinin fəaliyyəti.
“Müsavat” partiyasının yaranması və Azərbaycanın siyasi həyatında onun rolu.
Cənubi Azərbaycanda 1905-1911-ci illər milli demokratik çıxışlar.
Təbriz üsyanı, 1908-1910-cu illərdə Səttərxan hərəkatı.
Azərbaycan I dünya müharibəsi dövründə.
I dünya müharibəsi cəbhələrində azər-baycanlıların şanlı döyüş yolu
I dünya müharibəsinin Azərbaycanın sosial-iqtisadi durumuna təsiri.
Azərbaycan 1917-ci fevral burjua-demokratik inqilabı dövründə.
Oktyabr çevrilişindən sonra Azərbaycanda siyasi şərait.
1917-1918-ci illərdə Zaqafqaziyada siyasi vəziyyət. Milli demokratik hərəkatın
1918-ci il Bakıda Mart soyqrımı.
Zəngəzurda erməni quldurlarına qarşı mübarizə. Azərbaycanın ərazi
bütövlüyünün qorunması (1918-1920-ci illər).
Şamaxı, Zəngəzur, Quba bölgələrində erməni vəhşilikləri və soyqrımlar.
Bakı kommunası və Şaumyanın antiazərbaycan siyasəti.
ADR-in yaranması və onun tarixdə yeri.
AXC-nin ilk tədbirləri.
AXC hakimiyyətinin Azərbaycanda bərqərar olması.
AXC-nin ordu quruculuğu.
AXC-nin daxili siyasəti.
AXC-nin xarici siyasəti.
AXC-nin Paris sülh konfransında iştirakı.
AXC-nin mədəni quruculuq sahəsində fəailiyyəti.
1920-ci ildə Bakının işğalı və ADR-in süqutu.
Şeyx Məhəmməd Xiyabani və 1917-1920-ci illərdə Cənubi Azərbaycanda milli
Azərbaycanda sovet hakimiyyətinin qurulması və onun ilk tədbirləri.
Azərbaycanda sovet rejiminə qarşı üsyanlar.
Sovet hakimiyyətinin antiazərbaycan siyasəti.
Azərbaycan ərazi bütövlüyünə qarşı qəsdlər, DQMV-nin yaranması və onun
Azərbaycan xalqı üçün faciəli nəticələri.
Azərbaycanda bolşevik hakimiyyətinə qarşı Gəncə, Qarabağ və Zakatala üsyanları.
YİS və ölkədə birtərəfli sənayeləşmə.
30-cu illərin siyasi məhkəmə prosesləri. Kütləvi repressiyalar.
Azərbaycan müharibə edən böyük dövlətlərin planlarında (1939-1945).
Azərbaycan II dünya müharibəsi illərində.
Azərbaycan döyüşçülərinin II Cahan müharibəsində partisan və müqavimət
1945-1946-cı illərdə Cənubi Azərbaycanda milli-demokratik hərəkat.
Azərbayc-ların Ermənistandan kütləvi surətdə köçürülməsi
1945-1960-cı illərdə Azərbaycanın sosial-iqtisadi vəziyyəti.
Azərbaycan 1960-1980-ci illərdə.
Azərbaycanda yeni siyasi partiyalar, cəmiyyətlər və təşkilatlar. Milli demokratik
hərəkat (1980-ci ilin sonu-1990-cı il).
Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi. Dövlət müstəqilliyinin bərpa
Qondarma Qarabağ probleminin mərkəz tərəfindən qızışdırılması. Respublikada
siyasi böhranın yetişməsi.
Uydurma “Dağlıq Qarabağ problemi”, Yuxarı Qarabağın və Azərbay-canın digər
ərazilərinin Ermənistan tərəfindən işğalı.
1990-cı ilin 20 yanvar qırğını.
Müasir dövrdə Azərbaycanın ictimai-siyasi vəziyyəti.
Azərbaycanın müasir xarici siyasətinin əsas istiqamətləri.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Parlamentinin
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində H.Əliyevin xidmətləri.
Azərbaycanın BMT və digər Beynəlxalq təşkilatlara daxil olması.
Azərbaycanın Avropa Şurasına daxil olması və onun əhəmiyyəti.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsi uğrunda
iqtisadi, sosial-siyasi və hərbi sahədə həyata keçirilən tədbirlər.
ATƏT-in Qarabağ probleminin həlli ilə bağlı qətnamə və qərarlar.
Müstəqillik illərində Azərbaycanın neft strategiyası.
Heydər Əliyev görkəmli ictimai-siyasi və dövlət xadimidir.
Müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı.
Azərbaycan mədəniyyəti müstəqillik illərində.
Azərbaycan tarixi fənnindən test imtahanı sualları. Variant A
Variant A
1. Hansı variant düzgün göstərilmişdir?
a) İudaizm – Tövrat , b) İslam – İncil, c) Xristianlıq – Avesta,
d) Zərdüştlük – Quran, e) Büdpərəstlik – Qrişna.
2. Numizmatika tarixə köməkçi fənn kimi nədən bəhs edir?
a) Qəqədim pullardan, b) qədim xalqlardan, c) qədim tarixdən,
d) qədim insanlardan, e) qədim şəhərlərdən.
3. Uyğunluq pozulmuşdur:
a) Kəlbəcərdə – Əliköməktəpə, Gillidağ, b) Naxçıvanda – Qazma, Kültəpə, c) Qazaxda – Daşsalahlı, Damcılı d) Qarabağda – Azıx, Tağlar, e) Lerikdə – Buzeyr.
4. Variantlardan orta paleolitə aid olanını seçin:
a) Axirət dünyasına ilk dəfə olaraq inam yarandı; ulu icma tədricən parçalanmağa başladı.
b) “Ağıllı insan” tipi yarandı; qəbilə icması meydana gəldi.
c) Anaxaqanlıq meydana gəldi; səsli nitq yarandı.
d) Əhali oturaq həyata keçdi.
5. İnsanlarda “Qoşa nigah” vərdişləri ibtidai icma quruluşunun hansı dövründə meydana gəldi?
a) Eneolitdə, b) Paleolitdə, c) Mezolitdə, d) Neolitdə, e) Tunc dövründə.
6. Əkinçilikdə süni-suvarmanın tətbiqi hansı ibtidai icma quruluşu mərhələsinə təsadüf edir?
a) Erkən Tunca. b) Eneolitə, c) Son tunca, d) Neolitə, e) Orta tunca,
7. Üst paleolit dövrünə aid deyil:
a)“Neandertal insan” yaranıb, b) Bu dövrdə iqlim mülayimləşmiş, flora və fauna zənginləşmişdi c) Bu dövr qalıqlarına Qarabağ və Qazax bölgələrində rast gəlinib, d) E.ə 40-12 minillikləri əhatə edib, e) Qəbilə quruluşu formalaşıb.
8. E.ə III minilliyin ikinci yarısından e.ə II minilliyin sonuna qədər davam etmişdi:
a) Orta tunc, b) Üst paleolit, c) Erkən tunc, d) Mezolit, e) Neolit.
9. Göstərilənlər aiddir:
— Əhalinin yoxsul və varlılara ayrılması gücləndi
— Süni suvarma şəbəkələri genişləndi
— E.ə II-I minillikləri əhatə edir.
a) Son tunc, b) Neolit, c) Mezolit, d) Erkən tunc, e) Paleolit.
10. İbtidai insanlar vəhşi heyvanlardan qorunmaq və qida əldə etmək üçün nə etdilər?
a) birgə yaşamağa başlamışdılar, b) Oddan istifadə etməyə başlamışdılar, c) silahlar düzəltməyə başlamışdılar, d) ox və kamandan istifadə etməyə başlamışdılar e) Qəbilə quruluşunu yaratmışdılar.
11. Uyğun variantı seçin:
1. Erkən Tunc. 2. Orta Tunc. 3. Son Tunc.
A. Siklopik tikililər meydana gəldi. B. Əhali dağətəyi və dağlıq zonalarda məskən saldı.
C. “Köçmə maldarlığı” meydana gəldi.
a) 1C, 2B, 3A, b) 1A, 2B, 3C, c) 1B, 2C, 3A, d) 1B, 2A, 3C e) 1C, 2A, 3B
12. Alt paleolitə aid olanı seçin:
1. Anaxaqanlıq 2. Ibtidai icma sürüsü 3. Tayfa ittifaqı 4. “Azıx adamı” 5. Qəbilə quruluşu.
a) 2,4,5 b) 2,3,4 c) 1,5,4 d) 1,2,3 e) 5,3,1.
13. İkinci ictimai əmək bölgüsü nəticəsində:
a) Sənətkarlıq digər sahələrdən ayrıldı, b) Maldarlıq müstəqil peşəyə çevrildi, c) Sənətkar-tacir qrupu ayrıldı, d) Əkinçilik maldarlıqdan ayrıldı, e) Boyalı qablar mədəniyyəti yarandı.
14. Quruçay mədəniyyəti aiddir:
a) Alt paleolitə, b) Orta paleolitə, c) Üst paleolitə, d) Son Tunca, e) Mezolitə.
15. Azərbaycan ərazisində ibadət evlərinin aşkar edildiyi düşərgələr hansı ibtidai mərhələyə aiddir?
a) Erkən Tunca, b) Son Tunca, c) Mezolitə, d) Orta Paleolitə, e) Neolitə.
16. Xronoloji ardıcılığı düzün:
1. Kür-Araz mədəniyyəti 2. II Böyük ictimai əmək bölgüsü 3. Süni suvarma şəbəkələrinin genişlənməsi 4. Neolit inqilabı. 5. İlk metalın əldə edilməsi
a) 4, 5, 1, 2, 3 b) 5, 4, 3, 2, 1 c) 3, 1, 4, 5, 2 d) 3, 5, 4, 1, 2 e) 4, 5, 2, 1, 3
17. Duluşçuluq məhəlləsi və duluş sobaları tapılmışdır:
a) kültəpədən b) qobustandan c) əliköməktəpədən d) babadərvişdən e) şəkərtəpən
18. Azərbaycanda “ağıllı insanın” formalaşması başa çatdı:
a) üst paleolitdə b) orta paleolitdə c) orta tuncda d) erkən tuncda e) alt paleolitdə.
19. Toxuculuq və saxsı qablar kəşf olunmuşdu:
a) neolitdə b) mezolitdə c) orta pareolitdə d) erkən paleolitdə e) alt paleolitdə
20. Toxa əkinçiliyi xış əkinçiliyini əvəz etdi:
a) erkən tuncda b) mezolitdə c) son tuncda d) eneolitdə e) dəmir dövründə
21. Azərbaycan ərazisində hansı dövrdə süni suvarma artmış və iri kanallar yaranmışdır:
a) orta tuncda b) neolitdə c) eneolitdə d) paleolitdə e) erkən tuncda.
22. Variantlardan hansı dəmir dövrünə aiddir?
a) sinifli cəmiyyətin yaranması b) xış əkinçiliyinin meydana gəlməsi c) ovçuluğun yaranması
d) mübadilənin yaranması e) toxa əkinçiliyinin meydana gəlməsi.
23. Azərbaycan tarixini öyrənmək üçün hansı qaynaq və mənbələrdən istifadə olunur?
a) arxeoloji və yazılı mənbələrdən b) heyvan və bitgi qalıqlarından
c) qəbir, qayaüstü abidələrdən və yazılı mənbələrdən d) qədim yaşayış məskənlərindən
e) arxeoloji və qəbir abidələrindən.
24. Zərdüştlüyün baş məbədi Atropatenanın hansı şəhərində idi?
a) Qazaka b) Persol c) Kabala d) Suz e) Partav
25. “Epiqrafiya tarixə köməkçi elm sahəsi kimi nədən bəhs edir?
a) qədim şəkli yazılardan b) qədim xalqların həyatından c) qədim pullardan
d) qədim insan quruluşundan e) qədim şəhərlərdən.
26. “Etnoqrafiya” sözünün mənası:
a) xalqları öyrənirəm b) dilləri öyrənirəm c) yazı yazıram
d) dinləri öyrənirəm e) şəkil çəkirəm.
27. Kuti dövlətinə aid deyil:
a) Aratta dövləti ilə əsrlər boyu mübarizə aparmışlar. b) Mesopotomiyaya dəfələrlə yürüş etmişdir
c) E.ə XII əsrdə sonuncu hökmdarı Tirikana qarşı üsyan baş vermişdir d) Mesopotomiyada 100 ilə qədər hakimiyyətdə olmuşdular e) Akkad dövləti ilə hərbi münaqişədə olmuşdur
28. Uyğun variantı seçin:
1. Kuti a. Urmiyanın cənub-şərqi
2. Aratta b. Urmiyanın cənubu
3. Lullubi c. Urmiyanın qərbi və cənub-qərbi
a) 1c, 2b, 3a b) 1b, 2a, 3c c) 1a, 2b, 3c d) 1a, 2c, 3b e) 1c, 2a, 3b.
29. Xronoloji ardıcıllığı müəyyən edin:
1. Mannada hakimiyyətin irsi olması, 2. Kuti dövlətinin yaranması, 3. Kutilərin Akkad dövlətini məğlubiyyətə uğratması, 4. Assur hökmdarı III Tiqlaqpalasarın Mazamua vilayətini tutması 5. Manna dövlətinin süqutu.
a) 2,3,4,1,5 b) 1,2,3,4,5 c) 2,3,4,5,1 d) 3,1,2,5,4 e) 5,2,3,1,4.
30. Lullubi tayfalarını vahid hakimiyyət altında birləşdirən hökmdar: a) İmmaşqun b) Naram- Suen c) Satuni d) Anubani e) Enridavazi
31. E.ə. 2-ci minilliyin əvvəlində Urmiya gölü ətrafında Lullubi və Kuti tayfalarından sonra hakimiyyətə gəlmiş sülalələr:
a) Turukki və Sular b) Skiflər c) Saklar d) Kimmerlər e) Mannalılar
32. İranzuya qarşı baş verən üsyandan neçə il sonra Ahseriyə qarşı üsyan oldu.
a) 69 b) 29 c) 39 d) 49 e) 23
33. Aratta və Mannanın oxşar tərəfi:
a) Urmiya gölü ətrafında yaranmaları b) e.ə III minillikdə yaranmaları c) Şumer dövlətini məğlib etmələri d) Şımali Azərbaycan ərazisində yaranmaları e) təkallahlılığa sitayiş etmələri.
34. Manna dövlətinə aid deyil:
a) Midiya dövlətini süquta uğratmışdır
b) Hakimiyyətdə türk sülaləsi idi
c) E.ə. VIII əsrin II yarısında hakimiyyət irsi olmuşdu
d) E. ə .IX əsrdə yaranmışdır
e) Burada mərkəzləşmiş dövlət qurulmuşdu.
35. Xronoloji ardıcıllığı müəyyən edin:
1. Qaumatanın hakimiyyəti ələ keçirməsi 2. Araz çayı yaxınlığındakı döyüşdə II Kirin öldürülməsi 3. Əhəməni imperiyasının süqutu 4. Qavqamela döyüşü 5. II Kirin Astiaqı məğlub edərək yeni dövlət qurması.
a) 5,2,1,4,3 b) 5,1,3,4,2 c) 1,3,2,5,4 d) 3,2,5,1,4 e) 2,1,3,4,5.
36. Sak və Kuti ölkələrinin hökmdarı Titulunu daşıyırdı:
a) Tuqdamme b) İranzu c) II Sarqon d) Ahseri e) Anubani.
37. E.ə 719-cu il və e.ə 716-cı il Manna tarixinə aiddir:
a) Manna hökmdarının hakimiyyətdən getməsi b) hakimiyyət I Rusanın əlaltılarının gəlməsi
c) akkadların yürüşünə məruz qalmaları d) Kimmer, Skif, Sakların axınına məruz qalmalrı
e) hakimiyyətə fars mənşəli hökmdarların gəlməsi.
38. Manna hökmdarlarının hakimiyyət ardıcıllığını müəyyən et?
a) İranzu, Aza, Ulussun, Axşeri, Ualli b) İranzu, Axşeri, Ulusun, Aza, Ualli c) İranzu, Aza, Axşeri, Ulussun, Ualli d) Aza, İranzu, Ulussun, Axşeri, Ualli e) İranzu, Ualli, Axşeri, Ulussun, Aza.
39. İskitlər hansı illərdə Midiyada ağalıq etmişdir?
a) e.ə 653-625 b) e.ə 656-617 c) e.ə 599-504 c) e.ə 578-555 e) e.ə 670-634.
40. Əhəməni imperiyasının yaranması ilə II Kirin Araz çayından şimalda yaşayan massagetlər üzərinə hücumu arasında neçə il fərq var?
a) 20 b) 30 c) 37 d) 45 e) 23
41. Sak, Skif və Kimmerlərin oxşarlığı:
a) Manna ərazisində məskunlaşmışdılar b) Mannanın əsasını qoymuşdular c) Assuriyanı işğal etmişdilər d) Atropatenanın yerli əhalisi hesab olunurdular e) II Sarqonun qoşunlarını məğlub etmişdilər.
42. Kimmer, Skif, Sak tayfaları nəyə inanırdılar:
a) Coxallahlılığa b) Zərdüştliyə c) Təkallahlılığa d) Xristianlığa e) Atəşpərəstliyə
43. İskit padşahlıqı süqut etdi:
a) E.ə VI əsrdə b) E.ə.V əsrdə c) Eramızın ilkin illərində d) E.ə.IV əsrin sonu e) E.ə. VII əsrdə
44. Midiyanın əsasını qoymuşdu:
a) Deyok b) Kiaksar c) Axşeri d) II-Kir e) Astiaq
45. Midiya dövlətinin mövcudluğuna necənci ildə kim tərəfindən son qoyulmuşdur:
b) E.ə.634-ci ildə Assur hökmdarı Aşurbanipal tərəfindən
c) E.ə. 330-cu ildə Makedoniyalı İskəndər tərəfindən
d) E.ə. 650-ci ildə Mannalı Axseri tərəfindən
e) E.ə.323-cü ildə Atropat tərəfindən.
46. II Sarqonun Mannaya hücumu ilə Aşşurbanipalın Mannaya hücumu arasında neçə il fərq var?
a) 66 b) 71 c) 68 d) 84 e) 61.
47. “Kerifto” adlı yerdən aşkar edilən memarlıq abidəsi nəyi sübut edir?
a) Atropatena mədəniyyətinə yunan yazı və əsəatirlərinin təsirini b) Mannada çoxallahlığın mövcud olduğunu c) Atropatena dövlətinin Roma əsarətində olduğunu d) Atropatenada atəşpərəstliyin əsas din olduğunu e) Atropatenada Assur yazılarının təsirinin olduğunu.
48. Variantlardan biri II Kirə aid deyil:
a) Makedoniyalı İskəndərlə mübarizə apardı. b) Özünü Midiya şahı elan etdi c) Babilistanı işğal etdi d) Ekbatana şəhərini paytaxt elan etdi e) İran dövlətinin əsasını qoydu
49. E.ə IV əsrin ikinci yarısında baş vermişdir:
a) Bariaksın üsyanı b) İran dövlətinin yaranması c) Midiyanın süquti
d) Mannanın süqutu e) Maqneziya vuruşması.
50. Xronoloji ardıcıllığı müəyyənləşdir:
1. Qavqamela döyüşü 2. Şuandahul və Durdukka şəhərlərindəki üsyan 3. Maqneziya döyüşü
4. Atəşpərəstliyin yaranması 5. Atropatena ilə Roma dövlətləri arasındakı döyeşlər.
a) 2,4,1,3,5 b) 2,4,3,1,5 c) 1,3,2,5,4 d) 5,1,3,2,4 e) 3,5,2,4,1.
51. Atropatena dövlətini idarə edirdi:
a) Padşah b) Xalq yığıncağı c) Ağsaqqallar şurası d) Yerli canişinlər e) varlı quldarlar.
52. Quamata dövlət çevrilişi etdi:
a) II Kambis Misir səfərində olarkən b) III Dara İskəndərə məğlub olduqdan sonra c) I Dara öldükdən sonra e) II Kirin Tomrisə məğlib olmasından sonra.
53. Atropatena haqqındakı variantlardan biri yanlışdır:
a) Hegemon-klassik quldar dövləti idi b) Mədəniyyətinə Yunan mədəniyyətinin təsiri olmuşdur
c) Dövləti Atropat yaratmışdır d) Orduya padşah özü rəhbərlik edirdi e) Bir müddət Selevkilərdən asılı vəziyyətdə olmuşdur.
54. Atropatenada “Maq” kimlərə deyilirdi?
a) din xadimlərinə b) qullara c) iri feodallara d) azadlara e) iri quldarlara.
55. Göstərilənlərdən hansı Atropatena hökmdarı olmayıb?
a) Artaban b) Atropat c) Artobazd d) Artobazan e) Ariobarzan.
56. Bizim eranın 20-ci ilinə aiddir:
a) Atropatena dövlətinin Parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına keçməsi. b) Parfiya dövlətinin Roma imperiyasına məğlub olması c) Albaniya dövlətinin Alanların hücumuna məruz qalması d) Maqneziya döyüşündə selevkilərin romalılar tərəfindən məğlub edilməsi e) Roma sərkərdəsi Antoninin Faaspaya hücum etməsi
57. Xronoloji ardıcıllığı düzün:
1. Pompeyin Albaniyaya yürüşü 2. Roma imperatoru Neronun Albaniyaya yürüşə hazırlaşması
3. Qobustan kitabəsində romalıların izləri 4. Roma imperatoru Adrianın Albanlarla dostluğu.
a) 1,2,3,4. b) 3,2,4,1 c) 1,3,2,4 d) 4,1,3,2 e) 4,3,2,1
58. Roma sərkərdəsi Pompeyin və Antoninin yürüşləri zamanı Albaniyanı hansı hökmdarlar idarə edirdi?
a) Oroys, Zober b) Oroys, Kozis c) Kozis, Vaçe d) Vaçe, Oroys e) Kozis, Zober.
59. Sasani hökmranlığı zamanı Albaniyada ərəblərin “iqta”sını əvəz edən torpaq mülkiyyət forması hansı idi.
a) xostak. b) patrik c) şinakan d) xaraq e) dastakert
60. E.ə VI Əsrə aiddir:
a) Azərbaycanda vahid xalqın yaranması prosesinin başlanması b) İranzuya qarşı üsyan c) II Sarqonun Mannaya yürüşü d) Mannanın süqutu e) Aratta dövlətinin yaranması.
61. E.ə I əsrə aiddir:
a) Pompeyin Albaniyaya yürüşü b) Alanların Azərbaycana yürüşü c) Qavqamela döyüşünün baş verməsi d) Massagetlərin Albaniyaya yürüşü e) Maqneziya döyüşünün başverməsi.
62. Katakomba abidələri aşkar edilmiş şəhərlər:
1. Mingəçevir 2. Naxçıvan 3. Salyan 4. Şəki 5. Qəbələ.
a) 1,5 b) 1,4 c) 2,3 4) 3,4 e) 5,2
63. III əsrin ortalarına qədər davam etmişdir:
a) Roma – Alban əlaqələri b) Makedoniya – Alban əlaqələri c) Parfiya – Roma müharibəsi
d) İran – Makedoniya müharibəsi e) II Sarqonun Urartuya yürüşləri.
64. Atropatena və Albaniya dövlətləri yarandı:
a) Midiya dövlətinin süqutu nəticəsində b) İskəndərin imperiyasının parçalanması nəticəsində
c) Maqneziya döyüşü nəticəsində d) Selevki imperiyasının parçalanması ilə e) İran dövlətinin yaranması ilə.
65. E.ə I əsrin 30-cu illərinə aiddir:
a) romalıları yenidən şərqə yürüşü b) şüşə qabların istehsalı c) yeni pulların istifadəyə verilməsi d) su dəyirmanlarından istifadə edilməsi e) katakomba qəbirlərinin yaradılması.
66. Kür çayı sahilində döyüş baş verdi:
a) romalılarla albanlar arasında b) romalılarla alanlar arasında c) selevkilərlə atropatenalılar arasında d) yunanlarla albanlar arsında e) makedoniyalılarla iranlılar arasında.
67. Üzük möhürlərdən istifadə edirdilər:
1. Sənədləri təsdiq etmək üçün 2. Məhsulların qablarını möhürləmək üçün 3. Dəblə ayaqlaşmaq üçün 4. Zadəgan olduqlarını sübut etmək üçün.
a) 1,2 b) 2,3 c) 3,4 d) 1,4 e) 2,4
68. Xronoloji ardıcıllığı müəyyən edin:
1. Amid döyüşü 2. Sanatürkün erməni çarlığına yürüşü 3) Dizirav döyüşü
4. Erməni çarlığının süqutu.
a) 2,1,3,4 b) 4,2,1,3 c) 1,3,2,4 d) 3,1,4,2 e) 2,3,1,4.
69. Atropatenada mövcud olan əsas vergilər:
a) xaraq, gezit b) dastakert, xostak c) xaraq, dastakert d) gezit, cizyə e) xüms, zəkat
70. Məzdəkilərlə bağlı olan variantlardan yanlış olanı göstərin:
a) Xeyri şər üzərində qələbəsinin mümkünsüzlüyünü qeyd edirdilər. b) İnsanlar arasında əmlak bərabərliyi yaratmaq istəyirdilər c) Əmlakı varlılardan alıb yoxsullara paylayırdılar d) Ədalətli cəmiyyəti mübarizə yolu ilə yaratmaq istəyirdilər e) Ədalitli cəmiyyəti qurmaq istəyirdilər
71. Azərbaycanda feodal münasibətləri nə vaxt meydana gəlib?
a) III-V əsrləsdə b) III-IV əsrlərdə c) II-III əsrlərdə d) IV-V əsrlərdə e) V-VI əsrlərdə.
72. Erkən orta əsrlərdə Azərbaycana olmuş türk axınları hansı millətin adı ilə bağlıdır?
a) hunların b) kimmerlərin c) alanların d) skiflərin e) xəzərlərin
73. Sasanilərin köçürmə siyasətinin məqsədləri nədən ibarət idi?
1. özlərinə etnik dayaq yaratmaq istəyirdilər b) xəzinənin yükünü yüngülləşdirmək üçün imperiyada yeksək maaş alanları köçürmək istəyirdilər c) xristian dininin təbliğinə qarşı güclü dayaq yaratmaq istəyirdilər d) torpaqsız İran kəndlilərini münbit torpaqlarla təmin etmək istəyirdilər.
a) 1,4 b) 1,3 c) 2,4 d) 2,3 e) 1,2
74. Natural təsərrüfat nədir?
a) bazarla əlaqəsi olmayan, bütün zəruri təsərrüfat mallarının malikanə daxilində istehsal olunduğu təsərrüfat b) bazarla əlaqəsi olan, bütün zəruri tələbat mallarının malikanə daxilində istehsal olunduğu təsərrüfat c) bazarla əlaqəsi olmayan, zəruri təlabat mallarının malikanədən kənarda istehsal olunduğu təsərrüfat d) bazarın rol oynamadığı, bütün istehsalın satış üçün hazırlandığı təsərrüfat e) insanların özlərinin ehtiyacını ödəmək üçün əldə etdiklərinin bir hissəsinin bazar üçün istehsal olunduğu təsərrüfat.
75. Xristianlığı dövlət dini elan etmiş Alban hökmdarı kimdir?
a) Urnayr b) Cəsur Vardan c) Mömin Vaçaqan d) Sanatürk e) I Vaçe
76. Albaniyada xırda və orta torpaq sahibləri necə adlanırdı?
a) azatlar b) patriklər c) maliklər d) icmalar e) rəncbərlər.
77. Albaniyada kəndlilər necə adlanırdı?
a) şinakan b) rəiyyət c) rəncbər d) azat e) xostak
78. Albaniyada hakimiyyətdə olmuş sülalələrin ardıcıllığını göstərin:
a) arani, massaget-arşaki, mehrani b) arşaki, arani, mehrani c) mehrani, arani, arşaki
d) massaget-arşaki, mehrani, arani e) arani, arşaki, məzyədi.
79. Orta əsrlərdə “İerarxiya” nə idi?
a) feodal nərdivanı. b) xüsusi vəzifə c) kəndli sinfi d) döyüş strategiyası e) feodal rütbəsi
80. Roma ordusu ilə Albanlar arasında baş vermiş “Kür” vuruşması ilə “Qanıx” döyüşü arasında neçə il fərq var?
a) 1 b) 10 c) 3 d) 7 e) 17.
81. Alban hökmdarı II Vaçe və III Mömin Vaçaqanı birləşdirirdi:
a) xristian dini etiqadını təbliğ etmələri b) atəşpərəstlik ehkamlarını müdafiə etmələri
c) Albaniyanın Roma ilə ittifaqına meyl etmələri d) xəzərlərin hücumunu dəf etmələri
e) Romaya qarşı mübarizədə sasanilərlə birgə iştirak etmələri.
82. Girdiman qalası kimin zamanında tikilmişdir?
a) Vardan b) Cavanşır c) II Vaçe d) III Vaçaqan e) Urnayr
83. Xronoloji ardıcıllığı müəyyən edin:
1. Mehranilərin Albaniyada hakimiyyətə gəlməsi 2. Sasanilərin süqutu 3. Mani hərəkatı
4. Məzdəkin edamı 5. Aquen kilsə məclisi.
a) 3,5,4,1,2 b) 1,3,2,5,4 c) 2,4,3,1,5 d) 4,3,5,2,1 e) 5,1,2,4,3.
84. Sasani dövləti ilə Alban dövlətinin oxşarlığı:
a) əhalisinin dörd təbəqəyə bölünməsi b) Atropatenanı işğal etmələri c) eyni vaxtda yaranmaları d) türk dilli sülalə tərəfindən idarə olunmaları e) Pompeyin hücumuna məruz qalmaları.
85. Bizim eranın V əsrinə aiddir:
a) Aquen kilsə məclisi b) Amid döyüşü c) Dzirav döyüşü
d) Məzdəkin edamı e) Mehranilərin Albaniyada hakimiyyətə gəlməsi.
86. Urnayrın Amid və Dzirav döyüşlərində Sasanilər tərəfindən vuruşmasının səbəbi:
1. sasani hökmdarının hörmətini qazanaraq erməni çarlığından pay almaq 2. alban torpaqlarının bütövlüyünü qorumaq 3. erməni dəstələrinin Albaniyaya qarşı qəsbkarlığına son qoymaq
4. ölkə baş qaldırmış qiyamları yatırmaq.
a)2, 3, b) 4,3 c) 1,4 d) 2,4 e) 1,3
87. III əsrə aid deyil:
a) Sanatürkün yürüşü b) Parfiyanın süqutu c) Atropatenanın Sasanilərin tərkibinə qatılması d) Sasani dövlətinin yaranması e) Albaniyanın Sasani dövləti tərkibinə qatılması.
88. Xəlifə Əlinin zamanımda əsas diqqət yönəldilirdi:
a) xərac yığılmasına deyil, torpağı səmərəli əkib becərməyə b) iri feodallardan əlavə vergilərin alınmasına c) torpağın əkilib əkilməməsindən asılı olmayaraq xərac toplanmasına d) əhalinin bütün vergilərdən azad olunmasına e) xristianlardan can vergisinin alınmasına.
89. VII əsrin 60-cı illərinin əvvəlləri və VIII əsrin 90-cı illərinin oxşarlığı.
a) xəzərlərin Azərbaycana hücumu b) xəzərlərin Albaniyaya hücumu c) ərəblərin Dərbənddən şimala hücumu d) sasanilərlə ərəblər arasında döyüşlər e) Sasani dövləti tərkibində üsyanların baş verməsi.
90. Alban hökmdarı Cavanşır Albaniyaya qayıtdıqdan sonra ərəblərə qarşı ittifaqa girdi:
a) Bizansla b) xəzərlərlə c) Roma ilə d) Sasani dövləti ilə e) səlcuq türkləri ilə.
91. Xronoloji ardıcıllığı müəyyən edin:
1. Kadisiya döyüşü 2. Cavanşırın xəlifə Müaviyyə ilə görüşməsi 3. Mehranilərin süqutu
4. Girdiman dövlətinin yaranması.
a) 4,1,2,3, b) 3,1,2,4 c) 4,3,1,2 d) 1,2,3,4 e) 2,4,3,1.
92. Ərəblərlə Sasanilərin yeritdikləri siyasətin oxşar cəhətləri:
1. Köçürmə siyasəti həyata keçiriblər 2. Eyni əsrdə süqut ediblər 3. Roma ilə müharibə aparıblar 4. Can vergisi alıblar.
a) 1,4 b) 1,3 c) 2,4 d) 1,2 e) 2,3.
93. Həmədan döyüşü ilə Kadisiyyə döyüşünün oxşarlığı:
1. VII əsrin 30-cu illərində baş verməsi 2. ərəblərin məğlub olması 3. Sasanilərin məğlub olması 4. xəzərlərin qalib gəlməsi 5. eyni əsrdə olması.
a) 3,5 b) 1,3 c) 1,2 d) 2,4 e) 2,5
94. Xəlıfə Müaviyyənin Cavanşırə güzəştə getməsinin səbəblərinə aid deyil:
1. Albaniyanın strateji coğrafi mövqeyi 2. Xilafətin Bizansa qarşı mübarizəsində Cavanşırın ərəblərə kömək etməsi 3. Cavanşırın şəxsi nüfuzu 4. Ərəblərin Cavanşırdən gələcəkdə xəzərlərə qarşı istifadə etmək istəməsi.
a) 2,4 b) 1,3 c) 2,3 d) 1,4 e) 1,2.
95. Göstərilənlər hansı torpaq mülkiyyəti üçün xarakterikdir:
—- Dövlət tərəfindən orduda göstərdiyi sədaqətli xidmətə verilirdi.
—- Sahibinin şəxsi mülkiyyətinə çevrilir və nəsildən nəsilə keçirdi.
a) bağışlanan iqta b) icarəyə verilən iqta c) dastakert d) xərac e) mülk
96. Ərəb ağalığı zamanı “Bərid” nə idi?
a) poçt xidməti b) dövlət orqanı c) vergi növü d) mülkiyyət forması e) dini idarə
97. Ərəb ağalığı zamanı “Mövliya” kimlərə deyilirdi?
a) yerli əyanlara b) Xristianlara c) Azərbaycanda məskunlaşmış ərəblərə d) varlı əyanlara e) atəşpərəstlərə.
98. Azərbaycanda nigah bağlanmasından, ölü basdırılmasından, novruz bayramı keçirilməsindən belə vergi alanərəb xəlifəsi kim idi?.
a) Əl-Mənsur b) Əl-Mötəsim c) Əl-Mömin d) Harun-ərRəşid e) Müaviyyə.
99. Xilafət ağalığı zamanı “Amil” kimlərə deyilirdi?
a) vergilərin yığılmasına nəzarət edən əmir müavininə b) şəhər hakiminə c) iri torpaq sahibinə d) vəzirə e) məhkəmə işlərinə baxana.
100. II Bələncər vuruşması ilə ərəblərin Albaniyanın müstəqilliyinə təmamilə son qoyması arasında neçə il fərq var?
a) 52 b) 53 c) 152 d) 78 e) 155.
101. Savalan vuruşması ilə Xürrəmilərin ərəblərə qarşı ikinci üsyanı arasında neçə il fərq var?
a) 78 b) 108 c) 75 d) 88 e) 107
102. Sasani şahı ilə ərəb xəlifəsinin Cavanşirə münasibətdə oxçarlığı:
a) ona hörmət və ehtiram göstərib, hədiyyələr vermələri b) Bizansa qarşı onunla ittifaqa girmələri
c) onu qoşuna sərkərdə təyin etmələri d) xəzərlərə qarşı Cavanşırdən istifadə etmələri e) ölkə daxilindəki üsyanları yatırmaqda Cavanşırdən istifadə etmələri.
103. 653-cü ilə aiddir:
a) İkinci Bələncər döyüşü b) Dərbənd səddinin tikilməsi c) Ərdəbil müqaviləsi
d) Nəhavənd döyüşü e) Birinci Bələncər döyüşü.
104. Xronoloji ardıcıllığı düzün:
1. Ərəblərin Azərbaycanda əhalini, mal-qaranı siyahıya alması 2. Albaniyanın süqutu
3. II Bələncər döyüşü 4. Kadisiya döyüşü 5. Sasanilərin süqutu.
a) 4,5,3,2,1 b) 5,4,3,2,1 c) 4,5,2,3,1 d) 5,4,3,1,2 e) 4,3,5,1,2.
105. VII əsrin 40-cı illərinə aid deyil:
a) Ktesifon döyüşü b) Ərdəbil əhalisinin ərəblərə qarşı yenidən üsyan qaldırması
c) I Bələncər döyüşü d) Nəhavənd və Həmədan döyüşləri e) Ərəblərin Dərbənddən şimala ilk hücumu.
106. Yerli əhalidə ərəblərə qarşı münasibətdə mülayimləşməyə səbəb olan amillərə daxil deyil:
a) əhalinin bütün vergilərdən azad edilməsi b) xilafətin Azərbaycandan topladığı vergilərin və töycülərin miqdarının sasanilərinkindən dəfələrlə az olması c) adamların şəxsiyyətinin və mülkiyyətinin qorunması d) xalqın ərəblərə qədərki yadelli basqınlardan əziyyət çəkməsi
e) dağıdıcı Sasani-Bizans müharibələrinin xalqa vurduğu zərbə.
107. VIII əsrə aid deyil:
a) Xürrəmilərin ikinci üsyanı b) Albaniyanın daxili müstəqilliyinin ərəblər tərəfindən ləğv edilməsi c) Xaricilərin üsyanı d) Beyləqanda Müsafirin başçılığı ilə üsyan e) Babəkin anadan olması.
108. Ərəb sərkərdəsi Buğa Əbu Musa üsyanını yatırmışdır:
a) hiylə işlədərək b) onu danışıqlarla öz tərəfinə çəkərək c) yerli əyanların xəyanətindən istifadə edərək d) üsyan iştirakçılarının bir qismini öz tərəfinə çəkərək e) böyük hərbi qüvvə tətbiq edərək.
Qəbul imtahanlarında düşən SUALLAR
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Qeyd edək ki, imtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulurdu. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verib.
Abituriyentlərdən 33462 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 15599, III qrup üzrə 17863 nəfər), 3097 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1654, III qrup üzrə 1443 nəfər) məzunudur. Abituriyentlərin 16194 nəfəri oğlanlar (II qrup üzrə 10974 nəfər, III qrup üzrə 5220 nəfər), 20365 nəfəri isə qızlardır (II qrup üzrə 6279 nəfər, III qrup üzrə 14086 nəfər). 28318 nəfər cari ilin orta ümumtəhsil müəssisələrinin, 8241 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 93 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 196 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1960-cı ildən, ən gənci isə 2003-cü ildəndir.
Похожие статьи
-
Azərbaycan beynəlxalq radiosu tarix vəmüasirlik
Azərbaycanın ən bahalı məktəbləri – İllik təhsil haqqı 61 min manat – SİYAHI 11. Oxbridge Academy Azadlıq Radiosu, Meydan TV və Azadlıq qəzetinin…
-
Azərbaycan beynəlxalq radiosu tarix və müasirlik
Azərbaycan beynəlxalq radiosu tarix və müasirlik JURNALİSTİKANIN NƏZƏRİYYƏSİ VƏ TƏCRÜBƏSİ Azərbaycan beynəlxalq radiosu tarix və müasirlik Bakıda “Arsak…
-
Azərbaycan ərəb yürüşləri ərəfəsində
AZƏrbaycan tariXİ» FƏNNİNDƏN (kredit sistemi) proqram Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada…
-
Azərbaycan tarixi kurikulumla 6-11
Azərbaycan tarixi kurikulumla 6-11 9. 1863-cü il Zaqatala üsyanına aid deyil: Azərbaycan tarixi. XI sinif. KSQ №2 1.Rusiyada təhkimçilik hüququ ləğv…
-
Azərbaycan xalq cümhuriyyəti haqqında məlumat
Azərbaycan xalq cümhuriyyəti haqqında məlumat Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə…
Comments are closed, but trackbacks and pingbacks are open.