Press "Enter" to skip to content

Fənn-Sinif üzrə mündəricatlar

Qeyd edilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında 47 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Azərbaycan İlahiyyat İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının komandaları bu il ilk dəfə olaraq müsabiqəyə qoşulublar.

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib

Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.

Tədbirdə məlumat verilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur. Budəfəki yarışın oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə keçirilməsi təsadüfi deyil. Bu gün Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etməsindən 27 il keçir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, 1993-cü il iyunun ortalarınadək ölkədəki mövcud vəziyyət bu müstəqilliyin kövrək olduğunu göstərdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda sabitliyin və inkişafın başlanğıcı oldu. Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hər sahədə inkişaf etdi.

Qeyd edilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında 47 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Azərbaycan İlahiyyat İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının komandaları bu il ilk dəfə olaraq müsabiqəyə qoşulublar.

Ali təhsil müəssisələrində əyani əsaslarla bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr bu il də müsabiqəyə hazırlıq məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlar Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycan tarixinə, Ümummilli Liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.

Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub.

Müsabiqə 3 turda keçirilib və hər turda Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 12 sual səsləndirilib. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib və mükafatlandırılıb.

Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

İlk dəfə yarışmada iştirak edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının II kurs tələbəsi Polad Həbibov təəssüratlarını bölüşərək deyib: “Artıq bir neçə dəfədir intellektual oyunlarda iştirak edirəm, lakin belə miqyasda bir yarışda olmamışdım. Bundan böyük qürur hissi duyuram. Bu yarışma bizə Heydər Əliyev şəxsiyyəti, Ulu Öndərin həyatı və irsi ilə daha yaxından tanış olmağa imkan verdi. Ümidvaram ki, maraqlı oyun keçəcək, bütün komandalara uğurlar arzulayıram”.

Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Firudin Həmidli yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq deyib: “Bu ilin fevralında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla yaradılmış İlahiyyat İnstitutu bu yarışmada ilk dəfə iştirak edir. Yarışın ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması bizə xüsusi stimul verir. Bu yarışda daha həvəslə iştirak edirik. Komandamız bilik yarışmasına ciddi hazırlaşıb, özümüzə güvənirik və uğur əldə edəcəyimizə inanırıq”.

Bilik yarışında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası ikinci, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası üçüncü yerlərə layiq görülüblər.

Qalib komandalar mükafatlandırılıb.

Yarışın qalibi olan Dövlət Sərhəd Xidməti Akademiyasının IV kurs tələbəsi, kiçik çavuş Seyidəli Abbasov yarışa çox ciddi hazırlaşdıqlarını bildirib: “Ötən il olduğu kimi, bu ildə yarışın qalibi olduğumuz üçün çox sevinirik. Bu qələbənin Sərhəd Qoşunlarının yaranmasının 100 illiyi ərəfəsinə təsadüf etməsi bizi daha çox sevindirir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan bu yarışın təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Yarışma ildən-ilə daha da təkmilləşir. Bu il əvvəlki illərlə müqayisədə suallar daha çətin idi. Buna baxmayaraq, gücümüzü göstərdik və qələbə qazandıq. Buna görə çox sevinirik”.

Ümummilli lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin hər bir azərbaycanlı gənc üçün böyük fəxr olduğunu söyləyən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının kapitanı Bəxtiyar Əlizadə yarışmada uğur əldə etdiklərinə görə çox sevindiyini bildirib. O, Ulu Öndərin irsinin tələbələr və gənclər arasında təbliğ olunmasında və bu cür bilik yarışlarının təşkil edilməsində böyük rolu olan Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

Azərbaycan tarixi

“LANDAU” məktəbinin şagirdlərinin daha bir qrupu AZƏRTAC-da olub. Məktəblilər əvvəlcə Agentliyin yeni binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və .

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə.

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb.

Uşaq səfirlər STEAM mərkəzində

Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, .

ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər

ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına – günəş enerjisini artıran reaksiyaya .

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

5-ci sinif

5-ci sinif onlayn sınaq imtahanları 5-ci sinif ümumi orta təhsil həyatının ilk və şagirdlərin ən çox çətinlik çəkdiyi illərdən biri hesab olunur. İbtidai sinifi bitirmiş hər bir şagird artıq dünyaya daha geniş pəncərədən baxmağa, yerli və dünya ədəbiyyatı, təbiət, ətraf mühit, dünya tarixi, coğrafiyası və müxtəlif mədəniyyətlər haqqında daha dərin məlumatlar əldə etməyə başlayır. Bu dövrdə şagirdlərdən daha çox araşdırma edib yeni məlumatlar əldə etmələri tələb olunur. 5-ci sinif testləri ilə də hazırlıq prosesində sizə yardımçı olacaqdır. 5-ci sinif imtahanları üçün uğurlu nəticələr əldə etmək üçün sınaq imtahanları, mövzu testləri sizin üçün tövsiyə olunandır. 5-ci sinif materialı əsasında hazırlanmış sınaq imtahanlarında iştirak edin. Əlbəttə ki, sınaq imtahanlarında iştirak etməyiniz sizə mövzuları mənimsəmə səviyyənizin müəyyənləşdirməniz üçün nəzərdə tutulub. Rəqəmsal dünya, qiymətləndirmə ətrafında yenilikçi olmaq üçün getdikcə daha çox imkanlar gətirir. Müxtəlif rəqəmsal vasitələr və istənilən vaxt hər yerdə məlumatın geniş yayılması ilə, orta məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək və qiymətləndirmək üçün müxtəlif yanaşmalarından yaradıcı şəkildə istifadə etmək mümkündür. Oxuyan.az platformasına daxil olaraq, istənilən fənn üzrə (riyaziyyat, kimya, fizika, tarix, ingilis dili, azərbaycan dili və.s) çox saylı sınaq testlərində və imtahanlarında iştirak etmək sizə 5-ci sinifdə əldə etdiyiniz bilikləri testlər ilə qiymətləndirmə bilərsinir.

Oxuyan platforması online sınaq imtahanları, yarışlar, müsabiqələr, online test bazası və suallar ilə hər kəs üçün bərabər təhsili hədəfləyir. Təhsil layihəmiz magistr, ibtidai sinif, orta məktəb, abituriyent, müəllim, xaricdə təhsil almaq və bir çox başqa növ sınaq imtahanında iştirak etmək istəyənlər üçündür.

Похожие статьи

  • Azərbaycanın dövlət və hüquq tarixi

    Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə…

  • Azərbaycan tarixi 1 cild

    Azərbaycan Tarixi (Yeddi cilddə) Tarix üzrə elmlər doktoru Ədalət Qasımovun «Heydər Əliyevin tərəqqi strategiyası və Naxçıvan Muxtar Respublikası (XX…

  • Azərbaycan xalq cumhuriyyətinin 100 illiyi

    Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir Sonra Əməkdar Artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti oldu. Daha sonra…

  • Azərbaycan çekistləri.

    Azərbaycan çekistləri Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi…

  • Azərbaycan tarixi bdu

    Bakı Dövlət Universiteti Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil…

Comments are closed, but trackbacks and pingbacks are open.