Press "Enter" to skip to content

8-ci sinif Azərbaycan tarixi

Hərbi islahat nəticəsində ordunun güclənməsi.

TƏHSİL KOMPASI

CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020

SON YAZILAR

Post Top Ad

  • AZƏRBAYCAN DİLİ
  • BİOLOGİYA
  • COĞRAFİYA
  • FİZİKA
  • İBTİDAİ SİNİF
  • İNFORMATİKA
  • İNGİLİS DİLİ
  • KİMYA
  • RİYAZİYYAT
  • TARİX
  • MƏNTİQ
  • KURİKULUM
  • DÖVLƏT QULLUĞU
  • MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
  • HAZIRLIQ KURSLARI
  • REPİTİTORLAR
  • DƏRSLİKLƏR
  • BƏDİİ ƏDƏBİYYAT -PDF
  • BƏDİİ ƏDƏBİYYAT PDF 2
  • HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
  • ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
  • KİTAB GÖNDƏR
  • XƏBƏR
  • ARAŞDIRMA
  • MARAQLI
  • BLOG YAZILARI
  • DÜNYA TƏHSİLİ
  • SƏNƏDLİ FİLMLƏR
  • FORUM
  • Haqqımızda
  • KSQ , BSQ , TESTLƏR

Home TARİX 5 – ci sinif Azərbaycan tarixi – Tarixi şəxsiyyətlər-Öyrədici vasitə

5 – ci sinif Azərbaycan tarixi – Tarixi şəxsiyyətlər-Öyrədici vasitə

8-ci sinif Azərbaycan tarixi

Orta ümumtəhsil məktəblərinin 8-ci siniflərində istifadə olunan “Azərbaycan tarixi” (“Təhsil” nəşriyyatı, Bakı-2015), dərsliyi barədə ümumiləşmiş qeydlər Bakı ş., 72 saylı məktəb-liseyın tarix müəllimi
Aydın Allahverdiyev

İllik tədris yükü 68 saat nəzərdə tutulan dərslik formal olaraq 29, faktiki isə 39 paraqrafdan ibarətdir. Bunun səbəbi 12,13 və 18-ci paraqrafların dünya təcrübəsində tətbiq olunan, lakin Azərbaycan üçün ənənəvi olmayan I, II, III və s. kimi hissələrə ayrılmasıdır. Ancaq müəlliflərin bu bölgünü hansı prinsipə əsaslanaraq və nə üçün (təlimə verdiyi fayda baxımdan) apardıqları aydın deyil.
Dərsliyin bütün paraqrafları fənərciklərə ayrılmış, müxtəlif tipli sual və tapşırıqlarla təchiz olunmuşdur. Lakin təəssüf ki, sual və tapşırıqların tərtibi zamanı çoxlu üslub qüsurlarına yol verilmiş, bir sıra hallarda pedaqoji normalar pozulmuş və MMV-də tövsiyə olunan alt standartların tələbləri nəzərə alınmamışdır. Əksər paraqraflarda mövzuya motivasiya xarakterli girişlə başlanmış, ancaq bu pozitiv üslub bütün paraqraflarda gözlənilməmişdir.
Ümumən 200 səhifədən ibarət olan dərsliyin hər paraqrafı 5-6 səhifədən ibarətdir. Bu, şagird üzərinə düşən informasiya yükünün bərabər paylanması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, əvvəlki tarix dərslikləri ilə müqayisədə, burada faktoloji məlumatlar nisbətən azdır. Lakin təəssüf ki, bu dərslikdə də tarixi hadisə və proseslərin səbəb-nəticə əlaqələrinin, sinxronluğunun, qanun və qanunauyğunluqlarının şərhinə deyil, ənənəyə uyğun olaraq, müxtəlif tarixi fakt və hadisələrin konstatasiyasına üstünlük verilmişdir. Tarixi faktların paraqraflar üzrə paylanmasında da disproporsiyalar mövcuddur. Məsələn: §1 və 3-də əsr, il, ay və gün formasında 23 (!), §2 və 4-də isə 6-7 xronoloji fakt verilmişdir. Nəticədə, dərslikləri qiymətləndirmə meyarlarında verilmiş 1.4. Tədris vahidlərinin və materiallarının sadədən mürəkkəbə doğru ardıcıllığının təmin olunması tələbi pozulmuşdur.
Dərslik mündəricat, ön söz, 111 şəkil və illüstrasiya, 20 xəritə, mətni mənimsəməyə yardım etmək məqsədilə tərtib olunmuş 9 sxem, 34 tarixi mənbə və “Bunu bilmək maraqlıdır” başlıqlı məlumat bazasına malikdir. Paraqraflarda istifadə olunmuş şərti işarələrin izahı və mündəricat dərsliyin əvvəlində verilmişdir. Bu da təlim zamanı kitabla işləməyi xeyli asanlaşdırır. Paraqrafların adı nisbətən yığcam tərtib edilmişdir. Bu, mövzunu jurnala qeyd edərkən daha az vaxt itkisinə səbəb olduğundan, təqdirəlayiqdir. Bəzi paraqrafların adı motivasiya baxımından uğurlu seçilmişdir. Lakin təəssüf ki, bu əksər paraqraflar üçün səciyyəvi deyildir.
Yeni təlim standartaları əsasında tərtib olunmuş digər dərsliklərindən, həmçinin orta ümumtəhsil məktəblərinin 8-ci siniflərində istifadə edilən “Ümumi tarix” dərsliyindən fərqli olaraq, bu dərslikdə mövzulara aid açar sözlər verilməmişdir.
Dərslikdə fənn kurikulumundakı bütün məzmun standartlarının reallaşdırılmasına cəhd edilmişdir. Lakin tədris vahidlərində həm əsas, həm də alt standartların tətbiqi nisbəti kəskin şəkildə pozulmuşdur.
Göründüyü kimi müəlliflər standartları reallaşdırarkən mədəniyyət və məkanla bağlı məsələlərə daha az diqqət yetirmişlər. Ən çox diqqət yetirilən Zaman standartındakı 1.1.1. alt standartına isə cəmi bir dəfə müraciət olunmuşdur. Ümumiyyətlə, 15 alt standartdan 7-sinə digərləri ilə müqayisədə xeyli az (1-3 dəfə) diqqət ayrılmışdır. Standartların reallaşdırılması səviyyəsindəki bu cür kəskin nisbət pozuntularının olması, şagird qabiliyyətlərinin hərtərəfli inkişafına mənfi təsir göstərdiyindən, yolverilməzdir.
Dərslikdə təlim materiallarının müasirliyi, elmiliyi, dəqiqliyi və mötəbərliyi prinsipi əsasən gözlənilmisdir. Lakin bəzi mövzularda tarixi fakt və hadisələrin ifadəsi zamanı yol verilən texniki və üslub qüsurları, həmçinin rast gəlinən fikir ziddiyyətləri qeyd olunan prinsipin müəyyən mənada həm də, pozulmasına səbəb olmuşdur. Məsələn: §2, səh.19-da Hörmüzün liman və boğaz olması ilə bağlı mətnin müxtəlif hissələrində fərqli fikirlərin verilməsi, yaxud §3, səh.20-də giriş mətnində artıq köhnəlmiş “Ön Qafqaz” ifadəsindən istifadə olunması, yenə orada, Hörmüzün geri alınması ilə bağlı səh.22-də xəritədə verilmiş məlumatla, səh.24-dəki məlumatın bir-birini təkzib etməsi, yaxud §5, səh.32-də 3-cü abzasda Rusiyanın Volqa çayı sahillərini və Xəzər dənizi hövzəsini guya XVII əsrdə işğal etməsi ilə bağlı verilmiş fikir və s. bu kimi faktlar dediklərimizi təsdiq edən nümunələrdəndir.
Təqdim olunan mövzularda dərsliyə verilən didaktik tələblər qismən ödənilmişdir. Burada Azərbaycan tarixində iz qoymuş müxtəlif tarixi şəxsiyyətlərin və hadisələrin nümunəsində şagird şəxsiyyətinin formalaşdırılması istiqamətində müəyyən addımlar atılmış, milli dəyərlərimizi əks etdirən bəzi faktlar verilmişdir. Lakin təəssüf ki, sosial təcrübə baxımdan gənc nəsil üçün örnək ola biləcək, onları düşündürəcək situasiyalara dərslikdə demək olar ki rast gəlinmir. Bu dərslik də sovet dövründə olduğu kimi avtoritar üslubda yazılmış, bütün yardımçı materiallar, o cümlədən sual və tapşırıqlar da yalnız müəllif fikrinin təsdiqinə və möhkəmləndirilməsinə istiqamətlənmişdir. Alternativliyə yol verilməməsi, mövcud dərsiliyin informativ xarakterli olub, daha çox hafizə yönümlü təlimə xidmət etməsini şərtləndirmişdir. Bunu isbat etmək üçün istənilən paraqrafa, xüsusən də tarixi qaynaqların verildiyi mövzulara nəzər salmaq kifayətdir.
Təqdim olunan mövzularda fəndaxili inteqrasiya müəyyən qədər gözlənilsə də, fənlərarası inteqrasiyaya çox az diqqət yetirilmişdir. Yalnız 20-ci paraqraf bu mənada müəyyən istisna təşkil edir. Qeyd etdiklərimiz MMV-də verilən tematik planlaşdırma sxemində və mövzular üzrə tövsiyələrdə də (5-6-cı mövzular istisna olamqla) öz təsdiqini tapır. Dərslikdə davamlı inkişaf konsepsiyasına uyğun dəyərlərin (ətraf mühitə qayğıkeş münasibət, təbii sərvətlərdən səmərəli istifadə və s.) təbliğinə də az diqqət yetirilmışdir. Təəssüf ki, bu yeni və son dərəcə aktual olan düşüncə tərzinin yetişməkdə olan gənc nəslə aşılanması üçün dərslikdə yadda qalan hər hansı bir örnək verilməmişdir.
Mövzularda gender bərabərliyi gözlənilməmiş, etnik mənsubiyyət və dini inanclarla bağlı məsələlərdə həssas yanaşma təmin olunmamışdır. Dərslikdə cəmi iki qadının- Tuti Bikə və II Yekaterinanın adının çəkilmiş, yalnız bir qadının (Tuti Bikənin) və bir qızın (yönləndirici sual işarəsi) şəkli verilmişdir. Ölkəmizə hücum edən yadellilərdən bəhs edərkən, onların sərvət hərisliyindən daha çox, dini mənsubiyyətləri qabardılmış, birgə yaşadığımız qardaş xalqların etnik mənsubiyyəti məsələsində mübahisəli və həssas məqamlara yanaşmada korrektlik pozulmuşdur.
Dərslikdə müəllim və şagirdlərə 433 sayda müxtəlif tipli sual və çalışmalar təqdim olunmuşdur. Onların bir qismi sərbəst sütunda, bir qismi mətnin içərisində, digərləri isə paraqrafın sonundakı “Sual və tapşırıqlar” bölməsində verilmişdir. Qeyd olunan pərakəndəlik təlim zamanı müəyyən çətinliklər yaradır. Qabaqcıl dünya təcrübəsində olduğu kimi onların tipinə və xarakterinə görə qruplaşdırılıb bir yerdə verilməsi, zənnimcə daha yaxşı olardı. Təqdim olunan sual və tapşırıqların çoxu şagirdlərin yaş səviyyəsinə uyğundur. Onların bir qismi həm də yaradıcı xarakter daşıyır. Ancaq buna baxmayaraq, verilən çalışmaların əksəriyyəti qapalı tiplidir və şagirdi yalnız idrak taksonomiyasının I (Bilmək) səviyyəsində yoxlamağa imkan verir. Təəssüf ki, bəzi sual və tapşırıqların tərtibi zamanı üslub qüsurlarına yol verilmiş, bəzilərində isə pedaqoji normalar pozulmuş və ya MMV-də tövsiyə olunan alt standartların tələbləri nəzərə alınmamışdır. Məsələn: §3, səh.24-də yuxarıda verilmiş sualda çap xətasından qaynaqlanan elmi səhv var. Şah I Abbas “XVIII əsrin 20-ci illərində” deyil, XVII əsrin 20-ci illərində osmanlılara qarşı növbəti əməliyyatlara başlamışdır, yaxud §4, səh.30-da verilmiş sual və tapşırıqların heç biri MMV-də tövsiyə olunan alt standartları reallaşdırmağa istiqamətlənməmişdir və s. Pedaqoji normaların pozulmasına isə ən çox tədqiqat və motivasiya suallarında rast gəlinir. Məsələn: §5, səh.20, 2-ci sual: Avropa ölkələri öz məqsədlərinə çatdılarmı? (hansı?), §9, səh.52, 2-ci sual: Osmanlı dövləti Rusiyanın planlarına (hansı?) necə mane oldu?, yaxud §9, səh.52, 2-ci sual: Osmanlıların siyasəti ruslardan nə ilə fərqlənirdi? (nə vaxt? harada?) və yaxud §11, səh.64, 1-2-ci suallar: Bu məsul vəzifəni kim öz üzərinə götürdü? Səfəvi dövlətinin ərazilərini azad etmək üçün o nə etdi? və s.
Dərslikdə cəmiyyətin humanistləşməsi baxımdan son dərəcə əhəmiyyətli olan inklüzivliyin təmin olunması üçün materiallar (bir neçə sual və tapşırıq istisna olmaqla) demək olar ki, yoxdur. Halbuki biz bu gün siniflərdə sağlamlıq imkanları məhdud olan uşaqlarla da işləyirik. Differensial təlim üçün materiallar isə təəssüf ki, sual və tapşırıqlar səviyyəsindən kənara çıxmır.
Dərslikdə tarixi inkişafın qanun və qanunauyğunluqları, tarixi hadisə və proseslərin səbəb-nəticə əlaqələri, onların əhəmiyyətinin müəyyən edilməsi ilə bağlı məsələlər zəif işıqlandırılmışdır. Bu, həm də fənn kurikulumundakı əsas məzmun standartlarında “Tarixi nəziriyyə” standartının nəzərdə tutulmaması ilə bağlıdır.
Müəlliflər tərtib etdikləri mətni dil və üslub cəhətdən mümkün qədər sadələşdirməyə çalışmış, yeni söz və anlayışları xüsusi şriftlə fərqləndirərək, izahını vermişlər. Lakin təəssüf ki, fikirlərin təkrarlanması, onlar arasında rabitəsizlik, yaxud ziddiyyətlərin olması dərsliyin ən çox rast gəlinən qüsurlarındandır. Dərsliyin digər qüsurlardan biri də dil qaydaları ilə bağlıdır. Bəzi mətnlərdə dil qaydaları pozulmuş, bəzən durğu işarələri unudulmuş, bir sıra hallarda isə sadə və anlaşıqlı ifadə olunması mümkün olan cümlələr mürəkkəb və dolaşıq yazılmışdır. Məsələn, §1, səh.12, 2-ci abzasın sonuncu cümləsi dil qaydalarına görə: “1585-ci ildə, Sufiyan döyüşündə qüvvələri az olan qızılbaşlar geri çəkildilər”- kimi yazılmalı, §3-də giriş mətninin 4-cü cümləsindəki “. təhrik edərək. ” ifadəsindən sonra vergül işarəsi qoyulmalıdır. §7, səh.43, 2-ci abzasda yazılmış: “Bu dövrdə Şirvanın böyük bir hissəsində həm şah, həm də yerli feodalların zülmünə qarşı qalxan silahlı üsyan dalğaları geniş vüsət almaqda idi.”(121 işarə)- cümləsini daha sadə və anlaşıqlı formada belə ifadə etmək olardı: “ Bu dövrdə Şirvanda şahın və yerli feodalların zülmünə qarşı üsyanlar genişlənməkdə idi.” (75 işarə)
Dərslikdə şagirdin söz ehtiyatının artırılması üçün müəyyən iş görülmüş, mətn daxilində və xüsusi ayrılmış yerlərdə ümumən 27 yeni anlayışın izahı verilmişdir. Onlardan 6-sı məkanla, 1-i çəki sistemi ilə bağlıdır.Yeni anlayışların əksəriyyəti (səh.146-da verilənlər istisna olmaqla) xüsusi işarə və şriftlə fərqləndirilmişdir. Lakin bir illik təlim dövrü üçün nəzərdə tutulan, 39 mətn və 200 səhifədən ibarət bir dərslikdə cəmi 27 yeni anlayışın verilməsi, zənnimcə şagirdlərin söz ehtiyatının sürətli inkişafı üçün yetərli deyildir .
Şagirdlərin təlim materiallarını daha yaxşı mənimsəməsinə yardım etmək məqsədi ilə dərslikdə 111 illüstrasiya verilmişdir. Onların çox az bir qismi orijinaldır. Yəni xüsusi olaraq bu dərslik üçün hazırlanmış və bu vaxtadək heç yerdə istifadə olunmamışdır. Təəssüf ki, bəzi əvvəlki dərsliklərdə olduğu kimi, burada da şəkil, xəritə və sxemlərin heç biri (səh 27-dəki şəkillər istisna olmaqla) nörələnməmişdir. İllüstrasiyaların bir qismində şəkilaltı informasiya çatışmır. Məsələn: səh.32-də 1-ci şəkil, səh.50-dəki şəkil, səh.105-də, sağda aşağıdakı (?) şəkil və s. Səh.172-dəki şəkil isə təsvir olunan hadisənin qışda (fevralda) baş verdiyini yadda saxlamağa yardım etmir. Bəzi illüstrasiyaların solğun və qarışıq (səh.176-177) çəkilməsi, bir qisminin isə yerində olmaması mətnin səmərəli mənimsənil-məsinə mənfi təsir göstərir. (səh.43-dəki şəkillər, səh.172-dəki şəkil və s.) Bəzi görkəmli tarixi şəxsiyyətlərin təsvirləri ifadəlik və cəlbedicilik baxımdan uğurlu seçilməmişdir. (səh.15, 41 və s.)
Dərslikdə mövzuların mənimsənilməsinə yardım edən 20 müxtəlif xəritədən istifadə edilmişdir. Onların əksəriyyəti şərti işarələrlə təchiz olunmuşdur. Verilmiş coğrafi obyektlərin adı aydın oxunur. İstifadə olunmuş rənglər yorucu deyil. Lakin təəssüf ki, müəyyən çatışmazlıqlar burada da mövcuddur. Məsələn: səh.13-də döyüş yerlərini və paytaxt şəhərlərini bildirən şərti işarələr verilməmişdir; səh.22-də həm döyüş yerlərini və paytaxt şəhərlərini bildirən şərti işarələr verilməmiş, həm də Portuqaliyadan geri alınmış ərazi səhvən 1620-ci il (1622-ci il olmalıdır) göstərilmişdir; səh.111,114 və s. xəritələrdə isə ümumiyyətlə şərti işarələr verilməmişdir.
§13-II, III, IV və V mövzular cüzi istisna təşkil etməklə dərsliyin tərtibatında vahid dizayn üslubu əsasən gözlənilmiş, dərsliyin üz qabığı onun məzmununa uyğun tərtib olunmuşdur.
Dərsliyin bütün müsbət və mənfi cəhətlərinin təhlili, sonda bizi iki əsas suala cavab vermək zərurəti qarşısında qoyur. 1) Dərslik müstəqil təlimə imkan verirmi? 2) Dərslik interaktiv təlimə zəmin yaradırmı? Zənnimcə 1-ci sualın cavabı “Yox!”, 2-ci sualın cavabı isə “Cüzi”dir.

Yükləmək ücün qeydiyyatdan keçin!

Fnn Azrbaycan tarixi Sinif VIII sinif Mvzu Tnzzldn

Fənn: Azərbaycan tarixi. Sinif: VIII sinif. Mövzu: Tənəzzüldən qüdrətə aparan yol.

. Alt standartlar: 3. 1. 1. Mərkəzləşmiş dövlətin yaranması və tənəzzülü, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizənin xüsusiyyətlərini şərh edir. 4. 1. 1. Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin ( şah I İsmayıl, şah I Təhmasib, şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı Çələbi) fəaliyyətini dəyərləndirir.

Təlimin məqsədi: 1. XVI əsrin sonlarında Azərbaycan torpaqları uğrund gedən mübarizənin xüsusiyyətini şərh edir. 2. Şah I Abbası Azərbaycanın dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyət kimi dəyərləndirir. Təlimin forması: fərdi və qruplarla iş. Təlimin üsulu: Venn diaqramı, suallar, müzakirə, şaxələndirmə. .

Dərsin tipi: Yeni bilik və bacarıqların öyrədilməsi. İnteqrasiya: C. 3. 2. 1. ; Ü-t. 4. 1. 1. ; Az-d. 2. 2. 3. ; Resurslar: VIII sinif Azərbaycan tarixi dərsliyi , XVI əsr Azərbaycanın siyasi xəritəsi, iş vərəqi, İKT.

Vaxt bölgüsü. Motivasiya- 5 dəqiqə. M Tədqiqatın aparılması- 10 dəqiqə. Məlumatın mübadiləsi- 10 dəqiqə. Məlumatın müzakirəsi- 5 dəqiqə. Nəticə və ümumiləşdirmə- 5 dəqiqə. Motivasiya- 5 dəqiqə. Yaradıcı tətbiqetmə-5 dəqiqə. Tədqiqatın Ev tapşırığı-aparılması 2 dəqiqə. 15 dəqiqə Məlumatın mübadiləsi- 10 dəqiqə Qiymətləndirmə-3 dəqiqə.

Motivasiya Qüdrət Sülh müqavi ləsi Hərbi islahat Bu şəkillər arasında hansı əlaqə ola bilər? Şah IAbbas Tənəzzül Səfəvi dövləti. Böhran Güc İnkişaf

Səfəvi dövlətində gündən-günə ağırlaşan siyasi və hərbi vəziyyət hakimiyyətə güclü əqidəyə və siyasi mövqeyə malik bir şəxsin gəlməsini tələb edirdi. Bu şəxs Şah I Abbas oldu. 42 il Səfəvi dövlətini idarə etmiş Şah I Abbasın (1587 -1629) yürütdüyü siyasət nəticəsində Səfəvi dövləti tənəzzüldən qüdrətə doğru yüksəldi.

1. Şah I Abbas Səfəvi dövlətinin keçmiş qüdrətini necə bərpa etdi ? 2. Siz hökmdar olsaydınız dövləti böhrandan çıxarmaq üçün hansı işlər görərdiniz ?

Şah I Abbas Səfəvi dövlətinin sarsılmış qüdrətini bərpa etmək məqsədilə islahatlara başladı. İslahatlar, əsasən, hərbi və inzibati sahələrdə aparıldı. Şah I Abbas mərkəzi hakimiyyəti gücləndirdi.

Tədqiqat sualı: Şah I Abbasın Azərbaycan tarixindəki rolu nədən ibarətdir?

1. Mərkəzi hakimiyyəti gücləndirdi. 2. Hərbi islahat keçirdi. 3. Şah I Abbas 1593 -cü ildə Ərdəbil, Zəncan, Xalxal Qaracadağ, və Lənkəran vilayətləri Qızılüzən və Kür çayları arasında yerləşən geniş əraziləri Azərbaycan bəylərbəyiliyində birləşdirdi. Bəylərbəyiliyin “Azərbaycan qoşunu “ adlı xüsusi hərbi dəstəsi vardı. Bununla da Şah I Abbas Azərbaycanın dövlətçilik ənənələrini qorudu.

Mərkəzləşmiş Şah hakimiyyəti.

İstanbul müqaviləsinə əsasən Səfəvi dövlətinin ərazisi.

Hərbi islahat nəticəsində ordunun güclənməsi.

Qruplar: Qızılbaş qoşunu Qulamlar Topçular Tüfəngçilər

Qrup 11 Qrup 1. Şah I Abbasın hərbi islahat keçirmkdə məqsədi nə idi ? 1. 1590 -cı ildə İstanbul müqaviləsinə əsasən osmanlılara verilmiş torpaqları geri qaytarmaq məqsədilə şah I Abbas hərbi islahat keçirdi. 2. Hərbi islahata aid sxemi doldurun.

Hərbi islahata aid sxemi doldurun. Səfəvi ordusu Qızılbaş qoşunu Səfəvi ordusunun əsasını təşkil edən qızılbaş süvari dəstəsi. Qulamlar Qafqaz mənşəli döyüşçülərdən təşkil edilmiş xüsusi dəstə idi. Topçular Xüsusi topxana və topçular dəstəsi yaradılmışdır. Tüfəngçilər Müxtəlif vilayətlərdən xüsusi siyahı ilə çağırılmış şəxslərdən ibarət idi.

Qrup 2 1. 1590 -cı ildə imzalanmış İstanbul müqaviləsinə əsasən hansı Azərbaycan torpaqları osmanlılara verildi? 2. Həmin əraziləri kontur xəritədə göstərin. Ərdəbil, Xalxal, Qaracadağ, Zəncan və Lənkəran istisna olmaqla bütün Azərbaycan torpaqları osmanlılara verildi.

İstanbul müqaviləsinə görə osmanlılara verilən ərazilər. Şimali. Azərbaycan ərazisi Təbriz Xoy Urmiya Marağa Həmədan Səfəvilər dövləti

Qrup 3 Şah I Abbası Şah I İsmayılla müqayisə edin.

Venn diaqramı Fərqli. Şah I Abbas Mərkəzi hakimiyyəti gücləndirərək Səfəvi dövlətinin itirilmiş qüdrətini bərpa etdi. Hərbi və inzibati islahatlar nəticəsində Səfəvi döləti gücləndi. Fərqli. Oxşar. Şah I İsmayıl Hər iki şah osmanlılarla və şeybanilərlə müharbə aparıb. Avropa dövlətlərilə diplomatik əlaqə saxlayıb. 1501 -ci ildə Səfəvi dövlətinin əsasını qoyub. Şah I İsmayılın dövründə Səfəvilər dövlətinin ərazisi Dərbənddən Xorasana qədər geniş ərazini əhatə edirdi.

Qrup 4 1. XVI əsrin sonunda Səfəvilərin qarşısında xarici siyasət sahəsində hansı vəzifələr dururdu?

1. XVI əsrin sonunda Səfəvilərin qarşısında xarici siyasət sahəsində hansı vəzifələr dururdu? XVI əsrin sonunda Səfəvilərin qarşısında xarici siyasət sahəsində 3 əsas vəzifə dururd. 1. Xorasanı Şeybanilərdən geri almaq. 2. Osmanlıların işğal etdikləri torpaqları azad etmək. 3. İran körfəzində mühüm liman olan Hörmüzü Portuqaliyadan geri almaq və onun burada hegemonluğuna son qoymaq.

Məlumatın mübadiləsi və müzakirəsi. Hər bir qrup liderləri təqdimatlarını bitirdikdən sonra suallardan istifadə etməklə müzakirə aparılır və tədqiqat sualına cavab aydınlaşır.

Hərbi islahat nəticəsində güclü və daimi nizami ordu yaradıldı.

Səfəvilər 1599 -cu ildə ərazi bütövlüyünün bərpası istiqamətində ilk addım ataraq, Şeybaniləri məğlub etdi və Xorasanı geri aldılar.

Səfəvi dövləti mərkəzləşmiş güclü dövlətə çevrildi.

Nəticə və ümumiləşdirmə. Aparılan tədqiqatdan sonra sual və müzakirələr nəticəsində Səfəvilər dövlətinin keçmiş qüdrətinin bərpa olması və Şah I Abbasın bu sahədə apardığı uğurlu siyasəti göstərilir. Şagirdlərin biliyini daha da möhkəmləndirmək üçün müəyyən edilmiş vaxdı nəzərə alaraq video dərslikdən istifadə olunur.

Yaradıcı tətbiqetmə. Şah I Abbasın Azərbaycanı böhrandan çıxarma bacarığını Heydər Əliyevin Azərbaycanı böhrandan çıxarma cəhdləri ilə müqayisə edin. Onlar arasında oxşar və fərqli cəhətləri Venn diaqramında göstərin.

https: //www. youtube. com/watch? v=Zix 295 n 2 XJ 0

Venn diaqramı Fərqli Şah I Abbas 1587 -ci ildə hakimiyyətə gəldiyi dövürdə Səfəvi dövləti tənəzzülə doğru gedirdi. Apardığı islahatlar nəticəsində, yürütdüyü uğurlu siyasət sayəsində dövlətin nüfuzu bərpa olundu. Fərqli Oxşar Hər iki dahi şəxs Islahatlar nəticəsində dövləti böhranda çıxarmışlar. Heydər Əliyev 1993 -cü ildə hakimiyyətə gəldiyi dövürdə dövlət uçuruma doğru gedirdi. Müstəqilliyimizin itirilməsi təhlükəsi vadı. Ulu öndərin uzaqgörən və sülhpərvər siyasəti sayəsində dövlətimiz xilas oldu.

Ev tapşırığı Şah I Abbas barədə internetdən əlavə məlumat toplayın.

Qiymətləndirmə meyarları: şərhetmə, dəyərləndirmə. I II III XVI əsrin sonlarında Azərbaycan torpaqları uğrunda gedən mübarizənin xüsusiyyətlərini şərh etməkdə çətinlik çəkir. XVI əsrin sonlarında Azərbaycan torpaqları uğrunda gedən mübarizənin xüsusiyyətlərini sualların köməyilə şərh edir. XVI əsrin sonlarında Azərbaycan torpaqları uğrunda gedən mübarizənin xüsusiyyətlərini asanlıqla şərh edir. Şah I Abbası Azərbaycanın dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyət kimi dəyərləndirərkən ciddi səhvlərə yol verir. Şah I Abbası Azərbaycanın dövlətçiliyində mühüm rol oynamı ştarixi şəxsiyyət kimi dəyərləndirərkən bəzi səhvlərə yol verir. Şah I Abbası Azərbaycanın dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyət kimi asanlıqla dəyərləndirir.

Şagirdlərin özünüqiymətləndirmə vərəqi. Tapşırığı tam və düzgün yerinə yetirdim Məntiqi Sual-cavabda Əməkdaşlıq Etiket yanaşmam aktiv idim etdim qaydalarına var idi riayət etdim

Hazırladı: Göygöl rayon Üçtəpə kənd tam orta məktəbin tarix müəllimi Məmmədova Elnurə. [email protected] com

Comments are closed, but trackbacks and pingbacks are open.