Azərbaycan abidələr və tarixi yerlər diyarıdır18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Hülakulər (Elxanilər) dövləti
Azrbaycan tarixi i cild
Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
2010-cu ilin sentyabrın 1-də isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
Bəs, müstəqillik dövrünə qədər Azərbaycanın tarixi torpaqlarında hansı bayraqlar dalğalanıb. Tarixi bayraqlarımızı sizlərə təqdim edirik:
Midiya
Əhəmənilər imperiyası
Atropatena
Albaniya
Sasanilər dövləti
Ərəb Xilafəti
Xürrəmilər hərəkatının mübarizə bayrağı
Xəzər Xaqanlığı
Səlcuq İmperatorluğu
Atabəylər (Eldənizlər) dövləti
Hülakulər (Elxanilər) dövləti
Qaraqoyunlu dövləti
Ağqoyunlu dövləti
Şirvanşahlar dövləti
Səfəvi İmperatorluğu
Əfşarlar imperiyası
Qacarlar imperiyası
Azərbaycan Demokratik Respublikasının 1918-ci ildəki ilk bayrağı
Azərbaycan SSR-nin 1952-1991-ci illərdəki bayrağı
Cənubi Azərbaycanda “Azadistan” dövlətinin bayrağı
Azərbaycan Demokratik Respublikasının 1918-1920-ci illərdəki və müasir Azərbaycan Respublikasının bayrağı
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs üçrəngli Dövlət Bayrağımız, milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdı.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Şanlı Azərbaycan bayrağını yaşadaraq gələcək nəsillərə ötürmək isə bizim öhdəmizə düşür.
Aktual.az
Azərbaycan abidələr və tarixi yerlər diyarıdır
18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Bakı, 17 aprel (AZƏRTAC, Gözəl Ağayeva). Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunmuşdur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
İbtidai icma dövrü adlandırılan çox qədim zamanlardan başlayaraq bəşər övladının bu dünyada yaşayışı nəinki izsiz ötməmiş, əksinə, o, özündən sonrakı nəsillərə çox şeylər söyləyəcək maddi və mənəvi mədəniyyət qoymuşdur. Yaşadığımız dünya elə qurulmuşdur ki, hər xalqın keçmişi, həyat tərzi onun tarixi abidələrində və yerlərində təcəssüm olunur. Nələrsə bu günümüzə tam gəlib çatmış, nələrdənsə xarabalıqlar qalmış, nələrsə öz izini yalnız nağıllarda, əfsanələrdə saxlamışdır. Bunun da təbii fəlakətlər, müharibələr, “bərpa” adı altında məqsədli dəyişmələr, dağıdılma və nəhayət, zaman kimi səbəbləri vardır.
İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Zəngin müşahidə qabiliyyəti və mütəxəssisin gözü isə bu abidələrdən çox şirləri oxuya bilər. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik kimi ülvi hissləri aşılayır. Xalqın mənəvi xəzinəsinin, “mən”inin cəmləşdiyi bu maddiyyat insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir.
Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olmuşdur. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.
Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış insanların tarixən keçdikləri kəşməkəşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapmışdır. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunub saxlanılır. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz bağlardır. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.
Ölkəmizin ərazisində Manna, daha sonralar güneydə Atropatena dövlətlərinin yaranması ilə bağlı şəhərlər salınmış, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdir. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və s. şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Ümumiyyətlə, islamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunmuşdur. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, dünya memarlığının ən gözəl incilərindəndir. Bu məqamda ulu öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər: “Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.
Abidələr və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən yan ötməmişdir. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli – 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalmışdır. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı altındadır.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunmuşdur. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Qobustandakı muzey isə ötən il Avropanın ən yaxşı muzeyləri sırasında olmuşdur. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır.
Milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə bundan sonra görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli bir sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilmişdir.
Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.
Gözəl Ağayeva
Comments are closed, but trackbacks and pingbacks are open.