Azərbaycan intibah mədəniyyəti (IX – XIII əsrin əvvəlləri)
İntibah dövründə yaşayan Azərbaycan ustaları metal məmulatları hazırlamaqda çox mahir idilər. Metaldan hazırlanıb, üzərinə müxtəlif, təktarolunmaz bəzəklər vurulmuş, müxtəlif növ qablar və silah nümunələri bir incəsənət nümunəsi kimi dəyərlidir. Belə sənət nümunələrindən biri də Gəncənin məşhur qala qapılarıdır. Gəncə qapılarını Şəddadi nəslindən olan Azərbaycan hökmdarı Əbuləşvar Şavurun göştərişi ilə məşhur usta İbrahim Osmanoğlu 1063-cü ildə düzəltmişdi. Bu nadir sənət incisi dəhşətli 1139-cu ii zəlzələsindən istifadə edib Gəncə şəhərinə hüçum edən gürcü işğalçıları tərəfindən qənimət kimi aparılmışdır.
Heydər Əliyev epoxası Azərbaycan tarixinin milli intibah dövrü kimi xarakterizə olunur – Sevil Mikayılova
Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə sözün əsl mənasında milli intibah dövrü kimi xarakterizə olunur.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
O bildirib ki, uzunillik misilsiz xidmətləri ilə xalqın böyük etimad və məhəbbətini qazanmış Ulu Öndər milyonlar üçün Böyük Xilaskar oldu.
“Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə gəlməsi ilə qoyuldu.
1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider ilk növbədə ölkədə siyasi sabitliyi təmin etdi. Ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirərək onun müstəqilliyini əbədiləşdirdi. Zamanın ağır və sərt sınaqlarına vüqarla sinə gərən müstəqil Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit formalaşdırdı.
Heydər Əliyev söyləmişdi: “Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir”. Dövrünün fenomenal siyasi xadimi, dünya siyasətinin nadir şəxsiyyətlərindən olan Ulu Öndərin fikri bugün narahat dünyamızda baş verən bir çox siyasi gərginliklər fonunda necə də aktualdır! Danılmazdır ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın və onun yaratdığı dövlətin həyatında həlledici rol oynayır. Ulu Öndərin ən böyük gücü dərin və hərtərəfli biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Kamil siyasətçi və dövlət xadimi olaraq Ulu Öndər bir daha sübut etdi ki, cəmiyyət kənar təsirlərin və təzyiqlərin deyil, məhz ictimai-siyasi və sosial tələbatı və buna uyğun olaraq intellektual təkamülü əsasında arzuolunan tərəqqini təmin edə bilər”, – deyə deputat bildirib.
S.Mikayılova vurğulayıb ki, Azərbaycanda fikir plüralizmi və söz azadlığının inkişafı Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə demokratik münasibətlərin inkişafına xidmət edən siyasətinin əsas iqtiqaməti oldu.
“Milli mətbuatın məhz demokratik əsaslarla inkişafı gənc müstəqil dövlətin dünyəvi dəyərlərə yiyələnməsi baxımından vacib addım idi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bununla müstəqilliyini bərpa etmiş və yenidən azadlığına qovuşmuş Azərbaycanın mətbuat həyatında yeni dövrün başlanğıcı qoyuldu.
Ulu Öndər Heydər Əliyev mətbuatın inkişafına böyük diqqət və qayğı ilə yanaşırdı. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü. Media sahəsində aparılan institusional təşəbbüslər milli mətbuatın davamlı, müasir və inteqrasiyalı inkişafına səbəb olmuşdur. Bu gün də, müasirləri Ulu Öndəri jurnalistlərin Dostu kimi böyük hörmətlə xatırlayır, onu milli mətbuatımızın təəssübkeşi və qayğıkeşi kimi anırlar”, – deyə S.Mikayılova əlavə edib.
Azərbaycan intibah mədəniyyəti (IX – XIII əsrin əvvəlləri)
Təhsil sistemi Elm Ədəbiyyat Memarlıq Dekorativ tətbiqi sənət
Təhsil sistemi
Babəkin başçılığı ilə azadlıq müharibəsi nəticəsində Xilafətin Azərbaycandan çəkilməsi, dövlətçiliyin yenidən bərpası, səlcuq dövrü və Eldənizlərin hakimiyyəti dövründə baş vermiş siyasi və iqtisadi yüksəliş mədəni sahədə də böyük oyanışa – intibaha səbəb olmuşdur. İntibah dövrü Azərbaycan mədəniyyəti və elmi VIII-IX əsrlərdə ərəb, türk və digər xalqların görkəmli alim və mütəffəkirlərinin yaratdıqları ortaq İslam mədəniyyəti və elmindən bəhrələnmişdir.
Azərbaycan hökmdarları maarif və elmin inkişafına qayğı göstərir, qabaqcıl elm adamlarını saraya toplayır, mədrəsələr açırdılar. Azərbaycanın bütün Şərqdə məşhur olan Gəncə, Bərdə, Marağa, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və digər şəhərlərində çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi. İbtidai məktəblərdə “Qurani-Kərim” öyrədilir və müxtəlif elm sahələrinə dair ilkin məlumatlar verilirdi. Mədrəsələrdə dini biliklər və şəriətlə yanaşı məntiq, Şərq dilləri və müxtəlif təbiət elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirilirdi.
İntibah dövrünün parlaq şəxsiyyətlərindən olan Xətib Təbrizi (1030 – 1109) təhsilini Təbrizdə, sonra Suriyanın Numan məscidi nəzdindəki mədrəsədə almış, Bağdadda “Nizamiyyə” mədrəsəsində 40 ildən çox müddət ərzində dərs demişdir. O dövrdə dünyanın ən böyük elm və təhsil ocağı – universiteti sayılan həmin mədrəsədə Xətib Təbrizi akademik İ.Kraçkovskinin sözləri ilə deyilsə, “ədəbiyyat kafedrasının professoru” olmuş, İslam dünyasında dilçilik və ədəbiyyatşünaslıq sahəsində ensiklopedik biliyə malik ən görkəmli alimlərdən biri idi. “Nizamiyyə” mədrəsəsində mühazirələr oxumuş digər azərbaycanlı tarixçi Fəxrəddin Əbül Fəzl olmuşdur.
Elm
Bağdadın Nizamiyyə mədrəsəsində təhsil almış böyük alim və şair Ömər Gəncəvi dilçilik və ədəbiyyatşünaslığa dair qiymətli araşdırmaların müəllifidir. Məşhur Mövlanə Cəlaləddin Ruminin dostu və həkimi Əkmələddin Naxçıvani öz dövründə “həkimlərin ağası” və “dünya həkimlərinin başçısı”adını almışdı. XII əsrdə təbib Mahmud ibn İlyas xəstəliklərin müalicəsi və əczaçılıq haqqında ensiklopedik əsər yazmışdır. XI – XII yüzilliklərdə təbabət sahəsində məşhur olan Kafiəddin Ömər ibn Osman Şamaxının Məlhəm kəndində Tibb mədrəsəsi və müalicəxana açaraq insanlara xidmət etmiş və çoxlu təbib yetişdirmişdir. Astronom Fazil Fəridəddin Şirvani XII əsrdə bir neçə qiymətli ulduz cədvəli tərtib etmişdi. İbn Sinanm tələbəsi olmuş böyük Azərbaycan filosofu Bəhmənyar əl-Azərbaycani Şərq və qədim yunan fəlsəfəsini dərindən öyrənməklə dünya fəlsəfə fikrinin inkişafına böyük töhvə verən fikirlər irəli sürmüşdür. Panteist görüşlərinə görə 32 yaşında öldürülən Eynəlqüzzat Miyanəçi XI-XII əsrlərdə çox qiymətli fəlsəfi əsərlər yaratmışdır. XII – XIII əsrin əvvəllərində Alban mədəniyyətinin görkəmli nümayəndəsi Gəncə sakini Mxitar Qoş Bizans və Alban kilsə qanunları əsasında “Qanunnamə”, “Alban salnaməsi” əsərlərini qələmə almışdı.
Ədəbiyyat
VIII əsrdə meydana çıxmış və intibah dövründə oğuz yurdu olan Azərbay-canda, Xəzər dənizindən Diyarbəkirə və Qara dənizədək geniş yayılmış “Kitabi-Dədəm Qorqud” qəhrəmanlıq dastanı bütövlükdə türklüyün tərcümeyi-halı olub, möhtəşəm bir abidə hesab edilir.
IX-XII əsrlərdə şair və mütəfəkkirlər Təbriz, Şirvan və Gəncədə fəaliyyət göstərən Azərbaycan ədəbi məktəblərinin əsasını qoymuşdular.
XI əsrdə yaşamış şair Qətran Təbrizi Azərbaycan saray ədəbiyyatının lk görkəmli nümayəndəsi sayılır. Onun ədəbi irsi “Tövsnamə”, “Quşnamə”, “Vamiq və Əzra” adlı əsərlər, habelə əsasən qəsidələrdən ibarət iri həcmli “Divan”daQətran Təbrii fars leksikoqrafiyası tarixində ilk izahlı lüğətin müəllifi olmuşdur. Qətran Təbrizinin yetirməsi, böyük istedad və yüksək əxlaq sahibi olan Əbülüla Gəncəvi (1096 – 1159) Şirvanşahlar sarayına gəldikdən sonra burada böyük nüfuz qazanmış və “Məlük-üş-şüara” (“şairlərin hökmdarı”) adını almışdır.
Şirvan ədəbi məktəbini Əbülüladan sonra onun şagirdi Əfzələddin Xaqani Şirvani idarə etməyə başlamışdı. İntibah ədəbiyyatının ən görkəmli şairlərindən biri olan Xaqani (1121 -1199) farsdilli Azərbaycan ədəbiyyatına yeni üslub, təmtəraqlı obrazlar və bədii təsvir vasitələri gətirmiş, nəinki Azərbaycanda, bütün Şərqdə qəsidə janrı üzrə intibah ədəbiyyatının ən uca zirvəsini fəth etmişdir. Xaqani Azərbaycan ədəbiyyatında ilk poema yazan şair kimi məşhurdur.
XI əsrdə Məsud ibn Namdarın ərəb və əcəm (fars) dilləri ilə yanaşı, türkcə şeirlər yazması haqqında mənbələrdə məlumatlar vardır. Şair Mücirəddin Beyləqani Eldənizlər sarayında xidmət etmiş, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslana şeirlər həsr etmişdir. XII əsrdə şair Qivami Gəncəvi şeirlərində humanist insan idealı yolunda əngələ çevrilən cahilliyə, riyakarlığa, ədalətsizliyə və natəmizliyə qarşı üsyan edirdi. Şair Fələki Şirvani ömrünü nücum (astrologiya), riyaziyiyyat elmlərinin inkişafına həsr etmişdir. Onun şeirlər toplusu olan “Divan”ı təkcə bədii keyfiyyətləri ilə deyil, dövrün tarixi hadisələrini real şəkildə işıqlandırmaq baxımından da seçilir. XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, yüksək poetik istedad sahibi qadın şairə Məhsəti Gəncəvi (1089 – 1183) idi.
Azərbaycanın intibah ədəbiyyatı Nizami Gəncəvi (1141 -1209) yaradıcılığı ilə özünün ən yüksək zirvəsinə ucaldı. Ümumdünya mədəniyyətinin ən nadir simaları sırasında öz əzəməti ilə ucalan Nizami Gəncəvi Şərq və dünya poeziyasının inkişafına güclü təkan vermişdir. Yaxın və Orta Şərqin ən böyük sənətkarları yüzillər boyu dahi Nizaminin tükənməz poeziyasının təsirindən çıxa bilməmiş, onun poeziya xəzinəsindən bəhrələnmiş və ən yaxşı əsərlərini böyük ustada ithaf etmişdir. Nizaminin ölməz beş kitabı; “Xəmsə”si (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərmamə”) onu dünya mədəniyyətinin dahiləri sırasma çıxardığı kimi, şairi yetirən xalqa da dünya şöhrəti gətirmişdir.
Memarlıq
İntibah dövründə Azərbaycan memarlığının bir neçə məktəbi formalaşmışdır. Onlar sırasında Dövrümüzə qədər çatmış Şirvan-Abşeron, Naxçıvan-Marağa və Aran memarlıq məktəbləri xüsusilə fərqlənir. Naxçıvan-Marağa məktəbi mükəmməl keramik-kaşı fasad işləmələri, Şirvan-Abşeron məktəbi hamar divar səthi və memarlıq elementlərinin plastik işləmələrinin kontrastı, Arran memarlıq məktəbi isə kərpic işləmələri ilə fərqlənir. Dövrümüzə qədər çatmış klassik dini tikililər sırasında Bakıdakı 1078/79-cu ilə aid “Sınıqqala” məscidi (Məhəmmədin məscidi) və Ərdəbilin Came məscidini göstərmək olar. IX-XIII əsrin əvvəllərində Azərbaycan memarları şəhərsalmanın inkişafı ilə bağlı əzəmətli saraylar və qəsrlər, karvansaralar, körpülər və türbələr ucaldırdılar. Bakıdakı Qız qalası, Şamaxıdakı Gülüstan qalası, Ağsu çayı sahilindəki Buğurd qalası, Naxçıvandakı Əlincə-qala, Lerikdəki Oğlanqala, Abşerondakı Mərdəkan qalası və digər tikililərin hər biri dünya memarlığının nadir inciləri sayılır. Abşeron abidələri içərisində möhtəşəmliyi ilə seçilən Bakıdakı Qız qalasını memar Məsud Davudoğlu Xəzər sahilində böyük bir qaya üzərində ucaltmışdır. Orijinal quruluşa maliki olan bu qala 28 metr hündürlüyündədir. Müdafiə qurğuları içərisində Abşeronda 1187-ci ildə kvadrat planda tikilmiş Mərdəkan qəsrini və 1204-cü ildə inşa edilmiş dairəvi baş bürclü Mərdəkan qalasını xüsusilə qeyd etmək olar.
İntibah dövrü Azərbaycan memarlığının ən görkəmli nümayəndəsi XII əsrdə yaşamış memar Əcəmi ibn Əbubəkr idi. Sağlığında “mühəndislər şeyxi” adını, almış Əcəmi Naxçıvan memarlıq məktəbinin əsasını qoymuşdu. O, özündən əvvəlki ənənələrimizi daha da zənginləşdirərək riyazi hesablamalar əsasında mürəkkəb memarlıq kompleksləri yaratmışdı. Yusif ibn Küseyr və Möminə Xatın türbələrində kufi xətlə yazılmış kitabələrlə mürəkkəb həndəsi naxışlar əsasında, yaradılmış misilsiz bəzək ahəngdarlığının yaradılması memarlıq sənətinin çox böyük nailiyyətidir. Memar Əcəminin 1162-ci ildə “Şeyxlərin başçısı” Yusif ibn Küseyrin şərifinə ucaltdığı türbə ikiqatlı olub, keyfiyyətli bişmiş kərpicdən inşa edilmişdir.
İntibah memarlığının ən möhtəşəm abidələrindən biri Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin 1027-ci ildə Araz çayı üzərində saldırdığı məşhur Xudafərin körpüsüdür. On beş aşırımlı bu nadir sənət abidəsi əsrlər boyunca-Azərbaycanın şimalı ilə cənubu arasında iqtisadi və hərbi – siyasi əlaqələrin qurulmasında mühüm rol oynamışdı.
Dekorativ tətbiqi sənət
İntibah dövründə yaşayan Azərbaycan ustaları metal məmulatları hazırlamaqda çox mahir idilər. Metaldan hazırlanıb, üzərinə müxtəlif, təktarolunmaz bəzəklər vurulmuş, müxtəlif növ qablar və silah nümunələri bir incəsənət nümunəsi kimi dəyərlidir. Belə sənət nümunələrindən biri də Gəncənin məşhur qala qapılarıdır. Gəncə qapılarını Şəddadi nəslindən olan Azərbaycan hökmdarı Əbuləşvar Şavurun göştərişi ilə məşhur usta İbrahim Osmanoğlu 1063-cü ildə düzəltmişdi. Bu nadir sənət incisi dəhşətli 1139-cu ii zəlzələsindən istifadə edib Gəncə şəhərinə hüçum edən gürcü işğalçıları tərəfindən qənimət kimi aparılmışdır.
XI – XIII əsrin əvvəllərində Azərbaycanda tətbiqi incəsənətin əsas növünü bədii tərtibatlı dulusçuluq (keramika) təşkil edirdi. Beyləqan, Şamaxı, Qəbələ, Gəncə, Naxçıvan, Təbriz bu «dövrün əsas dulusçuluq mərkəzləri idi.
Xalçaçılıq və bədii üsulla parçaların hazırlanması intibah dövründə Azərbaycanın dekorativ tətbiqi incəsənətində özünəməxsus yet tuturdu
Azərbaycan tarixinin həlledici dövrü
Zaman-zaman mədəniyyət və elm sahəsindəki kəşflərə, sənət əsərlərinə görə dünyanın müxtəlif ölkələrində yüksəliş dövrü olub. Məsələn, Qərbi və Mərkəzi Avropada bu dövr XIV və XVI əsrləri əhatə edir və daha çox Renessans dövrü kimi tanınır. Bəs Azərbaycan mədəniyyətinin intibah dövrü hansıdır?
Axar.az bu mövzu çərçivəsində sənət adamlarına müraciət edib:
“Hansı əsrləri Azərbaycan mədəniyyətinin intibah dövrü hesab etmək olar?”
Tarixçi Güntay Gəncalp hesab edir ki, 1875-1940-ci illər intibah dövrü sayıla bilər:
“Bu dövrdə ilk dəfə olaraq dilə əhəmiyyət verilir. Mirzə Fətəli Axundov türkcə yazır, Həsən bəy Zərdabi “Əkinçi” qəzetini ilk dəfə olaraq çıxarır. Firudin bəy Köçərli türkcə yazanların əsərlərini toplamağa başlayır. Davamında “Molla Nəsrəddin” dərgisi türk dilində xalqın alışdığı və inkişafına mane olan kültür və törələri sorğulayır. Çoxsaylı qəzet və dərgi çıxır. Milli kimlik üzərinə düşüncələr irəli sürülür. Bu dildə milliləşmənin uzantısı olaraq 1918-də milli kimlik üzərinə dövlət qurulur. Daha sonra Hüseyn Cavid, Cəfər Cabbarlı kimi böyük dramaturqlar meydana çıxır. İntibah 1940-ci ilə qədər davam edir və sonra önü kəsilir. Əslində, 1940-ci ildən sonra nə yazılıbsa, hamısı əvvəlki dövrə antitezis olaraq yazılıb”.
Dramaturq Firuz Mustafa intibah dövrü ilə bağlı ziddiyyətli fikirlər olduğunu bildirir:
“İntibahla bağlı bir-birini təsdiq və təkzib edən çoxlu fikirlər mövcuddur.
Bizdə “intibah”ı daha çox ədəbiyyat sahəsində axtarırlar. Əvvəllər XII-XIII əsrlər ədəbiyyatımızın intibah dövrü kimi xarakterizə edilirdi. Sonralar bizdə XVI-XVIII əsrlər ədəbiyyatı intibah dövrünə müncər olunmağa başladı. Son vaxtlar ədəbiyyat tariximizin dövrləşməsi haqda yeni konsepsiya irəli sürülüb, burada erkən intibah və intibah dövrlərinin olduğu vurğulanıb.
Əgər elmi-tədqiqat işlərini nəzərdən keçirsək, görə bilərik ki, bizdə intibah anlayışı müxtəlif, habelə lokal elm sahələrinə aid edilir. Məsələn, tutaq ki, incəsənətdə intibah, ədəbiyyatda intibah, rəssamlıqda intibah, mətbuatda intibah və s. Əlbəttə, bu fikirlərin hər birində, nisbi mənada, həqiqət nüansları mövcuddur.
Əslində isə klassik anlamda intibah (renessans) anlayışı özündə daha geniş məna və sahəni ehtiva edir. Belə ki, bu epoxaya adətən, Avropa tarixinin konkret bir dövründə (XIV-XVI əsrlərdə) meydana gəlib, bəşər mədəniyyətinin inkişafında mühüm, həm də təkanverici rol oynayan dünya əhəmiyyətli əsərlər daxil olunur.
Bu istilahın altında bir “gizli” məna da var. Belə ki, həmin dövrdə Avropada antik mədəniyyətə yenidənqayıtmanın təzədən vüsət alması məhz intibah kimi dəyərləndirilirdi. Elə bu səbəbdən də Avropada renessansdan danışarkən onun ilkin mərhələsindən – protorenessansdan danışmağı da vacib hesab edirlər.
Renessansdan söhbət açarkən haqlı olaraq bir sıra mühüm cəhətləri – onun antik kökə bağlılığı, konkret zamanda meydana gəlməsi, yeni mərhələdə yeni vüsət alması, bəşər mədəniyyəti tarixində yeri, dünya mədəniyyətinin inkişafında təkanverici rolu xüsusilə qeyd edilir.
Əgər qısa formulə etməyə çalışsaq, deyə bilərik ki, bizdə “intibah” termini bir çox hallarda “renessans” termininin tam adekvatı kimi deyil, metaforik mənada, yəni məcaz, təşbeh, bənzətmə və s. kimi işlədilir.
Renessans bəzilərinin düşündüyü kimi təkcə İtaliyaya aid bir hadisə deyil. Sadəcə, termin italyan dilindən (bu söz fransızlarda da mövcuddur) götürülüb. Adətən, avropalılar daha çox “öz” renessanslarından söhbət açırlar.
Artıq bu termin öz ilkin sərhədlərini çoxdan aşıb. Hazırda Asiya, müsəlman, lap elə Afrika renessansı haqda da söhbət açılır”.
Yazıçı Səfər Alışarlı milli mədəniyyətin mühüm yaradıcısı və yaşadıcısının dil olduğunu düşünür:
“Ağıllı adamlar deyir ki, xalqlar bu dünyada mədəniyyət yaratmaq üçün mövcuddur. Milli mədəniyyətin mühüm yaradıcısı və yaşadıcısı dildir. Mən 1968-ci ildə Bakıya gələndə burada, demək olar ki, hamı rusca danışırdı. Elə o vaxtlar məlum oldu ki, dolalaydan mədəniyyət yaratmaq mümkün deyil. Xalqın yalnız öz dilində oxuyub-yazdığı, danışıb-yaratdığı həqiqətlər mədəniyyət ola bilər. Bu baxımdan, yəni ana dilimizin inkişafı və əhatə dairəsi ilə bağlı görülən işlər baxımından rəhmətlik Heydər Əliyevin xidmətləri böyükdür. Dildə şeir yazmaq çətin deyildi, amma 1970-ci ildə Azərbaycan sovet hökuməti yazıçılarının qurultayında birinci katib olaraq ana dilində çıxış etmək çətin idi. Heç şübhəsiz, ölkəmiz, o cümlədən, milli mədəniyyətimiz dövlət müstəqilliyi illərində özünün həqiqi inkişafına başlayıb. Amma bizə miras qalmış qədim mədəniyyətimizin səviyyəsinə çatmaq üçün çox çalışmalıyıq. Nəhayət, dərk etməliyik ki, yamsılamaqla mədəniyyət yaratmaq olmaz.
Cəmiyyətin həyatında hər şeyin mədəni tərkibi və ənənəviliyi var. Müəyyən hədlərdə bu, mənəvi kateqoriyalara çevrilir və ortaya çoxlu, bəzən zamanla səsləşməyən, onun estetikasına uyğun gəlməyən tələblər qoyur. Yüksək və çağdaş mədəniyyəti olmayan xalq heç kimə və heç nəyə qalib gələ bilməz. Milli mədəniyyət bir gündə yaradılmır, hər gün yaradılır. Əgər o günlərin birində “mədəniyyət” adına başqa şey yaradılırsa, nəticə mütləq acınacaqlı olacaq”.
Похожие статьи
-
V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…
-
Azərbaycan tarixi mehman 2016 -ci ildə avqustun 28-də axşam saatlarında Mehman Hüseynov NİDA hərəkatının üzvlərilə birgə 1 saat Sabunçu rayon polisində…
-
Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…
-
Azərbaycan tarixi üzrə qaynaqlar
Azərbaycan tarixi üzrə qaynaqlar 3.Dərbənd şəhərini ərəblər “Bab-ül əl-Bab”adlandırmışlar. Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat…
-
Azərbaycan tarixi – 2 adı__________________________ Azərbaycan tarixi M.Ə.Rəsulzadə dünyanın məşhur filosofları haqqında Azərbaycan tarixi 15 mart 2020,…
Comments are closed, but trackbacks and pingbacks are open.