Press "Enter" to skip to content

Azərbaycan tarixi mehman

2016-ci ildə avqustun 28-də axşam saatlarında Mehman Hüseynov NİDA hərəkatının üzvlərilə birgə 1 saat Sabunçu rayon polisində saxlanılıb. Hüseynov həmin vaxt iddia edib ki, səbəb Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında şikayətçiləri videoya çəkmələri olub.

Mehman Hüseynov kimdir?

O, azadlığa çıxmağına iki ay qalmış yeni ittihamla üzləşib: o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.

Mehman Hüseynov bu ittihama etiraz edib və aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb, Penitensiar Xidmət isə Mehman Hüseynovun aclıq aksiyasını tamamilə dayandırdığını iddia edir.

Video bloqçu Daxili İşlər Nazirliyinin şikayətilə polisə “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” maddəsilə ittiham olunur.

Lakin bu onun ilk həbsi deyil.

2017-ci il yanvarın 9-da o, axşam saatlarında polis tərəfindən saxlanılıb.

Yanvarın 10-da məhkəmə onun barəsində “polisin qanuni əmrinə tabe olmamaq” maddəsilə 200 manat cərimə qərarı çıxarıb.

Azad edilən bloqçu jurnalistlərə müsahibəsində qanlı köynəyini göstərərək, ona işgəncə verildiyini deyib. Bundan sonra Daxili İşlər Nazirliyi onun barəsində Baş Prokurorluq qarşısında xüsusi ittiham qaydasında şikayət edib. Martın 3-də həbs olunmasına səbəb məhz həmin şikayətlə bağlı hakimin çıxardığı qərardır.

2016-ci ildə avqustun 28-də axşam saatlarında Mehman Hüseynov NİDA hərəkatının üzvlərilə birgə 1 saat Sabunçu rayon polisində saxlanılıb. Hüseynov həmin vaxt iddia edib ki, səbəb Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında şikayətçiləri videoya çəkmələri olub.

Dekabrın 23-də isə o bildirib ki, küçədə təxribatla üzləşib. Belə ki bloqçu izləndiyini və sonra o şəxslərdən birinin onun ciyninə vurduğunu iddia edib.

Hüseynov həmin şəxslərdən birinin 2017-ci ilin yanvarın 9-da ona qarşı ifadə verən şəxslərdən biri olduğunu da iddia edib.

Mehman Hüseynov Sancaq səhifəsində yüksək vəzifəli məmurların evləri olduğu iddia edilən ərazilər və mülklər barədə reportajlarını 2016-cı ildə də davam etdirib.

2015-ci il sentyabrın 6-da Mehman Hüseynov ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi almaq istəyərkən polis tərəfindən bir saat müddətinə saxlanılıb və sonra azad edilib.

Özününün dediyinə görə, Səbail rayon Polis İdarəsində Mehman Hüseynova şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı problemin 9 sentyabrda aradan qaldırılacağı barədə vəd verilib.

Həmin vaxt DİN ona, hər hansı sənəd alması üçün qadağa olmadığını bildirib.

2014-cü ilin yayında onun şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu Bakı aeroportunda Tbilisiyə getmək istəyərkən alınıb. O bu zamanadək son iki il ərzində üç dəfə ölkəni icazə ilə tərk edib və qayıdıb.

Avqustun 8-də bloqçunun çalışdığı və rəhbərinin onun qardaşı Emin Hüseynov olduğu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda Baş Prokurorluğun əməkdaşlarının apardığı yoxlamalardan sonra Hüseynovun 3 ay müddətində ictimai həyatda görünməyib. Hüquq-mühafizə orqanları onun harada olması barədə heç bir məlumat açıqlamayıb.

Oktyabrın 28-də Baş Prokurorluqda dindirilən Hüseynov BBC Azərbaycancaya deyib ki, onu rəhbəri olduğu Sancaq Productionun fəaliyyəti və qardaşının harada olması barədə sorğu-sual ediblər.

Noyabrın 10-da ölkəni tərk etmək istəyən bloqçu Bakı hava limanında saxlanılıb və Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bir neçə saat dindirilib. DİN bildirib ki, o, çıxışına qoyulan qadağaya “məhəl qoymadan ölkədən çıxmağa cəhd edib” və polis bu cəhdin qarşısını alıb.

1 dekabrda bloqçu şəxsiyyət vəsiqəsi köhnəldiyindən şəxsiyyət vəsiqəsini dəyişmək üçün ASAN Xidmətə gedib. Ona ASAN Xidmətdə Daxili İşlər Nazirliyinin onun sənədini fəaliyyətsiz etdiyi deyilib. Səbayıl Rayon Polis İdarəsi cinayət işilə əlaqədar ASAN Xidmətə onun bütün sənədlərini almaq, özünü isə sərbəst buraxmaq barədə göstəriş verib.

2013-cü ilin oktyabrında prezident seçkilərinə bir neçə gün qalmış bloqer sosial şəbəkələrdə namizədlərin debatına “300 Spartalı” filmi ilə satirik video hazırlayaraq paylaşdıqdan sonra yenidən saxlanılıb. Baş Prokurorluqda 6 saat dindirildikdən sonra sərbəst buraxılıb.

2012-ci ilin iyun ayında Mehman Hüseynov etiraz nümayişlərində Çevik Polis Alayının xüsusi təyinatlı dəstəsinin birinci manqa komandirinə güc tətbiq etməkdə təqsirləndirilərək xuliqanlıqda ittiham edilib. O, bir müddət sonra azadlığa buraxılsa da, bu cinayət işi ilə əlaqədar ondan ölkəni tərk etməmək haqda ondan iltizam alınıb.

Hüseynov isə bu həbsini “Eurovision-2012” müsabiqəsi zamanı RATİ-nin əməkdaşı kimi hadisələri işıqlandırdığına və “Demokratiya naminə oxu” kampaniyasının üzvü olduğuna görə saxlanıldığını bildirib.

28 yaşlı Mehman Hüseynov çəkdiyi materialları Sancaq adlı Facebook səhifəsində paylaşır. Hüseynovun sosial şəbəkələrdə yüz minlərlə izləyicisi var.

Onun son reportajı Bakı sakinləri arasında “”Əgər siz hansısa şirkətin direktoru olsaydınız, “müdir əvəzi” vəzifəsinə öz həyat yoldaşınızı təyin eliyərdinizmi?” sorğusu idi. O bu videonu fevralın 27-də Sancaq səhifəsində “Ölkəni kim idarə etməlidir? Prezident yoxsa vitse-prezident? Xalq danışır. ” başlığı ilə paylaşıb.

Azərbaycan tarixi mehman

XIX əsrdə Azərbaycan iqtisadi və siyasi cəhətdən ziddiyyətli bir dövr yaşamışdır. XIX əsrin ilk on
illiklərində Azətbaycan dövlətinin parçalanaraq xırda xanlıqlara bölünməsi nəticəsində kənd təsərrüfatı, ticarət, sənətkarlıq, xırda sənaye tənəzzül etməyə başladı. Bu da təbii ki, xalqın iqtisadi, maddi vəziyyətinin getdikcə pisləşməsinə səbəb oldu. Xanlıqlar arasında zilddiyyət və mübarizə gedirdi. Bu mübarizə yadelli inqilabçıların nəzərindən yayınmadı, onlar ölkənin zəif iqtisadi vəziyyətindən istifadə edərək onu tutmağa çalışdılar. Qonşu dövlətlər arasında Rusiya içtimai vəziyyətinin qarşıqlığı, demokratiya və inqilabi ruhu ilə digər dövlətlərdən fəriqlənirdi. Rusiya inkişafda olan Qərbi Avropa ilə daha sıx bağlı olduğundan onun mədəniyyətində, sosial həyatda baş verən dəyişiiklik və inkişafı özünü daha çox göstərirdi. Rusiyanın Azərbaycanı istila etməsi nəticəsində onun həm iqtisadi, həm də mədəni həyatında dönüş yaranmağa başladı.

1801-ci ildə Şərqi Gürcüstanın Rusiya tərkibinə daxil olması bütün Qafqazın rusların əsarəti altına
keçməsinin əsasını qoydu. Qafqaz, xüsusən də Gürcüstan əhalisinin o zaman əsas hissəsini Azərbaycanlılar təşkil edirdi. Qarabağın Gülüstan kəndində 1813-cü il, oktyabrın 12-də Rusiya ilə İran dövlətləri arasında bağlanan sülh müqaviləsinə görə İran hökuməti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlıqlarından, Şərqi Gürcüstana və Dağıstana olan iddialarından əl çəkdi. 1826-cı ildə qərb dövlətləinin təhriki ilə sonradan İran bu müqaviləni pozaraq Rusiya ilə iki illik müharibəyə başladı. Lakin İran bu müharibəni də uduzaraq 1828-ci il fevralın 10-da Rusiya ilə «Türkmənçay» müqaviləsini bağladı. Həmin müqavilə ilə də İran Şimali Azərbaycan üzərində rusiyanın nəinki hakimiyyətini təsdiq etdi, üstəlik Naxçıvan və İrəvan xanlıqlarını da ona verdi. Bu müqavilə əsasında vahid Azərbaycan iki yerə parçalandı – şimal hissə Rusiyanın, Araz çayının cənub hissəsi isə İranın tərkibinə daxil edildi. Bütün bu müharibələr, parçalanmalar Azərbaycanın iqtisadiyyatı kimi mədəniyyəti və mənəviyyatına da təsir etdi. Azərbaycanın həm maddi həm də mənəvi mədəniyyəti talan edildi, parçalandı.
Bu dövrdə Azərbaycan iqtisadiyyatı durğun vəziyyətdə idi və elə bir irəliləyiş yox idi. Bu durğunluq
özünü mədəniyyət, maarif, elm, incəsənət və başqa sahələrdə də göstərirdi. Ölkənin bəzi əyalətlərində rus
məktəbləri açılmışdı ki, burada da əsasən rus uşaqları təhsil alırdılar. Azərbaycanlılar üçün mollaxanalar, böyük
şəhərlərdə isə mədrəsələr açılmışdı. Dərsləri fars və ərəb dilində aparılan mədrəsələrdə isə əsasən «Quran», fiqh
və s. tədris edilirdi. Tədrisin əsas məqsədi din xadimləri yetişdirmək və feodal üsul- idarəsini müdafə etmək idi.
Mollalar mərsiyəxanalar, axund və digər dini tərbiyəçilər isə insanlarda mütilik, dözümlülük kimi keyfiyyətləri
yaratmağa çalışırdılar.
Elm, incəsənət və ədəbiyyat bu dövrdə dinin təsiri altında idi. Elmdə, ədəbiyyatda, incəsənətdə sxolastika
hökm sürürdü. Ruhanilər, sxolastik alimlər dövlətlərin və sülalələrin tarixi, əxlaq, məntiq və s. ilə məşğul
olurdular. Ədəbiyyat, elm və incəsənət xadimləri dini ruhda əsərlər yaradırdı. Bu dövrdə qəzəl, qəsidə, nəzirə,
mərsiyə ədəbiyyatı geniş yayılmışdı. İmam Hüseyn əhvalatına dair dastan da bu dövrə aiddir. Bu dastan XIX əsr boyünca mərsiyəxanaların mötəbər mənbəyinə çevrilmişdi. XIX əsrdə yüzlərcə mərsiyə kitabları yaranmış və bu mərsiyələr insanların mədəniyyətinə, məişətinə böyük təsir etmişdir. Mərsiyə ədəbiyyatının Racı, Şüai, Süpheri, Ahi, Mirzə Həsib Qüdsi kimi məşhur nümayəndələri meydana gəlmişdir. Həmin illərdə təriqət ədəbiyyatı da inkişaf etməyə başladı.
XIX əsrdə Azərbaycanda kəndli hərəkatı güclənir. Kəndlilərin qiyamı o dövrün ədəbiyyat və
incəsənətində, xüsusilə o dövrdə geniş yayımış aşıq ədəbiyyatında əks olunur. Aşıq ədəbiyyatında köhnə feodal qayda-qanunları tənqid olunur, cəhalət, ruhanilərin xalqı aldatması, onları geriyə sürükləməsi pislənirdi. Aşıq ədəbiyyatı bu dövrdə xalqı mübarizəyə, elmə, tərəqqiyə səsləyən əsas mədəniyyət vasitəsi kimi çıxış edirdi.
XIX əsrin 30- 40-cı illəri Azərbaycan mədəniyyətinin ikinci inkişaf mərhələsini təşkil edir. Bu dövrdə kapitalizm inkişaf etməyə başlayır. Bu öz təsirini mədəniyyətdə də göstərir. İnkişaf və yenilik mədəniyyətdə realizmin yaranması və inkişafına təkan verir. Ədəbiyyatda yeni-yeni üslublar meydana gəlməyə başlayır.
1830-cu illərdən başlayaraq Azərbaycanda Rusiyanın təsiri ilə ticarət, sənaye, kənd təsərrüfatı mədəniyyət
həmçinin kəndli azadlıq hərəkatının və rus mədəniyyətinin təsiri ilə realist ədəbiyyat və mədəniyyət inkişaf etməyə başladı.
XIX əsr Azərbaycan realistləri əsasən rus ədiblərinin yaradıcılıq məktəblərində inkişaf edib yetişmişlər.
Azərbaycanda, həmçinin bütün Qafqazda maarifçi – demokratların formalaşmasında Qafqaza sürgün edilmiş
inqilabçı – demokratların (dekabristlərin) xüsusi rolu olmuşdur. Bu dövrdə Azərbaycanın mədəni həyatında
mütərəqqi dəyişikliklər baş verirdi. Rusiya yerli bəylərdən özlərinə məmur hazırlamaq üçün Azərbaycan
ərazisində məktəblər açırdı. Bu məktəblər rəsmi dövlət məktəbləri olub, təhsil əsasən rus dilində aparılırdı. 1830
– 37-ci illərdə Şuşa, Naxçıvan, Nuxa, Bakı, Gəncə, Şamaxı şəhərlərində qəza məktəbləri açıldı. Əhalini daha
yaxşı idarə etmək üçün bu məktəblərdə ruslara Azərbaycan dilini də öyrədirdilər. Bu isə ruslarla azərbaycanlılar arasında əlaqəni daha da möhkəmləndirir, mədəni münasibətlərin daha sürətlə yayılmasına səbəb olurdu. Yerli əhali ilə sıx əlaqə saxlamaq məqsədilə bu dillərdə dövlət mətbuatı da yaradıldı. Məsələn «Tiflisskiye vedomosti» qəzetinə əlavə olaraq həftədə bir dəfə «Tatarskiye vedomosti» adlı vərəq də çap olunmağa başladı.
Bu əvvəllər fars, sonralar isə Azərbaycan dilində çap olunurdu. Vərəqədə yerli əhaliyə hökümət müraciətləri,
əmrləri, vergi qanunları, rəsmi xəbərlər, bəzi mədəniyyət xəbərləri, elanlar və s. verilirdi. Lakin elə həmin il
(1832) bir neçə nömrə çıxdıqdan sonra vərəqin nəşri dayandırıldı. Yalnız 1841-ci ildə yenə eyni məqsədlə
«Zakavkazski vestnik»ə əlavə şəklində yeni bir vərəqə nəşr edilməyə başladı. Bu vərəqə də təxminən dörd il
yarım yaşaya bildi.
30-40-cı illərdə Zaqafqaziyanın mərkəzi şəhərlərində rus və Qərbi Avropa yazıçılarının əsərləri tamaşaya
qoyulmağa başladı. İrəvan və Tiflis şəhərlərində teatrlar xüsusi ilə inkişaf etməyə başladı. Azərbaycanın elm və
mədəniyyətində də dirçəliş başladı. Alimlər, ədiblər, incəsənət xadimləri milli ruhda əsərlər yaratmağa
başladılar. Yeni alimlər, ədiblər yazılar meydana çıxdı. Bu dövrdə Mirzə cəfər Topçubaşovun Rusiyada fars
dilinin qramatikası və dilçiliyə aid bir sıra əsərləri çap edildi. O, Peterburqda dilçi, şərqşünas alim, şair kimi
məşhurlaşdı. 1812-ci il rusların Napaleonla müharibəsinə həsr edilmiş «Qalibiyyət təranəsi» adlı əsəri ilə daha
da şöhrət qazandı. Həmin dövrdə Rusiyada və Avropada yaxşı tanınan Azərbaycan ədiblərindən biri də Mirzə
Məhəmmədəli Qasım oğlu Mirzə Kazım bəy idi. Onu o dövrdə dilə, ədəbiyyata, tarixə, şərqşünaslığa aid 100-
dən çox əsəri çapdan çıxmışdı. Mirzə Kazım bəyin çoxlu tərcümələri də olmuşdur. Məsələn, Sədi Şirazinin
«Gülüstan» əsərini ruscaya, «Dərbəndnamə»sini ingiliscəyə, özünün «Azərbaycan dilinin sərf – nəhvi» əsərlərini alman dilinə tərcümə etmişdi. Firdovsinin «Şahnamə» əsərinə, ərəb, osmanlı, uyğur, cığatay dillərində şərhlər vermişdir. 1835-ci ildə Peterburq Akademiyasının həqiqi üzvü, Londonda Kral Akademiyasının fəxri üzvü seçilmişdir. İlk dəfə olaraq o, 1839-cu ildə Azərbaycan dilinin qrammatikasını yazmışdır, buna görə Demidov mükafatına layiq görülmüşdür «Dərbəndnamə»yə görə dünya şöhrəti qazanmışdır. Mirzə Kazım bəy Rusiyanın ali məktəblərində 40 ildən artıq fəaliyyət göstərmiş, şərqşünaslıq məktəbi yaratmışdır. Rus və Avropa alimləri
üçün onun yaratdığı şərqşünaslıq məktəbi mənbə rolunu oynamışdır.
Artıq bu dövrdə (30 – 40-cı illərdə) Azərbaycan folkloru və klassik ədəbiyyatına maraq artmağa başladı.
«Tiflisskiye vedomosti» qəzetində Azərbaycan dastanları (xüsusən «Koroğlu» dastanı) haqqında xülasələr və
məlumatlar getdi.
İncəsənət sahəsində də bu dövrdə yeniliklər və inkişaf nəzərə çarpmağa başladı. Yeni realist incəsənət
yarandı. Qarabağ, Şuşa, Şirvan, Quba xalçalarında milli koloritli naxışlar üstünlük təşkil etməyə başladı. Usta
Əvəzli Azərbaycan incəsənətinin məşhur rəssamı kimi şöhrət qazandı. O, «Kəlilə və Dimnə» təmsilinə 100-dən
çox rəsm çəkmişdir. Bu rəsm əsərləri realist xarakter daşıyırdı.
Mirzə Qədim İrəvani də həmin dövrün məşhur realist rəssamı kimi şöhrət qazanmışdı.
Şamaxıda Hacı Nəcəf bəy kimi musiqi və muğam ustası yetişmişdi.
Realizm mədəniyyət, incəsənət və ədəbiyyatın müxtəlif sahələrində özünü göstərməyə başladı.
Azərbaycan ərazisində yaşayıb-yaradan şair, yazıçı, aşıq yaradıcılığında içtimai motivlər, satirik ruhlar
yaranmağa başladı. Bu satirik şerlərdə dövrün içtimai haqsızlıqları tənqid edilir, yumorlarla diqqətə çatdırılır,
zülm və əsarət pislənirdi. Yeni realist ədəbiyyat inkişaf etməyə başladı. Realizm meyilləri həmin dövrün
maarifçi şair və yazıçılarının əsərlərində daha da inkişaf edirdi. Bu dövrdə maarifçilik hərakatı yaranıb
genişləndi. Azərbaycan ədəbiyyatında maarifçilik ideyaları A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh yaradıcılığında
xüsusi yer tutur.
Azərbaycan maarifçiləri vətənpərvərlik, xəlqilik, azadlıq ideyalarını təbliğ edir, bütün insanların
maariflənməsinin zəruriliyi ideyasını irəli sürürdülər.
Azərbaycan ziyalıları hiss edirdilər ki, mədəniyyət, maarif, tərəqqi əsasları üzərində yenidən qurulmalıdır.
Bu dövrdə Azərbaycan maarifçilərinin əsərlərində fanatizmə qarşı mübarizə, elmə, maarifə yiyələnmə, Avropa
mədəniyyətini mənimsəmə ideyaları tərənnüm edilirdi. Onlar kütlələr arasında maarifçiliyi yaymağı özlərinə
borc bilir, bu məqsədlə məktəblər açırdılar. Mədəniyyət, elm və maarif həmin dövr maarifçilərinin əsas devizi
idi. Onlar xalqın oyanmasında, cəhalətə qarşı mübarizədə maarifin böyük əhəmiyyətini qeyd edir və xalqın
qurtuluşunu bunda görürdülər. Onların fikirincə xalq feodal zülmündən ancaq maariflənmə yolu ilə azad ola
bilər. Onlar gənclərə elmə yiyələnməyi tövsiyə edirdilər. Azərbaycan maarifçiləri də qərbi Avropa maarifçiləri
kimi ağıla, zəkaya böyük əhəmiyyət verirdilər. Onların fikrincə ağıl ən böyük yaradıcı qüvvədir. Elm, maarif,
mədəniyyət, ümümiyyətlə inkişaf ağıl vasitəsilə, ona istinad edərək baş verir. Ağıla istinad edərək ideal
cəmiyyət qurmaq olar. cəmiyyətdəki pislikləri aradan qaldırmaqda əxlaqın da əhəmiyyətli rolunu qeyd edirdilər.
İnsanlara onlarınadi aid olduğu təbəqə ilə deyl, əməlləri, işi, əxlaqı ilə qiymət verməyi iddia edirdilər.
Azərbaycanın ilk realist maarifçilərinin görkəmli nümayəndələrindən biri A.Bakıxanov idi. Onu
Azərbaycanın içtimai, mədəni fikirlərinin inkişafında xüsusi rolu olmuşdur. A. Bakıxanov «Qanuni – Qüdsi»,
«Əsrarül –mələkut», «Təhzibül – əxlaq», «Eynül – mizan», «Gülüstani – İrəm» kimi əsərlərində dil, cöğrafiya,
tarix, astronomiya, məntiq, psixologiya, pedaqogika və s. elmlərə aid qiymətli fikirlər söyləmişdir. A.
Bakıxanov Kopernik, c. Bruno, Qalliley, Kepler, Nyuton, Lomonosovun elmi – riyazi, coğrafi, astoronomik
tədqiqatlarını dərindən öyrənmiş, onların kəşflərini «Əsrarül- Məlakut» əsərində müqayisəli təhlil edərək
münasibətini bildirmişdir. Bu əsəri ilə o, dünyanın elmi korifeyləri ilə birləşdi və onların dünyagörüşlərini şərh
edərək insanların münasibətlərində dönüş yaratmağa çalışdı. Bakıxanovun pedaqogikaya aid də maraqlı nəzəriyyələri olmuşdur. O, tərbiyə məsələlərinə yüksək qiymət verirdi, tərbiyənin məqsədinin həqiqi insan yetişdirməkdən ibarət olduğunu irəli sürürdü. Ədib insan, onun yaradıcı gücünə inanır, onun mənəvi aləmini günəşə bənzədir, tərbiyəyə hələ körpəlikdən başlamağı zəruri
hesab edir və belə tərbiyəni daş üzərində aparılan nəqşə bənzədirdi. Bakıxanov insanların formalaşmasında əqli
və əxlaqi tərbiyəyə daha üstünlük verirdi. O, insanlarda nəzakət, təvazökarlıq, səmimiyyət, doğruçuluq, düzlük,
çalışqanlıq, həssaslıq, düşüncəli hərəkət etmək, səmimilik, ehtiyatlılıq, əməksevərlik kimi əxlaqi keyfiyyətlərin formalaşdırılmasını zəruri hesab edirdi. Onun pedaqoji görüşlərində rəğbətləndirmə və cəzalandırma da xüsusi yer tuturdu.
Bakıxanov insanların əqli bacarıqlarına yüksək qiymət verirdi, xalq kütləsinin əqli inkişafı ana dilində
aparılan təlimin vasitəsilə həyata keçirilə bilər. Elmə böyük içtimai bir qüvvə kimi baxırdı. Elmi nəticələr
çıxararkən səbirli olmağı, səhv nəticədən ruhdan düşməməyi, alınan nəticələr uyğun elm sahələri ilə müqayisə etməyi məsləhət bilirdi. Həmçinin o, elmin gücünə inam, məqsədə çatmaqda inadkarlıq, ilə yaradıcı yanaşmaq haqqında maraqlı fikirlər söyləmişdir. Şəxsiyyət formalaşdırmaqda, cəmiyyətin mədəni həyatda yüksək rolu olan müəllimlik peşəsinə yüksək qiymət vermiş, onun bir sıra spesfik cəhətlərini təhlil etmişdir. Onun əsərlərinin XIX əsr tarixçiləri və içtimai xadimlərinin dünyagörüşlərinə mütərəqqi təsiri olmuşdur. «Gülüstaniİrəm » əsəri həm öz dövründə həm də müasir dövrdə Azərbaycan tarixinə aid qiymətli əsər hesab olunur.
XIX əsrin görkəmli maarifçisi, mütəfəkkir Azərbaycan Azərbaycan şairlərindən biri də M.Ş Vazehdir.
Vazeh şerlərində həmçinin dinə qarşı çıxır, dünyəvilyi təbliğ edirdi, Dünyəvi mövzuda yazdığı şerlərində o,
oxuculara həyatı öyrənməyi, ondan faydalanmağı bacarmağı, yüksək əhval-ruhiyyəni təbliğ edirdi. Həyatı
birbaşa təbiətin özündən, təmiz bulaqlardan, meşələrdən, quşların səsindən öyrənməyi kitablardan öyrənməkdən üstün sayırdı. Din əleyhinə yazdığı şerlər onu satirik şair kimi tanıtmışdı. Satirik şerlərində o, xurafata, cəhalətə qarşı çıxırdı. Həyata realis münasibətini şerlərində tərənnüm edirdi. O dinin insanların həyatı, əxlaqı, mədəniyyəti üzərində hakimiyyətinə, zəmanəsinin eybəcərliklərinə qarşı çıxış edirdi. O, insanların müdrükliyinə yüksək qiymət verir, «dünyanı əxlaqın müdürükliyi idarə edir» fikirini təbliğ edirdi. O, uzun müddət rus məktəblərində Azərbaycan dilinin təlimi ilə məşğul olmuşdur. Onun əsərləri hələ öz sağlığında avropa dillərinə tərcümə edilərək Avropaya aparılmışdır.
İsmayıl Qutqaşınlı XIX əsrdə yazıb-yaradan maarifçi ədiblərdən biridir. Onun müasir dövrədək çatmış yeganə
hekayəsi «Rəşid bəy və Səadət xanım» hekayəsi Azərbaycan ədəbiyyatı tarixində realizmin ilk rüşeymlərini yaradan əsər kimi qiymətləndirilir.
XIX əsrin 50 – 60-cı illərindən sonra Azərbaycanda Rusiyanın təsiri ilə, kapitalizmin inkişafı dövrü hesab
edilir. Bu Azərbaycanın XIX əsrdə üçüncü inkişaf dövrü də adlanır. Azərbaycanda kapitalizmin inkişafına
Rusiya ilə bərabər xarnci qərb kapitalistləri də maraq göstərirdilər. Çünki Azərbaycan zəngin təbii iqlimə, təbii
sərvətlərə malik idi. Bu maraq və kapitalist münasibətlərinin inkişafı meyli həm kənd təsərrüfatına, həm də sənayeyə aid idi.
Bu illərdə elm və mədəniyyət sahəsində tərəqqi başlayır. Müxtəlif elm sahələrinə aid alimlər yetişir. Elm
ümumilikdən tərkib hissələrinə, müxtəlif ixtisas sahələrinə ayrılmağa başlayıb. Tarix, fəlsəfə, hüquq, dilçilik sahəsində kamil alimlər yetişir.
M. F. Axundov da bu dövrdə yazıb yaratmışdır. O, Tiflisdə çıxan qəzetlərdə çıxış edirdi. Əlifbanın
dəyişdirilməsi, dil, ədəbiyyat, incəsənət, tarix, mətbuat və s. məsələlərə dair aktual nəzəri fikirlər irəli sürürdü.
Ərəb və fars dilində təhsil almış ziyalılar öz dünyagörüşlərinə yenilik elementləri daxil etməyə, müasir elmi münasibətləri qavramağa çalışırdılar. Bu dövrdə vətənpərvərlik ideyaları yayılmağa başlayır. Bu ideyaların təsiri ilə Azərbaycan dilində elmi işlər dərc edilməyə başlayır. Azərbaycan dilində məktəblər üçün dərsliklər, tədris vəsaitləri nəşr edilir. Yazıçıların əsərləri, seçilmiş şerləri, ədib və filosoflar haqqında məqalələr çap edilir.
Bu dövrdə elmlə yanaşı incəsənət də inkişaf edərək realist istiqamətdə yüksəlməyə başlayır. Getdikcə
demokratik mahiyyət kəsb edən Azərbaycan incəsənətində yeni-yeni istedadlı rəssamlar, bəzək ustaları, memarlar və musiqişünaslar yetişir. Şuşalı usta Qənbər, Şamaxılı Əliqulu, Qurbanəli o dövrün tanınmış bəzək və naxış ustaları idi. Nuxa xan sarayını yenidən usta Qənbər bərpa etmişdir. Mirzə qədim İrəvani (1825 – 1879) İrəvanda, Mir Möhsüm Nəvvab Qarabaği (1833 – 1918) Qarabağda, Xurşudbanu Natəvan (1830 – 1897) həmin dövrün görkəmli rəssamları idilər. Bu realist rəssamların yaradıcılığının əsas xüsusiyyətlərini müşahidəçilik, ifadəçilik, konkretlik təşkil edirdi. Bu rəssamlar təbiəti, insanı, real əşyaları təsvir edirdilər. Mirzə Qədim İrəvani öz dövrünün məşhur rəssamı, nəqqaşı, bəzək ustası kimi 100-dən artıq əsər yaratmışdır. Onun şüşə və dəri üzərində rəngli boya ilə çəkdiyi şəkillər indi də öz parlaqlığını itirməmişdir. Lakin onun əsərlərinin az bir hisəsi gəlib bizə çatmışdır.
Mir Möhsün Nəvvab Qarabağlının sulu boya ilə çəkdiyi «Teymurləngin portreti», «Çiçəklər», «Quşlar»
kimi rəsm əsərləri onu realist rəssam kimi tanıtmışdır.
Xurşudbanu Natəvanın bizə gəlib çatmış albomunda onun əli ilə çəkilmiş rəsmlər real həyata həsr
olunmuşdur.
XIX əsrin 50-60-cı illərində memarlıq sənəti də realist istiqamətdə inkişaf etməyə başladı. İçəri şəhər
qalası ətrafında böyük bazarlar, karvansaralar, mehmanxanalar, ağ daşlardan əzəmətli binalar tikildi. Dəniz tərəfdə mədəni gəzinti və əyləncə üçün dənizkənarı park tikildi. Binaların fasadı bəzədilirdi. Yaşayış binalarının alt mərtəbələri mağaza, dükan, idarələr kimi istifadə edilirdi. Azərbaycanın şəhərlərində- Gəncə, Şuşa, Ordubad, Nuxa, Quba və s. şəhərlərdə, ətraf kəndlərdə aparılan tikinti və memarlıq işlərində realizm ilə xəlqilik birləşirdi. Bakıda iki və üç mərtəbəli binaların fasadı milli koloritli naxışlarla bəzədilirdi. Kiçik şəhərlərdə tikilən binaların fasadlarına da sadə və mürəkkəb naxışlar vurulurdu. Köhnə, qədim binaların bərpası da geniş yayılmağa başladı.
Musiqi sənətinin inkişafı da sürətləndi. Musiqi əsasən iki istiqamətdə – aşıq yaradıcılığı və xanəndə yaradıcılığı istiqamətində gedirdi. Bu dövrdə həmçinin musiqi nəzəriyyələrinə aid fikirlər də meydana gəlməyə
başladı. Mir Möhsün Nəvvab Qarabaği muğam haqqında «Vüzuhül – ərqam» adlı nəzəriyyə kitabı yazır. Bu isə
Azərbaycanda musiqi incəsənəti tarixində ilk təşəbbüs idi. Bu dövr incəsənəti və mədəniyyətinin inkişafını
realist istiqamətli dövr adlandırmaq olar.
Azərbaycan mədəniyyəti XIX əsrin 60-cı illərindən sonra daha yüksək şəkildə inkişaf etməyə başladı.
Həmin dövrdə yaşamış realist maarifçilərin əməyi xüsusi əhəmiyyət kəsb etdi. Mədəniyyətin inkişafına o dövrdə
Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda açdığı real – dünyəvi məktəblər böyük təsir etdi. Qız məktəbləri
açılmağa başladı. Bu məktəblərdə əsasən təbii elmlər – riyaziyyat, kimya, fizika, coğrafiya, dil, ədəbiyyat, tarix,
məntiq və s. elmlər öyrədilirdi. Kəndlərdə də dünyəvi məktəblər açılmağa başladı. Məsələn 70-ci illərdə
Lənkaran, Daşkəsən, Gorus, cəbrayıl, Gədəbəy kəndlərində məktəblər açıldı. O dövrdə Azərbaycanın maarifçi ziyalılarının yetişməsində Tiflis gimnaziyası, Qori müəllimlər seminariyasının böyük rolu olmuşdur.
Həmin dövrdə Azərbaycanın ərazisində maarifçilərin təşəbbüsü ilə ədəbi məclislər yaradıldı, qəzet və
jurnallar nəşr edildi ki, bunlar da XX əsr Azərbaycan mədəniyyətini daha da inkişaf etdirdi. Belə qəzetlərə misal olaraq H. Zərdabinin çıxardığı «Əkinçi» (1875), İsmayıl bəy Qasprinskinin «Tərcüman» (1884), «Ziyayi –
Qafqaziyyə», «Kəşkül», «Əxtər» və s. qəzetlər nəşr edilirdi.
O dövrün ictimai və siyasi cəhətdən fəal olan ədib və maarifçilərindən M.İ.Qasiri, S.Ə.Şirvani, H.Zərdabi,
İ.Qasprinski, M.T.Sidqi, M.M.Nəvvab, S.M.Qənizadə, H. Mahmudbəyov, F. Köçərli, R. Əfəndiyev və
başqalarını göstərmək olar.
Mirzə İsmayıl Qasir (1806-1900) ilk dəfə olaraq Talış mahalında məktəb açmışdır. Burada dərslər ana
dilində tədris edilir, dünyəvi elmlərlə yanaşı rus dili və şəriət də keçilirdi. 1805-ci ildə Qasirinin rəhbərliyi ilə
Lənkəranda «Fövc- ül- füsəha» (gözəl danışanlar) ədəbi məclisi təşkil edilmişdir. Bu məclisdə şer gecələri
keçirilir, dövrün ədəb qaydaları Avropa mədəniyyəti ilə müqayisə edilir, ictimai və məişət mədəniyyəti
haqqında müxtəlif söhbətlər aparılırdı. Bu məclis 1900-cu ilə qədər fəaliyyət göstərmiş, Lənkəranda ziyalıların
formalaşmasında əhəmiyyətli rol oynamışdır. M.İ. Qasiri 1994-cü ildə «Qanuni – Mirzə İsmayıl Qasir» adlı dərs
vəsaiti yazmışdır. Rus ordusunun məşhur generalı S. Mehmandarov və Lənkəran ziyalılarının böyük bir
maarifçi dəstəsi ilk təhsilini Qasiri məktəbində almışdır.
S. Ə. Şirvani (1835-1888) 1869- 70- ci illərdə Şamaxıda yeni üsullu (üsuli- cədid) məktəbi açmışdır. 18 il
fəaliyyət göstərən bu məktəbdə Azərbaycan, fars və rus dilləri tədris edilirdi. O, «Məcmueyi-asari Hacı Seyid
Əzim Şirvani» adlı dərs kitabı tərtib etmiş, lakin çap etdirə bilməmişdir. Həmin materiallardan bir qismini
Çernyayevskinin tərtib və çap etdirdiyi «Vətən dili» dərsliyinə verilmişdir. O, «Beyt- üs- səfa» şer məclisinə
rəhbərlik etmişdir. Bu məclisə Şamaxıda o dövrün şairləri, ədibləri, şer sevənləri, ədəbiyyat, incəsənət və
mədəniyyət xadimləri toplaşır, müxtəlif əxlaq, mədəniyyət məsələlərinə, ədəbi əsərlərə münasibət bildirirdilər.
Şirvani həmçinin o zaman çıxan mətbuat nümunələri, xüsusi ilə «Əkinçi» qəzetini əhali arasında yayırdı.
Bununla da o, xalqın maariflənməsinə, dünya hadisələrindən xəbərdar olmasına, həyat və məişətini mədəni
təşkil etməsinə çalışırdı. O, əsərlərində elmə, təhsilə yüksək qiymət verirdi. İnsanın gücünü elmdə görürdü.
Mədəniyyət carçısı olan şair kainat haqqında əsassız, mürtəce nəzəriyyələri tənqid edir, günəşin və ayın
tutulmasını, zəlzələnin səbəblərini, elmi əsaslarla izah edirdi. Köhnə məktəb sistemini inkişafa kömək etməyən
köhnə dərslikləri tənqid edirdi.
Şirvani öz şerlərində tərbiyəyə, insan şəxsiyyətinin formalaşmasına təsir edən amillərə müasir pedaqoji
tələblərə cavab verən elmi pedaqoci münasibət bildirmişdir. İnsanın formalaşmasında ilk ailə tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, insanlarda doğruçuluq, düzlük, dostluq, yoldaşlıq, xeyirxahlıq, rəhmlilik, vətənpərvərlik, əməksevərlik kimi əxlaqi keyfiyyətlər formalaşdırmağı zəruri hesab edirdi. Paxıllıq, hiyləgərlik, tamahkarlıq, amansızlıq, oğurluq, yalançılıq, kobudluq kimi xüsusiyyətləri pisləyirdi.
H. Zərdabi (1837 – 1907) Azərbaycan xalqının millətini, xalqını sevən, xalqın maariflənməsi, tərəqqisi üçün
çalışan, hər cəfaya dözən övladı idi. O, 1875-ci ildə «Əkinçi» qəzetinin nəşrinə başlayır. «Əkinçi» qəzeti
Azərbaycanın maariflənməsində, içtimai həyatında mühüm rol oynamışdır. Qəzetdə müxtəlif sahələr, o cümlədən
kənd təsərrüfatı məhsullarının istehsalı və saxlanılması mədəniyyəti və təşkilinə aid elmi məsləhətlər verilirdi. O,
bütün həyatını xalqın maarif və mədəniyyətə yiyələnməsinə həsr etmişdir. O, maarifə, elmə və biliklərə xalqın inkişafı, dost ilə düşməni seçə bilmə, həyatı düzgün və gözəl qurma vasitəsi kimi baxır, tərbiyəyə içtimai əhəmiyyət verir, xalqın xoşbəxt gələcəyini düzgün təşkil edilmiş təlim və tərbiyədə görürdü hər kəsi vətənini sevməyə çağırır, xalqa, onun gələcəyinə həsr edilmiş həyatı mənalı həyat hesab edirdi. O, məktəb tərbiyəsini ailə tərbiyəsinin davamı hesab etdiyi üçün ailədə tərbiyənin düzgün qoyulmasını və məktəblə ailə tərbiyəsini əlaqələndirməyi səmərəli tərbiyə üsulu hesab edirdi. Məişətdə mədəniyyətə, təmizliyə, fəsillərə görə yeməyə xüsusi fikir verilməsinə aid maraqlı fikirlər söyləmişdir. Beləliklə də o, məişət mədəniyyəti haqqında faydalı fikirlər söyləmiş, bu fikirlər insanların gündəlik həyatı ilə bağlamışdır. Məsələn, o, ailədə ciddi rejim olmasının tərəfdarı olmuş, yeməklərin dəyişdirilməsi, saxlanılması, süfrə qaydaları (süfrə arxasında oturma, əl yumaq, çirkli paltarla evə daxil olmamaq), evin havasının tez-tez dəyişdirilməsi, evin işıqlı olması, qapı və pəncərələrin qibləyə baxması ( yerin hərəkəti ilə bağlı olaraq günəşin şüalarının evə düşməsi nöqteyi nəzərindən), sağlamlığın qorunmasında yaşıllığın rolu və s . məsələlərə dair təcrübəni nəzəriyyə ilə əsaslandırmışdır. O, spirtli içkilərin və
siqaretin insana zərəri olduğunu qeyd edir və pisləyirdi.Zərdabi sağlamlığın qorunmasında geyim mədəniyyətinə də xüsusi əhəmiyyət vermişdir.
İsmayıl bəy Qasprinski (1851-1914) də X1X əsr Qafqaz ədiblərinin görkəmli nümayəndələrindən biridir.
Onun Rusiya müsəlmanlarının mədəniyyətinin inkişafında əhəmiyyətli rolu olmuşdur. Qasprinski 1884-cü ildə (aprelin 10-da) öz hesabına «Tərcüman» qəzeti nəşr etdirir. Rusiya müsəlmanları arasında maarifçilik və milli mədəniyyət nümunəsi kimi çıxış edən qəzetin devizi belə idi: «Dildə, fikirdə, işdə birlik!» Bu, ilk türkdilli qəzet
olub, 30 il nəşr edildi. Qəzetdə Azərbaycan maarifçiləri məktəb, elm, mədəniyyətə aid məqalələrlə çıxış
edirdilər. Qəzet Krım, Volqaboyu, Orta Asiyada və Azərbaycanda geniş yayılır, bu ölkələrdə yeni təlim
sisteminin yaranmasında, yeni tip məktəblərin açılması, əhalinin ictimai-siyasi, mədəni həyatında,
maariflənməsində əhəmiyyətli rol oynamışdır. Onun fəaliyyəti, əsasən milli dirçəlişə doğru yönəlmişdir.
Qasprinski qeyd edirdi ki, müasir mədəniyyəti olmayan xalqın sənayesi də olmaz, sənayesiz isə nə milli dövlət,
nə də sinfi şüur olmaz. O, günün başlıca vəzifəsini millətin mədəni yüksəlişini təmin etməkdən ibarət hesab
edirdi. İnsanı gəldi- gedər, millətin maarif və mədəniyyətini daimi hesab edirdi. Qasprinski türkdilli xalqların maarifi və mədəniyyətinin «mənəvi atası» sayılırdı.
M. T. Sidqi Ordubadda «Əncumani – şüəra»nın təşkilatçısı və fəal üzvü olmuş, yeni üsullu «Əxtər»
(Ulduz) məktəbində fəaliyyətə başlamışdır. 1894- cü ildə Naxçıvanda «Tərbiyə» məktəbini yaratmışdır. 1896-cı
ildə «Qız məktəbi» açmışdır. Ömrünün sonuna kimi maarif və mədəniyyət carçısı olmuş bir neçə dərslik,
«Məktəb nizamnaməsi», «Şagirdlər üçün qaydalar», «Heykəli – insana bir nəzər», «Hakimanə sözlər» və s.
əsərlərini yaratmışdır. M.T. Sidqi insanın formalaşmasında irsiyyət, mühit və tərbiyənin rloluna eyni dərəcədə əhəmiyyət verirdi. O, insan zəkasının qüdrətinə yüksək qiymət verir, insanların tərbiyəsinin əsasını biliklərə yiyələnmədə, zəkanı inkişaf etdirməkdə görürdü. Onun fikirincə elm elə bir ağacdır ki, onun nəticəsi əməl və ədəbdir. Ədəbsiz və əməlsiz insanı o, meyvəsiz ağaca bənzədirdi. Elmsiz insanı ruhsuz cismə bənzədərək qeyd edirdi ki, insan təbiət hadisələrini dərk etməklə biliyini, ağlını atrırır, ağıl vastəsilə isə istək və arzularını, zövq və ehtiraslarını idarə edir.
O, əməyi insan həyatının mənbəyi hesab edirdi, hər bir maddi və mənəvi nemətlərdən istifadə etmək
istəyən şəxs bu nemətlərin yaradılmasında iştirak etməlidir. O, tənbəlliyi xəstəlik, əməyi isə səadət hesab edirdi.
Sidqi insanlarda təvazökarlıq, sədaqət, dostluq, insanpərvərlik, cəsarətlilik, xeyirxahlıq və s. kimi əxlaqi
keyfiyyətlərin formalaşdırılmasını zəruri hesab edirdi. Biliklərə yiyələnmə, sistemli məktəb tərbiyəsi və bədii
ədəbiyyatı qiymətli tərbiyə vasitələri hesab edirdi. Ailə tərbiyəsi də Sidqi yaradıcılığında xüsusi yer tuturdu. Bu
məqsədlə o «Qızlara hədiyyə» dərsliyini yazmışdır.
Mir Möhsün Hajı Mir Əhməd oğlu Nəvvab (1833 – 1919) dünya hadisələri, xalqların iqtisadi və mədəni
inkişafını izləməyə, bu tərəqqini Azərbaycanda təbliğ etməyə çalışmışdır. O, bütöv Qarabağda mədəniyyət, elm
və maarifin böyük və bacarıqlı təbliğatçısı idi. Nəvvab Şuşada xalqın mənəvi həyatında əhəmiyyətli rolu olan
kitabxana və qiraətxanalar açmışdı. O, bir çox qəzetlərdə Qarabağ üzrə müxbir kimi çıxış edir, «Əkinçi»,
«Ziyayi – Qafqaziyyə», «Kəşkül», «Əxtər» və s. qəzetləri müxtəlif vastələrlə Şuşay gətizdirir, onların xalq
arasında oxunmasını təşkil edirdi.
O, Şuşada şəxsi litoqrafiya (daş basma) yaratmışdır. Bununla da Şuşanın mədəni həyatında böyük
yeniliklər yaranmasına səbəb olmuşdur. Ana dilində «Gövhəriyyə» adlı yeni üsüllu məktəb açmışdır. O, 20-dən çox əsər yazmışdır. «Kifayət ül – ətfal», «Nurul – əntər», «Təzkireyi – Nəvvab», «Nəsihətnamə», «Dər elmi –
musiqi və vüzuhül – ərqam» (musiqi elmində rəqəmlərin aydınlaşdırılması) və s. əsərlərini nümunə göstərmək
olar. Nəvvab «Pəndnamə və yaxud 500 faydalı nəsihət» adlı əsərində əxlaqi keyfiyyətləri sistemləşdirməyə
çalışmışdır. Bu əxlaqi keyfiyətlər dövrün mənəvi – mədəni tələbləri əsasında tərtib edilmiş, insanın həyat və
fəaliyyətinin bütün sahələrinə toxunmuşdur.
M. Nəvvab musiqiyə, estetik tərbiyəyə də yüksək qiymət vermişdir. «Vüzuh – əl – əqrəm» (rəqəmlərin
izahı) adlı əsərində o, Platon, Aristotel, Fərabi, İbn Sina, Urməvi, Pifaqor, M. Əbdülqadir kimi alimlərin musiqi
haqqındakı fikirlərini təhlil etmiş, muğamlar, ümumiyyətlə Azərbaycan musiqisi haqqında məlumat vermişdir.
Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1937) Azərbaycanda ana dilində məktəblər
açılmasında, dərsliklər çap edilməsində, milli mətbuat və milli teatrın yaranmasında böyük işlər görmüşdür. O,
dörd hissədən ibarət «Samouçitel russkovo yazıka», «Kilidi – ədəbiyyat», «Lüğəti – türki və rusi» və s. əsərlərin müəllifidir. S. Qənizadə elmə yiyələnməyi vacib hesab edir, tərbiyəni də elmi biliklər üzərində qurmağı
əhəmiyyətli sayırdı. İnsanların formalaşmasında tərbiyənin rolunu yüksək qiymətləndirir, insanların təbii
imkanlarının tərbiyə vasitəsilə istedada çevrilməsini qeyd edirdi. İstər böyüyən nəslin tərbiyələnməsində, istərsə
də Azərbaycanın içtimai – mədəni inkişafanda müəllimlərin roluna yüksək qiymət verirdi. O əxlaq tərbiyəsi, insanlarda formalaşdırılacaq mədəni davranış qaydaları haqqında maraqlı fikirlər söyləmişdir. Qadını insan aləminin ziyarətgahı hesab edən ədib qızların tərbiyəsi, ailə və ailədə uşaqların düzgün tərbiyəsndə onların roluna böyük əhəmiyyət vermişdir. O, öz əsərlərində qadın azadlığını təbliğ etmiş, qadınların iqtisadi – sosial asılılığını tənqid etmişdir. Onun tərbiyə, maarif, elm, mədəniyyətə aid fikirləri bu gün də öz aktuallığını itirməmişdir.
Mənbə:M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova. “Mədəniyyət tarixi və nəzəriyyəsi”. Ali məktəblər üçün dərslik.
http://kitabxana.net/files/books/file/1368979187.pdf

Azərbaycan tarixi mehman

Yusif Küseyr oğlu türbəsi

(1162-ci il)

Beş min il bundan əvvəl şəhər kimi formalaşan Naxçıvan çox böyük inkişaf yolu keçib, XII əsrdə burada Azərbaycanın Naxçıvan memarlıq məktəbi formalaşmış, çoxlu tarix-memarlıq abidələri yaradılmışdır. Belə abidələrdən biri də Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin cənub-şərq tərəfində 1162-ci ildə inşa edilən Yusif Küseyr oğlu türbəsidir. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə örtülmüşdür. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən olan Yusif Küseyr oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatmışdır.

Məqbərənin giriş qapısının baş tərəfində dörd sətirdə yazılan kitabədən aydın olur ki, türbə hicri təqvimi ilə 557-ci ildə (1162-ci il) Yusif Küseyr oğlunun xatirəsinə inşa etdirilmişdir. Məqbərənin qurşağında Qurani-Kərimin “Al-i İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır.

Yusif Küseyr oğlu kitаbədə “tаnınmış rəis”, “mömin”, “islamın gözəlliyi”, “şeyxlərin başçısı” titul və epitetləri ilə təqdim оlunmuşdur. Yusif Küsеyr оğlunun tutduğu şəhər rəisi vəzifəsi o dövrdə kifаyət qədər nüfuzlu idi.

Türbənin ətrafı 2001-ci ildə abadlaşdırılmışdır.

Möminə Xatın türbəsi

(1186-cı il)

Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin ən möhtəşəm nümunələrindən biri də Naxçıvan şəhərinin mərkəzində, “Əcəmi seyrəngahı”nda yerləşən, görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunan Möminə Xatın türbəsidir. Abidə yeraltı sərdabə və yerüstü türbədən ibarətdir. Daxildən dairəvi olan abidə xaricdən on üzlüdür. Yarandığı zaman hündürlüyü təxminən 35 metr olan türbənin yuxarı hissəsi aşınaraq uçub dağılmış, indiyədək yalnız 25 metr hündürlüyündə gövdə qalmışdır. Azərbaycan Atabəyləri dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz 1175-ci ildə vəfat etmiş arvadı Möminə Xatının xatirəsinə bu türbənin tikilməsini əmr etmişdir. Ancaq o özü də arvadından az sonra vəfat etdiyi üçün bu işi oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır. Türbənin sərdabəsində Möminə Xatından sonra Atabəy Şəmsəddin Eldəniz və oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan da dəfn olunmuşdur.

Türbənin üzərində olan əsas kitabədə türbənin təyinatı ilə əlaqədar verilən məlumatlarla yanaşı “Biz gedirik ancaq qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar! İlahi, bəd nəzərdən uzaq elə!” sözləri yazılmışdır. Türbə üzərində yazılan digər kitabələrdən aydın olur ki, abidənin tikintisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən hicri təqvimi ilə 582-ci ilin məhərrəm ayında (aprel, 1186-cı il) başa çatmışdır.

Azərbaycan xatirə abidələri içərisində öz gözəlliyi, kompozisiya xüsusiyyətləri, dekorativ bəzəkləri ilə seçilən, yüksək sənət əsəri və orta əsr Azərbaycan memarlığının şah əsəri olan Möminə Xatın türbəsi dünyanın möhtəşəm memarlıq abidələri sırasında özünəməxsus yer tutur. Məhz buna görə də görkəmli sənətşünas, professor V.Alpatov türbə haqqında yazırdı ki, belə yüksək forma duyğusuna, kompozisiyanın klassik kamilliyinə və icra mükəmməlliyinə həmin dövrün Avropa memarlığında təsadüf olunmur.

Möminə Xatın türbəsi mükəmməl sənət nümunəsidir. Türbənin tağları boyunca Qurani-Kərimin Yasin surəsi haşiyə şəklində iki dəfə, tağlarının hamısının baş tərəfində isə Qurani-Kərimin “Hakimiyyət vahid, qadir Allaha məxsusdur” ayəsi yazılmışdır. Türbənin daxilində, bir neçə metr yüksəklikdə qurşaq şəklində yazılan kitabədə Qurani-Kərimin “Bəqərə” surəsinin 255-ci ayəsi – “Ayətəl-kürsü” həkk edilmişdir.

Türbənin daxilində, günbəzin səthində diametri təxminən 1,5 metr olan dörd ədəd dairəvi medalyon vardır. Birinci medalyonda 8 dəfə “Məhəmməd”, ikinci medalyonda “Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli”, üçüncü medalyonda “Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli, Fatimə, Həsən, Hüseyn”, dördüncü medalyonda isə “Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli”, medalyonların hamısının mərkəzində isə “Allah” sözü yerləşdirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Möminə Xatın türbəsinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “. Bu abidənin qiyməti yoxdur. Möminə Xatın türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 2003-cü ildə Möminə Xatın türbəsində bərpa işləri aparılmışdır.

Naxçıvan şəhər buzxanası

(ХII-XIV əsrlər)

Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində orta əsr Azərbaycan memarlığının nadir nümunələrindən sayılan buzxanaların xüsusi yeri vardır. Özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan şəhərinin cənub tərəfində, İmamzadə kompleksinin yaxınlığında yerləşən XII-XIV əsrlərə aid buzxanadır. Azərbaycan ərazisində ən böyük buzxanalardan biri olan abidə planda düzbucaqlı formada inşa olunmuşdur. Uzunluğu 20 metr, eni 9 metr, hazırkı vəziyyətdə hündürlüyü 9,6 metrdir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir.

Naxçıvan buzxanasının yüksək səviyyəli, mükəmməl həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə, XII-XIV əsrlərdə tikildiyini göstərir. Buzxanalar qədim dövrlərdə havaların isti vaxtlarında əhalinin buza olan tələbatını ödəmişdir. Naxçıvan buzxanası ötən əsrdə məişətdə soyuduculardan istifadənin genişlənməsi nəticəsində fəaliyyətini dayandırmışdır.

Zaman keçdikcə güclü aşınmaya məruz qalmış buzxana Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2013-cü ildə bərpa olunmuşdur.

Xan Sarayı

(ХVIII əsr)

Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikintilər, o cümlədən saraylar da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının yaşayış evi – Xan Sarayıdır. Xan Sarayı Naxçıvan şəhərində – “Xan diki”ndə yerləşir. Memarlıq üslubu ilə seçilən, 3600 m 2 sahəsi olan Xan Sarayı yerləşdiyi ərazinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Sarayı XVIII əsrin sonların­da Naxçıvan xanı, görkəmli dövlət xadimi Kalbalı xan Kəngərli tikdirmişdir. Şərq memarlıq üslubunda tikilmiş bu Saray XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur.

Xan Sarayı iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olmuşdur. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulmuşdur. Xan Sarayının ümumi sahəsi 382 kvadratmetrdir. Bir metrədək divarlarının qalınlığı olan bina bişmiş kərpiclə tikilmişdir. Birinci mərtəbədə səkkiz otaq, ikinci mərtəbədə altı otaq və iki zal vardır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş.

Xan Sarayı 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bərpa olunmuşdur.

Zaviyə-mədrəsə

(ХVIII əsr)

VII əsrdən sonra Naxçıvan ərazisində müxtəlif sufi təriqətlərinə mənsub mərkəzlər, o cümlədən zaviyələr, həmçinin savadlı kadrlara olan tələbatı ödəmək məqsədi ilə mədrəsə binaları da inşa olunmuşdur. Zaviyələr həm ibadət və zikr yerləri, həm də təhsil mərkəzləri olduğundan Zaviyə-mədrəsə binaları da yaradılırdı. Naxçıvanda zəmanəmizədək xüsusi memarlıq üslubunda inşa edilən belə nümunələr də qalmışdır. Bu cəhətdən Naxçıvanın türk-islam mədəniyyəti nümunələri sırasında özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olan Zaviyə-mədrəsə binası xüsusi yer tutur. Zaviyə-mədrəsə binası Naxçıvan şəhərinin Zaviyə məhəlləsində yerləşir. Ərəbcə “guşə”, “künc”, “bucaq” mənasını verən “zaviyə” adı orta əsrlərdə yaşayış, ibadət, zikr və təhsil mərkəzlərinə də verilmişdir.

XVIII əsrdə inşa edilən Zaviyə-mədrəsə binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən bir metr hündürlükdə kürsülük üzərində yerləşdirilmişdir. Ümu­mi sahəsi 212 kvadratmetrdir. İstər plan quruluşu, istərsə də ayrı-ayrı hissələrin formasına görə Naxçıvandakı digər dini binalardan tamamilə fərqlənir.

Zaviyə-mədrəsə binası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2008-ci ildə əsaslı şəkildə təmir və bərpa olunmuşdur.

Şərq hamamı

(ХVIII əsr)

Türk-islam mədəniyyəti abidələrinin özünəməxsus nümunələrindən biri də hamamlardır. Naxçıvan şəhərindəki Şərq hamamı şəhərin mərkəzində, indiki “Təbriz” mehmanxanasının qarşısında, Dədə Qorqud meydanında yerləşir. Yerli əhali bu hamamı Naxçıvan xanları nəslindən olan İsmayıl xanın şərəfinə “İsmayıl xan hamamı”da adlandırır. Şərq hamamı Naxçıvan əhalisinin həyatında mühüm rol oynamış, yuyunma, paklanma yeri olmaqla bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə yerinə də çevrilmişdir.

XVIII əsrdə Şərq memarlıq üslubun­da inşa edilən hamam binası giriş, xidmət zalı, çarhovuzlu yuyunma salonu, xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 kvadratmetrdir. Hamam planda düzbucaqlı for­madadır. Bina bişmiş kərpiclə inşa edilmişdir. Hamamın soyunma zalı səkkizbucaqlı formadadır. Yuyunma salonunun iki keçidi vardır. Zalın mərkəzində çarhovuz inşa edilmişdir. 108 kvadrat metr sahəsi olan zalın tavanı sferik günbəzlə örtülmüşdür.

Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişik yerləşdirilmişdir. Xəzinədən açılan gözlükdən su götürülməsi üçün istifadə olunmuşdur. Hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin altındakı ocaq hamamın isidilməsinə xidmət etmişdir. Otaqlara istilik yeraltı borular vasitəsilə verilmişdir.

Hamam 2005-ci ildə əsaslı təmir və bərpa edilmişdir.

Yengicə hamamı

(ХVIII əsr)

İndiyədək gəlib çatan nümunələr göstərir ki, keçmişdə muxtar respublika ərazisindəki şəhərlərlə yanaşı kənd tipli yaşayış məntəqələrində də hamamlar fəaliyyət göstərmişdir. Naxçıvanda yaradılan türk-islam mədəniyyətinin belə nümunələrindən biri Yengicə hamamıdır. Hamam Şərur rayonunun Yengicə kəndində inşa olunmuşdur. Əhalinin fikrincə hamam XVIII əsrin sonlarında əslən Şahtaxtı kəndindən olan Tovuz xanım tərəfindən tikdirilmişdir. Hamam Yengicə kəndinin əhalisindən əlavə ətraf kəndlərdən gələn adamlara da xidmət etmişdir.

Yengicə hamamının ümumi sahəsi 650 kvadratmetrdir. Bina əhəng məhlulu istifadə olunmaqla bişmiş kərpiclə tikilmişdir. Hamam binası düzbucaqlı forma­da iki səkkizbucaqlı zala və onlara bitişik iki köməkçi otağa bölünür. Zalları örtən günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidmət otaqları qismən dağıntıya məruz qalsa da hamamın daxili planı yaxşı vəziyyətdədir.

İki zalın arasında yerləşən köməkçi otaqların qapıları yuyunma zalına açılır. Hamamın ocaqxanası cənub hissədə yer­ləşir. Hamam döşəmənin altında yerləşdirilmiş isti hava kanalları vasitəsilə qızdırılırdı. Binanın işıqlandırılması günbəzin mərkəzində yerləşən baca və divarlardakı kiçik pəncərələr vasitəsi ilə həyata keçirilirdi.

Hamam Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2017-ci ildə bərpa olunmuşdur.

Cəlilkənd buzxanası

(ХIX əsr)

Orta əsrlər zamanı Naxçıvanda türk-islam mədəniyyəti abidələrinin yaradılması ənənəsi sonrakı dövrlərdə də davam etmişdir. Buna ən gözəl nümunə XIX əsrdə inşa olunmuş Cəlilkənd buzxanasıdır. Bu buzxana Şərur rayonunun iri yaşayış məskənlərindən olan Cəlilkəndin girişində yerləşir. Buzxana dördkünc formalı binadan ibarətdir. Bina yuxarıda tağabənzər formada tamamlanmışdır. Buzxananın girişi cənub tərəfdəndir. Binanın divarları yonulmuş boz rəngli qaya parçalarından inşa edilmişdir. İçərisində divarlar boyunca dördkünc formalı səkilər inşa edilmişdir. Çox hissəsi yerin altında yerləşən buzxanaya enmək üçün daşdan xüsusi pilləkən düzəldilmişdir.

Ötən dövrlərdə aşınmalara məruz qalan buzxana Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2015-ci ildə bərpa olunmuşdur.

Ordubad şəhər buzxanası

(ХIV əsr)

Naxçıvanda orta əsrlər zamanı yaradılmış türk-islam mədəniyyətinin nadir nümunələrindən sayılan abidələrdən biri də Ordubad şəhərində XIV əsrdə inşa edilən buzxanadır. Naxçıvan ərazisində zəmanəmizədək gəlib çatan ikinci qədim buzxana olan bu abidə Ordubad şəhərinin mərkəzində yerləşir.

Came məscidinin yaxınlığında inşa edilən buzxananın ümumi sahəsi 166 kvadratmetr, zirzəmisinin daxili sahəsi 89,4 kvadratmetrdir. Buzxananın tikintisi bişmiş kərpic və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, pilləkəndən, buz hazırlanan və saxlanılan zirzəmidən ibarətdir.

Tədqiqatçılar özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən Ordubad şəhərindəki buzxananın XIV yüzillikdə inşa olunması və XVIII əsrdə bərpa edilməsi fikrindədir.

Buzxana Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 2014-cü ildə əsaslı bərpa olunmuşdur.

Aza körpüsü

(XVI-XVII əsrlər)

Orta əsrlər zamanı Naxçıvanda yaradılmış türk-islam mədəniyyəti abidələrinin bir hissəsini körpülər təşkil edir. Belə körpülərdən biri XVI-XVII əsrlərdə Səfəvi hökmdarı I Şah Abbasın dövründə (1587-1629-cu illər) inşa edilən Aza körpüsüdür. Buna görə onu “Şah Abbas körpüsü” adlandıranlar da var.

Gilançayın üzərində inşa edilən Aza körpüsü Ordubad rayonundakı Darkənd və Aza kəndlərini birləşdirir. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmiş körpünün uzunluğu 46 paqonometr, eni 3,5 metrdir. Körpü inşa edilərkən onun yerləşdiyi ərazi nəzərə alınmış, tağların oturacaqları təbii özüllər-qayalar üzərində hörüldüyü üçün tağlar arasındakı məsafələr müxtəlif ölçülərdə qoyulmuşdur. Körpünün şimal üzündə, yəni suyun gəldiyi tərəfdə dörd tağın qarşısında dalğaqıran düzəldilmişdir.

Şərq ölkələrini, o cümlədən Çin və Hindistanı Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən Aza körpüsü Böyük ipək yolu üzərində inşa edildiyindən mühüm əhəmiyyətə malik olmuşdur.

XX əsrin sonlarında güclü sel Aza körpüsünün qərb tərəfini dağıtmışdır. Körpü 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuşdur.

Ordubad qeysəriyyəsi

(ХVII əsr)

Naxçıvanın türk-islam mədəniyyəti abidələrindən biri də XVII əsrə aid Ordubad Qeysəriyyəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən Qeysəriyyə orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən üstüörtülü bazarlar qrupuna aiddir. Adətən bahalı mallar, xüsusilə daş-qaş, cəvahirat satılan bu bazarlara xalq arasında “Şah bazarı” da deyilirdi.

XVII əsrdə bişmiş kərpicdən tikilmiş abidənin ümumi sahəsi 540 kvadrat metrdir. Memarlıq quruluşuna görə Qeysəriyyə binası mərkəzi səkkizbucaqlı zaldan və onun tavanını qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan, dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Mərkəzi günbəz də daxil olmaqla abidənin hündürlüyü 8,5 metrdir. Şərq memarlığında nadir abidələrdən olan Qeysəriyyədə Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Qeysəriyyə binasında 2010-cu ildə əsaslı bərpa və təmir işləri aparılmışdır.

Ordubad hamamı

(XVIII-XIX əsrlər)

Naxçıvan ərazisində indiyədək qalan türk-islam mədəniyyəti nümunələrindən biri də Ordubad hamamıdır. Hamam Ordubad şəhərinin mərkəzində, Came məscidinin yaxınlığında inşa olunmuşdur. XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş bu hamamın ümumi sahəsi 483 kvadratmetr, divarlarının qalınlığı bir metrdir. Bina bişmiş kərpiclə inşa olunmuşdur. Hamam geniş dəhliz, çayxana, soyunma və yuyunma zallarından ibarətdir. Zallara açılan otaqlardan digər otaqlara və ocaqxanaya giriş vardır. Soyunma zalı kəsik küncləri olan kvadrat, mərkəzi salon isə səkkizbucaqlı formadadır. Soyunma zalının hündürlüyü 7,4 metrdir. Onun yuxarısı dairəvi günbəzlə qapanır. Yuyunma zalı çatma tağ formalı dərin taxçalarla əhatə olun­muşdur. Taxçaların içərisində masaj üçün xüsusi sal daşlar yerləşdirilmişdir. Zalın mərkəzində dairəvi hovuz vardır. Yuyunma zalının günbəzinin diametri 5,8 metr, hündürlüyü 7,4 metrdir.

Hamamın şərq tərəfində, yuyunma zalına bitişik is­ti su hovuzu və onun altında ocaqxana vardır. Xəzinədən yuyunma zalına açılan gözlükdən isti su götürmək üçün istifadə edilirmiş. Hamamın suyu yaxınlıqdan keçən Qarahovuz çeşməsindən götürülürmüş. Yuyunma zalı və ona birləşən otaqların altında isti havanın dövr etməsi üçün kanallar düzəldilmişdir.

XVIII-XIX əsrlərə aid edilən, Ordubad şəhər əhalisinin həyatında mühüm rol oynayan abidədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2009-cu ildə bərpa işləri aparılmışdır.

Gülüstan türbəsi
(XII əsr)

Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində memarlıq quruluşu, inşaat texnikası, özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edən xatirə abidələrindən biri də Gülüstan türbəsidir. Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndindən təxminən bir kilometr şərqdə, Araz çayının sol sahilində inşa edilmişdir. Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının ənənələrini özündə əks etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və özünəməxsus nümunələrindən sayılan, tünd qırmızı tufdan inşa edilən Gülüstan türbəsi orijinallığı, tikinti texnikası, gövdəsindəki naxış bəzəyi, zahiri görünüşü, memarlıq həllinin səciyyəsi ilə nadir sənət incisi kimi diqqəti cəlb edir.

Gülüstan türbəsi mənbələrdə bəzən “Kəsik günbəz” kimi də xatırlanır. Türbə iki hissədən – sərdabə və türbədən ibarətdir. Sərdabənin divarları dörd cərgə düzülmüş daşlardan hörülmüş və quruluşu etibarilə düzgün olmayan çoxbucaqlı əmələ gətirmişdir. Digər türbələrdə sərdabə yerin altında yerləşdirildiyi halda, burada yerin səthindən yuxarıda inşa olunmuşdur. Türbənin aşağı hissəsini təşkil edən, yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik piramida, daxildən silindirik quruluşa malikdir. Yuxarı hissə isə on iki üzlü qüllədən ibarətdir. Türbənin yuxarı kamerası planda diametri 4.6 m olan düzgün çevrədir. Onun divarları gəclə suvanmışdır, yuxarı getdikcə tədricən ellips şəkilli günbəzə çevrilir.

Türbənin üzərində yaradılan tağçaların içərisi incə naxış və ornamentlərlə doldurulmuşdur. Memar ornamentləri tağçalarda elə yerləşdirmişdir ki, onu seyr edənlər həmişə qonşu səthlərdə müxtəlif biçimli ornamentlər görür. Ornamentlərin tağçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentlər 1186-cı ildə Naxçıvan şəhərində inşa edilmiş Möminə Xatın türbəsinin ornamentləri ilə oxşardır. Həndəsi naxışlarının təhlilinə əsaslanaraq türbənin XII əsrdə inşa olunmasını söyləmək olar.

Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə bərpa olunmuşdur.

Хаnəgаh Memarlıq Kompleksi

(XII-XV əsrlər)

Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan dini-memarlıq abidələri sırasında sufiliklə bağlı mərkəzlər – xanəgah kompleksləri xüsusi yer tutur. Belə komplekslərdən biri XII-XV əsrlərə aid Xanəgah Memarlıq Kompleksidir. Xanəgah Memarlıq Kompleksi Culfa rayonunun Xanəgah kəndindən şimаl-şərq tərəfdə yеrləşir. Kоmplеks türbə, məscid və digər tikililərdən ibarətdir. Kitаbəsindən məlum olur ki, kоmplеksin əsаsını təşkil еdən türbə Uluğ Qutluğ Lələ bəyin əmrilə Хаcə Cəmаləddin tərəfindən inşa edilmişdir. Türbə memarlıq quruluşuna görə XII əsrə aid edilir.

Türbənin daxilində bir qəbir vаrdır. Mənbələrdə göstərilir ki, həmin qəbirdə ХIV əsrdən еtibаrən Аzərbаycаndа gеniş yаyılаn Hürufilik təliminin bаnisi Fəzlullаh Nəimi dəfn еdilmişdir. Хаnəgаh kоmplеksinə bitişik, cənub tərəfdə inşa edilmiş türbə-məscidin kitаbəsindən aydın olur ki, türbə-məscid Şеyх Hаcı Lələ Məlikin xatirəsinə Həvva Bədr Bikə хаtının səyi ilə hicri təqvimi ilə 901-ci ildə (1496-cı il) inşa olunmuşdur.

Qarabağlar Türbə Kompleksi

(XII-XIV əsrlər)

Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən biri də nəinki Azərbaycan, ümumiyyətlə Şərq memarlığının incilərindən sayılan, XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksidir.

Kompleks Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir. Bir türbə və qoşa minarəli baştağdan ibarətdir. XII-XIV əsrlərə aid qoşa minarələr və türbə zaman keçdikcə dağıntıya məruz qalmış, yuxarı hissələri uçmuş, kitabələrinin çox hissəsi ovulub tökülmüşdür. Qoşa minarəli baştağın üzərində çox hissəsi dağılmış kitabənin mətnindən aydın olur ki, bu kompleksin tikilməsini Cahan Quti xatın əmr etmişdir. Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın arvadlarından birinin adı Qutuy xatın olmuşdur. Sarayda böyük nüfuza malik olan Qutuy xatın ağlı və bacarığı sayəsində dövlətin idarə olunmasında iştirak etmişdir. Kitabədə adı çəkilən Quti xatın mənbələrdə Quti və ya Qutuy xatın şəklində xatırlanan qadınla eyni adamdır.

Kitabədə tarix qalmamışdır. Mənbələrdə türbənin XII əsrdə, minarələri birləşdirən baştağın isə XIV əsrdə tikilməsi qeyd olunub.

Azərbaycanın qülləvari türbələri tipinə aid olan, on iki yarımsilindirin birləşdirilməsindən əmələ gətirilən, diametri 10 metrə yaxın, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır.

Türbənin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx xətli kitabələr ilə bəzədilmişdir. Bu kitabələrin hamısı Quran ayələri və dini xarakterli kəlamlardır. Abidənin gövdəsində yaradılan iri həcmli rombların içərisində kufi xəttilə yerinə yetirilmiş və dəfələrlə təkrarlanan kitabələrin mətni belədir: “Allahdan başqa Allah yoxdur. Məhəmməd – Allahın ona salavatı olsun – Allahın elçisidir”.

Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası, oxşarlığı və digər əlamətləri göstərir ki, bu abidə Bərdə türbəsinin memarı Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani tərəfindən XIV əsrin 30-cu illərində inşa edilmişdir.

Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən bərpa olunmuşdur.

Burada orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə mənsub adamlar yaşamış və fəaliyyət göstərmişlər. Orta əsrlər zamanı əhalinin müxtəlif təbəqələri arasında böyük təsir gücünə malik olan, şərq ölkələrində mövcud olan sufiliklə bağlı mərkəzlərlə bir sırada duran bu xanəgahda yaşayan sufi təriqəti mənsubları bölgənin ictimai-siyasi həyatında, xarici müdaxilələr zamanı ərazinin işğalçılardan qorunması üçün əhalinin təşkilatlanmasında xüsusi rol oynamışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə kompleks 2005-ci ildə yüksək səviyyədə bərpa olunmuş, ət­rafı abadlaşdırılmış, oraya gedən yola asfalt salınmışdır. 2016-cı ildə abidələrin ətrafında yenidənqurma işləri aparılmışdır.

Похожие статьи

  • Azərbaycan tarixi ziya bunyadov

    Azərbaycan tarixi ziya bunyadov Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron…

  • Azərbaycan tarixi 2ci cild

    V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…

  • Azərbaycan tarixi intibah dövrü

    Azərbaycan intibah mədəniyyəti (IX – XIII əsrin əvvəlləri) İntibah dövründə yaşayan Azərbaycan ustaları metal məmulatları hazırlamaqda çox mahir idilər….

  • Azərbaycan tarixi üzrə qaynaqlar

    Azərbaycan tarixi üzrə qaynaqlar 3.Dərbənd şəhərini ərəblər “Bab-ül əl-Bab”adlandırmışlar. Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat…

  • Azərbaycan məktəb və pedaqoji fikir tarixi

    Azərbaycan məktəb və pedaqoji fikir tarixi Pedaqogika psixologiya ilə qarşılıqlı əlaqəlidir. Bu əlaqə insan psixikası əsasında yaranır. İnsanların psixi…

Comments are closed, but trackbacks and pingbacks are open.