Kollektiv. Azərbaycan tarixi üzrə qaynaqlar (1989)
Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq yüksək düzəydədir.
Azərbaycan tarixi haqqında
1 Azərbaycan tarixi haqqında Azərbaycan tarixçiləri (Güneli-Quzeyli) bir yerə yığışıb (əgər toplaşmağa imkan versələr və yaxud biz toplaşmağı bacarsaq) Azərbaycan tarix və mədəniyyətinin araşdırılmasının metodologiyasını yazmalıyıq, sözün əsl mənasında yaratmalıyıq! Dünyada ən az öyrənilmiş tarix bəlkə də Azərbaycan tarixidir. Azərbaycanın öz tarix qaynaqları az öyrənildiyindən, bir sıra tarix qaynaqları məhv olduğundan və ya məhv edildiyindən, əldə olan tarix qaynaqlarının düşmən qələmindən çıxdığından və hətta bizim öz tarixçilərimiz də öz tariximizə düşmən tarixçilərin gözü ilə baxdığından, BÜTÖV AZƏRBAYCAN tarixini və mədəniyətini öyrənmək üçün ayrıca araşdırma metodu yaradılmadığından, daha nələr, daha nələri də düşünsək Azərbaycan tarix və mədəniyyətinin araşdırılma, öyrənilmə mənzərəsi tam aydınlığı ilə göz önünə gələr. Ən qədim tariximiz Şumer, Babil, Akkad, Assur qaynaqlarına dayanaraq araşdırılır. Özü də hansı anlara? O anlara ki, həmən anlarda bunların dördü də Azərbaycanla müharibə şəraitində olub, yəni düşmənçiliyin ən düşmən zirvəsində. [ ] Orta əsrlər ərəb, fars, erməni qaynaqları, yeni dövr rus qaynaqları da eyni təsirə malikdir. Uzun müddət rus və fars şovinizminin qanlı hakimiyyəti altında olan Azərbaycan türkləri azad olduqca hər şeyi yenidən yaratmalı, qurmalı və yazmalıdır. Tarixi də! Azadlığa qovuşan xalqlar öz tarixlərinə, keçmiş mədəniyyətlərinə yenidən baxacaq, bir çox uydurma və qondarmalar, saxtakarlıqlar aradan qalxacaq, tarix gerçəkliyi üzə çıxacaqdır. Dünyada böyük, tarixi millətlər arasında türklərin tarixi qədər dolaşdırılmış, türk düşmənləri tərəfindən saxtalaşdırılmış, türklərin özləri tərəfindən ən az araşdırılmış ikinci bir millətin tarixini təsəvvür etmək belə mümkün deyildir. Tarix millətləri içərisində türklər qədər öz tarixinə sayğısız yanaşan ikinci bir millət yoxdur. Tarixi şəhid qanı ilə yaradan bu millət unutmuşdur ki, qiyamət günündə gerçək alimin mürəkkəbi şəhid qanından fəzilətli tutulacaq. Birgə götürdükdə türk tarixini, ayrıca olaraq da Azərbaycan tarixini araşdırmağın tək bir metodu yoxdur, halbuki bunsuz gərəkli ölçüdə irəli getmək mümkün olmayacaq. Alimlərimizin, demək olar ki, hamısı tarixi marksist-leninçi metodologiya əsasında araşdırıblar. Qısaca olaraq bu nə deməkdir – bütün tarix boyu 4 quruluş olub: ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm; beşincisi həm də sonuncu olacaq, onu kommunistlər quracaq, adı da 1
2 kommunizmdir, sosializm onun birinci mərhələsidir. Tarix siniflərin mübarizəsi tarixidir. [ ] Quldarlıq eradan qabaq III minillikdən başlayır; feodalizm indiki eranın III yüzilindən başlayır; kapitalizm (yeni dövr) İngiltərədəki burjua inqilabından başlayır; Rusiyadakı oktyabr inqilabından ən yeni dövr başlayır və başqa və başqa hökmlər Tarixi saxtalaşdırmaqda bundan eybəcər metodologiya düşünmək və tapmaq mümkün deyil. Bu gün kimə sorsan ki, hansı metodologiyaya əsasən elmi iş işləyirsən? – cavab verə bilmir. Mən təklif edirəm ki, hələlik ilkin olaraq tarix-məntiq metodunu qəbul edək. Bu metod nə üçün tətbiq edilir? Birinci, ona görə ki, istər Azərbaycanın, istər bütün türklərin, istərsə də bütün dünyanın qədim və ən qədim tarixi ya həddən az öyrənilib, ya da heç araşdırılmayıb, öyrənilməyib. Buna görə də birinci vəzifə kimi qarşıda empirik məlumatların toplanması gərəkdir. Sonra bu məlumatlar empirik və xronoloji tarixiylə toplanmalıdır. İkincisi, bu empirik məlumatlar bir məntiqə dayanmalıdır. Məsələn, empirik məlumat ya mifdən, ya dildən, ya dindən gələ bilər. Bunların öz məntiqi, öz sistemi vardır. Ümumi götürsək, min illərlə bəşərin yararlandığı formal məntiq adlanan məntiq (loqos) bunları qəbul etmir. [ ]. Üçüncüsü, tarixsəl məntiq nə üçün gərəkdir? Birmənalı deyə bilərik ki, tarixin fəlsəfəsini anlamaq və yaratmaq üçün. Çünki hələlik, bəlkə də bir neçə yüzil son söz tarix fəlsəfəsinindir. Azərbaycanın, ümumiyyətlə, türklərin çox zəngin mifoloji irsi vardır. Biz tariximizi yeni metodla yazarkən diqqətli olmalı, miflərə necə yanaşmağı bilik yığıncaq, simpozium, konfrans və toplantılarında müzakirə edib üsul hazırlamalıyıq. Bunda birincilik elmə verilməli, mifin tarixləşməsinə, tarix elminin mifləşməsinə, mif bataqlığında batmasına heç cür imkan verilməməlidir. Bəli, biz bu gün təmiz elmlə qidalanıb sağlam şüurla Azərbaycan tarixini həm yaratmalı, həm də ən əski çağlarından bugünədək yeni metodla yenidən yazmalıyıq! Aristotel, Farabi və b. böyük filosoflar dönə-dönə göstərmişlər ki, fəlsəfə ilə məşğul olmaq istəyən, sözün əsl mənasında filosof olmaq istəyən adam mənəvi və fiziki cəhətdən təmiz və sağlam olmalı, gəncliyindən həyatını buna sərf etməlidir. Mən bu sözləri bütünlüklə türk- Azərbaycan tarixçisinə aid edirəm. Hər bir tarixçi, siyasətçi, filosof, alim, ümumiyyətlə, əsl mənada insan bilməlidir ki: birinci, gerçəkliyi görmək, anlamaq çətindir; 2
3 ikinci, gerçəkliyi görüb anlayandan sonra onu demək, yazmaq çətindir; üçüncü, bunlardan sonra gerçəkliyi savunmaq, müdafiə etmək çətindir; dördüncü, onu insanlara, topluma çatdırmaq çətindir. Bütün bu dörd mərhələni keçə bilən İNSAN böyük Haqqı dərk etmiş olur, ruhən O’na qovuşur. Qədimdə insanlar özlərinin ruhlarının daşıyıcısı – onqon`u olaraq bəzən heyvanların üstünə gəlirdilər. Bu inam təkcə bizə aid deyil – qədim Şumerdə də var. Siz bəzən rast gəlirsiniz ki, qızıldan ağac heykəli qoyulub, keçi də ayaqları ilə qalxıb yarpaqların üstündə oturub, keçi də qızıldandır – şumerlərin onqonlarıdır. [ ] Məsələn, ərəblərdəki “Bəni-kəlb” (“İt tayfası”), “Bəni-əsəd” (“Şir tayfası”) kimi tayfa adları onqonlarla bağlıdır. Türklərdəsə daha çox məşhur olan onqon boz qurddur, qu quşudur, qartaldır, sonra maraldır. (Bunlar miflərdən də qədim məsələlərdir). Onqonlarla bağlı Azərbaycanda Ağqoyunlu, Qaraqoyunlu tayfalar sistemi yaranıb. Burada boz qurd hələ indi tapılıb. Türkün gerçək tarixi haradan başlayır? Araşdırmalarımın sonunda gördüm ki, nəinki türkün, bütövlükdə dünyanın tarixi Turandan başlayır. Şumer miladdan 3 min il əvvəl mövcud olub, üstünə indiki eranı da gələndə edir 5 min il, yəni Şumerin 5 min il tarixi var. Azərbaycanınsa tarixi Şumerinkindən qabaqdır. 6 min-7 min il qabaq Azərbaycan mədəniyyəti olub – böyük Kür-Araz mədəniyyəti! Bu mədəniyyət sonralar Şumerə keçib, ona təsir edib, orada yayılıb. Bəs Kür-Araz mədəniyyəti`nin özü haradan gəlib? O, böyük Turana daxildir. Turanın da mərkəzi Xəzər ətrafı və İssıkgöl`dür. Moskvada çıxan nüfuzlu bir jurnalda oxumuşdum ki, alimlər artıq etiraf edirlər ki, bizim eradan qabaq X-IX minilliklərdə Turan ovalığında böyük bir mədəniyyət olub və bütün mədəniyyətlər oradan getməyə, yayılmağa, çözələnməyə başlayıb. Bu vahid mədəniyyət mərkəzinin sərhədləri söykənir Əfqanıstana, söykənir Hindistanın şimalına (Hindistana girmir), söykənir Çinə (Çinə də girmir) və söykənir bir də Azərbaycan da içində olmaqla Xəzər ətrafına (burada geniş yayılır). Bu mədəniyyətdən danışarkən, məsələn, bildirilir ki, ən qədim bürünc, qızıl əşyalar Orta Asiyada tapılıb. Svastika elə, xaç elə, yaxud dünyanın mühüm aparıcı rəmzləri – onların hamısı qazıntı nəticəsində tapılan və xristianlıqdan 5 min il qabağa aid şeylərdir. Buradan belə nəticəyə gəlinir ki, mədəniyyətlərin ilkin mərkəzi sərhədlərini cızdığım Turan`da olub, hind-avropalılar da, türklər də oradan çıxıb, sami mədəniyyəti də hər şeyi oradan götürüb. Qəribədir ki, indi bu mədəniyyətə yiyələnməyə çalışaraq söyləyirlər ki, onu elə hind- 3
4 avropalılar yaradıb. Soruşanda ki bəs oradakı türklər necə olub, deyirlər ki, o türklərlə indiki türklər fərqlidir. Sözə bax! Sadəcə olaraq, indi də istəyirlər ki, bunu sübut etsinlər ki, doğrudur, Turanın əhalisi türkdür, ora türk məkanıdır, ancaq ən qədim əhalisinin kökündə hind-avropalılar dayanır – sonradan hind-avropalılar çıxıb gedib, yerində türklər qalıb. Səlcuq dövründə şair və alimlərimiz daha çox ərəb və farsca yazdıqları halda, Elxanlılar dövründə öz dillərində – türkcə yazmağa başladılar. Bu günə kimi bizim tarixçilərimiz də ərəb, fars, rus və b. tarixçilər kimi Elxanlıların qarasınca böhtanlar yağdırmış, Elxanlı dövlətinin Azərbaycan tarixindəki böyük və müsbət rolunu görə bilməmişlər. Bircə məsələni gözdən qaçırmamaq gərəkdir ki, məhz Elxanlılar ərəblərin və farsların mənəvi diktaturasını sındırmışdı. “Böyük moğollar” dediyimiz türklər Orta Asiyadan axınla gəlir. Hülaku xan Azərbaycanda böyük bir imperiya yaradır – Beşinci ulus. Hülaku xan əslində Çingiz xanın yasalarını həyata keçirən şamançı bir insandı. Bütün Azərbaycan, İraq və İranda (daha doğrusu, Azərbaycan, Fars və İraqda), Xorasanda 500’dən artıq şaman məbədi tikdirmişdi. Vəzirisə müsəlman Nəsirəddin Tusi’ydi. Bağdadı tutanda ona dedilər ki, sən müsəlman deyilsən, bizə başçılıq edə bilməzsən axı. Nəsirəddin Tusi ona öyrətdi ki, bunlardan soruş ki, sizin dində ədalətsiz müsəlman yaxşıdır, yoxsa ədalətli qeyri-müsəlman? Bütün ruhanilər yığışıb dedilər ki, ədalət birincidir, ona görə də ədalətli qeyri-müsəlman ədalətsiz müsəlmandan yaxşıdır. Hülaku xan da bildirir ki, mən ədalətli qeyri-müsəlmanam – görəcəksiniz, mən ədalət yaradacağam. Və yaradır da, hamı ondan razı qalır. Amma buna baxmayaraq yenə də özgə ünsür sayılır, qəbul edilmir. İki nəsil keçir, onun nəvəsi Qazan xan islamı qəbul edir, islahatlara başlayır, bütün keçmiş 500 məbədin hamısını sökdürüb dağıdır və yerində məscid tikdirir. Orta Asiyadan, Monqolustandan axışıb gəlmiş uluslar – türk, tatar, monqol. hamısı müsəlmanlaşır, islama keçir. Əmir Teymurla Şeyx Sədrəddinin görüşünü mən həmişə misal çəkirəm. Teymur gəlib Ərdəbildən keçəndə (Anadolunu işğal edəndən sonra) deyir ki, gedin Şeyx Sədrəddinə deyin, Əmir Teymur gəlib. O da şeyxdir də, qabaqcadan xəbəri var ki, Teymur gəlir. Ancaq onun Əmirin ayağına getməsi yaramaz. Getməsin deyə namaza oturur. Gəlib çağırırlar: “Şeyx, şeyx!” – çönüb eləmir, namazını qılır; “Şeyx, Əmir Teymur səni gözləyir” – səsini çıxarmır (axı namazda danışmaq, bədəni, yaxud üzü yana çevirərək qiblədən yayındırmaq olmaz). Əslində heç bir irad tutula bilməyəcək bu hərəkətiylə Əmir Teymura başa salır ki, sən məni gözləməlisən, mən səni yox. Teymur deyir ki, mən Allah qonağıyam, şeyx mənim qarşıma çıxmalıdır. Onda şeyx qapıya çıxıb soruşur ki, məni çağıran Allah qonağı kimdir? Deyirlər: Əmir Teymur. Bunda dillənir ki, buyursun Allahın qonağı. Əmir Teymur atdan düşüb deyir ki, şeyx, məni saya salmırsan, axı mən hökmdaram, hökmdarınsa ayağına gələrlər. Şeyx Sədrəddin deyir ki, mən Tanrıya ibadətlə O`nun ziyarətindəydim, Tanrısa hökmdardan böyükdür. 4
5 Bax, sistem budur, ruhani böyüklüyü budur, şeyxlik budur! Əmir Teymur da Şeyx Sədrəddini dəyərləndirərək əmr edir ki, ona dəyməyin – böyük şeyxdir. Nə istədiyini şeyxdən soruşur (bunların hamısı gerçək tarixi faktdır), şeyx də onun apardığı əsirləri buraxmağı xahiş edir. Əmir Teymur onların hamısını buraxır. Həmin o azadlığa buraxılan müridlərdən bir hissəsi çıxıb gedir Anadoluya, bir hissəsi də (subay gənclər) deyir ki, şeyx, sən bizi qul olmaqdan azad etmisən, sənin yanından getmirik. Şeyx Sədrəddinin ordusu oradan yaranır. Kimdi onlar? Şamlular Suriyadan gətirilən əsirlərdir – türk əsgərləridir, rumlular da Rumelidən gətirilənlərdir. Bəli, şamlular, rumlular, ustaclılar – bu tayfaların hamısı Teymurun azadlığa buraxdığı əsirlərdir. [Şeyx Sədrəddinin] yanında qalanlar başladılar öz tayfalarıyla əlaqə yaratmağa, sonra Anadoluya gedənlərin tayfaları da şeyxə itaət etdilər ki, bizim övladlarımızı əsirlikdən sən buraxdırmısan. Həmin tayfalar axınla Şeyx Sədrəddinin yanına gəldilər. Bundan sonra onun müridləri bütün Anadolunu bürüdü. Daha sonra Səfəvilərin ayağı yer aldı, hərbi gücə çevrildilər. Onların qılınc vuranlarının hamısı müharibədə tutulmuş, sonra buraxılmış həmin adamlardı. Bunlar hərbi hissə yaratdılar və şeyxlik də yavaş-yavaş hərbi sistemlə qovuşmağa başladı və Şah İsmayıl`la hakimiyyətə də yiyələndi. İngiltərə, Rusiya və Fransa uzun müddət İran uğrunda toqquşurdular. Hər üçü də farslara xüsusi rəğbətlə yanaşır, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Vuruşan, ölən, siyasəti və dövləti idarə edən türklər olduğu halda, Rusiya dövlət sənədlərində, mətbuatında və arxiv sənədlərində persidskie dokumentı ( fars sənədləri ), voyna s Persiey ( Persiya ilə müharibə ) və s. yazılırdı. Bütün məsələlər də Azərbaycanla bağlıydı. Məsələyə dərindən yanaşsaq dövlət Qacarlar dövləti, Azərbaycan və Fars ona daxil olan əyalətlərdi. Müharibələr Azərbaycanda gedirdi və əslində rus-azərbaycan müharibələri idi, tarixəsə rossiysko-persidskie voynı ( Rusiya-Persiya müharibələri ) adı ilə daxil edilirdi. Rusiya tarixçi, səyyah və agentləri Azərbaycana aid nə varsa hamısını “Persiya”ya aid etmişlər Bütün bunlar dünən (XIX yüzildə) baş vermiş və tarix gözümüzün qarşısında saxtalaşdırılmışdır. [ ] Bunları sadalamaqda məqsədim odur ki, hörmətli oxucu bir daha diqqətli olub Azərbaycanın və onun ən qədim və ilk sakini olan türklərin qədim və orta əsrlər tarixinin necə saxtalaşdırıldığını az da olsa təsəvvüründə canlandıra bilsin. Və təsəvvür etsin ki, Azərbaycan tarixinin gerçəkliyini üzə çıxarmaq istəyən tarixçilər necə çətin, ağır duruma düşmüş, necə böyük axın halında olan hücumlara məruz qalmış, hansı mənəvi sarsıntı keçirmişlər. 5
6 Alman əsilli, kral nəsilli Mixail (Mişel) Roman Moskva taxtına əyləşdiriləndən (1613’cü il) sonra Moskva Avropanın caynağına keçdi və türk-islam dünyasına qarşı müharibələrdə onun ən güclü alətinə çevrildi. [ ] I Pyotr`un Prut çayı yaxınlığında Osmanlı orduları tərəfindən mühasirəyə alınması və müharibədən qadın və qızılın gücünə çıxması (1711’ci il), sonradan Pyotrun Dərbəndə – Azərbaycana hərbi yürüşünün tam məğlubiyyətlə nəticələnməsi Moskvanın tarixi məğlubiyyətləri olsa da rusların türklərə qarşı gərəkli bir silah olacağını Avropaya bir daha anlatdı. Məhz Pyotrun vaxtından etibarən Avropa Rusiyanı hərtərəfli dəstəkləməyə başladı, Rusiya addım-addım türk torpaqlarını udaraq XVIII yüzildə imperiyaya çevrildi. Rusiya 1804’cü ildə Qacarlarla müharibəyə başladı və Azərbaycanın quzeyinə ordu çıxardı, Azərbaycanın ən böyük faciəsi başladı. XVIII yüzildə xanlıqlara bölünmüş Azərbaycan rus işğalına qarşı öz qüvvələrini bir mərkəz altında toplaya bilmədi. Azərbaycan türkləri Rusiyaya qarşı amansız və rəşadətli mübarizə aparırdı. Doqquz il davam edən bu müharibədə rusların böyük hərbi qüvvələri darmadağın edildi, bir çox generalları öldürüldü. Müharibənin gedişində həlak olan Gəncə xanı Cavad xan, vəliəhd Abbas Mirzə Qacar böyük qəhrəmanlıqlar göstərmiş, xalq onlara şer və dastanlar qoşmuşdu. İngiltərəni çıxmaq şərti ilə 1812’ci ilədək bütün Avropanı işğal edən Fransa – I Napoleon Bonapart həmən ili Rusiyaya qarşı hücuma keçdi. Bəlli olduğu kimi, Fransa-Rusiya müharibəsi üç il çəkdi və Rusiya Fransanı darmadağın edib Parisə girdi. Napoleon imperiyasını üç ilə darmadağın edən Rusiya on il müharibə apararaq Azərbaycanın Arazdan quzeyə İrəvan xanlığı və Naxçıvan çıxılmaqla yalnız beşdə birini qoparmağa nail ola bilmişdi. Bu, Azərbaycan türklərinin Rusiya imperiyasına qarşı müharibəsinin necə sərt və dönməz olduğuna ən tutarlı sübutlardan biridir. AXC siyasi mübarizəni davam etdirməklə mülki cəmiyyətin formalaşması məsələləri ilə fəal məşğul olmağa başladı. [ ] Artıq erməni təcavüzünə AXC’nin təşəbbüsü ilə yaradılmış və iki ilə yaxın müddətdə torpaqlarımızı düşməndən müvəffəqiyyətlə qorumuş özünümüdafiə dəstələri, hökumətə təzyiq göstərərək onu fəaliyyətsiz qalmağa qoymayan ictimai təşkilatlar, erməni təbliğatının qarşısını almağa çalışan müstəqil informasiya orqanları müqavimət göstərirdilər. Və bu gün AXC’yə böhtan atanlar unutmamalıdırlar ki, bu təşkilatın 2 minə yaxın üzvü Vətən yolunda şəhid olub. Demokratik qüvvələrin ciddi təzyiqi ilə 1991’ci ilin oktyabrında Azərbaycanın müstəqilliyi rəsmən elan edilsə də adı dəyişilmiş kommunist rejimi şəraitində o, formal səciyyə daşıyırdı. Həmin rejimin təmsilçiləri müstəqillik haqqında Konstitusiya Aktından özlərini qorumaq üçün qalxan kimi istifadə edir, işdə isə Azərbaycanı Rusiyadan kənar təsəvvür etmirdilər. 6
7 1991’ci ilin avqustunda hərbi kommunist qiyamının məğlubiyyətə uğraması militarist dairələrin əl-qolunu hiss ediləcək dərəcədə bağlamışdı. Belə bir şəraitdə Moskvaya üz tutan yerli rəhbərlik ondan elə bir ümidverici yardım ala bilmirdi. Yerlərdə baş qaldırmış milli-azadlıq hərəkatları imperiyanı tamamilə sarsıtmışdı. Artıq dünya tarixçiləri qəbul etmişlər ki, bu hərəkatların ən qüvvətlilərindən, qabaqcıllarından biri AXC’nin rəhbərlik etdiyi Azərbaycan Xalq hərəkatı olmuşdur. Mütəllibov Moskvada MDB’yə daxil olmaq haqqında sənədə qol çəksə də son nəticədə Azərbaycanı MDB’yə daxil etmək bizim vaxtımızda mümkün olmadı. Bununla da Azərbaycanın gələcək real müstəqilliyi üçün bünövrə qoyuldu. Respublikada mühafizəkar qüvvələr MDB’yə daxil olmağa şərait yaratmaqdan ötrü Milli Ordu quruculuğuna ciddi şəkildə maneçilik törədirdilər. [ ] Hətta Müdafiə Nazirliyinin ozamankı qərargah rəisi də etiraf edirdi ki, altı ayda Milli Orduya cəmi 150 əsgər toplamaq mümkün olmuşdu. Xocalı faciəsi köhnə rejimin yararsızlığını nümayiş etdirən sonuncu hadisə oldu. Xalqın dövlət qurumlarına olan ümidi və etimadı heçə endi və Mütəllibov hakimiyyəti 1992’ci ilin Mart ayında xalqın təzyiqi altında onun istefa verməsi ilə iflasa uğradı. Mayın birinci yarısında Azərbaycan böyük köç karvanlarını xatırladırdı. [ ]Bu təxribatlardan məqsəd respublika ərazisinin yarısını boşaltmaqla seçkilərin keçirilməsini pozmaq, hökumət böhranını dərinləşdirmək, bütövlükdə isə Azərbaycanda vətəndaş müharibəsi törətməkdən ibarət idi. Bütün variantlarda uduzmuş köhnə rejim indi də öz xilasını A.Mütəllibovu bu yolla yenidən hakimiyyətə qaytarmaqda görürdü. Və bunlar mayın 14’də Ali Sovetin çağırılması, istefa vermiş A.Mütəllibovun prezident vəzifəsinə seçkisiz qaytarılması ilə nəticələndi. Lakin irticanın qələbəsi uzun sürmədi. Bir gün sonra AXC’nin və digər demokratik qüvvələrin rəhbərlik etdikləri xalq ayağa qalxdı, pozulmuş Konstitusiyanı bərpa etdi. Mütəllibov rus hərbi təyyarəsi ilə Moskvaya qaçdı. 7
Kollektiv. Azərbaycan tarixi üzrə qaynaqlar (1989)
I bölmə. Azərbaycanın qədim tarixi (Miladın IV yüzilinədək)
Mixi yazı parçaları … 9
1. III Salmanasarın Kalhu (Nimrud) şəhərində “Qara xatirə daşı” üzərindəki salnaməsi … 9
2. II Sarqonun “Təntənəli yazısı” … 10
3. Aşşurbanipalın “B” silindrindəki yazısı … 12
4. I Argiştinin salnaməsi … 13
5. II Sardurinin Cənubi Azərbaycanın Qaradağ vilayətində tapılmış kitabəsi … 13
6. II Argiştinin Sərab şəhəri yaxınlığında tapılmış kitabəsi … 14
Antik dövr qaynaqları
7. Strabon. “Coğrafiya” … 14
8. K. Ptolomey. “Coğrafiya dərsliyi” … 23
9. Böyük Plini. “Təbiət tarixi” … 25
II bölmə. Azərbaycan IV-XII yüzillərdə ilkin orta əsr qaynaqları
Kitabı Dədə Qorqud
10. Duxa Qoca oğlı Dəli Domrul boyını bəyan edər, Xanım hey … 29
11. İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boyı bəyan edər … 32
12. Fəzlullah Rəşidəddin. “Cami ət-təvarix” … 36
13. Moisey Kağanqatlı. “Aqvan tarixi” … 39
Ərəbdilli qaynaqlar
14. “Übeyd ibn Şəriyyə əl-Cürhuminin əxbarı” … 56
15. Əbu Məhəmməd Əhməd ibn Əsəm əl-Kufi. “Kitab əl-fütuh” … 58
16. Əl-Bələzuri. “Kitab fütuh əl-buldən” … 67
17. Ət-Təbəri. “Tarix ər-rüsul və-l-müluk” … 77
18. Əl-İstəxri. “Kitab məsalik əl-məmalik” … 110
19. Əbu Düləfin ikinci risaləsi … 117
20. Sədrəddin Əli əl-Hüseyni. “Əxbar əd-dövlət əs-Səlcuqiyyə” … 121
III bölmə. Azərbaycan XIII-XVIII yüzillərdə
Monqol basqınları çağı və sonrakı dövrün qaynaqları … 137
21. İbn əl-Əsir. “Əl-kamil fi-t-tarix” … 137
22. Gəncəli Kirakos. “Ermənistan tarixi” … 161
23. Yaqut əl-Həməvi. “Mucəm əl-buldən” … 164
24. Həmdullah Qəzvini. “Nüzhətül-Qulub” əsəri … 169
25. Rəşidəddinin oğlu Şihabəddinə məktubu … 176
26. Kastiliya (İspaniya) elçisi Klavixonun gündəliyi … 177
27. Əbd ər-Rəşid əl-Bakuvi. “Kitab təlxis əl-əsər və əcaib əl-malik əl-qəhhar” … 179
28. Venesiya elçisi Ambroco Kontarini. “Yol gündəliyi” … 182
Səfəvilər dövlətində Azərbaycan dilinin dövlətlərarası yazışmada və fərmanlarda işləndiyini göstərən qaynaqlar … 184
29. I Şah İsmayılın Musa Durğut oğluna fərmanı … 186
30. Cahanşahın nəvəsinin I Sultan Səlimə ərizəsi … 187
31. II Şah Abbasın Şirvan bəylərbəyi Hacı Məniçöhr xana hicri 1070 (1659/60)-ci ildə məktubu … 188
32. Sultan Süleyman Qanuninin I Şah Təhmasibə məktubu … 188
33. Zeynalabidin Əli Əbdi bəyin “Təkmilatül əxbar” əsərinin yazılması haqda I Təhmasibin fərmanı … 190
34. Zeynalabidin Əli Əbdi bəy. “Təkmilatül əxbar” … 191
35. Şah İsmayıl Xətai. “Divan”dan bir qəsidə … 194
Orta əsr Azərbaycan tarixinə dair farsdilli qaynaqlar … 197
36. Ənbəd kəndinin soyurğal verilməsi haqqında Uzun Həsənin hökmü … 197
37. I Şah İsmayılın Dizmar vilayətində ruhanilərin vergilərdən azad edilməsi haqqında hökmü … 199
38. I Şah İsmayılın Təbrizdə Xanəhməd bağının bağışlanması haqqında hökmü … 200
39. I Şah Təhmasibin Zığ kəndinin Bibiheybət məqbərəsinə vəqf olunmasını təsdiq edən fərmanı … 201
40. Şəki ölkəsinin sədrliyi vəzifəsi haqqında I Şah Təhmasibin fərmanı … 202
41. Bibiheybət məqbərəsinin mütəvəlliliyi vəzifəsi haqqında Şah I Təhmasibin fərmanı … 204
42. Bakı limanına nazir təyin olunmasını haqqında fərman … 205
43. Kiş, Nuxu və Şəkərənd kəndlərinin tiul verilməsi haqqında Şirvan bəylərbəyi Xosrov xanın hökmü … 206
44. Şəki ölkəsi kətxudalarının şikayəti ilə bağlı olaraq II Şah Abbasın fərmanı … 207
45. Şəki ölkəsinin hakiminə II Şah Abbasın göndərdiyi fərman … 208
46. Şəki məliyi Səfiqulunun şikayəti üzrə II Şah Abbasın fərmanı … 209
47. Şəki qışlaqları haqqında Şah Səfinin fərmanı … 211
48. Şirvandakı siyasi hadisələr haqqında Şah Sultan Hüseynin fərmanı … 212
49. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında Nadir şahın fərmanı … 213
50. Bibiheybət məqbərəsinin gəlirinə yiyələnmək uğrunda gedən münaqişəyə dair … 214
Avropa, Rusiya, Yaxın və Orta Şərq müəlliflərinin yazıları … 216
51. Antoni Cenkinson. “Gündəlik” … 216
52. Adam Oleari. “Moskoviya və Moskoviyadan keçməklə İrana, oradan da geriyə səyahətin təsviri” … 223
53. Evliya Çələbi. “Səyahətnamə” … 230
54. Yan Streys. “Səyahət” … 238
55. Təbrizli Arakel. “Tarixlər kitabı” … 242
56. Elçi Volınskinin Şamaxı xanının görüşünə gəlməsi haqqında yaddaş … 248
Azərbaycan tarixçilik irsindən … 255
57. Mirzə Adıgözəl bəy. “Qarabağnamə” … 255
58. Mirzə Camal Cavanşir Qarabaği. “Qarabağ tarixi” … 263
59. Kərim Ağa Fateh. “Şəki xanlarının müxtəsər tarixi” … 268
IV bölmə. XIX yüzilin sənədləri
60. Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) … 271
61. Türkmənçay müqaviləsi … 277
62. A. S. Qriboyedov, P. D. Zavelski. “Rusiya-Zaqafqaziya şirkətinin yaradılması haqqında qeydlər” … 286
63. 13 iyul 1830-cu il qanunu (“Əlahəzrət buyruğu”) … 300
Rusiyanın Qafqaz arxasındakı əyalətlərinin statistika, etnoqrafiya, topoqrafiya və maliyyə baxımından təsviri .. 302
64. Yelizavetpol dairəsi … 303
65. Şirvan əyaləti (Azərbaycan dili haqqında) … 305
66. A. A. Bakıxanov. “İzahat” (1837-ci il Quba üsyanı haqqında) … 305
67. 6 dekabr 1846-cı il torpaq qanunu … 309
68. 14 may 1870-ci il kəndli “Əsasnamə”si … 313
Related posts:
- Зуев Ю. А. К этнической истории усуней (1960)
- Süleymanov M. S. Səfəvilər. VIII cild: I Şah Abbas (2023)
- Süleymanov M. S. Səfəvilər. VII cild: I Şah Abbas (2023)
- Süleymanov M. S. Səfəvilər. VI cild: II Şah İsmayıl, Şah Məhəmməd Xudabəndə (2021)
- Süleymanov M. S. Səfəvilər. V cild: Şah Təhmasib (2020)
- Süleymanov M. S. Səfəvilər. IV cild: Şah Təhmasib (2020)
- Süleymanov M. S. Səfəvilər. III cild: Şah İsmayıl Səfəvi (2021)
- Süleymanov M. S. Səfəvilər. II cild: Şah İsmayıl Səfəvi (2021)
- Süleymanov M. S. Səfəvilər. I cild: Şeyx Səfiəddin Ərdəbili (2019)
- Fatma Aslışen. Şah İsmail’in Türk siyaseti ve kültürel yeri. Yüksek lisans tezi (2006)
Azərbaycançılığın tarixi, ideya qaynaqları, gələcəyi
Ideya Yunan sözüdür, Türk dilində düşüncə, baxış, görüş deməkdir. Insan sinir-nerv sistemilə doğadan (ərəbcə təbiətdən) aldığı bilgilərdən sözlər, ideyalar, baxışlar yaradır. Ideyalar gerçək (obyektiv), bir də düşüncəl (subyektiv) olur. Doğa bilimləri (ərəbcə elmləri) gerçək ideyaları öyrənir. Toplumsal-politik bilimlər gerçək ideyalarla yanaşı az da olsa düşüncəl ideyaları da öyrənir. Insanlar ideyaları yaşamlarını qurmaq, çatışmazlıqlarını ödəmək üçün yaradırlar. Ideya ulusu, dövləti, Yer üzündəki yaşamı yox etmək üçün də yaradıla bilər.
Insan bilinci (ərəbcə şüuru) bilgi-bilik-bilim oldubitdini (ərəbcə mütləqi) anlama yolu, ilkəsilə (prinsipilə) qurulmuşdur. Oldubitdi ikidir, doğa, tanrı.
Insan beyni nerv sistemilə dışdan-içdən qıcıqlar – bilgilər alır. Bilgilər artıb çoxalıb bilik olur, biliklər sistemləşib bilimə çevrilir. Bilim doğanı öyrənir, anlamağa, açmağa, açıqlamağa çalışır. Tanrını isə din öyrənir. Bilimlə din varlıqdakı, toplumdakı olaylara oxşar yanaşır, ancaq yolları heç kəsişməz, birləşməz!
Bilimin fəlsəfəsi axtarışdır, dininki oldubitdiyə inam, güvən, tapınma. Bilim insanı açar, düşüncəsini, ağlını gəlişdirər, din onu “Ol dedi ol” oldubitdisi, doqması, absolyutu ilə sınırlayar.
Bilimlə din bütünlüklə qovuşsa, ideoloji birləşsə yer üzündə gəlişmə, yüksəliş, bəlkə də yaşam bitər. Buna görə də Azərbaycan türkləri, Azərbaycan xalqı, azərbaycanlılar irəliyə, yüksəlişə köklənməli, daha çox bilim – doğa bilimləri, tibb, texnika ardınca getməli, çağdan geri qalmamalıdırlar!
Bununla yanaşı, Azərbaycanda toplumsal-politik bilimlər də çox gəlişdirilməli, onlardan ulusu, dövləti ideoloji qorumada yetərincə yararlanılmalıdır.
Ideyalar insanları tərpədib istəyə, amaca çatdırdığından onlardan ideologiyalar yaradılır.
Ulusalçı, dinçi, sinifçi, liberal, superetnik, faşist, eləcə də başqa adlar qoyulan bu ideologiyalar çeşidli dövlət politikalarının özəyində durur, onlardan toplumu yönətməkdə yararlanılır.
Politologiyada ideologiyaya iki yanaşma vardır:
a) ulusa, dovlətə, topluma ideologiya gərəkdir.
b) gərək deyildir?
Çağdaş yaşam bizə minillik Orta çağ dərəbəyliyini dəstəkləyən ikiyüzillik Rus-Sovet saldırısından yenicə qurtulub dirçəlmək istəyən Azərbaycan türkləri kimi uluslara, Azərbaycan xalqıtək toplumlara ulusal ideologiyanın gərəkliyini göstərdi.
Azərbaycanda uzun illər yeridilmiş superetnik politikalarla islam dininin geriçi, tutucu etkiləri Azərbaycan türklərinin ulusal yaddaşını dolaşdırmış, onun toplanmaq, birləşmək bacarığını azaltmışdır.
Sovet Ittifaqının bunu gözə alan strateqləri bilimsəl araşdırmalarında azərbaycanlıları “çətin toplanan ulus” adlandırmışlar. Ulusal ideologiyası olmayan ulus hara getdiyini bilməyən başsız atlıya oxşayır. Buna görə də Azərbaycan türkləri, Azərbaycan xalqı strateji yaşam, varlıq proqramını – ulusal ideologiyasını yaratmalıdır!
Son 20 ildə Azərbaycan Respublikasında azərbaycançılıq, azərbaycanlılıq, türkçülük, ulusalçılıq, islamçılıq, qafqazçılıq, demokratiya, liberalizm, tutuculuq (ərəbcə mühafizəkarlıq) kimi ideyalar yayılır. Ilk baxışdan çəkici görünən bu ideyalar çağın demokratik baxışları ilə gücləndirilsə də, bu gün ulusun toplumsal-politik, ekonomik, mənəvi-psixoloji, kültür çıxarlarını bütünlüklə içinə alan ulusal özünüdoğrulama mexanizminə – ulusal ideologiya düzəyinə çatmayıblar.
XX yüzilin başlarında Azərbaycanın ulusalçı aydınlarının yaratdığı Müsavat Partiyası “millətçilik, türkçülük, vətənçilik, azərbaycançılıq, milli dövlətçilik, inqilabçılıq, xalqçılıq, cümhuriyətçilik” ideyalarını siyasi millətçilik, istiqlalçılıq “azərbaycançılıq” düzəyinə qaldırıb, ulusal ideologiyaya çevirə bilmişdi.
Azərbaycan Xalq Cümhuriyətinin yaradılması azərbaycançılığın praktik göstəricisi idi, Azərbaycan türkləri siyasi ulus düzəyinə çatdıqlarını anlamışdılar: “Azərbaycanlılar XX yüzilə yetişmiş bir ulus olaraq, özünün güclü, oxumuş aydınlar dəstəsilə girirdi.
Politika meydanında özünü göstərə biləcək, Batının, Rusiyanın çeşidli universitetlərində oxumuş görklü (ərəbcə təcrübəli) şəxslər olduğu kimi, ədib, şair, jurnalist, yazıçı, musiqiçi, öyrətmən, sosial, kültür işlərini bilən uzmanlar, alver, sənaye, bank alanında çalışan burjua kapitalistləri də vardı. Bu uzmanlar Azərbaycan qarşısında ulusal demokratik yöndə borcunu yerinə yetirmək üçün əlverişli ortam gözləyirdilər. Azərbaycan xalqının görkəmli aydınlar dəstəsi belə bir çağın gələcəyinə inanırdı”.
Bu çağ gəldi. Azərbaycan türkləri 1918-ci il mayın 28-də yoxdan bir bayraq qaldırıb, qutlu bir ideal Azərbaycan Xalq Cümhuriyətini yaradaraq, 1991-cı ildə onu Azərbaycan Respublikası adı ilə yenidən qurdular.
Azərbaycan türkləri “Sınırı Həmədan, Əhər, Zəncandan başlanıb, sonu Xəzərlərin Dərbəndinə kimi uzanan” Azərbaycan adlı topraqda böyük tarixlər, uyqarlıqlar yaratmışlar. Azərbaycanlı üçün Azərbaycan sözü də Türk sözü ilə bir dəyərdədir”. Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə Türk ulusunun şəhidlərin qanı ilə qurulmuş dövlətini respublikanın bütün yurddaşlarına yurd olması üçün Azərbaycan Türk Respublikası yox, Azərbaycan Respublikası adlandırdıqlarını deyirdi.
Çağdaş Azərbaycan Respublikasında ən gərəkli ideologiya – azərbaycançılıqdır. Türkçülük, islamçılıq, çağdaşlıq, qafqazçılıq, talışçılıq, ləzgiçilik, kürdçülük, avarçılıq, eləcə də başqa ideyalar azərbaycançılıq ideologiyasının iç ideyaları, ulusal, mənəvi, kültür dəyərləridir. Bu anlamda 1995-ci ildə Azərbaycan Respublikasının dövlət dilinin adını yenidən dəyişdirib “Azərbaycan dili” edilməsi Azərbaycan türklərinin özünüanlama, özünütanıma, özünütanıtma, özünüdoğrulama düşüncəsini dağıdan bağışlanmaz yanlışlıq, dönüklük, satqınlıqdır!
Bu gün Azərbaycan Respublikasınıda çox gərgin sosial-politik, mənəvi durum yaranmışdır. Ölkənin azərbaycanlı adlanan bütün yurddaşları – talışlar, ləzgilər, avarlar, saxurlar, eləcə də başqaları gərəkən yerdə etnik kimliklərini də deyir, yazdırır, iki adın da üstünlüyündən yararlanırlar. Təkcə türklər ulusal kimliklərini Türk yazdırammazlar. Bu uluslararası hüquqa da tərs, bağışlanmaz durumdur.
Azərbaycan Respublikasından yayılan bu yanlış politikadan Güney Azərbaycandakı türklər də özlərinə Türk yox, azərbaycanlı deməyə başlayıblar. Bundan yararlanan yağılar keçənlərdə Quzey Azərbaycan türklərinin dalınca dedikləri: “XIX yüzildə Azərbaycan xalqı olmayıb” sözlərini ?XX yüzildə Güney Azərbaycanda Türk ulusu olmayıb”a çevirib bütün dünyaya yayacaqlar. Biz də sonra bu yalanları düzəltməklə uğraşacaq, düzəldə də bilməyəcəyik!
Azərbaycanın yurdsevər aydınları bunu düşünməli, Azərbaycan Respublikasının anayasasında bu yanlışın düzəldilməsi üçün çalışmalıdırlar!
Azərbaycanın ulusal düşüncəli aydınları XX yüzilin başlarında uydurulmuş Azəri sözünü düşüncələrdən silməyə çalışırlar. Ancaq ulusal düşüncəsiz “oynağanlar” bütün günü radiodan, televiziyadan “Azəriyəm mən!” mahnıcığını oxuyurlar. Dövlətin bir yetkilisi də çıxıb sormur: bu Azəri nə deməkdir?
Çeşidli ensiklopediyalardan azərilərin Iranda, Hindistanda yaşayan farsdilli etnik qrup, Sudanın quzeyində yaşayan “vəhşi tayfa” olduğunu öyrənmək olar.
Bu insanların adı nə üçün Azərbaycan Respublikasının ünlü tarixi, kültürü olan böyük Türk ulusuna, eləcə də başqa yerlərdə yaşayan Azərbaycan türklərinə verilməlidir?
Azərbaycanlılar yurdunu ələ keçirməyə çalışan güclü, strateji düşüncəli, yağılarla Azərbaycan, Güney Qafqaz savaşındadır. Bu savaşı buduq, saxur, qrız, ya da başqa azərbaycanlının adı ilə etmək olmaz! Yağıların strateji amacı Azərbaycandan, Qafqazdan öncə türkləri silməkdir.
Onlar üçün avarı, buduğu, saxuru, kürdü, qrızı, lakı… yox etmək elə də çətin iş deyildir. Bütün azərbaycanlılar bunu anlamalı, yurdumuzun yağı əlindəki topraqlarını yadellilərdən almağa çalışmalıdır!
Geopolitika Azərbaycan Respublikasının bütün yurddaşlarını – türklər, ruslar, ukraynalılar, yəhudilər, tatarlar, talışlar, ləzgilər, avarlar, saxurlar, buduqlar, kürdlər, eləcə də başqalarını azərbaycanlı adlandırıb, qafqazçılığı da azərbaycançılığın gərəkli iç ideyasına çevirməyi irəli sürür. Azərbaycanlı anlayışı yurddaşlığın göstəricisi olmalıdır. Dünyanın gəlişmiş dövlətlərində belədir. Biz də çağın bu strateji, politik yolu ilə getməliyik. Avropa dövlətlərinin anayasalarında, politikalarında ulusalçılıq (ərəbcə millətçilik) ilk baxışdan görünməsə də, bütün politikalarının dövlət ulusalçılığı üzərində qurulduğunu görünür. Israildə ulusal ideologiyanın etkisindən yəhudi olmayanlar da dünyanın bir çox yerindən ora gəlib yəhudiliyə girirlər. Yəhudilər, yunanlar, gürcülər, ermənilər politikalarını ulusalçılıq üzərində qurduğundan yüksək ülusal bilincə çatıblar.
Azərbaycanın bir sıra politiklərinə görə: “Azərbaycançılıq anlayışı milli-siyasi diskursda nisbətən yaxın vaxtlardan işlədilir. O, ölkədə bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinis və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir”.
Bu, yanlış, politik düşüncədir, Azərbaycanın ideologiya tarixini ən azı min il geri çəkməkdir!
Azərbaycançılığın ideya-tarixi qaynaqları ən azı Albaniya xaqanı Cavanşirin dövlət bağımsızlığını qorumaq üçün çalışmaları dönəminə, azərbaycanlıların Babəkin başçılığı altında Ərəb xəlifəliyilə vuruşduğu 816 (17)-838-ci illərə, Xəzərlərin yurdları Azərbaycanda ərəblərlə savaşdığı 150 illik tarixə, “Tarixi-coğrafi Azərbaycan”ın Eldəgizlər dövlətində (1136-1225) demək olar, bir dövlətdə birləşdirildiyi çağlara gedib çıxır.
Azərbaycanın filosofları “Istoriya Azerbaydjanskoy filosofii” kitabında azərbaycançılığın miladın VIII-X yüzillərində formalaşdığını yazmışlar.
Bir sıra qaynaqlar azərbaycançılığın “Tarixi-coğrafi Azərbaycan”da miladdan qabaq IV yüzillikdə yaranmış Atropatena dövləti çağından yayıldığını yazır.
Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq yüksək düzəydədir.
Azərbaycançılıq Nizami
Gəncəlinin “Beşlik”indəki “Iskəndərnamə” bədii-tarixi poemasında da üstün politik yoldur. Nizami Gəncəli böyük türkçü, azərbaycançı, islamçı, qafqazçı ideoloqdur.
Azərbaycanlılar geopolitik düşünməli, yurdumuz Qafqazın böyük-kiçik bütün ellərinin, uluslarının Azərbaycana, Türkə ekonomik, sosial, kültür, tarix bağlarını gücləndirməyə çalışmalı, Şah Ismayıl Xətainin bir ata sözünü unutmamalıyıq: “Şirvan xəlayiqi qamu Təbrizə daşına, Mülki-əcəm sorar kim, qiyamət haçağ qopar?!…”.
Azərbaycançılıq ideyası 1918-ci ildə “Tarixi-coğrafi Azərbaycan”ın quzeyində Azərbaycan Cümhuriyətinin yaradılması ilə yenidən yüksək politik önəm qazanmışdır.
Azərbaycanın ulusal ideoloqu Məhəmməd Əmin Rəsulzadəyə demişdir: “Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də ”Istiqlal Bəyannaməsini elan etməklə sözün politik anlamı ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir!”.
Məhəmməd Əmin Rəsulzadə 1918-ci il dekabrın 10-da Azərbaycan Cümhuriyəti Parlamentinin 2-ci iclasındakı çıxışında demişdir: “Bizim yaxın məqsədlərimizdən biri olan Azərbaycan muxtariyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdakılar bir nöqtədən, soldakılar da başqa bir nöqtədən Azərbaycan muxtariyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan, Azərbaycan deyə-deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən – nəuzu billah (allah eləməsin) – islama xətər vurursunuz [Bu söz AC Parlamentinin Stenoqramlarında B., 1998, yanlış olaraq Nufuzu bala – allah dağıtsın kimi oxunub] Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur… daima Azərbaycan məfkurəsinin (rus mətnidə azerbaydcanizm – azərbaycançılıq) müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər.
Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki artıq cəmiyətimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir”.
Azərbyacançılıq Sovet dönəmində də var idi
Azərbaycanın ulusalçı aydınları Azərbaycan SSR-in qırmızı sovet bayrağının bir bölümünü göy – mavi edə bilmişdilər. Sovet bayrağındakı göy boya anlamca türklüyün göstəricisi sayılmasa da, bilənlərə azərbaycançılığı, türkçülüyü andırırdı.
Azərbaycançılıq ulusal, dünyəvi dəyərlərə daynan, illər keçdikcə ulusun strateci varlıq proqramına çevrilib, onun maddi var-yatırını da içinə alaraq qoruyan, çevik, ayıq, sosial, politik, kültür dəyərləri sistemidir. Azərbaycançılıq ulusun yaşamı, əxlaqı, dini, eləcə də başqa maddi-mənəvi dəyərləri, ulus sevgisi, elə, yurda yiyəlik duyğusu, dünya ulusları içində ünlə var olmaq, Azərbaycan Respublikasını qorumaq, gəlişdirmək, “Bütöv Azərbaycan”a çevirib sonsuzadək yaşatmaq düşüncəsi, strategiyası, politikasıdır.
Azərbaycançılıq 1985-ci ilin aprelindən Azərbaycan SSR-də, XX yüzilin 90-cı illərindən isə Azərbaycan Respublikası ilə Güney Azərbaycanda, eləcə də bütün dünyada yaşayan azərbaycanlılar arasında yenidən geniş yayılıb.
Azərbaycançılıq ideologiyası bu gün Türk ulusunun, Azərbaycan toplumunun uğurlu gələcəyi üçün bir sıra işlərin edilməsini oldubitdi sayır:
1.Azərbaycan Ağalığı demokratik respublikanın ulus ağalığı, ulusdan gələn ağalıq, ulus üçün ağalıq olduğunu anlamalı, Azərbaycan Respublikasında insan hüquqlarını, eləcə də başqa hüquqları ən üst düzəydə qorumalıdır!
2.Azərbaycan Ağalığı ekonomini gələşdirməli, onu təkəlçilik bataqlığından çıxarıb, işlək, düzənlənən bazar ekonomisinə çatdırmalı, yönətimdəki yerliçiliyin, yolsuzluğun (korrupsiyanın) qarşısını kəsinliklə almalıdır!
3.Azərbaycan Ağalığı ulusun maddi var-yatırının dağıdılmasının qarşısını almaqdan, onu çağdaş, eləcə də gələcək soylara çatdırmaqdan sorumludur!
4.Azərbaycan Ağalığı Qarabağ savaşını uğurla başa çatdırmaq üçün gərəkənləri etməlidir!
5.Azərbaycan Ağalığı Türk dilini, eləcə də ölkənin başqa dillərini qorumağa, kültürünü gəlişdirməyə borcludur!
6.Azərbaycan Ağalığı insanların din özgürlüyünə sayğı göstərməklə yanaşı, anayasalı “demokratik, hüquqi, dünyəvi” Azərbaycan Respublikasını orta çağın din düşüncəsinə sürükləməyə çalışanların qarşısını almalıdır!
28 may Respublika gününüz qutlu olsun!
Yadigar Türkel 15 may 2014
Похожие статьи
-
Azərbaycan tarixi ziya bunyadov
Azərbaycan tarixi ziya bunyadov Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron…
-
Azərbaycan tarixi akademik nəşr 1ci cild
Azərbaycan tarixi akademik nəşr 1ci cild Aryailər əfv edici, isti, qonaqpərvər insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi toxumu əkirlər….
-
Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…
-
Azərbaycan tarixi ziya bünyadov
Azərbaycan Tarixi Sənədlər və Nəşrlər Üzrə – История Азербайджана по документам и публикациям Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin…
-
V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…
Comments are closed, but trackbacks and pingbacks are open.