Press "Enter" to skip to content

Azerbaycan Tarixi 6-cı sinif

B) 1923-2003-cü illərdə

Ərəblər VI-IX əsrlərdə

Mən elə bilirdim cəzirə ada deməkdir.

Yalnız qeydiyyatdan keçmiş və avtorizasiya olunmuşlar şərh əlavə edə bilər.

İş elanları

  • Bank işi vakansiyaları
  • Muhasib vakansiyalari
  • HR vakansiyalar
  • Muellim vakansiyalari
  • Marketing vakansiya
  • Part-time iş elanlari
  • Jobsearch az internship
  • Qadınlar üçün iş elanları
  • Evdən iş

orta əsrlər tarixi

39 üzv · 89 topik · RSS

Canlı efir

Sənə qurban | Mikayıl Müşfiq 1 Sabuhi_G · 27 fevral 2023, 21:11
Azərbaycan qız adları 1 kayzen · 11 sentyabr 2022, 12:08
Rəssam 2 CavidanNIK · 17 sentyabr 2021, 16:27
Molla Nəsrəddin lətifələri 3 KTo_eCT_KTo · 5 iyun 2021, 01:54
Azərbaycanlı oxucunun şüur defisiti 1 JAVIER_ZANETTI · 31 mart 2021, 17:39
Evdəki allah 2 Optimus11 · 20 yanvar 2021, 18:56
Motosikletli eşşək 2 veyselli · 30 dekabr 2020, 13:40
Arzusuz yaşamaq mümkündürmü? 1 Ayazdizayner · 15 dekabr 2020, 22:41
Nifrət 2 pascal · 24 okyabr 2020, 10:41
Əzim Əzimzadə | Rəssamlığın Sabiri 1 Ayazdizayner · 26 iyun 2020, 08:43

Bloqlar

Düşündürücü hekayələr Reytinq: 262.52
346 saylı marşrut Reytinq: 213.09
Maraqlı faktlar Reytinq: 196.92
Xoşbəxt ailə Reytinq: 179.50
uğur psixologiyası Reytinq: 144.88
Böyük insanlar,şəxsiyyətlər Reytinq: 143.37
Sevgi Reytinq: 138.94
Fotosessiya Reytinq: 136.60

İş elanları

  • interyer dizayner vakansiyası
  • aqronom vakansiya
  • fəhlə vakansiyaları
  • hüquqşünas vakansiyası
  • HR mütəxəssis
  • kassir vakansiya
  • katibə vakansiya
  • kredit məsləhətçisi
  • maliyyəçi iş elanı
  • ofis meneceri
  • satış meneceri iş elanı
  • sosial media mütəxəssisi
Kayzen

Azərbaycanın ən böyük maarifləndirici saytı İnkişaf etmək, maraqlı məlumatlar oxumaq, intellektual azərbaycanlılar üçün kollektiv bloq servisi.

  • Hərəkətə keç
  • Registrasiya
  • Daxil ol
  • İnformasiya
  • Müəllif hüquqları
  • İstifadəçi razılaşması
  • Layihə haqqında
  • Saytda davranma
  • Yardım
  • Qaydalar
  • Reklam

Azerbaycan Tarixi 6-cı sinif

ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
1. Xronologiya nə üçün lazımdır?
2. Hicri era və ya təqvim dedikdə nə başa düşürsünüz?
3. Miladi təqvim nədir?
4. Tarixən Azərbaycan torpaqları hansı əraziləri əhatə edirdi?
5. Mənimsəmə təsərrüfatı dedikdə nə başa düşürsünüz?
6. Paleolit dövrünün xüsusiyyətləri hansılardır?
7. Mezolit dövrünün Neolit dövrü ilə oxşar və fərqli xüsusiyyətlərini söyləyin.
8. Mezolit dövründə dəfn necə həyata keçirilirdi?
9. Tovuz rayonunda Göytəpə yaşayış yerindən əldə olunan orağı təsvir edin.
10. Çiy kərpicin möhrədən fərqi nədir?
11. Məntiqi düşünün, niyə Neolit və Eneolit dövründə inşa olunan evlər dairəvi idi?
12. Dəni üyütmək üçün dən daşlarından necə istifadə edərdiniz? Təsvir edin.
13. Toxuculuq alətləri nədən hazırlanırdı?
14. Sizin fikrinizcə, Eneolit dövründə niyə cəsədin üstünə qırmızı oxra səpir və ya qırmızı boya
çəkirdilər?
15. Qobustan qayaüstü rəsmlərindən birinin əsasında mətn qurun.
16. Eneolit dövründə qadının mövqeyi necə idi? Bəs bu gün analar, qadınlar ailədə, ictimai
həyatda necə mövqe tuturlar?
17. Tunc dövrünün sirləri — yəni onun başlıca xüsusiyyətləri hansılardır?
18. İbtidai rəssamlığın izləri ilk dəfə olaraq hansı məkanlarda, hansı abidələrdə izlənib?
19. Erkən şəhərlər hansı məkanlarda açılıb, öyrənilib? Xəritədə göstərin.
20. Bağçılıq, üzümçülük ilk dəfə hansı dövr abidələrində öyrənilib?
21. Siklopik tikililəri təsvir edin. Onlar necə inşa olunurdu?
22. Son Tunc dövrü silahları hansılardır? Onları təsvir edin.
23. Tunc dövründə qəbir abidələrində sosial bərabərsizlik izlənirdi. Bu cümləni necə təsvir
edərdiniz?
24. Sizin fikrinizcə, Son Tunc — İlk Dəmir dövründə varlı ailələr və kasıblar necə yaranmışdı?

AZƏRBAYCANDA ERKƏN DÖVLƏT QURUMLARI VƏ
ƏN QƏDİM DÖVLƏTLƏR
§ 10. AZƏRBAYCAN ƏRAZİSİNDƏ İRİ TAYFA
BİRLİKLƏRİ VƏ ERKƏN DÖVLƏT QURUMLARI
İri tayfa birlikləri. E.ə. III-II minilliklərdə qədim Azərbaycan tayfalarının təsərrüfatında əkinçilik
və maldarlıq mühüm yer tuturdu.
Əkinçilər yararlı olan torpaqları, su mənbələrinə yaxın yerləri axtarıb tapır və orada daimi məskən
salırdılar. Maldar tayfalar arasında yeni otlaq sahələri ələ keçirmək ugrunda mübarizə gedirdi.
Güclü tayfalar zəif tayfalar üzərinə basqınlar edir, onların torpaqlarını ələ keçirirdilər. Bəzən kiçik
tayfalar eyni kökdən olan böyük tayfalarla birləşirdi.

Azərbaycanda tayfalar və tayfa birlikləri

Beləliklə, güclü tayfa ittifaqları yaranırdı.
E.ə. III—II minilliklərdə Azərbaycanın şimal hissəsində, Araz çayından şimalda, Naxçıvan və
Mil-Qarabagda türkdilli naxç, gərgər (kəngər, qarqar) və s. tayfalar yaşamışlar.
Cənubda — Urmiya gölü ətrafında türkdilli lullubi, su (subar, subir), turukki tayfaları
yaşamışlar. Urmiya gölünün qərbində isə kuti tayfaları məskunlaşmışdılar.
İlk dövlət qurumları.
Lullubi dövlət qurumu. E.ə. III minilliyin 2-ci yarısında Azərbaycanın cənubunda Lullubi, su,
turukki tayfa birliyi Lullubi dövlət qurumunu yaratmışlar.
Lullubi tayfa birliyində hakimlər (padşahlar) mövcud idi. Yazılı mənbələrdə Lullubi hökm -darını
«padşahlar padşahı» adlandırırdılar. Çünki lullubilər ölkəsi xırda vilayətlərə bö – ü-nürdü və bu
vilayətləri hakimlər idarə edirdi.
E.ə. XXIII əsrdə xırda hakimlər bir mərkəzə tabe edilmiş və Lullubi döv- ət qurumu meydana
gəlmişdi. Hökmdar Anubaninin dövründə Lullubi dövlət qurumu çox gücləndi və ölkənin ərazisi
daha da genişləndi.
Lullubi dövlət qurumunun ərazisi şimaldan Urmiya gölü, cənubdan Diyala çayına qədər çatırdı.
Lullubi dövlət qurumu bu dövrdə İkiçayarası (Mesopotamiya) ilə iqtisadi əlaqələr yaratmışdı.
Lullubilər İkiçayarasının Nuzi şəhəri ilə mal mübadiləsi edir, mal-qaranı taxıla dəyişirdilər.
İkiçayarası mədəniyyətinin lullubilərə böyük təsiri olmuşdu. Onlar İkiçayarası əhalisindən mi-xi
yazı sistemini mənimsəmişdilər. Lullubi abidəsi «Daş sütun» göstərir ki, Lullubi əhalisi içərisində
abidə yonan ustalar, mixi yazıları bilən mirzələr olmuşdur.

Lullubilər Səma, Bərəkət, Məhəbbət, Ay, Günəş tanrılarına sitayiş edirdilər.
E.ə. III minilliyin sonlarında Lullubi dövlət qurumu xırda vilayətlərə parçalandı.
Kuti dövlət qurumu. Urmiya gölünün qərb hissəsində kuti tayfa birlikləri yaşayırdılar. Onlar e.ə.
III minilliyin 2-ci yarısında Kuti dövlət qurumu yaratmışdılar. Kutilər İkiçayarasında yaşayan türk
mənşəli şumerlərlə dostluq münasibəti saxlayır, akkadlarla rəqabət aparırdılar.
E.ə. XXII əsrin əvvəllərində kutilər Akkad dövlətini süquta uğratdılar və buranı 100 ilə yaxın öz
hakimiyyətləri altında saxladılar. Kuti ölkəsində hakimiyyətə gələn hökmdar, eyni zamanda
İkiçayarasını da idarə edirdi. Lakin yerlərdə ölkəni şumer və akkad canişinləri idarə edirdilər. Bu
zaman Kuti dövlət qurumunun ərazisi Urmiya gölündən İran körfəzinə qədər uzanırdı. Kutilərin
hakimiyyəti dövründə Mesopotamiyada şəhərlərarası toqquşmalara son qoyulmuşdu. Xarici
hücumların arası kəsilmiş, ticarət yollarında əmin-amanlıq yaranmışdı.
E.ə. XXII əsrin axırlarında Mesopotamiyada kutilərin hakimiyyətinə son qoyuldu. Onlar ölkədən
çıxarıldılar. E.ə. III minilliyin sonunda Kuti dövlət qurumu süquta uğrayıb, xırda vilayətlərə
parçalandı.
Lullubi və Kuti dövlət qurumları süquta uğradıqdan sonra bu qurumların tərkibinə daxil olan su və
turukki tayfaları müstəqillik qazandılar.
Qonşu Aşşur dövləti vəziyyətdən istifadə edərək turukkilərin torpaqlarını ələ keçirmək fikrinə
düşdü. Turukkilər müqavimət göstərib öz torpaqlarını vermədilər. Əksinə, Aşşurun nəzarəti
altında olan bir sıra vilayətləri tutdular və tədricən Babilistan ərazisinə yayıldılar.

Azərbaycan tarixi. IX sinif. KSQ № 6 ( I və II variant)

1.1989-cu il dekabrın 31-i Azərbaycanda hansı adla hər il bayram kimi qeyd edilir?

B) Ana dili günü

C) Konstitusiya günü

D) Dünya azərbaycanlılarının Həmrəylik günü

E) Sağlamlıq günü

2.Naxçıvan MSSR-in adından “Sovet Sosialist” ifadəsi götürüldü. Ali Sovet isə Naxçıvan Ali Məclisi adlandı:

A) 1990-cı il noyabrın 17-də

B) 1990-cı il mayın 19-da

C) 1923-cü il mayın 10-da

D) 1924- cü il fevralın 9-da

E) 1995-ci il noyabrın 12-də

3.Azərbaycan SSR Azərbaycan Respublikası adlandı:

A) 1990-cı il noyabrın 17-də

B) 1991-ci il fevralın 5-də

C) 1989-cu il noyabrın 19-da

D) 1990-cı il yanvarın 20-də

E) 1995-ci il noyabrın 12-də

4.Heydər Əliyev Naxçıvan MR Ali Məcsilisin sədri seçildi:

A) 1990-cı il noyabrın 17-də

B) 1990-cı il mayın 19-da

C) 1989-cu il dekabrın 31-də

D) 1991- ci il sentyabrın 3-də

E) 1995-ci noyabrın 12-də

5.”Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul edildi:

A) 1990-cı il noyabrın 17-də

B) 1990-cı il mayın 19-da

C) 1991-ci il oktyabrın 18-də

D) 1991- ci il sentyabrın 3-də

E) 1991-ci il noyabrın 12-də

6.1993-cü il iyunun 15-də Milli Məclisin sessiyasında Heydər Əliyev seçildi:

D)Ali Sovetin sədri

E) Dövlət katibi

7.Milli Qurtuluş Günü qeyd edilir:

8.1993-cü il oktyabrın 3-də H.Əliyev seçildi:

D)Ali Sovetin sədri

E) Dövlət katibi

9. Erməni silahlı qüvvələri ilə atəşkəs imzalandı:

10. 2002-ci il avqustun 17-də prezident Heydər Əliyevin fərmanı ilə təsis edildi:

B) “Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu”

C) Prezident vəzifəsi

D) Xarici İşlər Nazirliyi

11. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu

2.Konstitusiya Məhkəməsinin təşkil olunması

3.”Əsrin müqaviləsi”nin imzalanması

4.Xəzər dənizində çixarılacaq xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsi haqqında sazişin imzalanması

12. İnfilyasiya adlanır:

A) Pulun dəyərə minməsi

B) Pulun çoxluğu

D) Pulun dəyərdən düşməsi

E) Milli valyuta

13. İlham Əliyev prezident seçkilərində qalib gəldi və fəaliyyətə başladı:

14. “Heydər Əliyev” ordeni təsis edildi:

15. Bakı-Tbilisi- Ceyhan əsas ixrac boru kəməri haqqında saziş imzalandıqdan neçə il sonra inşası başa çatdırıldı:

16. Azərbaycanda “Elmin inkişafı üzrə Milli strategiya və Dövlət Proqramı” qəbul edilmişdir:

17. 2015-ci ilin iyun ayında Bakıda Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri:

18. Görkəmli dövlət xadimi və ictimai xadim Heydər Əliyev neçənci illərdə yaşamışdır?

A) 1925-2003-cü illərdə

B) 1923-2003-cü illərdə

C) 1928- 2003-cü illərdə

D) 1930 – 2003-cü illərdə

E) 1924 – 2003-cü illərdə

Səhv cavabların sayı:_______________

Düz cavabların sayı:________________

Müəllim: /Əsədli S. Ə./

KSQ № 6 (II variant)

Sinif IX (—-)

Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı_______________________ adı__________________________

1. Azərbaycan Respublikasının yüksək vəzifəli nümayəndələrini aparan vertolyot Qarakənd adlı yaşayış məntəqəsi yaxınlığında vuruldu:

A) 1991-cı il noyabrın 20-də

B) 1990-cı il mayın 19-da

C) 1989-cu il dekabrın 31-də

D) 1991- ci il sentyabrın 3-də

E) 1995-ci noyabrın 12-də

2. 1992-ci ilin yanvar ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğursuz əməliyyat:

3. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı qətlyamını törətməkdə ermənilərə kömək edən rus alayı:

4.Daşkənd müqaviləsi nəzərdə tuturdu:

A) Ermənistan SSR-in müstəqilliyini

B) Azərbaycan SSR-in müstəqilliyini

C) Gürcüstan SSR-in müstəqilliyini

D) SSRİ-nin hərbi əmlakının bölüşdürülməsini

E) ABŞ-ın SSRİ-yə hərbi müdaxiləsini

5. 1992-ci ilin oktaybrında ABŞ konqresinin “Azadlığı müdafiə aktına” etdiyi 907 saylı əlavə qadağan edirdi:

A) Ermənistan ordusunun Azərbaycan torpaqlarının işğalını

B) ABŞ-ın Azərbaycan Respublikasına dövlət səviyyəsində yardım göstərməsini

C) Türkiyə Respublikasının Azərbaycan Respublikasına dövlət səviyyəsində yardım göstərməsini

D) Pakistan Respublikasının Azərbaycan Respublikasına dövlət səviyyəsində yardım göstərməsini

E) Surət Hüseynovun hərbi dəstə yaratmasını

6. Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıyan dövlət:

7. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Azərbaycan Respublikasının BMT-yə tamhüquqlu üzv olması

2. Azərbaycan Respublikasının MDB -yə daxil olması

3.İpək Yolunun bərbası üzrə Bakı Bəyannaməsinin imzalanması

4.Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi

8. İlham Əliyev AŞPA-nın vitse-prezidenti və bu qurumun büro üzvü seçildi:

9. Hadisələrin xronoloji ardıcıllığını göstərin:

1.Azərbaycan Respublikasının Dövlət Müdafiə Şurasının yaradılması

2.H.Əliyevin ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi

3.Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi

4.Azərbaycanın BMT-yə üzv qəbul olunması

10. Daha əvvəl baş vermişdir:

A) Azərbaycanın BMT-yə qəbul edilməsi

B) Azərbaycanın MDB-yə daxil olması

C) Xocalı soyqırımı

D) Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu

E) GUAM təşkilatının yaradılması

11. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanına əsasən yaradılmışdır:

B) Olimpiya Komitəsi

C) Dövlət Neft Şirkəti

D) “ASAN xidmət” mərkəzləri

E) Xarci Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi

12. Bunlardan biri 2003-2015-ci illərdə Azərbaycan dövlətinin xarici siyasətinin ana xəttlərindəndir:

A) Xəzər neftini tezliklə satmaq

B) ABŞ-la dostluq əlaqələrini gücləndirmək

C) Azərbaycanın dünya dövlətləri içərisində beynəlxalq nüfuzunu möhkəmləndirmək

D) Ermənistanla dostlaşmaq

E) Naxçıvanı özünə birləşdirmək

13. Prezident İ.Əliyev ABŞ-a ilk rəsmi dövlət səfəri etdi:

14.Azərbaycan Republikası BMT-nin üzvü olan 155 dövlətin səsini toplayaraq bu nüfuzlu təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi:

15. Milli Məclis “Təhsil haqqında” yeni qanun qəbul etdi:

16. 1998-ci ilə aiddir:

2.H.Əliyevin ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi

3. Azərbaycanın MDB-yə daxil olması

4.Konstitusiya Məhkəməsinin yaradılması

17. 2003-cü ilə aiddir:

1. Azərbaycanın BMT-yə qəbul edilməsi

2. H.Əliyevin Ali Sovetin sədri seçilməsi

3. H.Əliyevin vəfatı

4. İ.Əliyevin ilk dəfə Prezident seçilməsi

18. Heydər Əliyev Azərbaycan KP MK-nin birinci katibi təyin edildikdən neçə il sonra Azərbaycan Respublikasının Prezidenti seçildi:

Səhv cavabların sayı:_______________

Düz cavabların sayı:________________

Müəllim: /Əsədli S. Ə./

Comments are closed, but trackbacks and pingbacks are open.