Press "Enter" to skip to content

Azərbaycan tarixində günəş və ay tutulmaları

Tutulma hadisəsi aprelin 20-də Bakı vaxtı ilə saat 05:34:22-də başlayacaq və 10:59:18-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 25 dəqiqə davam edəcək. Tutulmanın maksimumu 08:16:49-da olacaq. Tam tutulma hadisəsi isə 06:36:56-da başlayacaq və saat 09:56:36-da qurtaracaq. Tam tutulma prosesi 3 saat 19 dəqiqə 40 saniyə davam edəcək. Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Azərbaycan tarixində günəş və ay tutulmaları

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Qaynarinfo-ya verilən məlumata görə, gələn ilin birinci Günəş tutulması aprelin 20-də qeydə alınacaq.

Bu tutulma hibrid Günəş tutulması olacaq. Hibrid Günəş tutulması zamanı Yerin əyriliyi səbəbindən müşahidəçinin mərkəzi tutulma trayektoriyası boyunca yerindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır. Əksər hallarda hibrid tutulmalar halqavari kimi başlayır, sonra tam tutulmaya keçir, daha sonra yenidən halqavari vəziyyətə qayıdır.

Tutulma hadisəsi aprelin 20-də Bakı vaxtı ilə saat 05:34:22-də başlayacaq və 10:59:18-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 25 dəqiqə davam edəcək. Tutulmanın maksimumu 08:16:49-da olacaq. Tam tutulma hadisəsi isə 06:36:56-da başlayacaq və saat 09:56:36-da qurtaracaq. Tam tutulma prosesi 3 saat 19 dəqiqə 40 saniyə davam edəcək. Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.

İkinci Günəş tutulması oktyabrın 14-də baş verəcək. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır.

Tutulma hadisəsi oktyabrın 14-də Bakı vaxtı ilə saat 19:03:45-də başlayacaq və oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:59:27-də olacaq. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və 23:48:56-da qurtaracaq. Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək. Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Növbəti ilin ilk Ay tutulması mayın 5-də olacaq. Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:14:08-də başlayacaq və saat 23:31:40-da sona çatacaq. Tutulmanın maksimumu 21:22:55-də olacaq.

Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq. Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

İkinci Ay tutulması isə oktyabrın 28-də baş verəcək. Bu, qismən Ay tutulmasıdır. Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

Qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

Azərbaycan tarixində günəş və ay tutulmaları

O, daim hərəkətdədir. Ayın Yer, Yerin Günəş, Günəşin də qalaktikanın mərkəzi ətrafında fırlanmasının səbəbi göy cisimləri arasında olan cazibədir. Günəş sistemi və son dərəcə müxtəlif işıqlığa malik milyardlarla ulduzlar sistemi bizim qalaktikadır. Bütün ulduzlar qalaktikada cazibə qüvvəsi nəticəsində bir-biri ilə əlaqədə olmaqla qalaktikanın mərkəzi ətrafında fırlanır. Təkcə Yer və onun əhatəsindəki cisimlər deyil, kütləsi olan bütün cisimlər bir-birini cəzb edir.

Yer kürəsindəki canlıların Yerin səthindən qopmamasının səbəbini izah edin.

GÜNƏŞ VƏ AY TUTULMALARI NECƏ BAŞ VERİR?

Günəş tutulması Günəşin Yerdən tam və ya qismən görünməməsidir. Bu zaman Günəş, Yer və Ay bir sıraya düzülür. Ay Günəşlə Yerin arasında yerləşir. Bu ən çoxu 7, əksər hallarda isə 1-2 dəqiqə davam edir.

Ay tutulması Günəş, Yer və Ayın bir düz xətt boyunca düzüldüyü zaman baş verir. Lakin bu zaman Yer Ayla Günəş arasında yerləşir. Ay Yerin kölgəsində olarkən Günəşdən aldığı parlaqlığı itirir və bir növ görünmür. Ay bütövlükdə Yerin kölgəsində yerləşdiyi vaxt tam tutulma fazası başlayır və bu, adətən, 1,5 saat davam edir.

Hər iki hadisə işığın düz xətt boyunca yayılması qanununa əsaslanır. Bu qanuna əsasən, bircins mühitdə* işıq düz xətt boyunca yayılır. Göründüyü kimi, kainatda bütün hadisələr eyni qanunlar əsasında baş verir və bütün qanunlar istənilən sahə üçün istənilən istiqamətdə dəyişməzdir.

Astronomlar diametri 300 m olan asteroidi Yer üçün təhlükəli hesab edirdilər. Onların ilk qənaətinə görə, Yer kürəsi ilə toqquşma zamanı asteroid böyük bir şəhərin üzərinə düşərsə, onu dağıda bilər. Lakin sonradan belə qərara gəlirlər ki, təhlükə gözlənilmir. Astronomların bu qənaətə gəlmələrinin səbəbini araşdırın.

* Bircins mühit – bütün həcmi boyu eyni fiziki xassəyə malik olan mühit

Azərbaycanda Ay və Günəşin tam tutulmasının tarixi açıqlanıb

Bakı. 25 mart. REPORT.AZ/ “Cari ilin ilk Ay tutulması aprelin 4-də müşahidə olunacaq və təbiət hadisəsi 3 saat 29 dəqiqə davam edəcək”. Bu barədə “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib. Onun sözlərinə görə, bu tutulma hadisəsi 2014/2015-ci illərin tetrad deyilən tsiklinin 3-cü tutulmasıdır: “Əsas tutulma təqribən 5 dəqiqə, daha dəqiq desək, 4 dəqiqə 43 saniyə davam edəcək. Proses Bakı vaxtı ilə 14.03-də başlayacaq. Maksimum tutulma isə 17.00-da gözlənilir. Ümumilikdə tutulma hadisəsi 19.58-də sona çatacaq. Burada söhbət kölgədə olan yarım tutulmadan gedir”. Cari ilin ilk Ay tutulmasının Azərbaycanda müşahidə etməyin mümkünsüz olacağını deyən Elçin Babayev əlavə edib ki, təbiət hadisəsini insanlar əsasən Şimali və Cənubi Amerikada, eləcə də Asiya ölkələri və qismən də Avstraliya ərazisində müşahidə edə biləcəklər. Rəsədxana rəsmisi əlavə edib ki, bəzən bu təbiət hadisəsini “qanlı ay” adlandırırlar: “Çünki Günəş tutulmasından fərqli olaraq, Ay tutulmasında ayın səthi tünd kül rəngdən qırmızımtıl rəngə boyanır. Təbii ki, bunun da fiziki əsasları var. Yəni, bu, işıq şüalarının əlavə olaraq səpilməsi nəticəsində meydana çıxır. Ona görə də ayın səthi müşahidə olunarkən qırmızı rəngə boyanır. Bu səbəbdən də qədimdən Ay tutulması müşahidə olunarkən hansısa qorxunc hadisənin ilkin əlaməti kimi qiymətləndirirdilər. Lakin müasir dövrdə bunun səbəbi elmə və əksər insanlara məlum oldu. Ona görə də Ay tutulmasının insan orqanizminə bilavasitə təsiri yoxdur. Buna sadəcə əsrarəngiz təbiət hadisəsi kimi baxmaq olar”. O, həmçinin qeyd edib ki, Ay tutulmasının insanlar üçün heç bir təhlükəsi yoxdur: “Bu, yalnız bəzi insanlara psixoloji təsir göstərə bilər ki, təqribən 5 dəqiqə müddətində ayın səthi qırmızımtıl rəngə boyanacaq. Odur ki, tutulma sırf astronomik hadisədir. Ona görə də burada hər hansı bir mənfi təsirdən söhbət gedə bilməz. Hətta Günəş tutulması elmi cəhətdən Ay tutulmasından daha çox informasiya verir”. Cari il üçün növbəti ikinci Günəş və Ay tutulmalarının tarixlərini xatırladan direktor müavini əlavə edib ki, ikinci Günəş tutulması sentyabrın 13-də, ikinci Ay tutulması isə sentyabrın 28-də olacaq: “Sentyabrda baş verəcək növbəti Günəş və Ay tutulmalarının heç biri Azərbaycanda müşahidə olunmayacaq. Ümumilikdə götürdükdə isə Azərbaycanda tam tutulma 2060-cı ilin aprelin 30-da gözlənilir. O dövrə qədər baş verən tutulmalar isə qismən tutulmalar olacaq”.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.