Press "Enter" to skip to content

Azrbaycan v mdniyytlr dialoqu

AXCP-Müsavat partiyalarının görüşdə iştirakına gəlincə isə, S.Cəlaloğlu bildirib ki, siyasi dialoqun əleyhinə olduğunu deyən şəxslərin belə görüşə dəvət edilməsi mənasızdır:

Xankəndi

“İqtidar-müxalifət dialoqu çərçivəsində budəfəki görüş Prezident Administrasiyasının təşkilatçılığı ilə baş tutacaq. Ona görə də görüşün formatı və müzakirə olunacaq məsələlərin gündəliyi barədə dəqiq məlumat yoxdur”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu deyib. Fevralın 12-də baş tutacaq iqtidar-müxalifət dialoqu haqda danışan ADP sədri bildirib ki, görüşdə müxalifət nümayəndələrindən ötən görüşdəki tərkib iştirak edəcək:

“Əlavə hansısa partiyalar dəvət olunacaqsa, bu, görüşün təşkilatçısı – Prezident Administrasiyasının öhdəliyindədir. Yəni, konkret olaraq kimlərin görüşdə iştirak edəcəyini indidən demək olmaz”.

AXCP-Müsavat partiyalarının görüşdə iştirakına gəlincə isə, S.Cəlaloğlu bildirib ki, siyasi dialoqun əleyhinə olduğunu deyən şəxslərin belə görüşə dəvət edilməsi mənasızdır:

“Kimsə bəyanat verib iqtidarla müxalifətin siyasi dialoqunun əleyhinə olduğunu deyirsə, onu belə məclisə dəvət etmək absurddur. Çünki bu adam siyasi dialoqu qəti şəkildə siyasi, demokratik pörosedur kimi qiymətləndirmir. Kim belə dialqou vacib sayırsa, həmin adamlar da dəvət olunmalıdır. Müxalifətin görüşdə səsləndirəcəyi təkliflərə gəlincə isə partiya sədri qeyd edib ki, iqtidar və müxalifətin ümdə maraqlarına toxunmayan istənilən məsələ müzakirəyə çıxarıla bilər:

“Hələlik bizim görüşləri siyasi dialoq kimi qəbul etmək olmaz, bu, siyasi diskusiyalardır. Əgər həqiqətən də siyasi dialoq reallaşacaqsa, onda hər məsələni müzakirəyə çıxarmaq olar. Məsələn, biz hakimiyyətdən hakimiyyətdəki qüvvələrin getməsi ilə bağlı siyasi dialoq təklif edə bilmərik. İqtidar da bizə siyasi müxalifətçilikdən imtina etməyi təklif edə bilməz. Amma hər iki tərəfin ikinci dərəcəli maraqları ilə bağlı olan istənilən məsələ müzakirə edilə bilər. Buna ğörə ölkədə demokratik seçkilərin keçirilməsi, demokratik islahatlar, Qarabağ məsələsinin həllində ümummili mövqeyin müəyyənləşməsi antiböhran proqramlarının hazırlanması və s. məsələlərlə bağlı hər iki tərəfin marağı eyni olduğuna görə, müzakirə edilə bilər. Tərəflərin birinci maraqları ilə bağlı təkliflər siyasi dialoqun fəlsəfəsinə zidd olar”.

Qeyd edək ki, müxalifət liderləri ilə iqtidar nümayəndələrinin sonuncu görüşü 2014-cü ilin dekabrın 13-də baş tutub. Görüşə müxalifət tərəfdən Ümid, Demokrat, Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Liberal Demokrat, Böyük Quruluş, Böyük Azərbaycan, Vəhdət, Azadlıq, Vətəndaş Həmrəyliyi və Milli Dirçəliş Hərəkatı partiyalarının sədrləri qatılıb.

İqtidarı isə Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Tahir Süleymanov və şöbənin sektor müdiri Elman Paşayev təmsil edib.
AXCP və Müsavat Partiyaları isə görüşə qatılmaqdan imtina edib.

Fatimə Kərimli

Azrbaycan v mdniyytlr dialoqu

İqtidar-müxalifət dialoqu nə verəcək?

20:54 31-07-2013

CƏMİYYƏT

İqtidar-müxalifət dialoqu nə verəcək?

Prezident seçkilərindən öncə ölkədəki ictimai-siyasi ab-havanın mülayimləşməsi indiki geopolitik reallıqlar baxımından Azərbaycanın milli maraqları çərçivəsində olması hamıya aydındır. Buna görə də ölkəd siyasi dialoq mədəniyyətinin müntəzəm prosesə çevrilməsi ölkədəki bütün siyasi zümrələrin maraqlarına cavab verərdi. Amma bu dialoqlar, sadəcə, dialoq olub qalmaması şərtilə.
Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifət və iqtidar partiyaları arasında dialoqun həyata keçirilməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, “ATƏT-lə danışıqlar aparılır: “ATƏT-in həmişə olduğu kimi seçkiöncəsi partiya rəhbərləri və siyasi partiya funksionerlərini toplayaraq məşğələlər keçirilməsi və seçkinin keçirilməsi ilə bağlı narahat doğurucu məsələlər varsa, onların müzakirə olunub qərar qəbul olunması praktikası mövcuddur. Düşünürəm ki, bu ildə bu praktika olacaq. Biz seçki qabağı siyasi partiyalarla, xüsusilədə seçkiyə getmək iradəsini ortaya qoymuş siyasi partiya liderləri, rəhbərləri və siyasi partiya funksionerləri ilə görüşlər keçirəcəyik”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin “Unikal”a söylədiyinə görə, “Dialoq siyasi mədəniyyətin mühüm tərkib hissələrindən biridir. Mən çox arzulayardım ki, bu cür dialoq1ar ekstremal vəziyyətlərdə, mühüm siyasi kampaniyalar və yaxud prezident seçkiləri ərəfəsində deyil, ümumiyyətlə, ilboyu müxtəlif problemlərlə bağlı həmişə təşkil ediləydi. ATƏT-in Bakı ofisinin iqtidarla müxalifət arasında dialoq təşkil etmək niyyətini alqışlayıram. Amma niyə bu dialoqları həmişə xarici təmsilçilər təşkil etməlidir? Axı bunu özümüz də edə bilərik”.
Partiya sədrinin sözlərinə görə, “Hazırda Azərbaycan cəmiyyəti mühüm siyasi hadisələrin astanasındadır. Bu da sirr deyil ki, ölkədə keçiriləcək prezident seçkiləri zamanı müəyyən daxili və xarici qüvvələr vəziyyəti süni şəkildə gərginləşdirmək niyyətindədirlər ki, bu yolla Azərbaycan dövlətini hansısa güzəştlərə vadar etsinlər. Azərbaycan hökuməti bu gərginliyin yaranmasına yol verməyəcək qədər səriştəli və güclüdür. Ancaq hesab edirəm ki, siyasi görüş və dialoqların təşkili birinci növbədə siyasi qurumlarımızın və cəmiyyətimizn siyasi mədəniyyət səviyyəsinin yüksəlməsinə xidmət edə bilər və belə görüşlərin təşkil edilməsi zəruridir. Amma yenə də təkrar edirəm ki, belə dialoqlar mövsümi xarakter daşımamalıdır”.
Müstəqil politoloq Ərəstun Oruclunun “Unikal”a söylədiyinə görə, “Siyasi dialoqla həll edilməyən problemlər ya şəffaf seçki qutularında həll edilir, ya da kütləvi küçə aksiyalarında. Hazırda Azərbaycanda çox kövrək siyasi durum var və belə bir vəziyyətdə siyasi dialoqların təşkili olduqca vacibdir. Bununla belə mən hesab edirəm ki, bu təşəbbüs zaman baxımından xeyli dərəcədə gecikmiş bir addım təsiri bağışlayır. Çünki prezident seçkilərinə çox az vaxt qalır. Məsələyə bu baxımdan yanaşanda tərəflərin bir-birlərinə qarşı hansı iddialarla və yaxud tələblərlə çıxş edəcəyi, lap yumşaq şəkildə desək, hansı təkliflər irəli sürəcəkləri, təxminən, aydındır. Və bu tələb və yaxud təkliflərin gerçəkləşdirlməsi üçün isə vaxt olduqca məhduddur. Buna görə də güman etmirəm ki, həmin xeyirxah təşəbbüs konkret və pozitiv nəticələr verə bilər”.
Məzahir Avşar

Comments are closed, but trackbacks and pingbacks are open.