Press "Enter" to skip to content

Səfir Rusiya-Azərbaycan münasibətlərindən danışdı

Azərbaycan və Rusiya arasında humanitar və mədəni əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi qeyd olunmalıdır. Fond Rusiyada bir sıra xeyriyyə aksiyaları keçirir, mədəni tədbirlərin təşkilatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, 2005-ci il iyunun 9-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Fondun vitse-prezidenti Leyla xanım Əliyeva isə Həştərxan şəhərində Müqəddəs Knyaz Vladimirin abidəsinin ucaldıması və ətraf ərazidə yeni parkın salınmasına görə III dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif olunub. Bununla yanaşı, Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Rusiya-Azərbaycan dostluq körpüsünün inşasına, Heydər Əliyev parkında “Arzu” uşaq əyləncə şəhərciyinin yaradılmasına və digər sosialyönlü layihələrin gerçəkləşdirilməsində böyük xidmətlərinə görə Leyla xanım Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeninə layiq görülüb.

Azərbaycan və rusiya münasibətləri

“Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər quran Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu artmaqdadır. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın ötən ilin iyununda qardaş Türkiyə ilə müttəfiqlik sənədini, bu il fevralın 22-də isə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması da postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hər iki sənəd ölkələr arasında müttəfiqlik münasibətlərinin inkişafında, əlaqələrdə yeni mərhələnin başlanmasında əhəmiyyətli rol oynayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür, respublikamızın digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib: “Bəyannamənin imzalanması regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Azərbaycan dövlətinin xarici siyasətində qonşularla əlaqələrin yeni prioritetlər üzrə inkişafı əsas yer tutur. Azərbaycan-Rusiya münasibətləri tarixi köklərə malikdir. Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər münasibətlərimizin inkişafında yeni mərhələnin başlanmasında stimulverici amildir. İki qonşu ölkənin əlaqələrinin yüksələn xətlə inkişafında, həmçinin dövlət başçılarının şəxsi münasibətləri, qarşılıqlı yüksək etimad mühiti əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev daim bu reallığı önə çəkir ki, hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərinin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, çox konstruktiv, düşünülmüş siyasət apararaq Ermənistan istisna olmaqla bütün qonşuları ilə gözəl münasibətlər qura bilib və dövlətimiz bu əməkdaşlıqdan maksimum faydalanır. Məlumdur ki, müasir dövrdə həm regional təhlükəsizliyin təmin olunması, həm də nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli xeyli dərəcədə qonşularla münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Bu baxımdan əminliklə deyə bilərik ki, qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə, xalqlarımızın əsaslı maraqlarının reallaşmasına öz müsbət təsirini göstərəcək: “Azərbaycan dövləti tarixi Zəfərimizin reallıqları fonunda Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərini çatdırıb. Məqsəd bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması və yeni əməkdaşlıq formatlarının yaradılması prosesinin sürətləndirilməsidir. Diqqət yetirsək görərik ki, son zamanlar dünya gücləri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olmaqla yanaşı, bu istəklərini regionda dayanıqlı sülhə töhfələr verməyə səy göstərməklə ifadə edirlər. Məsələyə bu kontekstdən yanaşdıqda Moskva, Soçi, həmçinin Brüssel görüşləri günümüzün reallıqlarının aydın mənzərəsini yaradır. Dayanıqlı sülhə töhfə vermək prosesində bu görüşlərlə bərabər, imzalanan sənədlər də öz əhəmiyyətli rolunu oynamaqdadır. Xüsusi vurğulamaq lazımdır ki, Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Hər iki ölkə müttəfiqlik fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər”.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir: “Azərbaycan dövləti daim Xəzərin dostluq, əməkdaşlıq dənizi olmasına çağırışlar edib. Təbii ki, bu da dövlətimizin xarici siyasətinin dəyişməz olan prinsiplərinə əsaslanır”.

“Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 44 günlük Vətən müharibəsində Qələbəmizdən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi mühitin əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrini imzalaması bu yeni siyasi mühiti rəsmən təsbit edir. Türkiyə ilə Şuşa Bəyannaməsinin, Rusiya ilə Moskva Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Ötən ilin dekabrında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə görüşü qurumun ölkəmizlə münasibətlərinin hazırkı səviyyəsinə işıq saldı. Bu görüşlərin ardınca bu il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Bu görüş Brüssel sülh gündəliyinin davamı kimi dəyərləndirildi”.

Vüqar Rəhimzadə aparılan təhlillərə söykənərək bu fikri xüsusi qeyd edib ki, dünyanın bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir: “Azərbaycan iki qüdrətli qonşusu – Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə saziş imzalamağa hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, dünyanın bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu isə Azərbaycanın diplomatiyasının uğurudur. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, həmçinin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiyanın Azərbaycan ilə münasibətlərinin yüksələn xətlə inkişafı, ölkələrimiz arasında müttəfiqlik Bəyannaməsinin imzalanması postmünaqişə dövrünün reallıqlarının qəbul edilməsində də əhəmiyyətli rol oynayacaq. Bu baxımdan imzalanan Bəyannamə Ermənistana böyük zərbədir. Bugünədək dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhrələnən işğalçı Ermənistan artıq dünya güclərinin Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləmələrinin şahididir. Ermənistanın sülh müqaviləsini imzalayıb yeni reallıqların diktə etdiyi gerçəklikləri qəbul etməkdən başqa yolu yoxdur”.

Səfir Rusiya-Azərbaycan münasibətlərindən danışdı

Son illərdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər keyfiyyətcə və prinsipial olaraq yeni səviyyəyə yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Azərbaycan-Rusiya: İqtisadi Diplomatiya və Tərəfdaşlıq Strategiyası” Forumu zamanı müraciətində deyilir.

Müraciətdə deyilir: “Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və siyasi, iqtisadi, ticarət, sosial, mədəni, humanitar, təhsil sahələri də daxil olmaqla bütün əməkdaşlıq sahələrini nəzərdə tutur və genişmiqyaslı hərbi-texniki qarşılıqlı əməkdaşlığı əhatə edir.

Şübhəsiz ki, Azərbaycanla Rusiya arasında yaradılan belə bir atmosfer ilk növbədə iki ölkənin liderləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasındakı qarşılıqlı etimada əsaslanır.

Ölkələrimiz arasında çox intensiv siyasi və iqtisadi dialoq mövcuddur ki, bu da Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm təkan verir. Parlamentlərarası əlaqələr, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti, idarələrarası yaxın təmaslar mehriban qonşuluq siyasətinə, çoxəsrlik dostluq ənənələrinə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı daha da zənginləşdirib.

Hər iki ölkə bir-birinin maraqlarını nəzərə alaraq beynəlxalq təşkilatlar daxil olmaqla dünya arenasında da səmərəli əməkdaşlıq edir.

Azərbaycan Respublikasının Moskvadakı diplomatik nümayəndəliyinin fəaliyyəti ilə yanaşı, Azərbaycanın Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqları və Azərbaycan səfirliyinin yanında Ticarət Nümayəndəliyi də fəaliyyətlərini səmərəli şəkildə həyata keçirirlər. Ticarət bürosu Azərbaycan və Rusiyanın işgüzar dairələri arasında açıq, sürətli və konstruktiv bir dialoqun təşviqi üçün çox işlər görür. Bunlar biznes missiyaları, sərgilərdə iştirak və Ticarət Nümayəndəliyinin Biznes Klubunun iclasları və digər əhəmiyyətli layihələr və təşəbbüslərdir. Azərbaycan hər il “WorldFood Moscow” sərgisində və beynəlxalq “Prodexpo” sərgisində fəal iştirak edir, tərəfdaş ölkə kimi çıxış edir, “Made in Azerbaijan” vahid milli stendlərini təşkil edir və qonaqlar Azərbaycanın müxtəlif çeşidli ərzaq məhsulları ilə ətraflı tanış olmaq imkanı əldə edirlər”.

Səfir qeyd edir ki, bütün bu fəaliyyətlər ticarətin artmasına kömək edir və nəticədə ölkələrimizin sakinlərinin ərzaq rifahının təmin olunmasına xidmət edir:

“Ticarət əməliyyatlarını genişləndirmək üçün zəruri nəqliyyat infrastrukturu yaradılır və bu mənada dövlətlərarası əməkdaşlığın dinamikasını açıq şəkildə əks etdirən keçən ilin sonunda baş verən tədbirin əhəmiyyətini vurğulamaq lazımdır.

Söhbət “Şimal-Cənub” nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan Samur çayı üzərindən yeni bir yol körpüsünün açılmasından gedir.

Bölgənin iqtisadi artımını təşviq etmək və davamlı inkişafını davam etdirmək üçün əlverişli şərait yaratmaq üçün enerji sektorunda əməkdaşlıq həm də Azərbaycan, Rusiya və İranın elektrik enerjisi sistemlərini birləşdirən enerji körpüsü yaratmaqla dərinləşir.

Ölkələrimiz 300-ə yaxın ikitərəfli müqavilə bağlayıb və həyata keçirilməsi üçün mühüm addımlar atıb. Xüsusilə oxucuların diqqətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2018-ci il tarixində Rusiya Federasiyasına rəsmi səfəri zamanı imzalanmış, ikitərəfli ticarət və qarşılıqlı investisiyaların daha da genişləndirilməsi və ümumiyyətlə iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün lazımi zəmin yaratmış sənədlərə yönəltmək istəyirəm.

Əldə edilmiş əməkdaşlıq səviyyəsi bizə ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə daha da inkişaf etdirilməsi barədə inamla danışmağa əsas verir”.

Milli.Az

Azərbaycan və rusiya münasibətləri

Artıq bir neçə əsrdir ki, Rusiya Cənubi Qafqazda mühüm xarici siyasət vektorudur. Müasir Azərbaycan Respublikasının ərazisi iki əsrə yaxın müddət ərzində əvvəl Rusiyanın, sonra isə SSRİ-nin tərkib hissəsi olub. 1991-ci ilin dekabrından isə SSRİ-nin süqutundan sonra Rusiya dünya arenasına yeni simada, Rusiya dövlətçiliyinin tarixi formalarının hamısından kəskin fərqli tərzdə çıxdı. Elə həmin arada dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının qarşısında duran ən əsas vəzifələrdən biri SSRİ-nin dağılması nəticəsində meydana gələn yeni müstəqil dövlətlərlə, xüsusilə Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin formalaşdırılması idi.

Siyasi münasibətlər: Azərbaycan xarici siyasəti qarşısında Rusiya ilə bağlı bir sıra yeni prinsipial problemlər dururdu: Rusiyanın Azərbaycan Respublikası ərazisindəki qoşunlarının çıxarılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında şimal qonşunun iştirakı, Xəzərin statusu probleminə Rusiyanın münasibəti və nəhayət, bu ölkədə yaşayan azərbaycanlıların taleyi. Bu problemlərin hər birinin həlli iki ölkə arasında münasibətlərin xarakterindən çox asılı idi.

Azərbaycan-Rusiya əlaqələrinin tarixinə kiçik bir ekskursiya edilsə sezilər ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu.

Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki ölkə arasında münasibətlər qurulmasının vacibliyini belə şərh etmişdi: “Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır”.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. 1992-ci ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri öz fəaliyyətinə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Bu müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası qoyuldu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2-4 iyul 1997-ci il tarixdə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə ilk rəsmi səfəri ikitərəfli münasibətlərin qurulmasında ən əhəmiyyətli hadisə oldu (bax – http://lib.aliyevheritage.org/az/20634858.html)

2000-ci ildə Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsi ilə bu ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr və priritetlər irəli sürməyə başladı. Əvvəlki dövrdən fərqli olaraq yalnız MDB çərçivəsində inteqrasiya məqsəd seçilmədi, hər iki ölkənin milli maraqları (təhlükəsizlik, iqtisadi inkişaf) daha vacib elan olundu. Sonrakı dövrdə Azərbaycan və Rusiyanın sıx dostluq münasibətləri qurması üçün əhəmiyyətli siyasi baza formalaşdırıldı. İki ölkə arasında bu günə kimi 150-dək hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər siyasi, hərbi-texniki, təhlükəsizlik, iqtisadi (ticarət, investisiya, maliyyə, yanacaq-energetika sahəsində əməkdaşlıq, Azərbaycan neftinin Rusiya ərazisi ilə nəql olunması), elmi, mədəni, həmvətənlərin hüquqlarının təmin olunması sahələrini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə impuls verdi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9-10 yanvar 2001-ci il, 13 avqust 2013 tarixdə, Dmitri Medvedevin 3-4 iyul 2008-ci il tarixdə Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24-26 yanvar 2002-ci il tarixdə Rusiyaya dövlət səfəri (bax – http://lib.aliyevheritage.org/az/29783379.html), Prezident İlham Əliyevin 5-7 fevral 2004-cü il, 19-20 aprel 2009-cu il tarixdə Rusiyaya rəsmi səfərləri iki ölkə arasında münasibətlərin inkişafı üçün əlverişli zəmin yaratdı.

Son illər Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə intensiv siyasi dialoq gedir. Sistem xarakterli beynəlxalq-hüquqi sənədlərə söykənən münasibətlər yüksək dinamikaya malikdir. Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il tarixli müqavilə 2001-ci il tarixli Bakı və 2004-cü il tarixli Moskva bəyannaməsi ilə inkişaf etdirildi. Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri zamanı imzalanan dostluq və tərəfdaşlıq haqqında birgə bəyannamə dostluq və mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirdi.

Yüksək səviyyədə münasibətlərin fəal inkişaf etdirilməsinə sübut üçün son 3 il ərzində həyata keçirilmiş qarşılıqlı səfərlərə diqqət yetirmək kifayətdir. 13 avqust 2013-cü il tarixdə Azərbaycana səfər edən Vladimir Putin azərbaycanlı həmkarı ilə siyasi problemləri və Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edib. Səfərin yekunlarına əsasən neft və qaz hasilatı sahəsində əməkdaşlıq və iki dövlətin sərhədində avtomobil körpüsünün inşası ilə bağlı sazişlər imzalanıb. 6-8 fevral 2014-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev XXII Soçi Qış Olimpiadasının açılışı mərasimində iştirak edib. 8-10 avqust 2014-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib. Səfər dövründə iki dövlət başçısı bir sıra ikitərəfli və regional məsələləri müzakirə ediblər. 29-30 sentyabr 2014-cü il tarixdə Azərbaycan Prezidenti Həştərxan şəhərində Xəzəryanı ölkələrin IV sammitində, 8-9 may 2015-ci il tarixdə isə Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib. 12-13 iyun 2015-ci il tarixdə Rusiya Prezidenti Vladimir Putin Bakıda işgüzar səfərdə olub. Səfər dövründə ikitərəfli qarşılıqlı münasibətlər və beynəlxalq məsələlər müzakirə olunub. Vladimir Putin həmçinin, ilk Avropa oyunlarının açılış mərasimində iştirak edib. 20 iyun 2016-cı il tarixdə Azərbaycan Prezidenti Sankt-Peterburqa səfər edib. Rusiya Prezidenti ilə görüş zamanı ikitərəfli münasibətlərdə cari vəziyyət, humanitar əməkdaşlıq və Qarabağ probleminin həlli yolları müzakirə mövzusu olub. 8 avqust 2016-cı il tarixdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfər edib. Səfər dövründə Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib.

8 avqust 2016-cı il tarixdə Rusiya Prezidenti V.Putinin Azərbaycana işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərini belə xarakterizə edib: “Tez-tez baş tutan görüşlər, əlbəttə, bizim münasibətlərimizin inkişafına yeni təkan verir. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir”.

Son illər ərzində birgə səylər nəticəsində hər iki tərəf üçün mühüm olan bir sıra məsələlər üzrə optimal, qarşılıqlı qəbul olunan və hər iki tərəfin xeyrinə olan həll yolları tapılıb. Dövlət sərhədi barədə müqavilə imzalanıb, Samur transsərhəd çayının mühafizəsi və rasional istifadəsi məsələsi həll olunub, Xaçmaz rayonunun iki kəndində yaşayan Rusiya vətəndaşları ilə bağlı situasiya nizamlanıb. Xəzərin statusu ilə bağlı Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşması prosesi faktiki olaraq başa çatıb. Bu, perspektivdə bütün Xəzəryanı ölkələr arasında konsensusun əldə olunmasını təmin edə bilər.

Azərbaycan-Rusiya münasibəttlərinin inkişaf etdirilməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın və şəxsən prezident V.Putinin vasitəçilik səylərini yüksək qiymətləndirir. Qarabağ probleminin həllinə yönəlik son görüşlər əsasən Moskvanın vasitəçiliyi ilə keçirilir və artıq danışıqlarda irəliliyiş olması ilə bağlı söhbətlər güclənməkdədir. Bu gün Moskvanın siyasi dairələri Azərbaycanın geostrateji rolunu dəqiq dəyərləndirir və başa düşürlər ki, iki dövlətin əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mühüm amilidir. 2016-cı ilin avqust ayında Bakıda səfərdə olarkən Rusiya Prezidenti qeyd edib: Biz bir məqsədə nail olmağa çalışacağıq: Ermənistan və Azərbaycan kompromisli, lakin hər iki tərəf üçün məqbul olan həll tapmalıdır, burada qalib gələn tərəf olmamalıdır, qalib gələn – iki ölkənin xalqları olmalıdır. Hər iki dövlət hiss etməlidir ki, onlar bu mürəkkəb məsələni bu günümüzün mənafeyi və gələcək nəsillər üçün həll ediblər”.

İqtisadi münasibətlər: Azərbaycan Avrasiya İtisadi Birliyinin üzvü olmayan MDB ölkələri içərisində Rusiyanın əsas ticarət partnyorudur. 2014-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 4 milyard dollar, 2015-ci ildə isə 2,8 milyard dollar olub.

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərbəst ticarət, hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq, elektroenergetika sahəsində əməkdaşlıq prinsipləri, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması, qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri, beynəlxalq avtomobil əlaqələri, iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri, dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər imzalanıb.

Rusiyanın Azərbaycana ixrac etdiyi məhsullar sırasında əsas yeri maşınlar, nəqliyyat vasitələri və avadanlıqları, ərzaq, qara və əlvan metallar, ağac və kağız-sellüloz məmulatları, kimya məhsulları tutur. Azərbaycanın Rusiyaya ixracında isə ərzaq və kənd təsərrüfatı məhsulları, mineral ərzaqlar, neft və neft emalı məhsulları üstünlük təşkil edir. Azərbaycan bazarında 100 faiz Rusiya kapitalı ilə 600 müəssisə işləyir. Rusiya Prezidenti V.Putinin avqust ayında Bakıya işgüzar səfəri zamanı qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatına birbaşa Rusiya investisiyalarının həcmi 1,5 milyard dollara yaxındır. 2015-ci ildə Azərbaycana qoyulan Rusiya investisiyasının həcmi 210 milyon dollar olub. Xarici sərmayəçilər içərisində Rusiya altıncı yeri tutur. Azərbaycanın Rusiyaya qoyduğu invesitisiyanın həcmi 1,0 milyard dollar təşkil edir. “LUKoyl” neft şirkəti, “Baltika” pivəbişirmə şirkəti, “Nikoyl” investisiya-kommersiya bankı, “Bank VTB” açıq səhmdar cəmiyyəti və digər müəssisələr Azərbaycanda çalışırlar. 2008-ci ildə «Crocus International» Rusiya şirkəti Xəzər dənizinin sahilində dəyəri 1 milyard dollar olan turizm kompleksinin inşasına başlayıb. 29 may 2009-cu ildə Rusiyanın “Sinterra” şirkəti “Azərtelekom”la birgə telekommunikasiya sahəsində birgə layihə gerçəkləşdirmək üçün saziş imzalayıb. 2010-cu ildə “Azərsun Holdinq” Beloreçenskdə (Krasnodar diyarı) çay çəkici fabrikini istismara buraxıb. Azərbaycanın “Benkons Group” şirkəti Tatarıstanda şirə istehsal edən zavod tikir.

Rusiya şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak etməklə bir neçə beynəlxalq konsorsiumda paya malikdirlər. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da Azərbaycanla iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdırlar. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın bu cür əməkdaşlıq sazişi imzalanıb. Bu baxımdan Moskva, Həştərxan, Kurqan, Sankt-Peterburq, Saratov, Stavropol, Sverdlovsk, Yekaterinburq vilayət və şəhərləri, Dağıstan,Kalmıkiya və Tatarıstan respublikaları ilə qurulan iqtisadi əlaqələri xüsusilə qeyd etmək olar. Azərbaycanda Dağıstan və Tatarıstanın, habelə Ural iqtisadi regionunun nümayəndəlikləri fəaliyyət göstərir.

İkitərəfli qarşlıqlı münasibətlərin mühüm elementi İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyadır (sonuncu iclası 9 oktyabr 2015-ci ildə Moskvada olub). Azərbaycan və Rusiya arasında hərbi və hərbi-texniki əməkdaşlıq inkişaf edir.

Humanitar və mədəni əməkdaşlıq: Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar əməkdaşlıq əsasən humanitar sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. İki ölkə arasında humanitar əlaqələrin demək olar ki, bütün aspektlərini tənzimləyən ikitərəfli saziş və müqavilələr, həmçinin, hər iki ölkənin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramları, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokollar mövcuddur. Azərbaycan tərəfi mərkəzi federal hökumətlə yanaşı, RF-nin subyektləri ilə də humanitar sahədə sıx əməkdaşlıq edir.

Son bir neçə il ərzində iki ölkə arasında yüksək səviyyədə humanitar əməkdaşlığın mövcudluğunun göstəricisi heç şübhəsiz, 2010-cu ildə Bakıda “Azərbaycan-Rusiya Humanitar Forumu”nun və hər iki ölkə prezidentinin himayəsi altında 2011-ci ildən etibarən mütəmadi olaraq hər il “Bakı Beynəlxalq Humanitar Forumları”nın keçirilməsidir. Bu tədbirlərdə hər iki ölkədən ən yüksək səviyyədə nümayəndə heyətlərinin iştirakı, müzakirə olunan məsələlərin əhatəliliyi və aktuallığı, onun artıq ikitərəfli çərçivədən çıxaraq beynəlxalq müstəviyə keçməsi və beynəlxalq miqyasda qəbul edilmiş platformaya çevrilməsi Azərbaycan-Rusiya humanitar əlaqələrinin təkcə ikitərəfli deyil, həmçinin beynəlxalq səviyyədə humanitar əməkdaşlığın inkişafına verdiyi töhfənin bariz göstəricisidir.

Azərbaycan və Rusiya arasında humanitar və mədəni əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi qeyd olunmalıdır. Fond Rusiyada bir sıra xeyriyyə aksiyaları keçirir, mədəni tədbirlərin təşkilatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, 2005-ci il iyunun 9-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Fondun vitse-prezidenti Leyla xanım Əliyeva isə Həştərxan şəhərində Müqəddəs Knyaz Vladimirin abidəsinin ucaldıması və ətraf ərazidə yeni parkın salınmasına görə III dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif olunub. Bununla yanaşı, Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Rusiya-Azərbaycan dostluq körpüsünün inşasına, Heydər Əliyev parkında “Arzu” uşaq əyləncə şəhərciyinin yaradılmasına və digər sosialyönlü layihələrin gerçəkləşdirilməsində böyük xidmətlərinə görə Leyla xanım Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeninə layiq görülüb.

20-24 fevral 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Moskvada işgüzar səfərdə olarkən ona M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru adı verilib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında son illər ərzində təhsil sahəsində baş vermiş ən mühüm hadisələrdən biri Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2008-ci il tarixli Sərəncamına uyğun olaraq 2008-ci ildə Bakıda dünyanın ən qabaqcıl təhsil müəssisələrindən olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətə başlaması olub. 26 sentyabr 2012-ci il tarixində filialın yeni tədris kompleksi istifadəyə verilib. 2015-ci ilin sentyabrında isə Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışı olub.

Azərbaycanda 150 mindən artıq rus yaşayır. Bu, Cənubi Qafqazda öz etnik identikliyini, mədəniyyətini, dilini və dinini qoruyub saxlamış ən böyük rus diasporudur. Azərbaycanda digər xalqlar kimi ruslara da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilmək ucun hər cur şərait yaradılıb. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır. Rus icması – iki xalq arasında real birləşdirici həlqədir. Azərbaycandakı rus icmasının rəhbərlərindən biri, Viktor Zabelin Azərbaycan Milli Məclisinin üzvüdür. Bakıdakı Rus Pravoslav Kilsəsi rus icmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynayır.

Azərbaycan ilə Rusiya arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri də respublikada rus dilinin qorunub saxlanması və inkişafıdır. Azərbaycanda 327 orta məktəb və 27 universitetdə tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə isə yalnız rus dilində aparılır. Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri – Bakı Slavyan Universiteti fəaliyyət göstərir.

2000-ci ildə Rusiyada Azərbaycan diaspor təşkilatlarını özündə birləşdirən Ümumrusiya Azərbaycanlıları Konqresi təsis olunub.

Oçerk 1 oktyabr 2016-cı il tarixdə tərtib olunub.

Похожие статьи

  • Azərbaycan və çin münasibətləri

    Azərbaycan və çin münasibətləri İkitərəfli siyasi münasibətlər: İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da…

  • Azərbaycan xarici iqtisadi münasibətlər

    Beynəlxalq iqtisadi münasibətlər Son illər isə Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında mühüm artım müşahidə olunmaqdadır. Belə ki, hazırda…

  • Azərbaycan respublikasinin xarici əlaqələri

    Azərbaycan respublikasinin xarici əlaqələri Yuxarıda qeyd edilənləri ümumiləşdirərək deyə bilərik ki, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və…

  • Azərbaycan və gürcüstan münasibətləri

    AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ DOSTLUQ VƏ MEHRİBAN QONŞULUQ MÜNASİBƏTLƏRİ HƏDDİNDƏDİR Xatırladaq ki, təməlqoyma mərasimlərində jurnalistlərə açıqlama…

  • Azərbaycan türkiyə münasibətləri

    Azərbaycan türkiyə münasibətləri “Türkiyə-Azərbaycan birliyi əbədidir” söyləyən Malik Həsənov dövlətimizin başçısı İlham Əliyevin Şuşada türkiyəli…

Comments are closed, but trackbacks and pingbacks are open.