Azərbaycan Xalq Cümhuriyyəti – DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ
27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub
Azərbaycan Xalq Cümhuriyyəti
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
1918-ci il aprelin 22-də Zaqafqaziyanın müstəqil federativ respublika elan edilməsi bu ziddiyyətləri aradan qaldırmadı. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi və həmin gün gürcülər Gürcüstanın müstəqilliyini bəyan etdilər. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını yaratdı. Qızğın mübahisələrdən sonra Azərbaycanın dövlət müstəqilliyinin bəyan olunması haqda qərar və İstiqlal Bəyannaməsi qəbul edildi.
Müvəqqəti hökumət yaradıldı. Cümhuriyyət ilk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verdi. 16 iyun 1918-ci ildə Milli Şura və hökumət öz fəaliyyət mərkəzini Tiflisdən Gəncəyə keçirdi. 15 sentyabr 1918-ci ildə ağır döyüşlərdən sonra Nuru paşanın rəhbərliyilə Qafqaz İslam Ordusu Bakını Sentrokaspi Diktaturasının qalıqlarından azad etdi. 17 sentyabr 1918-ci ildə Azərbaycan hökuməti Bakıya köçdü. Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.
Müsəlman Şərqində ilk parlament respublikası — Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan Parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi.
Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bolşevik-erməni talanlarından milləti xilas etmək üçün milli ordunun yaradılması Cümhuriyyətin ən böyük xidmətlərindən biri hesab edilməlidir. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı. 1920-ci il aprelin 28-də Sovet Rusiyasının təcavüzü nəticəsində suveren Azərbaycan dövləti süqut etdi.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.176
Azərbaycan Xalq Cümhuriyyəti – DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ
Azərbaycan ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir və bunu təkzibedilməz dəlillərlə sübut edən arxeoloji abidələrimiz kifayət qədərdir. Azərbaycanərazisində hələ qədim dövrlərdən başlayaraq yüksək mədəniyyət nümunələri yaranmışdır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış Azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, eləcə də Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”. Azərbaycan xalqı zəngin, qəhrəmanlıq səhifələri ilə dolu olan tarixi ilə hər zaman qürur duyub.
Ölkəmizin ərazisində dövlətçilik ənənələrinin tarixi 5 min il əvvəllərə gedib çıxır. Belə ki, Azərbaycan torpaqlarında ilk dövlət qurumları hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq yaranmışdı. Bu qədim Azərbaycan dövlətləri regionun güclü dövlətlərindən olmaqla, hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə qədim Azərbaycan dövlətləri ilə Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı. Böyük etnik yerdəyişmələr nəticəsində Qafqaz ərazisində sakinlərin sayı yüksəlmişdi. Burada Qafqaz regionundan kənarda da yaxşı tanınan ilk dövlət formaları peyda olmuş, müasir xalqların qədim əcdadları olan avtoxton xalqların etnogenezisi formalaşmışdı.
Qeyd etmək lazımdır ki, e.ə. III minilliyin birinci yarısında yaranmış ən qədim dövlətlərdən olan Aratta ölkəsi Azərbaycan torpaqlarında yerləşirdi. Bu ölkə ilə bağlı şumer dastanlarında da məlumat vardır. Qədim Manna, Midiya, Albaniya, Atropatena dövlətləri Qafqazın qədim və şanlı tarixində özünəməxsus izlər qoymuşlar.Azərbaycan ərazisində mövcud olmuş Manna dövləti (eramızdan əvvəl IX-VII əsrlər), Atropatena dövləti (eramızdan əvvəl IV əsr-eramızın II əsri) də bu ənənəyə öz töhfələrini verib.Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavian Avqustla diplomatik danışıqlar aparmışdılar.Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçıları idilər. Onlar həm fərmanlar verir, həm də ölkənin hərbi qüvvələrinə başçılıq edirdilər. Albaniya hökmdarlarının saraylarında məşvərət şuraları fəaliyyət göstərirdi.
Paytaxtı Qəbələ olan Qafqaz Albaniyası dövləti eramızdan əvvəl IV əsrdə yaranıb.IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri yarandı. XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Şirvanşahlar dövləti, Ağqoyunlu dövləti, Qaraqoyunlu dövləti, Səfəvi dövləti kimi Azərbaycan dövlətləri tarixə öz səhifələrini yazdılar. Bunların hər birinin milli dövlətçilik tariximizdə xüsusi xidmətləri olub. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. XIV-XV əsrlərdə Qara Yusifin dövründə Qaraqoyunlular güclü imperiyaya çevrilmişdilər. 1467-ci ildə Uzun Həsən tərəfindən bu imperiyaya son qoyuldu. 1468-ci ildə o, Ağqoyunlu imperiyasının əsasını qoyur. Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun dövründə Ağqoyunlu imperiyasında elm və incəsənət yaxşı inkişaf etmişdi. Lakin 1501-ci ildə bu imperiya I Şah İsmayıl tərəfindən süqut etdirilərək yeni bir imperiyaya – Səfəvi imperiyasına çevrildi. Bu dövlət orta əsrlərdə Azərbaycan dövlətçiliyi tarixində yeni təkamül mərhələsinin başlanğıcı idi. 235 il mövcud olan Səfəvilər hazırkı Azərbaycan, İran, Ermənistan, İraq və digər əraziləri əhatə edən böyük bir imperiya idi. Səfəvilər imperiyası dağıldıqdan sonra 1736-1747-ci illərdə Əfşarlar dövləti mövcud olmuşdur. Nadir şah Əfşarlar dövlətinin banisi idi. O, əvvəlki dövrdə Rusiya və Osmanlı tərəfindən itirilmiş əraziləri geri qaytarmışdı. 1794-cü ildə Qacarlar yeni dövlətin əsasını qoydular. Bu Azərbaycan sülaləsi isə 1925-ci ilə qədər hakimiyyətdə olmuşdur.
Göründüyü kimi, ötən yüzilliyə qədər olan uzun bir dövr Azərbaycan tarixində zəngin olmuş və müxtəlif dövlətlərin yaranması ilə səciyyələnmişdir. XX əsrdə Аzərbаycаn хаlqı iki dəfə müstəqillik əldə еtmişdir: 1918-ci və 1991-ci illərdə. 1918-ci ildə yаrаnmış və fəаliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrimizin davamı idi. Аzərbаycаn Хаlq Cümhuriyyəti, Nахçıvаn və Şərur-Dərələyəz qəzаlаrını özündə birləşdirən Аrаz–Türk Rеspublikаsı, həmçinin rəhbərləri, əsasən, azərbaycanlılardan ibarət Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti qısа ömür sürmüş, Sоvеt impеriyаsının işğаlçılıq siyаsətinin qurbаnı оlmuşdur. Lаkin оnlаrın hər biri, xüsusən də Аzərbаycаn Хаlq Cümhuriyyəti dövlətçiliyimizin yаrаnmаsı və inkişаfındа, хаlqımızın tаriхi tаlеyində böyük rоl оynаmışlаr. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Аzərbаycаn Хаlq Cümhuriyyəti ilə bağlı qеyd еtdiyi kimi, “ən böyük nаiliyyət, tаriхimizə yаzılmış qızıl səhifə оndаn ibаrətdir ki, çохəsrlik tаriхimizdə ilk dəfə Аzərbаycаn хаlqı dövlət müstəqilliyini əldə еdə bilmişdir, müstəqillik əhvаl-ruhiyyəsini hiss еdə, dərk еdə bilmişdir, müstəqil yаşаmаq, öz tаlеyinin sаhibi оlmаq duyğulаrını dərk еdə bilmişdir” [Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Altıncı kitab. Bakı: Azərnəşr, 1998, 527 s./s. 308].
Məlum olduğu kimi, XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhranla üzləşmişdi. Rusiya bu ciddi problemi həll etmək üçün islahatlara başlamaq məcburiyyətində qalmışdı. Azərbaycan ziyalıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil edilməsini, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edirdilər. Onlar bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda gərgin mübarizə aparırdılar.
Birinci dünya müharibəsinin sonlarına yaxın “xalqlar həbsxanası” sayılan Rusiya imperiyasının dağılması artıq qaçılmaz xarakter almışdı. Belə bir dövrdə Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyindən müstəqil dövlət halında yaşamağa tam hazır idi.
Azərbaycan ziyalılarından bəziləri, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli bir respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da məhz bu istiqamətdə gedirdi.
1917-ci ilin fevralında Rusiyada 300 illik Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında V.Leninin rəhbərliyi ilə bolşeviklər partiyasının çevrilişi baş verdi. Hakimiyyət dəyişikliyi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.
Zaqafqaziya Seymində Müsəlman fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi.
Demək olar ki, üç ay fəaliyyət göstərən Seymdə Gürcüstandan sosial-demokratlar (menşeviklər) – 32 nəfər, Azərbaycandan müsavatçılar və onlara qoşulmuş bitərəf demokratlar – 30 nəfər və ermənilərin “Daşnaksutyun” partiyası – 27 nəfər deputatla iştirak edirdi.1918-ci il aprelin 22-də Zaqafqaziya seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradıldığını elan etdilər. Lakin sonradan Cənubi Qafqazın bir dövlət halında fəaliyyət göstərməsinin qeyri-mümkün olduğu məlum oldu. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin son iclası keçirildi. Gürcüstanın federasiyanın tərkibindən çıxmasını bəyan etməsindən sonra seym özünü buraxdığını elan etdi. Növbəti gün artıq buraxılmış Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclasında Müvəqqəti Milli Şuranın yaradılması qərara alındı. Şuranın sədri M.Ə.Rəsulzadə, müavinləri isə H.Ağayev və M.Seyidov seçildilər.
Mayın 28-də Tiflis şəhərində Qafqaz canişininin binasında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edirdi. Şura 24 nəfər lehinə və 2 nəfər isə bitərəf qalmaqla Azərbaycanı müstəqil dövlət olaraq bəyan etdi. Osmanlı Türkiyəsi ilk dövlət idi ki, artıq iyunun 4-də Azərbaycanın müstəqilliyini tanıdı [Гусейнова Ирада. История народов Кавказа. Баку, 2017, 1232 с. /s.714]. Ölkəmizin müqstəqilliyinin bəyan olunduğu 28 may tarixli iclasda Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİ qəbul olundu.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Milli Şurası adı çəkilən ilk iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti Hökumət bu tərkibdə idi:
Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov – hərbi nazir
Məmməd Həsən Hacınski – xarici işlər naziri
Nəsib bəy Usubbəyov – maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov – ədliyyə naziri
Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov – yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski – Dövlət nəzarətçisi.
Beləliklə, Birinci Dünya müharibəsinin başa çatması ərəfəsində və Romanovlar mütləqiyyətinin devrilməsi ilə əlaqədar olaraq formalaşmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika şəklində dirçəldi. 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlanıldı. Azərbaycanın bir hissəsində – Şimali Azərbaycanda respublika quruluşu yaradıldı. Cümhuriyyət rəhbərləri tərəfindən dərhal müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinə qədəm qoyuldu.
Əsrin sonlarında olduğu kimi, əsrin əvvəlində də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə idi və Osmanlı İmperiyası özünün üzləşdiyi ciddi problemlərə baxmayaraq, lazım olduğu halda Azərbaycana hərbi yardım etməyi öz üzərinə götürmüşdü. Artıq iyunun əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xahişi ilə Nuru paşanın başçılıq etdiyi İslam ordusu Gəncəyə daxil oldu. Türk ordusunun Cənubi Qafqazda irəliləməsindən narazı qalan Gürcüstan hökuməti Azərbaycan Milli Şurasından Gürcüstanı tərk etməyi tələb etdi. Lakin Bakı bolşeviklərin hakimiyyəti altında olduğundan yeni Azərbaycan hökuməti Gəncəyə köçmək məcburiyyətində qaldı. Burada yarım il ərzində Müəssislər Məclisi təsis etmək qərara alındı. Hökumətin ən prioritet vəzifəsi Bakını erməni bolşevik zorakılığından qurtarmaq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etmək idi.
Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpusun yaradılması barədə qərar qəbul edildi. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Həmişə hərb sənətində böyük uğurlara imza atan general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu, milli orduya səfərbərlik keçirildi. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Dövlət quruculuğu daha da genişləndirildi.
1918-ci ilin mart ayından etibarən ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışdılar. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqlarla həyata keçirilmişdi. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ölkə rəhbərliyi 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiyanın vəzifəsi Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməkdən ibarət idi. Hökumətin bu qərarı ilə, əslində, müstəqil Azərbaycanın milli təhlükəsizlik sisteminin yaradılmasının əsası qoyuldu. Fövqəladə Təhqiqat Komissiyasının yaradılması ilə əlaqədar hökumətə məruzə edən xarici işlər naziri M. Hacınski bildirirdi: “Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında özbaşına erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda, həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir. Ümumdövlət maraqları, əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakılarla məşğul olsun: 1. bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi.Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalıdır, habelə bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman və təbii ki, türk dillərində) elan edilməli və geniş yayılmalıdır. Bu komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır, çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox işləri – şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır.
Əgər Hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, həmin Komissiyanın yaradılması nazirlərdən birinə həvalə edilsin və Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın” (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 95, vərəq 1).
Qeyd etmək lazımdır ki, komissiya qısa bir vaxtda çoxlu mətn və 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimayyətinə çatdırmaq üçün konkret işlər gördü. Fövqəladə Təhqiqat Komissiyasının 35 cildlik sənədlərinin əksər hissəsi Bakıda törədilən qırğınlarla, yeddi cildi isə Şamaxıdakı soyqırımla bağlı idi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, Qubadakı soyqırımı, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərmişdir. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətı tərəfindən ümummilli matəm günü kimı qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyası qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində bolşeviklərin hakimiyyəti qəsb etməsi nəticəsində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş və nəticədə, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir.
1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən – “Sentrokaspi diktaturası”ndan tamamilə təmizləndi.
1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.
Qafqazda ilk erməni dövləti 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında, İrəvan xanlığı ərazisində yaradılan Ararat Respublikası olmuşdur. Tarixi Azərbaycan ərazilərində Ermənistan dövləti yaradan və hədiyyə verilmiş İrəvan şəhərini öz dövlətlərinə paytaxt edən ermənilər sovet imperiyasının süqutu ərəfəsində və bundan dərhal sonra yeni-yeni ərazilərimizi işğal etməyə başladılar. 26 may 1918-ci ildə Zaqafqaziya Seyminin erməni sektoru rəsmi olaraq Azərbaycan nümayəndələrinə İrəvan şəhərinin yeni yaradılan Ermənistana verilməsi xahişi ilə müraciət etmişdilər. Erməni tərəfinin dövlət müstəqilliyi haqqında aktı elan etmək üçünhətta paytaxtları belə yox idi. Ermənilərin terrorçu qüvvələrinin və quldur birləşmələrinin silahı yerə qoyacaqları, yerli əhaliyə qarşı törədilən qırğınları dayandıracaqları və iki xalqın yaxınlaşmasına dəstək verəcəkləri barədə bildirdikləri vədləri Azərbaycan hökuməti qəbul etdi. Bundan 2 gün sonra – Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün İrəvan şəhəri Ermənistana verildi (Гурбанов А. Сказки армянских мудрецов. Баку: Элм вя тaхсил, 2005, 468 с. , s. 441-442). Beləliklə, erməni tarixçiləri tarixi saxtalaşdırmağa cəhd etsələr də, bu faktdır – indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıb. İrəvan şəhərini Azərbaycan Xalq Cünhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edib. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Ermənilər bu bölgəyə qonaq gəlmişlər [Hüseynova İradə. Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatr mövsümü” adlı fundamental elmi-tədqiqat əsəri ermənilərin əsassız iddialarına tutarlı cavabdır. İki sahil, № 228, 8 dekabr 2010-cu il].
Azərbaycan Xalq Cümhuriyyəti bütün istiqamətlərdə məhsuldar fəaliyyət göstərir, ictimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işlərini getdikcə daha da genişləndirirdi. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qırmızı rəngli dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. 1804-1918-ci illərdə adı Yelizavetpola çevrilmiş Gəncənin qədim adı özünə qaytarıldı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük əhəmiyyət verərək demişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində — XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin Qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycanın ilk parlamentinin birinci iclasının açılışı oldu. Parlamentin ilk iclasında M.Ə.Rəsulzadə giriş nitqində dedi: “Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cumhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm”. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Qanunverici orqanın son iclası 1920-ci il aprelin 27-də keçirilmişdi. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti öz fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğunun formalaşdırılması istiqamətindəki mühüm addımları ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Azərbaycanda demokratik qanunvericilik təcrübəsi 1918-ci ildən yaranmışdır. 1918-ci il mayın 28-də yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətinin konstitusiyası olmamışdır, lakin onun fəaliyyətində konstitusiya xarakteri daşıyan hüquqi aktlar, qərarlar qəbul edilmiş və Cümhuriyyət bu sənədlərin əsasında fəaliyyət göstərmişdir. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirdilər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdı ki, onlardan da 230-a yaxını təsdiq edilmişdi (Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (1918-1920-ci illər)/http://www.meclis.gov.az/?/az/content/68).
Qeyd etdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti bütün iclaslarında İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.Ölkənin qanunvericilik orqanı ana dilimizi Azərbaycanın dövlət dili elan etmiş, dövlət rəmzlərini — respublikanın himnini, bayrağını təsdiq etmiş, dövlət gerbinin yaradılması işinə başlamışdı. Dövlət quruculuğu ilə bağlı Parlament «Azərbaycan vətəndaşlığı haqqında», «Milli Bankın yaradılması haqqında», «Müəssislər Məclisinə seçkilər haqqında». «Bakı Dövlət Universiteti haqqında», İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin təsis edilməsi, ölkədə 7 müəllim seminariyasının, 1 qadın seminariyasının, qəza mərkəzlərində orta məktəblərin açılması, uşaq bağçaları sisteminin yaradılması, yüz nəfər azərbaycanlı gəncin təhsil almaq üçün dövlət hesabına xaricə göndərilməsi barədə və s. qanunlar və qərarlar qəbul etmişdi. Parlamentdə qəbul olunan qanun və qərarlar Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinin başlıca istiqamətlərini müəyyən etmişdir.“Azərbaycan Parlamenti ölkədə müvəqqəti ali qanunvericilik orqanı hesab edlidiyindən bir sıra köklü məsələlər Müəssisələr Məclisində həll edilməli idi. Azərbaycan Demokratik Respublikasının konstitusiyası da burada təsdiq edilməli idi. Müəssisələr Məclisinə seçkilərin əsaslarını hazırlamaq üçün parlamentdə böyük bir komissiya yaradılmışdı. Bu komissiyaya bütün fraksiyaların nümayəndələri cəlb edildiyindən o, ən çoxsaylı komissiya idi. Uzun müzakirələrdən sonra 1919-cu il iyulun 2-də “Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə görə Müəssislər Məclisinə seçkilərdə cinsindən, dilindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün respublika vətəndaşları iştirak edə bilərdilər.
Seçkilər aprelin 20-nə təyin edildi. Lakin ölkənin xarici siyasi vəziyyətinin kəskin surətdə dəyişməsi Azərbaycan Müəssislər Məclisinə seçkilərin keçirilməsinə mane oldu. Parlament aprelin 27-dəki sonuncu iclasında fakt qarşısında qalaraq Azərbaycan K(b)P, Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından verilmiş ultimatuma cavab olaraq, hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar qəbul etdi” (Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920). B.: Gənclik – Gənclik mərkəzi, 1990, 96 səh.,/ s.19).
Respublikanın birinci ildönümü münasibəti ilə M.Ə.Rəsulzadə yazırdı: “Türk mənşəli bütün başqa dövlətlər meydana gələrkən xüsusən dini əsasa söykənmişdirsə, Azərbaycan Respublikası türk milli-demokratik dövlətçiliyi zəminində milli-mədəni təyini müqəddəratın müasir özülünə əsaslanmışdır. Bu nöqteyi-nəzərdən respublikamız birinci türk dövlətidir”. (“Azərbaycan” qəzeti, 28 may, 1919-cu il, № 110). Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin, xalq maarifinin və səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. 1920-ci il martın 3-də Ağ şəhər elektrik stansiyasında 10.000 kVt-luq turbogenerator işə salındı. Azərbaycan qadınlarına 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə kişilərlə bərabər seçmək və seçilmək hüququ verilmiş, 1918-20-ci illərdə Azərbaycanda qadınlara ana dilində təhsil almağa imkan verən orta ümumtəhsil, orta ixtisas, ali təhsil müəssisələri şəbəkəsi yaradılmış, Azərbaycan qadını dövlət idarəçiliyinə aktiv cəlb edilmişdi. Müqayisə üçün demək lazımdır ki, XX əsrdə qadınlara ilk dəfə seçkilərdə iştirak etmək hüququnun verilməsi tarixinin təhlili göstərir ki, Azərbaycan dövləti bu sahədə dünyada öncüllərdən biridir. Belə ki, XX əsrdə qadınlara seçmək və seçilmək hüququ verən 73 dövlət arasında Azərbaycan 8-ci yerdə durur. İftixar etməli haldır ki, bu baxımdan Azərbaycanda dünyanın inkişaf etmiş ABŞ, Almaniya, Fransa kimi dövlətlərindən, eləcə də Şərq ölkələrinin hamısından əvvəl qadınlara seçmək-seçilmək hüququ verilib [Hüseynova İradə. Tarix.Zaman.Düşüncələr. I cild. Bakı: Elm və təhsil, 2016, 512 s., s. 324]. Məsələn, qadınlar ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə yalnız 1971-ci ildə səsvermə hüququ qazanmışlar. Azərbaycan isə Şərqdə qadınlara seçmək və seçilmək hüququnun verildiyi ilk ölkədir.
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri məktəblərin milliləşdirilməsi oldu.
Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali, ibtidai və orta tədris müəssisələrində dərslər dövlət dilində aparılmalı idi (Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifçilik / https://www.azadliq.info/12354.html).
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti gənc millətin müqəddəratı üçün ali məktəbin əhəmiyyətini yaxşı başa düşürdü. Maarif Azərbaycan cəmiyyətinin sosial həyatına ayrılmaz ünsür kimi daxil olmuşdu. Ali məktəb yaradılması onun iqtisadi və mədəni inkişafı mənafeyinə uyğun idi. Bu baxımdan, parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Parlament tərəfindən təsdiq edilən qanun Bakıda dörd fakültədən: şərq şöbəli tarix-filologiya fakültəsindən, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin təsis edilməsini nəzərdə tuturdu. İlk milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq, vətən qarşısında çox mühüm tarixi xidmətlərindən biri idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və parlamenti vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan parlamenti hökumətin təklifinə əsasən, 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə, 1919-1920-ci tədris ilində xaricə təhsil almağa göndəriləcək tələbələrə vəsait ödənilməsi üçün dövlət büdcəsindən Xalq Maarifi Komissarlığına 7 milyon manat ayrılmışdı. Avropanın ali məktəblərinə göndəriləcək hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya universitetlərinə yola salınacaq azərbaycanlılara isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılması nəzərdə tutulmuşdu. Xalq Maarifi Nazirliyi tərəfindən xarici ölkələrə göndəriləcək tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 azərbaycanlıya Fransanın, 4 nəfərə İtaliyanın, 1 tələbəyə İngiltərənin, 6 nəfərə isə Türkiyənin müxtəlif universitet və institutlarında oxuyacaqları ilə bağlı rəsmi sənəd verilmişdi. Yerdə qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi ki, həmin dövrdə orada gedən vətəndaş müharibəsi səbəbindən Azərbaycanın şimal qonşusuna tələbə göndərmək mümkün olmadı.
Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də təntənəli şəkildə yola salındılar. Təxminən 1 ay sonra – fevralın 11-də Parisə çatan gənclər orada Paris Sülh Konfransında (1919-1920-ci illər) iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən yüksək səviyyədə qarşılandılar. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında böyük bir nitq söylədi. Sonra isə azərbaycanlı gənclər təhsil almaq üçün Avropanın müvafiq ölkələrinə yola salındılar.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti bu hadisədən cəmi bir neçə ay sonra bolşeviklər tərəfindən devrildi. Nəticədə, milli hökumətin diqqətlə seçərək, böyük ümidlərlə xarici ölkələrə göndərdiyi tələbələr çox çətin vəziyyətə düşdülər. Onlara pul göndərilmədiyindən soydaşlarımız Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova müraciət etmək məcburiyyətində qaldılar. Tələbələrə maddi yardım göstərilməsi məsələsi müzakirələrdən sonra müsbət həll olundu. Lakin 1922-ci ilin sonlarında Nəriman Nərimanovun Moskvaya işləməyə göndərilməsindən sonra xaricdə oxuyan tələbələrə münasibət yenə də dəyişdi. Belə ki, maddi sıxıntılar ucbatından bəzi tələbələr ən ağır sahələrdə işləməyə məcbur oldular. Bəziləri həbsxanalara düşdülər. Çıxış yolu tapmayıb intihar edənlər də oldu. Amma böyük əziyyətlər bahasına təhsilini başa çatdırıb, yüksək ixtisaslı mütəxəssis kimi sovet Azərbaycanına qayıdanların çoxu isə sonralar repressiya illərində “qırmızı terror”un qurbanı oldular.
Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət olaraq, insan hüquq və azadlıqlarının qorunmasına da böyük diqqət yetirirdi. Vicdan azadlığı məsələsi həmçinin Cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil edirdi. Bakıda Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılması qərara alınmışdı. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi və Azərbaycan Xalq Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa Rəfibəyovun sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi.
Azərbaycan Xalq Cümhuriyyəti çox çətin ictimai-siyasi vəziyyətdə ilk addımlarını atmaqla yanaşı, ona yardımla bağlı edilən müraciəti də cavabsız qoymamışdı. Belə ki, Cənubi-Qərbi Qafqaz Hökuməti 25 yanvar 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edərək ondan hərbi və maddi yardım istəmişdi. Cənubi-Qərbi Qafqaz hökumətini rəsmən tanıyan Azərbaycan hökuməti özünün ağır durumda olmasına baxmayaraq, hərbi təlim keçmək üçün Gürcüstan yolu ilə zabitlər və silah almaq üçün xeyli qızıl pul göndərmişdi. Baş nazir Fətəli xan Xoyski Cənubi-Qərbi Qafqaz Hökumətinə qarşı düşmənçiliyi Azərbaycan hökumətinə qarşı düşmənçilik hesab etdiyini bildirmişdi. Azərbaycan hökuməti 1919-cu ilin fevralında Cənubi Qafqaz respublikalarının iştirakı ilə Tiflisdə keçirilən sülh konfransına Cənubi-Qərbi Qafqaz hökumətinin nümayəndələrinin də qatılmasını təklif etmişdi. Lakin Ermənistan və Gürcüstan nümayəndələri etiraz etdikləri üçün Cənubi-Qərbi Qafqaz Hökuməti nümayəndələrinin həmin konfransda iştirakı baş tutmamışdı (Gökdemir Ahmet Ender. Cenüb-i Garbi Kafkas Hükümeti, s. 87). 1919-cu il martın 25-də Cənubi-Qərbi Qafqaz Hökuməti müstəqilliyini elan etdi və özünü Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti adlandırdı.Lakin aprelin 12-də Qarsda ingilis komandanlığı Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin parlament və hökumət üzvlərini həbs etdirir və bununla bu Cümhuriyyət süquta uğrayır. Azərbaycan Xalq Xümhuriyyəti hökuməti ingilislərin Cənubi-Qərbi Qafqaz Cümhuriyyətini süquta yetirməsini kəskin şəkildə pisləmişdi.
1918-ci ilin noyabrında Naxçıvanda Araz-Türk Respublikası müvəqqəti müstəqilliyini elan etdi. Bu respublika bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə respublikanın bütün əhalisinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi. Araz-Türk Respublikasının əhalisi 1 milyоn nəfər, ərazisi 8,7 min kv.km olmaqla (Naxçıvan Muxtar Respublikası. Bakı: Elm, 2001, 220 s., s. 33) tərkibinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Sərdarabad,Uluxanlı, Vedibasar, Kəmərli, Mehri və s. bölgələr daxil idi. Respublikanın paytaxtı Naxçıvan şəhəri, hökumətin sədri isə Əmir bəy Nərimanbəyov olmuşdur (Azərbaycan Respublikasının Dövlət Arxivi, f. 894, siy. 10, iş 178, v. 7). Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə və yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. Araz-Türk Respublikasının yaradılması ilə türklərin Naxçıvan diyarı ilə əlaqələri tamam kəsilmirdi. Türk ordusunun polkovniki Xəlil bəy Araz-Türk Respublikasında səlahiyyətli nümayəndəliyin başçısı təyin olunmuşdu. Bundan başqa, türklərin Naxçıvanda 5 zabit və 300 əsgəri qalırdı. Araz-Türk Respublikası qısa müddət fəaliyyət göstərməsinə (1918 noyabr – 1919 mart) baxmayaraq “bölgənin azərbaycanlı əhalisinin qüvvələrinin düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsini, bölgənin ermənilərə keçməsinə imkan verməməklə onun toxunulmazlığını və bununla da AXC-in ərazi bütövlüyünü təmin etdi” (Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətində Naxçıvan/ http://ameanb.nakhchivan.az/wp-content/uploads/2017/11/AXC_meqale.pdf).
Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu ölkələr Azərbaycana qarşı bir sıra ərazi iddiaları irəli sürürdü. Bu zaman Azərbaycanın ərazisi 113.9 min kv. km idi. Onun 97.3 min kv.km-i mübahisəsiz, 16.6 min kv km-i mübahisəli zonaları əhatə edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilk günlərdən başlayaraq, bütün ölkələrlə dostluq və əməkdaşlığı özünün xarici siyasətinin başlıca məqsədi elan etmişdi. Hökumət hələ qalib ölkələr tərəfındən rəsmən tanınana qədər müstəqil dövlət kimi öz suveren hüquqlarını həyata keçirməyə başlamışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul, Tehran, Tiflis, İrəvan, Kuban və Donda diplomatik nümayəndəlikləri, Batum və Ukraynada baş konsulluqları, Krım və Petrovsk-Portda konsul agentləri, Bakıda isə Gürcüstan və Ermənistan Cümhuriyyətlərinin diplomatik nümayəndəlikləri, İranın baş konsulu, Belçika, Hollandiya, Yunanıstan, İsveç və İsveçrənin konsulları, İngiltərə, ABŞ və Ukraynanın vitse-konsulları, Litva, Polşa və Finlandiyanın konsul agentləri fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və onun Xarici İşlər Nazirliyi bütün mövcudluğu dövründə Birinci dünya müharibəsinin qalib ölkələri olan İngiltərə, ABŞ və Fransadan öz suverenliyinin tanınmasını təkidlə tələb edirdi. 1919-cu ilin yanvarında Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyəti bu yöndə yorulmadan çalışırdı. Nümayəndə heyətinin nə qədər gərgin fəaliyyət göstərdiyini Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sədrinə ünvanladığı məktublar aydın sübut edir. Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətinin varlığını yalnız Denikin orduları Sovet Rusiyası tərəfindən məğlub edildikdən, keçmiş Rusiyanı bərpa etmək ümidləri boşa çıxdıqdan sonra de-fakto tanıdılar (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2 cilddə. Bakı: Lider, 2004-2005).
Həmin dövrün mürəkkəb bеynəlхаlq siyаsi şərаiti, müstəqil dövlətimizə qarşı хаrici təzyiqlərin аrtmаsı nəticəsində Аzərbаycаn Хаlq Cümhuriyyəti süqut еtsə də, хаlqın təfəkküründə аzаdlıq, dеmоkrаtiyа və müstəqil dövlətçilik idеyаlаrı dərin kök sаldı.AXC-nin süqutunu tezləşdirən mühüm səbəblərdən biri də o zaman ölkədə daxili sabitliyin, xüsusən də, milli birliyin olmaması, siyasi partiya və fraksiyaların bir-birinə qarşı barışmaz mübarizəsi, dövlətçiliyin möhkəmləndirilməsi üçün zəruri olan tədbirlərin addım-addım həyata keçirilməsi əvəzinə, hər 5-6 aydan bir yeni hökumət təşkil edilməsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə xаlqın birlik, bütövlük və müstəqillik аrzulаrınа müvəqqəti sоn qоyuldu. Yüz minlərlə sоydаşımız rеprеssiyа və təqiblərə məruz qаldı, bir qismi isə siyаsi müһаcirət еdib bütün dünyаyа səpələndi. Müһаribələrdə və rеprеssiyа illərində minlərlə övlаdını itirən Vətənimizin еlmi-mədəni inkişаfınа, ictimаi-siyаsi irəliləyişlərinə vurulаn zərbələr хаlqımızın güclü, dövlətimizin qüdrətli оlmаsınа ciddi mаnеçiliklər törətmişdir. Lakin XX yüzilliyin sonunda Azərbaycan ikinci dəfə müstəqillik qazandı. 1991-ci il 18 oktyabr tarixli Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı bəyan etdi ki, Azәrbaycan Respublikası 1918-ci il mayın 28-dәn 1920-ci il aprelin 28-dәk mövcud olmuş Azәrbaycan Respublikasının varisidir. Aktda göstərilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları – parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu. Aktın 1-ci maddəsində göstərilir ki, “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin” [Azәrbaycan Respublikasının Dövlәt Müstәqilliyi Haqqında Konstitusiya Aktı. https://az.wikipedia.org/wiki/Azərbaycan_Respublikasının_Dövlət_
Hesab edirik ki, Heydər Əliyev tərəfindən vaxtilə xalq düşməni adı ilə unudulmuş şəxslərin adlarının tarixə qaytarılması, bərpa edilməsi elmdə böyük tarixi xidmətdir. Azərbaycan Xalq Cümhuriyyəti uzun illər tarixin unudulmuş səhifəsi idi. Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra Xalq Cümhuriyyəti tarixinin həqiqətlərinin üzə çıxarılmasında, onun Azərbaycan tarixində yerinin və əhəmiyyətinin göstərilməsində Heydər Əliyevin nəinki siyasi xadim kimi, eyni zamanda böyük tarixçi kimi yüksək xidməti vardır. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi haqqında Prezidentin 1998-ci il 30 yanvar tarixli sərəncamı böyük tarixi hadisə oldu. Sərəncamdа dеyilir: “Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir. 1918-ci ildə Аzərbаycаndа yаrаnmış rеspublikа quruluşu yаşаmış, müstəqillik һissləri хаlqımızı һеç vахt tərk еtməmişdir”. Prezident sərəncamının yerinə yetirilməsinin nəticəsi olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədlər və materiallar külliyyatı 7 cilddə hazırlanıb 1998-ci ildə nəşr edildi. Cümhuriyyət tarixinə dair elmi-tədqiqat işləri aparılmağa başlandı. Ulu öndər Heydər Əliyevin göstərişi ilə AMEA-nın Tarix İnstitutu tərəfindən 7 cildlik “Azərbaycan tarixi”nin akademik nəşri işıq üzü gördü (Hüseynova İradə. Heydər Əliyev – Müstəqil Azərbaycanda milli-mənəvi dirçəliş. «Dirçəliş-XXI əsr» jurnalı, № 74-75, 2004, səh. 177-199).
Ümummilli liderimizin müdrik siyasətini uğurla davam etdirən cənab İlham Əliyev xalqımızın şanlı tarixinə də lazım olduğu dəyəri verməkdədir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamında göstərilir ki, “Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı” (“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan” qəzeti, Bakı, 2017, 17 may).
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı cənab İlham Əliyev yekun nitqində bildirmişdir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, habelə öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq” [Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. “Xalq qəzeti”, 2018, 11 yanvar]. Dövlətimizin başçısı cənab İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. Bu bəyanat da sübut edir ki, ölkəmizdə dövlət səviyyəsində dövlətçilik ənənələrinə, dövlətçilik tarixinə böyük önəm verilir, 1918-1920-ci illərin cümhuriyyəti tariximizin şanlı səhifələrindən biri hesab edilir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan olunması onun milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Əsrin əvvəllərində, 1918-1920-ci illərdə qurulmuş və cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, əsrin sonlarında, 1991-ci ildə müstəqil dövlət kimi tarix səhnəsinə qədəm qoyan Azərbaycan Respublikası artıq öz tarixinin üçüncü onilliyinə qədəm qoyub. Ölkəmizdə milli dövlətçilik günbəgün inkişaf edir və möhkəmlənir. Biz belə bir dövlətin vətəndaşları olduğumuzdan qürur duyuruq.
Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.
Страница «Azərbaycan Xalq Cümhuriyyəti» есть на Facebook. Войдите, чтобы связаться с Azərbaycan Xalq Cümhuriyyəti.
Страница «Azərbaycan Xalq Cümhuriyyəti» есть на Facebook. Войдите, чтобы связаться с Azərbaycan Xalq Cümhuriyyəti.
Azərbaycan Xalq Cümhuriyyəti
@AXC1918
О пользователе Azərbaycan Xalq Cümhuriyyəti
ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km² (ərazisi – Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i, Aleksandropol qəzasının ¼-i daxil idi ; əhalisi 321 min nəfər olmuşdur ki, bunun da 230 mini erməni , 80 min müsəlman , 5 min yezidi kürd və 6 min digər millətlər) təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.
30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi
Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.
4 iyun 1918 – Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb
17 iyun 1918 – Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu Nuru paşanın tələbi idi. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub
24 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrında qəbul edildi.
26 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (“Qafqaz İslam Ordusu”) Nuru paşanın komandanlığı altında “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəyMehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər.
27 iyun 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə “Bakı Soveti”nin qoşunlarını məğlub edib. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçməyə başlayıblar
27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub
2 iyul 1918 – Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub.
10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub ediblər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçiriblər
15 iyul 1918 – Xalq Cümhuriyyəti hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart “Soyqırımı günü” elan edilmişdi. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədildi
20 iyul 1918 – Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik “Bakı Kommunası” qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdı
6 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb.Milli Şuranın sədri M.Rəsulzadə, “Müsavat” fraksiyasının üzvü X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyətinin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Xalq Cümhuriyyətinə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi
1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan hökuməti Bakıya köçmüşdür.
28 may 1919 – Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib
16 iyun 1919 – Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi.
Похожие статьи
-
Azərbaycan xalq cwmhuriyyəti ensiklopediyası i cild
Samir Asadli`s Blog 10 iyul 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik…
-
Azərbaycan xalq cümhuriyyəti dövründə iqtisadiyyat
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə…
-
Azərbaycan xalq cümhuriyyəti dövründə hökümətin daxili siyasəti
Azərbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ DÖVLƏt-din münasiBƏTLƏRİ Ceyhun MƏMMƏdov M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və…
-
Azərbaycan xalq cümhuriyyəti 1 cild
Azərbaycan Demokratik Respublikası Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı…
-
Azərbaycan xalq cümhuriyyətinin xarici siyasəti
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ silahlı dəstələrinin fəaliyyəti bərpa edildi. 1918-ci ilin ikinci yarısinda müharibə Azərbaycan xalq…
Comments are closed, but trackbacks and pingbacks are open.