Press "Enter" to skip to content

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis ediləcək medalla kimlərin təltif olunacağı açıqlanıb

Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri

Azərbaycan Xalq Cümhuriyyəti-100.

İstiqlaliyyət sevdalı vətən fədailərimizin azad görmək istədiyi məmləkətimiz müstəqil dövlət siyasətimizin parlaq təzahürü ilə cümhuriyyət ilinə şərəflə qədəm qoydu. Ölkə başçımız cənab prezident İlham Əliyevin Cümhuriyyətin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq mövcud ili Cümhuriyyət ili kimi elan etməsi faktı müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olaraq müasir dövlətçilik dəyərlərimizin təməlinə dövlət səviyyəsində olan ehtiramın təzahürüdür. Şübhəsiz ki, bu ehtiramın başlıca meyarı üçrəngli azadlıq bayrağının vüqarlı dalğanışı altında bir araya gələn Azərbaycan xalqının hərməyliyi, müstəqil dövlətə sahib olması, müstəqil dövlət siyasəti ilə dövlət müstəqiliyinin müdafiəsi və möhkəmləndirilməsidir.

Şərqdə ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında ərsəyə gəlməsi fədakar xalqımızın o dövrdə və o illər ərəfəsində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Milli mənliyinə mühafizəkarcasına yanaşmış xalqımızın qabaqcıl milli aydınları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların vəhdəti haqlı olaraq 100 il bundan öncə müasir dövlətçilik dəyərlərimizin təməlini formalaşdırmağı bacarmış Azərbaycan Xalq Cümhiriyyətinin yaranmasına töhvə vermişdir.
Xalqımızın milli dövlətçiliyə nail olmaq məqsədinin gerçək ifadəsi olan və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti qəlblərdə elə bir azadlıq məşəli alovlandırdı ki, 70 il ərzində məmləkətimizi əsarət altına almış totalitar komunist rejimin repressiv cəza siyasəti belə bu məşəlin sönməsinə nail ola bilmədi. Rəsulzadə ideyaları sovet hərb ideyalogiyası altında parçalanmağa, öz tarixindən ayrı salınmağa məhkum edilmiş fədakar xalqımızın düşüncələrində hər zaman yaşayaraq “Bir kərə yüksələn bayraq, bir daha enməz” tezisini milli-azadlıq hərəkatının coşqusu ilə yenidən dillərə gətirdi. Keçən əsrin sonlarına doğru diktatura basqılarına tab gətirməkdən son dərəcə bezmiş xalqımızın istiqlaliyyət duyğuları məhz Rəsulzadə ideyalarından ilhamlanaraq milli oyanışla müstəqil dövlətə sahib olmaq, bir millət kimi azad olmaq hərəkatında yenidən, lakin əbədi olaraq parlaq məqama yetişdi. Əsarət altında milli dirçəlişə sahiblənməyi bacaran xalqımız cümhuriyyət ideallarının müqəddəs ruhundan təsirlənərək dünyada ilin xalqı olmağı bacararaq müstəqil Azərbaycanın yenidən təşəkkülü, gələcək nəsillərin müstəqil ölkədə dünyaya gəlməsi, böyüməsi və milli düşüncəli şəxsiyyətə çevrilməsi, yeni dünya nizamında cəfakeş millət fədailərinin təməlini qoyduğu dövlətimizin layiq yer tutması naminə qanını, canını fəda etməkdən çəkinmədi. Bir millət olaraq yenidən müstəqilliyə gedən yolun təntənəsi 1990-ci ilin 20 yanvarında yaşandı. İmperiyanın qəsbkarlığına, insan haqlarına qanlı qəsdinə, zülmkarlığına baxmayaraq xalqımız qan və can bahasına olsa da belə ikinci dəfə istiqlaliyyətimizin bəyan edilməsi fürsətinə biganə yanaşmadı. Bu qürurun minvalı ilə özünü AXC-in varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşdu. Bəzən deyirlər ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Amma müstəqilliyimizi əldə etmək bu yolda tarix formalaşdırmış ümumxalq həyatınmızın səhifələrinə görə danılmaz reallıqdır ki, qorumaq qədər asan olmayıb.

Münbit tarix şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz Azərbaycan tarixinin yeni dünya nizamında keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcını qoymaqla, yeni cəmiyyət quruculuğu ilə bağlı yekcins olmayan siyasi, iqtisadi, sosial və mədəni-mənəvi həyat məsələrinin həllinə, xalqımızı bir bayraq altında birləşdirməyə qadir tarixə təşəbbüs ortaya qoydu. Ümumbəşəri dəyərlərə sadiq qalaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ifadə olunmuş vəzifələrin həyat keçməsi üçün zəruri şərait yarandı.Təbii olaraq müstəqilliyimizi qorumaq niyyəti bizi ağır sınaqlar qarşında səfərbər olmağa belə məhkum etdi. Lakin tarixin siyasi səhnəsinə xalqımızın təkidli arzusu ilə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin xarici təsirlər, erməni qəsbkarlarının ölkəmizə təcavüzü, daxildə tüğyan edən siyasi iqtidarlıq uğurunda mübarizə və separatçılıq meyilləri nəticəsində əldən verilməsinə imkan vermədi. Uzaqgörən siyasət nəticəsində müstəqil dövlətimizin siyasi varisi olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik dəyərləri mühafizə edildi, ağır sınaqlardan qalibiyyətlə çıxıldı. Müstəqllik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Sovet dövründə ciddi ənənəyə çevrilmiş qadağalar aradan qalxdı. Dövlət rəmzləri bərpa edildi. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına məxsusi qiymət verən Ümummili lider Heydər Əliyev qeyd edir: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycan dövlət müstəqilliyi günü- Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”. Həmçinin müasir müstəqilliyimizin bərpasının 10-cu ildönümündə Ulu Öndər deyir: “Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addım atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər”. Budur tarixə xarizmatik, ədalətli, milli hisslərlə yanaşma. Tariximizin ağır anlarında Kainatın Ulu Memarı xalqımıza öz xilaskarını bəxş etdi. Elə bir xilaskar ki, onun xarizması, zamanın siyasi axarını düzgün qiymətləndirməsi, düşmənlərimizi zərərsizləşdirilməsi nəticəsində müstəqil dövlətimizin siyasi varisi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dönəminə elə müstəqil şəraitdə, müstəqil dövlət siyasəti ilə daxil olmağı bacara bilirik. Ulu öndər Heydər Əliyev Cümhuriyyət fədailərinə yüksək tarixi qiymət verərək billur kimi saf əməlləri ilə öz milli mənsubiyyətinə bənzərsiz əməli keyfiyyətlərə sadiq olmağı bacardı. Yüksək düşüncə bacarığına malik olmaqla azərbaycançılıq ideyalogiyasının inkişaf və təsir dairəsinə təssübkeşliklə yanaşmağı bacararaq bu ideyalogiyanın xalqımızın vahid milli məqsəd ətrafında birləşməsinə nail oldu.

Bu gün AXC-in siyasi varisliyini müstəqil şəkildə uğurla davam etdirən Azərbaycan Respublikası azərbaycançılıq ideyalogiyasının təbliği və müdafiəsinə güclü dövlət, qətiyyətli lider, prinsipial müstəqil siyasətlə qayğı göstərir. Çünki azərbaycançılıq ideyalogiyası milli dəyərlərin, duyğuların, baxışların məcmusu- Azərbaycan xalqını vahid məqsəd ətrafında birləşdirən əvəzsiz dəyərdir. Dövlətimizin başçısı cənab prezident İlham Əliyevin 2018-ci ili azərbaycançılıq ideyalogiyasına bəslənilən qayğının təzahürü olaraq Cümhuriyyət ili elan etməsi bu ideyaya şərəflə sadiq qalan biz gənclər tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır.

Şüa Gənclər Hərəkatı olaraq Cümhuriyyət fədailərinin əbədiyaşar xatirələri qarşısında səmimi qəlbdən hörmət və məhəbbətimizi ifadə edir, xalqımızı dərin hörmətlə təbrik edirik.

Şüa Gənclər Hərəkatı Rəhbəri

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis ediləcək medalla kimlərin təltif olunacağı açıqlanıb

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis ediləcək medalla kimlərin təltif olunacağı açıqlanıb Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunur.

25 Aprel , 2018 11:22

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunur. “Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik olunacaq. Dəyişikliklə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı təsis ediləcək. Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar. Medal döşün sol tərəfinə, digər orden və medalları olduqda, ondan sonra taxılır. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli dalğavari kontorlu, diametri 40 mm olan, üzərində ikitərəfli hamar şualı səkkizguşəli ulduz yerləşdirilən lövhədən ibarətdir. Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycan xalq cümhuriyyəti 100 illiyi haqqında məlumat

Bu gün Respublika Günü qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov – hərbi nazir

Məmmədhəsən Hacınski – xarici işlər naziri

Nəsib bəy Yusifbəylı – maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov – ədliyyə naziri

Məmmədyusif Cəfərov – ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov – yollar naziri və poçt-teleqraf naziri

Camobəy Hacınski – dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) aiddir.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edilir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.
Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.

Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir.

Dövlət başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda “Cümhuriyyət ili” elan olunub.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.