Azərbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ DÖVLƏt-din münasiBƏTLƏRİ Ceyhun MƏMMƏdov
M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və siyasi hüquq kəsb edirdilər ki, bu hal bütün Şərqdə deyil, Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli xartiyası bu qərar ilə nə qədər ülvi, bəşəri və mədəni qayələrlə doymuş olduğunu isbat etməkdədir”.
Azərbaycan Xalq Cümhuriyyəti və dil məsələləri
Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlər kimi qiymətləndirmək olar.
Müsəlman Şərqində ilk parlament respublikası-Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Fəaliyyət göstərdiyi müddət ərzində 145 iclasın keçirildiyi AXC parlamentində istər həmin dövr üçün, istərsə də bu günümüz üçün əsas ola biləcək bir çox əhəmiyyətli qərarlar qəbul olunmuşdu. Bunlara nümunə olaraq: Azərbaycan (türk) dili, Bakı Universitetinin açılması, üç rəngli bayrağın qəbulu, ordu quruculuğu və s. göstərə bilərik.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.
İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir.
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri də Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya, parlamentin steneoqram hesabatları və s. nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir. Ancaq əfsuslar olsun ki, Cümhuriyyət dövrünü dərindən araşdırmayan, arxiv materiallarına bələd olmayan tədqiqatçılar AXC hökumətinin dillə bağlı yalnız bir qərar qəbul etdiyini yazmışlar. Halbuki Cümhuriyyət dövründə dil və təhsillə bağlı müxtəlif sahələri əhatə edən altı rəsmi sənəd-qərar qəbul edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən, o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxmışdır. Cümhuriyyət dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası və publisistikası olmuşdur.Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıran və dəyərləndirənlər də elə Cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləri olmuşlar. Ədəbi prosesi tənzim edənlər və yaradanlar – Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Cümhuriyyət hökumətinin sədri Fətəli xan Xoyski, həmçinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Salman Mümtaz, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq və başqaları idilər.
1918-20-ci illərdə Azərbaycanda ideoloji mübarizənin bütün ağırlığı dövri mətbuatın kəsərli silahı olan publisistikanın üzərinə düşürdü. Azərbaycan publisistikası ideya-mövzu cəhətdən çox rəngarəng və zəngin idi: çarizm əsarətindən yenicə qurtulmuş Şimali Azərbaycanın milli müstəqilliyinin qorunub saxlanması, milli ordunun yaranması, ölkədə demokratik parlament seçkiləri ve islahatlarının keçirilməsi, bolşevik və Denikin təhlükəsinin dəf edilməsi, Qarabağda erməni millətçilərinin törətdiyi müharibə yanğının söndürülməsi, ölkə daxilindəki təfriqəçilik, Bakı nefti uğrunda xarici imperialistlərin didişməsi və s. publisistikanın toxunduğu əsas məsələlər idi. Milli publisistikanın əsasında xalqın gələcəyi ilə bağlı böyük siyasi-ictimai konsepsiya dayanırdı. Bu konsepsiya XX əsrin əvvəllərində Azərbaycanda formalaşmış “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyalarında təcəssüm olunurdu.
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar Hökumətin Gəncəyə köçdükdən sonra qəbul etdiyi ilk qərarlardan biridir. Azərbaycan Xalq Cümhuriyyətinin 27 iyun 1918-də “Dövləti lisan türk dili qəbul edilərək iləridə bütün məhkəmə, idareyi- daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin”.
Qərarın adından da göründüyü kimi, hökumət o vaxtlar türk dili adlanan Azərbaycan dilini dövlət dili kimi qəbul edərək, ölkənin məhkəmə, daxili işlər idarələrində və digər sahələrdə çalışanların dövlət dilini bilmələrinə qədər olan müddətdə hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə vermişdir. Qərarın mətnindən göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin rus dilinin istifadəsinə icazə verməsi müvəqqəti tədbir olmuş və yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdu.
Azərbaycan dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan Parlamentinin dilində əksini tapmışdır. Dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə verilməsi Parlamentə aid deyildi. Ona görə də Parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin, Parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli Parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, Parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi.Qərara əsasən, Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi.
Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklorativ bir sənəd deyildi; qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı olaraq parlamentin iclaslarında müzakirə olunur, Azərbaycan (türk) dilini bilməyənlərin bu dili öyrənməsi üçün kurslar təşkil edilirdi ki, hökumət həmin məqsədlə 351 min manat vəsait ayırmışdı.
Azərbaycan (türk) dilinin dövlət dili elan olunduğu qərardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir “Azərbaycan” qəzetinə verdiyi müsahibədə dövlətin dil siyasətinin əsaslarının bu cür şərh etmişdi: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırki dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.
Azərbaycan Xalq Cümhuriyyəti öz dil siyasətini həyata keçirmək üçün təhsilin çox mühüm sahə olduğunu ön plana çəkdi, belə ki, bunun davamı kimi 28 avqust 1918-ci ildə hökumət ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verdi. Həmin qərarda göstərilirdi ki;
l. Bütün ibtidai təhsil müəssisələrində tədris ana dilində aparılır,
2. Dövlət dili icbari qaydada tədris olunur.
Cümhuriyyətin dil siyasəti yuxarıda qeyd olunan qərarlarla yekunlaşmırdı. Yeni tətbiq olunan dil artıq bütün dairələrdə rəsmi şəkildə istifadə olunmağa başlanmışdı. Aparılan bu islahatların məntiqi davamı kimi Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov 27 dekabr 1918-ci ildə isə ordunun dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verdi. Nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlərə onu öyrənmək üçün bir ay vaxt müəyyənləşdirdi. Və qərara alındı ki, həmin müddət ərzində heç olmasa hərbi əmrləri azərbaycanca (türkcə) verə bilməyən hərbi qulluqçular ordu sıralarından xaric ediləcəklər.
Yuxarıda qeyd olunan qərarlara nəzər saldıqda, qısa zaman ərzində dillə bağlı görülən işlər göz qabağında idi. Bu qərarların məntiqi davamı özünü bütün kəskinliyi və ölkədə mövcud dil situasiyasından irəli gələn problemləri ilə məhz Azərbaycanda ilk universitetin yaradılması məsələsi ortaya çıxanda göstərdi.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü zamanca kiçik olsa da, xalqımızın çoxəsrlik tarixində bütöv bir dövr təşkil edir. İki ilin xüsusi bir dövr kimi qeyd olunması, əsrlərdən ibarət olan dövrlər silsiləsində ona ayrıca yer verilməsi zahirən qeyri-adi görünsə də, təsadüfi deyil; xalqımızın ictimai, siyasi, mənəvi həyatındakı bu bənzərsiz dövrün oynadığı rolla, gördüyü və görmək istədiyi işlərin yüz illərin görə bilmədiyi işlərə bərabər olması ilə bağlıdır. O, nəinki xalqımızın, ümumən qoca şərqin tarixinə daxil olmuş ilk demokratik respublika, Azərbaycan Milli Şurasının elan etdiyi ilk parlamentli respublika olmuşdur. 23 aylıq müddət ərzində görülən işlər hökumətin hansı şəkildə və necə həssaslıqla çalışmasından birbaşa xəbər verir.
Xüsusilə qeyd etmək istərdik ki, dövlət dili haqqında olan bu qərar hökumətin “Milli bayraq haqqında”kı 9 noyabr 1918-ci il tarixli qərarından altı ay əvvəl verilmişdi. Bu fakt ilk Azərbaycan hökumətinin dövlət dili məsələsinə necə diqqət yetirdiyini aydın göstərir.
Yeri gəlmişkən qeyd edək ki, həmin qərar dilimizin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Başqa sözlə, həmin qərarın verildiyi gündən Azərbaycan və Azərbaycan dili tarixində Azərbaycan dili ilk dəfə dövlət dili elan olunmuşdur.Əlbəttə bu məqama etiraz edilə bilər ki, hələ XVI əsrdə Azərbaycan dilinin dövlət dilikimi işlədilməsi məlumdur. Bununla bağlı böyük dilçi alimimiz Ə.Dəmirçizadənin yazdığı kimi, “XVI əsrdə Şah İsmayıl Xətainin başçılıq etdiyi Səfəvilər dövləti zamanından başlayaraq Azərbaycan dilinin mövqeyi, nüfuz dairəsi daha da genişlənməyə başladı və Azərbaycan ədəbi dili dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənilən rəsmi dillər sırasında yer tutdu, o zaman islamiyyətin dini dili sayılan ərəb dili və bədii ifadə vasitəsi kimi modalaşmış fars dili ilə yanaşı işlənən bir dil hüququ qazanmış oldu”.
Lakin yenə də Ə.Dəmirçizadənin çox doğru olaraq göstərdiyi kimi, “bütün bunlara baxmayaraq, demək lazımdır ki, bu dövr Azərbaycan dilinin rəsmi dövlət dili hüququ tam olmamışdır. Çünki tam rəsmi dövlət dili hüququ yeganə rəsmi dövlət dili olmaq deməkdir. Madam ki, Səfəvilər dövləti sarayda, idarələrində, rəsmi yazışma işlərində ərəb və fars dilləri də eyni dərəcədə işlənilmişdir, deməli burada tam hüquqlu Azərbaycan dövlət dilindən danışmaq olmaz. Bundan başqa, belə bir əlaməti nəzərə almalıyıq ki, hər hansı bir dilin rəsmi dövlət dili hüququnda olması həmirı dilin əsas təlim-təhsil vasitəsi və tədris fənni olması deməkdir. Məlum olduğu üzrə, XVI əsrdə Azərbaycan dili hələ belə bir dil hüququna malik deyildi.
Azərbaycan dili (Azərbaycan türkcəsi) xüsusən XIX əsrdə dövlət dili statuslu bir dil olmaq səviyyəsinə daha çox yüksəlir. Milli təşəkkül mərhələsində Azərbaycan ədəbi dilinin, demək olar ki, bütün üslubları fəaliyyət göstərir. Azərbaycan dilinin rəsmi dövlət dili olması məhz ilk Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci ilin 27 iyununda verdiyi qərardan başlayır.Cümhuriyyət hökuməti və parlamenti dövlət dili ilə bağlı, əvvəldə göstərilən qərardan başqa bir neçə qərarlar (6 qərar) və ya fərmanlar qəbul etmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil və tədrislə bağlı altı qərar qəbul edilmişdi. Bu qərarlardan Azərbaycan dili haqqında xüsusi qərar və fərmanın əhəmiyyəti çox böyük idi. O zamanlar türk dili adlanan ana dilimizə məclis məbusları, başqa sözlə, parlament üzvləri vaxtaşırı münasibət bildirirdilər. Xüsusən, parlamentin 21 avqust 1919-cu ildə keçirilən iclasında gündəlikdəki məsələ, Darülfünun-Bakı Universitetinin açılması məsələsi ilə bağlı deputatların çıxışlarında dil məsələsinə xüsusi diqqət yetirilmişdir. Çıxış edənlərin, demək olar ki, hamısı universitetdə, ölkəmizin bu ilk ali məktəbində tədris işləri ilə bərabər, onun hansı dildə aparılması məsələsinə də xüsusi diqqət yetirmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı, həmçinin 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi son dərəcə təqdirəlayiq addımdır.
Əsası və təməli əsrin əvvəllində – 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük “azərbaycançılıq” ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Azərbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ DÖVLƏt-din münasiBƏTLƏRİ Ceyhun MƏMMƏdov
qarşı vuruşmayacağından və silahı rus müstəmləkəçilərinə qarşı çevirə biləcəyindən qorxurdu.
Rusiya hakimiyyət orqanları müharibə vaxtı zülmə məruz qalan azərbaycanlılara və digər
müsəlmanlara inanmadıqlarından, onların üzərinə ciddi nəzarət qoydu, hətta 1916-cı ilin
yayından Azərbaycanda fövqəladə vəziyyət elan edildi. Ümumilikdə müharibənin gedişində
Rusiya Azərbaycana xammal mənbəyi, mühüm iqtisadi baza və Türkiyəyə hücum üçün hərbi-
strateji məntəqə kimi baxırdı və burada hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün
bütün lazımı tədbirləri həyata keçirirdi [2, s. 66].
1917-ci ilin fevral inqilabından sonra yaranan Müvəqqəti Hökumət imperiyanı qoruyub
saxlamağa, müstəmləkəçilik siyasətini davam etdirməyə çalışırdı. 1917-ci il martın 17-də o,
çar hökumətinin bağladığı bütün beynəlxalq müqavilələrə və Rusiyanın götürdüyü öhdəliklərə
sadiq olduğunu bəyan etdi.
1917-ci il martın 9-da Cənubi Qafqazı idarə etmək üçün Dövlət Dumasının yerli
üzvlərindən ibarət Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) yaradıldı. Komitənin sədri rus
kadeti V.A.Xarlamov, üzvləri isə azərbaycanlı kadet, sonralar müsavatçı M.Y.Cəfərov, gürcü
federal-sosialisti K.Abaşidze, erməni kadeti M.Papacanov və rus kadeti RPereverzevdən ibarət
idi. İki gündən sonra Nazirlər Şurasının sədri Lvovun əmri ilə P.Pereverzev gürcü menşeviki
A.Çxenkeli ilə əvəz edildi.
1917-ci il oktyabrın 25 -də Peterburqda bolşeviklərin silahlı çevrilişi nəticəsində Müvəqqəti
hökumət devrildi. Oktyabrın 25-26-da Smolnıda keçirilən II Sovetlər qurultayında “Sülh” və
“Torpaq” haqqında dekretlər qəbul edildi və V.İ.Leninin başçılığı ilə Sovet hakimiyyətinin əsası
1917-ci il noyabrın 2-də Sovet hökuməti «Rusiya xalqlarının hüquqi bəyannaməsi»ni qəbul
etdi. Həmin sənəddə Sovet hakimiyyətinin milli siyasətinin əsas prinsipləri elan edildi. Burada
keçmiş Rusiya imperiyasının tərkibinə daxil olan bütün xalqların bərabərliyi, öz müqəddəratını
təyin etmək hüququ, bütün ictimai, milli və dini imtiyazların ləğv edilməsi, Rusiya ərazisində
yaşayan milli azlıqların və etnik qrupların azad inkişafının təmin edilməsi məsələləri öz əksini
1917-ci il noyabrın 20-də Sovet hökuməti V.İ.Leninin və İ. V.Stalinin imzası ilə “Rusiya və
Şərqin bütün müsəlmanlarına müraciət” ünvanladı. Orada müsəlmanların dini adət-ənənələrinin,
milli və mədəni təsisatlarının sərbəst və toxunulmaz olduğu, o cümlədən öz həyatlarını azad və
maneəsiz yaşamaq hüquqlarının olduğu bildirildi [2, s. 69-70].
Bununla Azərbaycan xalqının milli mənlik şüurunun gücləndiyi, müstəmləkəçilik
Dövlət və Din – № 04 (51) İyul – Avqust 2017
G E R Ç Ə K L İK
GERÇƏKLİK
əleyhinə çıxışları zəminində yaranan İslam birliyi, onun əxlaqi-etik prinsiplərinə əsaslanan
İttihadçılıq (ərəb dilində “birlik”, “həmrəylik” deməkdir) meydana gəldi. Bu ideya ilk olaraq
Şimali Azərbaycanda nəzəri ideologiya kimi ziyalı təbəqə arasında yayıldı. Sonradan həmin
ideyalara əsaslanan siyasi qurum – “Rusiyada Müsəlmanlıq” təşkilatı yarandı.
Qeyd etmək lazımdır ki, hələ 1905-ci il Rusiyada başlamış burjua inqilabından sonra
imperiya ərazisində yaradılan ilk dini-siyasi təşkilatlardan biri “İttifaqi müslimin” olmuşdur.
Ə.M.Topçubaşovun rəhbərliyi altında 1905-1906-cı illərdə Rusiyanın Peterburq və Nijni
Novqorod şəhərlərində təşkilatın üç qurultayı keçirildi. Bu təşkilatın əsas məqsədlərindən biri
Rusiya ərazisində yaşayan müsəlmanların hüquqlarının qorunmasına nail olmaq idi.
Bu dövrdə Şimali Azərbaycanda Əhməd bəy Ağayev, Əli bəy H üseynzadə, Axund Yusif
Talıbzadə, Mirzə Əbdürrəhim Talıbov və başqaları İttihadi-İslam ideyasının üstünlüklərindən
geniş bəhs edirdilər. Ə.Ağayev və Ə.Hüseynzadə ümumislam reallığı ilə yanaşı, bilavasitə
Şimalı Azərbaycan gerçəkliyini də özündə əks etdirən baxışları ilə İttihadi-İslamı yeni orijinal
fikirlərlə zənginləşdirmişdilər. Şimali A zərbaycanda İttihadi-İslam ideologiyasına əsaslanan
siyasi partiya və təşkilatlar məhz bundan sonra təşəkkül tapdı. Ona görə də Rusiya imperiyasında
İslam birliyi ideyasına, onun hər cür təzahürünə qarşı panislamizm damğası vurulur, ona qarşı
amansız mübarizə aparılırdı. Eyni zamanda, pravoslav əhaliyə daha geniş hüquqlar verilsə
də, müsəlmanların hüquqları pozulur və onlar arasında Xristianlığın zorla yayılmasına cəhd
1917-ci ilin yayında elan edilmiş Təşkilat Komitəsi heç də yalnız din xadimlərindən
ibarət deyildi. Komitənin fəalları arasında Petroqrad Politexnik İnstitutunu bitirmiş Mir Yaqub
Mehdiyev, “İrşad” qəzetinin naşiri Bəşir bəy Aşurbəyov, iqtisad elmləri namizədi Mahmud
Quliyev, həkim Kərimağa Sultanov, Hacı Zeynalabdin Tağıyevin nəvəsi Ağa Zeynal Tağıyev, din
xadimlərindən Axund Molla Ələkbər Abbasquluzadə, Axund Molla Ələkbər kimi şəxsiyyətlər
Bir müddət sonra Rusiyada yaradılmış müsəlman təşkilatı ilə “İttihadi-İslam” birləşərək
“Müsəlmanlıq” adlı qəzet nəşr etməyə başladı. Daha sonra isə Ceyhun Hacıbəyovun
redaktorluq etdiyi “İttihad” qəzeti partiyanın orqanına çevrildi. 1919-cu ilin aprelində keçirilən
ilk qurultayda partiya özünü “Qafqaz ittihad firqəsi” adlandırdı. 1920-ci ilin yanvar ayının 25-
də ikinci qurultayını keçirən partiyanın sıralarına müsavat partiyasının bir çox üzvü, ziyalılar
daxil oldu, ittihadi-İslam ideyası Rusiya imperiyasının milli-dini ayrı-seçkilik siyasətinə qarşı
müsəlman xalqlarının həmrəyliyində mühüm rol oynadı.
Bu ideologiya həmin dövrdə çar Rusiyasının bütün əyalətlərində xüsusi rəğbət qazanmaqda
idi. 1897-ci ildə birinci Ümumrusiya siyahıyaalınmasının yekunlarına görə, imperiya daxilində
pravoslavlardan (87,1 milyon, yaxud 76 %) sonra ən çoxsaylı konfessiya müsəlmanlar (13,9
milyon, yaxud 11,9 %) idi.
Rusiya dövləti ölkə ərazisində yaşayan 18 milyon müsəlmanın birləşməsi təhlükəsindən
narahat idi. Hökumət bu təhlükəni ciddi təhlil edərək müsəlmanların birliyinin qarşısını almaq
məqsədilə m üxtəlif qabaqlayıcı tədbirlər həyata keçirdi. 1910-cu ildə Rusiya imperiyasının
g e r ç ə k l i k
g e r ç ə k l i k
şəraitdə baş verirdi. Azərbaycanın müstəqilliyini qəbul etməyən daxili və xarici düşmənlər
hiylə və məkrlə iğtişaşlar törədir, qarşıdurmalar yaradır və quruculuq işlərinə mane olurdular.
Azərbaycan Cümhuriyyətinin yarandığı ilk gündən Sovet Rusiyası bu cümhuriyyəti
tanımamaq siyasəti yeritməklə bərabər, əlində olan bütün vasitələrlə ona qarşı mübarizə
aparmağa başladı. Çünki Sovet Rusiyası meydana gəldiyi ilk gündən etibarən “vahid və
bölünməz Rusiya” prinsipindən çıxış edirdi. Lakin 1918-ci ilin yayında Sovet Rusiyasının
Cənubi Qafqazda gedən siyasi və hərbi proseslərə təsir etmək imkanı çox məhdud olduğundan,
bolşeviklər bu dövrdə bütün diqqətini Bakıya yönəldib heç olmasa Sovet hökuməti üçün həyati
əhəmiyyət daşıyan bu şəhəri öz əllərində saxlamağa cəhd edirdilər [2, s. 303].
1918-ci il iyunun 17-də hökumət təsis olundu, milli ənənələrə qayıtmaq, əhalinin dini
ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradıldı
və N.B.Yusifbəyli bu quruma rəhbər təyin olundu [7, s. 308]. Nazirlik dərhal din xadimləri
və dini qurumlarla sıx əməkdaşlığa başladı. Ölkənin parlamentində Azərbaycanın milli, dini
tərkibi nəzərə alındı, müsəlmanlara 80, xristianlara 35 yer ayrıldı, özü də ən çox yer ermənilərə
verildi. Onları parlamentdə 21 deputat təmsil edirdi [6, s. 205].
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani
idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail oldu. Azərbaycanın
müstəqilliyinin elan olunmasına qədər bu idarələr Tiflisdə yerləşirdi. Lakin bölgədə cərəyan edən
son dərəcə mürəkkəb hadisələri nəzərə alaraq, hər iki ruhani idarəsinin rəhbərləri Məhəmməd
Pişnamazzadə və müfti Mustafa Əfəndizadə Azərbaycana köçmək qərarına gəldilər. XMDEN-
nin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Gəncəyə köçdülər və könüllü olaraq 1918-ci ilin
sentyabrın 1-də vahid orqanda birləşdilər. Sentyabrın 7-də XMDEN bu qərarı təsdiq etdi və
Bakı 1918-ci ildə bolşeviklərdən azad olunduqdan sonra ruhani idarəsi buraya köçürüldü.
Həmin dövrdə Demokratik respublikada dini liderlərin rolu artdı, təcili milli ordu yaradıldı,
hərbi hissələrdə “hərbi molla” vəzifəsi təsis olundu. Respublika rəhbərliyi bu məsələyə xüsusi
önəm verdi və ciddi nəzarətdə saxladı. Hərbi din xadimlərinin fəaliyyətinə nəzarət isə Müdafiə
Nazirliyi və dini idarə tərəfindən həyata keçirilirdi.
Həmin dövrdə dini təyinatlı məkanların əksəriyyəti xalqın məşvərət yerinə çevrilmişdi, din
xadimləri isə milli oyanışa dəstək verirdilər. Təzəpir məscidi və İsmailiyyə binası bu qəbildən
olan mərkəzlərdən hesab edilirdi. Düşmən Azərbaycan xalqının birliyinin təmin olunmasında
Təzəpir məscidinin oynadığı rolu yaxşı bilirdi. Ona görə də mart ayının 31 -də müsəlman əhalisinə
qarşı soyqırımına başlayan daşnak-bolşevik birləşmələri XX əsrin əvvəllərində Azərbaycanın
ictimai-siyasi həyatında, eləcə də milli şüurun oyanmasında, elmi-dini maarifçiliyin təbliğində
xüsusi rola malik möhtəşəm memarlıq abidələrindən biri olan “İsmailiyyə” binasını, “Kaspi”
qəzetinin redaksiyasını və mətbəəsini, orada yenicə çap olunmuş Qurani-Kərimin 5 min
nüsxəsini yandırıb külə döndərdilər.
1918-ci ilin mart qırğınları günlərində və ondan sonrakı dövrdə soyqırımına məruz qalmış
on minlərlə müsəlmanın dəfn mərasimlərinin təşkilinə, müsəlmanların təşkilatlanmasına və
m üxtəlif qabaqlayıcı tədbirlərin görülməsinə Təzəpir məscidi rəhbərlik etdi. Azərbaycan xalqına
Azərbaycan xalq cümhuriyyəti dövründə hökümətin daxili siyasəti
Dini maarifləndirmə / 20.12.2018
Azərbaycan Xalq Cümhuriyyətinədək Azərbaycan cəmiyyətində qadına münasibət
XX əsrin əvvəllərində savadsızlıq və fanatik ənənələr səbəbindən ictimai və siyasi həyatdan təcrid olunmuş şəraitdə yaşamaları qadınların şəxsi həyatı üçün bir sıra çətinliklər yaratmışdı.
Azərbaycanın ziyalı elitası xalqı maarifləndirməyə, hüquq və vəzifələrini anlatmağa çalışır, “qadın bir şəxsiyyət kimi azad olmayınca xalqın problemləri həllolunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Bu mövzuda daha çox H.Zərdabi, Ə.Ağayev, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Nəzmi, M.Ə.Sabir, F.Köçərli, M.S.Ordubadi, C.Cabbarlı, M.Ə.Rəsulzadə və başqaları yazırdılar. Onlar fanatik dindarların hücumlarından çəkinməyərək diqqəti qadın problemlərinə də cəlb edə bilir, qızların zorla evləndirilməsini, kişilərin onlarla qul kimi rəftar etməsini tənqid edir, qadınlara kişilərlə bərabər təhsil verməyin zəruriliyini diqqətə çatdırırdılar.
XX əsrin başlanğıcında Azərbaycan qadınının azadlıq problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan “Şərqi-Rus” qəzetində qaldırıldı. Onun təsisçisi, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlı müsəlman aləmində qadın azadlığı məsələlərindən bəhs edən məqalələr yazıb çap edirdi. Onun bu mövzudakı yazıları əsasən qadının azadlığını məhdudlaşdıran və ətraf aləmdən, ictimai həyatdan təcrid edən problemlərə həsr olunurdu.
XX əsrin ilk illərində Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. Məktəbin təntənəli açılışı günü – 1901-ci il oktyabrın 7-də “Kaspi” qəzeti Qafqaz (Zaqafqaziya) müsəlmanlarının Şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin xeyir-duasını da dərc etmişdi. O, Məhəmməd peyğəmbərin “elm öyrənmək həm müsəlman kişiyə, həm də müsəlman qadınına vacibdir” sözlərini xüsusi vurğulamış, İslamın tarixindən, həkim, alim kimi şöhrət tapmış müsəlman qadınlarının həyatından misallar və sitatlar gətirmiş və demişdi: “Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, İslamda bu qədər şöhrətli müsəlman qadını yetişməzdi. Əgər bu vaxta qədər Zaqafqaziyada qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir”.
Bundan başqa, nədənsə XIX əsrin sonları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Qafqaz Şeyxülislamı Axund Əhməd Hüseynzadə (Əli bəy Hüseynzadənin babası), Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbov (Nigar xanım Şıxlinskayanın atası), görkəmli Azərbaycan maarifçisi Mirzə Əbdürrəhim Talıbzadə, Mir Məhəmməd Kərim Mircəfərzadə, Mirzə Əbu Turab Axundzadə kimi onlarla ilahiyyat xadimi və din alimlərimizin qadın problemi ilə mübarizə yönündəki fəaliyyətlərindən, nəşr edilmiş əsərlərindən, əfsuslar olsun ki, geniş şəkildə bəhs edilmir.
Maarifçi ziyalıların gərgin səyləri nəticəsində XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Hətta onlar artıq yetişmiş problemlərini qadınların özləri tərəfindən ictimai rəyə çatdıran “İşıq” kimi qadın qəzetinin meydana çıxmasına nail oldular. “İşıq” qəzetinin ilk nömrəsi 1911-ci il yanvarın 22-də çap edilmişdir. 1912-ci ilədək 68 nömrəsi işıq üzü görmüş nəşrin redaktoru Xədicə Əlibəyova, naşiri isə onun həyat yoldaşı Mustafa bəy Əlibəyov olmuşdur. “İşıq” qəzeti maarifçi ideyalarla gündəmə gələrək o dövrün ziyalı qadınlarını ətrafına toplamışdı.
Bu, artıq XX əsrin əvvəllərində Azərbaycan qadınının ciddi ictimai qüvvəyə çevrilməsini təsdiq edən əlamətlərdən biridir. Burada və digər mətbuat orqanlarının səhifələrində qadın müəlliflərinin çıxışlarının getdikcə intensivləşməsi, müxtəlif mövqeli müəlliflərlə fikir mübadiləsində onların öz mövqelərini daha inamla ortaya qoymaları və s. bir daha göstərdi ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı çətin mübarizəsi nəticəsiz qalmadı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın siyasəti
XX əsrin ilk illərindən etibarən ailə və qadın mövzusu ziyalılar tərəfindən geniş şəkildə müzakirə edilən ən aktual məsələlərdən olmuşdur. Bu problem fərqli əqidə sahibləri tərəfindən ən müxtəlif kontekstlərdə dəyərləndirilmişdir.
Tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişdir. Bununla belə, ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almış oldu.
Hələ 1918-ci il qurultayında M.Ə.Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. M.Ə.Rəsulzadə deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmiş oldu. Bu Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi.
Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. Lakin, təəssüflər olsun ki, parlamentdə qadınlar təmsil olunmamışdı, çünki onlar rəhbər vəzifələrə öz namizədlərini irəli sürməkdən imtina etmişdilər.
Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamədə təsbiti oldu. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, mürəkkəb siyasi vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Buna baxmayaraq, parlament bir sıra hüquqi aktlar, o cümlədən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun qəbul etdi. 1919-cu il iyulun 21-də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı. Əsasnamənin 1-ci fəslində deyilirdi: “Müəssislər Məclisi əhali tərəfindən cinsindən asılı olmayaraq və bərabər seçki hüququ əsasında, birbaşa və gizli səsvermə vasitəsilə, mütənasib nümayəndəlik əsasları təmin edilərək seçilən üzvlərdən ibarətdir”. 2-ci fəsildə qeyd olunurdu ki, Müəssislər Məclisinə seçkilərdə “səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak hüququna malikdirlər”. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınlara aktiv seçki hüququ vermək niyyətini bir daha təsdiqlədi.
M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və siyasi hüquq kəsb edirdilər ki, bu hal bütün Şərqdə deyil, Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli xartiyası bu qərar ilə nə qədər ülvi, bəşəri və mədəni qayələrlə doymuş olduğunu isbat etməkdədir”.
Qadınların sosial həyatda və ümumi ictimai fəaliyyətdə fəal iştirak etmələri və onların millətin işgüzar bir üzvü, məhsuldar və fayda verən bir zümrəsi olmaları uğrunda ziyalıların hələ bu vaxta qədər də çox təşəbbüsləri olmuşdu. Lakin ilk dəfə olaraq İstiqlal Bəyannaməsində bu mövzuya rəsmən toxunulması məsələsi həmin dövrün mətbuatında da müzakirə edilən aktual mövzulardan idi. Çünki, daha öncə bu yolda mübarizə aparmış Avropa mütəfəkkirləri də qadın məsələsini hər bir şeyin əsası, hətta cümhuriyyətin belə təməli hesab edirdilər.
Qadın problemi Cümhuriyyət parlamentinin də diqqətdə saxladığı aktual mövzulardan idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamеntinin 10 dеkabr 1918-ci il tarixində keçirilmiş ikinci iclasında Azərbaycan qadınlarına İslam aləmində ilk dəfə olaraq sеçilmək hüququ da rəsmi dövlət səviyyəsində vеrilmiş oldu.
İclasda qadınların kişilərlə bərabər bütün hüquq və azadlıqlarını təmin еtmək üçün qəbul еdilmiş qanunda aşağıdakılar göstərilmişdir:
– hər iki cins üçün 8 saatlıq iş günü (maddə 28);
– həftədə bir dəfə istirahət günü (maddə 29);
– 16 yaşına qədər olan məktəb yaşlı uşaqların işlədilməsinin qadağan еdilməsi və 16 yaşından 18 yaşına qədər olan cavanların iş gününün 6 saatdan artıq olmaması (maddə 42);
– Qadınları səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq qadağandır. Hamilə olan Qadınlar doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra əmək haqları tam ödənməklə xidmətdən azad еdilir (maddə 43);
– Qadınların işlədiyi hər bir fabrik və zavodda südəmər uşaqlar üçün tərbiyəxanalar təsis olunmalıdır. Sahibkarların hеsabına xəstələnmiş fəhlələrə müftə dərman vеrilməli və xəstə olduqları müddətdə əmək haqları onlara çatdırılmalıdır (maddə 50);
– Bu qanunlara əməl еtməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb еdiləcəklər.
Parlamentin ikinci iclasında “Hümmət” fraksiyasından Əkbər ağa Şeyxülislamov qadın hüquqlarından bəhs edərək deyirdi: “Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan surətində baxmalıyıq. Millətin yarısı işləyib, yarısı işləməsə o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu gün qadınlarımız gələcək övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar dövlət və vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir yaradarlar” .
Demokratik müzakirələr və məqsədyönlü siyasət nəticəsində qadınların məşğulluq imkanlarının artırılması üçün Cümhuriyyət parlamentində qanun qəbul edilir, qadınların daha çox məşğul olduğu kustar sənayeni inkişaf etdirmək və genişləndirmək məqsədilə yerli sahələrə kömək göstərən kustar sənaye kursları təşkil edilir və vəsait ayrılırdı. İşsizliyin aradan qaldırılması və iqtisadiyyatın gücləndirilməsi məqsədilə bir sıra bölgələrdə toxuculuq və tikiş emalatxanası açılması barədə müxtəlif layihələr müzakirəyə çıxarılırdı.
Xalq Maarif Nazirliyinin yeni kişi və qız məktəbləri və seminariyalarının açılmasına dair Azərbaycan Parlamentinə təqdim etdiyi qanun layihəsi əsasında 1919-cu ildə 4 kişi, 3 qadın kurslarının açılması qərara alınmış, qadın orta məktəblərində sinif müəllimi müavini vəzifəsinin təsis olunması barədə qanun layihəsi qəbul edilmişdi. Dövlətin təhsilə və yaradıcılıq sahələrinə belə ciddiyyətlə diqqət yetirməsi sayəsində ədəbi-mədəni mühitin formalaşmasında da qadınların fəallığı artmışdı.
Qadınların bu nailiyyətlərində hökumətlə bərabər, Azərbaycan ziyalılarının və milli mətbuatımızın rolu xüsusilə təqdirəlayiqdir.
Parlamentin 14 aprel 1919-cu il tarixli iclasında Nəsib bəy Yusifbəyli istiqlalın gələcəyinin maarifə bağlı olduğunu dilə gətirərək, milli maarifimiz və milli məktəbimizin tərəqqi etmədən bizim üçün qurtuluş və nicat ümidinin olmadığını vurğulamışdır. Bu istiqamətdə qadın hüquqlarının təminatına xüsusi diqqət yetirən hökumət təhsil siyasətində onlara da ayrıca qayğı ilə yanaşmış, qadınlar üçün fərdi gündüz kursları açılmış və cəmiyyətlə əlaqəli dərslər tərtib edilmişdi.
1918-1920-ci və daha sonrakı illərdə qadın hərəkatının güclənməsi daha ardıcıl qadın mətbuatının yaranmasını zəruri etdi. Azərbaycan hökuməti qadın hərəkatına istiqamət vermək, bu sahədə qadınlara kömək etmək məqsədilə əvvəlcə ayrı-ayrı səhifələr, sonra “Zəhmətkeş qadınların yolu” və “Qafqaziya zəhmətkeş qadınların yolu” adlı qəzetlərin nəşrini qərara almışdır. Bu dövrdə elmi publisistik və bədii yaradıcılıqla məşğul olan Ş.Əfəndizadə, Ş.Qaspralı, Ş.Axundzadə, E.Yusifbəyli, Ü.Sadıqzadə kimi qadın ziyalıların məqalələrində, əsərlərində dövrün ictimai-siyasi, milli-mənəvi problemləri öz dolğun ifadəsini tapmışdır.
Milli istiqlal hərəkatı, eləcə də, mövcud olduğu 23 ay ərzində Cümhuriyyəti ayaqda tutmaq, demokratik prinsipləri hakim mövqeyə qaldırmaq, xalq arasında elmi təbliğ etmək uğrunda bir çox tanınmış şəxsiyyətlər əzmlə çalışmışlar. Onların arasında ziyalı qadınlarımızın da öz töhfəsi olmuşdur.
Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi.
Dövrün ictimai, siyasi, publisistik və digər sahələrində ad qazanmış məhşur ziyalı xanımları – Şəfiqə xanım Əfəndizadə, Nigar xanım Şıxlinskaya, Xədicə Ağayeva, Sara Talışinskaya, Badusəba Köçərli, Fatma Topçubaşova, Mədinə xanım Qiyasbəyli, İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova, Hənifə Zərdabi, Liza xanım Muxtarova, Əminə xanım Ağayeva, Mina xanım Aslanova, Nigar xanım Vəlibəyova, Gövhər xanım Vəlibəyova, Gövhər xanım Qayıbova və digərləri öz adlarını tarixə yazdırmışdır.
Bir sözlə, türkçülükdən mərdlik, ərənlik, İslamdan müqəddəslik almış müsəlman qadını Azərbaycan Xalq Cümhuriyyəti dövründə haqqı olan siyasi hüquqlara qovuşmuş oldu.
Turan Nəsirova
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı
Похожие статьи
-
Azərbaycan xalq cümhuriyyəti dövründə iqtisadiyyat
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə…
-
Azərbaycan xalq cümhuriyyəti Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və…
-
Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı
Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…
-
Azərbaycan xalq cümhuriyyəti 1 cild
Azərbaycan Demokratik Respublikası Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı…
-
Azərbaycan xalq cümhuriyyətinin xarici siyasəti
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ silahlı dəstələrinin fəaliyyəti bərpa edildi. 1918-ci ilin ikinci yarısinda müharibə Azərbaycan xalq…
Comments are closed, but trackbacks and pingbacks are open.