Press "Enter" to skip to content

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir

Sonra Əməkdar Artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti oldu. Daha sonra Xalq Artisti Azərinin ifası dinlənildi.

AHİK-də Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi qeyd edilib – FOTO

2018-ci il mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə əlaqədar geniş iclas keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin mərhələdə belə demokratik ideallardan geri çəkilməyib, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atıb. Belə bir dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir. Hazırda isə Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu Öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir.

S.Möhbalıyev bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Cəmi iki ilə yaxın yaşamış AXC dövlət quruculuğu sahəsində tariximizdə silinməz izlər buraxıb, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.

Bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli sərəncamı və dövlət başçısının 2018-ci ili Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi oldu. Sözsüz ki, bu çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Dövlətçilik tariximizə etibarın bariz nümunəsi olaraq göstərildi. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb. Ulu Öndər Heydər Əliyev AXC-nin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırıb, ilk respublika dövründə həyata keçirilən müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Prezident İlham Əliyev AXC-nin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib, müsəlman Şərqində ilk parlament respublikası kimi xalqımızın qədim dövlətçilik ənənələrini yaratdığını, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduğunu qeyd edib. Belə təsisatlardan biri hələ XX əsrin əvvəllərində Azərbaycan fəhlələrinin uğrunda mübarizə apardıqları həmkarlar ittifaqı birlikləri idi. Azərbaycanın tarixi taleyinin həll olunması yolunda ayağa qalxıb öz dövlətini qurmaq istəyənlər arasında fəhlələrin də rolu vardı. Artıq oxşar istehsal sahələri fəhlələrinin həmkarlar ittifaqı təşkilatları birləşərək üzvlərinin sayını 80 min nəfərə çatdırmışdı. AXC yaranan gündən vətəndaşlara demokratik haqq və özgürlüklərin təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu.

Bu gün Azərbaycanda hakimiyyət və həmkarlar ittifaqı təşkilatları əsl tərəfdaşa çevriliblər. Çünki dövlətimizin də, həmkarlar ittifaqlarının da təməlində Azərbaycan vətəndaşı və onun rifahı, hüquqlarının təmin edilməsi dayanır.

S.Möhbalıyev çıxışında vurğulayıb ki, ümumilikdə ilk milli hökumətin fəaliyyəti dövründə xalqımızın milli mənlik şüuru özünə qaytarıldı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya numayiş etdirdi. 1920-ci ilin yanvar ayının 11-də Paris Sülh Konfransında müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın siyasi nümayəndəlikləri artıq fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər xarici siyasətinə baxmayaraq, onu münaqişələrə çəkmək istəyənlər də vardı. Həmin dövrdə əksər ölkələrdə gedən mürəkkəb proseslər fonunda belə bir tarixi nailiyyətə imza atmaq kifayət qədər cəsarətli bir addım idi. Lakin xalqımız özünün müstəqil dövlətini elan etməklə nə qədər zəngin keçmişə, böyük dəyərlərə malik olduğunu təsdiqləmiş, öz üzərinə götürdüyü çətin tarixi vəzifəni, imkanları son həddə çatanadək, şərəflə yerinə yetirmiş, kiçik zamanda böyük işlər həyata keçirmişdi.

Parlamentdə əhalinin konkret təbəqələrinin maddi-sosial müdafiəsini gücləndirmək məqsədilə bir sıra qanunlar qəbul edib. 1919-cu ildə “Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında”, “Əmək nazirliyi yanında fəhlə məsələləri üzrə Xüsusi Müşavirənin təsis edilməsi haqqında” və b. qanunlar qəbul edib. Həmin Xüsusi Müşavirənin tərkibinə daxil edilənlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin müstəqilliyi naminə çalışan müsəlman fəhlələrin təmsilçisi Cavad bəy Məlikyeqanov idi. 1903-cü ildən Bakının neft mədənlərində işləyən, inqilabi hərəkatda fəal iştirak edən, çar hakimiyyətinə qarşı mübarizə aparan C.Məlikyeqanov AXC dövründə Türk Fəhlə Konfransının təşkilatçılarından biri olub, Mərkəzi Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb. Həmişə çıxışlarında sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı vəziyyəti sərt tənqid edib, fəhlələrin müstəqil Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasındakı xidmətlərini yüksək qiymətləndirib.

XX əsrin əvvəllərində dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atmış xalqımız XX əsrin sonlarında yenidən milli azadlığa, dövlət müstəqilliyinə tam nail olub, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olduğunu sübut edib.

Şərqdə ilk demokratik Cümhuriyyəti qurmaqla azərbaycanlılar böyük, istedadlı və azad xalq olduqlarını, dünyanın ən mütərəqqi ənənələrini öz həyatında təcəssüm etdirdiyini bir daha bütün dünyaya göstəriblər.

Daha sonra tədbir iştirakçıları tarix elmləri doktoru Vəkil Həsənovun AXC-nin yaranma tarixi haqqında çıxışını dinləyiblər.

Milli.Az

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir

Bakı. 28 may. REPORT.AZ/ Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur. “Report” xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından100 il ötür. 2017-ci il mayın 16-da Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilib. Xatırladaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə). 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Ankarada qeyd edilib VİDEO

Azərbaycanın Türkiyədəki səfirliyi Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibətilə təntənəli mərasim təşkil edib.

Mərasimdə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, generallar, diplomatlar, deputatlar, görkəmli ziyalılar, qardaş ölkə ictimaiyyətinin tanınmış simaları, qazilər, bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, müdavimlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Mərasimi giriş sözü ilə açan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Silahlı Qüvvələrimizin yaranması tarixindən danışdı. Səfir diqqətə çatdırdı ki, Silahlı Qüvvələrimizin formalaşmasında Qafqaz İslam Ordusunun göstərdiyi yardım tarixi əhəmiyyət daşıyır və Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Bu gün sürətlə inkişaf edən Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasındadır.

Azərbaycan Xalq Cümhuriyyətinin və ordumuzun 100 illik yubileyləri münasibətilə təşkil olunan təntənəli mərasimdə iştirak edənlərə minnətdarlığını bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını Türkiyə Parlamentinin sədrinə, hökumət və dövlət təmsilçilərinə çatdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və inkişaf istiqamətləri barədə ətraflı məlumat verən Prezidentin köməkçisi diqqətə çatdırdı ki, müstəqilliyimizin dünya miqyasında tanınması və ordu quruculuğu sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi ən böyük tarixi uğurlardandır. Bakının erməni-daşnak işğalından azad olunmasına tarixi töhfələr verən Qafqaz İslam Ordusu Silahlı Qüvvələrimizin formalaşmasına da kömək etməklə ölkəmizin və xalqımızın təhlükəsizliyinə dəstək olub.

Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası barədə danışan Əli Həsənov diqqətə çatdırıb ki, Ulu Öndərimiz hələ Naxçıvan Ali Məclisinin sədri olarkən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib, dövlət atributlarımızın bərpasına nail olub və Azərbaycan hakimiyyətinə bu istiqamətdə dəyərli tövsiyələr verib. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması barədə Prezidentin imzaladığı məlum Sərəncam, o cümlədən dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu istiqamətdə atılan mühüm siyasi qərarlar sırasındadır. Hazırda dünyanın bir sıra ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilir. Qardaş Türkiyədə belə bir möhtəşəm mərasimin təşkili xüsusilə əhəmiyyətlidir. İstər Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, istərsə də müstəqilliyimizin bərpası Türkiyədə böyük qardaş sevinci ilə qarşılanıb. Ümummilli lider Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün tarixi fəaliyyətlərinin əhəmiyyətindən bəhs edən Əli Həsənov bildirdi ki, ölkələrimizin sürətli inkişafı və müstəqilliyimizin əzmlə qorunması Ulu öndərlərimizin ruhunu şad edir.

Prezidentin köməkçisi çıxışında Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatının Azərbaycanda dəstəkləndiyini qeyd edərək bildirib ki, bütün bu tədbirlər Türkiyənin təhlükəsizliyi, terrordan xilas olmaq, əhalinin əmin-amanlığını təmin etmək üçün atılan addımlardır. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri siyasi iradə xalqlarımızın və ölkələrimizin təhlükəsiz gələcəyinə xidmət edir.

Ötən əsrin əvvəllərində əldə etdiyimiz müstəqilliyin yenidən bərpa olunmasını Azərbaycan və Türkiyənin ortaq sərvəti kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən danışdı. Parlament sədri bildirdi ki, Ankaranın gözəl bir guşəsində yaradılan Heydər Əliyev Parkı Türkiyə dövlətinin və xalqının Ulu Öndərimizə dərin ehtiramının göstəricisidir. Prezident İlham Əliyevin dövlət başçısı kimi ilk səfərini Türkiyəyə etməsi Heydər Əliyev ideallarına sədaqət nümunəsidir. Azərbaycan xalqını milli bayram – Respublika Günü münasibətilə təbrik edən İsmayıl Qəhrəman Nuru Paşanın komandanlığı ilə Azərbaycan xalqının köməyinə çatan Qafqaz İslam Ordusunun rəşadətli qələbəsini nəsillərə örnək olan qardaşlıq nümunəsi kimi dəyərləndirdi.

Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu Baş nazir Binəli Yıldırımın mərasimə ünvanlandığı təbrik məktubunu oxudu. Məktubda Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100-cü ildönümü ilə bağlı səmimi təbriklər çatdırılır, Azərbaycan-Türkiyə qardaşlığının dinamik inkişafının əhəmiyyətindən bəhs olunur. Prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinin əhəmiyyətinə toxunulur və əminliklə ifadə olunur ki, Azərbaycanı qarşıda daha böyük nailiyyətlər gözləyir. Bundan başqa, Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə ifadə edir ki, Azərbaycan və Türkiyə hökumətləri ölkələrimizin və xalqlarımızın firavan həyatı üçün daha səmərəli əməkdaşlıq edəcəklər.

Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaranması və müstəqilliyimizin bərpasından sonra ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlərdən danışdı. Hərbi attaşe bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ordumuzun peşəkarlığının artmasına Türkiyənin göstərdiyi kömək xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar qardaş ölkələrimizin dinamik inkişafından bəhs etdi. Deputat diqqətə çatdırdı ki, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun tarixi missiyası Azərbaycan və Türkiyə xalqlarının qürur mənbəyidir.

Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xalqlarımızın böyük sərvəti kimi dəyərləndirildi. Ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından bəhs edən natiqlər əminliklə bildirdilər ki, iki qardaş xalq arasındakı münasibətlər əbədiyyətə qədər dinamik inkişafda olacaq. Həmçinin çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının, Milli Ordumuzun yaradılmasının əhəmiyyətindən, bu məsələdə Qafqaz İslam Ordusunun tarixi missiyasından, dövlət müstəqilliyimizin bərpasından sonra ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hədəflərindən, bu siyasətin uğurla davam etdirilməsindən, iki qardaş ölkənin birgə həyata keçirdikləri iqtisadi layihələrdən, o cümlədən Silahlı Qüvvələrimiz arasında əməkdaşlıq kimi məsələlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrimizin güclənməsi, eləcə də qardaş ölkələrimizin sosial-iqtisadi həyatındakı dinamik inkişaf xalqlarımızın təhlükəsizliyini və rifahını təmin edən əsas amillərdir. Vurğulanıb ki, tarixi köklər, ortaq din, dil və mədəniyyətlə bir-birinə ayrılmaz tellərlə bağlı olan Azərbaycan və Türkiyənin qardaşlığı bundan sonra da inkişaf edəcək, bütün dünya üçün nümunə olacaqdır.

Mərasimin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı oldu.

Konsertdə Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımova məlahətli ifaları ilə bayram tədbirinin iştirakçılarında xoş ovqat yaratdılar. Ruh oxşayan Azərbaycan muğamı Heydər Əliyev Parkında yaşanan bayram əhval-ruhiyyəsini daha da yüksəltdi. Natiq ritm qrupunun ifası da maraqla qarşılandı.

Sonra Əməkdar Artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti oldu. Daha sonra Xalq Artisti Azərinin ifası dinlənildi.

İştirakçılar Heydər Əliyev Parkında Azərbaycanın zəngin tarixi, mədəniyyəti, müasir ordusunun gücü, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən fotosərgi ilə tanış oldular.

Heydər Əliyev Parkında quraşdırılmış böyük ekranda Azərbaycanın müasir həyatından, reallaşdırılan nəhəng iqtisadi layihələrdən, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən videoçarx göstərildi.

Təntənəli yubiley mərasimi atəşfəşanlıqla başa çatıb.

Похожие статьи

  • Azərbaycan xalq cümhuriyyətinin yaranması

    YENİ AZƏRBAYCAN PARTİYASI 9. Prof. Dr. Arshi Khan ‐ Department of Political Science, Aligarh Muslim University, INDIA‐ “Revisiting the Azeri Democratic…

  • Azərbaycan xalq cümhuriyyəti 1 cild

    Azərbaycan Demokratik Respublikası Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı…

  • Azərbaycan xalq cümhuriyyəti

    Azərbaycan xalq cümhuriyyəti Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və…

  • Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı

    Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…

  • Azərbaycan xalq yaradıcıllığı

    Azərbaycan xalq yaradıcıllığı Gülara, saya gəlməz, yazsaq dəftərə Şifahi xalq yaradıcılığı Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin…

Comments are closed, but trackbacks and pingbacks are open.