Azərbaycan xalq rəqsləri
“Gündəlik Teleqraf”qəzetinin redaktoru Dilqəm Əhmədin 10-luğunda birinci yeri “İncil” tutur:
Xankəndi
Kafka haqlıdır, amma iş orasındadır ki, hər kitab oxucunu sarsıtmır, yenə elə Kafkanın dili ilə desək, oxucunun “içindəki donmuş dənizə balta kimi enmir”. Seçmək lazımdır. Hər oxucunun da özünün seçdiyi, onu sarsıdan və “bu əsəri gərək hamı oxusun” dediyi kitablar olur.
Biz də bu günün Dünya Kitab Günü olmağından istifadə edib, redaktorlar arasında sorğu keçirdik. Soruşduq ki, sizcə hamının oxumalı olduğu 10 kitab hansıdır?
APA holdinqin rəhbəri Vüsalə Mahirqızı məsləhət bildiyi 10 kitabı belə sıraladı:
1. Ernest Hemenquey- “Qoca və dəniz”
2. Cek London- “Həyat eşqi”
3. Teodor Drayzer- “Dahi”
4. Umberto Eko- “Gülün adı”
5. Murad Adji – “Qıpçaq çölünün yovşanı”
6. Elif Şafak -“Aşk”
7. Avesta
8. Ceyms Oldirç- ” Diplomat”
9. “Kitabi-Dədə Qorqud” dastanı
10. Qurban Səid -“Əli və Nino”
Xanım redaktor əlavə etdi ki, dini ədəbiyyatı da oxumaq lazımdır: “Məncə, “İncil”, “Tövrat”, “Qurani Kərim”i din və fəlsəfə haqqında fikir yürütmək istəyənlər mütləq oxumalıdılar”.
“Hafta.az” saytının redaktoru Səbinə Əvəzqızı deyir ki, oxuyarkən ən çox stress keçirdiyi kitab Corc Oruellin “1984” romanıdır. Onun məsləhət gördüyü onluq isə belədir:
1. Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı”
2. Lev Tolstoy -“Anna Karenina”
3. Corc Oruell -“1984”
4. İohan Volfqanq Höte- “Gənc Verterin iztirabları”
5. Ceyms Coys – “Ulysess”
6. Viktor Hüqo -“Səfillər”
7. Lev Tolstoy- “Baldan sonra”
8. F.M. Dostoyevski -“İdiot”
9. Nizami Gəncəvi -“Xəmsə”
10. Füzuli- “Leyli və Məcnun”
“Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova daha çox dostlarının məsləhət gördüyü kitabları oxuduğunu deyir: “Oxuduğum, təsirləndiyim kitablar çoxdur. Mənim üçün o kitab dəyərlidir ki, sonuncu səhifəsinə çatanda məyus olursan və ondan ayrıldığına təəssüflənirsən. Ən əsası isə kitabı bağlayanda, “nəsə qazandım” deyirsənsə, deməli, alındı hər şey”.
1. Qavriil Nikolaeviç Troepolskiy -“Qaraqulaq, ağ Bim”
2. Elif Şafak – “İskender”
3. Xalid Hüseyni – “Çərpələng uçuran”
4. Xalid Hüseyni – “Min möhtəşəm günəş”
5. Etel Lilian Voyniç – “Ovod”
6. Bernhard Şlink – “Qiraətçi”
7. Viktor Hüqo – “Səfillər”
8. Paulo Koelyo – “On bir dəqiqə”
9. Nikolas Sparks – “Sevgili Con”
10. Orxan Kamal – “Yad qızı”
“Publika.az” saytının redaktoru Kənan Hacının da özünəməxsus 10-luğu var:
1. Homer – “İlliada” və “Odisseya”
2. “Kitabi – Dədə Qorqud” dastanı
3. Bokkaçio – “Dekameron”
4. Migel de Servantes – “Don Kixot”
5. Conatan Svift – “Qulliverin səyahəti”
6. Viktor Hüqo -“Səfillər”
7. F.M. Dostoyevski – “Cinayət və cəza”
8. Lev Tolstoy – “Dirilmə”
9. Mirzə Cəlil – “Danabaş kəndinin əhvalatları”
10. Milan Kundera – “Varlığın dözülməz yüngüllüyü”
“Virtualaz.org” saytının redaktoru Famil Cəfərli bu fikirdədir ki,
1. Quran
2. Karl Marks- “Kapital”
3. “Qabusnamə”
4. Çingiz Aytmatov -“Qiyamət”
5. Qabriel Qarsia Markes”-100 ilin tənhalığı”
6. Tarle. “İnqilablar tarixi”
7. “Dinlər tarixi”
8. “Ümumdünya tarixi”
(“Dinlər tarixi” və “Ümumdünya tarixi” adlı irihəcmli kitablar hər ikisi ruscadır və yazarlar kollektivinin qələminə məxsusdur. Məndən ötrü çox qiymətlidir – F.M.)
9. Heminquey- “Qoca və dəniz”
10. Məhəmmədhüseyn Şəhriyar- “Heydərbabaya salam”
“Gündəlik Teleqraf”qəzetinin redaktoru Dilqəm Əhmədin 10-luğunda birinci yeri “İncil” tutur:
1. İncil
2. Quran
3. Bhaqavat-Qita
4. Platon- “Dövlət”
5. Aristotel- “Politika”
6. Makiavelli- “Hökmdar”
7. Atatürk-“Nutuk”
8. Heredot- “Tarix”
9. Ömər Xəyyam-“Rübailər”
10. Mirzə Fətəli Axundov- “Kəmalüddövlə məktubları”
“Modern.az” saytının redaktoru, tərcüməçi Əziz Rzazadə deyir ki, mütaliəni uşaq vaxtı başlamaq lazımdır. Ona görə də, redaktorun siyahısı “Azərbaycan nağılları” ilə başlayır:
1. “Azərbaycan nağılları”
2. Robert Luis Stevenson- “Dəfinələr adası”
3. Mayn Rid- “Başsız atlı”
4. Jül Vern- “Klodius Bombarnak”
5. Onore de Balzak- “Şaqren dərisi”
6. Qoqol -“Viy”
7. Patrik Züskind- “Ətriyyatçı”
8. Qulamrza Saedi- “Bəyal əzadarları”
9. Xuan Rulfo-“Pedro Paramo”
10. “Kitabi Dədə Qorqud” dastanı
Ə.Rzazadə siyahısını bu fikirlə sonladırır: “Lap axırda da kitab rəfimi boşaldıb orada bircə nüsxə saxlayardım – Quran”.
“Qafqazinfo.az” saytının baş direktoru Elbrus Ərudun onluğunda isə birinci yeri əfqan əsilli yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” romanı tutur:
1. Xalid Hüseyni- “Çərpələng uçuran”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Ana və oğul Vaxtinlər-“Muhammed”
4. Teodor Drayzer-“Dahi”
5. Əkrəm Əylislinin əsərləri
6. Nodar Dumbadzenin əsərləri
7. Cek London- “Martin İden”
8. Quran-i Kərim
9. Ramiz Rövşənin şeirləri
10. Nizami Gəncəvinin əsərləri
“Müstəqil İnformasiya Agentliyinin” rəhbəri Zaur Əhməd hesab edir ki, oxunması vacib olan kitablar çoxdur, amma bu, zövq məsələsidir:
1. Quran-i Kərim
2. İncil
3. Tövrat
4. Əkrəm Əylisli- “Gilənar çiçəyinə dediklərim”
5. Qustav le Bon- “Kütlə psixologiyası”
6. Çingiz Aytmatov- “Əsrə bərabər gün”
7. F.M.Dostoyevski- “Cinayət və cəza”
8. Viktor Hüqo- “Səfillər”
9. Qoqolun seçilmiş əsərləri
10. Lermontovun seçilmiş əsərləri
Redaktor vurğulayır ki, siyahını uzatmaq olsa klassik Azərbaycan poeziyası nümunələrini əlavə edə bilər.
“AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədovun hamıya oxumağı məsləhət gördüyü 10 kitab budur:
1. Viktor Hüqo “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Mixail Bulqakov- “Master və Marqarita”
4. Ziqmund Freyd- “Psixoanalizə giriş”
5. Ernest Heminquey- “Qoca və dəniz”
6. Antuan de Sent-Ekzüperi- “Balaca şahzadə”
7. Frans Kafka- “Çevrilmə”
8. Nassim Nikolas Taleb-“Qara sona”
9. Uilyam Arnts-“Biz, ümumiyyətlə, nə bilirik?”
10. Riçard Dokinz- “Allah illüziyası”
“Simsar.az” saytının redaktoru Elmar Hüseynov vurğulayır ki, belə kitabların siyahısını uzatmaq, 20-30 kitabın adını qeyd etmək olar. Hələlik isə onun 10-luğu belədir:
1. V.Hüqo- “Səfillər”
2. Onore de Balzak- “Qorio ata”
3. E. Voyniç- “Ovod”
4. Q.Markes- “Yüz ilin tənhalığı”
5. T.Drayzer- “Dahi”
6. C.London- “Martin İden”
7. F.Beqbeder- “Məhəbbət üç il yaşayır”
8. X.Hüseyn -“Çərpələng uçuran”
9. Dostoyevski- “Cinayət və Cəza”
10. Qoqol -“Ölü canlar”
Beləliklə, nəticələri ümumiləşdirəndə, redaktorların rəyinə əsasən, oxunmalı olan 10 kitabın siyahısı budur:
1. Viktor Hüqo- “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Quran-i Kərim
4. Qabriel Qarsia Markes-“Yüz ilin tənhalığı”
5. Xalid Hüseyn- “Çərpələng uçuran”
6. Kitabi Dədə-Qorqud dastanı
7. Teodor Drayzer- “Dahi”
8. Cek London -“Martin İden”
9. Etel Lilian Voyniç- “Ovod”
10. İncil
Fatimə Kərimli
Azərbaycan xalq rəqsləri
Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub.
Erkən orta əsrlərdən başlayaraq əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlamışdır.
Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir; onlar bu növlərə bölünür – əmək, mərasim, məişət, qəhrəmanlıq, idman, xorovod-oyun (məsələn, “Yallı”, “Halay”) və s. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən əhəmiyyətlisidir.
Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən ibarətdir: birinci hissə sürətlidir, dairə üzrə rəqs; ikinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır (“süzür”), korpus qəti və vüqarlı tərzdə dik tutulur; uçüncü hissədə – yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Qadın və kişi rəqsləri bir-birindən kəskin şəkildə fərqlənir. Qadın rəqsinin inkişafı kostyumla şərtlənmişdir: uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirirdi, rəqqasələrin bütün diqqəti əl və korpusun yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) işlənmiş texnikasına cəmlənir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların texnikasıdır. Rəqqas çevikliklə barmaqları üzərində dayanır, dizləri üstündə sürətlə yerə enir və s.
Azərbaycan rəqslərinin musiqi həcmi – 6/8 və 3/4 –dür. Rəqslər adətən xalq çalğı alətlərinin: zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiəti ilə ifa olunur.
Azerbaycan Reqsleri – Wikipedia
Azərbaycan rəqsləri — özündə qədim və zəngin tarixi daşıyır. Eramızdan 2–3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Bu, araşdırmalar nəticəsində məlum olub.
Mündəricat
- 1 Azərbaycanda rəqs sənəti
- 2 Xalq rəqslərinin nota salınması
- 3 Azərbaycan rəqslərinin özəllikləri
- 3.1 Qadın rəqsləri
- 3.2 Kişi rəqsləri
Azərbaycanda rəqs sənəti
Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət reqslərlə həyata keçirirdilər. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir.
Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var. Azərbaycanıın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla Milli rəqsi xeyli inkişaf etdirə biliblər. Bu rəqslər vasitəsilə hər kəs öz daxilində mənini tapır, xalqına məxsus olan mənəvi-əxlaqi dəyərləri dərk edə bilər. [1]
Xalq rəqslərinin nota salınması
Azərbaycan rəqslərinin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkün oldu. Bu Kabinet xalq musiqisinin, eləcə də rəqslərin toplanması və nota yazılmasına aid iş planını sözü gedən vaxtdan həyata keçirməyə başlayır. Məşhur müğənni, xalq musiqisinin dərin bilicisi Bülbül bu elmi-tədqiqat kabinetinə rəhbərlik edirdi. Onun E.T.M.K-nin işində, folklorun toplanıb çap olunmasında müstəsna xidmətlərini qeyd etmək lazımdır.
İlk toplunun çapı 1937-ci ilə aiddir. “Azərbaycan rəqs havaları” adlanan bu toplu Səid Rüstəmov tərəfindən hazırlanıb [2] . Məcmuəyə 30 rəqs daxil edilib. Bunlar ən məşhur rəqslərdir. Bu gun də həmin rəqslər öz təravətini itirməyib. Bu məcmuə S. Rüstəmov tərəfindən 1950-ci ildə yenidən redaktə edilmiş və nəşr olunmuşdur (Bakı, Azərbaycan Dövlət musiqi nəşriyyatı).
1951-ci ildə Azərbaycan Dövlət Musiqi nəşriyyatı tərəfindən Tofiq Quliyev, Zakir Bağırov və Məmməd Saleh Ismayılovun not yazılarına əsasən “Azərbaycan xalq rəqsləri” toplusu buraxıldı [3] . Toplunu redaktə edən və ona ön söz yazan bəstəkar S. Rüstəmov idi. Bu məcmuəyə qədim xalq rəqsləri daxil edilmişdi.
1954-cü ildə Rauf Hacıyev zurnaçı Əli Kərimovun çalğısından “Sünbülü” və “Yarış” rəqslərini nota salıb və piano üçün işləyib. Bu rəqslər əsasən konsert pyesi kimi maraq doğurur. [4]
Azərbaycan rəqslərinin özəllikləri
Melodik quruluşu etibarı ilə azəri məqamları əsasında yaradılan Azərbaycan xalq oyun havaları bir qayda olaraq ritmik ardıcıllığa və müəyyən ölçünün (vəznin) daimi surətdə təkrarlanmasına əsaslanır.
Azərbaycan rəqslərinin ritmik çevrəsi bir çox hallarda daxilən ikiqisimli zərblə üçqisimli zərbin ardıcıl surətdə növbələşməsi əsasında təşkil olunur. Yəni əsas etibarilə əksərən 6/8 (ikiqisimli) musiqi ölçüsündə olan eyni oyun havasının ritmik quruluşu 3/4 (üçqisimli) ölçü ilə növbələşir. Bu da Azərbaycan xalq rəqslərinin orijinallığını və gözəl bir xüsusiyyətini təşkil edir [5] .
Qadın rəqsləri
Bir qayda olaraq, Azərbaycan qadın rəqsləri üç hissədən ibarət olub quş pərvazını, nazlı sonaların süzən hərəkətlərini xatırladır:
- birinci — dövrə boyu sürətlə gediş,
- ikinci — lirik hissə. Bir nöqtədə dayanaraq rəqsi davam etdirmək — “süzmək”, bu hissədə ayaqlar, demək olar ki, hərəkətsiz qalır, gövdənin yuxarı hissəsi isə öz özündən nazlanır kimi ədalar göstərir.
- üçüncü — yenə dövrə boyu sürətlə, təntənəylə və böyük coşqunluqla gəziş.
Keçmişdə qadınlar uzun tumanda gəzdikləri üçün rəqs hərəkətlərinin texnikası çox da inkişaf edə bilmirdi. Buna görə bütün diqqət bədənin yuxarı hissəsinin: qolların, çiyinlərin, başın və üzün (qaş-gözün) hərəkətlərinin gözəlliyinə verilirdi. Azərbaycan rəqslərində qolların vəziyyətləri olduqca mükəmmləl işlənmiş və yüksək dərəcəyə qaldırılmışdır. [6]
Kişi rəqsləri
Qadın rəqslərindən fərqli olaraq, kişi rəqslərində ayaqların hərəkət texnikası böyük rol oynayır və o qədər inkişaf etdirilir ki, rəqqaslar asanlıqla barmaq üstdə dayana bilirlər. Bu cəhətdən Qazağı rəqsi çox səciyyəvidir.
2013-cü ildə buraxılmış poçt markasında “Tərəkəmə” rəqsi
Azərbaycan xalq rəqsləri, bir sıra müxtəlif rəqslər ki nəsildən nəsilə xalq arasında qalıb və getdikcə inkişaf edib. Bunların bəzisi əslində dini mərasim üçün və ya müharibəyə hazırlığı üçün yaradılsada sonralar yalnız şənlik məclislərində göstəriliblər.
Azərbaycan xalq rəqslərinə “Qazağı”, “Heyvagülü”, “Lalə”, “Qızılgül”, “İnnabı” və sairələrini misal gətirə bilərik. Bununla yanaşı “Dərbəndi”, “Aşqabadi”, “Əsgərani”, “Qars” və digər milli rəqslərimiz də var ki, onlar Azərbaycanın coğrafi adlarını özündə yaşadırlar. Azərbaycan xalq oyun havası olan “Şalaxo” isə şən, nillli, qıvraq rəqs musiqisidir. Bu sözün mənası şalaxo-şələküm (daha dəqiq desək, şələkə yüküm) sözü uzun illər ərzində çox dəyişilərək təhrif olunub.
Mövzusuna görə rəqslər 6 yerə bölünür:
- mərasim rəqsləri — toy, bayram, önəmli olayla bağlıdır:
- bayram rəqsləri — Novruz bayramıyla bağlı olan Novruzu, Kos-kosa, Xıdır İlyas, Qodu-qodu rəqsləri
- toy rəqsləri — çalınan Məzəli rəqs, Qıtqılıda, Mirzəyi, Vağzalı
- siyasi-iqtisadi həyatla bağlı — Aeroplanı, Ekspress, Torqsin.
- uşaqlar üçün — Bənövşə, Bir quşum var,
- lirik
- əşyalarla rəqs — Qavalla rəqs, Yaylığım, Nəlbəki, Xonça, Dəsmalı, Xəkəndazı.
- təbiətə həsr olunmuş — Turacı, Ceyranı, Şalaxo, Keçməməsi, Qafqazı, Lalə, Qusarçay və b.
- məzəli, satirik
- etiraz rəqsləri.
Məmməd Saleh İsmayılov bütün rəqsləri ifa tərzinə görə üç qrupa bölür:
- tək (solo)
- cüt (duet)
- kollektiv (qrup).
Ritminə görə rəqslər 3 cür olur:
- ağır, aram — Mirzəyi, Turacı, Uzundərə və s. — əsasən yaşlı qadın ya kişilər tərəfindən oynanılır.
- yüngül şən — Tərəkəmə, Brilliant (rəqs), Ceyranı və. — əsasən gənc qadın ya kişilər tərəfindən oynanılır.
- cəld — Qaytağı, Ləzginka, Qazağı, Xançobanı[9] .
Bəzi rəqslərin adı hərəkətlərlə bağlıdır: Süzmə, Kəsmə, Atlanma, Çolağı.
Bayram Hüseynli musiqi müşayiətinə görə rəqsləri 3 yerə ayırır:
- vokal (səsli) — ən qədim rəqs forması
- vokal-instrumental (səsli-çalğılı)
- instrumental (çalğılı) — rəqsin ən çağdaş inkişaf aşaması.
Filmoqrafiya
- Abşeron ritmləri (film, 1970)
- Afrika görüşləri (film, 1961)
- Azərbaycan incəsənəti (film, 1970)
- Bakı Xoreoqrafiya Məktəbi 2005 (film, 2005)
- Beş dəqiqəlik konsert (film, 1941)
- Doğma torpaq, Azərbaycan (film, 1960)
- Güllələnmiş heykəllər (film, 2002)
- Qafqaz rəqsi (film, 1898)
- Xalq təranələri (film)
- Mahnı qanadlarında (film, 1972)
- Məktuba cavab (film, 1944)
- Nəğməkar torpaq (film, 1981)
- Sahilsiz gecə (film, 1989)
- Sevinc (film, 1968)
- Suvenir (film, 1972)
- Şur (film, 1967)
- Toyda görüş (film, 1970)
- Ulduz (film, 1964)
Похожие статьи
-
Azerbaycan xalq rəqsləri Ritminə görə rəqslər 3 cür olur: Azərbaycan rəqsləri Azərbaycan rəqsləri — özündə qədim və zəngin tarixi daşıyır. Eramızdan 2–3…
-
Azərbaycan xalq cümhuriyyəti 1 cild
Azərbaycan Demokratik Respublikası Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı…
-
Azərbaycan xalq musiqisinin əsasları
Azərbaycan xalq musiqisinin əsasları НЕКОТОРЫЕ НАПРАВЛЕНИЯ ИССЛЕДОВАНИЙ АКУСТИЧЕСКИХ СВОЙСТВ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ МУЗЫКИ Üzeyir Hacıbəyov — müasir…
-
Azərbaycan xalq musiqi yaradıcıllığı
Azərbaycan xalq musiqisi Gözəl ifaçı, tanınmış pedaqoq və ansambl rəhbəri olmaqla yanaşı, Ə.Bakıxanov həmçinin də bəstəkar kimi də sevilirdi. Onun bir…
-
Azərbaycan xalq cümhuriyyəti dövründə hökümətin daxili siyasəti
Azərbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ DÖVLƏt-din münasiBƏTLƏRİ Ceyhun MƏMMƏdov M.B.Məmmədzadə yazırdı ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və…
Comments are closed, but trackbacks and pingbacks are open.