Press "Enter" to skip to content

Erotik xalq nağılları, yaxud uşaqlarımız nə oxuyur? FOTO

Tatarıstan Respublikası qubernatorluğa çevrilir – AÇIQLAMA

Balaca rəssamların Azərbaycan xalq nağılları əsasında çəkdikləri əsərlər nümayiş olunacaq

İyunun 13-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “İnkişaf və Dünya” İctimai Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə “Azərbaycan xalq nağılları uşaqların səsi və rəsmləri ilə” adlı tədbir təşkil olunacaq.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İyunun 13-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “İnkişaf və Dünya” İctimai Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə “Azərbaycan xalq nağılları uşaqların səsi və rəsmləri ilə” adlı tədbir təşkil olunacaq.

İdarədən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd uşaqların və yeniyetmələrin Azərbaycan xalq nağıllarına maraqlarını artırmaq və nağıllarımızı yaşatmaq, uşaqların nitq qabiliyyətlərini üzə çıxartmaqdır.

Tədbirdə bu ilin yanvar-aprel aylarında “İnkişaf və Dünya” İctimai Birliyinin təşəbbüsü ilə 7, 27, 83, 125, 145 və 160 saylı orta məktəblərin iştirakı ilə Azərbaycan xalq nağıllarına həsr olunmuş oxu yarışmasının nəticələri elan ediləcək və qaliblər mükafatlandırılacaq.

Erotik “xalq nağılları”, yaxud uşaqlarımız nə oxuyur? – FOTO

İnternet dövrünün uşaqlarını “Cırtdan”la, “Şəngülüm-şüngülüm”lə, “Tıq-tıq xanım”la aldatmaq mümkün deyil. Onları, ümumiyyətlə, aldatmaq mümkün deyil, müasir uşaqlar daha dolğun, daha həyati ədəbi nümunələr axtarır, orada öz dünyalarını, fantaziyalarını görmək istəyirlər. Lakin kitab mağazalarında satılan uşaq ədəbiyyatı nümunələrinin əksəriyyəti, təəssüf ki, bu tələblərə cavab vermir.

Araşdırdığımız uşaqlar üçün nəzərdə tutulan xalq nağılları nümunələrinin əksəriyyətinin redaktə olunmadan çapa verdiyinin şahidi oluruq. Müasir müəlliflər tərəfindən yaradılan uşaq ədəbiyyatı nümunələrinin böyük hissəsi isə bəsit, dayaz, bir çox hallarda isə qeyri-etik ifadələrlə dolu, bəzən müxtəlif dini təriqətlərin təsiri ilə yaradılmış nümunələrdir.

Bəs erotik elementlərin, qeyri-etik ifadələrin, zorakılıq səhnələrinin uşaq ədəbiyyatında yer almasına görə kim məsuliyyət daşıyır? Ümumiyyətlə, uşaqların oxuduğu kitablara nəzarət edən qurum varmı?

Milli.Az xəbər verir ki, virtualaz.org bu suallara cavab axtarıb.

“Azərbaycan xalq nağılları”nı uşaqlarıma qadağan eləmişəm. “

9-10 il əvvəlki dövrlə müqayisədə uşaq ədəbiyyatı nümunələrinin çox olması yaxşı hal olsa da, kitablara nəzarətin olmaması ciddi problemlər yaradır. Elə bu səbəbdən də əksər valideynlər uşaqlara kitab alarkən seçim qarşısında qalırlar. Valideyn Lətafət Musayeva deyir ki, uşaqlarına Azərbaycan xalq nağıllarını oxumağı qadağan edib:

“Uşaqlara “Azərbaycan xalq nağılları” kitabınının I və II cildlərini almışdım. Alanda sevindim ki, daha onları televizor və internetdən uzaq tuta biləcəyəm. Amma 9 yaşlı oğlum birinci nağıla başlar-başlamaz anlaşılmaz dialekt sözlərinin mənasını soruşdu. Doğrusu, onları heç özüm də bilmirdim. Amma bu, hamısı deyil, oxuduğu nağılda elə dəhşətli səhnələr var idi ki, ondan sonra kitaba qadağa qoydum”.

Həmsöhbətim deyir ki, əgər nağıllar uşaqlar üçündürsə, onda qeyri-etik ifadələr, dialekt sözləri, zorakılıq səhnələri oradan yığışdırılmalıdır.

Valideynlər həm də müasir müəlliflər tərəfindən yaradılan uşaq ədəbiyyatı nümunələrindən narazıdırlar. Onların sözlərinə görə, müəllif nağıllarının böyük əksəriyyəti mənasız söz yığınından ibarətdir. Əslində, uşaqlar üçün kitablar xüsusi qaydada hazırlanmalı olsa da, nə müəllif, nə tərtibatçı, nə redaktor, nə də nəşriyyat özündə məsuliyyət hiss etmir.

“Kitabevim.az” mağazasının əməkdaşı Elnur Novruzov da bizimlə söhbətində eyni problemlə üzləşdiklərini deyir. Onun sözlərinə görə, dəfələrlə uşaq nağıl kitabları alan valideynlərin şikayətləri ilə rastlaşıblar.

“Valideynlər ən çox uşaq nağıllarında qeyri-etik ifadələrin işlənməsindən narahatdırlar. Bəzən uşaqların yaşına uyğun olmayan “18+” kateqoriyalı ifadələrlə yanaşı, qəddarlıq, zorakılıq səhnələri də olur. Biz də hesab edirik ki, valideynlər haqlıdırlar, amma belə hallarla mübarizə aparmağın yolunu bilmirik. Bilmirik hara, kimə şikayət edək”, – deyə E.Novruzov bildirir.

“Əksər özəl nəşriyyatlarımızda redaktor yoxdur”

Ədəbiyyatşünaslar hesab edirlər ki, istər böyüklər, istərsə də uşaqlar üçün nəzərdə tutulmuş nağıl kitablarında pornoqrafik səhnələr olan hissələr varsa, bunlar ya boş buraxılır, ya da onların əvəzinə nöqtələr qoyulur. Ümumi kütlə üçün nəzərdə tutulan və satışa buraxılan nağıl kitablarında Azərbaycan mentalitetini, mədəniyyətini bilən mütəxəssislər tərəfindən həmin bu bölmələrin ixtisarı aparılır.

Təhsl eksperti Əjdər Ağayevin virtualaz.org-a bildirdiyinə görə, uşaqlar üçün nəzərdə tutulan nağıllarda nəinki qeyri-etik ifadələr, ümumiyyətlə, kobud sözlər belə işlədilə bilməz. Belə ifadələr “Min bir gecə nağılları”, “Kəlilə və Dimnə” və digər böyüklər üçün olan nağıllarda istinadır.

“Bu məsələdə nəşriyyatlar məsuliyyət daşıyır. Əslində, nəşriyyatlar nəşriyyat rolunu oynamır, kitab çapı mexaniki funksiya daşıyır. Bizim özəl nəşriyyatlarımızın böyük əksəriyyətində redaktor yoxdur. Onlar belə ifadələri çıxarmalıdırlar. Bundan başqa, ictimai nəzarət olmalıdır. Nəşriyyat redaktorları ştatları işləməli və onların məsuliyyəti artırılmalıdır”.

Ə.Ağayevin sözlərinə görə, elmi əsərlərin çapında elmiliyin gözlənilməsi, plagiatın olmaması, elmiliyə söykənən əsərlərin yazılmasına nəzarət edilməlidirsə, ədəbi-bədii əsərlərdə onun sənətkarlıq xüsusiyyətlərinə, ideyasına, dilinə nəzarət edən qurum olmalıdır.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Azərbaycan xalq nağılları uşaqların gözü ilə

Bakı, 26 may, Flora Şükürova, AZƏRTAC
Mayın 26-da “İnkişaf və dünya” İctimai Birliyinin təşəbbüsü, Məmməd Rahim adına 7 nömrəli orta məktəbin təşkilati dəstəyi ilə “Azərbaycan xalq nağılları uşaqların gözü ilə” adlı layihə çərçivəsində hazırlanmış rəsm toplusunun kitab halında nəşr edilməsi ilə bağlı “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, paytaxt məktəblərinin xarici dil müəllimlərinin iştirakı ilə keçirilən “dəyirmi masa”da ictimai birliyin sədri Namazəli Mustafayev layihənin əhəmiyyətindən və rəsm toplusunun nəşr edilməsinin zəruriliyindən danışıb. Bildirib ki, nağıllar folklorumuzun ən önəmli janrlarından biridir. “Ölkəmizdə bu sahənin tədqiqinə xüsusi diqqət və qayğı göstərilir. Uşaqların bu layihəyə cəlb edilməsi həm onlarda vətənpərvərlik duyğularının güclənməsinə, həm də nağıllarımızın yaşadılmasına xidmət edir. Xüsusi qeyd etmək istərdim ki, bu gün mənfur qonşularımız Azərbaycanın bir çox mədəniyyət nümunələrini mənimsəyərək öz adlarına çıxırlar. Rəsm toplusu ingilis dilində nəşr edilərsə, Azərbaycan xalq nağıllarının dünya ictimaiyyətinə təbliğinə töhfə vermiş olar. Biz çalışdıq ki, uşaqları bu istiqamətə yönəldək və nağıllarımızı gələcək nəsillərə çatdıraq. Hazırda bu istiqamətdə 80-dək rəsm toplanıb”, – deyə N.Mustafayev qeyd edib.
İctimai birliyin sədri diqqətə çatdırıb ki, Azərbaycan xalq nağıllarının motivləri əsasında uşaq təfəkkürünün məhsulu olan istər sadə, istərsə də mürəkkəb və rəngarəng kompozisiyalara əsaslanan, süjetli təsvir nümunələrindən ibarət silsilə rəsm toplusu artıq hazırdır. Rəsm toplusuna əsrlər boyu xalqımızın yaddaşında qalan və sevilən nağıllar daxil edilib.
Sonra müəllimlər çıxış edərək, Azərbaycan xalq nağıllarının yaşadılması baxımından layihənin əhəmiyyətini vurğulayıblar.
“Dəyirmi masa” müzakirələrlə başa çatıb.

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub

10 Mart 2023 13:18

Avroviziyada ölkəmizi təmsil edən əkiz qardaşlar kimdir? – VİDEO

09 Mart 2023 12:09

​”Avroviziya-2023″də Azərbaycanı əkiz qardaşlar təmsil edəcək – FOTO

09 Mart 2023 12:03

Azərbaycan filmi Fransada 3 mükafat qazandı

08 Mart 2023 10:02

Tofiq Kazımovun 100 illiyi qeyd ediləcək

03 Mart 2023 15:58

Mədəniyyət nazirinin birinci müavini AYB rəhbərliyi ilə görüşüb – FOTO

03 Mart 2023 09:54

Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu
Rusiyanın YENİ PLANI:

Tatarıstan Respublikası qubernatorluğa çevrilir – AÇIQLAMA

Sənətə öz gücümlə gəlmişəm, bəziləri kimi başqa yollardan keçməmişəm –

aktrisa Arzu Abdulova ilə MÜSAHİBƏ

“Heç vaxt ölməyən insanlar var”

– 1 daşla 9 quş

“Özüm daha heç nəyə, heç kimə güvənmirəm”

– Tanınmış teleaparıcıdan İNANILMAZ cavablar

​“SOCAR PETROLEUM”-dan bilinənlər və bilinməyənlər
​Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarından REPORTAJ
“Jurnalist sorğusuna diqqətlə yanaşmaq, operativ reaksiya vermək lazımdır”

– Qulu Xəlilovla MÜSAHİBƏ / Fotolar

“Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur”

– Azərbaycanlı müğənnidən FLAŞ açıqlamalar / MÜSAHİBƏ

“Çox çətin uşaqlığım olub”

– Niyaz Niftiyevlə müsahibə / FOTOLAR

“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir”

– Səlim Babullaoğlu ilə müsahibə / FOTOLAR

​Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur? –

Ümumi cərrahla MÜSAHİBƏ / FOTOLAR

Похожие статьи

  • Azərbaycan xalq cümhuriyyəti

    Azərbaycan xalq cümhuriyyəti Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və…

  • Azərbaycan xalq cümhuri yyəti

    Azərbaycan Xalq Cümhuriyyəti – DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ 27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib….

  • Azərbaycan xalq cümhuriyyəti haqqında məqalələr

    Azərbaycan xalq cümhuriyyəti haqqında məqalələr Ceyhun AĞABƏYOV, 28. 04.2018 Azərbaycan Xalq Cümhuriyyəti – 100 il Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin…

  • Azərbaycan xalq cümhuriyyəti dövründə iqtisadiyyat

    Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə…

  • Azərbaycan xalq yaradıcıllığı

    Azərbaycan xalq yaradıcıllığı Gülara, saya gəlməz, yazsaq dəftərə Şifahi xalq yaradıcılığı Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin…

Comments are closed, but trackbacks and pingbacks are open.