Press "Enter" to skip to content

Su qıtlığının günahkarları kimlərdir – AÇIQLAMA – VİDEO

AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, 1000-dək frazeoloji vahidi əks etdirən lüğətin istər müqayisəli leksikoqrafiyanın inkişafı, istərsə də beynəlxalq mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti olduqca böyükdür.

Fransızca-Azərbaycanca frazeoloji lüğət çap olunmuşdur

Bakı, 11 oktyabr (AZƏRTAC). AMEA Hüseyn Cavid ev-muzeyinin əməkdaşı Nigar Babaxanovanın “Fransızca-Azərbaycanca frazeoloji lüğət” kitabı “Proqres” nəşriyyatında çapdan çıxmışdır.

AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, 1000-dək frazeoloji vahidi əks etdirən lüğətin istər müqayisəli leksikoqrafiyanın inkişafı, istərsə də beynəlxalq mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti olduqca böyükdür.

Müasir Azərbaycan və fransız dillərində frazeoloji birləşmələrin müqayisəli araşdırılması həm də ona görə əhəmiyyətlidir ki, belə araşdırma həmin dillərin qanunauyğunluqlarını müəyyənləşdirməyə, onların leksik-semantik inkişafı haqqında düzgün təsəvvürün formalaşmasına kömək edir.

Lüğət fransız dilini öyrənənlər, magistr və dissertantlar, mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Kitabın redaktoru Fransanın Renn Universitetinin professoru Tahar Aifa, elmi rəyçisi AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovdur.

Su qıtlığının günahkarları kimlərdir – AÇIQLAMA – VİDEO

“Kür çayının qurumasının əsas səbəbi qlobal iqlim dəyişikliyi deyil, su sərfiyyatının artması və düzgün idarə edilməməsidir”.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, bu sözləri ekoaktivist Cavid Qara deyib.

Onun sözlərinə görə, su sərfiyyatının kəskin şəkildə artmasının əsas səbəbi isə daha öncə suvarılmayan isti iqlim şəraiti olan qış otlaqlarının intensiv suvarılmaya cəlb olunmasıdır.

Ekofəal deyib ki, bu vəziyyətin yaranmasına görə iri biznesmenlər günahkardırlar. Çünki onlar minlərlə hektar ərazidə ənənəvi selləmə qaydasında suvarma həyata keçirirlər. Bu da kütləvi su itkisinə səbəb olur.

O ki qaldı vəziyyətdən çıxış yollarına, ekofəal Cavid Qara hesab edir ki, ölkəmizdə su resurslarına uyğun kənd təsərrüfatı modelı qurulmalıdır. Xüsusilə pambıqçılıq, taxılçılıq və birillik bitkilərdən imtina edərək tərəvəzçilik, intensiv bağçılıq və istixanalar kimi gəlirli sahələrə yönəlmək lazımdır. Bundan başqa, torpaq örtüklü kanallar beton örtüklərlə əvəz olunmalı, suvarılmada müasir və qənaətli texnologiyalar tətbiq edilməlidir. Həmçinin ödənişli suvarılma sisteminə keçid də tətbiq oluna bilər.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Riad Axunzadə isə “Xəzər Xəbər”ə açıqlamasında Kürün suyunun azalmasında birinci səbəb kimi iqlim dəyişikliklərini göstərsə də, ikinci səbəbin əkin sahələrinin artması olduğunu deyib. Bundan başqa, fermerlərin selləmə suvarmadan istifadə etmələri, torpağa aqrotexniki qulluq göstərməmələri də suyun ərazilərdə itkiyə getməsinə səbəb olur.

Dil məsələsi: necə yazaq, necə danışaq? – ARAŞDIRMA

Bu gün günümüzdə əksər insanlar başqa dillərə maraq göstərir. Yeni dil öyrənmək çox yaxşıdır. Lakin öz dilimizi də unutmamalyıq.

Dil öyrənmək üçün ən yaxşı yollar bunlardır:

1. Dili həmin ölkədə öyrənin.
2. Xarici seriallara və filmlərə altyazılı baxın.
3. “Youtube” videolarından yararlanın.

4. Sevdiyiniz mahnıları tərcümə edin.

5. Asan kitablar oxuyun.
6. Öyrəndikləriniz haqqında özünüzlə danışın.
7. Öz lüğət dəftərinizi yaradın.

Xarici dil öyrənmək digər insanları başa düşməyinizi asanlaşdırır. Həmçinin, bu yolla fərqli mədəniyyətləri tanıyaraq dünyagörüşünüzü genişləndirə bilərsiniz. Öyrəndiyiniz dilin texnoloji və mədəni inkişaflarını yaxından izləyə bilərsiniz. İş həyatında daha uğurlu ola və rəqiblərinizdən bir addım öndə ola bilərsiniz.

Dil öyrənmək beyniniz üçün əla məşqdir. Çoxdilli olmaq sizi çox tapşırıqları yerinə yetirməkdə daha yaxşı edir və yaddaşınızı yaxşılaşdırır. Sosial mediaya asan girişi təmin edir.

Dilimizi xarici dillərin təsirindən xilas etmək üçün nə etmək lazımdır?

– Gündəlik həyatımızda öz sözlərimizdən istifadə etməliyik.
– Yad sözlərdən istifadə etməməyə diqqət etməliyik.
– İş yerlərinin adları və istifadə etdikləri lövhələr azərbaycanca olmalıdır.

Dilimizi niyə qorumalıyıq?

Çünki fikirlərimizi, hisslərimizi, arzularımızı dilimiz vasitəsilə başqalarına çatdırırıq. Danışdığımız, yazdığımız dili yad sözlərin hücumundan qorumalıyıq.

Dilimiz haqqında Bəxtiyar Vahabzadənin belə bir şeiri var:

Ey öz doğma dilində danışmağı ar bilən, fasonlu ədəbazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun.

Bu gün bir çoxları öz dilində danışmağa sanki utanır. Əsasən də gənclər, ingiliscə və rusca sözlərə üstünlük verirlər. Bəs, buna səbəb nədir? Dilimizi necə qoruyaq? Bu gün günümüzdə mağazaların, restoranların, hətta küçələrin adları belə xarici dildədir. Buna səbəb nədir? Niyə məkanlarda yerli adlara deyil də, daha çox xarici adlara üstünlük verirlər? SİA mövzu ilə bağlı araşdırma apararaq ekspertlərin fikirlərini öyrənib.

Qeyd edək ki, araşdırma üçün İçərişəhər və Sahil metrostansiyası ətrafında olan mağaza, butik və digər obyektlərin adlarına diqqət etdik.

Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri: “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən 2021-ci il ərzində 6000 reklamın yayımı dayandırılıb ki, bunun da 1200-ü (20%-i) Dövlət dili normalarının pozulması ilə bağlı olub. Aparılan monitorinqlərin nəticəsinə görə, demontaj olunan bu reklamların 47%-i orfoqrafik səhvlərlə bağlı, yalnız xarici dildə yazılıb, azərbaycanca qarşılığı olmayan reklamların faiz dərəcəsi 42, xarici dillərdə yazılan reklamlarda orfoqrafik səhvlərə yol verilmiş reklamlar isə 11% təşkil edib.

Açıq məkandakı reklamlarda dövlət dilinin qorunması məqsədilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) təşəbbüsü ilə Bakı Şəhər İcra Hakimiyyəti, Nəsimi adına Dilçilik İnstitutu, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarından ibarət birgə komissiya yaradılıb. Komissiyanın da təklifləri nəzərə alınaraq, ADRA tərəfindən “Dilimizə xatir dillən” kampaniyası həyata keçirilib. Bu mövzuda hazırlanan video-çarx şəhərdəki reklam qurğularında və sosial şəbəkələrdə nümayiş olunub.

Sahibkarlar arasında maarifləndirmə işləri hazırda da davam etdirilir. Qurum açıq məkandakı reklamlarda dövlət dilinin təşviqi və ondan düzgün istifadə qaydaları ilə bağlı xüsusi broşürlər hazırlayıb. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gələn broşürlərin Bakı ilə yanaşı regionlardakı sahibkarlara paylanılıb. Məlumat vərəqələrində “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Reklam haqqında” qanunların müddəalarından çıxarışlar, eləcə də reklamlarda ədəbi dil normalarından istifadə üçün əyani misallar yer alıb.
Bu işdə ictimaiyyətin dəstəyinə də ehtiyacımız var. Vətəndaşlarımızdan açıq məkanda Dövlət dili normalarına uyğun olmayan reklamlara rast gəldikdə onların şəklini çəkib #ADRAgovaz, #monitorinqmerkezi həştəqləri ilə paylaşmasını, eləcə də hər iki qurumun sosial şəbəkələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik”.

Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub: “Bir xalqın öz dilini sevməsi yüksək mədəniyyətdir. Maraqlıdır, Avropanın ən inkişaf etmiş iki ölkəsi – Almaniya və Fransada insanlar ingilis dilində deyil, öz dillərində danışmağa üstünlük verirlər. Özüm şəxsən buna şahid olmuşam. Buradan mühüm bir nəticə alıram: iqtisadi-texnoloji baxımdan inkişaf xalqlarda özgüvən yaradır öz dillərinə qarşı və doğma dillərini üstün tuturlar. Yadımdadır, 1998-ci ildə Fransada Futbol Çempionatında ölkələrin adları efirdə fransızca yazılırdı və bu müəyyən etirazlara səbəb olmuşdu.

Bəs biz niyə rus və ingilis dillərinə bu qədər aşiq olmuşuq? Bizdə hələ də bəzən rus dilində danışmaq yüksək mədəniyyət göstəricisidir. Halbuki, sırf dil bilmək üstünlük deyil. Belə olsaydı, həmin ölkələrdə yerli insanların hamısı rus və ingilis dilində danışdıqları üçün mədəni insanlar olardılar. Amma təbii ki, belə deyil. Onların arasında cinayətkarlar da var.

Məncə bizdə insanlarımızın bəzisində xarici dillərə aşırı sevginin kökündə məhz bu amil dayanır. Biz xarici dildən istifadə edirik ki, özümüzü mütərəqqi göstərək.

Nə etməli? İki yol var. Biri inzibati nəzarətdir. Dövlət qarşısını almalıdır. İkinci və daha mühüm: biz inkişaf etməliyik. Belə olan halda əmin olun, özgüvənimiz çoxalacaq və daha başqa dildə danışmağı özümüzə yaraşdırmayacağıq”.

Təhsil eksperti Kamran Əsədov: “İlk növbədə qeyd edim ki, rus bölməsinə olan əgər artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir. Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar.

Bir faktı deyim ki, hal hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir.

Bunlarla yanaşı Ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı: Azərbaycan bölməsi üzrə respublika üzrə 1.428.608 nəfər şagird, rus bölməsində 131.412 nəfər, gürcü dili bölməsi üzrə 1.114 nəfər, ingilis dili bölməsi üzrə 5.457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1.567.016 nəfər şagird qeydə alınmışdır. Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir.

Rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir.
Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir.

Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur.
İlk öncə öz rəyimi bildirəcəm. Son 70 ildə Rus dilinin önəmliyi olduqca yüksək idi, bu danılmazdır. Mütəxəssislərimizin bir qismi rusca daha rahatdır nəinki Azərbaycan dilində.

Təhsil sistemimizdə Rus dilinin oynadıǧı rol böyük idi. Nəyə isə nail olmaq üçün gərək rusca səlis danışasan, varlı qohumun yaxud da qabiliyyətin yoxdursa.

Hər bir insan nə qədər cox dil bilirsə bir o qədər de onun ucun yaxşıdır.O ki,qaldi rus dilinə,gəlin yaddan çixartmayaq ki,dünyanin quru erazisinin 6/1 hissəsinin insanlari bu dildə danişırlar.Bu dildə həddindən artiq informsiyalar vardir.Bir məqamə qeyd edim ki, indi tələbat ingilis dilinədir, ancaq ingilis dilində pulsuz təhsil verən məktəb olmadığı üçün rus dilində təhsil alan uşaqlar isə məktəbi bitirəndə artıq ən azı 2 dildə – Azərbaycan və rus dillərində danışa bilirlər. Amma “İngilisdilli məktəblər üçün yetərincə müəllim resursu yoxdur, bunun ənənəsi yoxdur. Amma ənənə yaradıla bilər. Çox təəssüflər olsun ki, Müstəqil ölkənin təhsili öz dilində yetərli olmadığından insanlar başqa dildə təhsilə üstünlük verirlər.Hazırda ölkəmizdə rəsmi olaraq tədris iki dildə aparılır, Azərbaycan və Rus. Bundan başqa isə Türk, Fransız dövlətlərinin dəstəyi ilə fəaliyyət göstərən bir neçə məktəb var. Amma görünən odur ki, qeyri-rəsmi də olsa ingilis dilli tədrisə ciddi maraq var və bu da özəl təhsil sektorunda özünü aydın şəkildə göstərməkdədir. Belə ki, İngilis dilində tədris də bir neçə formada həyata keçirilir, ya hansısa beynəlxalq məktəblər, ya da Azərbaycan və Rus bölməsi ilə yanaşı, İngilis dili bölməsində də tədris verən məktəblər. Rus bölməsinə münasibət birmənalı deyil, lakin buna baxmayaraq, valideynlərimiz övladlarının gələcəyini rahat etmək baxımından rus bölməsinə müraciət edir, bunu isə bəzən ödənişsiz ingilis bölməsinin ölmaması ilə əlaqələndirənlər də var. Çünki əmindirlər ki, rus dilini bilən insan üçün ən azından MBD ölkələrinə, müəyyən ədəbiyyata bu vasitə ilə daha tez çıxmaq olur ki, bu da savadlı insan kimi yetişməyin yolunu asanlaşdırmış olur. Əminik ki, rus bölməsi ilə bərabər dövlət məktəblərində ingilisdilli bölmələr olsa, rus bölməsinin reytinqi birdən-birə aşağı düşər. Lakin Rus bölmələrinin olması ideoloji baxımdan nə qədər ürəkaçan olmasa da, Rusiya kimi böyük bir dövlətin qonşususansa, iqtisadi əlaqələr baxımından bu dilə münasibət həmişə yaxşı olacaq. İstənilən halda, bir neçə dil bilməyin heç bir ziyanı yoxdur.Əgər övladınız rus bölməsində təhsil alırsa, bu o deməkdir ki, sonda Azərbaycan dövlətinin attestatını alacaq, həm yerli, həm də xarici universitetlərdə təhsilini davam etmə şansı olacaq. Çünki rus bölməsinin şagirdləri Azərbaycan bölməsi ilə eyni hüquqa malikdir, eyni kurikulumla təhsil alır, burada sadəcə tədris dili fərqlidir. Üstəgəl Azərbaycanda dövlət məktəblərində də rəsmi olaraq rus bölməsi var ki, bu da onların əlavə xərc çəkmədən övladlarının ikinci bir dili öyrənməsinə imkan verir. Bu baxımdan rus bölməsinin avantajı əlbəttə ki, ingilis dilindən çox görünür.

Ölkəmizdə İngilis bölmələrində isə durum fərqlidir. Bu bölmədə özəl liseylər tədrisi beynəlxalq kurikulumla keçir və sonda balabilgələrə (şagirdə) Azərbaycan attestatı verilmir. Çünki ölkəmizdə daha çox IB və Kembric proqramları ilə ingilisdilli tədris verilir ki, bu zaman Azərbaycan kurikulumu tədris edilmədiyi üçün balabilgələrin attestat imtahanına girmə şansları yoxdur. Onu da nəzərə alsaq ki, ölkəmizdə hələlik sadəcə ADA univetsiteti SAT və ya digər beynəlxalq imtahanlarla şagird qəbul edir, deməli, bu balabilgələrin digər universitetlərimizə qəbul olması mümkün deyil. Hətta şagird 9-cu sinifdə ingilis (bura digər dildəki bölmələr də daxildir: türk, alman, fransız) bölməsindən Azərbaycan bölməsinə keçid etmək istəyən zaman, bir sinif geri düşür. Əslində isə geri düşmür, çünki beynəlxalq proqramlarda təhsil 12, bizdə 11 illikdir. Ona görə də valideynlərimiz bunu geri düşmək kimi qəbul edir”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Azərbaycan dilinin saflığının qeydinə qalmaq hər birimizin borcudur. Hamılıqla dilimizi yad təsirlərdən qorumalıyıq.

Təəssüf ki, son illər Azərbaycan dilinə maraq xeyli azalıb. Azərbaycanlılar öz doğma dilində danışmaq istəmir, ya da könülsüz danışırlar. Rus, inglis və digər xarici dillər Azərbaycan dilini üstələyir. Mən bu cür acınacaqlı vəziyyətin yaranmasına görə sıravi vətəndaşalardan çox rəsmi şəxsləri, səlahiyyət sahiblərini qınayıram.

Məmurlarımız hər fürsəttə xarici dil bilmələri ilə öyünür. Hətta bunu, obrazlı desək adamın gözünə soxmağa çalışırlar. Mən hələ görməmişəm ki, hansısa məmur öz ana dilini mükəmməl bilməsi ilə öyünsün. Buna görə də ölkədə rus dilli məktəblərə böyük axın var. Rus dilini bilməyən vətəndaşlarımız da övladlarının bu dildə təhsil almasını istəyir. Bu adamlar düşünürlər ki, uşaqları rus dilini bilməsə, onların parlaq gələcəyi olmayacaq. Sıravi azərbaycanlılar nə qədər ki, bu mənfi tendensiyadan xilas olmayıb, ana dilimizi etinasız münasibətdən xilas edə bilməyəcəyik.

Kafe və restoranların, istirahət mərkəzlərinin, turizm obyektlərinin adlarının xarici dildə olması təəssüf doğurur. Bu cür hallar dilimizə qarşı hörmətsizlikdir. Çox yaxşı olardı ki, mağazalar, restoranlar, turizm mərkəzləri milli-tarixi adlardan istifadə etsin. Niyə hansısa istirahət mərkəzinin adı “Əlincə” deyil “Le Chetau” olmalıdır? Bu cür məsələlərdə həssas davranmaq lazımdır”.

Ayşən Vəli

Похожие статьи

  • Azərbaycanca türkcə lüğət

    Azərbaycanca türkcə lüğət Bir şəkil min sözdən daha dəyərlidir. Mətn tərcümələrinə əlavə olaraq, Glosbe sizi axtardığınız terminləri təqdim edən…

  • Azərbaycanca ingiliscə lüğət

    Azerice – İngilizce çeviri (v1.4 yeni) Bir şəkil min sözdən daha dəyərlidir. Mətn tərcümələrinə əlavə olaraq, Glosbe sizi axtardığınız terminləri təqdim…

  • Azərbaycanca ərəbcə lüğət

    Azərbaycanca sözünün rus dilinə tərcüməsi 27 июля 1951 года пароход «Хоумленд», на который сели четверо друзей, отошел от причала на Ист- Ривер…

  • Azərbaycanca rusca lüğət 3 cilddə formatında

    İsmayılova S. Azərbaycanca-rusca lüğət Mel_Robbins_The_5_Second_Rule_Transform_your_Li(zlibraryexau2g3p_onion).pdf The 5 Second Rule: Transform Your…

  • Azerbaycan turk dili lüğət

    Lüğət azərbaycan dili – türk Glosbe yalnız sizin kimi insanlar tərəfindən yaradılan icma əsaslı bir layihədir. ÇevirSözlük.com | Azerice – Türkçe cümle…

Comments are closed, but trackbacks and pingbacks are open.