Azrbaycanca kitab
Kitablar bizi xəyallar aləminə aparan sadiq dostlarımızdır. Ancaq heç də hər kitab oxucu ilə dost ola bilmir.
Bu postda bir-birindən maraqlı hesab etdiyimiz 10 kitabı sizlərlə paylaşırıq.
Siyahıdakı bu kitablar Azərbaycanda ən çox satılanlar arasında yer alan kitablardır və hər biri öz mövsusuna görə oxucuda maraq və həyacan yaratma potensialına sahibdir.
Pulsuz yükləmələr
Qabusnamə – Ziyarilər xanədanının son hökmdarı Qabus ibn Vəşmgir tərəfindən yazılmış əsər.
Fars ədəbiyyatının qiymətli nümunələrindən olan \”Qabusnamə\” özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Qabusnamə həyatın müxtəlif sahələrinə həsr edilmiş 44 fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, \”Qabusnamə\” başdan-ayağa həyati məsələləri öyrətmək, yaşamaq qayda-qanunlarını, X-XI əsr feodal İran cəmiyyətinin yaşayış normalarına uyğun olaraq, təbliğ etmək arzusundan ibarətdir. \”Qabusnamə\” dünyanın acı-şirinin dadmış, isti-soyuğunu, ara vermədən bir hökmdarın taxta çıxaraq başqa birisinin şahlığını itirdiyini görmüş, müxtəlif təriqətlər, dini çarpışmalar, saray çəkişmələri, ticarət hiyləgərlikləri, insan dəllalığı, qul alveri şahidi və iştirakçısı qoca bir atanın öz oğluna vəsiyyəti-nəsihət kitabıdır.
Kitablar və mütaliə
Bədən Dili kitabından maraqlı sitatlar | Joe Navarro
- Kitablar və mütaliə
- 9 mart 2023, 10:53
İnsanlara toxunmaqdan çəkinən, hələm-hələm sevdiklərini qucaqlamayan insanlara təəssüflə baxıram. Çünki, çox şey itirirlər.
Joe Navarro, Bədən Dili
- Öyrədən həm də öyrənir.
- Görürsən, amma müşahidə etmirsən
- Biz insanlar üçün yalan — «sosial sağ qalma vasitəsi»dir.
- Keçmişim, təhsilim və təcrübələrim sayəsində sizə ətrafınızdakı dünyaya bədən dili üzrə ixtisaslaşmış FTB agenti kimi baxmağı öyrətmək istəyirəm.Çünki hər insanın münasibəti informasiya ilə yüklənmiş canlı və dinamik bir dünyadır.Beləliklə, siz insanların nə düşündüyünü, hiss etdiyini və etmək istədiyini anlamaq üçün bədənin səssiz dilini istifadə etmək imkanına sahib olacaqsınız.
Kitabsevərlər üçün bir-birindən maraqlı 10 kitab
- Kitablar və mütaliə
- 5 mart 2023, 18:37
Kitablar bizi xəyallar aləminə aparan sadiq dostlarımızdır. Ancaq heç də hər kitab oxucu ilə dost ola bilmir.
Bu postda bir-birindən maraqlı hesab etdiyimiz 10 kitabı sizlərlə paylaşırıq.
Siyahıdakı bu kitablar Azərbaycanda ən çox satılanlar arasında yer alan kitablardır və hər biri öz mövsusuna görə oxucuda maraq və həyacan yaratma potensialına sahibdir.
Xalqa necə kitab oxutduraq?
- Kitablar və mütaliə
- 28 fevral 2023, 01:22
Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər (R.Bredberi)
Ata tərəfdən uzaq qohumlarımız var, kəndə yaşayırlar. Ata təsərrüfatla məşguldu, ana isə evdar qadındır. Üç uşaqları var. Adətən, yay aylarında onlara qonaq gedərdik. Bəzən bir həfət onlarda qalırdıq. Bu həftə boyu bir şeyə diqqət etmişdim ki, uşaqlar boş vaxtlarında kitab oxuyurlar. Düzü, təəccüblənirdim. Kənd yerində yaşayan uşaqların mütaliəyə belə güclü həvəsinin olmağı mənə qəribə gəlirdi. Düşünürdüm, indi məktəbdə belə uşaqlara kitabə zorla oxudurlar, qaldı evdə onların könüllü müataliə etməsi…
Niyə kitab oxumuruq?!
- Kitablar və mütaliə
- 17 noyabr 2022, 00:41
Mütəxəssislər bunu ciddi ədəbiyyatın yaranmaması, dil baryeri və texnoloji inkişafla əlaqələndirirlər
İlk kitab çapından beş əsrdən çox vaxt keçir. Yüzilliklər ərzində kitab çapı avadanlıqları, üsulları əsaslı dəyişiblər. İlk dəfə almaniyalı alim İohan Quttenberq tərəfindən 1445-ci il sentyabrın 30-da xristianlığın müqəddəs kitabı «Bibliya» metal lövhələrin köməyi ilə çap olunub.
Kitab oxumağın zərərləri
- Kitablar və mütaliə
- 7 noyabr 2022, 00:10
Tarix boyu dünyanın hər yerində, bütün sivil cəmiyyətlərdə kitab oxumaq müqəddəs bir ayin kimi tanınıb, təbliğ edilib.
Zaman-zaman “kitab oxunmur”, “satılmır”, “oxucu sayı kəskin azalıb” şəklində narahatlıqlar eşidirik. Bu qayğılar bəşəriyyəti, az qala, qlobal isinmə, buzlaqların əriməsi, nüvə bombasının atılma ehtimalı qədər narahat edə bilir.
Azalanda çoxalan xoşbəxtlik – “Minimalizm” kitabı haqqında
- Kitablar və mütaliə
- 10 okyabr 2022, 15:39
Ətrafda səs-küy, qaçaqaç, harasa tez çatmaq istəyi, gec qalmaq qorxusu, varlıq içində yoxluq, yoxluğun bolluğu, sahib olduqlarımızın həzzini, olmadıqlarımızın xiffətini çəkə-çəkə ömür bitir.
Doğulanda balaca qarına, öləndə balaca qəbirə yerləşən insan yaşayarkən yerə-göyə sığmır. Bəs nə edək sualına “Minimalizm” kitabında çox gözəl cavab veriblər.
Kitab oxumaq niyə vacibdir?
- Kitablar və mütaliə
- 2 sentyabr 2022, 00:26
Son dövrlərdə bir çox hadisələr bizə neqativ təsir edir – xüsusən də, stres və səhv qərarlar. Bir neçə il əvvəl nələrisə dəyişsəydik, bu gün bəlkə də daha xoşbəxt olardıq. Xoşbəxtlikdən sağlamlığımızı və rifahımızı qorumaq və yaxşılaşdırmaq üçün mistik iksir və ya milyon dollarlıq məhsul lazım deyil. Sağlam olmaq üçün reseptimiz əlimizin altındadır — sadəcə bir kitab.
Mədəni zorakılıq edən adamlar
- Kitablar və mütaliə
- 10 iyul 2022, 23:55
Təxminən dörd il qabaq Bakının məşhur kitab mağazalarından birində satıcı-məsləhətçi vəzifəsində işləyirdim. Gün ərzində yüzlərlə müştərinin kitab zövqünə uyğun əsərlər məsləhət edirdim, onlar üçün yaxşı üz qabığı olan, yaxşı hekayəsi olan romanlar seçirdim.
İki il bu işlə məşğul oldum. Deyilənə görə, gülərüz və səbrli satıcı olduğum üçün müştərilər mağazaya girəndə məni axtarırlarmış. Özümü tərifləmək istəmirəm, amma həqiqətən, elə adamlara, elə “kitab əhlinə” dözürdüm ki, səbr edib onların nazı ilə oynayırdım ki, kənardan özümə baxsam, ya peyğəmbər kimi görünərdim, ya da Qandi kimi.
Elias Kanetti | Məni formalaşdıran kitablar
- Kitablar və mütaliə
- 13 mart 2022, 17:44
Məktəbə getməyə başladıqdan bir neçə ay sonra bütün gələcək həyatımı müəyyən edən əlamətdar və həyəcanlı bir hadisə baş verdi. Atam mənə bir kitab gətirdi. O, məni biz uşaqlar üçün yataq otağı kimi ayrılmış arxa otağa apararaq izah etməyə başladı. Bu kitab uşaqlar üçün nəşr olunan «The arabian Nights» – «Min bir gecə» idi. Kitabın üz qabığında rəngbərəng bir şəkil vardı, deyəsən, Ələddin və sehrli çırağı idi. Atam mənə ruhlandırıcı sözlər deyir, ciddi tərzdə danışır, kitab oxumağın böyük bir sevinc olduğunu söyləyirdi. O, kitabdan bir əhvalatı ucadan oxuyub dedi ki, bu kitabdakı digər əhvalatlar da bu əhvalat qədər gözəldir. Sonra əlavə etdi ki, oxuduqlarım barədə axşam ona danışım. Bu kitabı oxuyandan sonra başqa bir kitab gətirəcəyini də söylədi. Xahişi təkrarlamağa ehtiyac qalmadı, oxumağı yenicə öyrənməyimə baxmayaraq, bu ecazkar kitabı əlüstü oxumağa girişdim və artıq axşamlar atama söyləyəcək nəsə var idi. O, öz vədinə əməl etdi – hər bitmiş kitab dərhal yenisi ilə əvəz olunur, oxumaq bir gün də olsun kəsilmirdi.
Xüsusən Məşhur adamın məşuqəsi haqqında
- Kitablar və mütaliə
- 2 okyabr 2021, 13:55
Yaxşı tanıdığımız, zəif və güclü tərəflərinə kifayət qədər bələd olduğumuz ədəbi mühitdən kənarda böyük yazan-pozan dəstəsi yaranmışdır. Avqust ayında bu dəstənin ayrı-ayrı üzvlərinin kitablarını oxudum. İndi oxuduğum kitablar haqqında fikirlərimi, aldığım təssüratları yazmaq istəyirəm. Burda yazacağım fikirlər aşağı-yuxarı dəstənin digər üzvlərinin də kitablarına aiddir.
Comments are closed, but trackbacks and pingbacks are open.