Press "Enter" to skip to content

Azərbaycanca kitab

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə boşanmaların sayının artmasının, ailələrin bu qədər rahat, tez dağılmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Kitab oxusaydıq, zəngin dünyagörüşünə sahib olsaydıq, kamilləşsəydik, özümüz kimi ailələrimiz də kövrək olmazdı, hər şey birdən-birə çiliklənib töküləcək hala gəlməzdi. Kitab oxusaydıq, dəyərli şeylər öyrənsəydik, mənən zənginləşsəydik, bir-birimizi başa düşər, ailə sirrimizi qoruyar, ailəmizi kənar təsirlərdən qoruyar, qədrini bilərdik. Kitab oxusaydıq, ailənin dini yöndən nə qədər dəyərli olduğunu, boşanmanın isə nə qədər arzuolunmaz bir şey olduğunu anlayardıq.

Kitab oxuyaq, həyatı öyrənək.

Day.Az представляет новость на азербайджанском языке.

Hərdən adama elə gəlir ki, küçədə aqressiv olmağımızın, səbirsizliyimizin, kriminal hadisələrin bu qədər geniş yayılmasının bir səbəbi də kitab oxumamağımızdır. Bəs ziyalılarımız bu barədə nə düşünürlər? Şair, tərcüməçi Səlim Babullaoğlunun mövzuya münasibəti belə oldu: “Kitabların öyrətdiyi üç vacib şey var. Birincisi, bu kitabın mahiyyəti ilə bağlıdır, məzmunuyla, bunu bilirik. İkincisi, kitablarda sözlər heç vaxt qışqırmır, hətta mübaribədən bəhs edən bir əsərdə top atılırsa və kitabda bundan bəhs edilirsə, bu, çox sakit baş verir, sakit; demək ki, kitab oxuma prosesi, mütaliə səbri və alicənablığı öyrədir, öyrətməlidir. Üçüncüsü isə, əgər fikir vermisizsə, açılmış kitaba kənardan baxanda o qanad çalan, qanadlarını gərmiş quşa oxşayır, bu da elə belə deyil, çünki həqiqi kitablar xəyal gücünü gücləndirir, xəyal quşunu daim uçurdur. İnsanı ümidləndirir və həmdərd olmağı öyrədir. Sənə ən azı xəyalında və xəyalınla nəyisə dəyişmək öyrədir. Böyük polyak şairi Miloş yazırdı ki, vaxt vardı dərdə və bədbəxtliyə səbri öyrədən müdrik kitabları oxuyurdular yalnız. Düşünürəm o bunu elə belə yazmırdı. Kitab oxumayan adamlarda isə bu keyfiyyətlərin tam əksinə – aqressivliyə, nadanlığa rast gəlinir. Əlbəttə, bizim vərdiş etdiyimiz kimi kitab oxumayan adamlar da olub vaxtilə. Bu o vaxtlar idi ki, kitablar indiki kimi yayğın deyildi, kitab çapı işi də yox idi. Amma yenə də müdrik və alicənab adamlar vardı. Bu adamlar isə başqa kitabları oxuyurdular, səmavi kitabları oxuyurdular. Hərçənd oxumaq da müxtəlif cür olur. Mən düzgün kitabların düzgün oxusundan danışıram”.

Tanınmış jurnalist, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Cəmiyyətin kitabdan ayrı düşməsi efirdən tutmuş adi ictimai nəqliyyatda davranışımıza qədər, hər şeydə özünü göstərir. Kitab oxumaq cəmiyyətin mədəni səviyyəsinin barometridir. İnsanlar mənəviyyatlarını kitabla qidalandıra bilməyəndə mənəviyyat, düşüncə zəifləyir, müqavimət azalır. Kitaba ehtiyac hiss etməyən cəmiyyət yalnız geriyə gedə bilər”.

Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin müdiri dos. dr. Rövşən İbrahimov: “Kitabın rolu çox böyukdur. Çünki kitab dünya barəsində yığcam yol xəritəsidir. Üzdən belə, seçirəm oxuyan insanla oxumayan insanı. Oxuyan insan daha məntiqli, mənalı olur. Hazırda ailə və təhsil ocaqları öz üzərinə düşən vəzifəni tam yerinə yetirə bilmir, şəxsiyyət insan yetişdirməkdə ciddi nöqsanlar var. Buna görə də nəsillər boyunca yığılan məlumat və bilik toplusu – kitablar bu funksiyanı öz üzərinə götürə bilər. Kitab oxuma son illərdə yenidən populyarlaşır, amma kütləviləşməsi üçün hələ çox iş görülməlidir”.

Hərdən adama elə gəlir ki, küçədə aqressiv olmağımızın, bir-birimizi başa düşməməyimizin, səbirsizliyimizin bir səbəbi də kitab oxumamağımızdır. Çünki daimi kitab oxuyan adam bu qədər yüngül olmaz, bu qədər kobud davranmaz.

Hərdən adama elə gəlir ki, intiharların bir səbəbi də kitab oxumamağımızdır. Çoxlu kitab oxuyan, dünyaya baxış tərzini primitiv səviyyədən çıxaran insan belə rahat tabe olmaz, belə rahat ruhdan düşməz, belə asan sınmaz.

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə kriminal hadisələrin bu qədər geniş yayılmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Hər gün ən azı bir saat kitab oxuyan adam anlaşılmazlığı, çıxış yolunu soyuq silahda axtarmaz. Bıçağa əl atmaq insanın həm də cılızlığının ifadəsidir. Demək, sən qarşındakını öz, söz potensialınla başa sala bilmirsən. Sala bilsəydin, bu yolu seçməzdin, qarşındakı insanı bıçağın “ağzı” ilə yox, öz ağzınla, öz dilinlə başa salardın.

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə boşanmaların sayının artmasının, ailələrin bu qədər rahat, tez dağılmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Kitab oxusaydıq, zəngin dünyagörüşünə sahib olsaydıq, kamilləşsəydik, özümüz kimi ailələrimiz də kövrək olmazdı, hər şey birdən-birə çiliklənib töküləcək hala gəlməzdi. Kitab oxusaydıq, dəyərli şeylər öyrənsəydik, mənən zənginləşsəydik, bir-birimizi başa düşər, ailə sirrimizi qoruyar, ailəmizi kənar təsirlərdən qoruyar, qədrini bilərdik. Kitab oxusaydıq, ailənin dini yöndən nə qədər dəyərli olduğunu, boşanmanın isə nə qədər arzuolunmaz bir şey olduğunu anlayardıq.

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə ailə zorakılıqlarının artmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Kitab oxusaydıq, valideynlərimizin xətrinə dəyməz, ailəmizin, övladlarımızın qədrini bilərdik, onlara dəyər verib özümüz üçün dəyər qazanardıq. Kitab oxusaydıq, əslində ailənin də bir “kitab” olduğunu, yaşadığımız hər günü necə yaşamağımızla onun bir səhifəsini yazdığımızı, zorakılıq edəndə səhifələrini korladığımızı, boşananda bu dəyərli kitabı “yazmağı” yarımçıq buraxdığımızı anlayardıq.

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə yalanın ayaq tutub yeriməsinin bir səbəbi də bizim kitab oxumamağımızdır. Çünki kitab oxusaydıq, ya yalan danışmazdıq, ya yalan danışılmasına imkan verməzdik, ya da yalana bu qədər “inanmazdıq”, biganə qalmazdıq. Kitab oxusaydıq, mənən zənginləşər və yalan danışmağın nə dərəcədə zərərli bir vərdiş olduğunu başa düşər, günah olmasının fərqinə varar və ondan qaçardıq.

Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə insanların cılızlaşmasının, cılız görünməsinin bir səbəbi də bizim kitab oxumamağımızdır. Çünki kitab oxuyan adam hətta gənc olsa belə ağsaqqal olar, dünyanı dərk edər, insana, yaşadığı cəmiyyətə, ətrafındakı insanlara dəyər verər, onu dağıtmağa, çapıb talamağa çalışmaz, onu zənginləşdirməyə çalışar, ondan nə isə qoparmağa yox, nə isə verməyə çalışar.

Bütün bu yazdıqlarımızı uzatmaq da olar. Hər halda yuxarıda sadaladıqlarımızın sırasına özünüz də nə isə əlavə edib, günümüzün “şəklini” çəkə bilərsiniz.

İndi isə keçək kitabın insan üçün faydalarına. Söhbət o faydalardan gedir ki, artıq hər kəs tərəfindən qəbul olunur və öz təsdiqini çoxdan tapıb. Zənnimizcə, onları bir daha təqdim etməyimizdə fayda var.

– Kitab oxumaq insanı zənginləşdirir, mənən kamilləşdirir.

– Kitab oxumaq üçün bəlli bir zaman, bəlli bir göstərici yoxdur, yetər ki, səviyyəli bir şey tapıb oxuyasan. Hətta gündə bir səhifə də olsa, oxuyasan. Çünki bir səhifə ilə başlasan, tədricən ardı gələcək.

– Kitab oxumaq həyatı insana sevdirir.

– Kitab oxumaq insana həyatın fərqli yönlərini dərk etməyə kömək edir.

– Kitab oxumaq düşüncəni inkişaf etdirir.

– Kitab oxumaq stresin insana “sarılmasının” qarşısını alır.

– Kitab oxumaq zehni inkişaf etdirir, yorğunluqdan qurtarır.

– Kitab oxumaq insanın dünyaya baxışını dəyişir.

– Kitab oxumaq insana kitab adlı sədaqətli və etibarlı dost qazandırır.

– Kitab oxumaq sizi başqalarına sevdirər. Çünki kitab oxuyan adam mənən zənginləşdiyi üçün başqalarından fərqlənər.

– Kitab oxumaq sizin söz ehtiyatınızı artırar, fikirlərinizi daha səlis ifadə etməyinizə yardımçı olar.

– Kitab oxumaq insanın iş həyatındakı uğurları artırır.

– Kitab oxumaq xəyal gücünü genişləndirir.

– Kitab oxumaq insanın lazım olan anda daha dəqiq qərar vermək qabiliyyətini inkişaf etdirir.

– Kitab oxumaq insana yeni fikirlər, məlumatlar qazandırır.

– Kitab oxumaq sizə görmədiyiniz, tanımadığınız yerləri tanıdar.

– Kitab oxumaq sizin daha məntiqli düşünməyinizə imkan verər.

Yazımızın başlığında dediyimiz kimi, kitab oxuyaq ki, həyatı öyrənək.

“Zaman Azərbaycan”

KİTAB

I
сущ. книга:
1. печатное издание в виде сброшюрованных, переплетенных вместе листов с каким-л. текстом. Qalın kitab толстая книга, библ. nadir kitab редкая книга, uşaqlar üçün kitab книга для детей, kitabın quruluşu архитектоника книги, kitabın adı название книги, kitabın əlfəcini закладка книги; kitab oxumaq читать книгу
2. сочинение, произведение более или менее значительного объема, напечатанное отдельным изданием. Maraqlı kitab интересная книга, şeirlər kitabı книга стихов, müasir kitab современная книга; kitab yazmaq написать книгу, kitabı vərəqləmək листать, полистать книгу
3. сшитые в один переплет листы бумаги для каких-л. записей. Şərəf kitabı книга почета, təkliflər və şikayətlər kitabı книга жалоб и предложений, mühasibat kitabı бухгалтерская книга, qeydiyyat kitabı книга регистраций
4. крупное подразделение литературного произведения (обычно романа). “Qılınc və qələm” romanının birinci kitabı первая книга романа “Меч и перо”
II
прил. книжный:
1. относящийся к книге, связанный с нею, предназначенный для нее. Kitab cildi книжный переплет, kitab üzü книжная обложка, kitab ticarəti книжная торговля, kitab rəfi книжная полка, kitab salnaməsi книжная летопись, kitab fondu книжный фонд, kitab formulyarı книжный формуляр, kitab mağazası книжный магазин
2. характерный для письменного изложения. Kitab sözləri книжные слова, kitab dili книжный язык; kitab palatası книжная палата, kitab nəşriyyatı книжное издательство, dərs kitabı учебник, kitab anbarı книгохранилище, kitab bağlamaq брошюровать книгу, kitab həvəskarı библиоман, kitab təsviri книгоописание, kitab mübadiləsi книгообмен; зоол. kitab qurdu книгоед (насекомое, заводящееся в старых бумагах, книжная вошь), kitab cücüləri чешуйница (бескрылое насекомое отряда щетинохвосток)
◊ kitab açdırmaq религ. попросить кого гадать по Корану; kitab açmaq гадать по Корану; kitab bağlamaq kim, nə haqqında восхвалять, воспевать кого, что; kitaba baxmaq см. kitab açmaq; kitaba əl basmaq религ. клясться, поклясться Кораном; kitabda yazılan kimi как по писаному; kitabı bağlanıb kimin песенка спета чья , кого

Digər lüğətlərdə

kitab

kitab Tam oxu »

KİTAB

[ər.] сущ. ктаб, китаб; улуб; qalın kitab яцӀу ктаб; // эсер; kitab yazmaq ктаб кхьин; kitabın müəllifi ктабдин автор (кирам); // ктабдин (мес Tam oxu »

kitab

is. 1) livre m ; bouquin m fam ; əlifba ~ı alphabet m ; sorğu ~ı livre de référence ; ~a baxmaq interroger l’avenir ; dire la bonne aventure ; ~a əl b Tam oxu »

KİTAB

ə. 1) müəyyən mətn yazılmış, ən azı 48 səhifədən ibarət cildlənmiş əsər; 2) yazı yazmaq, haqq-hesab etmək üçün cildlənmiş böyük ölçülü dəftər; dəftərx Tam oxu »

KİTAB

I. i. book; dərs ~ı text-book; əlifba ~ı primer; ABC book; fənn ~ı manual; fizika / kimya / cəbr və s Tam oxu »

kitab

kitap Tam oxu »

KİTAB

is. [ər.] 1. Üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cildlənmiş nəşriyyat növü Tam oxu »

Azərbaycanca kitab

Kitabın üz qabığındakı ərəbcə yazıda Muhəmməd peyğəmbərin (ona salam olsun): “Alimlər peyğəmbərlərin varisləridirlər” – sözü yazılmışdır.

İslam Tarixi (I cild)

İslamın meydana çıxması, formalaşması və yayılması müasir dövr tədqiqatçılarının ən çox müraciət etdikləri mövzulardan biri olmuşdur. Bu mövzu ictimai və siyasi yönlərilə bir çox dəfə araşdırılmış və mövzuya dair çox sayıda əsər qələmə alınmışdır. Sözü gedən mövzuya dair kifayət qədər köklü tədqiqatlar olduğu üçün bu sahədə qələm alınmış hər hansı bir əsər tarix elminə xüsusi bir yenilik qazandırmaya bilər. Bu səbəbdəndir ki, oxucuya təqdim etdiyimiz bu əsəri araşdırmacı tarixçilik tərzində deyil, daha çox öyrədici, praqmatik tərzdə qələmə almağa üstünlük verdik.

Səhih Dua və Zikrlər (Müsəlmanın qalası)

Bu kiçik kitabçada müsəlmanlar arasında daha çox yayılan və yalnız səhih hədislərdə olan dua və zikrlər qeyd edilmişdir. Həmçinin ərəbcə oxuya bilməyən insanlar üçün bir neçə surənin azərbaycanca yazılışını qeyd etmişik. Transkripsiyada ərəbcə olan sözün oxunuşunda uzatmanı bildirmək üçün hərfdən sonra gələn iki nöqtə, ondan əvvəl gələn hərfin bir hərf uzadılması deməkdir. Məsələn,
“Lə: ilə:hə illəllah”, yəni “lə” sözündən sonra “ə” hərfi bir hərf uzadılır, və ya “ru:hi:” sözündə “u” və sonda olan “i” səsi bir hərf uzadılır. Uca Allah bu kiçik kitabçanın ərsəyə gəlməsində köməklik göstərən hər bir kəsin əməl dəftərini savablarla doldursun! Allah müsəlmanları bu kitabça ilə faydalandırsın!

Əzəmətli Quranın Təfsiri – İbn Kəsir (II cild)

Həqiqətən, təfsir elmi mövzu və məqsəd baxımından ən fəzilətli və şərəfli elmlərdən biridir. Belə ki mövzusu Uca Allahın kəlamları olan bu elmi öyrənməkdə məqsəd Allahın ayələrinin mənasını açıqlamaq və bəyan etməkdir. Uca Allah bizə Quranı nazil etmiş və ayələrini başa düşüb tədəbbür etməyi və əməl etməyi buyurmuşdur. Uca Allah buyurur: “Bu Mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (“Sad”, 29).

Quran oxumağa giriş

Əlinizdə olan bu kitab bir çox kitablara müraciət edilərək hazırlan­mışdır. Məqsədimiz Qurani­Kərimi öyrənmək istəyənlər üçün sadə və asan oxunulan bir kitab hazırlamaqdır. Kitabda olan qaydaların rahat başa düşülməsi üçün hərf ləri bəzən rəngli qeyd etmişik.

Похожие статьи

  • Azərbaycanca kitablar

    Yeni kitablar Müasir ədəbiyyatın ən vacib nümayəndələrindən biri olan və ədəbiyyatsevərlərin qəlbində çox xüsusi bir yer tutan öz üslubuna sahib bir…

  • Azərbaycanca quran əlixan musayev

    Священный Коран и перевод (Алихан Мусаев) Hicrət: lüğəti mənası – tərk etməkdir. İstilahi mənası – Allahın qadağan etdiyi şeyləri tərk etməkdir. ƏLİxan…

  • Azərbaycanca fransızca lüğət

    Su qıtlığının günahkarları kimlərdir – AÇIQLAMA – VİDEO AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, 1000-dək frazeoloji vahidi əks etdirən lüğətin istər…

  • Azerbaycan xalca kitab xalca muzeyi

    Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimi keçirilib Xalça sənəti Qobustan qaya rəsmləri, Möminə Xatun məqbərəsi, Şəki…

  • Azərbaycan xalq reqsleri kitab

    Azərbaycan xalq rəqsləri “Gündəlik Teleqraf”qəzetinin redaktoru Dilqəm Əhmədin 10-luğunda birinci yeri “İncil” tutur: Xankəndi Kafka haqlıdır, amma iş…

Comments are closed, but trackbacks and pingbacks are open.