Press "Enter" to skip to content

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb

27 Aprel , 2022 12:31

Qlobalinfo

İqtisadçı alim: “Azərbaycanda demoqrafik vəziyyət ürəkaçan deyil”

“Azərbaycanda demoqrafik vəziyyət heç də ürəkaçan deyil. Təbii artım aşağı düşür, ölüm sürətlənir. Ölümün sürətlənməsinin bir çox səbəbləri – streslər, işğal olunmuş ərazilər, 3 min nəfərdən yuxarı şəhid verilib – bütün bunlar gələcəkdə demoqrafik proseslərə mənfi təsir göstərəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli son illər Azərbaycanda təbii artımın 2 dəfədən çox azalması, ölümün isə 25%-dən çox artmasından danışarkən deyib. Onun fikrincə, Azərbaycan hökuməti bu haqda düşünməlidir:

“Ölkələr uzun müddətli inkişaf strategiyasını planlaşdıran zaman həm də demoqrafik məsələlərə ciddi nəzər yetirir. Eyni zamanda sənayeləşmış, inkişaf etmiş ölkələr miqrasiya siyasətini elə tənzimləyir ki, əgər təbii artım aşağıdırsa, onu tənzimləmək üçün başqa ölkələrdən miqrasiya etmiş şəxsləri daha yaxşı yerləşdirmək, sosial müdafiəsini gücləndirmək məqsədi ilə müxtəlif layihələrə cəlb edirlər. Məsələn, Rusiya post-sovet ölkələrindən gələnlərin daha asan vətəndaşlıq və oturum almasına şərait yaradır. Eyni zamanda müxtəlif bölgələrə harada ki, demoqrafik proseslər, vəziyyət daha ciddi, pisdirsə ora yerləşdirməyə, vilayətlərə, boşalmış kəndlərə başqa ölkələrin vətəndaşlarını cəlb edir. Düşmən Ermənistanın da demoqrafik siyasətinə əsasən, təbii artımı tənzimləmək üçün başqa ölkələrdən erməni əsilli ailələrin köçürülməsinə böyük önəm verirlər, bu prosesi artırırlar. Hətta işğal altında olmuş, sonradan Azərbaycan ordusunun rəşadətli əsgər və zabitlərinin qanı-canı hesabına azad etmiş yerlərdə də biz bunu müşahidə etdik ki, yerləşdirmədə həm yaxın Şərqdən, həm digər ölkələrdən gələn erməni əsilli ailələr mövcud idi. Onlar üçün tikintilər aparırlar. İndi də Xankəndi və digər yerlərdə xaricdən insanlar gətirib yerləşdirirlər. Avropa ölkələrini də götürsək, müxtəlif sosial təminatları yüksək edirlər ki, demoqrafik prosesləri nəzarətdə saxlasınlar”.

İqtisadçı hesab edir ki, bu, Azərbaycan üçün də önəmlidir:

“Bəzən səhv başa düşülür, uşaq pulu sosial müdafiənin bir növüdür, demoqrafik proseslərə müsbət təsir edən amildir. Hökumət bu prosesləri yaxın gələcəkdə nizamlamasa, demoqrafik problemlərlə üzləşə bilərik. Ölkənin, həm demoqrafik institutların vəziyyətləri, həm azad liberal bazar dəyərlərinin olmaması insanları başqa ölkələrə köçməyə sövq edir. Hökumət maddi-təminatı, sosial müdafiəni gücləndirməlidir. Bundan başqa, gənc ailələrə dəstək prosesi daha sürətlə getməlidir. Bütün bunlar arzuolunan səviyyədə deyil”.

Oxşar xəbərlər

  • Füzulidə 2 nəfər minaya düşərək həlak oldu
  • Yeni ildən bu növ pensiyalarda artım olacaq
  • Maşın nömrələri elektron qaydada veriləcək (FƏRMAN)
  • Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxıb
  • Azərbaycanda son döyüşlərdə şəhid olmuş şəxslərin kredit borcları silinib
  • Elçin Sadıqov ev dustaqlığına buraxıldı
  • Bu gün Ağalı kəndində 29 ildən sonra ilk dərs günü olacaq
  • Şəhid Səbuhi Əhmədov İkinci Fəxri xiyabanda dəfn edilib
  • Nazirlik yeni formalarla bağlı məktəb direktorlarına tapşırıq verib
  • Bakı Tikiş Evi məktəb direktorlarını ittiham edib: “Niyə onlar barədə ölçü götürülmür?”
  • “HƏR KƏS TÖRƏTDİYİ ƏMƏLƏ GÖRƏ CAVAB VERƏCƏK. ” – Ramiz Mehdiyev Rasim Məmmədovu hədələyib
  • Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub? – Baş Prokurorluq açıqladı
  • Məktəbli forması və korrupsiya şorbası
  • Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb
  • Azərbaycanda sabahdan bu qadağa ləğv edilir
  • Səfir Bakıdakı bahalıqdan şikayətləndi – “10 manata iki fincan çay içmək olur”
  • Amfibiya təyyarəsi Lənkəranda qəza enişi etdi
  • TIR sürücüsüylə atası məhkəmə qarşısına çıxarılır
  • Şəkidə yanğının söndürülməsi əməliyyatları davam edir
  • Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup ukraynalı uşaq Bakıda reabilitasiya keçəcək (FOTO)
  • Səlim Müslümovun İsveçrədəki evi (FOTO)
  • Siyəzəndə baş verən yanğın söndürülür – Nazir müavini hadisə yerinə gəldi
  • Komaya düşən qazi həyata qaytarıldı
  • İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı – SAXLANILDI
  • Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verdi
  • FHN Şabrandakı yanğını söndürməyə çalışır
  • Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi
  • Yasamal qəbiristanlığı köçürüləcək
  • Şəhid Samir Xudiyev dəfn olundu
  • Bakıdakı Məşədi Dadaş Məscidi bu gün. (FOTOLAR)

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb İlin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.

27 Aprel , 2022 12:31

https://static.report.az/photo/a53c565c-aca0-3adb-953d-9935415a2d9b.jpg

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki ilin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Hazırda orta hesabla hər 1000 kişiyə 1001 qadın düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20462 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır. 2022-ci ilin yanvar-fevral aylarında ölkədə 12557 ölüm halı qeydə alınıb və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7-yə düşüb. Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Похожие статьи

  • Azərbaycanda demoqrafik vəziyyət

    Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb İqtisadçılar hesab edirlər ki, əhalinin artımı ümumilikdə dövlətin gücünün də artması baxımından çox…

  • Azrbaycanda manilik

    Azrbaycanda manilik 5 – Gecəyarısı namazı, 30 rükət. Manilik – Wikipedia Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) – qnostik dini təlim olub,…

  • Azrbaycanda mhbusların sayı

    Azrbaycanda mhbusların sayı Əhali sayı rayonlar üzrə aşağıdakı kimi qeydiyyatdadır: Azərbaycanda yağış sularından istifadə olunmur – Mütəxəssis Trend…

  • Azrbaycanda silah

    Bakıda bu qədər silah hardandır? Polis rəisi AÇIQLADI Mağazada ən bahalı tüfənglər isə İtaliya silahlarıdır. Bunların qiyməti 6-7 min manat…

  • Azrbaycanda sovet hakimiyytinin qurulması

    Azərbaycanda Sovet hakimiyyətinin qurulması mütərəqqi hadisə idimi Bu yenidənqurmalar sisteminə sənayeləşdirmə, kollektivləşdirmə, mədəni və mənəvi…

Comments are closed, but trackbacks and pingbacks are open.