Press "Enter" to skip to content

Azrbaycanda demoqrafik vziyyt

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Prezident İlham Əliyev: Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir

Bakı, 31 avqust (AZƏRTAC). Prezident İlham Əliyev Beyləqan rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycanda demoqrafik vəziyyətin çox müsbət olduğunu deyib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı hər il orta hesabla 170-180 min körpənin dünyaya gəldiyini bildirib. Prezident vurğulayıb ki, iş yerlərinin açılması daimi proses olmalıdır. Çünki əhalinin artımı əlbəttə ki, bizim üçün böyük güc mənbəyidir. Əhali artır və artmalıdır.

Dövlətimizin başçısı deyib: “İş yerlərinin, yeni müəssisələrin açılması gərək elə sürətlə getsin ki, işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik beş faiz səviyyəsindədir. Bəzi bölgələrdə işsizlik orta hesabla daha da yüksəkdir. Biz bunu bilirik, bu məsələlər üzərində işləyirik. Yəni, bütün sahələr üzrə islahatlar aparılır və aparılacaqdır. Ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Ancaq bütün bu işlərin əsasında, təməlində bizim milli dəyərlərimiz dayanır”.

Azrbaycanda demoqrafik vziyyt

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki ilin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Hazırda orta hesabla hər 1000 kişiyə 1001 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20462 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.

2022-ci ilin yanvar-fevral aylarında ölkədə 12557 ölüm halı qeydə alınıb və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7-yə düşüb.

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Comments are closed, but trackbacks and pingbacks are open.