Azərbaycanda ekologiyanın qorunması
Ancaq onu da etiraf etmək lazımdır ki, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Xüsusilə, son illərdə ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə ciddi ziyan vurub. Odur ki, ölkədə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.
Azərbaycanda ekologiyanın qorunması
Ekologiya və ətraf mühitin mühafizəsi
Dövlətin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir
XX əsrin 90-cı illərində Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra dövlətin qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bu vəzifələr sırasında ekologiya və ətraf mühitin mühafizəsi də başlıca prioritetlərdən biri sayılırdı. Çünki müstəqillik illərindən əvvəl ekologiya və ətraf mühitin mühafizəsi məsələsi demək olar ki, arxa plana keçmişdi.
Keçmiş SSRİ-nin o vaxtkı Sovet respublikaları ilə yanaşı Azərbaycanda da qurduğu bir neçə zavod və müəssisənin azərbaycanlılara xeyrindən daha çox ziyanı dəyirdi. Belə ki, həmin istehsal müəssisələrinin ətraf mühitə vurduğu ziyan ölkənin ekoloji mühitini əsaslı dərəcədə pisləşdirmişdi. Sovet rəhbərliyini təbiəti qorumaq, onu mühafizə etməkdən daha çox on minlərlə insanın həyatı bahasına başa gələn istehsal müəssisələri açmaq, gəlir əldə etmək düşündürürdü. Müəyyən zaman kəsiyində Azərbaycana rəhbərlik edən şəxslərin siyasi iradəsi nəticəsində bu istiqamətdə müsbət irəliləyiş müşahidə edilsə də, lakin keçmiş ittifaq rəhbərliyi hər vasitə ilə buna mane olmağa çalışırdı. Xüsusilə ümummilli lider Heydər Əliyevin 70-ci illərdə Azərbaycana rəhbərliyi dövründə ətraf mühitin mühafizəsi istiqamətində gördüyü işlər Moskvanı qane etmirdi. Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə Heydər Əliyev ittifaq rəhbərliyindən fərqli olaraq ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirirdi. Bu isə Moskvanın həyata keçirdiyi siyasi xəttə ziddiyyət təşkil edirdi. Ona görə də keçmiş SSRİ rəhbərliyi hər vasitə ilə Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa çalışırdı və buna da nail oldu.
Yeni dövr üçün ekoloji strategiya
Lakin 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 70-ci illərdən yarımçıq qalan bir sıra tədbirlərin davam etdirilməsinə başladı. Bu sıraya ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində ardıcıl işlərin aparılması da daxil idi. Həmin ildən başlayaraq, paytaxtın yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Ekoloji siyasətə dair imzalanan �Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası� əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirildi. 1998-ci ildə isə �Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı� qəbul edildi. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi �Ekoloji təhlükəsizlik haqqında� qanun təsdiqləndi. 2000-ci ildə isə daha iki � �Ətraf mühitin mühafizəsi haqqında� və �Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında� qanunlar qəbul olundu. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir. Ona görə də bu sahə ilə məşğul olan xüsusi bir qurumun fəaliyyətinə ciddi ehtiyac var.
�Ekologiya ili� dönüş ili
Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bütün sahələr kimi ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü addımlar atır. Məhz İlham Əliyevin Azərbaycan Prezidenti kimi ölkəyə rəhbərlik etdiyi son 13 il ərzində ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş �Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı�nda bir çox tələblərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının qarşısının alınması barədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Azərbaycan dövləti və Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyi 2010-cu ilin Azərbaycanda �Ekologiya ili� elan olunması ilə bir daha təsdiqini tapdı. Təsadüfi deyil ki, bu tarix Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması baxımından dönüş ili kimi yazıldı. Ekoloji problemlərə həsr olunmuş müşavirələrdə Prezident İlham Əliyev qeyd edirdi: �Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir�. Ümumiyyətlə, Prezident İlham Əliyevin elə bir çıxışı yoxdur ki, ekoloji məsələlərə diqqət yönəldilməsin, onların həlli yolları açıqlanmasın. Azərbaycanın ümumilikdə 2020-ci ilə kimi prioritet istiqamətlərini müəyyən edən �Azərbaycan 2020: gələcəyə baxış� İnkişaf Konsepsiyasına əsasən, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə dövlətin ekoloji siyasətinin əsas istiqamətləri kimi götürülüb. Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün �Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqram�ında ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı prioritet istiqamətlər müəyyənləşdirilərək, həyata keçiriləcək vəzifələr əks olunub. Bütün bunların nəticəsidir ki, son illərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində kifayətqədər işlər görülüb. Təkcə keçən il ərzində 10141 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 2 636 hektar sahədə meşə əkini və səpini aparılıb. Nəticədə 4 310,4 min ədəd ağac əkilib. Ümumiyyətlə son 5 il ərzində 3 659 hektar ərazidə 4 711 711 ədəd ağac əkilib. Hazırda ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində Göygöl Milli Parkında ekoturizm infrastrukturu və marşrutları yaradılıb. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə zəruri avadanlıqlar alınaraq, sərhədlərin demarkasiyası və buraxılış-nəzarət infrastrukturu yaradılıb. Bununla da Milli Parkda heyətin mühafizə və nəzarət imkanları təkmilləşdirilib.
Heydər Əliyev Fondunun ətraf mühitin
m ü hafizəsinə verdiyi töhfələr
Ekologiya və ətraf mühitin mühafizəsi tək dövlət deyil, eyni zamanda qeyri-dövlət təşkilatlarının da əsas diqqət mərkəzində olan məslələrdəndir. Bu sırada Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, Fondun 2007-ci ildə həyata keçirmiş olduğu �Hərəyə bir ağac əkək” adlı nəcib təşəbbüsü ölkədə genişmiqyaslı yaşıllaşdırma kampaniyasının aparılmasına yol açdı ki, bu da ətraf mühitə göstərilən ən böyük qayğı idi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəyə bir ağac əkək” layihəsi çərçivəsində təkcə Bakı ətrafındakı qəsəbələrin istifadəsiz qalmış sahələrində 20 min həmişəyaşıl ağac əkildi. Qısa zamanda Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar bu təşəbbüsə qoşularaq yaşıllaşdırma kampaniyasını davam etdirdilər. Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ümumilikdə ölkə ərazisində bir milyondan çox yeni ağac əkildi. Ekolgiyanın qorunması və ətraf mühitin mühafizəsinə töhfə verən təşkilatlardan biri də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 İyul 2011-ci ildə fəaliyyətə başlayan İDEA-nın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıqdır. Qısa müddət ərzində təşkilat gənc ekoloqlar və adi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı �Yer Kürəsi uşaqların gözü ilə� uşaqlar üçün beynəlxalq fotomüsabiqə və digər müxtəlif layihələr həyata keçirdi. IDEA, həmçinin 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə reallaşdırılan �Yaşıl həftə� konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşlər keçirərərk dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin etdi. Hazırda da İDEA İctimai Birliyinin təşəbbüsü çərçivəsində respublikada genişmiqyaslı ağacəkmə kampaniyası davam edir. İDEA İctimai Birliyinin digər bir layihəsi isə �ASAN xidmət� və �Təmiz Şəhər� ASC-nin birgə təşkilatçılığı əsasında keçirdiyi �Hər kağızı bir yarpağa dəyişək� aksiyası idi ki, bu aksiya çərçivəsində də Balaxanı poliqonunda 5 min kvadrat metr ərazi yaşıllaşdırılıb.
Görülən işlərin uğurlu nəticəsi
Bütün bunların nəticəsidir ki, Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Belə ki, ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi hazırlanıb. Qiymətləndirmə nəticələrinə əsasən ABŞ-ın Yel və Kolumbiya Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycan dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 31-cı sırada qərarlaşıb. Bununla da reytinq sıralanmasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqe tutmuş olub. Ekoloji Fəaliyyətin Effektivliyi İndeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə isə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub.
Ancaq onu da etiraf etmək lazımdır ki, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Xüsusilə, son illərdə ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə ciddi ziyan vurub. Odur ki, ölkədə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.
Süleyman İsmayılbəyli
�Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün�
Olaylar.- 2016.- 23 fevral.- S.12.
Azərbaycanda ekologiyanın qorunması
Ekologiya planetin hər sakini üçün böyük əhəmiyyət daşıyır. Yalnız ətraf aləmin qayğısına qalmaqla planetimizi gələcək nəsillərə yararlı şəkildə ötürə bilərik. Hazırkı dövrdə bu məsələ gün-gündən daha aktual olur, çünki texnoloji inkişaf təbiətdə sağalmaz yaralara yol açmaqdadır. Aşağıda ekologiyanın qorunması üçün müxəlif ölkələrdə atılan fərqli addımlarla tanış ola bilərsiniz:
İsveç hökuməti hər il ölkəyə 80 min ton zibil gətirir. Orada zibili yandırmaqla elektrik enerjisinin alınması proqramı müsbət nəticələr verib. İsveçə ən çox zibil ixrac edən ölkə qonşu Norveç hesab olunur. Bütün nəqliyyat xərclərini də Norveç öz üzərinə götürüb. İsveç lazım olan enerjini aldıqdan sonra yerdə qalan metalları, külü geri göndərir. Gətirilən zibilin təxminən 96 %-i enerjiyə çevrilir.
Amerikalı alimlər tədqiqatlar apararaq müəyyən ediblər ki, pişiklər ekosistemə ciddi zərbə vura bilərlər. Təkcə ABŞ-da pişiklər minimum 30 növ heyvanın məhvinə səbəb olurlar. Orada il ərzində 4 milyard quş pişiklər tərəfindən öldürülür.
Hazırda Yer kürəsi çox yüklənib. Məskunlaşma onun normal mövcudluğu üçün lazım olan səviyyədən artıqdır və bu planetimiz üçün böyük təhdid hesab edilir. Bunun qarşısını almaq üçün edilən müxtəlif təkliflərdən biri də çoxmilyardlı artımı azaltmaq məqsədilə demoqrafik siyasət həyata keçirərək doğuş sayını nəzarətdə saxlamaqdır.
“Nike” şirkəti 20 il əvvəl dünyanın müxtəlif yerlərində köhnə ayaqqabıları yığmaq üçün məntəqələr açıb. Köhnə ayaqqabıların materialları yığılaraq təkrar emala göndərilir. Onların altlığından yürüş aparatlarının rezin hissəsinin hazırlanmasında, parçasından isə stadionların, tennis kortlarının döşənməsində istifadə olunur.
İsveçin Helsinqborq şəhərində yerli krematoriyalardan biri 60 min evi qızdırır.
Qolf həvəskarlarının kruiz gəmisinin göyərtəsində rahat qolf oynaması üçün alman şirkətlərindən biri balıq yeminin sıxılmasından qolf topları hazırlamışdı. Bu topların dənizə düşməsinin rezin toplardan fərqli olaraq heç bir ziyanı yox idi.
Kərgədan ovuna çıxan brokonyerlərin bir məqsədi olur, onların buynuzunu çıxarmaq. Bu, bütünlükdə kərgədanların həyatını təhlükə altında qoyurdu və nəslinin kəsilməsinə səbəb ola bilərdi. Buna görə də, bəzi ölkələrdə təbiətsevərlərin təklifi ilə kərgədanların buynuzunun anesteziya altında çıxarılmasına başlanılıb.
İngiltərənin Banberi şəhərində yerləşən “KraftFoods” şirkəti kofe istehsalı ilə məşğuldur. Bu şirkətin kofe qabıqlarından elektrik enerjisi alan stansiyası var.
Sakit okeanın şimalında yerləşən böyük zibillik “Şərqi zibil qitəsi” adını alıb. İnsan əli ilə yaradılan bu “qitə”də Amerika və Asiyadan atılan 100 milyon tonlarla plasktik zibil toplanıb.
Avstraliyalı ekoloqlar koalaları avtomobil yollarında qəzalardan qorumaq üçün magistral yollar üzərində çoxlu süni üzüm çardaqları düzəldiblər.
İsveçrədə “İBM” məlumat mərkəzinin serverinin işləməsi nəticəsində yaranan istilikdən çox maraqlı bir məqsədlə istifadə edilir, həmin enerji ilə hovuzların suyu qızdırılır.
Nubar Süleymanova,
“İki sahil”
Azərbaycanda ekologiyanın qorunması
Ekologiya ilkin məzmununa görə canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqələrindən bəhs edir. Bu sahə biologiyanın bəşəriyyətə töhfəsidir. Həmin elmi istiqamət təbiətin və cəmiyyətin inkişaf tarixi ilə sıx əlaqəlidir. Ona görə də bu sahənin tədqiqat istiqamətləri və kadr hazırlığı çoxsahəlidir. Tətbiqi sahələri də geniş olmaqla ətraf mühiti, təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə məsələləri və s. bağlıdır.
Son yüz ildə ekologiyaya baxış keçirməklə biz tarixin dərinliklərində ekologiya haqqında biliklərin zənginliyini, eyni zamanda onun sahələrinin Qərbdə və Şərqdə mövcud olan eyniliyini, fərqli cəhətlərini, ümumbəşəri xüsusiyyətlərini, özünəməxsusluğunu qismən açmağa nail olduq.
XIX əsrin sonu və XX əsrin əvvəllərində dünya elmlərinin inteqrasiyası yeni elmlərin və yeni dünyagörüşlərin formalaşmasına güclü təsir göstərirdi. Azərbaycanın elmlər sistemində ekoloji anlayışlar təbiət – cəmiyyət münasibətlərinə dair elmi ideyalarda, xüsusilə cəmiyyətin inkişafında təbii şəraitin rolunun qiymətləndirilməsində, təbiəti daha çox dəyişdirmək, kapitalist istehsal üsuluna uyğun geniş təkrar istehsalın inkişaf etdirilməsi və təbiəti mühafizə ilə əlaqədar ideyalarda müşahidə edilirdi. Bu sahədəki elmi biliklər ictimaiyyətə çox məhdud səviyyədə çatdırılırdı. Ekoloji biliklərə dair ideyaların yerli təcrübə ilə əlaqələndirilməsi ayrı-ayrı ziyalıların, xaricdə təhsil alıb gələnlərin üzərinə düşürdü. Onların bəziləri tərəfindən təbiətşünaslığın və onun sahələrinin müxtəlif istiqamətlərinə, ekoloji dünyagörüşlərinə, aqrar biliklərə dair qiymətli elmi – populyar yazılar verilirdi. Bu sahədə daha çox fərqlənən Moskva Universitetinin məzunu – Həsən bəy Zərdabi (Məlikov) idi. O, materialist, dünyagörüşlü təbiətşünasların ideyalarının əsaslarını şərh edirdi. Sonrakı mərhələdə Azərbaycan tədqiqatçıları, alimlər həmin sahəyə dair məlumatları sistemli şəkildə təhlil etməyə başladılar. Tarixçilərin fikrinə görə, XIX əsrin ortalarında və XX yüzilliyin əvvəllərinə kimi Azərbaycanın fəlsəfi və ictimai fikrinin İran, Orta və Yaxın Şərqin digər ölkələrinin mənəvi mədəniyyətlərinin yüksəlişinə böyük təsiri müşahidə edilirdi. Azərbaycanın qabaqcıl ziyalıları digər məsələlərlə yanaşı, Qərb mədəniyyətini də tərənnüm etməklə 1919-cu ildə ilk ali təhsil və elm mərkəzini, demokratik mədəniyyətin əsası olan Bakı Dövlət Universitetini yaratmışlar.
Bakı Dövlət Universitetinin yaranması ilə Avropa ölkələri alimləri, pedaqoqları arasında əlaqələr gücləndirildi. Eyni zamanda Türkiyə, İran ortaq mədəniyyətlərin öyrənilməsi ilə elmi tədqiqat mərkəzi, cəmiyyətlər yaradıldı. Onların sırasında Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyətinin təşkili mühüm əhəmiyyət kəsb etdi.
1930-cu illərin axırlarından başlayan repressiyaların 1940-cı illərə qədər davam etməsi elmi tədqiqatları yarımçıq qoydu. Azərbaycan xalqının mənəviyyatı və elmi yaradıcılığı sarsıldı. Bunlarla yanaşı, tədricən SSRİ EA Zaqafqaziya filialının Azərbaycan bölməsi, SSRİ EA Azərbaycan filialı, nəhayət, 1945-ci ildə AMEA-nın yaranması ilə Azərbaycan alimləri Antik və Şərq fəlsəfəsi, Azərbaycanda fəlsəfi fikir tarixini Bəhmənyardan, Nizamidən müasir dövrə qədər təhlil etməyə başladılar. Azərbaycan fizikşünasları, kimyaçıları, geoloqları, bioloqları, coğrafiyaşünasları, riyaziyyatçıları apardıqları tədqiqatları İkinci Dünya müharibəsində qələbələr qazanılması istiqamətinə yönəltdilər. Deyilənlər tədricən ekoloji təfəkkürün formalaşmasına təsir göstərirdi. Repressiyalara məruz qalmalarına baxmayaraq sonrakı inkişaf dövrləri göstərdi ki, Azərbaycan xalqı güclü genetik artıma və yaddaşa malikdir. Bunun nəticəsidir ki, xalqımız 1941-1945-ci illərdə böyük şücaət göstərir, Azərbaycan cəbhənin əsas strateji bazalarından birinə çevrilirdi. BDU-da və digər ali məktəblərdə tədqiqatlar, zavodlarda təcrübələr, eksperimentlər aparırdılar. Xüsusilə neft tullantılarından istifadə genişlənirdi.
XX əsrin ortalarından başlayaraq təbiəti mühafizə sahəsində yeni ideyalar və əməli fəaliyyətlər yaranmağa başladı. Ziddiyyətli dövr idi. Belə bir fikir əsaslandırılırdı ki, sosialist istehsal üsulu və istehsal münasibətləri hər şeyə qadirdir. Bu məsələ təbiət qanunlarına da şamil edilirdi. Belə bir dövrdə alimlər öz tədqiqatlarını davam etdirməli olurdular. Onlardan ən birincisi akademik Həsən Əliyev idi. Onun əmək fəaliyyətinin birinci dövründə (1930-1950) Azərbaycanın təbii şəraitinin tədqiqat sahələri istiqamətləndirilmişdir. Eləcə də meşələrin kənd təsərrüfatında məhsuldarlığa təsiri ideyaları, meşəmeliorasiyanın yaradılması, zonalar üçün ağac növlərinin seçilməsi, nəhayət, Meşəmeliorasiya İnstitutunun yaradılması ilə həyata keçirilmişdir. Burada torpaq eroziyası üzrə tədqiqatlar da aparılırdı.
H.Əliyev fəaliyyətinin ikinci mərhələsində (1950-1970-ci illərdə) elmi tədqiqatlarını davam etdirməklə məharətli elm təşkilatçısı kimi də fəaliyyət göstərmişdir. Alimin Meşə Təsərrüfatı və Aqromeliorasiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının yaradılmasında və inkişafında böyük əməyi olmuşdur. Onun təşəbbüsü ilə 1955-ci ildə keçmiş SSRİ EA sistemində ilk dəfə Respublika EA Rəyasət Heyəti yanında Təbiəti mühafizə şöbəsi yaradılmışdır. Coğrafiya İnstitutuna rəhbərlik etdiyi dövrdə bir neçə şöbə, eləcə də təbiəti mühafizə şöbəsi təşkil edilmiş, həmin istiqamətdə də yeni kompleks elmi tədqiqat işləri aparılmağa başlamışdır.
Fəaliyyətinin üçüncü mərhələsində (1970-1990) Azərbaycanda ekoloji problemlərin və təbiəti mühafizə məsələlərinin kompleks tədqiqinin əsaslarının yaradılmasına başlamışdır. Azərbaycan təbiətinin mühafizəsində meşələrin salınması və qorunmasına, meşə – meliorasiya işlərinə xüsusi önəm vermişdir. Həmin dövrlərdə 14 qoruq yaradılmışdır. Onun da 7-si Həsən Əliyevin səyi, təklifi və təkidi ilə həyata keçirilmişdir. Azərbaycan təbiətinin mühafizəsində meşələrin salınmasına və qorunmasına, meşə – meliorasiya işlərinə xüsusi önəm verilmişdir.
Həsən Əliyevin təbiətlə bağlı yaratdığı elmi məktəblərdə onun 40-a qədər elmlər namizədi, elmlər doktoru əzmlə fəaliyyət göstərmiş və uzun müddət direktor olduğu Coğrafiya İnstitutunun bütün şöbələrinin elmi fəaliyyəti ekoloji məsələlərlə əlaqələndirilmişdir.
AMEA sistemində ilk Təbiəti mühafizə şöbəsi Coğrafiya İnstitutunun nəzdində yaradılmış, ilk ekoloq təbiətşünas alimlər məhz həmin elmi tədqiqat institutunda hazırlanmışdır.
Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə sahələrində elmi tədqiqatların, tətbiqi sahələrin, kadr hazırlığının geniş miqyasda dövlət səviyyəsində idarə edilməsinə 1970-ci illərdən başlanmışdır. Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi böyük nəticələrlə müşayiət olunmuşdur. Təkcə onu demək kifayətdir ki, keçən dövrlərdə (1970-1980; 1992-2002-ci illərdə) ekologiya və ətraf mühiti mühafizə ilə əlaqədar bir çox qanunlar qəbul edilmiş, 30-a yaxın fərman və hüquqi sənədlər imzalanmışdır.
Akademik Həsən Əliyev BDU-da ekoloji təmayüllü kafedranın açılması təklifini vermişdi. Təhsil Nazirliyinin o vaxtki rəhbərliyi, eləcə də BDU-nun rektorluğu 1980-ci ildə Geologiya-coğrafiya fakültəsində Ətraf Mühitin Mühafizəsi (ƏMM) və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının yaranmasına səy göstərmiş, həmin sahədə kadr hazırlığına başlanılmışdır. Kafedraya professor F.Hacıyev rəhbərlik etmişdir. Bir ildən sonra yüksək vəzifəyə irəli çəkilməsi ilə əlaqədar kafedraya rəhbərlik mənə həvalə olunmuşdur. Kafedra əməkdaşları ali məktəblərdə Ətraf mühiti mühafizə fənninin tədrisini BDU-da müvəffəqiyyətlə həyata keçirmişlər.
1990-cı ildə Ətraf Mühiti Mühafizə üzrə Regional Koordinasiya Şurası təsis edilmişdir. BDU-nun Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası Zaqafqaziya respublikaları üzrə bu sahədə regional mərkəz olmuşdur. Yeganə ekoloji təmayüllü kafedra kimi təhsil sistemində elmi-metodiki mərkəzə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev çətin illərdə respublika rəhbərliyinə qayıtdıqdan sonra ekologiya və ƏMM məsələlərinin həyata keçirilməsinə xüsusi səy göstərirdi. Eyni zamanda bu məsələlərin sosial-iqtisadi islahatlar dövründə həyata keçirilməsi təhsil sisteminin yeniləşdirilməsini tələb edirdi. 1999-cu ildə ölkədə təhsil islahatlarına başlandı, 2003-cü ildə ekoloji təhsil və ekoloji maarifləndirmə sahəsi ilə əlaqədar Prezident fərmanlar verdi. Bütün bunlar ümumi kadr hazırlığı, eləcə də ekologiya və ətraf mühiti mühafizə sahəsində mühüm əhəmiyyət kəsb etdi. 2001-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni strukturda yaradılması haqqında fərman imzalandı. Tədricən “Əsrin kontraktı”nın həyata keçirilməsi ilə neft və qaz kəmərlərinin çəkilməsi və s. ekoloji təmayüllü layihələrin həyata keçirilməsi, təbii resurslardan səmərəli istifadə Azərbaycan alimlərinin fəaliyyətini daha da stimullaşdırdı.
BDU-nun Ətraf mühiti mühafizə kafedrası əməkdaşları yüksək ixtisaslı kadr hazırlamaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura, Dövlət Plan Komitələrinin layihə institutları və digərləri ilə birlikdə təsərrüfat müqaviləli işlərdə və dövlət əhəmiyyətli proqramların yerinə yetirilməsində iştirak edirdilər.
İndi Azərbaycanda təbii resursların qiymətləndirilməsi və onlardan istifadənin genişləndirilməsi ilə əlaqədar dövlət səviyyəsində ətraf mühiti mühafizə və təbiəti bərpa məsələlərinə də ehtiyac yaranmışdır. Eyni zamanda Azərbaycan Respublikasında Regionların Sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyev tərəfindən dövlət inkişaf proqramlarının həyata keçirilməsinə, insan kapitalına önəm verilməsinə, dayanıqlı inkişafın əsas prioritet kimi qəbul edilməsinə və bu sahədəki fəaliyyətin genişləndirilməsinə xüsusi önəm verilir. Ekologiya və ətraf mühiti mühafizə sahəsində fərmanların verilməsi, strateji əhəmiyyətli fəaliyyət “İlham Əliyevin uğurlu ekoloji siyasəti” adı altında ikicildlik toplum da öz əksini tapmışdır.
Müasir ekoloji anlayışların elmi və praktiki məzmunu yeni metodoloji yanaşma tələb edir. Ətraf mühiti mühafizə kafedrasının əməkdaşları bu sahədə də fəallıq göstərirlər. Onların sırasında “Ekoloji tutum” konsepsiyasının Azərbaycan şəraitinə uyğunlaşdırılması; torpaqların təsərrüfat təyinatında ətraf mühitin nəzərə alınması; əkin sahələrindən ildə iki-üç dəfə məhsul götürülməsi və s. kimi mütərəqqi ideyalar ekoloji tələblərə uyğun qiymətləndirilir. Ətraf mühiti mühafizə kafedrasının əməkdaşları son dövrə qədər bu sahə üzrə tədqiqat planına müvafiq olaraq 15 mövzu, 10-a yaxın təsərrüfat müqaviləli elmi-tədqiqat işləri, kompleks proqramlar və qrantlar yerinə yetirmişlər.
Prezident İlham Əliyevin 2010-cu ilin “Ekologiya ili” adlandırdığı ildə BDU-da Ekologiya və torpaqşünaslıq fakültəsi təşkil edilmişdir. Ekologiya və torpaqşünaslıq fakültəsinin yaradılması ilə ətraf mühiti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə kafedrası Coğrafi ekologiya kafedrası adlandırılaraq Ekoloji kimya, Bioekologiya, Torpaqşünaslıq, Yer quruluşu və torpaq kadastrı kafedraları ilə birlikdə fəaliyyət göstərir. Bu kafedralar ekologiyanın böyük hissəsini əhatə etməklə həmin sahədə kadr hazırlığının mühüm istiqaməti kimi formalaşdırılmışdır. Ekologiya elminin sistemli inkişaf etdirilməsi və bu sahədə kadr hazırlığının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Ekologiya və torpaqşünaslıq fakültəsində və digər fakültələrdə qlobal və kosmik ekologiya, təkamül ekologiyası, struktur ekologiya, nanoekologiya, tətbiqi ekologiya və s. sahələrə xüsusi önəm verilməkdədir.
Coğrafi ekologiya təbiəti, sosial şəraiti, təsərrüfat sahələrini əhatə etdiyinə görə onun bir çox sahələrinin metodoloji aspektlərinin təkmilləşdirilməsində və yeniləşdirilməsində yeni istiqamətlər formalaşmaqdadır.
Müasir dövrdə ekoloji kadrlardan səmərəli istifadə nəticəsində idarəetmənin səmərəli təşkilinə, təsərrüfat sahələrinin modelləşdirilməsinə və proqnozlaşdırılmasına əlverişli şərait yaradılmış, kafedraların fəaliyyətində xarici ölkələrlə əlaqələr xüsusi yer tutmuşdur. Fakültəmizin Rusiya, Almaniya, Türkiyə, ABŞ və İranla elmi əlaqələri yaradılmışdır.
Biz qürur hissi keçiririk ki, ekologiyada böyük xidmətləri olan akademiklərdən H.Əliyev, B.Budaqov, V.Hacıyev, R.Əliyeva, professorlardan Ə.Əyyubov, Ş.Xəlilov, Q.Mustafayev, N.Mikayılov, T.İsmayılov və başqaları ilə birlikdə fəaliyyət göstərmiş və yaxşı əməkdaşlığımız olmuşdur.
Похожие статьи
-
Azrbaycanda ekologiyanın qorunması
Azrbaycanda ekologiyanın qorunması XİN rəsmisi bildirib ki, bu tədbirlər çərçivəsində nərə balıqlarının qorunması və artırılması sahəsindəki işləri və…
-
Prezident İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır �� ” Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf…
-
Azərbaycanda turizimin inkişafı
Azərbaycanda turizimin inkişafı Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin…
-
Azərbaycanda təbii irsin qorunması
Azərbaycan mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir – ISESCO rəhbəri 1.6. Xidmət Bakı şəhərində yerləşir. Əməkdar memar Mədəni…
-
Azərbaycanda kənd təsərrüfatının inkişafı
Kənd təsərrüfatının davamlı inkişafının elmi əsasları Kənd təsərrüfatında rəqəmsal transformasiyalar – süni intellektin tətbiqi. Süni intellekt…
Comments are closed, but trackbacks and pingbacks are open.