Press "Enter" to skip to content

Ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı metodik vəsait hazırlanıb

25 İyul , 2019 17:55

Bakı neft maşınqayırma zavodu satılıb

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi uzun müddət fəaliyyətsiz qalan və ya tam gücü ilə fəaliyyət göstərməyən ağır sənaye müəssisələrində istehsalın genişləndirilməsi üzrə işlərini davam etdirir.

“Yeni Sabah” xəbər verir ki, bu istiqamətdə komitə tərəfindən “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib. Müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar üçün maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyənləşdirilib.

İştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib.

Müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb. Bununla yanaşı, müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və ona bərabər tutulan borcların ödənilməsini və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

Təqdim olunmuş İnvestisiya Proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır. Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur.

Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.

Ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı metodik vəsait hazırlanıb

Ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı metodik vəsait hazırlanıb ​Ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı metodik vəsait hazırlanıb

25 İyul , 2019 17:55

https://static.report.az/photo/87ae4099-f34d-4389-b908-976fde01a193.jpg

Energetika Nazirliyi ndə İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azərişıq” ASC, eləcə də ağır sənaye və maşınqayırma müəssisələrinin nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi” bəndinin icrası ilə bağlı müzakirələr aparılıb. Bu barədə “Report”a Energetika Nаzirliyi nin Mətbuat xidmətindən məlumat verilib. Tədbirdə müvafiq bənd üzrə ağır sənaye və maşınqayırma müəssisələri üçün enerjidən səmərəli istifadə ilə bağlı Energetika Nazirliyi və “Azərişıq” ASC tərəfindən hazırlanmış metodik vəsaitin təqdimatı keçirilib. Energetika nazirinin müavini Samir Vəliyev davamlı enerjinin əsas komponentlərindən biri olan enerji səmərəliliyinin sənaye müəssisələrində tətbiqi ətraf mühitə təsirlərin azaldılması ilə yanaşı bu müəssisələrin fəaliyyətində məhsuldarlığa və inkişafa töhfə verəcəyini bildirib. Enerji səmərəliliyi ilə bağlı məsələlərin həllini tapması, zəruri texniki və maliyyə dəstəyinin təmin edilməsi üçün hüquqi bazanın yaradılmasının vacibliyini vurğulayan nazir müavini deyib ki, hazırda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi baxılmaqdadır. Samir Vəliyev həmçinin İRENA (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi), İEA (Beynəlxalq Enerji Agentliyi) kimi beynəlxalq qurumların təhlilləri və qabaqcıl təcrübəyə əsaslanaraq hazırlanmış bu metodiki vəsaitin enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsinə müsbət təsir edəcəyini və tövsiyə xarakterli belə materialların 2020-ci ildə də hazırlanacağını diqqətə çatdırılıb. Sonra “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Araz Məmmədzadə kitabçada əksini tapmış enerji səmərəliliyi, onun faydaları, enerji səmərəliliyi indeksi, sənaye sektorunda enerji səmərəliliyində öncəlik, enerjiyə olan tələbatın idarəedilməsi, enerji səmərəliyini idarəetmə sistemləri, enerjiyə qənaət tədbirləri, sənaye müəssisələrində səmərəliliyin imkanları ilə bağlı təkliflər və tövsiyələrə dair geniş təqdimatla çıxış edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Faiq Qasımlı Strateji Yol Xəritəsi çərçivəsində görülən bu işləri yüksək qiymətləndirib və sənaye müəssisələrində enerji səmərəliliyinin təşviq edilməsi istiqamətində atılan addımlardan bəhs edib. Faiq Qasımlı belə tədbirlərdən biri kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi” Qaydasını və burada səmərlilik göstəricilərinə görə bonusların nəzərdə tutulduğunu qeyd edib. Tədbirdə təqdimatda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Похожие статьи

  • Azrbaycanda i ttihadçılar

    Mobil telefonu Azərbaycanda qeydiyyatdan keçirməyin YOLLARI © 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları…

  • Azrbaycanda nqliyyat problemlri 2018

    Son xəbərlər !Reklam – Yazi Azrbaycanda nqliyyat problemlri 2018 Kateqoriyalar Özəl Layihələr Seçki 2020 Ramazan Video Xəbərlər Qurban Bayramı Beynəlxalq…

  • Azrbaycanda nqliyyat

    ADB Azərbaycanda nəqliyyat sektorunun inkişafını dəstəkləyəcək “Təhlükəsizlik, Data və Yaşıl” koronavirus pandemiyasından zərər görmüş nəqliyyat…

  • Azrbaycanda silah

    Bakıda bu qədər silah hardandır? Polis rəisi AÇIQLADI Mağazada ən bahalı tüfənglər isə İtaliya silahlarıdır. Bunların qiyməti 6-7 min manat…

  • Azrbaycanda sovet hakimiyytinin qurulması

    Azərbaycanda Sovet hakimiyyətinin qurulması mütərəqqi hadisə idimi Bu yenidənqurmalar sisteminə sənayeləşdirmə, kollektivləşdirmə, mədəni və mənəvi…

Comments are closed, but trackbacks and pingbacks are open.