Press "Enter" to skip to content

Lənkəranda sahibkarların maliyyə resurslarına dair tədbir keçirilib – FOTOLAR

Tədbirin davamında “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə iştirak edən KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi və “Kapital Bank”ın nümayəndələri tərəfindən mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

“Müharibə yayda bitəcək” – Çin “qalib tərəf”in adını çəkdi

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei Asia” qəzeti yazır.

Nəşr qeyd edir ki, “sülh planı”nın elan edilməsindən iki ay əvvəl Pekində Çin Kommunist Partiyasının nəzarətində olan aparıcı analitik mərkəz Ukraynadakı müharibə ilə bağlı hesabat yayıb. Sənəddə bildirilirdi ki, Ukrayna ərazisində hərbi əməliyyatlar təxminən 2023-cü ilin yayına qədər davam edəcək.

İddiaya görə, müharibənin başa çatmasının əsas səbəbi Ukrayna və Rusiya iqtisadiyyatlarının tükənməsi olacaq, bu da payızda döyüşlərin davam etdirilməsinə imkan verməyəcək. Hesabatda qalibin işğalçı dövlət olacağı deyilir. Amma yapon analitiklər belə bir qənaətin Moskva ilə sıx əlaqədə olan Pekinin işğalçını razı salmaq cəhdi ola biləcəyini düşünürlər.

Rusiyanın işğalı müharibəyə başlamasının ildönümündə (fevralın 24-də) Çin müharibəyə son qoyacaq 12 bənddən ibarət “sülh planı”nı təqdim edib. Amma planda Rusiyanın işğal etdiyi ərazilərdən çıxarılması tələbi yoxdur. NATO və Avropa Birliyi Çinin “sülh planı”nı tənqid edib. Rusiya və Belarusla yanaşı, Macarıstan və Qazaxıstan bu “təşəbbüs”ü dəstəkləyib.

Lənkəranda sahibkarların maliyyə resurslarına dair tədbir keçirilib – FOTOLAR

“Regional tərəfdaşların inkişafı” layihəsi davam edir. SİA xəbər verir ki, layihə çərçivəsində Lənkəran-Astara iqtisadi rayonundan olan sahibkarlar maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.

Regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması önəmlidir. Bu məqsədlə 2022-ci ildən etibarən bölgələrdə “Regional tərəfdaşların inkişafı” layihəsi həyata keçirilir.

Layihənin məqsədi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlətin dəstək tədbirləri barədə biznes subyektlərinin və sahibkarlığa başlamaq istəyən şəxslərin məlumatlandırılması, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində növbəti tədbir martın 10-da Lənkəran şəhərində keçirilib. Tədbirdə Bakı şəhərindən və Lənkəran–Astara iqtisadi rayonuna daxil olan Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, eləcə də Şirvan və Salyan rayonlarından 300-dən çox sahibkar, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlət tərəfindən verilən güzəştli kreditlər, subsidiyalar, bu sahədə nəzərdə tutulan yeniliklər, alternativ maliyyələşdirmə alətləri, özünüməşğulluq proqramının mikro və kiçik sahibkarlığa başlanılmasında rolu barədə məlumat veriblər.

“Marsol Group”un direktoru Tural Mustafayev, “Kapital Bank”ın kiçik və orta sahibkarlarla iş departamentinin müdiri Nəsimi Xasıyev və “Maricel Real Estate”in rəhbəri Samir Əlizadə təmsil etdikləri şirkətlərin fəaliyyəti, sahibkarlıq sahəsində dövlət qurumları ilə əməkdaşlıq və mövcud dəstək mexanizmlərindən istifadə barədə danışıblar.

Tədbirin davamında “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə iştirak edən KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi və “Kapital Bank”ın nümayəndələri tərəfindən mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində ilk tədbir 2022-ci ilin dekabr ayında Şəki şəhərində keçirilib və tədbir çərçivəsində 200-dən çox sahibkar və biznesə başlamaq istəyən şəxs maliyyə resurslarına çıxış imkanları barədə məlumatlandırılıb. Dövlət Məşğulluq Agentliyi, “Kapital Bank”, “Maricel Astara Resort” otel və “Moon Group” layhənin tərəfdaşlarıdır. Layihənin növbəti aylarda ölkənin digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulur.

Comments are closed, but trackbacks and pingbacks are open.