Press "Enter" to skip to content

Azərbaycanda musiqi iə müalicənin tarixi

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi Dədə Qorqud”da (VII əsr), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.

Musiqi notlarının tarixi

Musiqidəki riyazi sirri kəşf edərək yazıya tökmənin ilk təməli Pifagor tərəfindən atılmışdır. Biz onu məktəb sıralarından məşhur dik üçbucaq teoremi ilə xatırlayarıq, amma Pifagor indiki vaxtda çatdığımız elm səviyyəsinin atasıdır. O, öz dövrünə qədər inkişaf etmiş bütün işləri bir intizam altında yığmış həndəsə, arifmetik, astronomiya, coğrafiya, musiqi və təbiət məlumatı olaraq ayrı-ayrı elm sahələri yaratmışdır.

Pifagor elmi, elm üçün düşünür, elmin tətbiq etmək onu maraqlandırmırdı. Bu səbəblə məlumat sevən mənasındakı filosof sözcüyünü ilk olaraq o istifadə etmişdir. Pifagor bütün kainatın ədədlər və aralarındakı əlaqələrə görə qurulduğuna inanırdı.

Pifagorun musiqinin içindəki riyaziyyatı bir dəmirçi dükanının qarşısından keçərkən kəşf etdiyi rəvayət edilər. Dəmirçi ustasının dəmir döyərkən istifadə etdiyi alətlərə görə dəyişik səslər çıxarması Pifagorun marağını çəkmiş, dükanı bağlatdıraraq ustaya müxtəlif alətlər istifadə etdirmiş, çıxan səsləri araşdırmış və qeydlər götürmüş.

Qərb musiqisini IX əsrin əvvələrinə qədər notalamadan xəbərsiz idi. Əsərlər qulaq yoluyla nəsildən nəsilə köçürülür, bu vaxt dəyişməyə uğrayır, zamanla unudula bilirdi. IX əsrin ikinci yarısında ilk notalama sistemi ortaya çıxdı. Guido d’Arezzo «Guid Arezzo» notalama sisteminin səslərin yüksəkliyini qəti olaraq ifadə etməyə başlamasıyla böyük bir irəliləmə qeyd edildi. XI əsrdə notların üzərinə düzüldüyü beş xəttdən ibarət yaranan portenin istifadə edilməsiylə notların yüksəkliyi do, re, mi,…və.s müddəti birlik, ikilik, dördlük,… qəti şəkildə təyin oluna bilər hala gəldi. Əslində musiqinin dörd parametri vardır
Yüksəklik, müddət, şiddət və tonu.

Bunlardan ilk ikisi zamanla ümumi qəbul görən bir sıra işarələr sayəsində kağız üzərinə tökülə bilmiş, şiddət və tonu isə notun yanında əlavə sözlərlə ifadə edilmişlər və qismən də şərhə açıq buraxılmışlar.

Müxtəlif səsləri ifadə etmək və bunların bir-birlərinə qarışmasını önləmək üçün səsləri təmsil edən notlara xüsusi adlar verildi. Do, re, mi, fa, sol, la, si. İngiliscədə və Almancada isə notlar hərflərlə göstərildi C do, D re, EMİ, F fa, G sol, A la, B si ing. H si alm.

Nota adlarından «do» nun əvvəlki adı «ut» idi. saitlə başlayan bu ad, notları sırayla söyləyərkən həbslik etdirdiyindən XII əsrdə «do» olaraq dəyişdirildi. Almaniya və bəzi ölkələrdə ut hələ istifadə edilər.

Siz xaric digər notaların ad atası Guido d’Arezzo . Arezzo bu adları Iohannes Battista ilahəsindəki misraların birinci hecalarından götürərək yaratmışdır. Yeddinci notun adı uzun zaman «B» olaraq qalmış, sonradan XIII əsrdə Sanete Iohannes sözlərinin baş hərflərindən meydana gələn «si» adını almışdır. Notalamanın kəşfi və inkişafı musiqi praktikasına fövqəladə bir inkişaf mühiti yaratmışdır. Notalama, icraçını əzbərdən qurtararaq həm musiqi parçalarının uzanmasına həm də müxtəlif dövrlərə və ölkələrə aid notlanmış əsərlərin qatılmasıyla repertuarın zənginləşməsinə və növlərə ayırılmasına imkan vermişdir. Not sayəsində bir musiqiçi bilmədiyi bir musiqi parçasını icra edə bilmək üçün tək başına kafi bir hala gəlmişdir.

  • Teqlər:
  • musiq notların tarixi
  • , Pifagor
  • , Guido d’Arezzo

Mədəniyyət

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi Dədə Qorqud”da (VII əsr), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.

İlk yazılı ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi musiqimizin qədimliyinə əyani sübutdur.

İlk yazılı musiqi risalələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi (1217-1294) və Əbdülqadir Marağainin (1353-1435) adları ilə bağlıdır. Urməvinin yazdığı “Kitab əl-Ədvar” və “Şərəfiyyə” risalələri Azərbaycanda musiqi elminin əsasını qoymuş və onun gələcək inkişafı üçün zəmin yaratmışdır. O, musiqi elminə “Sistemçilik” məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin yaratdığı musiqi sistemi, not cədvəli o dövrün ən kamil not sistemi və tabulaturası idi.

Marağaidən sonra yaranmış risalələrdə Şərq musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və qismən qoyulmuşsa da, müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların təcrübi əhəmiyyətində idi. Bu dövrün risalələrindən Marağainin kiçik oğlu Əbdüləziz Çələbinin “Nəqavətil Ədvar” risaləsini və onun oğlu Mahmud Çələbinin “Məqasid əl-Ədvar” əsərini göstərmək olar.

XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaranmış maraqlı risalələrdən biri də Mirzə bəyin “Musiqi haqda” risaləsidir.

XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur (Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun). XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı “Musiqiçilər məclisi”ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıxcan və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, “Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar”.

Şuşa Qafqazın konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa Konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər. Şuşa Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.

XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin “Leyli və Məcnun” poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.

Hacıbəyovun digər məşhur operettası “O olmasın, bu olsun” 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılmışdır. Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında (“Ər və arvad”, 1910; “O olmasın, bu olsun”, 1911; “Arşın mal alan”, 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun “Arşın mal alan” musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, Çin, ərəb, fars, polyak, Ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir.

XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövrü kimi səciyyələnir. Bu illərdə Azərbaycan Dövlət Konservatoriyası (1921), yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov adına), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.

20-ci illərdə R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək “Aşıq Qərib” dastanı əsasında “Şahsənəm” (tamaşası 1927) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.

Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan “Koroğlu”nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov “Koroğlu” operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O bu rolu 400 dəfədən artıq ifa etmişdir.

20-40-cı illərdə yeni bəstəkarlar nəsli — S.Rüstəmov, Ə. Bədəlbəyli, A.Zeynallı, Niyazi, Q.Qarayev, F.Əmirov, S.Hacıbəyov, C.Hacıyev və b. yaradıcılıq yoluna qədəm qoyur.

30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov “Təntənəli marş”, M.Maqomayev “Azərbaycan çöllərində”, “Azad qadının rəqsi”, “Azərbaycan radio marşı RV-8”), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.

1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin “Vətən” (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin “Xosrov və Şirin” (1942) operası, Ü.Hacıbəyovun “Sənsiz” və “Sevgili canan” romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeiriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.

Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.

Q.Qarayevin “Yeddi gözəl” baleti (1952, Nizaminin eyniadlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. “Yeddi gözəl” ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır.

1958-ci ildə Q.Qarayevin “İldırımlı yollarla” (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir.

S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən “Gülşən” (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun “Gözün aydın” (1946), S.Rüstəmovun “Durna” (1947), S.Ələsgərovun “Ulduz” (1948) operettaları bu janrın örnəkləridir.

50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf oldu. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpkili simfonik əsərlərində öz ifadəsini tapır. F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz əksini tapır.

C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.

C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir (“Arazın o tayında” 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; “Füzuli” kantatası). “Arazın o tayında” vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti (A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı) yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir.

60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.

Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun “Məhəbbət əfsanəsi” (1961), F.Əmirovun “Nəsimi haqqında dastan” (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), “Min bir gecə” (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.

Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun “Şur” və “Kürd ovşarı”, Niyazinin “Rast” simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurdular.

Xalq artistləri R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatlarıdır. Bəstəkarlarımızın əsərlərini dinləyiciyə, tamaşaçıya çatdırmaqda, onları təbliğ etməkdə hal-hazırda fəaliyyətdə olan dirijorlarımızın — R.Abdullayevin, C.Cəfərovun, Y.Adıgözəlovun, T.Göyçayevin, G.İmanovanın, R.Mustafayevin, N.Əzimovun və b-nın əməyi danılmazdır.

Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanəndələrdən xalq artistləri X.Şuşinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b-nın xidməti xüsusi qeyd olunmalıdır.

Azərbaycan estrada və caz musiqisi də uğurla inkişaf etmişdir. T.Quliyev, R.Hacıyev 1941-ci ildə yaranmış Azərbaycan Dövlət Caz Orkestri (bədii rəhbəri Niyazi, musiqi rəhbəri T.Quliyev) üçün əsərlər bəstələyirdilər. P.Rüstəmbəyov (saksafon), A.Bünyadzadə, D.Bağırbəyova və b. orkestrin ilk ifaçıları olmuşlar. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (bədii rəhbəri R.Hacıyev), 1957-ci ildə “Biz Bakıdanıq” estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri (bədii rəhbəri və dirijoru T.Əhmədov), 60-cı illərdə “Qaya” kvarteti (sonralar vokal-instrumental ansamlı, bədii rəhbəri əməkdar artisti T.Mirzəyev), 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (bədii rəhbər və solist R.Behbudov), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (solisti və bədii rəhbəri M.Maqomayev) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.

Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.

Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi “Sevil” və “Muğam” ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür. R.Babayev, V.Sadıqov, A.Hüseynov, C.Zeynallı, Ə.Mustafazadə və başqa ifaçılar da Caz sənətinin inkişafına öz töhfələrini vermişlər.

Bunların sırasında V.Adıgözəlovun “Qarabağ şikəstəsi” və “Qəm karvanı” (1999) oratoriyaları, T.Bakıxanovun “Qarabağ harayı” (2001) simfoniyası, A.Əlizadənin “Ana torpaq” (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin “Haqq səninlədir, Azərbaycan” (1992) kantatası, H.Xanməmmədovun “Əlimdə sazım ağlar” xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın “Vətən şəhidləri” (1990) kantatası, tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam” (1999) və b. xüsusi yer tutur.

2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında “Qafqaza səyahət” baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun “Xeyir və şər” (1990) birpərdəli baleti , H.Məmmədovun “Şeyx Sənan”, O.Zülfüqarovun “Əlibaba və 40 quldur” (1990) baleti yazılmışdır.

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan musiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir. A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun əsərləri Türkiyədə, Norveçdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun (“Çanaqqala” oratoriyası), Kiprdə T.Bakıxanovun (“Quzey Kipr fəsilləri”, “Quzey Kipr suitası”) və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin (“Xütbə, Muğam, Surə”, “Babil qiyaməti”), F.Əlizadənin (“İlğım”), R.Həsənovanın (“Səma”) əsərləri ifa edilmişdir. “İpək yolu” layihəsində F.Əlizadə (“Dərviş”), və C.Quliyevin (“Karvan”) iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov UNESCO və Yaponiyanın keçirdiyi müsabiqənin (“Zamana səyahət” simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına (“Qoy dünyada sülh olsun” oratoriyası) layiq görülmüşdür.

1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə UNESCO -nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada “Ekspo-2000” Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.

2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş “Xan qızı Natəvan” (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.

2006-cı ildə Bakıda dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Şostakoviç Festivalı keçirilmişdir. Festival dahi rus bəstəkarının anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. 2007-ci ildə İtaliyada “Vela festival” “Klassik Ariano” festivalında Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. 2007-ci ildə Bakıda Vokalçıların Bülbül adına Dördüncü Beynəlxalq Müsabiqəsi keçirilmişdir. Bu mötəbər müsabiqədə Rusiyadan, Ukraynadan, Gürcüstandan, Belarusiyadan, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan 70 vokalçı iştirak edirdi. 2007-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilmişdir. Festival çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında bəstəkar Firəngiz Əlizadənin “Qarabağnamə” operasının premyerası böyük müvəffəqiyyətlə keçmişdir. 2007-ci ildə F.Əlizadə UNESCO-nun “Dünyanın artisti” adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 29 ildən sonra 12-13 may 2021-ci ildə “Xarıbülbül” musiqi festivalı ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olundu.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırıb.

Azərbaycanda musiqi iə müalicənin tarixi

Azərbaycan orqanologiyası üzrə kitablarda musiqi alətləri və bu alətlərdə ifa edən musiqiçilər Şərq miniatürlərində təsvir edilmişdir. Mənim diqqətimi o cəlb etdi ki, bütün bunlar xarici ölkə kolleksiyalarında, London, Paris, ABŞ, Sankt-Peterburqda Saltıkov-Şedrin adına ümumi kitabxanada, Moskvada Şərq xalqları Incəsənət muzeyində, Tbilisidə Incəsənət muzeyindədir.

�������Səadət Abdullayevanın kitabında təsvir olunmuş Mirzə Qədim Irəvani, R.Mustafayev adına Incəsənət Muzeyindən – milli zərb aləti dümbəklə təsvir edilmiş qadın (Inv�DK 593), musiqiçi xanımlar təsvir edilmiş qələmkar, həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyindəki kolleksiyalardan (DK� 14916/1-3) rəssam R.Hüseynov tərəfindən çəkilmiş orta əsrlər miniatürləri təsvir edilmiş Məcnun Kərimovun albomunda göstərilmiş boşqab istisna təşkil edir. Təəssüf ki, M.Kərimov bunları atributlaşdırmamış, kitab dizayn elementləri baxımından göstərmişdir.

�������Yuxarıda qeyd olunanlar məndə belə bir fikir oyatdı ki, Azərbaycan muzeylərinin musiqi mövzusuna aid təsviri və xalq tətbiqi sənəti əsərləri ilə zənginliyini dəqiqləşdirim.

������� Azərbaycan təsviri və xalq tətbiqi incəsənətinin toplusu Azərbaycan musiqi incəsənətinin, xüsusilə milli musiqi alətlərinin tarixi haqqında əlavə dürüst məlumat verirmi? R. Mustafayev adına Dövlət Incəsənət Muzeyini, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Institutunun, Nizami adına Ədəbiyyat Muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Fondlarını və ekspozisiyalarını tədqiq edərkən 16-20 əsrlərə aid musiqi xarakterli məlumat daşıyan bir neçə faktlar aşkar edildi. Azərbaycanda istifadə olunmuş alətlər; cəng, qanun, bərbət, ud, tar (Sadıqcanın rekonstruksiyasına qədər tarı diz üstə tuturdular), kamança, ney, qaval, dəf təqdim olunmuşdur. Axırıncı iki alət üzərində xüsusilə dayanaq. Terminləri qarışdırmamaq üçün izah edək ki,qaval və dəf sözləri sinonim deyillər. Musiqi Ensiklopediyasında, yəqin ki, Azərbaycan musiqiçilərinin verdiyi məlumata əsasən dəf və qaval alətlərini sinonim kimi �dəf� göstərmişdir. Məsələn, I.Vizqo-Ivanova , V.Petrov .

�������Lakin miniatürlərdə aydın göründüyü kimi bir-birinə yaxın alət olmaqla, onlar texnologiyalarına, akustik parametrlərinə, geniş yayıldıqlarına görə fərqlənirlər. Qaval membranlı zərb alətidir, sağanağından metal halqalar, ya da zınqırovlar asılır. Dəf qavaldan bir balaca diametrinin kiçikliyi, çəmbərinin deşiklərinə birləşmiş bir cüt camların olması ilə fərqlənir. Adətən, müşahidələrə görə, miniatürlərdə təsvir edilən belə cütlüklər beş və dörd olur. Alman səyyahı və naturalisti Engelbert Kempfer 17-ci əsrdə Azərbaycanda səyahət edərkən göstərir ki, bu dairəvi camlar beş və ya dörd olmuşdur. Cüt camları silkələyərkən, biri-birinə vurulmaqla onlar qavaldan nisbətən daha çox cingiltili səs çıxarır. Orta əsrlərdə dəf qavaldan daha çox yayılmışdır. S.Abdullayeva Azərbaycan musiqi alətlərinin inkişafı tarixi cədvəlində göstərir ki, qaval daha gec yaranıb , 20-ci əsrdə dəf öz populyarlığını itirmiş, istifadə edilməmişdir. Termin qalmış, qavalla eyniləşdirilmişdir. Bu fakta əsasən izah edilir ki, 20-ci əsrin görkəmli folklorçuları dəf və qavalı sinonim kimi qəbul etmişlər , qeyri-iradi olaraq Azərbaycan alətlərinin sayını bir ədəd (dəf) azaltmışlar. Digər alət uzun müddət, Sadıqcanın bərpasına qədər, Azərbaycan musiqiçilərinin alətləri sırasından çıxarılmış, tez-tez həmvətənlərimiz tərəfindən Iran tarı kimi adlandırılan tar alətidir. Məlumdur ki, 20-ci əsrin axırı, Şimali Azərbaycanda, Azərbaycanın Rusiyaya aid hissəsində, Şuşadan olan Mirzə Sadığın (Sadıqcanın) konstruksiyası ilə təkmilləşdirilmiş yeni tar geniş yayılmışdır. Bu populyar milli alət olmuş, köhnə aləti bütünlükdə sıxışdırmışdır. Sadıqcanı �Azərbaycan tarının atası� adlandırırlar, guya onun rekonstruksiyasına qədər Azərbaycan xalqı qeyri milli alətdə çalırmış. Musiqi alətlərinin təkamülü faktı o demək deyil ki, milli musiqi alətləri özgə alət kimi unudulsun. Indi Rusiyada qusli alətinin geniş yayılmaması heç də o demək deyil ki, bu qədim alət rus mədəniyyətinə aid deyil. Sadıqcanı müasir Azərbaycan tarının atası adlandırmaq daha mərhəmətli olardı.
�������Musiqi alətlərinin təsviri incəsənətdə əks etdirilməsinə qayıdaq. 19-cu əsrdə Mirzə Qədim Irəvaninin trafaret işlərinin birində (Azərb. Incəsənət Muzeyi DK 3018Q1338/2a) kamançada çalan kişi və rəqqasəyə, əlləriylə çırtma vuraraq müşayiət edən qadın təsvir olunub. Şəkildə onun barmaqlarının quruluşu, kamanı ovçunun içində tutması kamança çalanın əllərinin vəziyyəti ilə uyğundur. Kamançanın kamanındakı tüklər sərbəst, dartılmamış olduğundan, kamanı birinci və ikinci barmaqlarla tutmaqla sağ əlin üçüncü və dördüncü barmaqları tüklərin dartılmasını tənzimləyir. Ancaq təsviri incəsənətdə kamanı saxlayan əlin ovçunun aşağıya yönəlməsi təsvirlərinə də rast gəlinir.

������� Miniatürlərdə müxtəlif zamanların və məktəblərin, müxtəlif müəlliflərin eyni musiqi alətini eyni təsvir etməsi, təsvirlərin düzgün olmasına əsas verir. Elə ona görə də ikonoqrafik eyniliyin köməyi ilə, Məcnun Kərimov, bir sıra orta əsr musiqi alətlərini bərpa etmişdir. Çox düzgün olaraq K. Kərimov söyləmişdir ki, �Azərbaycan miniatürünün müxtəlif aspektlərdə öyrənilməsi, Azərbaycan xalqının incəsənət və mədəniyyətini, eləcə də musiqi alətlərinin daha dərindən öyrənilməsinə kömək edəcəkdir� . Qədim kitab miniatürlərinə əsasən, rəsmlərdə kamança çalma prosesində sağ əlin ovçunun vəziyyətinin həm yuxarıya, həm də aşağıya yönəlməsi, iki cür kamanın mövcud olmasından xəbər verir. Barmaqların iştirakı olmadan, əyilməsi hesabına tükləri gərilən, konstruksiyalı kamança getdikcə unudulmuşdur. Burdon onun Azərbaycan dilindəki adı �kaman�, yəni �yay, ox� yaranıb. Ifa zamanı gərilmiş tüklərlə əyilmiş kamanı ovçu aşağı tuturdular. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyindən (foto AMMDM �16159) və Azərbaycan Tarix Muze yindəki süfrədəki (qələmkar) naxışlarından məlum olur ki, belə konstruksiyalar 19-cu əsrədək mövcud olmuşdur. Üzü aşağı səmtdə mümkün olmadığına görə, ovçu yuxarı tutulan, üçüncü və dördüncü barmaqların hesabına tüklərin cərilməsini nizamlayan, düz kaman, 19-cu əsrin sonunadək parallel olaraq sıxışdırılmışdır.

�������Avropada bu evolyusiyanı həmçinin skripka kamanı da keçmişdi, əyri trostdan-düzə �kamanın inkişafı trostun düzlənməsinə gətirir� , amma, kamançanın kamanından fərqli olaraq, müasir viola və violançel kamanları tüklərin gərilməsi üçün vintli dəstək ilə təchiz olunub. Buna baxmayaraq violada, qambada da kaman ovçu yuxarı tutulur. Indiki kamanın tutulma qaydasını əvvəlki ilə səhv salınması, müasir rəssamların təsvmrlərindəki səhvdir. Nə qədər də yeniliyə doğru getsək də, təsviri incəsənətdə musiqi alətlərinin və ifaların qeyri adekvat nümunələrinin rəqəmi artır. Mirzə Qədim Irəvani, eyni zamanda Toğrul Nərimanbəyov (bax Azərb. Dövlət Incəsənət Muzeyi �Muğam�, 1965il), bu xırdalıqları qeyri dəqiqliklə təsvir etmiş rəssamlardan fərqli olaraq, öz əsərlərində musiqi alətlərinin və onlarda ifanı düzgün təsvir etmişdilər. Nəcəfqulu Ismayılovun obrazları seriyasında kamança çalan da var. Axırıncı kamanı ovçu aşağı, violonçel kamanı kimi tutmuşdur. Düz trostu olan kamanda, belə çalmaq mümkün deyil, çünki tüklərin gərilməsi üçün bu kamanın vintli dəstəyi yoxdur. O, yuxarıda göründüyü kimi, sağ əlin barmaqları ilə köklənir, bu isə əlin ovucunun üzü yuxarı olmasını tələb edir. Elşən Hacızadənin �Kamança� rəsm əsərində (Azərb. Dövlət Incəsənət Muzeyi) kamança dəqiqliklə təsvir olunub, lakin onların mövqeyi qeyri xarakterdi, çünki tüklərin gərilməməsi səsin çıxmasına mane olur.

�������Qədim əlyazma kitabından Nizami yaradıcılığına aid miniatür-illüstrasiyalı vərəqin cırılmış təqlidi olaraq Ismayıl Məmmədovun qrafik işində(1991-ci il, DK �1132), cəng, zurna və dəf musiqi alətlərində ifa edən musiqiçilər əks olunmuşdur. Bu əsərdə dəfin bir-birinin ardınca düzülmüş dairəsindən kənara çıxan o qədər cüt mis disk-camlar verilmişdir ki, belə dəfi ifa etmək üçün sağanaqdan tutmaq mümkün olmazdı.

Похожие статьи

  • Azərbaycanda qazmanın tarixi

    Neftçıxarmanın tarixi Şirkət genişlənən qum süzgəcləri və quyudibi axına nəzarət klapanı ilə tamamlanmış dünyanın ilk sualtı suvurma quyuları məhz…

  • Azrbaycanda musiqi i müalicnin tarixi

    Azərbaycan – Odlar Yurdu Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadənin fikrincə isə, “Sarı gəlin”in söz və…

  • Azərbaycan musiqi tarixi

    Musiqi tarixi Bu işdə mahir mügənnilər, aşıq və xanəndələr böyük rol oynamışlar. Bunlardan Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Əsəd Rzayev kimi sənətkarların,…

  • Azerbaycan musiqi edebiyyati

    Azerbaycan musiqi edebiyyati 30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov “Təntənəli marş”, M.Maqomayev “Azərbaycan çöllərində”, “Azad…

  • Azerbaycan musiqi dbiyyatı

    Musiqi tarixi 2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında “Qafqaza səyahət” baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun “Xeyir və şər”…

Comments are closed, but trackbacks and pingbacks are open.