Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 idarəsi yaradıldı
Milli.Az
Azərbaycan mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir – ISESCO rəhbəri
Azərbaycan sülh naminə mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ISESCO-nun baş direktoru Səlim bin Məhəmməd Bakıda keçirilən “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.
“Biz sülh uğrunda qlobal alyans yanaşmamızla uyğunlaşan bu forumun dəstəklənməsinə sadiqik”, – deyə o, bildirib.
Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.
BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.
Milli.Az
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 idarəsi yaradıldı
Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional idarəsi yaradılıb.
Nazirlər Kabinetinə yaradılan regional idarələrin ərazi mənsubiyyətini müəyyən etmək, regional idarələrin işçilərinin say həddinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçisi ştat vahidlərinin optimallaşdırılması hesabına müəyyən olunmasını təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, fərmana əsasən yaradılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin fəaliyyəti ilə bağlı zəruri tədbirlər həyata keçirmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Mədəniyyət Nazirliyinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
AzNews.az
Похожие статьи
-
Azərbaycanda təbii irsin qorunması
Azərbaycan mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir – ISESCO rəhbəri 1.6. Xidmət Bakı şəhərində yerləşir. Əməkdar memar Mədəni…
-
Azrbaycanda ekologiyanın qorunması
Azrbaycanda ekologiyanın qorunması XİN rəsmisi bildirib ki, bu tədbirlər çərçivəsində nərə balıqlarının qorunması və artırılması sahəsindəki işləri və…
-
Azərbaycan təbii irsin qorunması
YUNESKO-nun mənzil qərargahında Azərbaycan mədəni irsinin təqdimatı keçirilib Şəhla Ağalarova Azərbaycanın təbiətinin qorunmasında dövlət və cəmiyyət…
-
Azrbaycanda nqliyyat problemlri 2018
Son xəbərlər !Reklam – Yazi Azrbaycanda nqliyyat problemlri 2018 Kateqoriyalar Özəl Layihələr Seçki 2020 Ramazan Video Xəbərlər Qurban Bayramı Beynəlxalq…
-
Azrbaycanda hyata keçiriln proqramlar
Yerli Təqaüd Proqramları Bununla yanaşı şirkət tələbələrə karyera qurmasında yardım olmaq üçün təcrübə proqramlarıda təşkil edir. İndiyə kimi bu proqram…
Comments are closed, but trackbacks and pingbacks are open.