Azərbaycanın tədiyyə balansında kəsir yaranıb
Ölkənin tədiyə balansının təhlili zamanı ilk növbədə cari hesablar üzrə balans, yəni A bloku nəzərdən keçirilir. Bu blok əmtəə və xidmətlərlə xarici ticarəti, həmçinin daha əvvəl gətirilmiş və ya çixarılmış kapital üzrə əldə edilmiş gəlirlərin köçürülməsi, fərdi şəxslərin pul köçürmələri və əvəzsiz yardım kimi irihəcmli əməliyyatları və s.-ni əhatə edir.
Azərbaycanın tədiyyə balansında nə baş verir?
Neft gəlirlərinin kəskin artımı hesabat dövründə tədiyyə balansının ümumi saldosunda porfisitin də sürətlə böyüməsini təmin edib. Banker.az iqtisadçı ekspert Rövşən Ağayevə istinadən xəbər verir ki, 2017-ci liln eyni dövrülə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında ticarət balansının profisiti 1.462 mlrd. dollar və ya 66% artaraq 3.665 mlrd. dollar təşkil edib.
Cari əməliyyatlar hesabının analizi
2018-ci ilin yanvar-sentyabr aylarında cari hesablar balansı çərçivəsində ölkəyə xaricdən daxil olmalar 21.407 mlrd. dollar, ölkədən xaricə pul çıxışı 16.319 mlrd. dollar təşkil edib.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədəd hesabat dövründə cari əməliyyatlar çərçivədində ölkəyə daxilolmalar 5.416 mlrd. dollar və ya 33.9% artdığı halda, ölkədən pul çıxışı üzrə artım 1.391 mlrd. dollar yaxud 9.3% təşkil etmişdir. Ölkəyə daxilolmaların kənara pul axınlarını əhəmiyyətli dərəcədə üstələməsi nəticəsində cari əməliyyatlar balansının profisiti 5 dəfəyə yaxın artaraq 1.063 mldr. dollardan 5.088 mlrd. dollara yüksəlmişdir. Məhz bu amil ötən dövrdə ölkənin milli valyutasının sabitliyini təmin edilməsində həlledici rol oynamışdır.
Cari əməliyyatlar hesabı 4 elementdən formalaşır: xarici ticarət, xidmətlər, ilkin gəlirlər və təkrar gəlirlər balansından. Xarici ticarətlə bağlı yuxarıda ətraflı bəhs edildiyindən analizin bundan sonrakı hissəsi digər 3 elementlə əlaqədar məlumatlar təqdim ediləcək.
Cari əməliyyatlar çərçivəsində ölkəyə ümumi daxilolmaların 68%-i və ya 14.6 mlrd. dolları neft-qaz sektorundan 32%-i və ya 6.8 mlrd. dolları isə qeyri-neft sektorundan əldə edilmişdir.
Təhlil dövrü üzrə cari əməliyatlar çərçivəsində ölkəyə daxiolmaların 71.1%-i əmtəə, 18.8%-i xidmət ixracı, cəmi 10.1%-i isə ilkin və təkrar gəlirlər hesabına formalaşmışdır. Eyni zamanda, qeyri-rezidentlərə ödəmələrin 48.2%-i əmtəə və 32.2%-i xidmət idxalına, yerdə qalan 19.6% isə ilkin və təkrar gəlirlər üzrə qeyri-rezidentlərə köçürmələr ilə bağlı olmuşdur.
Xidmət ixracının ümumi həcmi 4.038 mlrd. dollar, xidmət idxalının həcmi 5.347 mlrd. dollar təşkil etmiş, xidmətlər balansında 1.309 mlrd. dollar defisit yaranmışdır.
Xidmət ixracından əldə olunan vəsaitlərin 62.5%-i və ya 2.5 mlrd. dolları turizmdən, 22%-i yaxud 889 mln. dolları nəqliyyat xidmətlərindən, yerdə qalan 647 mln. dolları (15.5%) digər xidmətlərdən (tikinti, rabitə, maliyyə, işgüzar və s. xidmətlər) əldə edilmişdir. Turizm xidmətlərinin ixracı əvvəlki dövrə nisbətən 158.8 mln. dollar (6.7%) artmışdır.
Xidmət idxalının isə 39.6%-i turzimin, 20%-i tikintinin, 20.2%-i nəqliyyatın, təxminən 20%-i isə digər xidmətlərin payına düşmüşdür. 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə turizm xidmətlərinin idxalı 120 mln. dollar (5%), nəqliyyat xidmətərinin idxalı 353 mln. dollar (48.6%) artmış, tikinti xidmətərinin idxalı isə 2 dəfə azalmışdır.
Ümumilikdə isə hesabat dövründə xidmət idxalında 781.6 mln. dollar və ya 12.7% azalma qeydə alınmışdır.
Tədiyə balansının tərtibi metodologiyasına görə, ilkin gəlirlərə əmək haqqı, investisiyalar, qiymətli kağızlar portfeli, dividendlər və bölüşdürlmüş mənfəət, kreditlər, royalti və lisenziya xidmətləri, françayzinq, depozitlər üzrə gəlir, faiz və haqq formasında ölkəyə daxilolmalar və ölkədən qeyri-rezidentlərə ödəmələr daxildir. Hesabat dövründə ilkin gəlirlər üzrə Azərbaycana daxilolmalar 1.269 mlrd. dollar (əvvəlki ilə nisbətə 417 mln. dollar və ya 49% çox), qeyri-rezidentlərə ödəmələr isə 2.758 mlrd. dollar (əvvəlki ilə nisbətə 644.5 mln. dollar və ya 30.5% çox) olmuş, ilkin gəlirlər balansında 1.489 mlrd. dollar (əvvəlki ilə nisbətə 227.1 mln. dollar və ya 15.2% çox) defisit yaranmışdır. İlkin gəlirlər çərçivəsində Azərbaycana daxilolmaların satukturu barədə hər hansı rəsmi məlumat yoxdur. Yalnız qeyd edilir ki, ümumi daxilolamaların 391.4 mln. dolları neft, 877.9 mln. dolları qeyri-neft sektoruna aid olub. Ehtimal ki, neft sektoru ilə bağlı ödənişlər Dövlət Neft Fondunun xaricdəki vəsaitlərinin yerləşdirilməsindən, həmçinin Dövlət Neft Şirkətinin xaricdəki investisiyalarından əldə etdiyi gəlirlərlə bağlı ola bilər. Qeyri-neft sektoru üzrə daxilolmalara mümkündür ki, bankların xaricdə saxladığı aktivlərə görə faizlər, fiziki şəxsələrin xaricdə qazandığı əmək haqqı və s. üzrə ödənişlər daxildir.
Mərkəzi Bankın hesabatından aydın olur ki, ilkin gəlirlər formasında xaricə ödənişlərin əsas hissəsi – təxminən 1.8 mlrd. dolları (ötən il 1.2 mlrd. dollar) xarici neft-qaz şirkətləri üzrә əcnəbi investorların payına düşәn gәlirlәrin repatriasiyası ilə bağlı olub. Bundan əlavə, ilkin gəlirlər balansı çərçivəsində qeyri-rezidentlәrә qiymәtli kağızlar üzrə 358 mln. dollar (ötən il 278 mln. dollar), xarici kreditlәrdәn istifadәyә görә 289.7 mln. dollar (ötən il 332 mln. dollar) faizlәr ödənilmişdir.
Tədiyə balansının tərtibi metodologiyasına görə, təkrar gəlirlərə humintar yardımlar, qrantlar, beynəlxalq təşkilatlara üzvlük haqları, fiziki şəxslər üzrə əməliyyatlar (bank hesabına və karta köçürmələr, nağd formada), cərimə və yığımlar üzrə ölkəyə daxilolmalar və qeyri-rezidentlərə daxildir.
2018-ci ilin 9 ayının yekunlarına görə, təkrar gəlirlər balansı çərçivəsində Azərbaycana 870.7 mln. dollar (ötən il 800.6 mln. dollar) daxil olub, qeyri-rezidentlərə 320.1 mln. dollar (ötən il 296 mln. dollar) ödənilib və təkrar gəlirlər balansının profisiti 550.6 mln. dollar (ötən il 504.6 mln. dollar) təşkil edib.
Hesabat dövründə Azərbaycana ödənişlərin 801 mln. dolları fiziki şəxslərə xaricdən göndərilən pul baratları, təxminən 70 mln. dolları isə humanitar yardımlar və tərkibi açıqlanmayan digər ödəmələrlə bağlı olub. Mərkəzi Bankın hesabatında xaricə ödənişlərin strukturu barədə hər hansı məlumat verilmir. Ehtimal ki, bunun xeyli hissəsi beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlıdır. Belə ki, hər il dövlət büdcəsindən həmin məqsədlə 150-160 mln. dollara yaxın vəsait ayrılır.
Maliyyə hesabının analizi
Hesabat dövründə Azərbayanın xarici aktivlərinin qalığı 3.345 mlrd. dollar, qeyri-rezidentlər qarşısında öhdəliklərinin qalığı 881.2 mlrd. dollar təşkil etmiş, maliyyə hesabının kəsiri 2.464 mlrd. dollar təşkil etmişdi.
2017-ci ilin 9 ayının yekunlarına görə, maliyyə hesabında 289 mln. dollar profisit yarandığı halda, ötən ilin eyni dövründə 2.464 mırd. defisit qeydə alınıb. Maliyyə hesabında böyük məbləğdə defisitin yaranmasının başlıca səbəbi qeyri-rezidentlərin Azərbaycana maliyyə axınlarının kəskin azalmasıdır. Belə ki, 2017-ci ilin yanvar-sentyabr aylarının yekunlarına görə xalis maliyə öhdəlikləri 4.734 mlrd. dollar idisə, 2018-ci ilin eyni dövründə həmin göstərici təxminən 5.5 dəfə azalaraq 881.2 mln. dollara enmişdir.
Ölkəyə maliyyə axınlarının azalması özünü aşağıdakı istiqamətlərdə göstərib:
1) Neft-qaz sektoruna birbaşa sərmayələr kəskin azalıb Belə ki, əgər 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna xalis birbaşa investisiyaların məbləği 1.685 mlrd. dollar olmuşdusa, 2018-ci ilin eyni dövrü üzrə həmin göstərici 279 mln. dollar təşkil edib. “Xalis birbaşa investisiyalar” dedikdə, hesabat dövründə neft-qaz sektoruna xaricdən yönəldilən birbaşa investisiyaların və repatriasiya olunan investisiyaların məbləği arasında fərq başa düşülür. Məsələn, 2018-ci ilin 9 ayında neft qaz-sektoruna 2.382 mlrd. dollar birbaşa investisiya qoyulsa da, həmin dövrdə xarici neft-qaz şirkətlərinin ölkədən geriyə qaytardıqları birbaşa qoyuluşlar 2.104 mlrd. dollar olub. Halbuki 2017-ci ildə neft-qaz şirkətlərinin Azərbaycana birbaşa sərmayə yatırımları 3.772 mlrd. dollar, ölkədən investisiya repatriasiyası isə 2.087 mlrd. dollar olmuşdu.
2) Qeyri-neft sektoru üzrə xalis maliyyə öhdəlikləri azalıb. Hesabat dövründə ölkənin qeyri-neft sektoruna qeyri-rezidentlərin yönəltdiyi birbaşa investisiyaların xalis məbləği 2.5 dəfədən çox azalaraq 255 mln. dollara enmişdir. Buna paralel olaraq, Azərbaycanın qeyri-neft sahələrinə aid rezidentlərin xarici ölkələrdəki xalis maliyyə aktivlərininin (yəni ölkədən kənara yatırılan birbaşa investisiyalar) həcmi də 2 dəfəyə yaxın artaraq 834 mln. dollar təşkil edib. Göründüyü kimi, təhlil aparılan dövrdə qeyri-neft sektorunu təmsil edən yerli sahibkarların xaricə yönəltdiyi birbaşa investisiyaların həcmi xaricilərin Azərbaycanın qeyri-neft sektoruna birbaşa investisiya qoyuluşlarından 3.2 dəfə çox olub.
3) Müxtəlif borc qiymətli kağızlarının və səhmlərin alınması yolu ilə Azərbaycana portfel investisiyaların cəlbi baş verməyib. Əgər 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana cəlb olunan portfel investisiyaların xalis məbləği 2.764 mlrd. dollar olmuşdusa, 2018-ci ilin eyni dövründə porfel investisiyalar üzrə xalis maliyyə öhdəliyi (-) 348.5 mln. dollar təşkil etmişdir. Bu göstəricinin mənfi olması o deməkdir ki, portfel investisiyalara görə Azərbaycanın qaytardığı borcların məbləği ölkəyə daxil olan portfel investisiyaların məbləğini üstələyib və ölkədən 348.5 mln. dollar məbləgində kapital çıxışı baş verib. Eyni zamanda, hesabat dövründə portfel investisiyalar üzrə xalis aktivlərin qalığı (Azərbayan rezidentlərinin kənara sərmayə qoyuluşları) 623 mln. dollar təşkil edib. Halbuki 2017-ci ilin eyni dövrində bu kanalla ölkədən ümumiyyətlə kapital çıxışı baş verməmişdi.
4) Kreditlər üzrə öhdəliklərin xalis məbləği kəskin azalıb. 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici kreditlər vasitəsilə xalis öhdəliyi 352 mln. dollar təşkil ediyi halda, 2018-ci ilin eyni dövründə (-) 445.5 mln. dollar olub. Bu göstəricinin mənfi olması o deməkdir ki, hesabat dövründə kreditlər üzrə Azərbaycanın qaytardığı borcların məbləği ölkəyə kreditlərin alınması yolu ilə daxilolmaları üstələyib və ölkədən 445.5 mln. dollar məbləgində kapital çıxışı baş verib.
5) Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayında ticarət kreditləri və avanslar üzrə aktivlərin həcmi 803 mln dollar və ya 52% artaraq 2.357 mlrd. dollara çatıb. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, hesabat dövründə ticarət kreditləri və avanslar üzrə öhdəliklər də 2 dəfədən çox artaraq 766.5 mln. dolara çatıb.
Tədiyyə balansının ümumi saldosu
Neft gəlirlərinin kəskin artımı hesabat dövründə tədiyyə balansının ümumi saldosunda porfisitin də sürətlə böyüməsini təmin edib. Əvvəlki dövrlə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında ticarət balansının profisiti 1.462 mlrd. dollar və ya 66% artaraq 3.665 mlrd. dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankının “balanslaşıdırıcı maddə” kimi göstərdiyi, tədiyə balansının beynəlxalq metodologiyasında isə “xalis xəta və kənarlaşmalar” kimi əks olunan valyuta vəsaitlərinin həcmi 30%-ə yaxın artaraq 1.037 mlrd. dollara çatıb. Bu göstərici müsbət olduqda, ölkəyə tədiyə balansı vasitəsilə rəsmi uçota alınan vəsaitlərdən əlavə mənşəyi bəlli olmayan kapital axınının baş verdiyini göstərir. Mənfi olduqda isə ölkədən kənara kapital axınlarının tədiyə balansı tərəfindən rəsmi uçota alınmayan, amma müxtəlif mənbələrlə təsdiqlənən həcmini göstərir. Təcrübədə “yastıqaltı pullar”, fiziki şəxslər tərəfindən bəyanı tələb edilməyən məbləğdə ölkəyə valyuta axınları, qeyri-leqal yollarla ölkəyə nağd valyuta daxilolamaları uçotsuz valyuta dövriyyəsinin əsas mənbəyi hesab edilir.
Azərbaycanın tədiyyə balansında kəsir yaranıb
BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 646,3 milyon dollarlıq qalıq (illik müqayisədə 59,7% az), maliyyə hesabındakı 1 394,1 milyon dollarlıq kəsir (6,5 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 595,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb.
- Ucuz maşınlar satışda! – “Toyota Corolla” – 7500 AZN, – BMW – 6500 AZN – QİYMƏTLƏR
- Sürücülərin NƏZƏRİNƏ -12, 13 və 14 mart tarixlərində.
- Bakıda xanım müğənni mikrofonla söyüş söydü və. – QƏRİBƏ HADİSƏ
- Bakıda bu qədər silah haradandır? – Artan kriminal hallarla bağlı polis rəisindən AÇIQLAMA
- Rusiyada Azərbaycandan olan xüsusi təhlükəli cinayətkar saxlanılıb – FOTO
- Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi – FOTO
- Bakıda bu tarixdə. – HAVA XƏBƏRDARLIĞI
- Rəşad Dağlı neçə il həbs olunacaq? – AÇIQLAMA
- Ucuz dövlət maşınları satışda – Sonata 2700, MAXIMA isə 3600 AZN-ə.
- Azərbaycanda bu şəxslərin maaşı artırıldı – Fevralın 1-dən.
- Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi – FOTO
- Əhaliyə ŞAD XƏBƏR – Pensiya və maaşlar artacaq – AÇIQLAMA
- Bank maşınları təcili satışa çıxarılır – QİYMƏTLƏR
- Bakıda tıxaclara son qoyacaq MÖHTƏŞƏM HƏLL – Əhmədli, Biləcəri və Badamdarda. – FOTO
- Azərbaycanda yeni qayda qüvvəyə minir – Bunu etsəniz 150 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ
Azərbaycanda tədiyyə balansının tənzimlənməsi yolları
Nəticədə tədiyə balansının saldosu formalaşır ki, o da əsasən ölkənin qızıl-valyuta ehtiyatlarının və digər rəsmi ehtiyatlarının dəyişməsi hesabına maliyyələşdirilir, yəni ya ödənilir (əgər saldo mənfidirsə), ya da bölünür (əgər müsbətdirsə).
Hər bir hissədə müxtəlif məlumatlar (müsbət) işarə ilə kreditdə,(mənfi) işarə ilə isə debetdə göstərilir.
Malların və xidmətlərin ixracı, əldə olunmuş gəlirlər və transfertlər, aktivlərdə azalma və öhdəliklərdə (passivlərdə) artma kredit yazılışı vasitəsi ilə balansda əks olunur.
Malların və xidmətlərin idxalı, ödənilmiş gəlirlər və köçürülmüş transfertlər,aktivlərdə artma və öhdəliklərdə azalma debet yazılışı vasitəsi ilə balansa daxil edilir.
İndi isə hissə-hissə tədiyyə blansını təhlil edək:
Ölkənin tədiyə balansının təhlili zamanı ilk növbədə cari hesablar üzrə balans, yəni A bloku nəzərdən keçirilir. Bu blok əmtəə və xidmətlərlə xarici ticarəti, həmçinin daha əvvəl gətirilmiş və ya çixarılmış kapital üzrə əldə edilmiş gəlirlərin köçürülməsi, fərdi şəxslərin pul köçürmələri və əvəzsiz yardım kimi irihəcmli əməliyyatları və s.-ni əhatə edir.
Cari tədiyə balansının əsasını “Əmtəələr: İxrac FOB” və “Əmtəələr: idxal FOB” maddələri təşkil edir. Onlar arasında fərq ticarət balansını təşkil edir. Unutmaq lazım deyil ki, tədiyə balansında ixrac və idxal FOB şərti ilə (yəni əmtəənin qiymətinə sığorta və daşıma xərcləri daxil edilmədən) qiymətləndirilir. Xarici ticarətin statistikasında isə idxal ənənəvi olaraq CIF şərti ilə (yəni sığorta və nəqliyyat xərcləri nəzərə alınmaqla) qiymətləndirilir.
“Digər əmtəə, xidmət və gəlirlər” maddəsinə aiddir:
a) xidmət idxal-ixracından fərqləndirilməsi çətin olan əmtəə idxal-ixracı;
b) ən müxtəlif xidmətlər: yük, sərnişin və digər daşımalar; beynəlxalq turizm; telekommunikasiya xidmətləri; maliyyə, təhsil, işgüzar, texniki və s. xidmətlər;
c) mülkiyyət hüququndan istifadəyə görə gəlirlər və xərclər;
d) xaricə özəl və dövlət investisiya qoyuluşlarından əldə edilən gəlirlər və ölkəyə xarici investisiya qoyuluşundan əldə edilən analoji gəlirlər;
e) dövlətin xaricdə siyasi və inzibati funksiyaları ilə əlaqədar olan əməliyyatlar (hərbi bazalar, beynəlxalq təşkilatlarda iştirak və s.).
“Özəl birtərəfli köçürmələr” və “Dövlət birtərəfli köçürmələri” maddələri transfertlər adlanan əməliyyatları əhatə edir:
a) köçkünlərin, xarici işçilərin və digərlərinin pul köçürmələri;
b) əvəzsiz dövlət yardımları (hədiyələr).
Kapital hərəkəti balansı (B və C blokları)
aşağıdakıları əhatə edir.
1. “Birbaşa investisiyalar və digər uzunmüddətli kapital” (B bloku) aşağıdakıları əhatə edir:
a) birbaşa və portfel investisiyaları;
b) digər uzunmüddətli kapital:
· uzunmüddətli dövlət və özəl bank borcları;
· əvvəl alınmış (təqdim edilmiş) borcların əsas hissəsinin ödənilməsi (geri alınması);
· beynəlxalq bank və maliyyə təşkilatlarının istiqrazlarına abunə.
2. “Qısamüddətli kapital”(C bloku) bir il müddətinə qədər həyata keçirilmiş investisiyalar üzrə hərəkəti əks etdirir və əsasən qısamüddətli qiymətli kağızların və öhdəliklərin, bank depozitlərinin və banklararası borclanmanın qısamüddətli borcların hərəkətini xarakterizə edir.
3. Kapital hərəkəti balansından sonra, D bloku “Səhvlər və ötürmələr” gəlir ki, oda nəzərə alınmamış göstəriciləri əhatə edir; bu özünü xüsusilə qısamüddətli kapitalın hərəkəti üzrə aparılan hesablamalar zamanı göstərir; bu maddədə həmçinin qaçaqmalçılıq fəaliyyəti və kapitalın qeyri-leqal axını nəzərə alınır.
Son balansın təhlili zamanı H blokundan başqa bütün məlumatlar nəzərə alınır.
“Kompensasiyaedici maddələr” ( E bloku ) aşağıdakı dəyişiklikləri əks etdirir:
a) qızılın monetləşdirilməsi/demonetləşdirilməsi və qızılın dünya qiymətlərində baş verən dəyişikliklər hesabına ölkənin qızıl ehtiyatının həcmində baş verən tərəddülər;
b) mübadilə məzənnələrinin dəyişməsi nəticəsində ölkənin hesabında olan XİH-də və ölkənin BVF-də olan ehtiyat mövqeyində baş verən dəyişikliklər;
c) mübadilə məzənnələrinin dəyişməsi nəticəsində ölkənin valyuta ehtiyatlarında, nun xarici tələblərində və BVF-dən aldığı kreditlərdə baş verən dəyişikliklər.
“Fövqəladə maliyyələşdirmə” əsasən tədiyə balansının kəsirinin yüngülləşdirilməsi üzrə əməliyyatları (BVF-nin əvəzsiz yardımları (hədiyyələri), Dünya Bankından struktur dəyişiklikləri üçün alınmış kreditlər və s.) əhatə edir.
“Xarici dövlət orqanlarının qızıl-valyuta ehtiyatlarının tərkibində öhdəliklər” xarici banklarda dövlət depozitlərini və dövlət orqanları tərəfindən xarici ölkələrin qiymətli kağızlarının alınmasını (satışını) əhatə edir.
Tədiyyə balansının kredit bölməsi – ölkədən dəyərlərin getməsi və onun müqabilində,
kompensasiyaedici ödəmələrin, o cümlədən, valyuta formasında, gəlməsini əks etdirir.
Debet bölməsi isə, ölkəyə yeni dəyərin gəlməsini və onun müqabilində ödəmə kimi,
valyutanın getməsini göstərir. Sövdələşmələrin, kredit və ya debet bölməsinə aid
edilməsi, məhsul və xidmətlərin idxalı və ixracında, heç bir problem yaratmır. Lakin, bir sıra
hallarda isə,
bu müəyyən çətinliklər yarada bilir. Bu, ilk növbədə rezident və iqtisadi sövdələşmə
anlayışlarının, müəyyən olunmasındakı xüsusiyyətlərlə şərtlənir. Məsələn, ölkənin xaricdən
aldığı uzun və qısamüddətli borclar, tədiyyə balansının kredit bölməsində əks olunmalıdır.
Belə ki, xaricdən alınan borclar, xarakterinə görə ixracla oxşardır, çünki bu halda da ölkə,
xarici kreditora özünün borc öhdəliyini – sadəcə bir kağız formasında ifadə olunmuş
satır. Başqa sözlə, borc öhdəliyi də ixrac kimi, pul əldə etmək vasitəsidir, sadəcə olaraq bu
halda, pul bank depozitləri formasında olmaqla, müvafiq qaydada xərclənməlidir. Oxşar hal,
debet hesabında da baş verir. Məhsul və xidmətlərin idxalı, ölkəyə dəyərlərin gəlməsini əks
etdirir və bu halda onların əvəzinin, nəqd pulla ödənilməsi də mümkündür. Lakin xaricilərin
kreditləşdirilməsində isə, ölkə, beynəlxalq statuslu öhdəliklər alır ki, bu da faktiki olaraq
gələcəkdə ödəmək haqqında zəmanətli vəd hesab olunur. Beynəlxalq təcrübədə qəbul
olunmuş, qeyri-formal terminoloji ifadə qaydalarına görə, xaricə kreditlərin verilməsi,
ixracı”, və əksinə xarici borclar isə, “kapitalın idxalı” adlanır. Lakin qeyd edildiyi kimi, “kapital
ixracı” debet kimi(məhsul və xidmətlərin idxalı kimi) ,”kapitalın idxalı” isə kredit kimi (məhsul və
xidmətlərin ixracı kimi), qeydə alınır.
Ölkənin rəsmi aktivlərinin artması, tədiyyə balansında debet kimi qeyd edilir. Rəsmi aktivlərin artması, onun strukturu ilə birbaşa bağlı olsa da (bu struktur onu təşkil edən vasitələrin seçimi və xüsusi çəkiləri ilə müəyyənləşir), dövlət saxlanclarında aktivlərin artması, məhsul idxalına oxşardır, baxmayaraq ki, yeni aktivlərin bu səbəbdən artması, o cümlədən qızılın alınması üçün, mütləq “təmiz ixrac ”, yəni ixracın idxaldan artıq olması vacibdir.
Tədiyyə balansının tərtib olunmasında, ölkələr arası axınların müqayisəliliyini təmin etmək, bəzi hallarda müəyyən çətinliklərə səbəb olur. Beləki, bəzən bu axınların beynəlxalq xarakteri, aydın olmur və ya axınlar birtərəfli olur. Məsələn hədiyyələr və müxtəlif köməklər(təbii fəlakətlər zamanı göstərilən müxtəlif xarakterli köməklər), iqtisadi dəyərlərin qarşılıqlı axınlarının uçota alınması mümkün olmayan hissələri (belə hallarda balansda “təmiz səhvlər və buraxmalar” adlı xüsusi sətir yazılır), ölkənin aktiv və passivlərinin görünməyən və ya hiss olunmayan artımı (məsələn, xarici firma öz gəlirlərini ölkəsinə qaytarmadan, işlədiyi ölkədə reinvestisiya edir, dünya təcrübəsinə əsasən, dövlət statistikasında, ancaq repatriasiya edilmiş gəlir, tədiyyə balansının müvafiq bölməsində qeydə alınır). Belə hallar, balansın tərtib olunmasında, texniki çətinliklər yaradır və bu problemlər, ölkədə formalaşmış iqtisadi siyasət ,o cümlədən iqtisadi uçot və statistikanın, xüsusiyyətlərindən asılıdır.
Tədiyyə balansının hesabları, informasiya daşıması nöqteyi – nəzərindən unikal xarakterə malikdir. Beləki, bu hesablar, ölkələrarası maliyyə, real əmtəə və xidmətlər axınını, olduğu kimi ifadə edir və ona görə də, hər bir ölkə üçün, siyasi qərarların qəbulunda mühüm rol oynayır. Məsələn müasir dövrdə, tədiyyə balansının daşıdığı informasiyanın üç mühüm istiqamətini aşağıdakı kimi ifadə etmək olar:
– Ölkələr arası mübadilənin nəticələrinin, sistematik yazılışı vasitəsi ilə, milli valyutanın, “üzən ” kurslarının stabilliyini müəyyənləşdirmək olar; tədiyyə balansı, valyutanın, onu öz əllərində saxlamaqda, maraqlı olan tərəflərdə(həmin ölkə valyutasının rezidentləri) və həmin valyutanın tez mübadiləsində maraqlı olan tərəflərdə (xaricilər), akkumliyasiya səviyyəsini, müəyyənləşdirməyə imkan verir.
– Tədiyyə balansı, fiksə olunmuş valyuta şəraitində, mühüm informasiya daşıyır. Tədiyyə balansı vasitəsi ilə, valyutanın xaricilərin əlində toplanmış həcminin, müəyyənləşdirilməsi və ona görə də, valyutanın fiksə olunmuş kursunun saxlanılmasının, xüsusi ilə böhran şəraitində, məqsədə müvafiqliyi haqqında qərar qəbul etməyə imkan verir.
– Tədiyyə balansı, borclar, faiz ödəmələri və əsas borcun, toplanması haqqında və ölkənin gələcək ödəmələri, həyata keçirmək üçün, qazana biləcəyi valyutaların həcmi haqqında, məlumatları əks etdirir. Belə informasiya, ölkənin öz borclarının, qaytarması xərclərini, müqayisə etməyə imkan verir.
İndi isə Tədiyyə balansının tənzimlənməsi
problemlərindən danışaq:
BVF standart təsnifatına görə, tədiyyə balansı iki əsas hesabdan ibarətdir: cari və kapital hesabları. Cari hesab, ticarət balansını əks etdirir və adətən müsbət olduqda, yaxşı hesab olunur (merkantilistlərdən miras qalmış, qədim ənənələrə əsasən). Lakin heç də həmişə, mənfi saldolu balans, pis qiymətləndirilə bilməz. Məsələn, investisiya mühiti yaxşı olduqda, ölkəyə çoxlu avadanlıq gəlir, ticarət balansı mənfi olur.
Cari əməliyyatlar balansının, müsbət olması o deməkdir ki, əmtəə və xidmətlər, birtərəfli köçürmələr, hədiyyələr və s. ölkələrarası axınları üzrə, ölkənin debeti, kreditindən çoxdur və ölkədə, xaricilərə, nə qədər yeni tələblər yaranmışdır. Başqa sözlə, ölkənin xaricdə sərvəti artmışdır və o, “təmiz investora ” çevrilmişdir. Cari əməliyyatlar balansının, mənfi olması isə, əksinə ölkənin “təmiz borcunu “əks etdirir. Belə yanaşmadan istifadə edərək, ölkənin milli məhsulunun hesablanmasında, tədiyyə balansının rolunu qiymətləndirmək olar. “Təmiz investor” olan ölkə, daxili yığımı (İd) artırmaq əvəzinə, özünün milli yığımının (S) bir hissəsini xaricə investisiya (İX) edir. Başqa sözlə milli yığım
S= İd +İX
kimi hesablanır. Burada İX =S – İd faktiki olaraq, milli gəlirin, ölkənin bütün xərclərindən (E), o cümlədən daxili yığımdan, artıq olan hissəsini ifadə edir. Ölkənin bütün xərcləri, xarici və milli, məhsul və xidmətlərə olan fərdi istehlak xərcləri(C), üstəgəl, məcmu dövlət xərcləri(G), üstəgəl, istehsal vasitələrinin alınmasına xərclənən fərdi investisiyalardan(İd) ibarətdir.
Məlumdur ki, ölkədə istehsal olunmuş milli məhsulun istifadəsi,
Y = C + İd + L + X – M
kimi ifadə olunur, digər tərəfdən, daxili milli xərcləri,
E = C + İd+ G
kimi ifadə etsək, onda, milli məhsul (Y), milli xərclərdən, cari tədiyyə balansı və ya təmiz ixrac qədər fərqlənir.
Y – E = X-M .
Beləliklə, tədiyyə balansının cari hesabının saldosu, eyni zamanda dörd müxtəlif qaydada hesablana bilər və ya müqayisə edilə bilər: saldo, məcmu ixracla, məcmu idxalın fərqi; təmiz xarici investisiyalar X-M = İx ; ölkə daxilində investisiya olunmamış yığım
X-M = S – İd və milli gəlirlə, milli yığımın fərqinə X-M = Y-E bərabərdir. Bu nəticələr, ölkədə makroiqtisadi şəraitin idarə olunmasında. saldonu istifadə etməyə imkan verir. Aydındır ki, cari hesabın saldosuna nail olunmaq üçün, iki müxtəlif məsələni həll etmək vacibdir: milli xərclərə nəzərən milli gəlirin artırılması (Y-E), milli yığımla daxili investisiyanın fərqinin ( S – İd ) artırılması.
Dünya təcrübəsində tədiyyə balansının cari hesabında yaranmış mənfi saldo, adətən aşağıdakı mənbələr vasitəsi ilə ödənilir:
– Aktivlərin bir hissəsinin xaricilərə satılması, yəni ölkə iqtisadiyyatına birbaşa və ya portfel investisiyalar qoyulması;
– Xarici banklar, hökumətlər və ya beynəlxalq təşkilatlardan borc alınması;
– Mərkəzi bankda saxlanılan, rəsmi valyuta ehtiyatlarının istifadəsi
vasitəsilə.
Lakin aydındır ki, cari hesabın maliyyələşdirilməsi sonsuz davam edə bilməz. Likvidliyə
malik aktivlər, azaldıqca, ölkəyə kredit vermək arzusunda olanlar, azalır. Ona görə də, cari
hesabda korreksiyalar, zərurətə çevrilir. Bu xaricə ödənilən xərclərin azaldılması və ya
xaricə satışın artırılması vasitəsi ilə mümkün olur.
Bütün deyilənləri nəzərə alaraq dövlət ölkənin tədiyə balansını tənzimləməyə
məhkumdur. Burada dövlət təsirinin bir neçə metodu mövcuddur:
1. Birbaşa nəzarət. Bura idxalın reqlamentləşdirilməsi (məsələn, kəmiyyət məhdudiyyətləri vasitəsilə) və gömrük və digər yığımlar, xarici investisiyalar üzrə gəlirlərin xaricə köçürülməsinə və fərdi şəxslərin pul transfertlərinə qoyulan qadağa və məhdudiyyətlər, əvəzsiz yardımın kəskin azaldılması, qısamüddətli və uzunmüddətli kapitalın ixracının dayandırılması və zəiflədilməsi və s. aiddir. Bu cür birbaşa nəzarət tədbirləri adətən ölkənin bir çox firmaları üçün çətinliklər yaradır və buna görə də onlar tərəfindən alqışlanmır. Uzunmüddətli planda bu cür tədbirlərin effekti ziddiyyətli ola bilər, çünki yerli istehsalçılar üçün “isti rejim” yaradır, xarici sərmayəçilərin ölkəyə marağını azaldır, ölkədə həyata keçirilən bu və ya digər layihələrə lazımi xarici mütəxəssislərin cəlbi ilə bağlı problemlər yaranır, milli xiracatçılar üçün xaricdə əmtəə və xidmət müşaiyətedici şəbəkənin genişləndirilməsi maneələr yaradır.
2. Deflyasiya (yəni, inflyasiya ilə münarizə). Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənvi olan nəticələr – istehsalın, investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın nübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir.
3. M übadilə məzənnəsinin dəyişdirilməsi. Bu tədbir dövlətlərə tədiyə balansının tarazlığını tənzimləməyə imkan verir. Lakin bu zaman nəzərə almaq lazımdır ki, revalvasiya/devalvasiyadan əldə edilən effekt ixracın və idxalın elastikliyi, həmçinin xarici ticarət axınlarının ətalətliliyi nəticəsində zəifləyir. Buna görə də, mübadilə məzənnəsində qısa, orta və uzunmüddətli dəyişiklikləri fərqləndirirlər. Belə ki, xarici ticarət axınlarının ətalətliliyi milli valyutanın məzənnəsinin güclü düşüşündən sonra ilk aylarda ticarət balansının dəyişməməsinə gətirib çıxarır. Bu zaman ticarət balansı hətta pisləşə də bilər. Bu, ixracatçılara ixracı genişləndirmək üçün, idxalatçılara isə yeni müqavilələrin sayının azaldılması üçün zaman lazım olması ilə əlaqədardır. Bir müddət keçdikdən sonra ticarət balansı ilə bağlı vəziyyət adətən dəyişir: ixrac artır, idxal azalır.
Müasir şəraitdə idxalın elastikliyi azalmağa doğru meyllidir. Belə ki, ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının genişlənməsi nəticəsində ölkəyə gətirilməsi obyektiv olaraq zəruri olan əmtəə və xidmətlərin milli idxalda xüsusi çəkisi artır. Bna görə də, orta və uzunmüddətli planda devalvasiya idxalı çox az azaldır, revalvasiya isə onu əhəmiyyətli dərəcədə artırır. Ixrac adətən daha elastikdir və buna görə də, orta və uzunmüddətli planda milli valyutanın məzənnəsinin dəyişməsinə daha həssasdır.
Mübadilə məzənnəsində dəyişikliyin kapital hərəkətinə təsiri müxtəlifdir. Ölkəyə uzunmüddətli kapitalın idxalı perspektiv məqsədlərlə müəyyən olunur və buna gör də onda mübadilə məzənnəsində baş verən dəyişikliklər zəif əks olunur. Sərbəst dönərli valyutada qısamüddətli kapitalın ölkəyə idxalı üçün isə mübadilə məzənnəsindəki dəyişikliklər mühüm rol oynayır, çünki, burada məzənnə dəyişiklikləri üzərində “oynamaq” üçün imkan olur. Mümkün revalvasiya qabağı idxal artır, ondan sonra isə kapital ixracı artır.
4. Mərkəzi Bankın faiz dərəcəsinin dəyişdirilməsi. Bu tədbir valyuta məzənnəsinin və tədiyə balansının tənzimlənməsinə yönəlib. Bu zaman bur tərəfdəb beynəlxalq kapital hərəkətinə, digər tərəfdən isə daxil kreditlərin, pul kütləsinin, qiymətlərin, məcmu tələbin dinakikasına təsir edilir. Məsələn, tədiyə balansının passiv saldosu zamanı faiz dərəcəsinin artırılması faiz dərəcəsinin aşağı olduğu ölkələrdən kapital idxalını stimullaşdıra və milli kapitalın ixracını zəiflədə bilər ki, bu da tədiyə balansının vəziyyətinin yaxşılaşmasına və valyuta məzənnəsinin yüksəlməsinə gətirib çıxaracaq.
5. Valyuta ehtiyatlarının diversifikasiyası. Bu zaman dövlət, banklar və transmilli şirkətlər tərəfindən valyuta ehtiyatlarının strukturunun tənzimlənməsinə yönəldilmiş məqsədyönlü siyasət həyata keçirilir. Bu zaman valyuta ehtiyatlarının strukturunun tərkibinə müxtəlif valyutalar daxil edilməklə beynəlxalq hesablaşmalar, valyuta müdaxiləsinin həyata keçirilməsi və valyuta itkilərindən müdafiə təmin edilir. Bu siyasət adətən qeyri-sabit valyutaların satılması və daha sabit valyutaların alınması yolu ilə həyata keçirilir.
Beləliklə, dövlət tədiyə balansının müxtəlif maddələrinə və ümumilikdə onun vəziyyətinə təsir göstərmək üçün müxtəlif üsullardan istifadə edir.
Tədiyyə balansının makroiqtisadi rolu
Tədiyyə balansı, ölkənin ödəmə qabiliyyətliliyinin göstəricisi rolunu oynamaqla bərabər, mühüm makroiqtisadi tənzimləmə vasitəsidir. Milli hesabların iqtisadi məntiqinə görə, ölkədə istehsal olunan milli məhsul, əhəmiyyətli dərəcədə təmiz xarici əlaqələrdən asılıdır.
Похожие статьи
-
Azərbaycanda tədiyyə balansının tənzimlənməsi
Azərbaycan tədiyyə balansının kəsiri tarixi maksimuma çatıb Aparılan araşdırmalara əsasən müəyyən edilmişdir ki, iqtisadiyyatı birbaşa olaraq xammal…
-
Azrbaycanda tdiyy balansının tnzimlnmsi yolları
Balans və balansın misallarla izahı İstifadə edilməmiş İnternet trafikini yoxlamaq üçün *134*559# yığın. Faydalı əməliyyatlar Balansınızı yoxlamaq üçün…
-
Azrbaycanda tdiyy balansının tnzimlnmsi
Rzaq balansları – Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti ( idxal-ixrac ), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və…
-
Azərbaycanda kənd təsərrüfatının inkişafı
Kənd təsərrüfatının davamlı inkişafının elmi əsasları Kənd təsərrüfatında rəqəmsal transformasiyalar – süni intellektin tətbiqi. Süni intellekt…
-
Azərbaycanda turizm Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını…
Comments are closed, but trackbacks and pingbacks are open.