Press "Enter" to skip to content

Azərbaycan tədiyyə balansının kəsiri tarixi maksimuma çatıb

Aparılan araşdırmalara əsasən müəyyən edilmişdir ki, iqtisadiyyatı birbaşa olaraq xammal ixracında asılı olan ölkələrdə təsbit və ya üzən tənzimlənən məzənnə siyasəti həyata keçirilir. Ənənəvi təsbit edilmiş bağlılıq rejimini tətbiq edərkən ölkə öz valyutasını digər ölkənin valyutasına və ya əsas ticarət partnyorlarının valyutalarının daxil olduğu valyuta səbətinə bağlayır. Bazar məzənnəsi rəsmi məzənnə ətrafında 1% tərəddüd edə bilər. Orta bazar məzənnəsi isə altı ay ərzində məhdud marja çərçivəsində 2%-dən çox olmamaq şərti ilə dəyişə bilər. Səudiyyə Ərəbistanı, Qətər, Türkmənistan, Venesuela, Küveytdə bu məzənnə rejimi tətbiq edlilir. Təsbit edilmiş valyuta siyasətinin xüsusiyyəti – onun təsbit edilən valyuta ölkəsinin iqtisadiyyatının ölkəyə idxal olunmasıdır. Bu isə öz növbəsində, ölkə daxilində iqtisadi subyektlərin maraqları və valyutanın maliyyə bazarlarında volativliyinin artması fonunda böyük problemlərə yol aça bilər. Qeyd edək ki, neft ixracı ilə məşğul olan ölkələrin məzənnə rejimində əsas lövbər ABŞ dollarıdır. Üzən məzənnə rejiminin tətbiqi zamanı məzənnə bazar tərəfindən müəyyən edilir və valyuta bazarına müdaxilə məzənnədə həddən artıq kəskin tərəddüdlərin zəiflədilməsi məqsədini daşıyır.

Tədiyə balansı nədir ? ƏTRAFLI

Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların (əmtəə, xidmət, texnologiya, kapital ixracı və ya idxalı) məcmusunu əks etdirən statistik göstəricidir. Hər bir şəxs və ya müəssisə vahidinin rezidentlik statusu onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz faəliyyəti mərkəzi seçməsi və bu əraziyə bağlılığı ilə müəyyən edilir. Tədiyə balansı ikili yazılış prinsipi əsasında tərtib edilir (cari əməliyyatlar və kapital hesabı üzrə). Belə ki, kredit və debet bölməsində hər bir mübadilənin mədaxil və məxaric tərəfləri göstərilir. Tədiyə balansı ölkədə iqtisadi sabitliyin olub-olmaması, eyni zamanda, ölkənin ödəniş qabiliyyətini, iqtisadi cəhətdən etibarını əks etdirir.

Azərbaycan Mərkəzi Bankının metodoloji materialına müvafiq olaraq, tədiyə balansının hesablarındakı yazılar real (mallar, xidmətlər, gəlirlər, pul yardımları) və maliyyə (aktivlər və öhdəliklər) resurslarını əks etdirir. Bu prinsip əsasında tədiyə balansı 4 hissəyə – Cari, Kapital, Maliyyə, Ehtiyat hesabları və Balanşlaşdırıcı maddələrə bölünür. Tədiyə balansının tərtib edilməsi zamanı gömrük orqanlarında məlumatların düzgün qeyd edilməməsi, qaçaqmalçılıq, kölgə iqtisadiyyatı, hesablaşma əməliyyatı üzrə pul ödənişlərində tarixlərin fərqli olması cari hesabatın hazırlanmasında çətinliklər yaradır.

Cari əməliyyatlar hesabı əmtəə ticarəti, beynəlxalq xidmətlər, birtərəfli transfertlər və cari əməliyyatlar balansından ibarətdir.

Kapital hesabı özündə maliyyə fondları üzrə əməliyyatları və fiziki investisiya məlumatlarını əks etdirir. Burada yazılış əmtəə və xidmət axınlarındakı vəziyyətin tərsidir. Belə ki, ölkəyə kapital girişi debet, ölkədən çıxışı isə kredit əməliyyatıdır.

Balaslaşdırıcı göstəricilər hesabı – Mərkəzi Bankın ölkənin valyuta bazarında etdiyi müdaxilələr əsasında rəsmi rezervlərində baş verən dəyişikliklərin qeyd edildiyi hesabdır. Əsas məqsəd, bazarda formalaşn tələb və təklifin tarazalaşdırılmasıdır.

Rəsmi ehtiyatlarda azalma debet, artma kredit əməliyyatı kimi qeyd edilir. Başqa sözlə, Mərkəzi bankın valyuta satışı debetdə, valyuta alışı kreditdə qeyd edilir.

Ölkə və ölkə qrupları timsalında cari hesablar üzrə tədiyə balansı göstəricisi

Nəzəri cəhətdən qeyd edilir ki, tədiyə balansı komponentləri birbaşa olaraq iqtisadi tsikllərindən asılıdır. Belə ki, tədiyə balansı məlumatları ixrac-idxal əməliyyatlarını, uyğun olaraq valyuta məzənnə siyasətini əks etdirir. Mərkəzi Bankların monetar siyatəsi və beynəlxalq valyuta ehtiyatlarındakı dəyişiklikləri valyuta rejiminin müəyyənləşdirilməsində, valyutanın dəyər itirməsi və ya qazanmasında mühüm rol oynayır.

Neftin qiymətinin ticarət balansına təsiri

Xidmətlər balansında dəyişiklik

Mərkəzi Bankın statistik məlumatlarına əsasən, Azərbaycanda 2017-ci ilin 4-cü rübündə 2291957 USD miqdarında müsbət ticarət saldosu qeydə alınıb. Belə ki, 1998 – 2008 -ci illər ərzində ən aşağı göstərici 1998-ci il (-306551 USD), ən yüksək 2008-ci ildə qeydə alınıb (820176 USD). Bu illər ərzində orta göstərici 2339807 USD olub

Ölkədə həyata keçirilən monetar və büdcə siyasət tədiyə balansının müsbət saxlanılmasında mühüm rola malikdir

Belə ki, hökumətin məzənnə siyasəti aşağıdakı formadadır

Məzənnə rejiminin müyyənləşdirilməsi ölkənin iqtisadi göstəricilərinə görə seçilir. Məzənnə rejiminin seçiminə həm praktiki, həm də nəzəri tərəfdən baxılmalıdır. Burada əsas diqqət yetirilməli məqamlar aşağıdakılardır : iqtisadiyyatın diversifikasiyası, onun açıq və ya qapalı olması, ölkənin coğrafi yerləşməsi, inflyasiya səviyyəsi, dollarlaşma səviyyəsi və s.

Aparılan araşdırmalara əsasən müəyyən edilmişdir ki, iqtisadiyyatı birbaşa olaraq xammal ixracında asılı olan ölkələrdə təsbit və ya üzən tənzimlənən məzənnə siyasəti həyata keçirilir. Ənənəvi təsbit edilmiş bağlılıq rejimini tətbiq edərkən ölkə öz valyutasını digər ölkənin valyutasına və ya əsas ticarət partnyorlarının valyutalarının daxil olduğu valyuta səbətinə bağlayır. Bazar məzənnəsi rəsmi məzənnə ətrafında 1% tərəddüd edə bilər. Orta bazar məzənnəsi isə altı ay ərzində məhdud marja çərçivəsində 2%-dən çox olmamaq şərti ilə dəyişə bilər. Səudiyyə Ərəbistanı, Qətər, Türkmənistan, Venesuela, Küveytdə bu məzənnə rejimi tətbiq edlilir. Təsbit edilmiş valyuta siyasətinin xüsusiyyəti – onun təsbit edilən valyuta ölkəsinin iqtisadiyyatının ölkəyə idxal olunmasıdır. Bu isə öz növbəsində, ölkə daxilində iqtisadi subyektlərin maraqları və valyutanın maliyyə bazarlarında volativliyinin artması fonunda böyük problemlərə yol aça bilər. Qeyd edək ki, neft ixracı ilə məşğul olan ölkələrin məzənnə rejimində əsas lövbər ABŞ dollarıdır. Üzən məzənnə rejiminin tətbiqi zamanı məzənnə bazar tərəfindən müəyyən edilir və valyuta bazarına müdaxilə məzənnədə həddən artıq kəskin tərəddüdlərin zəiflədilməsi məqsədini daşıyır.

Ümumən götürdükdə, məzənnə rejimi ölkənin xarici və daxili stabilliyini, rəqabətqabiliyyətliliyini, monetar və fiskal siyasətə etimadı və aşağı tranzaksiya xərclərini təmin etməlidir.

1991-1997 -ci illərdə dünya ölkələrində tətbiq edilən məzənnə rejimləri

Türkiyədə üzən-tənzimlənən məzənnə rejimi

Mərkəzi bank, liranın dəyəri düşdüyü zaman onu alır, dəyəri artanda satır.

Azərbaycanda 2008-ci ildə bivalyuta səbəti (dollar/avro) əsasında sürünən dəhliz rejimi , 2011-ci ilin yanvar ayından ABŞ dolları/manat ikitərəfli məzənnəsinin dəhliz daxilində hədəflənməsi rejimi, 2017-ci ildən üzən məzənnə rejimi tətbiq edilmişdir.

MDB enerji ixracatı ölkələrində dollar kursunun dəyişiklik göstəricisi

Hal-hazırki vəziyyətdə iqtisadiyyatın həcmi, dollarlaşma səviyyəsi, maliyyə bazarları perspektivindən baxdıqda təsbit edilmiş məzənnə rejimi, kapitalın hərəkətində liberallaşma, iqtisadiyyatın diversifikasiyası, iqtisadiyyatın açıq olması perspektivindən baxdıqda isə üzən məzənnə rejiminin tətbiq edilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.

Onu qeyd etmək lazımdır ki, tədiyə balansı pulun alıcılıq qabiliyyətinin dəyişməsinə təsir göstərmir. Çünki, əmtəə və xidmətlərin satışını həyata keçirən fərd pula olan tələbini artırdığı halda əmtəə və xidmətlərin alışını həyata keçirən fərd pula olan tələbini azaltmış olur. Beləliklər, pula olan ümumi tələb yenə də dəyişməz olaraq qalır.

Pulun alıcılıq qabiliyyəti əmtəə səbətinə uyğun olaraq müəyyən edilir. Tutaq ki, müəyyən bir əmtəə səbətini almaq ABŞ-da 1 dollara, Avropada 2 avroya başa gəlirsə, o zaman, “1 dollar=2 avro” bərabərliyi təmin edilməlidir. Alıcılıq qabiliyyətinin tənzimlənməsi zamanı pula olan tələb və təklif bərabər formada tənzimlənməlidir. Məsələn, əgər ölkədə əmtəə və xidmət təklifi çoxalarsa, o zaman, pula olan tələb də artmış olur. Bu hal ölkələr arası tədiyə balasına da şamil edilir. Bütün digər hallar sabit qaldığı şəraitdə ölkələr arası əməliyyatlar pulun alıcılıq qabiliyyətinə təsir etmir. Buna görə də, əgər bütün dünya ölkələri mərkəzi bankları koordinasiya vəziyyətində qarşılıqlı qərarlar qəbul edərlərsə, böhran vəziyyətindən qorunmaq mümkün olar. Ancaq praktikada görürük ki, bəzən bir ölkənin mərkəzi bankının monetar siyasəti daha aqressiv hal aldığı zaman, ölkələr arasında pulun alıcılıq qabiliyyətinin diversiyası baş verir.

Keçid iqtisadiyyatı ölkələrinin real ÜDM artım tempi

Tədiyə balansı nəyə təsir edir :

Hər bir ölkə öz tədiyə balansını müsbət saxlamaq uğrunda çalışsa da, praktikada buna nail olmaq heç də asan başa gəlmir.

Müsbət tədiyə balansına malik top 20 ölkə Mənfi tədiyə balansına malik top 20 ölkə

Əgər ölkə daxili bazarda əldə etdiyindən daha çox xərcləyirsə,bu o deməkdir ki, ölkədə pul qıtlığı mövcuddur. Bu isə öz növbəsində aşağıdakı mənfi nəticələrə gətirib çıxarır :

  • Qızıl ehtiyatlarının azalması
  • Bütün aktivlərin, şirkətlərin, daşınmaz əmlakın satış səviyyəsinin yüksəlməsi
  • Daxili bazarda kredit səviyyəsinin yüksəlməsi
  • Milli valyutanın dəyərinin düşməsi
  • İnflyasiya
  • Investisiya cəlbediciliyinin azalması və s.

Tədiyə balansı ÜDM-in əsas komponentlərindən biri olduğuna görə, bu göstərici əsasında ÜDM-in proqnozlaşdırılması həyata keçirilir.

Tədiyə balansının tənzimlənməsi aşağldakı instrumentlərlə aparılır :

  • Monetar siyasət
  • Gömrük siyasəti
  • Vergi siyasəti
  • İnvestisiya mühiti siyasəti

Ticarət balansı ilə bağlı məqam

Bir məsələni diqqətdə saxlamaq lazımdır. Ticarət defisiti və ticarət profisiti tədiyə balansının 3 komponentindən (cari hesab, maliyyə hesabı, kapital hesabı) yalnız birini – cari hesabı nəzərə alır. Yəni, cari hesab göstəricisi elə, ticarət balansı anlamına gəlir.

Təsəvvür edək ki, ABŞ dövləti Yaponiya ilə mənfi ticarət balansı aparır. Bu o deməkdir ki, müəyyən zaman çərçivəsində ABŞ Yaponiyadan daha çox əmtəə və xidmət alır, nəinki, Yaponiya ABŞ-dan. Belə bir təsəvvür formalaşa bilər ki, Yaponiya bu halda udan tərəfdir. Lakin, ticarət balansında birtərəfli qalibiyyət halı olmur.

Yaponiya ABŞ istehlakçılarına mal və xidmət satır, bunun müqabilində dollar alır. Bu dolları Yaponiya dövləti ya ABŞ-dan məhsul və xidmət almaqla, ya investisiya yatırımı etməklə istifadəsini həyata keçirir. Belə olan halda da, dolların dolayı yolla dəyərinin artması prosesi baş verir.

Azərbaycan tədiyyə balansının kəsiri tarixi maksimuma çatıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın tədiyyə balansında 2015-ci ilin IV rübündə 2 188 mln. ABŞ dolları həcmində kəsir yaranıb. “Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, 2015-ci il üzrə isə məcmu kəsir 11 329 mln. dollara çatıb. Bu, tarix maksimal göstəricidir. Qeyd edək ki, 2014-cü ilin tədiyyə balansı 4 194 mln. dollarlıq profisitlə yekunlaşıb. Tədiyyə balansının cari hesabı son rübdə 463 mln. dollarlıq kəsirlə tamamlanıb. Bu bənddə əsas azalan parametrlərdən biri neft-qaz sektoru mallarının ixracı olub və IV rübdə 2 881 mln. dollar təşkil edib. Qeyd edək ki, bu göstərici 2012-ci ildən etibarən ən aşağı həddə enib. Keçən ilin əvvəli ilə müqayisədə neft-qaz sektoru üzrə ixrac 1 994 mln. dollar və ya 41% azalıb. Malların idxalında isə əksinə, artım qeydə alınıb və son rübdə idxalın həcmi 2 753 mln. dollar təşkil edib. Bu, 2013-cü ilin II rübündən etibarən ən yüksək göstəricidir. Ümumiyyətlə, 2015-ci ildə ixrac 14 088 mln. dollar, idxal isə 9 774 mln. dollar olub. Maliyyə hesabı 2015-ci ilin son rübündə 2 447 mln. dollar təşkil edib. Son rüb ərzində Azərbaycan xaricə 3 990 mln. dollar investisiya yatırıb ki, bunun da 636 mln. dolları birbaşa investisiyalar, 3 354 mln. dolları portfel və digər investisiyaların payına düşüb. Ümumilikdə isə Azərbaycanın 2015-ci ildəki xaricə məcmu sərmayələri 13 721 mln. dollar olub. Azərbaycana qoyulan investisiyalar isə IV rübdə 2 466 mln. dollar təşkil edib ki, bunun da 1 746 mln. dolları birbaşa, 720 mln. dolları isə portfel və digər investisiyalar təşkil edib. Qeyd edək ki, iki rübdür geri götürülən portfel investisiyaları yenidən müsbət dinamika göstərib. Belə ki, II və III rübdə Azərbaycandan müvafiq olaraq 417 mln. və 591 mln. dollar portfel investisiyası kapitalının geri axını baş verib. “Report”un analitik qrupu hesab edir ki, 2016-cı ilin ilk rübündə Azərbaycanın tədiyyə balansı tənzimlənəcək və minimal kəsirlə yekunlaşacaq: “Buna manatın məzənnəsinin sürətlə düşməsi nəticəsində idxalın kəskin azalması və mart ayında neft qiymətlərinin stabilləşməsi səbəb olacaq”.

Türkiyə və Rusiyada tədiyyə balansının göstəriciləri pisləşib – Azərbaycanda durum necə olacaq?

Dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin ucuzlaşması iqtisadiyyatı neftdən asılı olan ölkələrin tədiyyə balansına mənfi təsirini göstərməkdədir. Rusiya və Türkiyə mərkəzi bankları artıq 2020-ci ilin I rübü üzrə tədiyyə balansının ilkin göstəricilərini açıqlayıb. Açıqlamaya görə, Rusiya Mərkəzi Bankının yanvar-mart aylarında cari hesablar balansının profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% azalaraq 33,6 milyarddan 21,7 milyard dollara düşüb.

Hesabatı təhlil edən tanınmış iqtisadçı Samir Əliyev bildirib ki, azalmaya səbəb neftin ucuzlaşması və eyni zamanda ixracı n azaldılmasıdır. Onun sözlərinə görə, bu müddətdə xidmətlərin ixracı ilə yanaşı xidmətlərin idxalı, o cümlədən nəqliyyat xidmətlərinin və turizm idxalı azalıb.

“Maliyyəəməliyyatlarının müsbət saldosu 17 milyard dollara düşüb. Halbuki ötən ilin I rübündə 24 milyarda bərabər olub. Buna baxmayaraq qeyri-rezidentlər qarşısında öhdəliklər azalıb və xaricdə maliyyə aktivlərinin yerləşdirilməsi əhəmiyyətli dərəcədə azalıb”- deyə ekspert bildirib.

S. Əliyev qeyd edib ki, Rusiyanın beynəlxalq ehtiyatları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard dollar artıb. Artım büdcə qaydası çərçivəsində daxili bazardan xarici valyutaların alınması hesabına baş verib.

Türkiyə Mərkəzi Bankının təqdim etdiyi hesabatı da təhlil edən iqtisadçı orada da vəziyyətin ağır olduğunu vurğulayıb: “Fevral ayında cari hesablar balansının kəsiri daha da artıb və 2019-cu ildəki 117 milyon dollarlıq göstəricidən 1,23 milyarda yüksəlib. İki ay üzrə kəsir ümumilikdə 2,8 milyard dollara bərabər olub. Kəsirin artımına səbəb malların idxalının 30,4 milyarddan 34,8 milyard dollara yüksəlməsidir. Buna görə də ticarət balansının kəsiri 5,2 milyarda qədər artıb.

Kəsirin yaranması qızıl və enerjidaşıyıcılarının idxalı ilə bağlıdır. Çünki qızıl və enerji daşıyıcıları olmadan cari hesablar balansında 2,6 milyardlıq profisit yaranıb, ancaq 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə profisit daha az – 3,2 milyard dollar olub”.

Ekspertin sözlərinə görə, birbaşa investisiyalar təkcə fevral ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 129 milyon dollar azalaraq 309 milyona düşüb. Yanvar-fevral ayı üzrə 146 milyon dollarlıq azalma ilə 1,1 milyarda bərabər olub.

“İki ay üzrə göstəricilərə baxsaq portfel investisiyalarında vəziyyət daha gərgindir. Bu müddət ərzində bu investisiyaların cəlbində 840 milyon dollar kəsir yaranıb. Halbuki ötən ilin müvafiq dövründə $7,7 milyard profisit mövcud olub”-deyə iqtisadçı qeyd edib.

Ehtiyatlara gəlincə, Samir Əliyev bildirib ki, yanvardakı 2,93 milyardlıq itkini fevralda 3 milyard dollarlıq artım kompensasiya edib və66 milyonluq qalıq yaranıb. Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvar-fevral aylarında rəsmi ehtiyatlar 6,1 milyard dollar artmışdı.

Ekspert bildirib ki, Azərbaycanda tədiyyə balansının son statistik məlumatı 2019-cu ilə məxsusdur. 2020-ci ilin I rübü ilə bağlı məlumat iyun ayında açıqlanacaq. “İndidən demək olar ki, cari hesablar balansının profisiti 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə azalacaq. Rəsmi açıqlamalarda cari ilin yanvar-mart aylarında ixrac edilən neftin orta qiyməti 59 dollar olduğu bildiriir. Deməli, cari hesablar balansında mənfi saldo olmasa da profisit azalacaq”-deyə S. Əliyev vurğulayıb.

AzPolitika.info

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.