Press "Enter" to skip to content

Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Azərbaycan və Böyük Britaniya arasında yerli özünüidarə sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Kensinqton dairəsi və Çelsinin meri Meyqrid Kondon-Simmonds ilə görüşüb. Bu barədə “Report”a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildiriblər. Görüş zamanı yerli özünüidarə sahəsində mümkün əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri üzrə müzakirələr aparılıb.

Link kopyalandı
Şamil Əlibəyli
https://static.report.az/photo/09718960-f09e-31cc-85dd-d8a5519ca44e_50.jpg

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli
Fərmanının 1.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə
“Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ
xarakterli aktlarının hazırlanması və qəbul edilməsi QAYDALARI”
hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26
oktyabr tarixli 508 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun 4.3-cü maddəsinə uyğun olaraq, yerli icra
hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları
müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun
müvafiq normasına istinad etməlidir.

3.

Yerli icra hakimiyyəti orqanının normativ xarakterli aktını yerli icra
hakimiyyətinin başçısı qəbul edir və imzalayır.
Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II və
III hissələrinə uyğun olaraq yerli özünüidarə orqanlarının normativ
xarakterli aktları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə, yerli vergilər
və ödənişlərlə bağlı aktları isə bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu
ilə qəbul edilir. Yerli özünüidarə orqanının normativ xarakterli aktını
bələdiyyənin sədri imzalayır.
Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ
xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti
nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.

4. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu

5.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral 384
nömrəli FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və
qəbul edilməsi qaydası haqqında ƏSASNAMƏ”
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi qaydaları haqqında ƏSASNAMƏ”
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 508 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ
xarakterli aktlarının hazırlanması və qəbul edilməsi QAYDALARI”
Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 184 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və
qəbul edilməsi QAYDASI”
Nazirlər Kabinetinin 2012-ci il 25 iyun tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının
hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında
yerləşdirilməsi Q A Y D A L A R I”

6.

Hüquqi akt
normativ hüquqi akt
normativ xarakterli akt
qeyri-normativ hüquqi akt
Normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası
ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən
məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul
edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən
subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş
müəyyən formalı rəsmi sənəd.
Normativ xarakterli akt – bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və
ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi
üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün
nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd.
Qeyri-normativ hüquqi aktlar – konkret (birdəfəlik) təşkilati, nəzarət və ya
sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya
digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar.

7.

Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci
maddəsi ilə müəyyən edilir.
Qeyri-normativ hüquqi aktlar:
Milli Məclisin qərarları;
Azərbaycan Respublikası Prezidentinin sərəncamları;
Nazirlər Kabinetinin sərəncamları;
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən
orqanların aktları.
Normativ xarakterli aktlar:
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci
bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin qərarları;
Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları;
Məhkəmə-Hüquq Şurasının qərarları;
Milli Televiziya və Radio Şurasının qərarları;
yerli özünüidarə orqanlarının qərarları;
yerli icra hakimiyyəti orqanlarının qərarları.

8.

Normativ hüquqi aktların məcburi rekvizitləri :
1. aktın növü (Azərbaycan Respublikasının Qanunu,
Azərbaycan
Respublikası
Prezidentinin
fərmanı,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və
s.);
2. hüquqi tənzimləmə predmetini əks etdirən normativ
hüquqi aktın adı (sərlövhəsi);
3. aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi;
4. müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq
səlahiyyətinə malik olan şəxsin adı, soyadı, vəzifəsi və
imzası.

9.

Normativ hüquqi aktın struktur elementləri :
preambula, bölmə, fəsil, maddə, hissə, bənd, yarımbənd və abzas.
Normativ hüquqi aktın mətnində aşağıdakıların ifadə edilməsinə yol verilmir:
1. loru dili, Azərbaycan dilinin dialektləri və danışıq nitqinin ekspressiv
formaları;
2. eyni mənada müxtəlif anlayışlar (terminlər);
3. Azərbaycan dilində eynimənalı sözlər və terminlər olduqda başqa dillərdən
alınma sözlər;
4. anlaşılmaz söz birləşmələri, ümumiləşdirilmiş düşüncələr, çağırışlar, bədii
müqayisələr, epitetlər, metaforalar;
5. abreviaturalar (məlum olanlar istisna olmaqla).

10.

Normativ hüquqi aktın (onun layihəsinin) ekspertizası
aparılarkən aşağıdakı tipik sui-istifadə amilləri və suiistifadəyə məruz qalma təzahürləri aşkar edilməli və aradan
qaldırılmalıdır:
1. dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata
keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri;
2. hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik suiistifadə amilləri;
3. sistem xarakterli tipik sui-istifadə amilləri;
4. sui-istifadəyə məruz qalmanın tipik təzahürləri.

11.

Dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə
əlaqədar olan tipik sui-istifadə amilləri:
1. diskresion səlahiyyətlərin geniş olması;
2. səlahiyyətin dispozitiv imkan kimi müəyyənləşdirilməsi;
3. şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün ona lazım olduğundan daha yüksək
tələblərin irəli sürülməsi;
4. fiziki və hüquqi şəxslərin hüquqlarından dövlət orqanı (vəzifəli şəxs) tərəfindən suiistifadə edilməsi imkanı;
5. hüquqların həcminin əsassız dəyişdirilməsi;
6. qanundan irəli gələn normayaratmanın həddindən artıq sərbəst xarakter daşıması;
7. hüquqi-linqvistik sui-istifadəyə məruz qalma;
8. icra hakimiyyəti orqanının səlahiyyətindən kənar normativ hüquqi aktın qəbul
edilməsi;
9. qanundakı boşluqların icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə
doldurulması.

12.

Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri:
1. hüquqi tənzimləmədə boşluqların mövcudluğu;
2. inzibati prosedurların olmaması;
3. müsabiqə (hərrac) prosedurlarının olmaması;
4. konkret fəaliyyət sahəsində vəzifəli şəxslər üçün qadağa və məhdudiyyətlərin
olmaması;
5. hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi;
6. dövlət orqanlarına, vəzifəli şəxslərə nəzarətin, o cümlədən ictimai nəzarətin
müəyyənləşdirilməməsi;
7. informasiyanın şəffaflığı rejiminin pozulması.

13. Sistem xarakterli tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir: 1. yanlış məqsəd və prioritetlər; 2. kolliziyalar; 3. məcbur edilmiş sui-istifadəyə məruz qalma. Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri: 1. normativ hü

Sistem xarakterli tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:
1. yanlış məqsəd və prioritetlər;
2. kolliziyalar;
3. məcbur edilmiş sui-istifadəyə məruz qalma.
Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri:
1. normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət
olunmaması;
2. normativ hüquqi aktın qəbul edilməsi müddətinin göstərilməməsi;
3. mənafelər balansının pozulması (yalnız bir qrup subyektlər üçün imtiyazların
nəzərdə tutulması).

14.

Normativ hüquqi aktın rəsmi dərc edilmə müddətləri və şərtləri
Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti
imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.
tərəfindən
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat
müddətində rəsmi dərc edilməlidir.
Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən
sonra hökmən rəsmi dərc edilməlidir.
Normativ hüquqi aktların qüvvəyə minməsi
Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin
aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi
dərc edildiyi gündən qüvvəyə minir.
Digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti
nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.

15.

NORMATİV HÜQUQİ AKTLARIN ZAMANA, MƏKANA VƏ ŞƏXSLƏRƏ GÖRƏ
QÜVVƏSİ VƏ İCRASI
Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz
qüvvədədir.
Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın
müddəti müəyyən edilə bilər.
Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.
Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi
qüvvəyə malikdir.
Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna
olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə
Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı
olmayan şəxslərə şamil edilir.

16.

Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı
hallarda öz qüvvəsini itirir:
1. normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi müddəti başa
çatdıqda;
2. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının
Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv
edildikdə;
3. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində
nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə.

17.

Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
Azərbaycan Respublikasında qəbul edilən normativ hüquqi
aktları, normativ xarakterli aktları, Azərbaycan Respublikası Milli
Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını,
həmçinin onların rekvizitlərini əks etdirən dövlət informasiya
ehtiyatıdır.
Dövlət Reyestri Ədliyyə Nazirliyi tərəfindən aparılır.
Ədliyyə Nazirliyi Dövlət Reyestrinin formalaşdırılmasını,
aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet
informasiya ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi
açıqlığını və mühafizəsini təmin edir.

18.

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Aktın növü:
MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix:
12.08.2011
Qeydiyyat nömrəsi:
1-N
Adı:
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı əlavə tədbirlər haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi:
16.08.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu:
380.030.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi:
15201108120001
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.08.2011

19.

Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası rəyinin strukturu
1. Normativ hüquqi aktın layihəsinin (qanunun) tənzimləmə sahəsinə aid normativ tənzimləmənin
vəziyyəti (qüvvədə olan konkret normativ hüquqi aktların təhlili).
2. Normativ hüquqi aktın layihəsinin (qanunun) normayaratma fəaliyyətinin əsas prinsiplərinə uyğunluğu.
3. Normativ hüquqi aktın layihəsinin (qanunun) normalarının onun məqsəd və vəzifələrinə uyğunluğu.
4. Normativ tənzimləmə predmetinə uyğunluğu.
5. Normativ hüquqi aktın layihəsinin (qanunun) formasının və mahiyyətinin uyğunluğu.
6. Normativ hüquqi aktın layihəsinin (qanunun) daxili strukturunun məntiqliliyi.
7. Normativ hüquqi aktın layihəsinə daxil edilən (qanunda olan) normaların qarşılıqlı ziddiyyətsizliyi.
8. Normativ hüquqi aktın layihəsində (qanunda) bir dövlət orqanının digər dövlət orqanının
səlahiyyətlərinə müdaxilə etməməsi.
9. Normativ hüquqi aktın layihəsinin (qanunun) müvafiq səlahiyyətə malik olan normayaratma orqanı
tərəfindən öz səlahiyyəti daxilində qəbul edilməsi.
10. Normativ hüquqi aktın layihəsinin (qanunun) müəyyən edilmiş qaydada və formada qəbul edilməsi.
11. Normayaratma texnikasına uyğunluğu.
12. Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma
təzahürlərinin, sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların
mövcud olub-olmaması.
13. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli olan normativ
hüquqi aktların (onların struktur elementlərinin) siyahısının düzgünlüyü.
14. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktların
siyahısının düzgünlüyü.
15. Çıxarılan nəticə.

20.

Layihə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I
hissəsinin 25-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsini “Yeyinti məhsulları
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 22 oktyabr tarixli
775-IVQD nömrəli Qanuna uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikası Gömrük Məcəlləsində (2011-ci il 24 iyun tarixli 164-IVQ nömrəli Qanunla təsdiq
edilmişdir) aşağıdakı dəyişikliklər edilsin:
1. 82.5-ci maddə üzrə:
1.1. birinci cümlədə “Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı”
sözləri “və Azərbaycan Respublikasının digər qanunları” sözləri ilə əvəz edilsin;
1.2. ikinci cümlədə “və digər normativ hüquqi aktların” və “(bəndi)” sözləri çıxarılsın;
2. 82.6-cı maddədə “(bəndini)” sözü çıxarılsın;
3. 214.1.4-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “qanunla” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, “___” ________” 2014-cü il
№________

21.

Layihə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”ni “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (19192014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden
və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 976-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə
qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, № 12, maddə 718; 2007, № 5, maddə 460, № 11, maddə 1117; 2008, № 6, maddələr
496, 497; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 182; 2011, № 2, maddə 85; 2012, № 11,
maddə 1115) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 17.18ci bəndində “fəxri fərmanlarla” sözlərindən sonra “, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən
səlahiyyət verildiyi halda, müvafiq medallarla” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, ”___” _______2014-cü il
№ _______

22.

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin
qəbul olunması zərurətinin əsaslandırılması
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin
(bundan sonra – layihə) hazırlanmasının məqsədləri:
Layihənin mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementinin hüquqi tənzimləmə
predmeti:
Layihənin qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması:
Layihənin qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan
normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı:
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Qanunvericilik baş idarəsi

23.

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə
dair məcburi hüquqi ekspertiza rəyi
1. Normativ hüquqi aktın layihəsinin (qanunun) tənzimləmə sahəsinə aid normativ tənzimləmənin
vəziyyəti (qüvvədə olan konkret normativ hüquqi aktların təhlili).
2. Layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 8-ci maddəsində təsbit olunan
normayaratma fəaliyyətinin əsas prinsiplərinə uyğundur.
3. Layihənin normaları onun məqsəd və vəzifələrinə uyğundur.
4. Layihə normativ tənzimləmə predmetinə uyğundur.
5. Layihənin forması və mahiyyəti uyğundur.
6. Layihənin daxili strukturu məntiqlidir.
7. Layihəyə daxil edilən normalar qarşılıqlı ziddiyyətsizdir.
8. Layihədə bir dövlət orqanı tərəfindən digər dövlət orqanının səlahiyyətlərinin müdaxiləsinə yol
verilməmişdir.
9. Layihənin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndinə
uyğun olaraq Milli Məclis tərəfindən qəbul edilməsi təklif olunur.
10. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin II hissəsinə müvafiq olaraq layihənin
qanun formasında qəbul edilməsi təklif olunur.
11. Layihə normayaratma texnikasına uyğun şəkildə hazırlanmışdır.
12. Layihədə sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri, sui-istifadənin təzahürləri
üçün şərait yaranmasına kömək edən digər müddəalar aşkar edilməmişdir.
13. Layihənin qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktlar (onların struktur
elementləri) yoxdur.
14. Layihə dəstəklənir.
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Qanunvericilik baş idarəsi

24.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” qanun layihəsinə dair
MÜQAYİSƏLİ CƏDVƏL
Qüvvədə olan redaksiya
Maddə 4. Abidələr üzərində mülkiyyət
Dəyişikliklər nəzərə alınmaqla təklif edilən
redaksiya
Maddə 4. Abidələr üzərində mülkiyyət
Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə
xüsusi mülkiyyətdə ola bilər.
də xüsusi mülkiyyətdə ola bilər.
Dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə
(yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan
yaşayış binaları , onların ayrı-ayrı hissələri və bu
maddənin üçüncü hissəsində nəzərdə tutulmuş
özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli
memarlıq abidələri istisna olmaqla) yol verilmir.
Dövlət mülkiyyətində olan abidələrin Dünya təbii
və mədəni irs siyahısına daxil edilmiş,
həmçinin milli mədəni və təbii irsə aid dövlət
mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə
(yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə
alınan yaşayış binaları , onların ayrı-ayrı hissələri
və bu maddənin üçüncü hissəsində nəzərdə
tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli
əhəmiyyətli memarlıq abidələri istisna olmaqla)
yol verilmir.

25.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini hazırlamış
şəxslərin siyahısı
Adil Əliyev
– Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Qanunvericilik baş idarəsinin rəisi
Aygün Şahbanova
– Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Qanunvericilik baş idarəsinin Iqtisadi normativ aktlar
idarəsinin aparıcı məsləhətçisi

26.

Layihə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Qərar
№________
Bakı şəhəri, “___” _______ 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı”nda dəyişiklik edilməsi haqqında
“ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1030) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı”nda “Diplomatik Akademiyası” sözləri ““ADA” Universiteti” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının
Baş naziri
Artur Rasi-zadə

ELMİ-PRAKTIK MƏSƏLƏLƏR

Azərbaycanda yerli özünü idarəetmə instutu olan Bələdiyyələrin yaranma tarixini və yerli özünü idarəetmə ənənələrini araşdıranların əkəriyyəti Azərbaycan bələdiyyələrin yaranma tarixini yanlış olaraq Azərbaycan Respublikasında 12-dekabr 1999-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərinin keçirildiyi tarixə aid edir və bələdiyyələrimizin yaşını bu tarixdən hesablayırlar. Düzdür Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilimişdir. Halbuki Azərbaycanda yerli özünü idarəetmə ənənələri və bələdiyyələrin yaranma tarixi heçdə 12-dekabr 1999-cu ildən başlamır, Azərbaycanda bələdiyyəçilik tarixi daha qədim tarixə və ənənlərə malikdir. Tarixə nəzər yetirilərsə Azərbaycanda ilk yerli özünü idarəetmə sistemi hələ Azərbaycanın Çar Rusiyasının tərkibində olduğu dövürdə formalaşdığının şahidi olarıq. Çar Rusiyasında şəhərlərin sürətlə böyüməsi, əhalinin sayının artması və sənayenin inkişafı imperiya daxilində idarəetmə sistemi sahəsində müəyyən islahatların aparılması zərurətini yaradırdı.

Bu islahatları aparmaq məqsədiylə Çar Rusiyası tərəfindən imperiyada şəhərlərin idarə edilmə qaydaları haqqında 1870-ci 16 iyun tarixli qərar qəbul edildi. Həmin qərara əsasn Rusiyanın bütün iri şəhərlərində bələdiyyə idarələrinin təşkil olunması və duma seçkilərinə başlanılması nəzərdə tutulurdu. Çarın fərmanından sonra Qafqaz canişini tərəfindən Qafqaz və Zaqafqaziya ölkələrində şəhər əsasnaməsinin tətbiqinin mümkün olub-olmaması barədə qubernatorlara və vilayət rəislərinə rəylərini bildirmələri üçün sorğu göndərildi.

Verilmiş sorğuya cavab olaraq Bakı Qubernatoru Kolyubyak yerli əhalinin inkişaf səviyyəsinin kifayət qədər olmamasını əsas gətirməklə mövcud əsasnamənin Bakı quberniyasının şəhərlərində hələ bir müddət tətbiqinin mümkünsüz olduğunu bildirir. Güya imperiya tərkibində yaşayan qeyri rus millətləri hələ özlərini idarəetmək iqtidarında deyillər. Bu səbəbdən ilk öncə Rusiyanın daxili quberniyalarında həyata keçirilən bələdiyyə idarələrinin təşkili və dumaların yaradılması Azərbaycanda təxirə düşərək ancaq 8 ildən sonra yəni 1878-ci ildə həyata keçirilir. Qərara əsasən 1878-ci il Bakı şəhərində ilk dəfə olaraq yerli özünü idarəetmə orqanı olan Bakı şəhər dumasına seçkiləri keçirilir. Dumaya seçkilərdə hər kəs namizəd ola bilməzdi, seçkidə iştirak üçün bir sıra məhdudiyyətlər və ilkin şərtlər qoyulmuşdu.

Əsasnaməyə görə Bakı Şəhər Dumasında Azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çoxunu təşkil etməməlidir. Daha sonra 1892-ci ildə qəbul edilmiş qanununda duma üzvlərinin 1/3-ni, 1900-cu ildə olan dəyişiklilərə görə isə duma üzvlərindən yarısını xristianlar təşkil etməlidir. Şəhər əsasnaməsinin 20-ci maddəsinə görə bələdiyyə üzvlüyünə yalnız daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, şəhər vergilərinin ödəyicisi olan. ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı imtiyazlı silkə mənsub şəxslərin seçilmək hüququ təsbit edilmişdi. Bu səbəbdən Duma üzvlüyünə ilk başda iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Qoyulmuş məhdudiyyətlərə əsasən 1877-ci il dekabrda keçirilmiş seçkilərdə Bakı şəhər dumasına seçilən duma üzvləri arasında yalnız Həsən bəy Zərdabi, müəllim Həbib bəy Mahmudbəyov, Ə. M. Topçubaşov kimi barmaqla sayılacaq qədər az sayda ziyalılar yerli əhalini təmsil hüququ əldə etmişdilər. Bakı varlılarından isə H. Z. Tağıyev, Şəmsi Əsədullayev, İbrahim bəy Aşurbəyov, Əliİskəndər Aşurov, İsabəy Hacınski, Ağabala Quliyev, Musa Nağıyev, Nəcəfqulu Sadıqov və başqaları duma üzvü kimi seçilmişdilər. Şəhər əsasnaməsinə görə qadınlar, yüksək inzibati vəzifə tutanlar və yerli polis məmurları yüksək əmlak senzinə malik olasalarda dumaya namizədliklərini irəli sürmək hüququndan məhrum idilər.

Keçirilmiş ilk seçkidə 72 duma üzvü seçilsədə daha sonra duma üzvlərinin sayı 75 nəfərə çıxarılır. Birinci duma seçkisində Bakı şəhər dumasına seçilmiş 72 nəfər nümayəndə heyətinin 36 nəfəri yerli müsəlaman əhalidən olmaqla qalanı, yəni qalan yarısı xristyan əhalidən seçilmişdi. Duma üzvlüyünə seçilmiş nümayəndələr 4 illik müddətə seçilir və qlasnı adlanırdı.

Bakı şəhər duması müasir Azərbaycan bələdiyyə sistemi kim kollegial orqan olaraq formalaşmışdı. Məsələn Bakı şəhər duması seçilmiş qlasnılardan ibarət nümayəndəli kollegial orqan sayılırdı və Bakı bələdiyyə idarəsinin sərəncam verici orqanı idi. Dumaya şəhər bələdiyyə idarəsinin sədri rəhbərlik edirdi və əsasnaməyə əsasən duma sədri ancaq rus milliyətindən seçilirdi. Dumanın birinci iclası 1878-ci il yanvarın 14-də Bakı şəhər başçısı Cakelinin sədarəti altında keçirilmiş və 1878-ci ildən 1879-cu ilə qədər bələdiyyə sədri kimi fəaliyyət göstərmiş İosif Dzakkerli ilk bələdiyyə sədri seçilmişdir. Duma iclaslarında qərarların qəbul edilməsi əsanamənin 66-cı maddəsinə əsasən sadə səs çoxluğu prinsipinə uyğun həyata keçirilirdi, dumada iclaslar və bütün işlər rus dilində aparılırdı.

Bakı Şəhər Dumasının səlahiyyətləri sırf şəhərin təsərrüfat məsələləri, abadlaşdırma, ticarət, şəhər vergilərinin təyin edilməsi, yığılması, xərclənməsi, yanğına qarşı ehtiyat tədbirləri görülməsi və sair məsələrlə məhdudlaşmışdı. Şəhər bələdiyyə orqanları tam müstəqil sayılmırdı. Çünki bələdiyyə idarəsinin orqanları qubernator və daxili işlər nazirinin nəzarəti altında fəaliyyət göstərirdi. Bələdiyyə idarələri yerli özünü idarəetmə orqanını təmsil etsələrdə reallıqda bu idarələr, hökumətin yerli təsərrüfat məsələlərinə baxan yardımçı orqanları kimi fəaliyyət gəstərirdilər. Hətta şəhər əsasnaməsində dumaya seçilmiş şəxslər təsdiq edilmədiyi təqdirdə boş qalmış yerlərə qubernator və ya daxili işlər nazirinin təyin etdiyi adamların tuta bilməsi öz əksini tapmışdı.

Bakı şəhər özünü idarə orqanlarının vəzifəsi yerli təsərüfat məsələlərinin həlli ilə məhdudlaşsa belə, hətta yerli təsərrrüfat məsələrində tam söz sahibi deyildi.Bakı şəhər bələdiyyəsi yığılan vergiləri öz bildikləri istiqamətlərə sərf etmək və vəsaitlərini hansı sahələrə xərcləmək məsələsini qubernator və onun yanındakı quberniya idarəsinin nəzarəti ilə müəyyənləşdirirdi. Şəhər bələdiyyə idarəsinin qərarlarını həyata keçirmək gücü polisin səlahiyyətində olduğu üçün şəhər təsərüfatına aid qərarlar polis idarəsi ilə razılaşdırılmadan tətbiq edilə bilməzdi. Bunuda qeyd etmək lazımdır ki, Bakı Şəhər Duması Rus imperiyasının ən varlı idarələrindən biri hesab olunurdu. Yarandığı ilk illərdə Bakı şəhər duması yeni bina tikilənə qədər Nikolayevski küçəsində zərgər Aşumovun evini kirayə edərək bu evdə fəaliyyət göstərmişdir (Şəkil 1).

Polyak memar İosif Qoslavskinin layihəsi əsasında 18 may 1900-cü ildə şəhərin şəxsi xidmətləri üçün inzibati təyinatlı yeni şəhər duma binasının təntənəli təməl qoyma mərasimi həyata keçirilsədə binanın tikilişi xeyli yubanır, İosif Qoslavskinin xəstəliyi ilə əlaqədar olaraq tikinti işləri mühəndis Kazimir Brunoviç Skureviçə həvalə edilir və nəhayət 27 sentyabr 1912-ci ildə tamamlanaraq bina təhvil verilir (Şəkil 2).

Bakı şəhərindən sonra 1892-ci ildə qəbul edilmiş yeni şəhər əsasnaməsi ilə Gəncə şəhərində tam səlahiyyətli Şamaxı, Quba, Lənkaran, Şəki kimi şəhərlərdə məhdud səlahiyyətlərə malik yerli özünü idarəetmə orqanları fəaliyyətə başlayır.

Azərbaycanda bələdiyyələrin fəaliyyəti təkcə Çar Rusiyası dövrü ilə məhdudlaşmır. 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş kütləvi türk-müsəlman soyqırımlarından sonra hakimiyyəti ələ almış bolşeviklər şəhər dumasını buraxır. 1918-ci il aprelin 10-da Bakı və onun rayonlarınm İnqilabi Müdafiə Komitəsinin dekreti ilə Bakı şəhər duması ləğv olunaraq funksiyaları xüsusi şəhər təsərrüfatı şöbəsinə verilir. Bolşeviklər zamanında ləğv edilmiş Bakı şəhər bələdiyyə idarəsi Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti bərqərar olan kimi yenidən bərpa edildi və Azərbaycan Xalq Cümhuriyyətinin dövründə bələdiyyələr daha müstəqil fəaliyyət göstəməyə başladılar.

Bələdiyyə idarələrinin yenidən fəaliyyətə başlamasının hüquqi təminatı olaraq 1918-ci il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti şəhər özünü idarələrinin fəaliyyətinin bərpa olunması haqqında qərar qəbul etdi. Qəbul edilmiş qərar əsasında sentyabrın 18-də Bakı şəhər özünü idarəsi Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 9 iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa edilir. Həmçini Milli Hökümət tərəfindən şəhər dumasına tərkibini öz mülahizəsinə görə artırıb 80 nəfərə çatdırmaq, həmçinin, şəhər idarəsi işçilərinin sayını artırmaq hüququ verildi.

Şəhər özünüidarəsinin fəaliyyəti bərpa edilərkən Ermənilərin törətdiyi soyqırım və bolşeviklərin hakimiyyəti dövründə qaçıb dağıldığı üçün deputatların xeyli hissəsi olmadığından Hökumətin icazəsi ilə dumanın özünün daxil etdiyi şəxslər hesabına Bakı şəhər dumasının tərkibi yenidən formalaşırılır. Hökümət tərəfindən 1918-ci il sentyabrın 22-də şəhər özünü idarəsi deputatlarının Bakı Şəhər İctimai Özünüidarəsi tərəfindən təqdim olunmuş siyahısını təsdiq edilir. Bakı şəhər bələdiyyə başçısının rəhbərlik etdiyi bələdiyyə idarəsi təsərrüfat, tikinti, maliyyə, torpaq, məktəb, tibb-sanitariya, su kəməri olaraq 7 şöbədən təşkil edilmişdir. Bakı bələdiyyə idarə Cümhuriyyətin süqutundan sonra bolşeviklər tərəfindən yenidən ləğv edilir.

Abşeron rayon, Hökməli bələdiyyəsinin sədr müavini

Похожие статьи

  • Azrbaycanda yerli özünüidar

    Azrbaycanda yerli özünüidar Bir çox ölkələrdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu…

  • Azərbaycanda turizimin inkişafı

    Azərbaycanda turizimin inkişafı Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin…

  • Azərbaycanda maşınqayırma sənayesi

    Maşınqayırma sənayesi işçiləri təltif edilib 5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT Prezident İlham Əliyev maşınqayırma…

  • Azərbaycanda həyata keçirilən proqramlar

    Azərbaycanda həyata keçirilən proqramlar A.Mollazadə qeyd edib ki, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin…

  • Azərbaycanda turizm inkişafı

    Azərbaycanın turizm potensialı Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında…

Comments are closed, but trackbacks and pingbacks are open.