Press "Enter" to skip to content

Nəsirəddin Tusi haqda

ayıran və müstəqil elm kimi tədqiq edən ilk alimdir (2, 337). O, həmçinin fəza

Nəsirəddin Tusi fenomeni

Azərbaycan xalqı, ictimai-siyasi, elmi-ədəbi mühiti və uzun bir tarixi mərhələdə Yaxın Şərqə, bötüvlükdə dünyaya böyük simalar, görkəmli xadimlər bəxş etmişdir. Bu gün də belə bütün bəşər mədəniyyəti və sivilizasiyası Əcəmi Əbubəkiroğlunun memarlığına, Nizami Gəncəvinin poetik istedadına, Bəhmənyarın fəlsəfəsinə, Yusif Məmmədəliyev və Lütfi Zadə kimi alimlərin kəşflərinə minnətdar qalmaqdadır. Görkəmli elm adamı, şair və ədəbiyyatşünas Nəsirəddin Tusi də məhz belə əvəzsiz şəxsiyyət və görkəmli xadimlərdən biridir. Bəşər tarixində onun adı göstərdiyi misilsiz xidmətlərə görə həmişə öndə gəlir. Bu da fəxarət və qürur doğuran haldır ki, Azərbaycan xalqının görkəmli övladları Nizami Gəncəvi bəşər tarixində şeriyyət və sözün qüdrət simvolu hesab olunduğu kimi, Nəsirəddin Tusi də elmin simvolu olaraq ehtiramla xatırlanır.

Sələfləri və xələflərilə Naxçıvana doğma insan

Nəsirəddin Tusinin anadan olduğu yerin Həmədanda Bahar, bəzilərinə görə Xorasanda Tus vilayəti, bəzilərinə görə Qum, bəzilərinin fikrincə isə, Cəhrud kəndi olması barədə fikirlər mövcuddur. Mənbələrdə onun Naxçıvandan olması ilə də bağlı fikirlər mövcuddur. Hətta bu görkəmli şəxsiyyətin özünün Ordubadda doğulması və buradan Tusa getməsi barədə fikirlər də var. Ordubadda Tusi nəslindən olan bir sülalənin yaşaması da buna dəlil göstərilə bilər. Bu nəslin nümayəndələri də həmişə öz istedad və bacarıqları ilə parlamış, görkəmli şəxsiyyətlər kimi yetişmişlər. Hatəm bəy Ordubadi kimi tanınan görkəmli dövlət xadimi və ədəbiyyat adamı da Tusi nəslinin nümayəndələrindən idi. Səfəvilər sarayının vəziri olan bu görkəmli adam Nəsirəddin Tusi kimi öz zəkası və istedadı ilə tanınmış və yüksək etimad və etibar qazanmışdı. Naxçıvandan olan görkəmli şair İslam Səfərlinin mənsub olduğu sülalənin də Tusilərdən olduğu qeyd edilir. Hətta Nəsirəddin Tusinin nəslinin Naxçıvanda Ordubadda yaşamasını nəzərə alan və ona böyük ehtiram nümunəsi göstərən I Şah Abbas oranı bütünlüklə vergidən azad etməsi barədə 1604-cü ildə fərman da imzalamışdır. Həmin fərman bu gün də XVII əsrdə tikilmiş böyük Came məscidinin qapısı üstündəki daş kitabədə həkk olunaraq qalmaqdadır. Həmin kitabədə əks olunmuş fərmanda deyilir: “Ordubad qəsəbəsinin bütün əhalisinin . xilafət məkanlı, Cəmşid cəlallı, mələk qoşunlu Şah Abbas Bahadur xanın xanədanına nisbət bəslədikləri məhəbbət və fədakarlığın həqiqəti aşkar edildiyindən, . bu camaatın ümumiyyətlə, fədakarlığı, xüsusilə yüksək Nəsiriyyə-Tusiyyə silsiləsinin fədakarlığı müqabilində şahın müzayiqəsiz mərhəmətinin bir qisməti onlara bəxş edildi”. Həmçinin görkəmli tədqiqatçılardan olan Vaqif Piriyev bu barədə ətraflı bəhs edərkən hətta Cəhrud kəndinin indiki Cəhri kəndi olması barədə mülahizələr də irəli sürmüşdür. Ciddi tədqiqatçılardan olan tarixçi alim Vaqif Piriyev Seyidağa Onullahi və Oqtay Əfəndiyevin fikirlərilə həmrəylik nümayiş et­dirərək “Naxçıvan tarixindən səhifələr” əsərində Nəsirəddin Tusinin Naxçıvanla bağlılığını təsdiq edərək yazırdı: “. Xacə Nəsirəd­din Məhəmməd Tusinin sələfləri və xələfləri Naxçıvan torpağı ilə bağlı olmuşlar. Onun atası Firuzşah gənc yaşlarında təhsil almaq üçün Naxçıvandan Tus şəhərinə getmiş və orada Firuzşah Cəhrudi ləqəbi ilə tanınmışdır. Nəsirəddin Tusi bu şəhərdə təhsil aldığından “Tusi” ləqəbi qəbul etmişdir. Tusinin xələfləri də sonralar Naxçıvan ərazisinə qayıtmışlar və Naxçıvan və Ordubadda məskunlaşmışlar. Onların nəslindən olanlar indi də bu ərazilərdə və Azərbaycanın başqa yerlərində yaşayırlar”.

Bəşəriyyətin müəllimi və alimlər alimi

Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusinin (1201-1274) XIII əsrin görkəmli alim, ictimai xadim və ədiblərindən biri kimi adı çox zaman elmin rəmzi olaraq çəkilir. Ensiklopedik zəka sahibi olan və öz sağlığında belə “alimlər alimi” kimi geniş şöhrət qazanmışdır. Onu həm də dövründə “ustad əl-bəşər” (“bəşəriyyətin müəllimi”), “sultan əl-hükəma” (“həkimlər sultanı”), “əsrin yeganəsi”, “sonuncu filosof” kimi mötəbər və möhtəşəm adlarla da çağırmışlar. Hətta şagirdinin riyaziyyat sahəsində istedadını görən müəllimi heyrətə gələrək adamların arasında qürurla demişdi: “Mənim riyaziyyat sahəsində bildiklərim bu uşağınkından çox deyil. O, gələcəyin ən böyük alimi olacaq. Kim buna şübhə etsə, bir vaxt mənim sözlərimi xatırlayaraq peşman olacaq”. Bu görkəmli şəxsiyyət haqqında belə bir fikir də deyilmişdi ki: “O, gələcəyin alimi və elm dünyasını özünün idrak nuru ilə işıqlandıracaq görkəmli bir adam olacaq”. Alimin məzarının başdaşı üzərində olduqca gözəl bir xətlə yazılmış bu sözlər də ona verilən yüksək qiyməti özündə ifadə edir: “Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı”.

Nəsirəddin Tusi təpədən dırnağa qədər əvəzsiz bir alim idi. Doğrudan da, gələcəyinin ən qüdrətli alimlərindən olan Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmış və hərtərəfli bir elm adamı kimi şöhrət tapmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdur. “Şərh əl-İşarat” (“Fəlsəfə kitabı”), “Zic-i İlxani” (“Astronomiya haqqında”), “Təcrid əl-əqaid” (“Kəlam kitabı”), “Tezker-i hayat”, “Təhrir-i Uqlidis”, “Təhrir əl-Məcəsti”, “Əsas əl-iqtibas” (“Məntiq kitabı”), “Əsraf əl-eşraf”, “Əxlaq-i Nasiri”, “Füsul nəsiriyyə” kimi əsərlər məhz Nəsirəddin Tusinin zəngin elmi-ədəbi dünyagörüşü və bilklərinin monumental göstəricisidir. Nəsirəddin Tusinin dünya elmi qarşısında mühüm xidmətlərindən biri də Marağada böyük bir rəsədxana tikdirməsidir. Həm də görkəmli siyasi xadim olan Nəsirəddin Tusi sahib-mənsəb etibarı və elmin dərinliklərinə nüfuz edən biliklərindən istifadə edərək dövrün hökmdarını inandırmağa çalışmışdı ki, “Marağa” rəsədxanasının tikintisi kainat elmi və hadisələrini qabaqcadan bilmək üçün bir məqam olacaq. Hətta onun hökmdarı inandırmaq üçün istifadə etdiyi boş qazan üsulu bu gün də dillər əzbəri olan bir məsələ çevrilib. Həm də əxlaqçı və tərbiyəçi olan Nəsirəddin Tusi geniş şöhrət qazanmış “Əxlaqi-Nasiri” kimi əxlaq və mənəvi tərbiyə kitabında əxlaqi-ictimai görüşlərini təqdim edibdir.

Ədəbiyyat bilicisi və şair Tusi

Bu görkəmli alim həm bədii yaradıcılığa sahibdir. Ədəbiyyatşünaslıq elmi ilə məşğul olan, poetikaya aid əsərlər yazan Tusi özünü ədəbiyyat bilicisi kimi təsdiq etdmişdir. Tədqiqatçı, filologiya elmləri doktoru Yaqub Babayev haqlı olaraq yazır: “Onun (Nəsirəddin Tusinin-R.Q.) ədəbiyyatşünaslıq bacarığı və bədii talantı nəhəng və uca elmi əzəmətinin kölgəsində qalmış, daha doğrusu, alim Tusi şair və ədəbiyyatşünas Tusini unutdurmuşdur”. Bu baxımdan görkəmli alimin “Meyarül-əşar” (“Şeirin ölçüləri”) və məntiqə dair yazılmış “Əsasül-iqtibas” risaləsinin 9-cu fəsli poetikaya həsr olunan sanballı əsərlər kimi diqqəti cəlb edir. Bu mənada Tusini görkəmli filosof-alim Aristotellə müqayisə edib “Şərqin Aristoteli” adlandırmaq olar. Bu mənada ki, dünyanın 7 müdrikindən biri kimi ad-san qazanmış Aristotel həm də dünya ədəbiyyatşünaslığının elmi cəhətdən əsasını qoyan məşhur “Poetika” əsərinin müəllifidir. Nəsirəddin Tusi öz istedadını daha çox dəqiq elmlərə həsr etməsinə baxmayaraq, zəngin şeir ənənələrindən çıxış edərək poetika haqqında sanballı kitab yazan ilk müəlliflərdəndir.

Alim və şair olan Nəsirəddin Tusi haqqında bəhs edən filologiya elmləri doktoru Yaqub Babayev yazır: “Xacə Nəsirəddinin şəxsiyyət və yaradıcılığında möhtəşəm elmi qabiliyyəti ilə şairlik məharəti qovuşmuş şəkildə idi. Sadəcə olaraq onun elmi siması o qədər parlaq idi ki, danışanları həmişə nisbətən kiçik görünən şair Tusinin deyil, daha əzəmətli görünən alim Tusinin fəaliyyəti cəlb edirdi. Bu mütəfəkkir şəxsiyyət isə şeirin həm nəzəriyyəsi, həm də praktiki inşası ilə məşğul olmuş, qiymətli poeziya nümunələri yaratmışdır”. Onun “Meyarül-əşar” (1251) əsəri və məntiqə aid yazdığı “Əsasül-iqtibas” əsərinin 9-cu fəsli şeirin nəzəri əsaslarına, poetikaya həsr olunmuşdu. “Əsasül-iqtibas” əsərində “Şeir nədir?” sualı ətrafında mühakimə aparan Nəsirəddin Tusi belə mülahizə edirdi: “Şeir məntiq baxımından təxəyyüllü sözdür. Bizim dövrdə isə vəznli və qafiyəli kəlama deyilir. . Təxəyyüllü, amma vəznsiz və qafiyəsiz olan sözə isə şeir demirlər. Qədimdə isə təxəyyüllü sözə həqiqi vəzni və qafiyəsi olmasa da, şeir deyirdilər”. Müəllif bu barədə fikirlərini inkişaf etdirərək yazır: “Şeirin maddəsi sözdür, surəti isə müasir baxışa görə vəzn və qafiyədir. Məntiqçilərin fikrincə isə, şeirin surəti təxəyyüldür”. Tusi belə qənaətə gəlirdi ki, obrazlılıq, başqa sözlə, bədii yalanpoetik kəlamın bəzəyi və gözəlliyi rolunu oynayır. Buna görə də “şeirin ən gözəli ən yalan olanıdır” və s. Tusi şeirdə bənzətmələrin işlədilməsinə xüsusi əhəmiyyət verirdi. Çünki bənzətmələr məhz obrazlılıq göstəricisi kimi çıxış edir. Buna görə də N.Tusi bənzətmələr haqqında bəhs edərkən onları “mümkün və mümkünsüz” deyə iki yerə bölürdü və əhəmiyyətindən bəhs edərək yazırdı: “Bənzətmələri düzgün işlətməyən şairin səhv etməsi ata pəncə, şirə nal çəkən rəssamın səhvi kimidir” deyirdi. Mümkündən mümkünsüzə meyil edən bənzətmələrə xurafat deyirdi N.Tusi: “Amma ola bilər ki, bunu daha üstün saysınlar”.

Alimin şairlik məharətindən xəbər verirdi ki, o, nücum elminə həsr olunmuş “İxtiyarati-Seyrül Qəmər” və “Şərhi-Təqvim” adlı elmi əsərlərini nəzmlə qələmə almış, elmi mülahizlərini bədii vasitə və dillə ifadə etmişdir. Hətta alimin “Əxlaqi-Nasiri” əsərində də xeyli poetik nümunələr vardır ki, onun şairlik məharəti və poetik düşüncəsini uğurla təcəssüm etdirir.

Alimin bədii yaradıcılığından müəyyən bir hissə elmə məlumdur. Rübai, qəzəl, qitə, təkbeyt və başqa janrlarda yazılmış bu bədii nümunələr həm də məharətli və geniş poetik düşüncəli şair Tusinin istedad və qabiliyyətinin nailiyyətləridir. Bədii yaradıcılığa da malik olan Nəsirəddin Tusi şeirlərindən birində: “Mənim üçün səadət günü və eyşü şadlıq gecəsi mütaliə gecəsidir”, – deyə oxumaq və bilik qazanmağı insan üçün ən vacib hal saymışdır:

Dünya ləzzətləri edəmmir əsir,

Az oldu, çox oldu, eynimə gəlmir.

Eyş-işrət, kef-damaq mənimçün yalnız

Gündüz dərs, gecələr mütaliədir.

Elin qayğısını çəkə biləsən,

Sınıq bir ürəyi tikə biləsən.

Ədəbi-bədii yaradıcılığa malik sənətkar olan Tusi bədii əsərlərini nəzm və nəsr şəkilində yazmışdır. Bu əsərlərdə Tusinin nadir istedadı və bədii təfəkkürü özünü nümayiş etdirir. Onun şeirlərində insanın mənəvi gözəllikləri, həyat eşqi əsas yer tutaraq həyatdakı zülmə və zalıma qarşı mübarizə ruhunu əks etdirir. Şeirlərindən birində deyirdi:

Dünyada çoxları çox səy etdilər,

“Kəşf etdim” deyərək səs yüksəltdilər.

Dolaşıq bir düyün rast gələn kimi,

Ona bir düyün də vurub getdilər.

Tusinin bədii irsində ictimai məzmunun aparıcı yerdə dayandığını xüsusilə qeyd etmək lazımdır. Hər şeydən əvvəl ona görə ki, Nəsirəddin Tusinin mənsub olduğu ictimai mühitin, dövrün özü qarışıq, ictimai-siyasi hadisələrlə zəngin idi. Təsadüfi deyildi ki, Tusinin özü şəxsiyyət və dünyagörüşü etibarilə müxtəlif elm sahələrilə məşğul olan, varlıq, dünya haqqında düşüncələrə sahib bir alim və söz sənətkarı idi. Bu da maraqlı ola bilər ki, dövrün bir sıra ədalətsizlikləri və zülmünə alimin özü də məruz qalmışdı. Xaqani Şirvani, Fələki, M.P.Vaqif kimi görkəmli elm adamı və şair Nəsirəddin Tusi də həm öz istedadına görə paxıllıqla qarşılanmış, həm də hökmdarın zindana salınma cəzasına məruz qalmışdı. Qeyd edək ki, alimin həyatının Kuhistan dövründə əvvəllər ona xoş münasibət bəsləyən hökmdar Nasir Möhtəşəm sonradan onu cəzalandıraraq Ələmut qalasında göz dustağına çevirmişdir. Alim “Şərhül-işarət” adlı əsərində də etdiyi qeydlərdə şəraitinin ağırlığını təsvir etmişdir. Amma bununla belə məhz bu ağır şəraitdə belə istedadlı alim və ədib neçə-neçə qiymətli əsərini qələmə almışdır. Ömrünün ən yaxşı çağlarında gününü zindanda keçirmək bu nəhəng şəxsiyyətin yaradıcılığında ədalət axtarıcılığı, ictimai etiraz və şikayətləri ilə əks olunmuşdu. Bu baxımdan onun bədii irsində “Görürəm” rədifli əsəri xüsusilə diqqət cəlb edir:

Bu qədər cövrü dövrdən ki, məni zar görürəm,

Deyəcək kimsə yox, aləmi tar-mar görürəm.

Hara döndümsə eşitdim qəm ilə qüssə sözün,

Kimə baxsam, gecə-gündüz onu ağlar görürəm.

Heç kim üz tutmayan ən nakəs adamlar indi,

Üzə çıxmış, çatıb hər mənsəbə onlar, görürəm.

Harda pis vardısa, çevrilib olub izzətli,

Əyləşib ali imarətdə tacidar görürəm.

Zamanın gərdişi kinlə zəncirin hazır edib,

Tək hünər əhlini qılmış da giriftar görürəm.

Şairin dövrdən giley üzərində yazılmış bu əsərini Azərbaycan ədəbiyyatında bir ənənə şəklini alan “Görmədim” rədifli şeirlərlə müqayisə etmək olar. İstər aşıq ədəbiyyatındakı Ələsgərin, istərsə də yazılı ədəbiyyatımızakı M.P.Vaqifin “Görmədim“ rədifli şeirləri məhz bu məzmuna uyğundur. Bunu da əlavə etsək ki, şair Nəsirəddin Tusi görkəmli şairlər Xaqani və Fələki Şirvani kimi uzun müddət zindanda qalıb, onun yaradıcılığındakı zülm və sitəmdən şikayətin həmin ədəbi simaların yaradıcılığındakı şikayətlə vəhdətini aydın görmək olar.

Beləliklə, bütün dünyanın nəhəng alim və mütəfəkkir kimi tanıdığı Nəsirəddin Tusi həm də gözəl şair və həssas söz ustadıdır. Onun zəngin elmi irsi ilə birlikdə heç də az əhəmiyyət kəsb etməyən bədii irsi bu görkəmli şəxsiyyətin yaradıcılıq istedadına işıq tutur, ona ədəbiyyatımızın görkəmli söz ustadı kimi əbədiyaşarlıq qazandırır. Azərbaycan dövləti də həmişə bu böyük şəxsiyyətə qayğı ilə yanaşıb, yubileyləri böyük təntənə ilə qeyd edilib, adına medal təsis olunub, əsərləri təkrar-təkrar çap olunubdur. Dünyaşöhrətli alimin 800 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq aləmdə də təntənəli şəkildə qeyd edilibdir.

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Nəsirəddin Tusi haqda

Dünya şöhrətli azərbaycanlı alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi 1201-ci il fevral ayının 18-də Həmədan şəhərində anadan olub. Sonralar Tus şəhərində məktəb və mədrəsədə təhsilini davam etdirib.
Təhsilini başa vurduqdan sonra adına “Tusi” təxəllüsü əlavə etməsi təhsil aldığı şəhərə böyük məhəbbəti ilə bağlı olub. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsirəddin adını verib.
Nəsirəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən alıb. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər edib. Şərqin bir çox şəhərlərini gəzib dolaşan Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimləri ilə, o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub, onlardan dərs alıb. Nəsirəddin Tusi yaşadığı dövrdə işğalçı hökmdarların ədalətsizliyinə məruz qalaraq dəfələrlə doğma şəhər və kəndlərindən uzaqlaşıb, tərki-vətən olub.
1259-cu ildə Tusinin təklifi ilə Cənubi Azərbaycanın Marağa şəhəri yaxınlığında rəsədxana inşa olunub. Rəsədxananın yeri elə dəqiq seçilmişdi ki, orada indi də rəsədxana fəaliyyət göstərir. Marağa Astronomiya Rəsədxanasının o dövrdə tayı-bərabəri olmayıb. Sonralar Şərqdə inşa olunan rəsədxanalar məhz Marağa rəsədxanasının planı əsasında tikilib. Ən mürəkkəb alətlər, ən nadir kitablar bu rəsədxanada toplanıb. Bura dünyanın hər yerindən məşhur alimlər dəvət edilib. Faktiki olaraq rəsədxana riyaziyyat və astronomiya üzrə böyük elmi mərkəzə çevrilmişdi. Hülakü xan bu akademiyaya alim və bilikli adamların cəlb edilməsini Tusiyə tapşırmışdı.
Nəsirəddin Tusi, eyni zamanda Marağa rəsədxanasında böyük bir kitabxana da yaratmışdı. Tusi Bağdada, Dəməşqə, Mosula, Xorasana və başqa şəhərlərə səfər edib qiymətli kitablar toplayıb Marağaya gətirmişdi. Bir sıra tarixi sənədlərdən məlum olur ki, Nəsirəddin Tusi Marağa rəsədxanasında təlim-tərbiyə işi ilə də məşğul olub. Onun “Evklidin həndəsi üsulları kitabı” (“Kitabe osule Erlides dər həndəsi”) uzun müddət tədris vəsaiti kimi istifadə edilib.
Nəsirəddin Tusi elm tarixində böyük dühalardan, ən parlaq ulduzlardan biri olub. XII əsr elmlərinin bütün sahələrini — astronomiyanı, riyaziyyatı, fizikanı, triqonometriyanı, həndəsəni, tarixi, fəlsəfəni, hüquqşünaslığı, məntiqi, geologiyanı və ən nəhayət ilahiyyat elmini özündə cəmləşdirən nadir ensiklopedik biliyə mənsub mütəfəkkir idi. Tusi bu elmlərin yalnız bilicisi deyil, həm də yaradıcısı və tədqiqatçısı olub, bu sahələrə dair fundamental elmi əsərlər yaradıb. Bu əsərlərin hər biri elm tariximizin parlaq səhifələridir.
Alimin “Evklidin şərhi”, “Hərəkətdə olan yer kürəsi”, “Almacestin təhlili”, “Gecə və gündüz”, “Teleskop haqqında”, “İki göy cismi”, “Günəşin çıxması və qürubu”, “Kainat cisimlərinin zühuru”, “Kürə və slindr”, “Konuslar”, “Dairənin kvadratlanması”, “Şüanın istiqaməti və əks olunması”, “Yalançı səhər”, “Ulduzların surətləri”, “Məntiqdə əsas ül-iqtibas”, “Kəlam elmi”, “Əxlaqi-nasiri”, “Başlanğıc və son”, “Təqvim və ulduzların seyri”, “Astronomiya elmindən 30 fəsil”, “Musiqi haqqında”, “Rəməl (şeir vəzni) haqqında” və s. başqa cəmi 100-dək əsəri artıq səkkiz əsrdir ki, dünyanın ən böyük alimləri tərəfindən öyrənilir, təhlil və tədqiq olunur.
Nəsirəddin Tusi ictimai-siyasi əsərlərində “dövlət” anlayışının açılmasına böyük yer ayırıb. Faktiki olaraq Tusi Azərbaycanın siyasi fikir tarixində ilk dövlət nəzəriyyəçisi hesab olunur. “Maliyyə haqqında” risaləsində verilən qayda-qanunlar sonralar bir çox orta əsr dövlətlərində qanunlar toplularına daxil edilib.
Böyük alim 1274-cü ildə Bağdada səfəri zamanı vəfat edib və Bağdad şəhərinin Kazımiyyə mahalındakı “Cəlil məscid”də dəfn olunub.
Müəllif: Kənan
Mənbə: Mədəniyyət qəzeti

№3 Humanitar elmlər seriyası

əsrlər Azərbaycan tarixinin olduqca ziddiyyətli bir dövrü idi.

əsiyində Azərbaycan əraziləri həm kütləvi dağıntılara məruz

qalmış, həm də bununla paralel olaraq orta əsrlərdə elm öz inkişafının ən

ək səviyyəsinə çatmışdır.

ərbaycanın görkəmli oğlu Nəsirəddin Tusi məhz bu dövrdə yaşayıb

yaratmış alimlərimizdən biridir. Nəsirəddin Tusi 1201-ci ildə Tus şəhərində

olmuşdur. N.Tusi ilk təhsilini atasından alsa da, sonradan Bəhmənyar

ə İbn Sina məktəblərindən olan alimlərdən yararlanaraq görkəmli alim səviy-

əsinə yüksəlmişdir. O, İslamı dərindən mənimsəmiş, Quran, hədis və fiqh

ərini öyrənmişdir. Görkəmli elm xadimimiz eyni zamanda riyaziyyat,

fizika, kimya, tibb, h

əndəsə və astronomiya elmlərini də gözəl bilirdi. N.Tusi

ə dünyaca məşhur “Əxlaqi Nasiri” əsərini yazmışdır (2). O, bu əsə-

rinin yazıb bitirdiyi il Əlamut qalasına salındı. N.Tusi 20 ildən artıq bu qalada

əsir olaraq yaşadı və bir çox əsərini bu şəraitdə yazdı (12, 8-9). Hülakü dövləti

yaranandan sonra N.Tusi Hülakü xan t

ərəfindən azad edildi və onun məslə-

ətçisi, ardınca da Abaqa xanın zamanında isə baş vəziri olmuşdur (1). Hülakü

ət qoymuş və hərbi səfərləri zamanı onun məsləhətlərindən

yararlanmışdır (3, 27-28).

əsirəddin Tusi eyni zamanda məşhur təbib idi. Fəzlullah Rəşidəddin

əvarix” əsərində Hülakü xanın Tus şəhərinə yürüşündən

əhs edərkən N. Tusinin və onun iki oğlunun həkim olduğunu qeyd edir (3,

ətlə bu tarixçi N.Tusi haqqında həmişə hörmətlə danışır və onu

əsərində “Xoca əd-Dünya”, yəni “dünyanın müəllimi” adlandırır. Hətta,

n Bağdada hücum etdiyi zaman N.Tusini yanına çağırır və ona

ə baş verəcək?” deyə sual verir. N.Tusinin cavabı isə olduqca

müdrikdir. O, “Sonra x

əlifə Hülakü xan olacaq” deyə cavab verir (3, 39). Bur-

dan aydın görünür ki, Hülakü xan Bağdada gedib-getməmək haqqında tərəddüd

etdiyi zaman N.Tusinin fikirl

ərinə önəm vermişdir. Eyni zamanda o Hülakü

xanın ordusunun tərkibində səfərlərə qatılırdı (3, 40). İlk əvvəllər Hülakü xan

əlifənin müharibəsiz təslim olmasını istəyir. Bunun üçün də Nəsirəddin Tusini

əfir kimi göndərir (3, 41-42). N.Tusinin məsləhətçi kimi Hülakü xana nə qədər

yaxın olduğunu və Hülakü xanın onun məsləhətlərindən nə qədər sıx yarar-

landığını «Camü üt-Təvarix” əsərindəki ərəbcə yazılmış məktubdan aydın

ək mümkündür. Bağdadda olan N.Tusi Hülakü xana məktubunda çəkin-

ədən əgər gəlib buraları tutmazsa, ayıbla qarşılaşacağını deyə bilir (3, 46).

Elxani hökmdarları zamanında böyük alimimiz dövlət işləri ilə yaxından

iştirak etmiş, eyni zamanda elmin müxtəlif sahələrinə dair möhtəşəm əsərlər

mışdır. Hətta böyük alimimizin xahişi ilə Hülakü xan 1259-cu ildə Marağa

şəhərində yüksək bir təpə üzərində rəsədxana tikdirir (11, 117). Sonrakı illərdə

Marağa rəsədxanası böyük elm ocağına çevrilir və elmin bir çox sahələri in-

N.Tusi Hülakü xanın vəfatından təsirlənmiş və onun ölümü səbəbi ilə

ərsiyə yazmışdır. Bu şeir parçasında həmçinin, Hülakü xanın vəfatı tarixi də

əks olunmuşdur (3, 63). Hülakü xandan sonra hakimiyyətə gələn Abaqa xanın

zamanında N.Tusi baş vəzir kimi bir sıra dövlət işlərində iştirak edir. O, öz nü-

ə edərək bir çox əmiri və elm adamını ölümdən xilas edir. 678-

ə ayının 17-də (19.04.1274) haqqın dərgahına qovuşan (3, 90) də-

ərli alimimizin qəbri üzərində “Elm ölkəsinin şahı” sözləri yazılmışdır (2,

N.Tusinin ictimai, siyasi v

ə pedaqoji baxışları. Yuxarıda qeyd olun-

duğu kimi N.Tusi böyük alim olmaqla bərabər ictimai xadim idi. Dövlət işləri

ə yaxından tanış olan N.Tusinin özünəməxsus və maraqlı ictimai-siyasi

baxışları olmuşdur. Bu onun “Əxlaqi Nasiri” əsərində öz əksini tapır (5).

N.Tusinin ictimai fikirl

əri tam olaraq İslam dini yönündən formalaş-

mışdır. O insanın formalaşmasında tərbiyənin önəmini vurğulayır (5, 56-59) və

ərabər əxlaqın formalaşmasında və mövcud olmasında xasiyyətin

ənalı təsirinin olduğunu da açıq formada ifadə edir (5, 81-85). O, eyni za-

əfsi qüvvələrin təsnifatını verir və digər qüvvələrdən fərqini izah edir

əxlaq önəmli yerdə dayanır. Hətta əxlaqın saflaşdırılması sə-

ətini ən şərəfli sənət hesab edir (5, 85). Bütün bu məqamlarda sufi düşün-

ələrinin var olduğunu açıq – aşkar görmək mümkündür. Çünki N.Tusi əxlaqda

ədələnmələri nəfsi xəstəlik hesab edir və onun müalicəsi yollarını göstərir (5,

ətin əsas dayağı olan ailə haqqında da N.Tusinin vacib və zamanı-

mızda da öz əhəmiyyətini saxlayan araşdırmaları mövcuddur. “Əxlaqi Nasiri”

əsərinin II məqaləsi tamamilə bu mövzuya həsr edilmişdir. Bu məqalədə ailə

əsinin tənzimlənməsindən, övlad tərbiyəsinə, evin ən mühüm ehtiyacların

əsnifatından xidmətçilərin idarə edilməsinə qədər bir çox məsələlər öz əksini

tapıb (5, 155-181). Onun ölkənin idarə edilməsi ilə bağlı fikirləri xüsusi maraq

doğurur və onun siyasəti dərindən bildiyini və səbəbsiz yerə vəzifə tutmadığını

ərir. “Əxlaqi Nasiri” əsərinin III məqaləsində bu haqda geniş məlumatlar

vardır. N.Tusi Aristotelə istinadən siyasəti dörd qrupa ayırır: ölkə siyasəti,

ələbə siyasəti, kəramət siyasəti və camaat siyasəti (5, 189). O, dövlətin daha

əsası olan icmaları iki qrupa ayırır: fəzilə icmaları və qeyri-fəzilə icmaları.

Onların özlərinin də ayrı-ayrılıqda altqrupları vardır (5, 213-216). O, şah

ətini iki qrupa bölür: Fəzilə siyasət – bu siyasətin məqsədi xalqı kamil-

əşdirmək, nəticəsi isə səadətə çatdırmaqdır. Naqis siyasət – buna zorakılıq da

deyilir. Bunun m

əqsədi xalqı qul halına salmaq, nəticəsi isə bədbəxtlikdir (5,

əsərdə dövlətin idarə edilməsində bu kimi çoxlu dəyərli məlumatlar

N.Tusi bütün bu üstünlükl

əri ilə yanaşı böyük pedaqoq idi. Onun pe-

əri “Adabül Mütəəlliminin” adlı əsərində cəmləşmişdir. N.Tusiyə

görə tələbə müəllimi seçməlidir, nəyin ki, müəllim tələbəni. Eyni zamanda,

zərurət olmadıqca müəllim tələbəyə yaxın oturmamalı və onların arasında bir

kaman məsafəsi qədər məsafə olmalıdır. Elm öyrənən tələbənin mənəvi əxlaqı

yüksək olmalı və həmçinin tələbə çalışqan və ciddi olmalıdır (7, 12-13). O,

dərsə cümə axşamı günü başlamağı zəruri hesab edir. Dərsə başlamanın vacib

şərt olduğunu vurğulayan N.Tusi onu da qeyd edir ki, dərs tələbənin düşün-

cəsinə yaxın olsun. Onun digər bir fikrinə görə elmi öyrənməkdə sual-cavab və

müzakirə vacibdir (7, 14-15). Dərsin müddəti haqqında o, yazır: “Oxuyub

öyrənmə dövrü beşikdən qəbirə qədərdir. Elm öyrənmək üçün ən uyğun vaxt

dan yeri sökülən zaman və iki axşam namazı arasıdır.” O, həmçinin elm

öyrənmə yaşının gənclik illərinin başlanğıcında effektli olduğunu da vurğulayır

(7, 17). N.Tusi bu əsərində yaddaşı və yaddaşsızlığı götürən amillər, təhsildə

dindarlığın rolu, tələbə ilə şəfqətli davranma və s. kimi mövzuları da əhatə edir.

N.Tusinin dini-f

əlsəfi görüşləri. Hələ uşaqlıq zamanından Quranı öyrən-

əyə başlayan N.Tusi öz dinini mükəmməl bilirdi. Demək olar ki, bütün əsər-

ərində din ünsürü və dinin təsiri hiss olunmaqdadır. Lakin o, sırf dinə aid bir

sıra əsərlər yazmışdır. Bu əsərlərin çoxu Qurani-Kərimin və Hədislərin şərhin-

ən ibarətdir (6; 8). Bütün bunlara rəğmən onun özünün də maraqlı elmi-dini

əticələr çıxardığını müşahidə etmək mümkündür. Görkəmli alimimizin “Öv-

safül Əşraf” əsəri sırf akademik dini araşdırılmalara həsr olunmuşdur. Bu əsər-

də dinə aid bir sıra məsələlər – niyyət, sidq, tövbə, ixlas, səbir, şükür, iradə,

təvəkkül, vəhdət və s olduqca dərininə, Quran və hədisləri əsas qaynaq gös-

tərərək və öz fikirlərini də əlavə edərək tədqiq etmişdir (8).

Nəsirəddin Tusinin “Təzkirə”si onun dini-fəlsəfi görüşlərini tam olaraq

görməyə imkan verən ən əsas qaynaqdır (6). O, başlanğıcı ilk yaradılış, sonu

isə o yaradılışa qayıtmaq kimi izah edir. N.Tusinin digər bir fikrinə görə insan-

Allahdan öncə var olmadıqları üçün var olduqdan sonra da Allaha qayıtma-

lıdırlar (6, 20). İnsanın hər iki dünyada dərəcələri mövcuddur. Allahın imtaha-

nından keçənlər ən yüksək dərəcəni əldə edirlər. Ona görə yaradılmış olan

aləmlər iki cürdür. Qeyb aləmi və şəhadət aləmi (6, 24). Bundan başqa bu

əsərdə qiyamətin baş verdiyi zaman görüləcək hadisələr, hesab günü, axirət

zamanı baş verəcək hadisələr, Cənnətin mükafatları və Cəhənnəmin sonsuz

əzabları təfərrüatlı şəkildə izah olunur.

Nəsirəddin Tusi həm də Azərbaycanın ən məşhur filosoflarından biridir.

İbn əl-İbri Nəsirəddin Tusini böyük filosof adlandıraraq onun farsca yazılmış

“Etika” əsərini tərifləyir (10, 43). N.Tusinin “Etika” yəni “Əxlaqi Nasiri” əsəri

ə yanaşı “Əsas əl-İqtibas”, “Qismət-e mövcudat və əqsam-e an” və digər fəl-

əfəyə aid əsərləri vardır. Varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq Nəsirəddin

əlsəfəsində vəhdət təşkil edir. O, varlıq məsələsinin əsasında təbiətşünas-

lığın dayandığını vurğulayır. Bir sıra alimlər N.Tusini İbn Sinanın davamçısı

ərirlər. İdrak nəzəriyyəsinə gəlincə N.Tusi bu yöndə duyğuların və

ağılın rolunu eyni dərəcədə qiymətləndirir. Onun fikrincə, insan çox şey

ənib, çox elmə yiyələndikcə onun idrak qabiliyyəti də yüksəlir (10, 42).

Marağa rəsədxanası. N.Tusinin elmi fəaliyyətləri. Marağa rəsədxanası

əsrlərdə dünyanın üç ən böyük elm ocaqlarından biri idi. Burada elmin

əlif sahələri məşhur alimlər tərəfindən tədqiq olunurdu.

Marağa rəsədxanasının təsis edilməsi tarixçi Fəzlullah Rəşidəddinin

əvarix” əsərində xüsusi bir yarımbaşlıqda öz əksini tapmaqdadır.

Əsərdə bu rəsədxananın ulduzların müşahidəsi üçün inşa etdirilməsinə xüsusi

ərəncam verildiyi vurğulanır. O, rəsədxananın qurulacağı şəhəri – Marağa

şəhərini, rəsədxananın yerləşəcəyi yeri özü seçir. Hülakü xan N.Tusinin təbiət

ərini dərindən bildiyini müşahidə etmişdi və ona görə də o, rəsədxananın

əsinə xüsusi maraq göstərirdi. Marağa rəsədxanasının tikilişində N.Tusi

ə bərabər 4 alim də iştirak etmişdir. Bunlar Muayyidəddin Ərzi, Fəxrəddin

Marağayi, Fəxrəddin Əxlati və Nəcməddin Qəzvini idi (3, 49-50). Rəsədxana

əsas və yardımçı hissələrə ayrılan 16 binadan ibarət idi. Burda müşahidə və

əcrübələrin aparıldığı binalarla bərabər mədrəsə, kitabxana da fəaliyyət gös-

ərirdi. Binalardan yeddisi dairəvi şəkildə idi. Rəsədxananın mərkəzində daxili

ə yerləşirdi. Qüllənin daxili diametri 22 metr idi. Kompleksə daxil olan

kitabxananın sahəsi 330 kvadrat metr idi (12, 11). Rəsədxana 137×347 m

əsədxanada bir sıra cihaz və avadanlıqlar, böyük divar kvadratı,

qlobus, fırlanan kvadrat və s. saxlanılırdı (1, 335).

əsirəddin Tusi planetlərin hərəkətinə dair çox dəqiq cədvəllər hazır-

lamışdır. Bu cədvəllər onun “Zic Elxani” adlı əsərində əks olunmaqdadır. Dörd

ən ibarət olan bu kitab planetlərin mövqelərinin hesablanması üçün cəd-

əllərdən və ulduzların adından ibarətdir. Onun bu əsəri 1652-ci ildə Lon-

donda, 1711-ci ild

ə Oksfordda nəşr olundu (2, 337). Astronomiyadakı elmi

uğurları və dərininə araşdırmaları sayəsində N.Tusi Klavdi Ptolemey və Ni-

kolay Kopernik arasında ən parlaq və dünyaca məşhur alim hesab olunur. Onun

əsərləri XVII əsrin sonlarına qədər öz aktuallığını saxla-

mışdır və hələ də zamanımız üçün aktualdır.

N.Tusi “Qoşa çevrələr təzkirəsi” əsərində “Tusi çevrələri” adı ilə bilinən

əndəsi üsul kəşf etdi. Bu qaydaya görə iki dairəvi hərəkətin cəmindən bir xətti

ərəkət alınır. Bu dairəvi hərəkətlər isə birinin diametri digərinin diametrindən

əfə kiçik olan iki fırlanan çevrə yaradır. Çevrələrin bu cür fırlanması kiçik

ənin diametrindəki bir nöqtənin böyük çevrənin diametri boyunca irəli və

ətti hərəkətinə səbəb olur. O, demək olar ki, bütün planetlərin təqribi

ölçüsünün hesablanmasında Ptolemeyin üsulunu məhz bu üsulla əvəz etmişdir

(13, 39). Lakin o, sad

əcə Merkuri planetinin ölçülərini hesablaya bilmədi.

N.Tusi Süd Yolunu sıx və silsilə formasında mərkəzləşmiş xırda ulduzlar

yığınından ibarət qalaktika adlandırır (14). Onun “Dörd tərəfli haqqında” trak-

tatında fəza triqonometriyasında danışılır. O, triqonometriyanı astronomiyadan

ayıran və müstəqil elm kimi tədqiq edən ilk alimdir (2, 337). O, həmçinin fəza

triqonometriyasını geniş formada təkmilləşdirmişdir. Fəza triqonometriyasında

düzgün üçbucaqlının 6 fərqli vəziyyəti siyahısını ilk dəfə tədqiqat obyektinə

ən də N.Tusidir. O, bu sahədə Yunan riyaziyyatçısı İsgəndəriyyəli Mele-

sun araşdırmalarından yararlanmışdır. O, həmçinin, fəza triqonometriyası

ə tangens qanunlarını da kəşf etmişdir (15).

əsirəddin Tusinin fizikaya aid çox maraqlı araşdırmaları vardır. Buna

misal olaraq “İşıq şüasının qayıtması və sınması”, “İsti və soyuq haqqında” və

“Göy qurşağı haqqında” əsərlərini göstərmək olar. Eyni zamanda Hülakü xanın

əyi ilə yazılmış “Cavahirnamə” əsəri öz dövrünün unikal araşdırmalarından

əsərdə minerallar, kristallar və qiymətli daşlar, onların xüsusiy-

ətləri, həmçinin saxta və orijinal daşın bir-birindən fərqləndirmə üsulları əks

olunmaqdadır. O, bu əsərdə mirvarinin 9 növünü, yaqutun və almazın 4 nö-

vünü, zümrüdün is

ə 12 növünü göstərmişdir (9).

əsirəddin Tusi elmin demək olar ki, bütün sahələrini araşdıran və bu

ələrə dair unikal əsərlər yazan dünyanın azsaylı alimlərindən biridir. Onun

irsi haqqında cild-cild ensiklopediyalar da yazılsa yenə də bitməz. Bu məqa-

ədə isə onun həyatı, siyasi fəaliyyəti və elmi irsi ümumi formada tədqiqat ob-

ə çevrildi. N.Tusi irsi daha çox təbliğ olunmalı və gənc nəslə çatdı-

Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək) / dos.

M.Q.Abdullayevin elmi redaktorluğu ilə. Bakı: BDU, 2014, 380 s.

Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər) / prof. S. S. Əliyarlının redaktəsi

ilə. Bakı: Çıraq, 2009, 872 s.

Рашид ад-Дин Фазлаллах. Сборник летописей. Том 3. М.-Л. АН СССР. 1946, 316 c.

Daniz R. The scientist Passed Ahead of Centuries – Nasiraddin Tusi. Baku: “MM-S”,

Tusi Nəsirəddin. Əxlaqi Nasiri. Bakı: Lider, 2005, 280 s

Tusi Nəsirəddin. Təzkirə. Bakı, 2002, 71 s.

Tusi Nəsirəddin. Adabül Mütəəlliminin. Bakı: Nurlan, 2002, 25 s.

Tusi Nəsirəddin. Övsafül Əşraf. Bakı, 2010, 91 s.

Tusi Nəsirəddin. Tənsuqnameyi Elxani (Cavahirnamə). Bakı: Elm, 1984, 31 s.

Məmmədov Z. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı: Azərnəşr, 1986, 65 s.

Qasımov X. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı: Aspoliqraf, 2008, 448 s.

Рзаев А. Насирэддин Туси. Баку: Элм, 1863, 71 с.

Craig G. Fraser. The cosmos: a historical perspective. Greenwood: Greenwood Publishing

Group, 2006, 179 p. 39

Ragep, Jamil. Nasir al-Din Tusi’s Memoir on Astronomy. (Edition, Translation, Com-

mentary and Introduction) / Sources in the History of Mathematics and Physical Sciences.

2 vols. New York: Springer-Verlag, 1993, p 128 – 130.

Историко-Математические исследования. Выпуск 15. Под ред. Г.Ф.Рыбкина и

А.П.Юшкевича. М.: МФЛ, 1963, с 431 – 445.

НАСИРАДДИН ТУСИ, ВЕЛИКИЙ ДЕЯТЕЛЬ НАУКИ АЗЕРБАЙДЖАНА

В статье исследованы жизнь и наследие выдающегося ученого, врача и политиче-

ского деятеля Н.Туси. Его исследования были опубликованы в США, России и Азербай-

джане. Кроме того, некоторые из работ Туси (“Адабу-л муаллимун”, “Овсафул Ашраф”,

Джавахирнаме” и т.д.) стали объектом исследования впервые. Статья состоит

политические и педагогические мысли Н.Туси, религиозные, философские взгляды и

научная деятельность Н.Туси.

Ключевые слова:, Н.Туси, Марагa, “Ахлаг-и-Насири”, “Зидж Эльхани”

NASIRADDIN TUSI, THE GREAT SCIENTIFIC FIGURE OF AZERBAIJAN

The article studies the life and heritage of the prominent scientist, doctor and political

figure N.Tusi. The researches were published in the United States, Russia and Azerbaijan

and the scientist’ works are referred to in this article. Also, the author is the first to research

some of the works by N.Tusi (“Adabul Muta`alliminin”, “Ovsaful Ashraf”, “Javahirname”

etc.). The article consists of four subtitles: Nasiraddin Tusi’s life, N.Tusi’s social, political

and pedagogical thoughts, N.Tusi’s religious – philosophical views and N.Tusi’s scientific ac-

Key words: N.Tusi, Maragheh, “Akhlaq-i-Nasiri”, “Zij-

Похожие статьи

  • Azrbaycanın böyük elm xadimi nsirddin tusi bdu

    Azrbaycanın böyük elm xadimi nsirddin tusi bdu Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi. Tanınmış tarixçi Hacı Xəlifə özünün «Dünya…

  • Azərbaycanın ailəsi kitabı

    İnsan həyatını dəyişən 10 kitab – SİYAHI – FOTO Yuxarıda qeyd etdiyimiz kimi XIX əsr və xüsusilə XX əsrin əvvəllərində Azərbaycanın azsaylı xalqlarının…

  • Azərbaycan mütəfəkkir alimləri

    Xarici universitetlərdə rektor olmuş Azərbaycan alimləri -MARAQLI Məsud Əfəndiyev – 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl…

  • Azərbaycanın coğrafiya tarixi

    Azərbaycanın hərb tarixi pervin dedi ki: Azərbaycan coğrafiya tarixi Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və…

  • Azərbaycan tarixi akademik nəşr 1ci cild

    Azərbaycan tarixi akademik nəşr 1ci cild Aryailər əfv edici, isti, qonaqpərvər insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi toxumu əkirlər….

Comments are closed, but trackbacks and pingbacks are open.