Press "Enter" to skip to content

Cay haqqinda melumat ��

Neftdən başqa Bakı həm də Azərbaycanın elm, təhsil, mədəniyyət və idman mərkəzidir. Bura İslam şərqində ilk opera, balet və universitetin vətənidir. 1901-ci ildə müsəlman qızları üçün ilk məktəb də məhz Bakıda, neft maqnatı olan və qızların təhsilini çox vacib sayan Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına açılmışdır. O, savadlı qadını millətin aparıcı qüvvəsi kimi görürdü. Lümyer qardaşlarının ilk filmlərindən olan “Bakının neft quyuları: Yaxından Baxış” 1896-cı ildə Kamil Şərf tərəfindən çəkilmişdir. 1900-cü illərdə Rusiya İmperiyasının böyük limanlarından olan Bakı ilk sovet tramvaylarının (1924) və şəhərdaxili qatarların (1926) vətəni sayılır.

Azrbaycanın bzi içkilri haqqında

Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhər. Bakıya küləklər şəhəri də deyirlər. Quru subtropik iqlimi var. Ümumi sahəsi 2130 km2-dir və 11 administrativ rayondan ibarətdir.

Qədim Bakı vaxtilə ticarət və neft istehsalı mərkəzlərindən olub. Neft istehsalı və onun ətraf ərazilərə yayılmasının tarixi Babil İmperiyası dövrünə qədər gedib çıxır. Bakının ətraf ərazilərindən çıxarılan xam neft barədə Sara Sirayt (Sarah Searight) “İngiltərə və Orta Şərq” kitabında yazır: “Babil divarlarında gil qarışıq bağlayıcı məhlul kimi istifadə edilirmiş. Yanacaq kimi tanınan bu məhlul Abşeron yarımadasından İrana, İraqa və Hindistana ixrac edilirdi.” Eramızdan əvvəl 700-600-cü illərdə neft gündəlik həyatın hər bir sahəsində, o cümlədən tibbdə, evlərin isidilməsi və işıqlandırılmasında istifadə edilirdi.

Bakının neftlə zəngin ərazilərindən olan Suraxanıda 2.500 il əvvəl təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş və atəşpərəstlərin sitayiş etdiyi məbəd Bakı nefti və qazının daha da məşhurlaşmasına səbəb olmuşdur. Bu ərazidə İslam dini yayıldıqdan sonra isə daim alovlanan həmin məşəl Hindistandan gələn zərdüştlərin baş çəkdiyi məbədə çevrildi. Aleksandr Düma 1859-cu ildə burada 3 atəşpərəstə rast gəldiyini yazırdı. Əsrlərlə alovlanan od məbədi “Atəşgah” bu gün çoxsaylı turistlərin gəldiyi muzey kimi fəaliyyət göstərir. Bu abidə Sanskrit dilindəki yazıları ilə nadir tapıntılardan sayılır. Bakıda qədim köklərə dayanan oda sitayiş adətləri elə şəhərin adının mənasının izahlarından birində də öz əksini tapıb. Sara Aşurbəylinin “Bakı şəhərinin tarixi” kitabında Küləklər şəhəri Baadiye-Kubiden kimi tanınan Bakının adının mənası həm də Ateshi-Baqavan, yəni Odlar Yurdu kimi izah olunur. Maraqlıdır ki, od və külək günü bu gün də Bakını fərqləndirən əsas cəhətlərdəndir.

Şərqlə Qərb arasında bir körpü olan Bakıda əsrlər boyu müxtəlif mədəniyyət və sivilizasiyalar qovuşmuşdur. Mərkəzi Asiya və Yaxın Şərqlə yanaşı digər ərazilərlə də karvan, eləcə də dəniz ticarət yolu ilə sıx iqtisadi-mədəni əlaqələr saxlayan Bakı neft və duz ixracatçısı kimi tanınmışdır. Bakı özünəməxsus inkişaf yolu keçərək mədəniyyət və ticarət mərkəzinə çevrilmişdir.

Bakının tarixi Azərbaycan xalqının qiymətli sərvətlərindən olan neftlə sıx bağlıdır. Strateji əhəmiyyətli neft ilk dəfə Abşeron yarımadasında kəşf və hasil edilmişdir. Neftin sənaye məqsədilə istehsalı üçün ilk mexaniki qurğu 1847-ci ildə Bakıda qazılıb.

Dünyada ilk neft tankeri “Zoroaster” 1879-cu ildən Bakıda Nobel qardaşları tərəfindən istifadə olunmuşdur. Lakin 70 il sonra Sovetlər dövründə dünyanın ilk açıq dəniz platforması olan məşhur Neft Daşlarını yaratmaq məqsədilə həmin gəmi batırılmışdır. Əsası 1947-ci ildə qoyulan Neft Daşlarında Azərbaycan neftçiləri dənizin dibindən karbohidrogen əldə etməklə tarixdə yeni bir səhifə açdılar. Hazırda Neft Daşları yaşayış məntəqəsinə çevrilmişdir. 1999-cu ildə “Dünya kifayət etmir” (“World Is Not Enough”) filminin bəzi hissələri məşhur Ceyms Bondun iştirakı ilə məhz burada – Bakının Neft Daşlarında çəkilmişdir.

Neftdən başqa Bakı həm də Azərbaycanın elm, təhsil, mədəniyyət və idman mərkəzidir. Bura İslam şərqində ilk opera, balet və universitetin vətənidir. 1901-ci ildə müsəlman qızları üçün ilk məktəb də məhz Bakıda, neft maqnatı olan və qızların təhsilini çox vacib sayan Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına açılmışdır. O, savadlı qadını millətin aparıcı qüvvəsi kimi görürdü. Lümyer qardaşlarının ilk filmlərindən olan “Bakının neft quyuları: Yaxından Baxış” 1896-cı ildə Kamil Şərf tərəfindən çəkilmişdir. 1900-cü illərdə Rusiya İmperiyasının böyük limanlarından olan Bakı ilk sovet tramvaylarının (1924) və şəhərdaxili qatarların (1926) vətəni sayılır.

Şərq və Qərb memarlığının möhtəşəm harmoniyası, həmçinin ilk neft bumunda (1872-1920) inşa edilən binalar bu gün də Bakıda özünəməxsus ab-hava yaradır və şəhər arxitekturasına öz təsirini göstərir. Bakının ən qədim tarixinin izləri İçərişəhərdədir. Bakı minilliklər ərzində sıx və kompakt infrastrukturu ilə Qala divarları arasında yerləşmişdir. Burada hazırda 50-dən artıq tarixi və memarlıq abidəsi qorunub saxlanılır. Bunların arasında öz misilsiz forması ilə Bakının simvollarından sayılan 12-ci əsr abidəsi Qız Qalası, Şirvanşahlar Sarayı (1420-1460) da var. 2000-ci ildə İçərişəhər Qala divarları, Qız Qalası və Şirvanşahlar Sarayı UNESCO-nun Dünyanın Mədəni İrsi Siyahısına daxil edilmişdir. Açıq səma altında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzeyi Bakının qədim tarixini yaşadan abidələrdəndir. Qala ərazisindəki arxeoloji tapıntılar və memarlıq abidələri e.ə 3-cü əsrdən başlamış eramızın 20-ci əsrinə qədərki tarixi əhatə edir.

Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir.

Hazırda Bakının sosial və ictimai həyatı da çox dinamikdir. Burada keçirilən mühüm konfranslar, festivallar, sərgilər, idman yarışları və digər beynəlxalq tədbirlər Bakının regionda əhəmiyyətini artırır. Şəhərin ən böyük sərvəti isə onun sakinləridir. Paytaxt sakinlərinin qonaqpərvərliyi və səmimiliyi hər bir insanda unudulmaz xoş təəssüratlar yaradır. Hələ 1882-ci ildə ən iri yerli neft şirkətinin sahibləri olan Nobel qardaşları “Bakı bütün dünyanı işıqlandıra və ona rəng qata bilər” deyirdi.

  • 454 Portalda olan xidmətlərin sayı

Cay haqqinda melumat ��

Cay haqqinda melumat saytımızda təqdim olunur. İçməli su ilə bütün dünyanı təmin edən çay sularına hər zaman ehtiyac yüksəkdir. Lakin son zamanlar baş verən hadisələr, insanlar tərəfindən təbiətə vurulan ziyanlar nəticəsində dünyada içməli su ehtiyatları tükənməkdə davam edir. Hətta bu barədə həyəcan təbiili də çalınır. Boş yerə olan su israflarının nəticəsində dünyanın bir çox yerində içməli su ehtiyatı tükənməkdədir. İnsanların çoxu susuzluqdan əziyyət çəkir. Azərbaycanın da bir çox bölgəsində su problemi yaşanır. Baxmayaraq ki, ölkədə irili-xırdalı çaylar heç də az deyil.

Çay, cazibə qüvvəsi səbəbindən daha yüksək yerdən aşağıya doğru hərəkət edən sudur. Yağış yağdıqca çay dənizlərə doğru hərəkət etməyə başlayır və aşağıya doğru çaylara və göllərə doğru axır. Bəzən yer səthi düz olmur və bir istiqamətdə enişli olur. Axan su əvvəlcə kiçik axınlar şəklində aşağı enir. Kiçik axınlar birləşərək aşağı enərkən daha böyük axınlar və çaylar əmələ gətirir. Çaylar ən son olaraq okeanlara və ya dənizlərə axıb tökülür. Hər tərəfdən hündür quru ilə əhatə olunmuş yerə su axsa, orada göl əmələ gəlir. Əgər çayın axınının qarşısını almaq üçün bənd tikilirsə, əmələ gələn su göl yaradır. Bu süni göllər bu gün həyatın gələcəyi üçün vacib olan su anbarını yaradırlar.

Su yalnız həyat yaranandan bəri təkcə insanlar üçün deyil, yer üzündəki bütün canlılar üçün vacib olan təbii ehtiyatlardandır. Hər birimizin bildiyi kimi təbii ehtiyatlar tükənə bilir. Yaşamaq üçün hava, torpaq, günəş işığı, qida kimi suyun da əhəmiyyəti çox böyükdür. Hətta “hava su kimi” sözü bunu aşıqca bəyan edir. Canlıların bədənində su ehtiyatı tükənərsə, bu ölümlə nəticələnir. İnsanlar üçün çaylar suvarma, enerji istehsalı, tullantıların utilizasiyası üçün vacibdir.

Çay sularının formalaşması

Çay Sularının başlanğıc nöqtəsi səmadır, çünki o, axın dövrünün bir hissəsini təşkil edir. Yağışlar yağmasa su artımı olmaz. Hətta əkinçilər yağış duası belə edirdilər ki, məhsulları məhv olmasın. Çaylarda axan suyun böyük hissəsi ətraf hövzələrə tökülür.

Bununla belə, çaydakı suyun hamısı axıntıdan gəlmir. Quruya yağan yağış da yerin içinə sızaraq qrunt sularını əmələ gətirir. Quru səthinin altında, su təbəqəsi adlanan müəyyən bir dərinlikdə yer su ilə doyur. Əgər çay sahili əksər çaylarda olduğu kimi bu doymuş təbəqəni kəsərsə, su torpaqdan çaya sızmağa başlayır. Qrunt sularının sızması bəzən quruda və ya avtomobil yolu kimi təbəqələr götürüldükdə də görünə bilər. Çayın sahilində su daşıyan qaya təbəqələri görünə bilər. Bu təbələr şaquli şəkildə olur. Çaylardakı suyun bir hissəsi sahillərdən çıxan cərəyanlarla bağlıdır. Bu səbəbə görə də quraqlıq yerlərdə belə çaylarda tez-tez bir az su olur.

AZƏRBAYCANDA MÖVCUD OLAN ÇAYLAR

Azərbaycan səfalı yerlərdən biridir. Gözəl təbiəti, əlverişli iqlim şəariti burada bir çox məhsulların yetişdirilməsinə şərait yaradır. Həyat üçün vacib olan əsas su ehtiyatlarının əldə edildi çayları ölkəmizin müxtəlif bölgələrində görmək mümkündür.

Ölkə ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır. Onların bütövlükdə ümumi uzunluğu 33665 km-dir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.

Respublika ərazisindən axan ən iri çaylar Kür və Araz çaylarıdır.

Azərbaycanda mövcud olan çayları iki yerə bölmək olar:

  1. Dağ çayları
  2. Düzənlik çayları

Dağ çayları

Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000–3500 m. hündürlükdə olan dağlardan götürərək öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirirlər. Daha sonra isə dərin dərələrlə axaraq düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gəlməsinə səbəb olurlar.

Düzənlik çaylar

Düzənlik çayları başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Bu çaylar sakitdir. Axınları əyri-üyrüdür və öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirirlər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Ancaq Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kor arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanmasında əsasən dağ çayları, bulaq və yerüstü suların rolu böyükdür. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.

Kür uzunuğu 1515 km olub Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axan çaydır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan (Qızıl Gədək Dağı) götürür və Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə Sabirabad şəhəri yaxınlığında birləşir və Neftçala rayonu ərazisində Xəzər dənizinə tökülür.

Kürün axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatı işlərinin hesablamalara görə təxminən 4 500 il tarixi vardır. Eyni zamanda Kürün sahillərində yaşayan insanların əsas məşğuliyyətlərindən biri də balıqçılıq olmuşdur. Çünki Kürün suyu içməlidir və burada çox sayda fərqli növlərdə balıqlar yaşayır. Eramızdan təxminən 1200 il əvvələ qədər burada Kürün sahillərində yaşayan insanlar mədəniyyət yaratmağa nail olmuşlar, lakin 1200 il sonra bu xalqların yaşadıqları ərazilərdəki yaşayış mədəniyyətlərinin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da köçəri tayfaların basqınları nəticəsində məhv edilmişdir. Dəli Kür deyimi boşuna yaranmamışdır. Kürün coşub daşması nəticəsində ətraf ərazilər yox olmuş yaxud da yararsız vəziyyətə düşmüşdür. Samux şəhərinin yox olması da Kür daşqını nəticəsində olmuşdur. XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq bəndlər tikilərək su anbarları və orada kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idi. Hazırda bu yoldan istifadə çay üzərində su elektrik stansiyasının inşasından sonra mümkün deyildir.

Kür Gürcüstan ərazisindən keçərək ölkəmizə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə (Qeyd edək ki, Xəzər çox böyük olduğu üçün dəniz adlansa da, əslində göldür) tökülür. Töküldüyü yerdə delta əmələ gətirir. Dənizə töküldüyü hissədə Kür çayı iki qola ayrılır: Ana kürBala kür.

Ana Kür suyunu kiçik körfəz olan Qoltuq körfəzinə axıdır. Ümumi uzunluğu 1515 km olan Kür çayının 906 km-i Azərbaycan Respublikası ərazisindən keçir. Hövzəsinin sahəsi 188 min km²-dir.

Araz Azərbaycan ərazisindən keçən böyük çaylardandır. Kürlə müqayisə edildikdə daha sakitdir, daşqınlar olmur. Bu çay Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri boyunca axan çaydır. Çay öz mənbəyini Türkuyənin (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Suqovuşanın adı da bu iki çayın bir-birinə qovuşması əsasında yaranmışdır. Araz Azərbaycanı iki yerə bölərək Cənubi və Şimali Azərbaycan mədəniyyətində əsas rol oynamışdır. Belə ki, Araza yazılan şeirlər ədəbiyyatımızın inciləri hesab olunur.

Araz sakit, aramlı çay sayılır. Kürə Dəli Kür, Araza isə Xan Araz adlanır. X əsr ərəb coğrafiyaşünası İbn Havrəlin Araz barədə yazdıqları yada düşür: Araz çayının suyu şirin, ləzzətli və yüngüldür. Müqayisə üçün deyək ki, qədim Sırdərya çayına qədim türklər Sil deyirdilər, bu da qədim türk dillərində təmiz, yaxşı sözündəndir. Heredotun yazdığına görə Sırdərya çayı da Araz adlanırdı.

AZƏRBAYCAN ÇAYLARI

Azərbaycanda çox sayda çaylar vardır ki, hər birinin adını əzbər bilmirik. Sizləri bu çaylar ilə tanış edək.

1000 km-dən yuxarı

1000-100 km

  • Qanıxçay, 413 km
  • Qabırrıçay, 320 km
  • Samur çayı, 216 km
  • Anaxatır (Ehram və ya Xrami), 201 km
  • Tərtərçay, 200 km
  • Sumqayıtçay, 198 km
  • Kürəkçay, 186 km
  • Türyançay, 180 km
  • Bazarçay, 178 km
  • Bolqarçay, 163 km
  • Əyriçay, 135 km
  • Ağstafaçay, 133 km
  • Arpaçay, 126 km
  • Xaçınçay, 119 km
  • Pirsaatçay, 119 km
  • Göyçay, 115 km
  • Qarqarçay, 115 km
  • Viləşçay, 115 km
  • Həkəriçay, 113 km
  • Qudyalçay, 108 km
  • Qusarçay, 108 km
  • Ceyrankeçməzçay, 100 km

100-50 km

  • Gəncəçay, 99 km
  • Gilançay, 99 km
  • Əlicançay, 98 km
  • Vəlvələçay, 98 km
  • Şəmkirçay, 95 km
  • Qaraçay, 93 km (Quba və Xaçmaz)
  • Zəyəmçay, 90 km
  • Köndələnçay, 89 km
  • Girdimançay, 88 km
  • Ağsuçay, 85 km
  • Oxçuçay, 85 km
  • Ləkərçay, 84 km
  • İncəçay, 83 km (Ağdərə, Tərtər və Yevlax)
  • Quruçay, 82 km (Xocavand və Füzuli)
  • Lənkərançay, 82 km
  • Gorançay, 81 km
  • Naxçıvançay, 81 km
  • Quruçay, 77 km (Quba və Xaçmaz)
  • Axıncaçay, 76 km
  • Qoşqarçay, 76 km
  • Gilgilçay, 72 km
  • Həsənsuçay, 71 km
  • Dəmiraparançay, 69 km
  • Ağçay, 68 km
  • Çikilçay, 68 km
  • Çağacıqçay, 65 km
  • Bala Kür, 63 km
  • Hocazsuçay, 63 km
  • Əlincəçay, 62 km
  • Xonaşençay, 62 km
  • Coğazçay, 60 km
  • Cəyirçay, 58 km
  • Muxaxçay, 56 km
  • Tikanliçay, 56 km
  • Kürmükçay, 55 km
  • Katexçay, 54 km
  • Şabrançay, 62 km
  • Künkütçay, 52 km
  • Bumçay, 51 km
  • İncəçay, 51 km (Cəbrayıl)
  • Zabuxçay, 51 km
  • Göytəpəçay, 50 km

Son olaraq qeyd edək ki, Araz çayı əsasən ermənilər tərəfindən çirkləndirir. Bu isə öz növbəsində içməli su ehtiyatını azaldır, su problemi yaradır. Bundan əlavə olaraq insanlar çayları, gölləri çirkləndirirlər ki, bu da kifayt qədər qlobal problemdir. Gələcəyimizdə su problemləri ilə qarşılaşmamaq üçün çaylarımızı, göllərimizi qorumalıyıq. Məişət tullantılarını və s.-i axar sulara atmamalıyıq. Çünki dünya bizim evimizdir. Bu evi qorumaq və təmiz saxlamaq hər birimizin borcudur.

Comments are closed, but trackbacks and pingbacks are open.