Press "Enter" to skip to content

Celal Abdullayev – Wikipedia

Komitənin sədri Abbas Ələsgərov bildirmişdir ki, Azərbaycan Prezidentinin DŞAK-ın fəaliyyəti ilə bağlı təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, I və II dərəcəli bina və qurğuların layihələndirilməsinə nəzarət məhz bu quruma həvalə edilmişdir. Bundan məqsəd yeni tikililərin şəhərin ümumi planına uyğunluğu və memarlıq baxımından kamilliyi, qanunsuz inşaat işlərinin qarşısının alınmasıdır.

MÜASİR ŞƏHƏRSALMA VƏ LAYİHƏLƏNDİRMƏ QAYDALARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR

AZƏRTAC xəbər verir ki, yanvarın 15-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində (DŞAK) Memarlar İttifaqı ilə birlikdə bina və qurğuların layihələndirilməsi ilə bağlı müşavirə keçirilmişdir.

Müşavirənin işində layihələndirmə institutlarının və özəl tikinti-layihələndirmə şirkətlərinin nümayəndələri də iştirak etmişlər.

Komitənin sədri Abbas Ələsgərov bildirmişdir ki, Azərbaycan Prezidentinin DŞAK-ın fəaliyyəti ilə bağlı təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, I və II dərəcəli bina və qurğuların layihələndirilməsinə nəzarət məhz bu quruma həvalə edilmişdir. Bundan məqsəd yeni tikililərin şəhərin ümumi planına uyğunluğu və memarlıq baxımından kamilliyi, qanunsuz inşaat işlərinin qarşısının alınmasıdır.

Müstəqillik illərində şəhərsalma və layihələndirmə işlərində çoxsaylı nöqsanlara yol verilməsi barədə dövlət başçımızın iradlarını və onların aradan qaldırılması məqsədi ilə verdiyi tövsiyələri müşavirə iştirakçılarına xatırladan komitə sədri qeyd etmişdir ki, bu iradlar tikinti və layihələndirmə ilə məşğul olan hər bir memar üçün çox önəmli və vacib bir vəzifə kimi qəbul edilməlidir.

Şəhərsalmanın kompleks və mərhələli bir iş olduğu, sistemli və ardıcıl yanaşma tələb etdiyi, layihələndirmə zamanı bu tələblərin nəzərə alınmasının vacibliyi bildirilmişdir. Komitə sədri qeyd etmişdir ki, layihələndirmə işləri aparılarkən ayrı-ayrı mərhələlər bu sahələr üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Müşavirə iştirakçılarına komitə tərəfindən hazırlanmış “Şəhərsalmanın əsaslandırılmasının qaydaları haqqında” sənədin layihəsi barədə məlumat verilmişdir.

Müşavirədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Elmar Hüseynzadə lisenziyaların verilməsi üzrə əlavə şərtlərin və fəaliyyət növünə daxil olan işlərin siyahısının hazırlanması ilə əlaqədar komitə tərəfindən görülmüş işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, layihələndirmə işlərinin yerinə yetirilməsi üçün lisenziyaların verilməsinə 1997-ci ildən başlanmış, 220-dək lisenziya verilmişdir. Bunlardan 32-si dövlət, 13-ü xarici və ya birgə müəssisədir. Artıq 2 ilə yaxındır ki, layihə işlərinə lisenziya verilməsi dayandırılmışdır. Lisenziyaların verilməsi zamanı bir çox hallarda pozuntulara və səhlənkarlıq hallarına yol verildiyi qeyd edilmişdir.

Bildirilmişdir ki, bunun nəticəsində layihələndirmə işlərində də mövcud normalar pozulmuş, layihə müəlliflərinin müəyyənləşdirilməsi çox ciddi problemə çevrilmişdir. Layihələrin icrası zamanı müəllif nəzarəti də təşkil edilməmişdir ki, bu da sonradan tikintinin düzgün aparılmasına öz mənfi təsirini göstərmişdir. Lisenziya almış hüquqi şəxslərin müvafiq dövlət strukturuna hesabat verməsi qaydaları da ciddi şəkildə pozulmuşdur.

Müşavirə iştirakçılarına yeni qaydalara əsasən baş layihəçi funksiyasının müəyyənləşdirilməsi zamanı qarşıya qoyulmuş tələblər barəsində də məlumat verilmişdir.

Mövcud çatışmazlıqların vaxtında aradan qaldırılması məqsədi ilə lisenziya almış təşkilatlarda yoxlamaların aparılması barədə qərar qəbul edildiyi müşavirə iştirakçılarının nəzərinə çatdırılmışdır.

Müşavirədə digər çıxış edənlər layihələndirmə işlərində yol verilən nöqsanların meydana gəlməsi səbəblərindən danışmış, onların aradan qaldırılması ilə bağlı təkliflərini bildirmişlər.

Müşavirədə lisenziyaların verilməsi ilə əlaqədar suallar ətraflı cavablandırılmışdır.

Celal Abdullayev – Wikipedia

Cəlal Abdullayev (azərb. Cəlal Mehdi oğlu Abdullayev ‎; d. 30 dekabr 1930-cu il, Gürcüstan, Qarayazı rayonu, Nəzərli kəndi — ö. 20 may 2010-cu il, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1974), professor (1976), Əməkdar müəllim (2000). [1] [2] [3]

Cəlal Abdullayev
Cəlal Mehdi oğlu Abdullayev
Doğum tarixi 30 dekabr 1930
Doğum yeri Gürcüstan, Qarayazı rayonu, Nəzərli kəndi
Vəfat tarixi 20 may 2010 (79 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Xırdalan qəbiristanlığı
Atası Mehdi Abdullayev
Mükafatları 2000

Mündəricat

Cəlal Abdullayev 30 dekabr 1930-cu il Gürcüstanın Qarayazı (indiki Qaradabani) rayonunun Nəzərli kəndində anadan olmuşdur. Həmin rayonun Kosalı kənd orta məktəbini bitirdikdən sonra 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil almışdır. [1] [3] [4]

Fəaliyyəti

Cəlal Abdullayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Azərbaycan sovet ədəbiyyatı tarixi kafedrasında baş laborant kimi başlamışdır. O, aspiranturada təhsilini 1958–1961-ci illərdə almış və müəllim kimi fəaliyyət göstərmişdir. [2] Daha sonra kafedra müdiri vəzifəsinədək yüksəlmişdir. [1] [3]

Abdullayev 1979-cu ildən ömrünün axırınadək Bakı Dövlət Univerisitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri olmuşdur. [2] Professor 1980-ci ildən universitetin böyük elmi şurasına üzv seçilmişdir. O, 1994–2001-ci ildən ixtisaslaşdırılmış doktorluq müdafiəsi şurasının sədri olmuşdur. [1] [2] [3]

Cəlal Abdullayev Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətlər göstərib. Zəngin yaradıcılıq irsinə malik olan tədqiqatçının ədəbi-tənqidi axtarışları xalq ədəbiyyatının ilk qaynaqlarından tutmuş çağdaş ədəbiyyatın nəzəri problemlərinə qədər bir çox mühüm problemləri əhatə edib.

Onun tədqiqatlarında Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri və ədəbi-bədii irsi bu və ya digər şəkildə araşdırmaya cəlb olunub. Cəlal Abdullayevin elmi axtarışlarının əsas istiqaməti poeziya ilə bağlı olub. Tədqiqatçının poeziyaya həsr olunmuş məqalələrinin bir qismi “Lirika və zaman” (1982) adlı məqalələr toplusuna daxil edilib.

Səməd Vurğun aşiqi olan professor 1962-ci ildə “Səməd Vurğun və folklor” mövzusunda namizədlik işi, 1974-cü ildə isə “Səməd Vurğunun sənətkarlığı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Cəlal Abdullayevin “Səməd Vurğunun poetikası” (1976), “Səməd Vurğunun sənət dünyası” (1986) monoqrafik tədqiqatları, çoxlu sayda məqalələri görkəmli şairin yaradıcılıq irsinin araşdırılmasına həsr edilib. [1] [2] [3]

Cəlal Abdullayev 2000–2001-ci illərdə xaricdə çıxan “Araz”, “Xudafərin” jurnallarında məqalələri çıxmışdır. Bütün həyatı və elmi fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olan Cəlal Abdullayevin ali məktəblərin humanitar fakültələri üçün hazırlanmış “Azərbaycan sovet ədəbiyyatı” və “Müasir Azərbaycan ədəbiyyatı” dərsliyi xüsusi əhəmiyyət daşıyır. [1]

Cəlal Abdullayev 2010-cu il mayın 20-də Bakı şəhərində dünyasını dəyişmiş, Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. [1]

  • “Səməd Vurğunun poetikası” (1976),
  • “Lirika və zaman” (1982)
  • “Səməd Vurğunun sənət dünyası” (1986)
  • “Azərbaycan sovet ədəbiyyatı” (1988)
  • “Hüseyn Cavid” (1997)
  • “Müasir Azərbaycan Ədəbiyyatı (dərslik)” (2007) [1][3][4]

Mükafatları

Cəlal Abdullayev 2000-ci ildə Əməkdar müəlim fəxri adına layiq görülmüşdür. [1] [2]

  • Professor Cəlal Abdullayev vəfat edib. [ölü keçid]

Müasir azrbaycan dbiyyatı celal abdullayev 2007

Салават Юлаев 0:0 Адмирал

Главные судьи: 25. Белов Алексей, 26. Оскирко Юрий
Линейные судьи: 98. Галимов Ильнур, 50. Канифадин Дмитрий

  • Место
    проведения: УСА «Уфа-Арена» (Уфа)

Составы команд

    1. Кареев Андрей
    50. Ежов Илья
    2. Коледов Павел
    9. Антипин Виктор
    11. Панин Григорий
    24. Мёрфи Райан
    33. Науменков Михаил
    48. Бирюков Евгений
    85. Мухамадуллин Шакир
    19. Башкиров Данил
    23. Тимкин Евгений
    41. Кулёмин Николай
    55. Хмелевский Александр
    61. Алалыкин Данил
    68. Пименов Артём
    78. Кадейкин Александр
    88. Хо-Сэнг Джошуа
    91. Дроздов Иван
    92. Пустозёров Алексей
    93. Шмелёв Сергей
    98. Картаев Владислав
    30. Хомченко Павел
    54. Серебряков Никита
    7. Метальников Леонид
    14. Лисовец Евгений
    22. Уильямс Колби
    49. Хамидуллин Динар
    73. Шулак Либор
    81. Паутов Юрий
    10. Криштоф Михал
    16. Шэн Павел
    23. Сидляров Дмитрий
    28. Шевченко Александр В.
    32. Берлёв Антон
    39. Чебыкин Николай
    56. Червени Рудольф
    60. Гареев Артём
    74. Корбит Прохор
    78. Гутик Даниил
    87. Грачёв Евгений
    88. Емец Иван
    93. Файзуллин Данил

Comments are closed, but trackbacks and pingbacks are open.